Qazlı qanqrena törədicilərinin bir-birindən differensasiyası




Yüklə 12.19 Kb.
tarix28.04.2016
ölçüsü12.19 Kb.
Qazlı qanqrena törədicilərinin bir-birindən differensasiyası

Qazlı qanqrena xəstəliyi, adətən yaralanmalardan sonra əmələ gələn anaerob infeksiyadır. Qazlı anaerob infeksiya polietiologiyalı xəstəlikdir. Xəstəliyin əmələ gəlməsində Glostridium cinsinə aid olan ayrı-ayrı növlər iştirak edir: Gl.perfringens, Gl.septicum, Gl. Novyi, Gl. Fallax. Yaranın stafilokokklar, sterptokokklar, protey, psevdomonas və s. bakteriyalarla çirklənməsi infeksiyanın daha da dərinləşməsinə və sürətlə yayılmasına səbəb olur.Gl. perfringens həm də qida toksikoinfeksiyası törədir.




Cl.perfringens
Qazlı qanqrenanın törədicilərinin hamısı Qram müsbət, sporlu çöplərdir. Gl. Perfringens hərəkətsiz, kapsullu, qalanları isə hərəkətli, kapsulsuz çöplərdir.

Xəstədən müayinə üçün zədələnmiş və nekrozlaşmış toxuma, yaradan ödem mayesi, irin, eksudat, yaraya düşmüş yad cisimciklər və s. götürülür. Gl. Perfringens etiologiyalı qida zəhərlənməsi olduqda isə xəstədən qusuntu kütləsi, mədə yuyuntusu, nəcis, qan, xəstəliyin epidemiologiyasının aydınlaşdırmaq məqsədilə xəstənin istifadə etdiyi qidanın qalığı müayinə edilir. Qazlı qanqrena klostridiyaları-anaerob yara qaz infeksiyaları insanın və heyvanların ağır yara infeksiyaları olub clostridium cinsindən olan basilllalar tərəfindən törədilir.Ağır gediş,tez yaranan və genişlənən nekroz,şişlərin və qaz əmələ gəlməsi,ağır intoksikasiya ilə xarakterizə olunur.qanqrena



Clostridium perfringens-vegetativ hüceyrələrdir.IrIri,qram müsbət və hərəkətsizdirlər.Klassik formaları düz bucaq altında kəsilmiş ucalara malik qısa çöplərdir.(0.6-1.0x1-1.5mkm).Anilin rəngləyiciləri ilə yaxşı rənglənirlər;köhnə kulturalarad qram mənfi ola bilərlər.Orqanizmdə kapsula əmələ gətirirlər.Kapsulalar virulent ştammlarda daha aydın görünürlər.Sporları iri,oval,mərkəzi yerləşmiş olurlar.Hüceyrə praktiki olaraq deformasiyaya uğramır.

Fakultativ anaerobdurlar.A tipləri S vəR koloniyaları əmələ gətirirlər.S koloniyaları dairəvi,günbəzəbənzərdirlər.Hamar,düz kənarlara malikdirlər;inkişafın əvvəlində şəffafdırlar.Sonra tutqun,bozumtul-ağ rəng alırlar.R koloniyalar q/düzgün formalıdır.Aqarın dərinliyində pambıq topalarını xatırladır.

Qaz və turşu əmələ gətirməklə qlukozanı parçalayır.Digər klostridiyalardan nitratları bərpa etmək qabiliyyəti ilə fərqlənir.Proteolitik aktivliyi zəifdir.A vəC tipləri enterotoksin əmələ gətirir.

Clostridium novyi-iri ,əyri,hərəkətli çöplərdir.Ölçüləri 4-10x1-2 mkm-dir.Peritrixlərdir,20-25 qamçıya malikdir.Bəzi ştamları kiçik zəncirlər və ya saplar əmələ gətirir.Cavan kulturalarda hərəkətliyi ilə seçilir.Sporları oval olub,subterminal yerləşir.

Obliqat anaerobdur.Qan aqarında girintili-çıxıntılı koloniyalar əmələ gətirir.A,B,C tipləri qlükoza,maltoza və fruktozanı,D tipi isə yalnız qlükozanı fermentasiya edir.Patogenliyini təyin edən 8 toksin istehsal edir.

Clostridium histolyticum -3-5x0.5-0.8 mkm ölçülü çöplərdir.Qram müsbətdir.Ancaq köhnə kulturalarda qram mənfi ola bilər.Yaxmalarada çox vaxt cütlər və zəncirlər əmələ gətirir.Bütün mühitlərdə 3 qatlı qişaya malik subterminal sporlar əmələ gətirir.

Fakultativ anaerobdur.Karbohidratalara inertdir.Proteolitik xüsusiyyətləri güclüdür.5 tip toksin istehsal edir.

Clostridium septicum-polimorf hərəkətli 4-5x0.8mkm ölçülü çöplərdir.Toxumalarda uzunluğu 500mkm olan saplar əmələ gətirə bilər.

Fakultətiv anaerobdurlar.Oksigenlə kontaktda hərəkətsizdirlər.Seyssler aqarında 48 saatdan sonra bütöv ərp əmələ gəirirlər.1 faizli aqar sütununda bir-birinə dolaşan sap yaradırlar.

Bəzi karbohidratlatı fermentasiya edirlər.Proteolitik aktivliyi zəifdir.4 ekzotoksin istehsal edir.

Clostridium fallax-hərəkətli,dairəvi uclara malik 2-5x0.5mkm ölçülü düz çöplərdir.Ciddi anaerobdur.Aqar səthində 24-48 saat sonra xırda,yastı,şəffaf,q/düzgün kənarlı koloniyalar əmələ gətirir.Qan aqarında ensiz hemoliz zolağı yaradır.Karbohifdratları fermentasiya edir,proteolitik aktivliyi zəifdir,nitratları bərpa etmir.Hələ indiyə kimi identifikasiya edilməmiş letal toksin istehsal edir.





Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə