Qrup – 412. Mövzu İqtisad elminin metodu və metodologiyası




Yüklə 7.96 Kb.
tarix21.04.2016
ölçüsü7.96 Kb.

powerpluswatermarkobject3


Məmmədəliyev Cavid.
Qrup – 412.
Mövzu 1. İqtisad elminin metodu və metodologiyası.
Hər bir elmin öyrəndiyi hadisələr dairəsi, xüsusi predmeti vardır və hər bir elm öz predmetini müəyyən metodların, üsulların vasitəsilə öyrənir. Metod yunan sözü olub, mənası tədqiqat yolu, üsulu, qaydası deməkdir. İqtisad elmi müxtəlif iqtisadi prosesərin və hadisələrin öyrənilməsində, tədqiq edilməsində müəyyən metodalardan istifadə edir. Bu metodalardan birincisi elmi abstraksiya metodudur. Elmi abstraksiya metodu vasitəsilə hadisələrdən mühüm olanları fərqləndirilir, aşkara çıxarılır və bir sıra ümumiləşdirmələr aparılır. Yəni, qısa şəkildə desək, elmi abstraksiya mühüm iqtisadi həyat hadisələrinin ümumiləşdirilməsi və sistemləşdirilməsi metodudur.
İkinci bir metod isə analiz və sintez metodudur. Analiz metodu vasitəsilə iqtisadi hadisələr bütöv bir şəkildə dötürülüb, sadəkəşdirilir və müəyyən hissələrə, tərəflərə ayrılır. Bu zaman iqtisadi sistemin hər hissəsi ayrı – ayrı təhlil edilir, mahiyyəti üzə çıxarılır. Daha sonra isə sintez etmək yolu ilə bu hissələr iqtisadi sistemdə birləşdirilir.
Digər bir metod isə tarixi və məntiqi metoddur. Bu metod yolu ilə iqtisadi anlayışlar, kateqoriyalar, qanunlar xronoloji ardıcıllıqla şərh edilir. Məntiqi metod vasitəsilə isə iqtisadi hadisələrin törəməsi, inkişafı və dəyişməsi təhlil edilir. Burada tarixi metodla məntiqi metod bir – birini tamamlayır və vəhdət təşkil edir.
Bundan başqa induksiya və deduksiya kimi araşdırma vasitələri ( metodları ) da mövcuddur. İnduksiya sözünün mənası latıncadan tərcümədə “ yönəltmə “ deməkdir.Bu metod yolu ilə ilk növbədə iqtisadi problemlərə aid faktlar yığılır, seçilib sistemləşdirilir. Bundan sonra iqtisadi nəzəriyyənin əsas vəzifəsi yığılmış faktları ümumiləşdirmək və mənasını izah etməkdir.

Deduksiya – latın dilində mənası hasiletmə deməkdir. Deduksiya metodu vasitəsilə toplanmış faktlar əsasında nəzəri nəticələr, ümumi prinsiplər, başqa sözlə desək, əməli fəaliyyət üçün vacib tövsiyələr hazırlanır. Beləliklə, həm deduksiya, həm də induksiya metodlarının birllikdə tətbiq edilməsi nəticəsində nəzəriyyədən həyatın faktlarına, bu faktlardan isə nəzəri ümumiləşdirmə və nəticələrə gəlmək olur.


Yuxarıda qeyd etdiyimiz metodlar iqtisadi hadisə və proseslərin keyfiyyət tərəfləri vasitəsilə başa düşülməsi, dərk edilməsi idi. Lakin, bununla yanaşı bu hadisə və proseslərin kəmiyyət tərəfləri yolu ilə dərk edilməsi də mövcuddur. Kəmiyyət tərəfləri isə statistikanın, riyazi üsulların, modelləşdimə və s. üsulların vasitəsilə dərk olunub aşkar edilir. Bu üsullar, metodlar müasir iqtisadi nəzəriyyələrdə, makro və mikroiqtisadiyyat problemlərinin öyrənilməsində, tədqiq edilməsində geniş istifadə olunur.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə