Qələbə -70 9 May Faşizm üzərində Qələbə Günüdür




Yüklə 66.9 Kb.
tarix21.02.2016
ölçüsü66.9 Kb.
Zərdab rayon Mədəniyyət və Turizm Şöbəsi

Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Metodika və biblioqrafiya şöbəsi

http://simsar.az/up/news/article/economy/9may.jpg

Qələbə -70

9 May Faşizm üzərində Qələbə Günüdür

(Metodik tövsiyə)



Zərdab- 2015

9 May 1945 –Alman faşizmi üzərində Qələbənin 70 illik yubileyi ilə

əlaqədar kitabxanalarda keçiriləcək tədbirlər

9 May - İkinci Dünya müharibəsinin (1939-1945) başa çatdığı gün, faşizm üzərində Qələbənin ildönümüdür. Həmin tarixi Qələbədən 70 il keçir.

Bəşər tarixinxinin ən dəhşətli bu müharibəsində qələbənin əldə olunmasında Azərbaycan xalqı da böyük töhfələr vermişdir. Bu qanlı müharibədə Azərbaycan xalqı 600 mindən çox oğul və qızını cəbhəyə yola salmış, onların təxminən yarısı döyüşlərdə həlak olmuşdur.

Azərbaycanda təşkil olunmuş diviziyalar Qafqazdan Berlinədək şanlı döyüş yolu keçmiş, yüzlərlə həmyerlimiz isə partizan dəstələrinin tərkibində vuruşmuşdur. Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılmış 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı milli atıcı diviziyalar döyüşlərdə misilsiz igidlik və şücaət göstərərək, adlarını tarixin səhifələrinə qızıl hərflərlə yazmışlar.

Qanlı-qadalı döyüşlərdə göstərdikləri igidliyə görə Azərbaycanın 130-dan çox vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilmişdir.

İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Ruslan Vəzirov, Adil Quliyev, Ziya Bünyatov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çox başqaları öz qəhrəmanlığı ilə xalqımızın şərəfli tarixinə yeni sətirlər yazıblar.

Xalqımız arxa cəbhədə də misilsiz əmək hünərləri göstərmiş, ordunun ehtiyaclarını ödəmək üçün gecə-gündüz fədakarlıqla çalışmışdır. Böyük Qələbəyə neft Bakısının töhfəsi əvəzsiz olmuşdur. Müharibə illərində Sovet İttifaqında çıxarılan neftin 70 faizini Azərbaycan verirdi. İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin təmin edilməsində həlledici rol oynamış sovet ordusunun tank və təyyarələrinin tam əksəriyyəti Bakı neftçilərinin göndərdiyi yanacaqla hərəkətə gətirilirdi.Müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları veriblər.

Əgər Azərbaycan nefti olmasaydı, sovet-alman cəbhəsində hərbi əməliyyatların nə ilə nəticələnəcəyini demək çətin olardı. Bütün bunlara görə İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının tarixi şücaətləri, habelə arxa cəbhədə fədakarlıqla çalışanların xidmətləri heç vaxt yaddaşlardan silinməyəcək, gənc nəslə əsl vətənpərvərlik nümunəsi olacaq.

Böyük Vətən Müharibəsi illərində də zərdablılar həm ön, həm də arxa cəbhədə fəallıq göstərmişlər. Cəbhəyə gedən 3384 nəfər zərdablının 1407nəfəri döyüş meydanlarında həlak olmuş, itkin düşmüşdür. Yüzlərlə zərdablı keçmiş Sovetlər İttifaqının orden-medalları ilə təltif olunmuş, əfsanəvi Dnepr qəhrəmanı Məlik Məhərrəmov Sovet İttifaqı Qəhrəmanı, Muradalı Heydərov isə "Şöhrət" ordeninin hər 3 dərəcəsinə layiq görülmüşdür.
Bu gün də zərdablılar öz övladlarını vətənin müdafiəsinə böyük həvəslə yola salır, arxa cəbhədə fədakarlıqlar göstərirlər. Zərdablılar yaxşı bilirlər ki, ön cəbhədə qələbənin əldə olunmasının əsas şərtlərindən biri də arxa cəbhənin fəallığı, daim ön cəbhədəki əsgərin qayğıları ilə yaşamasındadır.Biz zərdablılar qəhrəman ata, babalarımız, oğullarımızla fəxr edirik

1941- 1945 –ci ilər Böyük Vətən Müharibəsii zamanı 

Sovet İttifaqı Qəhrəmanı adı almış azərbaycanlıların siyahısı:

1. Abbas Quliyev (1945)

2. Adil Quliyev (1945)

3. Ağaşirin Cəfərov (1943)

4. Aslan Vəzirov (1945)

5. Bahəddin Mirzəyev (1945)

6. Bəkir Mustafayev (1944)

7.Cəmil Əhmədov (1945 ölümündən sonra)

8.Əlif Piriyev (1945)

9.Əmi Məmmədov (1944 ölümündən sonra)

10. Əvəz Verdiyev (1944)

11.Faris Səfərov (1944)

12.Gəray Əsədov (1945 ölümündən sonra)

13.Həbibulla Hüseynov (1945 ölümündən sonra)

14.Həzi Aslanov (1942), (1991 ölümündən sonra)

15.İdris Süleymanov (1942)

16.İsmayıl Bayramov (1945 ölümündən sonra)

17.İsrafil Məmmədov (1941)

18.Mehdi Hüseynzadə (1957 ölümündən sonra)

19.Mehdi Quliyev (1943)

20.Məhərrəm Dadaşov (1945 ölümündən sonra)

21.Məlik Məhərrəmov (1943)

22.Məmiş Abdullayev (1945 ölümündən sonra)

23.Məmməd Məhərrəmov (1944)

24.Məmməd Məmmədov (I) (1945 ölümündən sonra)

25.Mərdan Musayev (1944)

26.Məstan Əliyev (1945 ölümündən sonra)

27.Mikayıl Əkbərov (1943 ölümündən sonra)

28.Mirzə Cəbiyev (1943)

29.Mirzə Vəliyev (1945 ölümündən sonra)

30.Müseyib Allahverdiyev (1945)

31.Müseyib Bağırov (1944)

32.Nəcəfqulu Rəfiyev (1944)

33.Qafur Məmmədov (1943 ölümündən sonra)

34.Qəzənfər Əkbərov (1944 ölümündən sonra)

35.Səlahəddin Kazımov (1943)

36.Səməd Abdullayev (1943)

37.Şəmsulla Əliyev (1944 ölümündən sonra)

38.Şirin Şükürov (1945)

39.Xəlil Məmmədov (1945)

40.Xıdır Mustafayev (1944)

41.Yusif Sadıxov

42.Ziya Bünyadov (1945)

Böyük Vətən Müharibəsində faşizm üzərində Qələbənin 70 illik yubileyi münasibətilə

kitabxanalarda keçiriləcək tədbirlər.

Faşist işğalçılarının dünyada birinci sosialist ölkəsinə qarşı xaincəsinə başladıqları bu müharibədə ucsuz-bucaqsız əraziləri zəbt etmək, ölkənin zəngin sərvətlərinə sahib olmaq, ölkədə yaşayan xalqları əsarət altına almaq iddiasında idilər.Lakin bu ədalətsiz müharibədə haqq qələbə çaldı. Biz Böyük Vətən Müharibəsinin qanlı-qadalı illərindən uzaqlaşdıqca o günlərin qəhrəmanlıq salnaməsi daha əzəmətli, daha möhtəşəm görünür, sovet dövlətində birləşən xalqların bəşəriyyətə göstərdiyi misilsiz xidmət daha aydın hiss olunur. Bu qanlı müharibədə qazanılan qələbə insanlığı faşizm bəlasından xilas etdi.

Artıq o illərdən çox ötmüşdür, faşizm üzərində qələbədən 70-il keçir. Bu möhtəşəm yubileyin respublikamızda layiqli qeyd olunmasıi üçün Azərbaycan Respublikası Prezidenti “1941-1945-ci illər müharibəsində Qələbənin 70 illik yubileyinə hazırlıq və yubileyin qeyd edilməsi üzrə Tədbirlər Planının” təsdiq edilməsi haqqında 23 fevral 2015-il tarixli sərəncam imzalamışdır.Hazırda respublikamızın hər yerində eləcə də rayonumuzda bu tarixi Qələbənin 70 illik yubileyinə geniş hazırlıq işləri görülür.

Bu yubileyin yüksək səviyyədə qeyd olunması ilə əlaqədar kitabxanaların qa qarşısında mühüm vəzifələr durur . Yubileylə əlaqədar bütün kitabxana filiallarda Qələbənin 70 illiyinə həsr olunmuş kitab sərgiləri, stend, məlumat günləri , dəyirmi masa, şer gecələri, müharibə veteranları ilə görüşlər, xatirə gecələri və s. tədbirlər təşkil edilməlidir

İlk öncə bütün kitabxana filiallarda Qələbənin 70 illik yubileyinə həsr edilmiş sərgilər təşkil olunmalıdır. Sərgidə kitab, qəzet və jurnal məqalələri ilə yanaşı Böyük Vətən Müharibəsi qəhrəmanlarının şəkilləri və müharibə dövrünə həsr olunmuş foto şəkillər də nümayiş oluna bilər. Sərgi aşağıdakı başlıqlar altında təşkil oluna bilər. “Qələbə-70”,”Heç kim və heç nə unudulmur”, ”Azərbaycan Böyük Vətən Müharibəsi illərində”, və s. Sərgidə görkəmli şəxsiyyətlərin müharibə haqqında söylədikləri fikirlərdən , sitatlardan istifadə etmək sərgini daha da məzmunlu və dolğun edər.Sərgini Böyük Vətən Müharibəsinə həsr olunmuş ədəbiyyat siyahıları ilə tamamlamaq olar.

Bundan başqa kitabxanada orta və böyük yaş qrup oxucular üçün müharibə iştirakçıları, yəni veteranlarla görüşlər təşkil etmək daha maraqlı olar. Çünki uşaqlar görüşdə müharibənin canlı şahidləri ilə yaxından tanış olar, kitablardan oxuduqları, filmlərdən gördükləri hadisələri bir daha onların dilindən eşidərlər. Kitabxanaçı görüşə dəvət olunan veteranlarla əvvəlcədən görüşüb vaxtı müəyyənləşdirməlidir. Qeyd etmək lazımdır ki, görüş keçiriləcək yerdə sərginin təşkili olduqca zəruridir. Həmçinin yaxşı olardı ki, sərgidə görüşə dəvət olunan veteranlar haqqında məqalələr nümayiş olunsun. Aparıcı görüşə çağrılan şəxs haqqında məlumatlar əldə etməli, bu məlumatlar əsasında çıxış edərək onu oxuculara təqdim etməlidir. Bundan sonra qonağa söz verilir. Görüşün sonunda oxucular qonağa suallarla müraciət edə bilər.

Kitabxanada təşkil olunacaq tədbir formalarından “Ömürdən qalan izlər”, “Ürəklərdə yaşayır”, “Tariximizin Şanlı səhifəsi” başlıqlı söhbət, “İkinci Dünya Müharibəsi illərində Azərbaycan övladları böyük qəhrəmanlıq nümunələri göstərmişlər”, “Nəsillərə nümunə”, “Vətən qəhrəmanları heç vaxt unudulmur”,” Faşizm üzərində qələbədən 70 il ötür”, başlıqlı dəyirmi masa, məlumat günü ,” Hardan başlanır vətən “ adlı sual-cavab gecələri, “Odlu illərin yadigarları”, “Alovlu illərin qəhrəmanları” adlı görüş, “Tarixə qızıl xətlə yazılan bayram”, “9 may-Ədalətin Qələbəsi”, “Vətən sənə oğul dedi ”, “Vətən qəhrəmanlarını heç vaxt unutmur”, “Hər şey cəbhə üçün, hər şey qələbəmiz üçün”,” Biz müharibə istəmirik “ adlı ədəbi-bədii gecə, ədəbi- bədii kompozisiya və “Dünyaya sülh gərəkdir”, “Müharibə uşaqların gözü ilə” adlı səhərcik, az yaşlı oxucularla Sovet İttifaqı Qəhrəmanı Məlik Məhərrəmovun abidəsi qarşısında şer saatı və s. tədbirlər keçirmək olar. Aşağıda faşizm üzərində Qələbənin 70 illik yubileyi ilə əlaqədar keçiriləcək “ Hardan başlanır vətən “ adlı sual-cavab gecəsinin suallarını veririk:

1.Müharibə neçənci ildə başlanıb və qurtarıb?

2.Qələbəmizin neçə illiyi qeyd olunur?

3.Azərbaycan xalqının arxa cəbhədə nə kimi rolu olub?

4.Böyük Vətən Müharibəsində faşizm üzərində qələbənin qazanılmasında Azərbaycan diviziyalarının fəaliyyəti, göstərdiyi qəhrəmanlıqlar haqqında nə bilirsiniz?

5. Neçə azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına laiq görülüb və bunlar kimlərdi?

6. Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş ilk Azərbaycanlı kim olub?

7. İki dəfə Sovet İttifaqı Qəhrəmanı adına kim layiq görülüb?

8. Sovet İttifaqı Qəhrəmanı və Müharibədən sonrakı dövrdə görkəmli şərqşünas alim kimi tanınmış, tarix elminin inkişafı üçün çox işlər görmüş akademik kimdir?

9. Faşizm üzərində qələbənin qazanılmasında böyük xidmətlər göstərmiş Sovet İttifaqı Qəhrəmanı adını almlş həmyerlimiz kimdir, və o hansı döyüş xidmətlərinə görə bu ada layiq görülmüşdür?

10.İki dəfə Sovet İttifaqı Qəhrəmanı adını almış general H. Aslanova həsr olunmuş əsərin adı və müəllifi kimdir?

11.Sovet İttifaqı Qəhrəmanı M. Hüseynzadədən bəhs edən filmin adı?

12. Böyük Vətən müharibəsinə həsr olunmuş hansı əsərləri bilirsiniz?

13. Sovet İttifaqı Qəhrəmanı kiçik leytenant İsrafil Məmmədov haqqında nə bilirsiniz?

14.Böyük Vətən Müharibəsi iştirakçılarına nə kimi qayğı göstərilir və onlar haqqında nə işlər görülür? və sair.

Ümumiyyətlə kütləvi tədbir formaları müxtəlifdir. Kitabxanalar bu tətbir formalarından bacarıqla istifadə edib faşizm üzərində Qələbənin 70 illik yubileyinin yüksək səviyyədə qeyd olunmasına nail olmalıdırlar. Gənc nəslin vətənpərvərlik tərbiyəsində belə tədbirlərin rolu böyükdür. Metodiki vəsaitə ədəbiyyat siyahısı əlavə olunur.

Ədəbiyyat.

  • Alov saçan sətirlər.-Bakı : Azərnəşr, 1975.-326 s.

  • Dilbazi M. Dağ çiçəyi.-B. : Gənclik, 1977.-320 s.

  • Dünya durduqca.-Bakı : Azərnəşr, 1977.-187 s.

  • Nəzirli, Ş. Əfsanəvi Mixaylo.-Bakı : “Qələm “nəşriyyatı,2013.- 392 s.

  • Nəbiyev, B. Kamalın təntənəsi (Böyük Vətən Müharibəsi və Azərbaycan ədəbiyyatı).-Bakı : Yazıçı.-1981.

  • Odlu illərin əks- sədası .-Bakı : Azərnəşr, 1985.-323 s.

  • Məmmədov ,S. Azərbaycanın şanlı qızları.- Bakı :İşıq, 1988.-160 s.

  • Qurbani, A. Sonuncu Mogikanın Xatirələri .- Bakı:” Əbilov Zeynalov və

oğulları”,2005.- 360 s.

  • Qurbani , A. Sərhədçilər Arasında İlk Azərbaycanlı General.- Bakı : “ Apostol Çar Evi “, 2008.- 240 s.

  • Həsənli , N. Gözlə məni, ana: Xatirə oçerklər.- Bakı : Respublika Xatirə kitabı Nəşriyyatı,2000.-136 s.

  • Külək qarı səpələr / Azərb.Resp.Mədəniyyət və Turizm Nazirliyi;red. və tərt.ed.M. Soltan.-Bakı:2010.- 344 s.

  • Əhmədov, İ. Zərdabdan Cəbhəyə Gedənlər : 1939- 1945 . – “ Mingəçevir Poliqrafiya Müəssiəsi “MMC , 2013.-176 s.

  • Məhərrəmov,T. Cəbhədə keçən ömür // Kaspi.-2014.-9may.-s .8

  • Süleymanov,B. Azərbaycan diviziyaları Böyük Vətən müharibəsində respublikamızın qəhrəmanlıq səlnaməsinə yeni səhifələr yazıb // Palitra .- 2014.- 9 may.- s.10

  • Kazımov,Cabir. Sovet İttifaqı Qəhrəmanı mayor Müseyib Allahverdiyev

// Respublika.- 2014.- 25 may.-s.5

  • Məmmədova, R. Unudulmayan qələbə sevinci // Respublika.-2014.- 9 may .-s.12.




















Tərtib etdi : Metodika və biblioqrafiya şöbəsinin müdiri - G.Qasımova

Redaktor: Metodika və bibloqrafiya şöbəsinin baş metodisti- M. Əhmədova

















Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə