Qaydalari ümumi müddəalar "Poçt rabitəsi Qaydaları" "Poçt haqqında" Azərbaycan Respublikasının Qanununa




Yüklə 0.9 Mb.
səhifə1/12
tarix10.04.2016
ölçüsü0.9 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   12

"Dövlət qeydiyyatına alınmışdır"

Azərbaycan Respublikasının

Ədliyyə Nazirliyi

Qeydiyyat №3228

"28" iyun 2006-cı il
Nazir____________ Fikrət Məmmədov

"Təsdiq edilmişdir"

Azərbaycan Respublikasının

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi

Əmr №131

14 iyun 2006-cı il tarixli

Nazir_________________ Əli Abbasov



Poçt rabitəsi

QAYDALARI
Ümumi müddəalar
"Poçt rabitəsi Qaydaları" "Poçt haqqında" Azərbaycan Respublikasının Qanununa, Ümumdünya Poçt İttifaqının aktlarına, digər normativ hüquqi aktlara, həmçinin poçt rabitəsi sisteminin mövcud texnoloji proseslərinə uyğunlaşdırılaraq yenidən hazırlanmışdır və poçt rabitəsi qaydalarını müəyyən edir.1[1]
FƏSİL 1
POÇT RABİTƏSİ XİDMƏTLƏRİNİN GÖSTƏRİLMƏSİNİN TƏŞKİLİ
1. Ümumi istifadədə olan poçt rabitəsi xidmətləri (sürətli və kuryer poçt rabitəsi xidmətləri istisna olmaqla) aşağıdakılar tərəfindən həyata keçirilir:

1.1. Poçtamtlar, poçt şöbələri ;

1.2. Poçtalyonlar, çatdırma sahələrində poçtalyon funksiyasını yerinə yetirən kənd poçt şöbələrinin rəisləri;

1.3. Evlərdə, vağzallarda, hava və dəniz limanlarında, qatarlarda, mehmanxanalarda, müalicə-sağlamlıq müəssisələrində və digər yerlərdə səyyar qaydada xidmət göstərmək üçün poçt rabitə müəssisəsinin rəhbərliyi tərəfindən ayrılmış poçt əməliyyatçıları və poçtalyonlar.

2. Göstərilən poçt rabitəsi xidmətlərinin növləri Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (bundan sonra Nazirlik) tərəfindən müəyyən olunur.

1.2 və 1.3 yarımbəndlərində göstərilən işçilər tərəfindən həyata keçirilən poçt rabitəsi xidmətlərinin növləri milli operator (bundan sonra MO) ilə razılaşdırılmaqla, poçtamtların rəisləri tərəfindən müəyyən olunur.

3. Hər bir poçt müəssisəsinin girişində poçt qutusu, poçt müəssisəsinin adını, iş vaxtmı və poçt indeksini göstərən lövhə asılmalıdır. Əməliyyat zalında poçt indeksləri kitabı, Poçt rabitəsi Qaydaları, poçt rabitəsi xidmətlərinin tarifləri, poçtla göndərilməsi qadağan olunmuş əşyaların siyahısı olmalı və müştərilərə tanışlıq üçün birinci tələbdə verilməlidir.

Əməliyyat zalında müştərilərin görə biləcəyi münasib yerdə "Təklif və rəylər kitabı", yuxan təşkilatların adı və telefonu, həmçinin göstərilən xidmətlər haqqında məlumatlar olmalıdır.

4. Poçt göndərişlərinin ünvan sahiblərinə çatdırılması üçün poçt müəssisələrində lazımi hallarda abunə qutuları quraşdırılır.

Abunə qutularından istifadə etmək istəyən fiziki və hüquqi şəxslər abunə müddəti göstərilməklə poçt müəssisəsinin rəisinə yazılı müraciət edirlər. Bu halda fiziki şəxslər ərizələrində ev ünvanlarım göstərməklə, şəxsiyyətini təsdiq edən sənədi, hüquqi şəxslər isə bütün rekvizitlərini (o cümlədən bank rekvizitlərini) göstərməklə rəsmi məktub təqdim edirlər. Göstərilən müraciət əsasında fiziki və hüquqi şəxslərlə MO-nun müəyyən etdiyi formada müqavilə bağlanır.

Bir abunə qutusunun bir neçə ünvan sahibinin istifadəsinə verilməsi qadağan edilir.

5. Poçt müəssisələrinin iş rejimləri Nazirliklə razılaşdırılmaqla və müvafiq qanunvericiliyin tələbləri nəzərə alınmaqla MO tərəfindən müəyyən edilir.

6. Sadə məktub və poçt kartlarının göndərilməsi üçün normativə uyğun poçt qutuları quraşdırılır.

7. Şəhərlərdə hər bir poçt qutusunun üzərin də onun nömrəsi, məktubların çıxarılma tezliyi və vaxtı, kənd yerlərində isə poçt qutusunun nömrəsi və çıxarılma tezliyi göstərilir.

Poçt müəssisələri məktubların poçt qutularından çıxarılması cədvəlini nəqliyyat Vasitələrinin hərəkət cədvəlinə, poçt rabitəsi normativlərinə və əsas nəzarət müddətlərinə uyğun tərtib edirlər.
FƏSİL 2
POÇT RABİTƏSİ XİDMƏTLƏRİNİN NÖVLƏRİ
8. Poçt müəssisələri fiziki və hüquqi şəxslərə ümumi istifadədə olan əsas və əlavə poçt rabitəsi xidmətləri göstərirlər.

Poçt göndərişlərinin qəbulu, işlənməsi, göndərilməsi və verilməsi əsas xidmətlərə aiddir.

Poçt şöbələri tərəfindən poçt göndərişləri ilə bağlı göstərilən digər poçt rabitəsi xidmətləri əlavə xidmətlərə aiddir.

Poçt şöbələri müqavilə əsasında digər poçt rabitəsi xidmətləri də göstərə bilərlər. Bu xidmətlərin göstərilmə qaydaları MO tərəfindən təsdiq edilmiş normativ sənədlərlə tənzimlənir.


DAXİLİ POÇT GÖNDƏRİŞLƏRİNİN NÖVLƏRİ, KATEQORİYALARI, ONLARIN ÖLÇÜLƏRİ VƏ ÇƏKİLƏRİ
9. Respublika ərazisində qəbul edilən və çatdırılan poçt göndərişləri daxili poçt göndərişləri adlanır. Bunlara aşağıdakılar aiddir:

9.1. Məktublar (sadə, sifarişli, qiyməti bəyan olunmuş);

9.2. Poçt kartları (sadə, sifarişli);

9.3. Banderollar (sadə, sifarişli, qiyməti bəyan olunmuş);

9.4. Bağlamalar (adi, qiyməti bəyan olunmuş);

9.5. Pul baratları;

9.6. Teleqramlar;

9.7. Sekoqramlar.

10. Daxili poçt göndərişləri yerli və kənar poçt göndərişlərinə ayrılır.

Bir şəhərin, rayon mərkəzinin, şəhər tipli qəsəbənin, kənd yerlərində isə bir poçt müəssisəsinin xidmət ərazisi daxilində göndərilən və çatdırılan daxili poçt göndərişləri yerli poçt göndərişləri adlanır.

Şəhərdən, rayon mərkəzindən və yaxud şəhər tipli qəsəbədən, kənd yerlərində isə bir poçt müəssisəsinin xidmət sahəsindən kənara göndərilən poçt göndərişləri kənar poçt göndərişləri adlanır.

11. Poçt göndərişlərinin kateqoriyaları qəbul, işlənmə, göndərilmə və verilmə şərtlərindən asılı olaraq müəyyən olunur.


12. Sadə poçt göndərişi - göndərilmək üçün istifadəçidən qeydiyyat aparılmadan və qəbz verilmədən qəbul olunan, çatdırılan zaman isə ünvan sahibindən heç bir imza tələb olunmayan poçt göndərişi;

13. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan Sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişi;

14. İçərisində göndərilənlər müştəri tərəfindən qiymətləndirilən poçt göndərişləri (məktub, banderol, bağlama), içərisində göndərilən əşyalar qiymətləndirilməmiş adi bağlamalar, həmçinin içərisində yuxarıda göstərilən poçt göndərişləri göndərilən kisələr qiymətli kisələr adlanır. Belə göndərişlər qəbul olunarkən müştəriyə qəbz verilir, müşayiət sənədləri yazılır, alıcıya imza etdirməklə verilir.

15. Qiyməti bəyan olunmuş poçt göndərişləri ünvan sahibinə verildikdə dəyəri ödənilmək şərti ilə qəbul oluna bilər. Bu halda poçt göndərişlərini ünvan sahibinə verərkən, təyin olunmuş dəyərin məbləğinin ünvan sahibindən alınaraq pul baratları ilə göndəricinin göstərdiyi ünvana çatdırılması poçt müəssisəsi tərəfindən təmin edilir. Bu poçt göndərişləri "Ödəmə şərtli" poçt göndərişləri adlanır.

16. Qiyməti bəyan olunmuş məktub və banderollar, adi və qiyməti bəyan olunmuş bağlamalar müştəri tərəfindən poçt müəssisəsinə ancaq açıq şəkildə verilməlidir.

17. Müştəriyə qəbz verilməklə qəbul olunan sifarişli, qiyməti bəyan olunmuş məktub və banderollar, sifarişli poçt kartları, bağlamalar, pul baratları və teleqramlar qeydiyyatlı poçt göndərişləri adlanır.

18. Qeydiyyatlı poçt göndərişləri xəbərnamə ilə (poçtla, teleqramla) qəbul oluna bilər.

Bu halda çatdırıcı poçt müəssisəsi poçt göndərişinin kimə və nə vaxt verilməsi barədə göndəriciyə məlumat verir.

19. Vətəndaşların evlərinə ünvanlanmış, ünvan sahibinə verilməsi haqqında xəbərnamə (poçtla, teleqramla) ilə qəbul olunan sifarişli, qiyməti bəyan olunmuş məktub və poçt kartları "Şəxsən verilməli" qeydi ilə qəbul oluna bilər. Belə poçt göndərişləri ünvan sahibinə şəxsən və ya onun etibarnaməsi əsasında bildirişdə, F.8 kitabında (əlavə 1) və xəbərnamədə imza etdirməklə başqa şəxsə verilir.

20. Hava nəqliyyatı ilə göndərilmək üçün qəbul olunan poçt göndərişləri AVIA göndərişləri adlanır.

21. Poçt göndərişləri göndərilmə xüsusiyyətlərinə görə aşağıdakı dərəcələrə ayrılır:

21.1. "Müddətli həqiqi hərbi qulluqçulara aid" - bunlara hərbi hissələr, hərbi müəssisələr, hərbi təhsil məktəbləri, müddətli və müddətdən artıq xidmət edən hərbi qulluqçular tərəfindən göndərilən və alman poçt göndərişləri aiddir.

21.2. "Xidməti" - bunlara MO və MO-nun poçt müəssisələri tərəfindən göndərilən poçt göndərişləri aiddir.

22. Poçt göndərişləri üçün müəyyən edilmiş ölçüləri və çəki hədləri:




SIRA

-Sİ



POÇT GÖNDƏRİŞİNİN NÖVÜ

ÇƏKİSİ,

kq

QABLAŞDIRILDIQDAN SONRA ÖLÇÜSÜ

1

2

3

4

1.

Poçt kartları




Ən böyük ölçüsü 105 x 148 mm

Ən kiçik ölçüsü 90 x 140 mm



2.

Məktublar

2

Məktubların, kiçik paketlərin və banderolların:

Ən böyük ölçüsü - 600 mm-dən artıq olmamaq şərti ilə uzunluğunun, eninin və qalınlığının cəmi 900 mm.

Ən kiçik ölçüsü - 90 x 140 vəl 10 x 220 mm.


3.

Kiçik paketlər

2

Boruvari bükülmüş məktublar, banderollar və kiçik paketlər üçün:

Ən böyük ölçüsü - uzunluğu və ya ikiqat diametri 900 mm-dən artıq olmamaq şərti ilə uzunluğu və ikiqat diametrinin cəmi 1040 mm.

Ən kiçik ölçüsü - uzunluğu və ya ikiqat diametri 100 mm-dən artıq olmamaq şərti ilə uzunluğu və diametrinin cəmi 170 mm.


4. 4.1.

Banderollar:

İçərisində korlar üçün çap nəşrləri və sekoqram olan sadə və sifarişli banderollar



7

Ən kiçik ölçüsü - uzunluğu və ya diametri 100 mm-dən artıq olmamaq şərtilə uzunluğu və diametrinin cəmi: 170 mm.


4.2.

İçərisində digər əşyalar olan sadə və sifarişli banderollar

5

4.3.

Qiymətli banderollar

2

5.

Hüquqi şəxslər tərəfindən eyni ünvana və eyni ünvan sahibinə ünvanlanmış xüsusi "M" kisələri

30




6.

Poçt bağlamaları:

Maksimal çəki 31,5


1) Ölçülərindən biri 1,5 m-dən çox olmamaqla, uzunluğunun və ən böyük çevrə ölçülərinin cemi hər hansı istiqamətdə (uzunluqdan başqa) götürüldükdə 3 m-dən çox olmamaqla.

2) Çəkisi 10 kq-dan az olmaqla, ölçülərindən biri 1,05 metr və ya uzunluğunun və ən böyük çevrə ölçülərinin cəmi hər hansı istiqamətdə (uzunluqdan başqa) götürüldükdə 2 m-dən yuxan olan bağlamalar iriqabaritli hesab edilir.

3) Bağlamaların en kiçik ölçüsü məktublar üçün nəzərdə tutulmuş ən kiçik ölçülərdən az olmamaqla



6.1.

Ancaq beynəlxalq poçt göndərişləri üçün "Rəhbərlik"də nəzərdə tutulan xarici ölkələrə

6.2.

Respublika daxilində

Maksimal çəki 31,5


FƏSİL 3
POÇT RABİTƏSİ XİDMƏTLƏRİ HAQQININ ÖDƏNİLMƏSİ
23. Poçt rabitəsi müəssisələri tərəfindən göstərilən poçt rabitəsi xidmətlərinin haqqı qüvvədə olan tariflər üzrə ödənilir.

24. Əsas və əlavə poçt rabitəsi xidmətlərinin haqqı dövlət poçt ödənişi nişanları, nağd pul və ya nağdsız üsulla ödənilir.

25. Poçt markaları, markalı zərflər, markalı poçt kartları və markalayıcı maşınların həkkinin əksi dövlət poçt ödənişi nişanlarına aiddir.

26. Poçt markaları korrespondensiyanın üzərinə göndərici tərəfindən yapışdırılır.

Tədavüldən çıxarılmış, çirklənmiş, zədələnmiş, qeyri-qanuni üsulla çap olunmuş, həmçinin xarici ölkə markaları və poçta aidiyyəti olmayan digər markalar daxili və beynəlxalq poçt göndərişlərinin ödənişi üçün etibarsızdır.

27. Müştərilərin istəyi ilə qiyməti bəyan olunmuş məktublar markalı zərflərdə göndərilə bilər. Belə məktubların göndəriş haqqı hesablanarkən zərfin üzərindəki markanın dəyəri nəzərə alınır. Bu barədə qəbzdə müvafiq qeydiyyat aparılır.

Xidmətlərin haqlarının nağdsız üsulla ödənilməsi məqsədi ilə istifadəçilər tərəfindən poçt müəssisəsinin hesablaşma hesabına avans olaraq müəyyən vəsait köçürülür və həmin vəsait qurtarana qədər tədricən istifadə edilir. Köçürülmüş vəsait qurtardıqdan sonra poçt rabitəsi xidmətlərinin göstərilməsi dayandırılır və lazımi vəsaitin köçürülməsi tələb olunur.

28. Beynəlxalq korrespondensiyanın göndərilmə haqqı Ümumdünya Poçt İttifaqının Beynəlxalq bürosu tərəfindən buraxılan beynəlxalq cavab kuponları ilə ödənilə bilər.

Kuponların üz hissəsində, onu satan xarici ölkənin poçt müəssisəsinin təqvim ştempelinin əksi olmalıdır. Poçt göndərişlərini təhvil verərkən təqdim olunan cavab kuponları çəkisi 20 qramadək olan sadə beynəlxalq məktubun hava yolu ilə göndərilməsinin ödəniş haqqı hesabı ilə markaya deyişdirilir. Kuponun üzərinə təqvim ştempelinin əksi vurulur.

Qəbul olunmuş kuponlar F.RN-4 müşayiət məktubuna yazılaraq poçtamtlara göndərilir.

Poçtamtlar toplanmış kuponları ayda bir dəfədən gec olmayaraq F.107 (əlavə 2) siyahılarına" yazmaqla, qiyməti bəyan olunmuş məktublarla Nazirliyin Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzinə (bundan sonra BƏHM) göndərirlər.

29. Poçt göndərişlərinin göndərmə haqqı onlar qəbul edilərkən alınır.

30. Qiyməti bəyan olunmuş məktubların, banderolların və pul baratlarının evlərə çatdırılma haqqı göndərici və ya ünvan sahibi tərəfindən ödənilir.

31. Poçt qutularına salınmış və göndərmə haqqı ödənilməmiş və ya qismən ödənilmiş poçt göndərişləri təyinatı üzrə göndərilmir, ilkin mərhələdən haqqı tam ödənilmək üçün göndəriciyə qaytarılır.


MARKALAYICI MAŞINLAR VƏ ONLARDAN İSTİFADƏ EDİLMƏSİ
32. Daxili, həmçinin beynəlxalq sadə və sifarişli poçt göndərişlərinin göndərilmə haqqı onların üzərinə markalayıcı maşınların həkkinin əksi vurulmaqla ödənilə bilər. Həkkin əksində
poçt müəssisəsinin adı, qəbul günü, maşın sahibinin poçt ünvanı və tam adı, poçt indeksi, göndərmə haqqının məbləği, əgər məktub və ya banderol sifarişlidirsə, həmçinin sifariş haqqı da əks olunur.

F.22 bildirişinin (əlavə 3) və ya F. 11 reyestrinin (əlavə 4) üzərinə vurulmuş markalayıcı maşının həkkinin əksi hüquqi şəxslərin ünvanına daxil olmuş qiyməti bəyan olunmuş məktub və banderolların çatdırılmasının, həmçinin poçt göndərişlərinin bir yerdən digərinə göndərilməsinin, qaytarılmasının və uzunmüddətli etibarnamələrin ödəniş haqqı kimi qəbul oluna bilər.

33. Markalayıcı maşının vurduğu təqvim ştempelinin tarixi göndərişləri göndərmək üçün poçt müəssisəsinə təhvil verildiyi tarixə uyğun olmalıdır, əks halda poçt göndərişləri yenidən işlənmək üçün göndəriciyə qaytarılır. Bu halda poçt göndərişlərinin üzərində göndərmə tarixinə uyğun əlavə təqvim ştempelinin əksi vurulur. Təqvim ştempelinin əvvəlki tarixə uyğun əksi xətlənməklə ləğv olunur.

POÇT GÖNDƏRİŞLƏRİNİN PULSUZ GÖNDƏRİLMƏSİ
34. "Poçt haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, MO tərəfindən aşağıdakı xidmətlər pulsuz göstərilir:

34.1. Çəkisi 7 kq-a qədər olan daxili və beynəlxalq sekoqramların göndərilməsi;

34.2. Poçt rabitəsi obyektləri tərəfindən göndərilən xidməti poçt göndərişləri;

35. Müddətli həqiqi hərbi qulluqçular üçün pulsuz poçt rabitəsi xidmətlərinin göstərilməsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilir.

36. İçərisində sekoqramlar olan göndərişlərin sağ yuxan küncündə "Sekoqram" sözü yazılmalıdır.
FƏSİL 4
POÇT MÜƏSSİSƏLƏRİNİN ADLI ƏŞYALARI
37. Təqvim ştempelləri, xüsusi ləğvedici ştempellər, surğuc möhürləri, plombirlər, sarıyıcı qurğular, poçt müəssisələrinin adlan həkk olunmuş metal lövhələr, üzərində poçt müəssisəsinin adı yazılmış yapışqanlı lentlər, nəzarət möhürləri poçt müəssisələrinin adlı əşyaları hesab edilirlər.

Adlı əşyalar poçtamtların sifarişləri əsasında MO tərəfindən təsdiq olunmuş nümunə və texniki tələblərə uyğun olaraq hazırlanır.

38. Hər bir adlı əşyanın üzərində Azərbaycan sözü, poçt müəssisəsinin adı və indeksi həkk edilir.

Poçtamtların mübadilə sahələrində istifadə edilən adlı əşyalarda "Mübadilə sahəsi" sözləri və poçtamtın adı həkk edilir. Məs: "Mübadilə sahəsi, Qax Poçtamtı".

Poçtamtların Baş kassalarında istifadə edilən adlı əşyalarda "Baş kassa" sözləri və poçtamtın adı həkk edilir. Məs: "Baş kassa, Qax Poçtamtı".

Poçt Daşıma Mərkəzinin (bundan sonra PDM) adlı əşyalarında onun adı "Bakı-PDM" kimi göstərilir.

39. Adlı əşyalarda poçt müəssisəsinin adı və yerləşdiyi yer Azərbaycan dilində həkk edilir.

İş şəraitlərinə görə poçt müəssisələrində iki və daha artıq təqvim ştempeli, surğuc möhürü, plombirlər lazım olduqda, onları hazırlayarkən hər birinin üzərində əlifba sırası ilə hərflər (liter) həkk olunur.

Beynəlxalq poçt vaqonlarının təqvim ştempellərində isə həmin vaqonların getdiyi əvvəlinci və axırıncı məntəqələrin adlan fransız dilində həkk edilir.

40. Təqvim ştempeli (əlavə 5) poçt markalarının ləğv edilməsi, poçt göndərişlərində, qəbzlərdə, sənədlərdə yeri və tarixi göstərmək üçün nəzərdə tutulur. Təqvim ştempelinin əksinin vətəndaşların və təşkilatların xahişi ilə müxtəlif filateliya və başqa materiallara (zərflərə, poçt kartlarına, markalara və s.) vurulması qadağan edilir.

Təqvim ştempelləri poçtamtlarda və PDM-də xüsusi kitabda onların əksi vurulmaqla və istismara verildiyi tarix göstərilməklə istehsalat sahələrinə (poçt şöbələrinə, sexlərə, sahələrə) verilir. Təqvim ştempelləri poçt şöbələrinin (sexlərin, sahələrin) rəisləri tərəfindən işçilərə xüsusi kitabda imza etdirməklə verilir və onların gündəlik uçotu aparılır.

Poçt işçisi nəzarət möhürünü, təqvim ştempelini, sarıyıcı qurğunu, plombiri, üzərində poçt müəssisəsinin adı yazılmış yapışqanlı lenti iş gününün (növbənin) əvvəlində təhvil götürməli, axırında isə müəssisənin rəisinə, baratların və qiymətli poçtun işləndiyi sahənin rəisinə və ya müavininə təhvil verməlidir. Təhvil-təslim ayrıca kitabda qəbul edənin və təhvil verənin imzası ilə tarix, ay və vaxt göstərilməklə həyata keçirilir.

Lazım olmadığı və dəyişdirildiyi hallarda adlı əşyalar (nəzarət möhürü istisna olmaq şərti ilə) poçt müəssisəsinin komissiyası tərəfindən yerində məhv edilir. Bu barədə məhvetmənin səbəbləri və adlı əşyaların adı göstərilməklə akt tərtib olunur. Nəzarət möhürləri MO-nun Baratlara nəzarət şöbəsinə (bundan sonra BNŞ) təhvil verilir və orada akt ilə ləğv edilir.

41. Xüsusi ləğvedici ştempel (xatirə ştempeli) (əlavə 6), mühüm dövlət hadisələrinə, tarixi şəxsiyyətlərə, tarixi və unudulmaz yerlərə, mühüm tarixlərə və sərgilərə həsr edilmiş tədbirlər keçirildikdə dövlət poçt-ödəniş nişanlarının ləğv edilməsi üçün istifadə olunur.

Daimi istifadədə olan xatirə ştempelləri istisna olmaqla, bu ştempellər poçt müəssisələri tərəfindən istifadə müddəti qurtaran kimi dərhal qeydə alınmaq və saxlanmaq üçün təmin olunmuş qaydada "Azərmarka" şirkətinə göndərilir.

42. Surğuc möhürü (əlavə 7) kisələri, brezent çantaları, anbar və qiymətli əşyalar saxlanılan başqa yerləri, həmçinin poçtun qiymətli göndərişlərini surğucla möhürləmək üçün nəzərdə tutulmuşdur.

43. Üzərində poçt müəssisəsinin adı həkk olunmuş plombirlər (əlavə 8) bağlı poçt əşyalarının və poçt göndərişlərinin, həmçinin qiymətli əşyaların saxlandığı anbarların plomblanması, sarıyıcı qurğular bağlamaların və qiyməti bəyan edilmiş banderolların, həmçinin beynəlxalq poçt mübadiləsi məntəqələrinə gələn kiçik paketlərin bükülməsi zamanı istifadə olunan lentlərin üzərinə onun adının əks etdirilməsi, metal lövhələr isidilərək qaynaqedici maşınlarla banderolların, həmçinin beynəlxalq poçt mübadiləsi məntəqələrinə daxil olan kiçik paketlərin polietilen kisələrə qoyularaq bağlanılması, yapışqanlı lentlər isə bağlamaların, banderolların, qiyməti bəyan edilmiş məktubların və s. üzərində onun qəbul edildiyi poçt müəssisəsinin mənsubiyyətini müəyyən etmək, həmçinin onların içərisində göndərilən əşyaların mühafizəsini təmin etmək üçün nəzərdə tutulmuşdur.

44. Nəzarət möhürü pul baratlarının, F.10 reyestrlərinin (əlavə 9), pul baratları üzrə xidməti yazışmaların, digər sənədlərin rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuşdur.

Nəzarət möhürlərinin üzərində mərkəzi poçt şöbələri (bundan sonra MPŞ) üçün nəzərdə tutulmuş indeks, poçt şöbəsinin adı yerində poçtamtın adı və liter yerində böyük "N" hərfi həkk edilir. Belə möhür hər poçtamt üçün hazırlanır və poçtamtda nəzarət funksiyasını həyata keçirmək üçün istifadə edilir.

45. Adlı əşyalar təmizlənmiş və təmin olunmuş qaydada qorunub saxlanılmalıdır.

46. Surğuc və nəzarət möhüründən, plombirdən, sarıyıcı qurğudan, üzərində poçt müəssisəsinin adı həkk olunmuş metal lövhədən və yapışqanlı lentdən aşağıda göstərilən vəzifəli şəxslər, poçt müəssisələrinin, sexlərin, sahələrin rəisləri, onların müavinləri və poçt müəssisəsi üzrə əmrlə icazə verilmiş digər şəxslər istifadə edə bilərlər.

Adlı əşyaların qorunub saxlanılması və düzgün istifadə olunmasına cavabdeh şəxslər poçtamtın əmri ilə təyin olunurlar.

Adlı əşyaların hazırlanması üçün sifarişin verilməsi, onların alınması, istifadəsi və qorunub saxlanılması qanunvericilikdə nəzərdə tutulmuş qaydada tənzimlənir.
FƏSİL 5
POÇT GÖNDƏRİŞLƏRİNİN GÖNDƏRİLMƏSİ ÜÇÜN QABLAR (TARALAR)
47. Poçt qablarına (taralarına) kisələr, məktub korrespondensiyasının göndərilməsi üçün xüsusi qutular, mətbuatın göndərilməsi üçün planşetlər, bir istiqamət üzrə göndərilən kütləvi poçt göndərişləri üçün konteynerlər aiddir.

"Kisəyə-kisə" üsulu ilə mübadilə edilməyən kisələrin üzərində onların nömrəsi və mənsub olduğu poçt müəssisəsinin adı yazılmalıdır.

48. Poçt göndərişlərinin yerüstü nəqliyyatla xaricə göndərilməsi üçün kisələrin üzərinə qıraqları boyu uzununa iki qırmızı zolaq və "AZERBAIJAN POSTE BAKU" trafareti vurulmalıdır. Beynəlxalq aviapoçtun göndərilməsi üçün istifadə edilən kisələrin üzərində qıraqları boyu uzununa iki mavi zolaq və "AZƏRBAYCAN POÇTU" - "AZERBAIJAN POSTE PAR AVION BAKU" trafareti vurulmalıdır, yaxud belə korrespondensiya mavi rəngli kisələrdə göndərilməlidir.

Beynəlxalq korrespondensiya göndərilən kisələr 0001-dən 9999-a qədər nömrələnir.

49. Poçt göndərişlərinin zədəli qablarda, ya da müvafiq trafareti olmayan, qaytanlanmamış və qeyri-standart ölçülü, həmçinin nömrələnməmiş brezent kisələrdə göndərilməsinə yol verilmir.

50. Poçt işçilərinin müşayiət etməsi şərti ilə poçt marşrutu ilə göndərilən kətan və bez kisələr, "kisəyə-kisə" verməklə dəyişdirilir.

Poçt avtobus və hava nəqliyyatı ilə göndərildikdə, kisə qablar üzrə haqq-hesab bu göndərişləri bilavasitə göndərən və alan poçt müəssisələri arasında aparılır.

51. BNŞ və "Azərmarka" şirkəti tərəfindən göndərilən kisələr, qiymətli kisələr, EMS kisələr, beynəlxalq kisələr, həmçinin "Mətbuat" trafaretli kisələr "kisəyə-kisə" verilməklə dəyişdirilmir.

52. "Kisəyə-kisə" verilməklə dəyişdirilməyən kisələr poçt müəssisələri tərəfindən F.17
qeydiyyat kartoçkaları (əlavə 10) və ya eyni formalı kitabda şəxsi hesablar üzrə qeydiyyata alınır, kisələrin alındığı və ya göndərildiyi hər bir poçt müəssisəsinin adına bu cür kartoçkalar və ya şəxsi hesablar tərtib edilir.

"Kisəyə-kisə" verilməklə dəyişdirilməli olan kisə borcu da qaimələrdə edilən qeydlərə əsasən F.17 kartoçkaları üzrə qeydiyyata alınır.

Brezent kisələr onların nömrələri və qaimələrin tərtib edildiyi tarix ilə, planşetlər, qutular, kətan və adi kisələr isə ümumi sayla qeydiyyata alınır.

53. Alınmış "kisəyə-kisə" dəyişdirilməyən kisələri, içərisində olan poçtu çeşidləyəndən


sonra hər bir poçt müəssisəsi birinci yola düşən poçtla, onları göndərən müəssisəyə qaytarmalıdır. "Kisəyə-kisə" verilməklə dəyişdirilməli olan kisələrin natamam dəyişdirildiyinə dair qeydlər edilmiş qaimələrin surətləri alındıqda, boş kisələr müvafiq poçt müəssisələrinə göndərilir və əvəzi dərhal təmin edilir. Kisələrin göndərildiyi vaxt F.17 kartoçkalarında qeyd edilir.

Hesabat ayı qurtardıqdan sonra kartoçkada (şəxsi hesabda), göndərilən kisələrin miqdarına növlər üzrə yekun vurulur. Hesabat ayı qurtardıqdan 15 gün sonra isə geri qaytanlan kisələrin miqdarına yekun vurulur.

Bu yekunlara əsasən hər bir poçt müəssisəsində tam haqq-hesab aparmaq üçün lazım olan miqdarda kisə göndərməklə poçt qabları üzrə qarşılıqlı haqq-hesab tamamilə bağlanılır. Uzaq məntəqələrdəki poçt müəssisələri üçün yekun haqq-hesab aparmaq müddəti uzadıla bilər.

54. Qaytanlan boş kisələr F.16 qaiməsi (əlavə 11) ilə birlikdə boş kisələrin birinə qoyulub


bağlanılır. Kətan və ya adi kisələr sayı göstərilməklə, brezent kisələr isə nömrələri və qabın
növü göstərilməklə qaiməyə "Boş qab (tara)"qeydi edilməklə yazılır. Kisələrin yazıları qarşısında "......... ayın borcu hesabına" qeydi aparılır.

Boş kisələr müəyyən edilmiş ümumi qayda ilə bağlanır, möhürlənir və F.16 qaiməsinə yazılaraq göndərilir. Yalnız bir kisə qaytarılırsa, onun içərisinə qaimə qoyulur və yuxanda göstərilən qaydada yazılır, lakin möhürlənmədən göndərilir.

Boş qablarla qaytanlan kisələrə F.10 ünvan yarlığı (əlavə 12) bərkidilir və həmin yarlıq plomb və ya surğuc möhürü ilə möhürlənərək, F.16 qaiməsinə yazılmaqla göndərilir.

Boş kisələrin ünvan yarlıqlarında və F.16 qaiməsində müəyyən edilmiş ümumi məlumatdan başqa "boş" və ya "boş kisələrlə" sözləri yazılır.

İçərisində poçt olan alınmış brezent kisələrə həmin kisələri göndərən poçt müəssisəsinin poçtunu qoyub onun ünvanına göndərilməsinə icazə verilir. Bu halda F.16 qaiməsində mütləq "....... ayın borcu hesabına" qeydi yazılır. Qaimənin surəti poçt müəssisəsində qalır.

55. Müntəzəm surətdə yerüstü nəqliyyat əlaqəsi olmayan poçt müəssisələri, boş kisələri sadələşdirilmiş qaydada qablaşdırılmış xidməti bağlamalarda hava nəqliyyatı vasitəsilə göndərirlər. Belə bağlamalar, içərisində aviakorrespondensiya olan kisələr kimi bağlanır. Onlara faner lövhə bərkidilir, lövhənin bir tərəfinə ünvan yazılır, o biri tərəfinə isə F.2 yarlığı (əlavə 13) yapışdırılır. Bağlamaya bərkidilən ipin uclan lövhənin F.2 yarlığı yapışdırılan tərəfində möhürlənir, lövhənin ünvan tərəfində və bağlamanın qoşma ünvan blankında isə "boş kisələrlə" qeydi edilir.

Boş kisələrdən ibarət kisənin çəkisi 31,5 kq-dan artıq olmamalıdır. Sayından asılı olmayaraq belə bağlamalar bütün yol boyu ayrıca qaimələrə yazılmaqla göndərilir.

56. Göndərilən boş kisələrdən aralıq məntəqələrində və vaqonların poçt kupelərində korrespondensiya göndərmək və başqa məqsədlər üçün istifadə edilməsinə icazə verilmir.

57. Kisə və qablar ilə əlaqədar iddia və tələblər MO tərəfindən baxılaraq həll edilir.

58. Texniki tələblərə cavab verməyən (çirkli, sökülmüş, cırılmış, qaytanlanmamış və trafaretsiz) kisələr (qablar) borcun təmin edilməsi üçün hesaba alınmır və F.51 aktı (əlavə 14 a, b, c) ilə göndərənə qaytarılır.

59. Mətbuat göndərilən boş kisələr müvafiq müəssisələrin ünvanına qaytarılmalıdır. Belə kisələr başqa kisələrdən ayrı göndərilir və onlarda hər hansı poçt göndərişini göndərmək qadağandır.

60. Beynəlxalq qablardan istifadə edilməsi və onların xarici poçt müdiriyyətinə qaytarılması qaydası Ümumdünya Poçt İttifaqının Konvensiyası və müvafiq reqlamentlərlə tənzimlənir.

  1   2   3   4   5   6   7   8   9   ...   12


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə