Qaydaları"nın təsdiq edilməsi haqqında azərbaycan respublikasi naziRLƏr kabinetiNİn qərari "




Yüklə 292.76 Kb.
səhifə1/4
tarix29.02.2016
ölçüsü292.76 Kb.
  1   2   3   4
"Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları"nın təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

"Büdcə sistemi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 oktyabr tarixli 809 nömrəli Fərmanının 1-ci bəndinin yeddinci abzasının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:



1. "Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları" təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş Naziri A.RASİZADƏ

Bakı şəhəri, 24 may 2004-cü il

№ 75

 

 



Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2004-cü il 24 may tarixli 75 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Dövlət büdcəsinin tərtibi və icrası



QAYDALARI

I. ÜMUMİ MÜDDƏALAR

1.1.Bu Qaydalar "Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanununa (bundan sonra - Qanun) uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasının dövlət büdcəsinin tərtibi və icrasının təşkilati, hüquqi və iqtisadi əsaslarının prinsiplərini müəyyən edir.

1.2.Azərbaycan Respublikasının dövlət büdcəsinin məqsədi ölkənin iqtisadi, sosial və digər strateji proqramlarının və problemlərinin həlli, dövlətin funksiyalarının həyata keçirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada maliyyə vəsaitinin toplanmasını və istifadəsini təmin etməkdir.

       Azərbaycan Respublikasının dövlət büdcəsi mərkəzləşdirilmiş gəlir və xərclərdən, yerli gəlir və xərclərdən ibarətdir.

1.3.Dövlət büdcəsinin tərtibi və icrasında büdcənin gəlirlərinin və xərclərinin funksional iqtisadi, inzibati və digər prinsiplər əsasında qruplaşdırılmasını təmin edən vahid büdcə təsnifatından istifadə olunur.

1.4.Dövlət büdcəsinin tərtibi və icrası prosesi Azərbaycan Respublikasının Konstitusiyasına, Qanununa, hər büdcə ili üzrə qəbul edilən dövlət büdcəsi haqqında Qanuna, digər qanunlara və normativ hüquqi aktlara, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və bu Qaydalara uyğun olaraq həyata keçirilir.

 

II. DÖVLƏT BÜDCƏSİ LAYİHƏSİNİN TƏRTİBİ İŞİNİN TƏŞKİLİ

 

2.1. Dövlət büdcəsi layihəsinin tərtibi prosesi növbəti büdcə ilinə 11 ay qalmış başlanır və büdcə layihəsinin Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edildiyi günədək olan dövrü əhatə edir.



2.2. Növbəti büdcə ili üzrə dövlət büdcəsinin layihəsi ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi proqnozları, məqsədli proqramları, iqtisadiyyatın sahələrinin, inzibati rayonların, mülkiyyət formasından asılı olmayaraq bütün müəssisələrin cari və növbəti il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin qiymətləndirilməsi əsasında hazırlanır.

2.3. Dövlət büdcəsi layihəsinin tərtibi prosesinə yanvar ayının üçüncü ongünlüyü ərzində Azərbaycan Respublikası Nazirlər Kabinetinin mətbuatda dərc olunan qərarı ilə başlanır. Bu qərarda büdcənin tərtibi prosesində iştirak edən təşkilatlara (mərkəzi və yerli icra hakimiyyəti orqanları və onların struktur bölmələrinə, büdcə gəlirlərinin icrasını təmin edən orqanlara, dövlət büdcəsindən maliyyələşən və (və ya) maliyyə yardımı alan təşkilatlara büdcədənkənar dövlət fondları və vergi ödəyicilərinə, zərurət yarandıqda bələdiyyələrə tapşırıqların (tövsiyələrin) verilməsi öz əksini tapır. Qərara uyğun olaraq fevral ayının sonunadək Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi tərəfindən tərtib edilmiş ölkənin ortamüddətli iqtisadi və sosial inkişaf proqnozu dəqiqləşdirilir və mart ayının 1-dən gec olmayaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilir.

2.4.            Ortamüddətli iqtisadi və sosial inkişaf proqnozu növbəti büdcə ili və gələn üç il üçün ölkənin sosial-iqtisadi inkişaf konsepsiyasının və proqnoz göstəricilərinin xülasəsini, makroiqtisadi göstəricilərinin proqnozunu və sosial-iqtisadi siyasətinin əsas prioritetlərini əhatə edilir.

2.4.1. Makroiqtisadi göstəricilərin proqnozunun tərkibinə aşağıdakı məlumatlar daxil edilir və bu göstəricilər növbəti büdcə ili və gələn üç il üçün hazırlanır:

2.4.1.1.Ümumi Daxili Məhsul (real artım, deflyator indeksi, dövlət və qeyri-dövlət sektorunun, neft və qeyri-neft sektorunun payı, onların artım və deflyator indeksləri);

2.4.1.2.Ümumi Daxili Məhsulun istehsal strukturu (onların artım və deflyator indeksləri, ümumi buraxılışı, aralıq istehlakı, əlavə dəyəri);

2.4.1.3.Ümumi Daxili Məhsulun sahə strukturu (onların artım və deflyator indeksləri);

2.4.1.4.respublikada istehsal olunan əsas məhsul növlərinin sahələr üzrə natural göstəricilərinin proqnozu (o cümlədən aksizli məhsulların növləri üzrə);

2.4.1.5.neftin dünya bazarında qiyməti;

2.4.1.6.daxili və xarici investisiyalar (onların strukturu və real artım sürətləri);

2.4.1.7.əhalinin pul gəlirləri, xərcləri və onların artım sürətləri;

2.4.1.8.orta aylıq əmək haqqı (onların iqtisadiyyatın sahələri, dövlət və qeyri-dövlət sektoru, büdcə və qeyri-büdcə təşkilatları, neft və qeyri-neft sektoru üzrə səviyyəsi və artım sürətləri);

2.4.1.9.  əhalinin məşğulluq göstəriciləri (onların iqtisadiyyatın sahələri, dövlət və qeyri-dövlət sektoru, büdcə və qeyri-büdcə təşkilatları, neft və qeyri-neft sektoru üzrə sayı və artım sürətləri);

2.4.1.10.əhaliyə göstərilən pullu xidmətlərin həcmi və artım sürəti;

2.4.1.11.istehlak qiymətlərinin orta illik indeksi (inflyasiya);

2.4.1.12.milli valyutanın ABŞ dollarına və avroya nisbətdə orta illik məzənnəsi;

2.4.1.13.mal və xidmətlərin ticarət və tədiyə balansına görə idxalının və ixracının əsas göstəriciləri, onun strukturu;

2.4.1.14.tədiyə balansı;

2.4.1.15.toplu maliyyə balansı.

2.5.   Dəqiqləşdirilmiş ortamüddətli iqtisadi və sosial inkişaf proqnozlarına müvafiq olaraq, cari ilin martın 31-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən növbəti il və sonrakı üç il üçün dövlət və icmal büdcələrin ilkin ortamüddətli proqnozu (gəlirlər, xərclər, kəsir və maliyyələşmə) və Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi tərəfindən dövlət investisiya proqramının ilkin layihəsi tərtib edilir.

2.6. Cari ilin aprel ayının 15-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən növbəti il üçün dövlət büdcəsinin layihəsi, büdcə-vergi siyasətinin əsas istiqamətləri, büdcə təsnifatının bölmələri səviyyəsində gəlir və xərclərin yuxarı həddi, dövlət borcları, prioritet xərclər, növbəti büdcə ili və sonrakı üç il üçün icmal büdcə proqnozu , dövlət büdcəsinin tərtibi və icrası prosesi üçün zəruri olan qanunvericilik aktlarının layihələri və Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi tərəfindən dövlət investisiya proqramının ilkin layihəsi hazırlanaraq baxılmaq üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunur. Azərbaycan Respublikasının Nazirlər Kabineti həmin layihələri Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi və digər icra hakimiyyəti orqanları ilə müzakirə edir.

2.7. Cari ilin may ayının 1-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyi növbəti il üzrə dövlət büdcəsinin layihəsi və sonrakı üç il üçün icmal büdcə göstəricilərinin tərtibinə dair təlimat məktubu (bundan sonra - təlimat məktubu) və büdcədənkənar dövlət fondları büdcələrinin layihələri barədə rəyini hazırlayıb aidiyyəti üzrə büdcənin tərtibi prosesində iştirak edən təşkilatlara göndərir. Bu təlimatda aidiyyəti məlumatlarla yanaşı təşkilatlara və hər bölmə üzrə xərclərin yuxarı həddinə, cari xərclərə dair təsdiq olunmuş normalara, formalara, ətraflı büdcə təklifinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilməsi üçün yardımçı sənədlər daxil olmaqla gəlirlərin və xərclərin təhlilinə (qiymətləndirilməsinə) dair məlumatlar verilir.

2.8. Büdcə təşkilatların xərclərinin proqnozlaşdırılması və icrası zamanı onların büdcədənkənar vəsaitləri nəzərə alınır.

2.9. Dövlət büdcəsinin gəlirlərinin icrasını təmin edən orqanlar və Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən təşkilatlar təlimat məktubuna uyğun olaraq hazırladıqları büdcə layihəsini, büdcədənkənar dövlət fondları isə öz büdcələrinin göstəricilərini cari ilin iyul ayının 1-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edirlər.

       Dövlət büdcəsinin gəlirlərinin icrasını təmin edən orqanların regional və yerli bölmələri Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə razılaşdırdığı formalara və cari il mayın 1-dək Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təlimat məktubuna uyğun olaraq növbəti büdcə ili və sonrakı üç il üçün dövlət büdcəsinin gəlirləri üzrə proqnoz layihələrini cari il iyunun 1-dək Azərbaycan Respublikası Maliyyə Nazirliyinin yerli bölmələrinə təqdim edirlər.

2.10.          Vergilər Nazirliyi və onun müvafiq orqanları tərəfindən Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təlimat məktubuna uyğun olaraq təqdim olunan büdcə layihəsində aşağıdakı məlumatlar öz əksini tapmalıdır:

2.10.1.keçən ildə əldə edilmiş və cari ildə gözlənilən büdcə gəlirlərinin məbləği;

2.10.2.hesablanmış büdcə gəlirlərinin keçən ildə faktiki və cari ildə gözlənilən məbləğləri;

2.10.3.büdcə gəlirlərinin keçən ildə faktiki və cari ilin sonuna gözlənilən qalığı;

2.10.4.növbəti il üçün təklif olunan büdcə gəlirlərinin həcmi, ödənilməli olan vergi və ödənişlərin məbləği;

2.10.5.büdcə-vergi siyasətində nəzərdə tutulmuş tədbirlərin qiymətləndirilməsinə dair göstəricilər;

2.10.6.sonrakı üç il üçün gəlirlərin qiymətləndirilməsi;

2.10.7.digər zəruri göstəricilər.

Vergilər Nazirliyi və onun müvafiq orqanları bu Qaydaların 2.10-cu bəndindəki göstəriciləri gəlirlər təsnifatının paraqrafları, Naxçıvan Muxtar Respublikası, respublikanın şəhər və rayonları üzrə, habelə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən müəyyən edilmiş vergi ödəyicilərinin qrupları üzrə ayrı-ayrılıqda təqdim edirlər.

Vergilər Nazirliyi tərəfindən təqdim olunan büdcə-vergi siyasətində nəzərdə tutulmuş tədbirlərin qiymətləndirilməsinə dair göstəricilər Azərbaycan Respublikası Maliyyə Nazirliyinin hazırladığı büdcə göstəricilərinin tərtibinə dair təlimat məktubuna müvafiq olaraq tərtib olunur və təqdim edilmiş hesablamalarda aşağıdakıları əhatə edir:

büdcə-vergi siyasətində nəzərdə tutulmuş tədbirlərin büdcə gəlirlərinə təsiri (tədbirin həyata keçirilməsində mütləq ifadədə-yaranan dəyişiklik və onun büdcə gəlirlərində xüsusi çəkisi);

büdcə-vergi siyasətində nəzərdə tutulmuş tədbirlərin qiymətləndirilməsinə dair hesablamalar (vergi ödəyiciləri və gəlir qrupları üzrə əhatə dairəsi və bu göstəricilər üzrə tədbirlərin həyata keçirilməsində yaranacaq dəyişiklik).

Digər zəruri göstəricilər dedikdə, fəaliyyət növləri, mülkiyyət mənsubiyyəti, vergi orqanlarında hüquqi və fiziki şəxslərin vergi ödəyicisi kimi qeydiyyatı (uçotu), vergi növləri, gəlir qrupları, dövriyyə həcmləri üzrə vergi ödəyicilərinin sayı (qeydiyyatdan keçmiş və fəaliyyət göstərən), xüsusi vergi rejimi tətbiq olunan vergi ödəyiciləri üzrə məlumatlar (işçilərin sayı, əmək haqqı və s.), vergi növləri üzrə keçən il üçün icmal hesabat göstəriciləri, dövlət rüsumunu tutan orqanlar üzrə keçən il üçün icmal hesabat göstəriciləri, büdcə-vergi siyasəti tədbirlərinin həyata keçirilməsinin keçən ildə faktiki və cari ildə gözlənilən nəticələrini əks etdirən haqq-hesab cədvəlləri, vergi güzəştlərinin qiymətləndirilməsinə dair haqq-hesab cədvəlləri və digər göstəricilər başa düşülür.

2.11. Dövlət Gömrük Komitəsi və onun müvafiq orqanları tərəfindən Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təlimat məktubuna uyğun olaraq təqdim olunan büdcə layihəsində aşağıdakı məlumatlar öz əksini tapmalıdır:

2.11.1.keçən ildə əldə edilmiş və cari ildə gözlənilən vergi və gömrük rüsumlarının məbləği;

2.11.2.hesablanmış vergi və gömrük rüsumlarının keçən ildə faktiki və cari ildə gözlənilən məbləğləri;

2.11.3.vergi və gömrük rüsumlarının keçən ildə faktiki və cari ilin sonuna gözlənilən qalığı;

2.11.4.növbəti il üçün təklif olunan vergi və gömrük rüsumlarının həcmi, ödənilməli olan vergi və gömrük rüsumlarının məbləği;

2.11.5.büdcə-vergi siyasətində vergi və gömrük rüsumları üzrə nəzərdə tutulmuş tədbirlərin qiymətləndirilməsinə dair göstəricilər;

2.11.6.sonrakı üç il üçün vergi və gömrük rüsumlarının qiymətləndirilməsi;

2.11.7.digər zəruri göstəricilər.

Dövlət Gömrük Komitəsi və onun müvafiq orqanları bu Qaydaların 2.11-ci bəndindəki göstəriciləri gəlirlər təsnifatının paraqraflarına uyğun təqdim edirlər.

Dövlət Gömrük Komitəsi tərəfindən təqdim olunan büdcə-vergi siyasətində vergi və gömrük rüsumları üzrə nəzərdə tutulmuş tədbirlərin qiymətləndirilməsinə dair göstəricilər Azərbaycan Respublikası Maliyyə Nazirliyinin hazırladığı büdcə göstəricilərinin tərtibinə dair təlimat məktubuna müvafiq olaraq tərtib olunur və təqdim edilmiş hesablamalar aşağıdakıları əhatə edir:

büdcə-vergi siyasətində vergi və gömrük rüsumları üzrə nəzərdə tutulmuş tədbirlərin büdcə gəlirlərinə təsiri (tədbirin həyata keçirilməsində mütləq ifadədə yaranan dəyişiklik və onun büdcə gəlirlərində xüsusi çəkisi);

büdcə-vergi siyasətində vergi və gömrük rüsumları üzrə nəzərdə tutulmuş tədbirlərin qiymətləndirilməsinə dair hesablamalar (vergi ödəyiciləri və gəlir qrupları üzrə əhatə dairəsi və bu göstəricilər üzrə tədbirlərin həyata keçirilməsində yaranacaq dəyişiklik).

Digər zəruri göstəricilər dedikdə, keçən il və cari ilin 5 ayı üçün kodlar üzrə malların idxalı və ixracına dair göstəricilər (o cümlədən vergi və gömrük rüsumlarından azad olunan, habelə dərəcələr üzrə vergi və gömrük rüsumlarına cəlb olunan idxal və ixrac mallarının kodları üzrə strukturu, aksizə cəlb olunan və azad olunan malların idxalının strukturu, nəqliyyat vasitələrinin spesifik xüsusiyyətlərinə görə vergiyə cəlb olunan və vergidən azad olunan avtomobillərin sayı və s.), vergi və gömrük rüsumlarının haqq-hesab cədvəlləri, büdcə-vergi siyasətində vergi və gömrük rüsumları üzrə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsinin keçən ildə faktiki və cari ildə gözlənilən nəticələrini əks etdirən haqq-hesab cədvəlləri, vergi və rüsumlar üzrə güzəştlərin qiymətləndirilməsinə dair haqq-hesab cədvəlləri və digər göstəricilər öz əksini tapmalıdır.

2.12. Dövlət Statistika Komitəsi və onun müvafiq orqanları bu Qaydaların 2.4-cü bəndində müəyyən olunan göstəricilər üzrə son üç ili və cari ilin ötən dövrünü əhatə edən statistik məlumatları cari ilin fevral ayının 5-dək Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edirlər.

2.13. Torpaq sahələrinin qeydiyyatını aparan orqanlar tərəfindən Maliyyə Nazirliyinin təlimat məktubuna uyğun olaraq təqdim olunan məlumatlarda aşağıdakılar öz əksini tapmalıdır:

2.13.1.hüquqi şəxslərin torpaq sahələrinin respublikanın kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə strukturu və keyfiyyət qrupları (ümumi torpaq sahələri, o cümlədən kənd təsərrüfatı üçün yararlı torpaqlar, ondan dağ və düzən torpaqlar, biçənək, örüş və otlaq torpaq sahələri);

2.13.2.fiziki şəxslərin torpaq sahələrinin respublikanın kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə strukturu və keyfiyyət qrupları (ümumi torpaq sahələri, o cümlədən kənd təsərrüfatı üçün yararlı torpaqlar, ondan dağ və düzən torpaqlar, biçənək, örüş və otlaq torpaq sahələri);

2.13.3.sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət, məişət xidməti və digər xüsusi təyinatlı yaşayış fondlarının həyətyanı sahələri və vətəndaşların bağ sahələrinin tutduğu torpaq sahələri və onların respublikanın şəhərləri üzrə bölgüsü.

2.14. Dövlət əmlakının və torpaqların icarəyə verilməsi ilə məşğul olan orqanlar tərəfindən Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təlimat məktubuna uyğun olaraq təqdim olunan məlumatlarda aşağıdakılar öz əksini tapmalıdır:

2.14.1.dövlət əmlakının və torpaqların icarə sahələri;

2.14.2.dövlət əmlakının və torpaqların icarəsi üzrə müqavilələrin sayı və onun dinamikası;

2.14.3.keçən ildə əldə edilmiş və cari ildə gözlənilən dövlət əmlakının və torpaqların icarə haqlarının məbləği;

2.14.4.hesablanmış dövlət əmlakının və torpaqların icarə haqlarının keçən ildə faktiki və  cari ildə gözlənilən məbləğləri;

2.14.5.dövlət əmlakının və torpaqların icarə haqlarının keçən ildə faktiki və cari ilin sonuna gözlənilən qalığı;

2.14.6.növbəti il üçün təklif olunan dövlət əmlakının və torpaqların icarə haqlarının həcmi, ödənilməli olan icarə haqlarının məbləği;

2.14.7.sonrakı üç il üçün dövlət əmlakının və torpaqların icarəsi üzrə nəzərdə tutulmuş haqların və tədbirlərin qiymətləndirilməsinə dair göstəricilər;

2.14.8.digər zəruri göstəricilər.

İqtisadi İnkişaf Nazirliyi tərəfindən bu Qaydaların 2.14-cü bəndindəki göstəricilər Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən təşkilatlar, kommersiya prinsipləri əsasında fəaliyyət göstərən təşkilatlar və xarici diplomatik qurumlar üzrə ayrı-ayrılıqda təqdim edilir.

İqtisadi İnkişaf Nazirliyi tərəfindən təqdim olunan dövlət əmlakının və torpaqların icarəsi üzrə nəzərdə tutulmuş tədbirlərin qiymətləndirilməsinə dair göstəricilər Azərbaycan Respublikası Maliyyə Nazirliyinin hazırladığı büdcə göstəricilərinin tərtibinə dair təlimat məktubuna müvafiq olaraq tərtib olunur və təqdim edilmiş hesablamalar aşağıdakıları əhatə edir:

-  dövlət əmlakının və torpaqların icarəsi üzrə nəzərdə tutulmuş tədbirlərin büdcə gəlirlərinə təsiri (tədbirin həyata keçirilməsində mütləq ifadədə yaranan dəyişiklik və onun büdcə gəlirlərində xüsusi çəkisi);

-  dövlət əmlakının və torpaqların icarəsi üzrə nəzərdə tutulmuş tədbirlərin qiymətləndirilməsinə dair hesablamalar (icarəçilərin və icarədarların əhatə dairəsi və bu göstəricilər üzrə tədbirlərin həyata keçirilməsində yaranacaq dəyişiklik).

2.15. Naxçıvan Muxtar Respublikası, respublikanın şəhər və rayonlarının icra hakimiyyəti orqanları tərəfindən Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təlimat məktubuna uyğun olaraq təqdim olunan büdcə layihəsində aşağıdakı məlumatlar öz əksini tapmalıdır:

2.15.1.keçən ildə əldə edilmiş və cari ildə gözlənilən büdcə gəlirlərinin məbləği;

2.15.2.hesablanmış büdcə gəlirlərinin keçən ildə faktiki və cari ildə gözlənilən məbləğləri;

2.15.3.büdcə gəlirlərinin keçən ildə faktiki və cari ilin sonuna gözlənilən qalığı;

2.15.4.növbəti il üçün təklif olunan büdcə gəlirlərinin həcmi, ödənilməli olan vergi və ödənişlərin məbləği;

2.15.5.büdcə-vergi siyasətində təklif olunan tədbirlərin qiymətləndirilməsinə dair göstəricilər;

2.15.6.sonrakı üç il üçün gəlirlərin qiymətləndirilməsi;

2.15.7.digər zəruri göstəricilər.

Naxçıvan Muxtar Respublikası, respublikanın şəhər və rayonlarının icra hakimiyyəti orqanları bu Qaydaların 2.15-ci bəndindəki göstəriciləri funksional və iqtisadi təsnifatın paraqrafları, habelə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən müəyyən edilmiş vergi ödəyicilərinin qrupları üzrə ayrı-ayrılıqda təqdim edirlər.

Digər zəruri göstəricilər dedikdə, fəaliyyət növləri, mülkiyyət mənsubiyyəti, vergi orqanlarında hüquqi və fiziki şəxs kimi qeydiyyatı, vergi növləri, gəlir qrupları, dövriyyə həcmləri üzrə vergi ödəyicilərinin sayı (qeydiyyatdan keçmiş və fəaliyyət göstərən), vergi növləri üzrə keçən il üçün icmal hesabat göstəriciləri, dövlət rüsumunu tutan orqanlar üzrə keçən il üçün icmal hesabat göstəriciləri və sair göstəricilər başa düşülür.

2.16. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təlimat məktubuna uyğun olaraq müəyyən edilmiş vergi ödəyiciləri tərəfindən təqdim olunan büdcə layihəsində aşağıdakı məlumatlar öz əksini tapmalıdır:

2.16.1.keçən ildə əldə edilmiş və cari ildə gözlənilən büdcə ödənişlərinin məbləği;

2.16.2.hesablanmış büdcə ödənişlərinin keçən ildə faktiki və cari ildə gözlənilən məbləğləri;

2.16.3.büdcə ödənişlərinin keçən ildə faktiki və cari ilin sonuna gözlənilən qalığı;

2.16.4.növbəti il üçün təklif olunan büdcə ödənişlərinin həcmi, ödənilməli olan vergi və ödənişlərin məbləği;

2.16.5.büdcə-vergi siyasətində təklif olunan tədbirlərin qiymətləndirilməsinə dair göstəricilər;

2.16.6.sonrakı üç il üçün büdcə ödənişlərinin qiymətləndirilməsi;

2.16.7.digər zəruri göstəricilər.

Maliyyə Nazirliyi tərəfindən müəyyən edilmiş vergi ödəyiciləri tərəfindən göstəricilər funksional və iqtisadi təsnifatın paraqrafları üzrə təqdim olunur.

Digər zəruri göstəricilər dedikdə, məhsul, iş və xidmətlərin istehsalı və təqdim edilməsi, onların respublikadaxili və dünya bazar qiymətləri (məhsul, iş və xidmətlərin növləri üzrə), məhsul, iş və xidmətlərin idxalı və ixracı barədə məlumatlar (məhsul, iş və xidmətlərin növləri üzrə), vergi növləri üzrə haqq-hesab cədvəlləri, hesablara daxil olmuş vəsaitlər, onların istifadə istiqamətləri və sair göstəricilər başa düşülür.

2.17. Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq digər hüquqi şəxslər tərəfindən Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təlimat məktubuna uyğun olaraq təqdim olunan büdcə layihəsində aşağıdakı məlumatlar öz əksini tapmalıdır:

2.17.1.keçən ildə əldə edilmiş və cari ildə gözlənilən büdcə ödənişlərinin
məbləği;

2.17.2.hesablanmış büdcə ödənişlərinin keçən ildə faktiki və cari ildə gözlənilən məbləğləri;

2.17.3.büdcə ödənişlərinin keçən ildə faktiki və cari ilin sonuna gözlənilən qalığı;

2.17.4.növbəti il üçün təklif olunan büdcə ödənişlərinin həcmi, ödənilməli olan vergi və ödənişlərin məbləği;

2.17.5.büdcə-vergi siyasətində təklif olunan tədbirlərin qiymətləndirilməsinə dair göstəricilər;

2.17.6.sonrakı üç il üçün büdcə ödənişlərinin qiymətləndirilməsi;

2.17.7.digər zəruri göstəricilər.

Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq digər hüquqi şəxslər bu Qaydaların 2.17-ci bəndindəki göstəriciləri funksional və iqtisadi təsnifatın paraqrafları üzrə təqdim edirlər.

2.18. Xüsusi vergi rejimli müəssisələrdən aşağıdakı göstəricilər tələb oluna bilər:

2.18.1.pay bölgüsü sazişlərində pay bölgüsü;

2.18.2.kapital xərcləri;

2.18.3.əməliyyat xərcləri;

2.18.4.işçilərin sayı (yerli və xarici vətəndaşlar olan işçilər üzrə);

2.18.5.əmək haqqı (yerli və xarici vətəndaşlar olan işçilər üzrə);

2.18.6.icarə haqqı;

2.18.7.mənfəət vergisinə dair haqq-hesab cədvəlləri;

2.18.8.mənbədən tutulan vergilərə dair haqq-hesab cədvəli;

2.18.9.digər məlumatlar.

Xüsusi vergi rejimli müəssisələrdən göstəricilər hər sazişə görə podratçılar və  subpodratçılar üzrə ayrı-ayrılıqda təqdim olunmalıdır. Məlumatlar keçən ili, cari ili və sonrakı üç ili əhatə edir.

2.19.          Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təlimat məktubuna uyğun olaraq xərclər üzrə təqdim olunan büdcə layihəsində aşağıdakı məlumatlar da öz əksini tapmalıdır:

2.19.1.xidmət etdikləri sahələr və xərc bölmələri üzrə dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi nəzərdə tutulan məqsədli proqramların layihələri;

2.19.2.Naxçıvan Muxtar Respublikası, respublikanın şəhər və rayonları, Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən təşkilatlar üzrə funksional və iqtisadi təsnifatın paraqrafları səviyyəsində büdcə xərclərinin keçən ildə faktiki və cari ildə gözlənilən məbləği;

2.19.3.Naxçıvan Muxtar Respublikası, respublikanın şəhər və rayonları, Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən təşkilatlar üzrə funksional və iqtisadi təsnifatın paraqrafları səviyyəsində növbəti üç il üçün büdcə xərclərinin həcmi və büdcə-vergi siyasətində nəzərdə tutulmuş tədbirlərin qiymətləndirilməsinə dair göstəricilər;

2.19.4.maliyyələşdirmə mənbəyi göstərilməklə növbəti il və sonrakı üç il üçün iqtisadi və funksional təsnifatın paraqrafları üzrə investisiya layihələri üzrə xərclərin həcmi;

2.19.5.əmək haqqı barədə tələbat;

2.19.6.əvvəlki ildən qalan əmək haqqı borcu barədə məlumat;

2.19.7.ştatda olan işçilərin sayı barədə məlumat;

2.19.8.ştatdankənar işçilərin sayı barədə məlumat;

2.19.9.keçən ildə faktiki, cari ildə gözlənilən və növbəli il üçün ezamiyyətlərin sayı barədə məlumat;

2.19.10.balans üzrə işlək vəziyyətdə olan xidməti minik və digər nəqliyyat vasitələrinin sayı;

2.19.11.keçən ildə faktiki, cari ildə gözlənilən və sonrakı üç il üçün kommunal xidmətləri (elektrik enerjisi, qaz, su, istilik enerjisi, kanalizasiya və s.) sərfinin miqdarı və dəyəri;

2.19.12.icarəyə götürülmüş binaların sahəsi;

2.19.13.alınan bina və tikililərin sahəsi;

2.19.14.alınacaq nəqliyyat vasitələrinin sayı;

2.19.15.keçən ildə faktiki, cari ildə gözlənilən və sonrakı üç il üçün uzun müddət istifadə olunan istehsalat və qeyri-istehsalat avadanlıqlarının alınması barədə məlumat;

2.19.16.keçən ildə faktiki, cari ildə gözlənilən və sonrakı üç il üçün mənzil, istehsalat, sosial-mədəni, məişət təyinatlı, inzibati və idarəetmə obyektlərinin tikintisi barədə məlumat;

2.19.17.keçən ildə faktiki, cari ildə gözlənilən və sonrakı üç il üçün mənzil, istehsal, sosial-mədəni, məişət təyinatlı, inzibati və idarəetmə obyektlərinin əsaslı təmiri barədə məlumat;

2.19.18.keçən ilin faktiki və cari ildə gözlənilən debitor və kreditor borcları (yaranma səbəbləri və tarixi) barədə məlumat;

2.19.19.keçən ildə əldə edilmiş və cari ildə gözlənilən büdcədənkənar gəlirlərin və xərclərin məbləği;

2.19.20.hesablanmış büdcədənkənar gəlirlərin və xərclərin keçən ildə faktiki və cari ildə gözlənilən məbləğləri;

2.19.21.büdcədənkənar gəlirlərin və xərclərin keçən ildə faktiki və cari ilin sonuna gözlənilən qalığı;

2.19.22.növbəti il üçün təklif olunan büdcədənkənar gəlirlərin həcmi, ödənilməli olan büdcədənkənar gəlirlərin məbləği;

2.19.23.büdcədənkənar gəlirlərə dair qanunvericilikdə təklif olunan tədbirlərin qiymətləndirilməsinə dair göstəricilər;

2.19.24.sonrakı üç il üçün büdcədənkənar gəlirlərin qiymətləndirilməsi;

2.19.25.dövlət və Naxçıvan Muxtar Respublikası büdcəsinin tərkibində yaradılan məqsədli fondlar barədə məlumat.

Qeyd olunan göstəricilər funksional və iqtisadi təsnifatın paraqrafları üzrə təqdim olunur.

2.20. Dövlət büdcəsindən maliyyə yardımları almaq istəyən bələdiyyələr cari ilin may ayının 1-dək aşağıdakı sənədləri və məlumatları Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edirlər:

2.20.1.cari ilin gözlənilən və ötən ilin büdcəsinin faktiki nəticələri barədə arayış;

2.20.2.növbəti büdcə ili üzrə yerli büdcələrin nəzərdə tutulan gəlirləri və xərcləri, dövlət büdcəsindən ayrılacaq dotasiyanın və digər maliyyə yardımlarının həcminin əsaslandırılması;

2.20.3.ötən ildə yerli büdcənin icra vəziyyəti barədə auditor rəyi;

2.20.4.Azərbaycan Respublikası Maliyyə Nazirliyinin sorğusuna görə digər materiallar.

2.21. Büdcədənkənar dövlət fondları tərəfindən Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təlimat məktubuna uyğun olaraq Azərbaycan Respublikasının İqtisadi inkişaf Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim olunan büdcə layihəsində aşağıdakı məlumatlar öz əksini tapmalıdır;

2.21.1.  keçən ildə əldə edilmiş və cari ildə gözlənilən büdcədənkənar dövlət fondlarının gəlirlərinin və xərclərinin məbləği;

2.21.2.  büdcədənkənar dövlət fondlarının hesablanmış gəlirlərinin və xərclərinin keçən ildə faktiki və cari ildə gözlənilən məbləğləri;

2.21.3.  büdcədənkənar dövlət fondlarının gəlirlərinin və xərclərinin keçən ildə faktiki və cari ilin sonuna gözlənilən qalığı;

2.21.4.  büdcədənkənar dövlət fondlarının növbəti il üçün təklif olunan gəlirlərinin və xərclərinin həcmi;

2.21.5.  büdcədənkənar dövlət fondlarının gəlirlərinə dair qanunvericilikdə təklif olunan tədbirlərin qiymətləndirilməsinə dair göstəricilər;

2.21.6.  sonrakı üç il üçün büdcədənkənar dövlət fondlarının gəlirlərinin və xərclərinin qiymətləndirilməsi;

2.21.7.  digər zəruri göstəricilər.

Büdcədənkənar dövlət fondları tərəfindən yuxarıda göstərilən göstəricilər funksional və iqtisadi təsnifatın paraqrafları üzrə təqdim olunur.

2.22. Avqust ayının 1-dək Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi tərəfindən cari ilin altı ayının faktiki nəticələri nəzərə alınmaqla növbəti il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf proqnozları və dövlət investisiya proqramı dəqiqləşdirilərək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilir.

2.23. Dəqiqləşdirilmiş ortamüddətli iqtisadi və sosial inkişaf proqnozu özündə növbəti büdcə ili və gələn üç il üçün ölkənin sosial-iqtisadi inkişaf konsepsiyasının və proqnoz göstəricilərinin geniş xülasəsini, cari ilin gözlənilən nəticələrini, makroiqtisadi göstəricilərinin proqnozunu və  sosial-iqtisadi siyasətinin əsas prioritetlərini əhatə edir.

2.24. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən dövlət büdcəsinin tərtibi üçün lazım olan əsaslandırıcı materiallar və hesablamalar mərkəzi və yerli icra hakimiyyəti orqanlarından, habelə onların struktur bölmələrindən, dövlət büdcəsindən maliyyələşdirilən büdcə təşkilatlarından, zərurət yarandıqda, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq digər hüquqi şəxslərdən, bələdiyyələrdən və büdcədənkənar dövlət fondlarından tələb oluna bilər.

  1   2   3   4


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə