Qrant təklifləriN’ dair sorğunun keçİRİLMƏSİ




Yüklə 78.13 Kb.
tarix20.04.2016
ölçüsü78.13 Kb.













Qrant təklifləriN’ DAIR sorğuNUN KEÇİRİLMƏSİ
Cənubi Qafkaz Ölkələrində Creative Commons-un Lisenziyaya dair iş planının qəbul edilməsini dəstəkləmək üçün Qrant Müsabiqəsinin keçirilməsi.

May 2008

Avrasiya Əməkdaşlıq Fondunun (AƏF) missiyası insanlara sosial ədalət və iqtisadi inkişaf üçün faydalı olan proqramlar vasitəsilə dəyişiklik etməyə imkan yaratmaq, onlara öz icmalarını və öz həyatlarını yaxşılaşdırmaqda yardım etməkdir. Azərbaycanda qeydiyyatdan keçmiş Fond, Avrasiya Fondunun (AF) – keçmiş Sovet ölkələrində yaranan vətəndaş cəmiyyəti təşkilatlarına ilkin maliyyə dəstəyi göstərmək üçün 1992-ci ildə yaradılmış özəl idarəetmə sisteminə malik gəlirsiz təşkilat – varis institutudur. ABŞ Beynəlxalq İnkişaf Agentliyi eləcə də digər ictimai və özəl onorlar tərəfindən dəstəklənən AF/AƏF, 1993-cü ildən bəri qrant və texniki yardım ıayihələri vasitəsilə Azərbaycana 18 milyon dollar həcmində vəsait ayırıb.


Fond həm qrant təşkilatçısı, həm də proqram icraçısı funksiyalarını yerinə yetirir. Altı proqram mandatı və yanaşma metodu Fondun fəaliyyətini istiqamətləndirir: Vətəndaş İştirakı və Monitorinq, Korporativ və İcma Xeyriyyəçiliyi, Tədqiqat və İctimai Siyasətin Gücləndirilməsi, Biznes Mühitinin Yaxşılaşdırılması, Ölkələrarası Əməkdaşlıq və Açıq Qapı Qrant Təşkilatçılığı. Fond bu mandatlara, eləcə də yerli və beynəlxalq iş ortaqları və Şura ilə məsləhətləşmələrə əsaslanmaqla, hər il ölkə üçün prioritet olan istiqamətləri müəyyənləşdirir.
Fond həmçinin, Avrasiya Fondu şəbəkəsinin üzvüdür. Buraya vətəndaş cəmiyyətini müdafiə edən və Rusiya, Mərkəzi Asiya, Cənubi Qafqaz, Şərqi Avropa regionlarında və Vaşinqton şəhərində yerləşən yerli fondlar daxildir.
QRANT MÜSABİQƏSİNİN KEÇİRİLMƏSİNİN MƏQSƏDİ
AƏF əsas büdcəsi tərəfindən 2008-ci il üçün nəzərdə tutulmuş 14 aylıq layihə “Qafqazın Yaradıcı İcmalarına Yardım” adını daşıyacaq və bu müsabiqə AƏF-nin Regional Əməkdaşlığa dair Layihə Təşəbbüsünün bir hissəsini təşkil edir.
2008-ci ilin aprel ayından fəaliyyətə başlayan layihə, azad və istifadəsi asan olan CC-nin Lisenziya verilməsi vasitəsi ilə yaradıcı, aktyor və müəllimlər, eyni zamanda internet şəbəkəsinə malik Azərbaycan, Ermənistan və Gürcüstan icmaları arasında mədəni, təhsil və elmi işlərin inkişaf etdirilməsinə və ümumi gündəmə gətirilməsinə yardım edir. Bu məqsədlər, Cənubi Qafqazda internet şəbəkəsi əsaslı sənədlər üçün Əqli Mülkiyyət hüquqlar haqda beynəlxalq səviyyədə qəbul edilmiş mümkün struktur yollarını aşkar etməklə, CC-nin Fəaliyyətlərini Cənubi Qafqazdakı şəraitə uyğunlaşdırmaqla, və Azərbaycan, Ermənistan və Gürcüstanda səhmdarlarının mümkün qədər cəlb edilməsi və ictimayətin fəaliyyətlə bağlı bilgiyə sahib olması ilə qazanılmalıdır.

Müsabiqə Azərbaycan, Ermənistan və Gürcüstanda elan edilmiş və AƏF-nin Regional Əməkdaşlıq Layihələrinin, Beynəlxalq CC ilə birgə əməkdaşlığı çərçivəsində idarə edilir. Bu müsabiqənin məqsədi, Azərbaycan, Ermənistan və Gürcüstanda Beynəlxalq CC və Avrasiya Əməkdaşlıq Fondu ilə layihə çərçivəsində əməkdaşlıq etmək və bu layihəni öz ölkələrində həyata keçirmək üçün bir yerli təşkilatı müəyyən etməkdir. (yurisdiksiya)


Hər bir yerli müəssisənin işçi heyyətində azı bir Hüquqi Layihə Rəhbərinə (CC-nin onların hüquqlarında olan lisenziaların hazırlanması üzrə məsul şəxs, müəllif hüquqları və Əqli mülkiyyət mütəxəssisləri arasında nüfuza malik olan adam), İctimayət üzrə Layihə Rəhbəri (Hüquqlarında olan CC Layihəsi üzrə nümayəndə; mərasimlərin təşkili və keçirilməsi üzrə təcrübəyə malik şəxs) və eyni zamanda layihə idarəetmə/maliyə heyyətinə malik olmalıdır. Seçilmiş üç şöbə müəssisələri İngilis dilində ünsiyyət yaratmağı bacarmalı və bir biri və dünyanın başqa CC şöbələri ilə əməkdaşlıq etməyi bacarmalıdır.
Avrasiya Əməkdaşlıq Fondunun Azərbaycanda, Gürcüstanda və Ermənistanda olan ofisləri layihə üçün ən son rəsmi öhdəliyi əldə etmək məqsədilə müəssisənin şöbələri ilə qranta dair razılıq sənədi imzalayacaqlar. Əvəzində, hər bir müəssisə şöbəsi CC ilə MoU imzalayacaq. Bu sənəd, layihə çərçivəsində, əməkdaşlıq və lisenziya verilməsinin texniki xüsusiyyətlərinə dair bir sıra qayda və qanunları əks etdirir.

LAYİHƏYƏ QOYULAN TƏLƏBLƏR
Rəqəmli inqilab və İnternet, işlərin müxtəlif formatlarda paylanmasına imkanlar açmışdır; İşlərin məzmunları ətrafında əməkdaşlıq edərək işləmək; və dünya səviyyəsində yeni, törəmə və yaxud kollektiv işləri, aşağı qiymətə yaratmaq. İşin mənfi tərəfi odur ki, yeni texnologiyalar müəllif hüquqlarını pozmaq məqsədi ilə də istifadə edilə bilər; bu, Cənubi Qafqazda geniş vüsət almış bir problemdir. Buna cavab olaraq, başlıca hüquq müdafiəçiləri Əqli hüquqlara nəzarət etmək üçün mexanizm yaratmışlar. Bu, rəqəmli texnologiyanın imkanlarını məhdudlaşdıracaq və yaradıcı insanlar arasında yaradıcılıq və regional əməkdaşlığa yollar açacaqdır. Əgər yaradıcı insanlar və lisenzuarlar mürəkkəb hüquqi qaydalardan başqa ağır olan texniki əngəllər barədə də danışacaqlarsa, bu halda onların əksəriyyəti ya qaydalara məcəl verməyəcək yaxud da yaradıcılıqla məşğul olmayacaqlar.

CC-yə dair lisenziya verilməsinin məqsədlərindən biri, təhsil/təlim məzmularının, təhsilin bütün səviyyələrində və coğrafi və iqtisadi spektırlarda insanlar üçün yararlığını göstərməkdir. Bunun sonu olaraq, layihənin publikasiya kompaniyası səmtini Cənubi Qafkaz Ölkələrində təhsil metodları və resurslar yaradan insanlar üzərində cəmləşdirəcək və bu müəllimlərin yararlı CC-lisenziyalı təhsil resurslarından necə istifadə edəcəklərinə və CC-ni öz təhsil proqramlarına daxil edəcəklərinə nəzarət edəcəkdir.

Tipik olaraq, CC lisenziyaları bədii əsərlərin də yayılmasında istifadə olunmuşdur (mahnı, və ya şəkil). Bu istifadəçinin seçimi əsasında nəyin onlar üçün daha əlverişli olduğunu müəyyən edir. CC-nin iş həcmini gündəmə gətirmək, və yaradıcı işlərini Azərbaycan, Ermənistan və Gürcüstanda yaymaq üçün, CC əsaslı üsullardan istifadə edərək, incəsənət və bədii sənət vasitəsilə geriləyən ölkələri beynəlxalq ictimayətdə tanıtmaq olacaqdır. Bu üç ölkədən olan uğurlu artist/müəlliflər, öz işləri ilə daha geniş paylaşacaq, yeni yaranacaq imkanlarla sifariş olunmuş layihələr üzərində işləyərək maliyə rifahlarını düzəldəcəklər.
Bunu təcəssüm etdirən ən gözəl misal www.ted.com saytında olan TED danışıqlarıdır. Burada məhşur natiqlərin CC lisenziyası əsasında təqdim etdikləri “fikirlərlə paylaşmağa dəyər” mühazirələri var (Al Gore, Bill Clinton, Craig Venter, Jimmy Wales). Bu natiqlər öz mühazirələrini satmaq imkanından daşınırlar ( Təhsil kompaniyası xarakterli oduğuna görə) lakin, işləri ilə bağlı bəzi hüquqları qoruyurlar ( missal üçün, onların işlərindən kommersiya məqsədi ilə istifadə etməyi qadağan edərək).

Cənubi Qafqazda CC lisenziyalarını yararlı etmək və fikirlərin, məlumatların, biliyin paylaşması fikrini (təhsil materialları daxil olmaqla) bazara çıxarmaq, regionda ona oxşar təkliflərin yaranmasına köməklik göstərər.


QRANT LAYİHƏLƏRİNİN TƏRKİB HİSSƏLƏRİ (İşin həcmi)
Seçilmiş milli filial şəklində birləşmiş olan müəssisə aşağıdakı fəaliyyətləri həyata keçirməli və layihə müddəti boyu nəticələri qeydə almalıdır.



  1. Cari müəllif hüquqları iş planının başlıca qiymətləndirilməsini, müvafiq şəkildə, Azərbaycan/Gürcüstan/Emənistanda həyata keçirmək.

  2. CCİ təmsilçiləri tərəfindən idarə olunan Tiflisdə, Gürcüstanda keçirilən Regional Seminarlarda iştirak

  3. CC lisenziyasının ən son anlamlı versiyası əsasında milli CClisenziyasının birinci nüsxəsini hazırlamalı

  4. Ermənistan/Azərbaycan/Gürcüstanda, müvafiq qaydada, milli CC lisenziyasının birinci nüsxəsi haqda səhmdarlarla dəyirmi masa ətrafında görüş təşkil etməli.




  1. CCİ təmsilçisi tərəfindən idarə olunan Tiflis, Gürcüstanda keçirilən bir günlük regional görüşdə iştirak etmək.

  2. Milli CC lisenziyasının ikinci nüsxəsini hazırlamaq və Ermənistan/Azərbaycan/Gürcüstanda, müvafiq qaydada, səhmdarlara təqdim etmək.



  1. Son Milli CC lisenziyasını altı ümumi CC lisenziyalarına çevirmək.




  1. Ermənistan/Azərbaycan/Gurcüstanda, müvafiq qaydada, anlamlı və novatorlu ictimai xəbərdarlıq aksiyasına başlamaq.

  2. Layihənin yenidən qiymətləndirilməsini icra etmək.




  1. Başlıca qiymətləndirmə

Hər bir filial şəklində birləşmiş müəssisə, müvafiq qaydada, Ermənistan/Azərbaycan/Gürcüstanda cari işin milli müəllif hüquqlarının başlıca qiymətləndirməsini həyata keçirməlildir. Qiymətləndirmənin metodologiyası AƏF-nun Qafkaz üzrə Tədqiqat Mərkəzinin (CRRC) köməyi ilə dəqiq şəkildə hazırlanacaqdır. Növbəti analitik sənəd özündə aşağıdakıları cəmləşdirəcək (lakin verilən məlumatla da məhdudlaşmayacaqdır, a) müəllif hüquqları qanunu və məxsusi ölkədə əqli mülkiyyət hüquqları barədə qısa tarixi xülasə b) məxsusi ölkədə müəllif hüquqlarının və əqli mülkiyyət hüquqları pozulmasının qarşısını alan başlıca qanunvericilik və beynəlxalq tədbirlər barədə icmal və araşdırma yolları c) CC cari qanunvericiliklə necə uyğun gəlməlidir; d) CC lisenziyasını yerləşdirmək üçün cari milli qanunvericilikdə və siyasətdə edilməli olan dəyişikliklər (əgər ehtiyac duyularsa) e) CC aplikasiyalarından istifadə edən başlıca istifadəçilərin bilgi səviyyələri.




  1. Tiflis, Gürcüstanda Regional Seminarın keçirilməsi

AƏF Tiflis Gürcüstanda, seçilmiş milli filial şəklində birləşmiş olan müəssisələrdən, Hüquqi Layihə Rəbərləri və İctimai Layihə Rəhbərləri üçün iki günlük regional seminar təşkil edəcək. Seminar CCİ nümayəndəsi tərəfindən idarə ediləcəkdir. Hüquqi Layihə Rəhbərləri özlərinin milli əsas-xətt təhlilləri ətrafında təqdimatlarını edəcəklər.


CCI nümayəndələri iştirakçılarla layihənin texniki aspektləri ilə birgə, (CCİ internet saytında spesifik qrafaya girişi; internet saytında olan layihəyə dair məlumat və sənədlər toplusuna girişi) milli CCİ lisenzialarının altı CC lisenziyasına adaptasiyası məsələləri və lisenziyaların verilməsi üçün XHTML sənədlərinin hazırlanması haqda da müzakirələr aparacaqlar. (son qeyd olunan məsələ, layihənin axır mərhələlərində həyata keçiriləcək).



  1. Milli CC lisenziyasına dair ilk nüsxənin buraxılması

Seminardan sonra, hər bir müəssisə CC lisenziyasının ən anlamlı (potentləşməmiş-generic) və son versiyası əsasşnda ilk milli CC lisenziya nüsxəsini hazırlayacaqdır. Buna, potentləşməmiş CC lisenziyasının onların öz ana dillərinə tərcümə edilməsi ( Azərbaycan, Gürcü, Erməni); milli müəllif hüquqlarına dair qanunvericiliklə tanına bilməsi üçün əsli lisenziyanın təhlili və modifikasiyası ; Potentləşməmiş lisenziyada vacib hüquqi dəyişikliklərin İngilis dilində təqdimi və milli lisenziya nüsxəsinin yenidən İngilis dilinə tərcümə edilməsi. Bu təqdimat və təkrar edilmiş tərcümə, CCİ-a irad və yoxlanış üçün göndərilməlidir.

CCİ milli lisenziyalara dair nüsxəni nəzərdən keçirir və lisenziyaların bütün müddəalarının düzgün ünvanlanmasına və anlamlı və yararlı olmasına əmin olmaq məqsədi ilə Azərbaycan, Gürcüstan və Ermənistanda Hüquqi Layihə Rəhbərləri ilə sıx əməkdaşlıq edir. Şəraitdən asılı olaraq, bu əməkdaşlıq CC-nin internet saytında ictimayətlə bağlı bölümdə və yaxud sərbəst şəkildə həyata keçiriləcəkdir.




  1. Dəyirmi masa ətrafında səhmdarlarla keçirilən müzakirələr

Lisenziyalar haqqında www.creativecommons.org saytında elan edərək, CCI ictimayətin müzakirəsi üçün üç milli lisenziya nüsxəsini təqdim edir. Eyni zamanda, AƏF və onun filial müəssisələri ictimayətdən gələn irad və tənqidi fikirləri müzakirə etmək və ictimayətin uyğun hesab etdiyi dəyişiklikləri birinci milli lisenziyaya daxil etmək üçün, Azərbaycan, Gürcüstan və Ermənistanda dəyirmi masa ətrafında səhmdarlarla müzakirələr keçirmək üçün təşkilatı işlər həyata keçirir. Hər bir müəssisə, öz səhmdarları üçün yekun rəy sənədi hazırlayır və ikinci milli nüsxədə qeyd olunması üçün spesifik məsələləri vurğulayır.





  1. Tiflis, Gürcüstanda bir günlük regional görüş

AƏF Hüquqi Layihə rəhbərləri və İctimai Layihə Rəhbərləri və CCİ nümayəndəsinin iştirakı ilə Tiflisdə bir günlük regional görüş təşkil edir. Burada layihənin inkişaf məsələləri və təcrübi mübadilələr həyata keçirilir.




  1. CC lisenziyasının ikinci milli nüsxəsi

Görüşdən sonra hər bir müəssisə, ictimayətlə keçirilən müzakirələr və iradlar əsasında, öz ana dillərində ikinci milli lisenziya nüsxəsini hazırlayırlar. Bu nüsxəyə edilən dəyişikliklər qeyd olunduğu və izah edildiyi bir zamanda, o yenidən İngilis dilinə tərcümə olunur. Buna əlavə olaraq, hər bir müəssisə, CC-nin cari qanunvericiliyə necə uyğun gəldiyini; qanunvericiliyə və siyasi xəttə uyğun olmaq üçün, CC lisenziyasında edilən dəyişikliklərin təzahürünü izah edir.

CCI ikinci nüsxəni nəzərdən keçirir və bütün müddəalarının düzgün ünvanlanmasına və anlamlı və yararlı olmasına əmin olmaq məqsədi ilə Azərbaycan, Gürcüstan və Ermənistanda Hüquqi Layihə Rəhbərləri ilə sıx əməkdaşlıq edir.

Şəraitdən asılı olaraq, bu əməkdaşlıq CC-nin internet saytında ictimayətlə bağlı bölümdə və yaxud sərbəst şəkildə həyata keçiriləcəkdir.

Ikinci Nüsxə Lisenziyalar haqqında məlumatı www.creativecommons.org saytında elan edərək, CCI ictimayətin müzakirəsi üçün ikinci milli lisenziya nüsxəsini təqdim edir.
AƏF və hər bir müəssisə Azərbaycan, Gürcüstan, Ermənistanda səhmdarlar üçün milli lisenziyanın yekun və sabit versiyasını təqdim edir.


  1. Yeddi potentləşməmiş CC lisenziyaları

Hər bir hüquqi Layihə Rəhbəri öz yekun milli lisenziyalarını, altı CC potentləşməmiş liseziyaya çevirir.

Hər bir müəssisə, Ümumi İşlər, FAQs, Ticarət nişanı ilə bağlı qayda qanunlar, Rədd, Hüquqi Anlamlar, Lisenziya Seçimi və tərcümə olunmalı və milli hüquqi məzmunu alması üçün, CC məlumatlarına dair lazımi sənədlərin tərcümə və təmin edilməsini təşkil edir.
Milli lisenziyalar təstiq edildikdən sonra, CCİ hər bir müəssisənin bütün altı lisenziyalar üçün XHTML fayllarını hazırlamaqda köməklik güstərəcək.
Milli lisenziyaların altı nüsxəsi üçün XHTML faylları əldə edildikdən sonra, CCİ lisenziyaları, Azərbaycan, Gürcüstan və Ermənistanın “Ümumi işlər” sənədi ilə birgə beynəlxalq internet səhifədə yerləşdirəcəkdir. Daha sonra CCİ, internet saytında işin başlanmasını elan etmək məqsədi ilə, mətbuat üçün sənəd hazırlayacaq.

İctimayətin Məlumatlandırılması Aksiyası
AƏF, filial olaraq birləşmiş müəssisələrlə əməkdaşlıq edərək, Azərbaycan, Gürcüstan və Ermənistanda İctimayətin Məlumatlandırılması Aksiyasına başlayacaqdır. Aksiya layihə işin bir hissəsini təşkil edəcək və AƏF-nun filial müəssisələrə bununla bağlı əlavə qrant ayrılması olmayacaqdır.


  1. Layihənin yenidən qiymətləndirilməsi

Təqribən on üçüncü ayda milli filial müəssisələri, Azərbaycan, Ermənistan, Gürcüstanda olan CC aplikasiyalarından yararlanan potensial istifadəçilər arasında məlumatlandırılmanın nə dərəcədə dəyişməsini müəyyən etmək məqsədi ilə, öz ölkələrində təkrar qiymətləndirməni həyata keçirəcəklər (ictimaət arasında layihə aksiyasının nəticəsi olaraq).



Təklif GÖSTƏRİŞLƏRİ



1) Ümumi göstərişlər
Daxil edilmiş qrant təklifi, yuxarıda qeyd olunduğu kimi, qrant layihəsində mövcud olan işlərin həyata keçirilməsi üçün, ərizəçinin bununla bağlı qabiliyyətlərini nümayiş etdirməlidir. Ən vacib məsələ, ərizəçinin təşkilatı və / yaxud layihəyə cəlb edilmiş başlıca heyyət aşağıda verilənləri nümayiş etdirməlidir:



      1. Əqli mülkiyyət hüquqları haqda və həmin ərazini tənzimləyən milli strateji tələblər barədə

bilgi və anlayışın olması

      1. Məlumat yığımı, məlumat təhlili və tədqiqat sənədlərinin yaradılmasında təcrübənin olması

      2. Əqli mülkiyyət hüquqları ilə bağlı internet əsaslı müvafiq ərizələr barədə ümumi anlayışın olması

      3. İşlə bağlı məsələlər barədə İngilis dilində ünsiyyət qurmaq qabiliyyəti

_____________________

Hər bir potentləşməmiş lisenziya (BY-NC-ND, BY-NC-SA, BY-NC, BY-ND, BY-SA, BY) yaradıcı işin ancaq müəyyən hüquqlarını məhdudlaşdırır. ( və ya heç birini). Misal üçün, açıqlaması “Oxşar payın qeyri kommersiyalı Müəllifliyi” olan BY-NC-SA hər kəsin istifadəsi üçün nüsxələnə, paylana və mənimsənilə bilər, onlar bunu qeyri kommersiya maraqları çərçivəsində həyata keçirirlər (bu təhsili də özündə cəmləşdirir), və bu, eyni lisenziya altında buraxılan işləmələr və müəlliflik hüququ, işin öz sahibinə verilməsi təminatı ilə həyata keçirilir.
Buna əlavə olaraq, hər ərizəçi təşkilat özünün Hüquqi Layihə Rəbərini (öz səlalhiyyətində olan CC lisenziyalarının yaradılmasında; müəllif hüquqları və əqli mülkiyyət mütəxəssislər arasında nüfuza malik şəxs) və İctimayi işlər üzrə Layihə Rəhbərini² (öz səlahiyyətində olan CC layihəsi üzrə nümayəndə; mərasimlərin təşkili və keçirilməsi üzrə təcrübəyə malik şəxs), layihə idarəetmə/maliyə heyyətini təqdim etməlidir.

Ərizəçi təşkilat xaricdə yerləşən oxşar təşkilatlar ilə regional əməkdaşlıq üzrə müxtəlif təcrübələrini və yaxud başqa iki ölkədə yerləşən təşkilatlarla və dünya üzrə CCİ şöbələri ilə əməkdaşlıq etməkdə böyük həvəs və marağa malik olduğunu nümayiş etdirməlidir.

Təklif sənədi 10 səhifədən çox olmamalıdır.
2) Əlavə Sənədlər
a) Layihədə iştirak edən şəxslərin tərcümeyi Halı
Hər bir ərizəçi təşkilat layihədə iştirak edəcək bütün şəxslərin Tərcümeyi Halını təqdim etməlidir. (Hüquqi Layihə Rəhbəri, İctimai işlər üzrə Layihə Rəhbəri, idarəetmə/maliyə heyyəti). AƏF qəti şəkildə onların tələblərinə uyğun olmazsa, ərizəçi təşkilatlara xaricdən yuxarıda qeyd olunan qabiliyyətlərə malik insanları işə cəlb etməyi tövsiyə edir.
b) Təşkilati Məlumat
Ərizəçi təşkilat öz təşkilatı barədə bir səhifəlik məlumatı daxil etməlidir ( təşkilatın adı, ünvanı, telefon, faks nömrələri, və elektron poçt ünvanı (əgər varsa), hüquqi status, əsasını qoyanların adları, bank adı və hesab nömrələri (əgər varsa); yaranma tarixi, adı, ünvanı, telefon, faks nömrəsi, Hüquqi Layihə Rəhbərinin adı, ünvanı, telefon, faks nömrəsi)
Buna əlavə olaraq, ərizəçi təşkilat, qrantlı layihəni yuxarıda qeyd olunmuş “ Qrant Layihəsinin Tərkib hissələri” altında verilən qaydada icra etmək üçün qabiliyyət və bacarıqlarını bir səhifəlik yekun sənəddə əks etdirməlidir. Təşkilatı məsələləri əks etdirən bu sənəddə keçmişdə buna oxşar layihələr və/yaxud başqa donorlarla yaradılmış əlaqələr əks olunmalıdır.

c) Nəzərdə tutulmuş səhmdarların siyahısı


Ərizəçi təşkilat yuxarıda qeyd olunmuş “Qrant Layihəsinin Tərkib hissələri” adı altında verilən qaydada öz layihələrinə cəlb edəcək olan səhmdarların siyahısını (milli) təqdim etməlidir. Bu siyahıya aid olub məhdudlaşmayacaq olan dövlət rəsmi nümayəndələri, vətəndaş cəmiyyəti nümayəndələri, hüquqşünaslar, işgüzar adamlar, aktyorlar, musiqiçilər, karikaturaçılar, kino produserləri, akademiklər, sosial elmlər üzrə alimlər, müəllimlər, və başqaları daxil edilə bilər. (təstiq edici sənədlər/məktublar tələb olunmur)
d) Qrant İdarəçiliyi üzrə Sənədlər

Ərizəçi təşkilat qrantın edarə edilməsi ilə bağlı başlıca sənədi təqdim etməlidir. AƏF Qrantlarla bağlı Sorğu bölümündə hansı sənədlərin təqdim olunması verir.

Adı qeyd olunan sənədlər bu sənədlə birgə təqdim olunmalıdır
e) Büdcə

____________________

² Ərizəçi təşkilat layihə rəhbəri və ictimai işlər üzrə rəhbərin bir və eyni adam olmasını təklif edə bilər.

Qrant təklifi, layihə üçün dünya qiymətlərini və qrant büdcəsinin izlənilməsini özündə əks etdirən, layihə büdcəsini tam əhatə etməlidir.



Qrant Fondlarının Faydası

Azərbaycan, Ermənistan və Gürcüstanda qrant layihə fəalliyyətləri üçün ümumi budcə, hər birinə, 15,000 ABŞ dollarından çox olmamalıdır.


Qrantlar, layihə fəaliyyətləri üçün, 12 aya qədər istifadə oluna bilər. Qrantlar aşağıdakı məsrəflər üçün istifadə oluna bilər:


  • Layihə Baş heyyəti maaşlarının proporsional məbləğini ödəmək üçün

  • Layihə mərasimlərinin keçirilməsi üçün vəsaitin ayrilması, missal üçün, ölkə daxili işçi qrup görüşlərinin təşkili

  • Ünsiyyət, əlaqə xərcləri, missal üçün, telefon, faks, e-mail

  • Ölkə daxili nəqliyyat və layihə iştirakçıları üçün, ona dair xərclər

  • Layihə icrasına aid digər xərclər, missal üçün, tədqiqat materialları, data baza məlumatları və sairə.

Qrantlar yalnız layihə icrasına aid olan fəaliyyət növləri üçün istifadə oluna bilər. AƏF-nun siyasətinə uyğun olaraq, qrantlar təşkilatın davamlı məsrəflərini və yaxud borclarını ödəmək üçün istifadə oluna bilməz. Nəzərə alın ki, əgər maaş layihə budcəsinə aid edilibsə, həm maaş, həm də layihəyə həsr edilmiş iş vaxtının qədəri haqda məlumat təqdim olunmalıdır.


ABŞ dövlətinin xərclərə dair prinsipləri çərçivəsində olmayan məsələlərin həlli üçün qrantların qədəri (miqdarı) artırılmayacaqdır. Daha ətraflı məlumatı İdarəçilik ofisi və büdcə saytında tapa bilərsiniz: http://www.whitehouse.gov/omb/circulars/a122/a122.html ABŞ dövlətinin xərclərə dair prinsipləri haqda daha təfərrüatlı məlumatı əldə etmək üçün, xahiş edirik, bununla bağlı olan AƏF ofisinə müraciət edin.

Münasiblik
Müəllif hüquqları və/yaxud əqli mülkiyyət hüquqları sahəsində fəaliyyət göstərən və rəsmi olaraq Azərbaycan, Gürcüstan və ya Ermənistanda qeydiyyatdan keçmiş təşkilatlar bu müsabiqəyə dair təkliflərini təqdim edə bilərlər. Həm qeyri kommersiyalı, qeyri hökümət təşkilatları (QHT), həm də kommersiya maraqlı varlıqlar bu müsabiqədə iştirak edə bilərlər.
Hər bir Azərbaycan, Ermənistan və Gürcüstandan bir təşkilat (filial müəssisə) seçiləcəkdir. Müstəsna hallarda, filial müəssisə hüquqi statusa malik olmaya bilər, lakin AƏF-nun xidmətə dair müqavilə imzaladığı mütəxəssis qruplarla təmsil oluna bilərlər.
Ərizəçi təşkilatların rəhbərləri, və qrant layihəsinin maaş əsasında fəaliyyət göstərən iştirakçıları (eyni zamanda ərizəçi təşkilatın əsasını qoyanlar və idarə edənlər) aşağıdakı şəxslər ola bilməz:



  • Parlament üzvü və yaxud Parlament işləri üzrə rəhbərlər

  • Dövlətin qanunverici və icraçı orqanlarında fəaliyyət göstərən şəxslər

  • Siyasi partiyaların başçıları

  • Siyasi xadimlər


LAYİHƏ QİYMƏTLƏNDİRİLMƏSİNİN MEYAR VƏ SEÇİMİ

Qrant layihəsi təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlardan istifadə olunacaq:




  • Sənəddə təsvir edildiyi kimi, müsabiqə şərtlərinin və vəzifələrinin yerinə yetirilməsinin səviyyəsi;

  • Ərizəçi təşkilatın və / yaxud baş layihə heyyətinin müəllif hüquqları, əqli mülkiyyət hüquqları sahəsində olan təcrübəsi;

  • Ərizəçi təşkilatın digər iki ölkədə fəaliyyət göstərən həmkar təşkilatları və dünya üzrə CCİ-ın filial müəssisələri ilə əməkdaşlıq etmək həvəsi.

  • Təklif edilmiş Layihə İdarəçilik planının qüvvəyə minməsi;

  • Təklif edilmiş Layihə büdcəsinin səlistliyi və münasibliyi (əgər o verilmiş nümunə büdcəsindən fərqlənirsə).

Qərəzsiz və ayrıseçkililik prinsipindən uzaq olan seçim prosesinin həyata keçirilməsi məqsədi ilə, AƏF nümayəndələrindən ibarət məsləhət şurası və CCİ-dan olan mütəxəssislər qrant layihə təkliflərini nəzərdən keçirəcəklər. Bununla belə, qrantların verilməsi ilə bağlı son qərar AƏF tərəfindən olacaqdır.




ƏRİZƏNİN DAXİL EDİLMƏ QAYDALARI

Ərizəçi təşkilat, müvafiq qaydada, Bakı, Tiflis və Yerevanda, İngilis dilində¹ üç nüsxədə (biri əsli və ikisi kopya) ərizə sənədini təqdim edəcəkdir.


Müsabiqənin bir mərhələsi olaraq, bütün material və sənədlər, seçim müddətində AƏF tərəfindən saxlanılacaq və ərizəçi təşkilatlara geri verilməyəcəkdir.
AƏF ərizələrin konfidensiallılığına zəmanət verir. AƏF, ərizəçilər tərəfindən təqdim olunmuş məlumatları, nəzərə keçirməkdən başqa, heç bir məqsəd üçün istifadə etmir və Azərbaycan, Gürcüstan, Ermənistan qanunları və Avrasiya Fondunun donorları tərəfindən tələb edilməsə, xaric şəxslərə və ya müəssisələrə bu məlumatı ötürmür.

HAZIRLIQLARA DAİR TƏKLİFLƏRİN VERİLMƏSİ

Müsabiqə mərhələsinin bir hissəsi olan, təkliflərin təqdim olunması, ərizəçi təşkilatın sənəd əsli və tək işlədiyi təklif olmalıdır.


AƏF Proqram menecerləri müsabiqə iştirakçıları üçün təklif hazırlıqlarına dair məsləhətlər verəcəklər. Xahiş edirik, məsləhətlərlə bağlı, aşağıda verilən ünvanlarla, Beynəlxalq Proqramlar üzrə Menecerlərə müraciət edin.
Yerevanda: Vazqen Karapetyan, Beynəlxalq Proqramlar üzrə Menecer

vkarapetyan@epfound.am or (+374 10) 58 60 95


Bakıda: Pərvanə Məmmədova, Beynəlxalq Proqramlar üzrə Menecer

pmammadova@epfound.az or (+994 12) 437 29 40


Tiflisdə: Ivan Çxikvadze, Beynəlxalq Proqramlar üzrə Menecer

ichkhikvadze@epfound.ge or (+995 32) 22 32 64
Ümumi ərizə qabağı məsləhət seminarları AƏF-nin Bakı, Tiflis və Yerevandakı ofislərində Mayın 14 saat 3:00 olacaq.

QƏRAR VERMƏ PROSESİ

Sənədlərin yoxlama mərhələsində, əlavə məlumat tələb oluna bilər. Təyin olunmuş başqa vaxt verilməsə, ərizəçidən beş gün ərzində bu əlavə məlumatı çatdırmaq tələb olunacaq. Qrantlı Layihə təklifi, bütün tələb olunan məlumatların vaxtında təqdim olunduğu təqdirdə, baxılacaqdır.


Müsabiqə cədvəli aşağıda təqdim olunmuşdur:
Müsabiqənin elan olunması: May 8, 2008

Ərizələrin təqdim olunmasının son müddəti: May 29, 2008



Qrant mükafatının elan edilməsi: June 12, 2008
Ərizələr AƏF ofislərinə 2008 il mayın 29-u, saat 17.00-dan gec olmayaraq təqdim olunmalıdır. Müstəsna hallarda, təkliflər və büdcələrə dair sənədlər elektron e-mail poçtu ilə göndərilə bilər; lakin, ərizə sənədləri toplusuna daxil olan, bütün maliyə və hüquqi sənədlər, çap şəkildə təqdim olunmalıdır. AƏF ünvanları və əlaqə məlumatı aşağıda təqdim olunmuşdur:

Ermənistanda yerləşən AƏF

Azərbaycanda yerləşən AƏF

Gürcüstanda yerləşən AƏF

56 Zarubyan Küçəsi

44 Cabbarlı Küçəsi, Caspian Plaza, 6-cı mərtəbə

3 Kavsadze Küçəsi

Yerevan 0009

Bakı 1065

Tiflis 0179

(+374 10) 56 60 95

(+ 994 12) 437 29 40

(+995 32) 22 32 64

info@epfound.am

info@epfound.az

info@epfound.ge

www.epfound.am

www.epfound.az

www.epfound.ge



######





Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə