Qazlı qanqrena törədiciləri. Xəstəliyin laborator diaqnostikası




Yüklə 13.19 Kb.
tarix22.04.2016
ölçüsü13.19 Kb.
Qazlı qanqrena törədiciləri.

Xəstəliyin laborator diaqnostikası.
Cl. Perfringens
Qazlı qanqrena xəstəliyi, adətən yaralanmalardan sonra əmələ gələn anaerob infeksiyadır. Qazlı anaerob infeksiya polietiologiyalı xəstəlikdir. Xəstəliyin əmələ gəlməsində Glostridium cinsinə aid olan ayrı-ayrı növlər iştirak edir: Gl.perfringens, Gl.septicum, Gl. Novyi, Gl. Fallax. Yaranın stafilokokklar, sterptokokklar, protey, psevdomonas və s. bakteriyalarla çirklənməsi infeksiyanın daha da dərinləşməsinə və sürətlə yayılmasına səbəb olur.Gl. perfringens həm də qida toksikoinfeksiyası törədir.


Cl.perfringens
Qazlı qanqrenanın törədicilərinin hamısı Qram müsbət, sporlu çöplərdir. Gl. Perfringens hərəkətsiz, kapsullu, qalanları isə hərəkətli, kapsulsuz çöplərdir.

Xəstədən müayinə üçün zədələnmiş və nekrozlaşmış toxuma, yaradan ödem mayesi, irin, eksudat, yaraya düşmüş yad cisimciklər və s. götürülür. Gl. Perfringens etiologiyalı qida zəhərlənməsi olduqda isə xəstədən qusuntu kütləsi, mədə yuyuntusu, nəcis, qan, xəstəliyin epidemiologiyasının aydınlaşdırmaq məqsədilə xəstənin istifadə etdiyi qidanın qalığı müayinə edilir.




Xəstəliyə diaqnoz qoymaq üçün bakterioskopik, bakterioloji və bioloji müayinə üsullarından istifadə olunur.

Bakterioskopik müayinə. Götürülən materiallardan yaxmalar hazırlanır və Qram, Gins-Burri, Sil-Nilsen üsulları ilə rənglənir. Yaxmada iri Qram müsbət, sporalı, kapsullu və kapsulasız çöplərin görünməsinə diqqət yetirilir. Xarakter klinik mənzərə olduqda və materialdan hazırlanan yaxmada göstərilən mənzərə aşkar olunarsa diaqnoz təsdiq olunur. Lakin törədicinin növünü və toksinin tipini aydınlaşdırmaq məqsədilə müayinə davam etdirilir.

Bakterioloji və bioloji müayinələr. Materialın qalan hissəsi kazeinli və ya ətli maye və bərk mühitlərə ( Kitt-Tarotsi mühiti, qanlı aqar, Vilson-Bler mühiti, süd) əkilir. Material əkilmiş sınaq şüşələrinin ikisi 80° C-də 30 dəq qızdırılır ki, spora əmələ gətirməyən bakteriyalar məhv olsun. Sonra material əkilmiş mühitlər 37°C-də anaerob çəraitində termostatda inkubasiya olunur. Materialda Gl. Perfringens olduqda südlü mühit 3-4 saatdan sonra laxtalanır və şəffaflaşır. Vilson-Bler mühiti qaralır və güclü qaz əmələ gəlir.

Qidalı mühitlərdən yaxmalar hazırlanıb mikroskopiya edilir. Təmiz kultura almaq məqsədilə maye mühitlərdən bərk mühitlərə əkilir.

İlkin kulturada toksini və onun tipini aydınlaşdırmaq məqsədilə kulturanın filtratı və sentrifuqatı Gl. Perfringensin, Gl. Septicumun, Gl. Sordellinin, Gl. Noyi-nin diaqnostik zərdabı ilə işlənib ağ sişanlara yeridilir. Bu neytralizasiya reazsiyasının aparılmasının böyük diaqnostik əhəmiyyəti vardır.

Müayinənin 3-cü günü bərk qidalı mühitlərdə bitən koloniyalara fikir verilir.Materialdan alınmış bakteriyanın morfologiyası, hərəkəti, karbohidratları qıcqırtması, lakmuslu südə əkdikdə rəngin dəyişməsi, zülalları parçalaması və toksin əmələ gətirməsi öyrənilir.

Xəstəliyə təcili diaqnoz qoymaq üçün müayinə materialını sentrifuqadan keçirir və sentrifuqatla spesifik antitoksik zərdab arasında neytralizasiya reaksiyası aparılır.

Xəstəliyə təcili diaqnoz qoymaq üsuluna həmçinin filtratda lesitinazanın aşkar edilməsi və onun tipospesifik zərdabla neytrallaşdırılması daxildir. Əsasən Gl. Perfringensin toksinini bu üsulla təyin edirlər.

Bunun üçün materialı sentrifuqadan keçirir, çöküntü natirium-xloridin izotonik məhlulu ilə 1:2, 1:4, 1:8 ...., nisbətində durulaşdırılır və onun üzərinə xüsusi aktivator (0,005 M CaCl2) əlavə edilir. Hər durulaşmadan 1 ml götürüb üzərinə 0,1 ml tipospesifik zərdab əlavə edib qarışdırılır. Qarışıq 20C-də 40 dəq saxlanılır və sonra onun üzərinə 0,2 ml lesitin əlavə edilib təzədən termostatda 37C-də 2saat saxlanılır.

Kontrol məqsədilə yuxarıdakı qayda ilə qarışıq hazırlanır, ancaq ona zərdab əlavə edilmir. Kontrol şüşədə lesitinaza olduqda sınaq şüşəsində bulanıqlıq əmələ gəlir, təcrübə sınaq şüşələrində zərdab olduğuna görə bulanıqlıq əmələ gətirmir.



Gl. Perfringens etiologiyalı qida zəhərlənməsinə şüphə olduqda diaqnoz anaerob infeksiyaların diaqnozu kimi aparılır, təcili diaqnoz isə aşağıdakı kimi aparılır:

  1. Müayinə materialını 80C-də 15 dəq qızdırır və sonra tərkibinə 0,5 % qlükoza olan yağsızlaşdırılmış südə əkib 37C-də termostatda yerləşdirilir.

Materialda Gl. Perfringens olduqda bir neçə saatdan sonra süd laxtalanır.


  1. Süd laxtalandıqda onun zərdab hissəsi sentrifuqadan keçirilir və 0,5 -1 ml olmaqla ağ siçanların periton boşluğuna inyeksiya edilir. Toksin aşkar edildikdə neytralizasiya reaksiyası vasitəsilə toksinin tipi təyin olunur.







Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə