Qrup : 400 Tələbə: Cümşüdlü Vüqar




Yüklə 23.77 Kb.
tarix23.04.2016
ölçüsü23.77 Kb.
AZƏRBAYCAN RESPUBLİKASİ TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

Fakultə: Uçot-İqtisad

İxtisas: Mühasibat uçotu və audit

Qrup : 400

Tələbə: Cümşüdlü Vüqar

Fənn:Dünya iqtisadiyyatı

S Ə R B Ə S T İ Ş
DÜNYA ÖLKƏLƏRİNİN İNKİŞAF SƏVİYYƏSİNƏ GÖRƏ TƏSNİFATI

Dünya ölkələri iqtisadi inkişaf səviyyəsinə görə 2 böyük yarımqrupa ayrılır: İnkişaf etmiş ölkələr (İEÖ) və İnkişaf etməkdə olan ölkələr (İEOÖ). Bu iki yarımqrupun hər birinin özünəməxsus xüsusiyyətləri, inkişaf modelləri, iqtisadi göstəriciləri və s. var.

Sənayecə inkişaf etmiş ölkələrə Şimali Amerikanın, Qərbi Avropanın və Sakit okeanın yüksək gəlirli 31 ölkəsi daxildir. Bu ölkələrin geniş siyahısı cədvəldə verilmişdir.

Yuxarıda söylənildiyi kimi, hər hansı bir ölkənin inkişaf etmiş sayılması üçün bir sıra kriteriyalara cavab verməli, bəzi göstəricilərə malik olmalıdır. Bu və ya digər ölkənin inkişaf etmiş ölkə kimi səciyyələndirilməsi kriteriyaları aşağıdakılardır:

— ümumi və adambaşına düşən (ildə 12 min dollardan yuxarı) Ümumi Daxili Məhsulun (ÜDM), həyat səviyyəsi və standartının yüksək səviyyəsi ilə ifadə olunan sosial-iqtisadi inkişaf;

— təsərrüfatçılığın bazar sistemi;

— iqtisadiyyatın açıqlığı;

— ÜDM-də xidmət sferasının payının sənaye və kənd təsərrüfatına nisbətən daha çox olması (60 %-dən çox);

— sənayedə emal və material tutumlu sahələrdən yüksək texnologiyalara əsaslanan, elm tutumlu sahələrə keçid;

— kənd təsərrüfatı istehsalının mexanikləşdirilməsinin və məhsuldarlığın yüksək səviyyəsi. Bu ölkələrdə əmək qabiliyyətli əhalinin 3-8%-i kənd təsərrüfatında məşğuldur. Daxili ərzaq tələbatı tam təmin olunur və bu ölkələrin əksəriyyəti kənd təsərrüfatını iqtisadiyyatın ixrac sektoruna çevirmişlər.



İnkişaf etməkdə olan ölkələr Asiya, Afrika və Latın Amerikasının 132 ölkəsini əhatə edir. Bu ölkələrin əksəriyyəti keçmişdə müstəmləkə və yarımmüstəmələkə olmuşlar. İEOÖ anlayışı BMT-də ilk dəfə olaraq İkinci Dünya Müharibəsindən sonra meydana gəlmişdir.Bu termin müstəmləkə sisteminin süqutundan və yeni müstəqil dövlətlərin meydana gəlməsindən sonra daha geniş istifadə edilməyə başladı.1960-cı illərdən başlayaraq keçmiş müstəmləkələrin və asılı ərazilərin, indiki inkişaf etməkdə olan ölkələrin (onları “azad olmuş ölkələr”, “üçüncü dünya ölkələri”, “Cənub ölkələri”, “Əyalət ölkələri” də adlandırırlar) dünya təsərrüfatında yeri və əhəmiyyəti güclənmişdir.

İnkişaf etməkdə olan ölkələrin ümumi cəhətləri və xüsusiyyətləri sırasına aşağıdakıları aid etmək olar:



  1. İnkişaf etməkdə olan ölkələrin iqtisadiyyatlarının çoxukladlı xarakteri.

  2. Məhsuldar qüvvələrin aşağı inkişaf səviyyəsi, sənayenin, kənd təsərrüfatının və sosial infrastrukturun geridə qalması (yeni sənaye ölkələri və digərləri istisna olmaqla).

  3. Dünya təsərrüfatı sistemində asılı vəziyyət. Kapitalizmin əyalət xarakteri.

Əksər inkişaf etməkdə olan ölkələrin ümumi cəhətləri:yoxsulluq, əhali çoxluğu, işsizliyin yüksək səviyyəsi, inkişaf etmiş ölkələrə olan borcun yüksək səviyyəsidir.İEOÖ-in əksəriyyəti öz sosial inkişaflarında və əhalinin həyat səviyyəsində İEÖ-dən 20-50dəfə geri qalırlar.

İEOÖ-in geriliyini şərtləndirən amillərdən biri də onların Qərbin inkişaf etmiş dövlətlərindən asılı olmalarıdır. Məhsuldar qüvvələrin aşağı inkişaf səviyyəsi, geridə qalmış sosial-iqtisadi struktur, ənənəvi aqrar-xammal ixtisaslaşması inkişaf etməkdə olan ölkələrin Qərb ölkələrinə xarici iqtisadi orientasiyasını müəyyən etmişdir.



Son iki onillikdə BMT-nin statistikasına görə iqtisadi inkişafda böyük uğurlara nail olan Çin də inkişaf etməkdə olan ölkələr qrupuna daxildir. İqtisadiyyatın mərkəzdən idarə olunması ilə bazar sisteminin uzlaşması iqtisadiyyatın açıqlıq səviyyəsini yüksəltmiş və xarici investisiyaları cəlb etmiş, beləliklə, XX əsrin sonunda Çin öz iqtisadi gücünə görə ABŞ-dan sonra ikinci nəhəngə çevrilmişdir. İEOÖ-in bəzi qruplarının tərkibi cədvəl 2-də verilmişdir.


Ölkələrin tipləri

Ölkələrin yarımtipləri

Ölkələr

Yüksək inkişaf etmiş ölkələr

«Böyük yeddilik»

ABŞ, Yapоniya, Almaniya, Fransa, Böyük Britaniya, İtaliya, Kanada

Qərbi Avrоpanın yüksək inkişaf etmiş kiçik dövlətləri

İsveçrə, Avstriya, Belçika, Niderland, Lüksemburq, İsveç, Nоrveç, Danimarka, Finlandiya, İslandiya

«Mühacir kapitalizm» ölkələri

Avstraliya, Yeni Zelandiya, CAR, İsrail

Qərbi Avrоpanın mikrоdövlətləri

Andоrra, Vatikan, Liхtenşteyn, Malta, San-Marinо, Mоnakо

Оrta inkişaf etmiş ölkələr

Qərbi Avrоpanın inkişafda geri qalmış ölkələri

İrlandiya, İspaniya, Pоrtuqaliya, Yunanıstan

Mərkəzi və Şərqi Avrоpa ölkələri

Pоlşa, Latviya, Litva, Estоniya, Macarıstan, Çeхiya, Slоvakiya, Slоveniya, Rumıniya, Bоlqarıstan, Serbiya, Çernоqоriya, Хоrvatiya, Bоsniya və Hersоqоvina, Albaniya, Makedоniya

MDB ölkələri

Rusiya («7+1»), Ukraina, Belоrus, Mоldоva, Azərbaycan, Gürcüstan, Ermənistan, Qazaхıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Tacikistan

İnkişaf etməkdə оlan ölkələr

«Açar» ölkələr»

Braziliya, Meksika, Argentina, Çin, Hindistan, Türkiyə

Yeni sənayeləşmiş ölkələr

Cənubi Kоreya, Tayvan, Sinqapur, Malayziya, Tailand, Filippin, Misir, Çili, Kоlumbiya, Venesuela və s.

Neft iхrac edən ölkələr

İran, İraq, Səudiyyə Ərəbistan, Küveyt, Qatar, BƏƏ, Bəhreyn, Liviya, Bruney və s.

Əlverişli İCM-ə malik оlan kiçik ölkələr

Baham adaları, Liberiya, Kipr, Panama, Trinidad və Tоbaqо, Yamayka və s.

İnkişafda geri qalmış ölkələr

Suriya, İоrdaniya, Pakistan, İndоneziya, Nigeriya, Keniya, Uqanda, Mоzambik, Peru, Bоliviya, Ekvadоr və s.

Ən zəif inkişaf etmiş ölkələr

Laоs, Kambоca, Nepal, Əfqanıstan, Yəmən, Çad, Mali, Niger, Efiоpiya, Sоmali, MAR, Kоnqо, Haiti, Nikaraqua və s.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə