Qaydalari bakı 2010 Ümumi müDDƏalar




Yüklə 157.31 Kb.
tarix11.03.2016
ölçüsü157.31 Kb.





Təsdiq edilmişdir”

Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının

20 oktyabr 2010-cu il tarixli

( 22 saylı Protokol) qərarı ilə
Himayəçilik Şurasının sədr əvəzi

A.Mövsümov

________________________________
___” “_________” 2010-cu il



İştirakçı bankların əmanətçilər qarşısında öhdəliklərinin uçotu




QAYDALARI


Bakı - 2010

1. ÜMUMI MÜDDƏALAR

1.1. Bu Qaydalar 29 dekabr 2006-cı il tarixli “Əmanətlərin Sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanunun (bundan sonra – “ƏSQ”) 22.2.4-cü bəndinə uyğun olaraq hazırlanmış, iştirakçı bankların əmanətçilər qarşısında öhdəliklərinin uçotu qaydalarını müəyyən edir.

1.2. Bu Qaydalar iştirakçı banklarda, habelə onun filial və şöbələrində hər bir əmanətçi qarşısında öhdəliklərin ümumiləşdirilmiş uçotu, öhdəliklərin reyestrinin (bundan sonra – “Reyestr”) forması və tərtib edilməsi qaydaları, hər-hansı bir iştirakçı bankda sığorta hadisəsi baş verdikdə kompensasiyaların ödənilməsi ilə bağlı hər bir əmanətçi barədə məlumatların Fonda təqdim edilməsi qaydalarını tənzimləyir.

1.3. Bu Qaydalarla tənzimlənməyən münasibətlər Fondun Himayəçilik Şurası tərəfindən tənzimlənir. Tənzimləmə prosesində Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra – “Mərkəzi Bank”) ilə Fond arasında əməkdaşlıq və məlumat mübadiləsi haqqında sazişin müddəaları nəzərə alınır.



2. ƏSAS ANLAYIŞLAR

2.1. Bu Qaydaların məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə olunur:



      1. Öhdəliklərin reyestri – iştirakçı bankda əmanətçilər qarşısında öhdəliklərin uçotu və idarə olunması məqsədilə aparılan reyestrdir;

      2. Reyestrdən çıxarış – iştirakçı bankda əmanətçilər qarşısında öhdəliklərin uçotu və idarə olunması məqsədilə aparılan reyestrdən hər qorunan əmanətçi üzrə müvafiq çıxarışdır;

      3. Qorunan əmanət – sığorta hadisəsi baş verdikdə Fond tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətdir;

      4. Sığortalanmış əmanət – qorunan əmanətçinin qorunan əmanətinin Fond tərəfindən kompensasiya olunan hissəsidir;

      5. Sığorta hadisəsi – iştirakçı bankın məcburi ləğvi və ya müflis elan olunması, bankın qorunan əmanətçi qarşısında əmanət üzrə öhdəliklərinin yerinə yetirilməsinə məhkəmə tərəfindən moratorium tətbiq edilməsi barədə məhkəmə qərarının qüvvəyə minməsi və bankın əmanətçi qarşısında öz öhdəliklərini yerinə yetirə bilməməsi faktının Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən təsdiq edilməsidir;

      6. Sığorta hadisəsinin baş verdiyi gün – Mərkəzi Bank tərəfindən Fonda göndərilən bildirişdə sığorta hadisəsinin baş verməsi kimi qeyd olunan gündür;

      7. Müflisləşmiş bank – bankın kreditorlarının tələblərinin təmin edilməsinə dair məhkəmənin müvafiq qərarı əsasında müflis elan olunmuş iştirakçı bank və ya xarici bankın yerli filialıdır;

      8. Kompensasiya – sığorta hadisəsi baş verdikdə qorunan əmanətçilərə ödənilən pul vəsaitidir;

      9. İnzibatçı – bankın Müşahidə Şurasının, Audit Komitəsinin və İdarə Heyətinin üzvləri, habelə bankın baş mühasibi (mühasibat xidmətinin rəhbəri), daxili audit bölməsinin əməkdaşları, bank filialının, şöbəsinin və nümayəndəliyinin rəhbərləri və baş mühasibləridir;

      10. Müvəqqəti inzibatçı – qanunvericiliklə müəyyən edilmiş hallarda Mərkəzi Bankın işçiləri sırasından və ya kənar şəxslərdən (fiziki və/və ya hüquqi) bankın maliyyə sağlamlaşdırılması tədbirlərini həyata keçirmək üçün təyin edilən şəxsdir;

      11. Ləğvedici – Mərkəzi Bankın təklifi əsasında məhkəmə tərəfindən bankın məcburi ləğvi və ya müflis elan olunması ilə əlaqədar təyin edilmiş şəxs(lər)dir;

    1. Bu Qaydalarda istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının qanunvericiliyi və digər normativ-hüquqi aktları ilə müəyyənləşdirilmiş mənaları ifadə edir.



3. İŞTİRAKÇI BANKLARIN ƏMANƏTÇİLƏR QARŞISINDA ÖHDƏLİKLƏRİNİN UÇOTU

  1. İştirakçı bankların əmanətçilər qarşısında öhdəliklərinin və bankın qarşılıqlı tələblərinin uçotu aşağıdakıları mümkün etməlidir:

3.1.1. öhdəliklərin reyestrinin elektron formatda tərtib edilməsini və Fonda göndərilməsini (bu Qaydalara 1 nömrəli Əlavə);

3.2.1. öhdəliklərin reyestrinin kağız daşıyıcılarında tərtib edilməsini və Fonda göndərilməsini (bu Qaydalara 2 nömrəli Əlavə);

3.3.1. hər bir əmanətçinin qorunan əmanəti üzrə öhdəliklərin reyestrindən çıxarışın tərtib edilməsini (bu Qaydalara 3 nömrəli Əlavə).

3.2. İştirakçı bankların əmanətçilər qarşısında öhdəliklərinin və bankın qarşılıqlı tələblərinin uçotu öhdəliyin (tələbin) valyutasında aparılmalıdır. Valyutanın kodu aparılan uçota dair məlumatda göstərilən şəxsi hesabın nömrəsində öz əksini tapır (1 nömrəli əlavənin 4-cü və 5-ci cədvəlləri).

3.3. Əgər iştirakçı bankların əmanətçilər qarşısında öhdəlikləri və bankın qarşılıqlı tələbləri ABŞ dolları və ya Avroda ifadə olunubsa, əmanətlər üzrə kompensasiyaların məbləği həmin valyutalarda hesablanır. Digər xarici valyutalardan istifadə edildiyi halda kompensasiyaların məbləği ABŞ dolları və ya Avroda sığorta hadisəsinin baş verdiyi günə Mərkəzi Bankın müvafiq valyutalar üzrə rəsmi məzənnələri əsasında hesablanmış çarpaz məzənnə üzrə hesablanır. İştirakçı bankın əmanətçi qarşısında qarışıq valyutalar üzrə bir neçə əmanətə görə öhdəliyi olduqda, həmin əmanətlər bir əmanət kimi nəzərə alınır və kompensasiya məbləği manatla hesablanır.

3.5. İştirakçı bank əmanətçinin şəxsiyyətini təsdiq edən sənədin növü və rekvizitlərinə dair müvafiq məlumatı Reyestrə daxil etməlidir (1 nömrəli əlavə 3-cü cədvəl).

3.6. İştirakçı bank əmanətçilərlə bağladığı bank əmanəti və ya bank hesabı müqaviləsinə bu Qaydaların 3.5-ci bəndində göstərilmiş məlumatlarda dəyişiklik baş verdiyi halda əmanətçinin iştirakçı banka məlumat verməsi öhdəliyi ilə bağlı müddəa daxil etməlidir. (1 nömrəli əlavə 3-cü cədvəl).

4. SIĞORTA HADİSƏSİ BAŞ VERDİKDƏ REYESTRİN TƏRTİB EDİLMƏSİ

4.1. Hər-hansı bir iştirakçı bankda sığorta hadisəsi baş verdikdə həmin bank Fondun tələb etdiyi formada və qaydada əmanətçilər qarşısında öhdəliklərinin və bankın qarşılıqlı tələblərinin reyestrini 3 (üç) iş günündən gec olmayaraq təsdiq edərək Fonda elektron və kağız daşıyıcılarda təqdim etməlidir.

4.2. Öhdəliklərin reyestri sığorta hadisəsinin baş verdiyi günün sonuna kimi olan məlumatlar nəzərə alınmaqla tərtib edilməlidir.

4.3. Öhdəliklərin reyestri elektron və kağız daşıyıcılarda təqdim edilərkən bank sirri Fond tərəfindən müvafiq qaydada təmin edilməlidir.

4.4. Fonda göndərilən öhdəliklərin reyestrinin surəti sığorta hadisəsi baş vermiş iştirakçı bankda saxlanılır.

4.5. Əgər öhdəliklərin reyestrinin Fonda göndərilməsinə qədər iştirakçı bankın inzibatçısının səlahiyyətləri Mərkəzi Bankın müvafiq qərarına əsasən dayandırılıbsa və icraedici səlahiyyətlər müvəqqəti inzibatçıya verilibsə və ya məhkəmənin qərarına əsasən banka ləğvedici təyin edilibsə, müvəqqəti inzibatçı və ya ləğvedici reyestri sığorta hadisəsi baş verən gündən 3 (üç) iş günündən gec olmayaraq təsdiq edərək Fonda elektron və kağız daşıyıcılarda təqdim etməlidir.

4.7. Əgər bankın inzibatçısı, müvəqqəti inzibatçı və ya ləğvedici iştirakçı bankın əmanətçilər qarşısında öhdəliklərinin və bankın qarşılıqlı tələblərinin uçotunun aparılmasında reyestrə təsir edə biləcək hər-hansı bir nöqsanı həmin reyestr Fonda təqdim edildikdən sonra aşkar edərsə, müvafiq yazılı bildiriş Fonda dərhal təqdim edilməlidir.

4.8. Öhdəliklərin reyestrinə və ya əmanətçi haqqında məlumata (2 saylı əlavənin 3-cü cədvəlinə əsasən) həmin reyestr təqdim edildikdən sonra bank tərəfindən hər-hansı bir düzəlişin edilməsi halında Fonda dərhal müvafiq məlumat göndərilməlidir. Məlumata düzgün tərtib edilmiş və müvafiq qaydada təsdiq edilmiş sənədlərin surətləri əlavə edilməlidir.



5. SIĞORTA HADİSƏSİ BAŞ VERMİŞ BANKDAN ALINMIŞ REYESTR MƏLUMATLARIN MÜHAFİZƏSİ VƏ MƏXFİLİK

5.1. Sığorta hadisəsi baş vermiş iştirakçı bank tərəfindən Fonda təqdim olunmuş reystr məlumatları bank sirri təşkil edən məlumatlar hesab olunur və Fond bu cür məlumatların Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, üçüncü şəxslərə verilməməsinə, açıqlanmamasına, habelə işçiləri tərəfindən qanunsuz olaraq istifadə edilməməsinə təminat verir.

5.2. Əmanətçilərə kompensasiyaların ödənilməsi üçün seçilmiş agent bankla bağlanılan müqaviləyə bank sirrinin qorunması ilə bağlı xüsusi müddəa daxil edilməli və agent bankın kompensasiyaların ödənilməsinə cəlb edilmiş işçiləri bank sirrinin yayılmasına görə məsuliyyəti barədə məlumatlandırılmadan agent banka reyestr məlumatları təqdim edilməməlidir.



6. YEKUN MÜDDƏALAR

Bu Qaydalar Fondun Himayəçilik Şurası tərəfindən təsdiq edildiyi gündən qüvvəyə minir.

İştirakçı bankların qorunan əmanətçilər qarşısında öhdəliklərinin uçotu” Qaydalarına

1 nömrəli əlavə

ÖHDƏLİKLƏRİN REYESTRİ (ELEKTRON FORMATDA)

İştirakçı bank tərəfindən istifadə edilən proqram vasitələri öhdəliklərin reyestrinin bu Qaydalarla müəyyən edilmiş formatda hər-hansı bir gün elektron variantının tərtib edilməsini mümkün etməlidir. Reyestrə aşağıdakı məlumat daxil edilir.



Hissə I. Ümumi məlumat

Cədvəl 1. Reyestri tərtib edən iştirakçı bank haqqında məlumat




Sətirlər (Rekvizitin adı)

Sətirlərin forması

1

Bankın tam adı

Mətn

2

Bankın qeydiyyat nömrəsi

Rəqəm

3

Bankın lisenziya nömrəsi

Rəqəm

4

Bankın Fondun reyestrində qeydiyyat nömrəsi

Rəqəm

5

Bankın əlaqə telfonu

Rəqəm

İştirakçı bankın tam adı və qeydiyyat nömrəsi, lisenziya nömrəsi kredit təşkilatlarının dövlət qeydiyyatı kitabına müvafiq olaraq qeyd edilirlər. İştirakçı bankın Fondun reyestrində qeydiyyat nömrəsi Fond tərəfindən verilmiş üzvlük şəhadətnaməsinə uyğun olaraq qeyd edilir.

Cədvəl 2. Əmanətçi ilə müqavilə bağlayan iştirakçı bankın filialları haqqında məlumat




Sətirlər (Rekvizitin adı)

Sətirlərin forması

1

Filialın adı

Mətn

2

Filialın lisenziya nömrəsi

Rəqəm

3

Filialın ünvanı

Mətn

4

Əlaqə telfonu

Rəqəm

İştirakçı bankın filialının lisenziya nömrəsi, sıra nömrəsi və ünvanı kredit təşkilatlarının dövlət qeydiyyatı kitabına müvafiq olaraq qeyd edilirlər.

Cədvəl 3. Qarşısında bankın öhdəlikləri olan qorunan əmanətçi haqqında məlumat




Sətirlər (Rekvizitin adı)

Sətirlərin forması

1

Reyestrdə əmanətçinin nömrəsi

Tam rəqəm

2

Soyadı

Mətn

3

Adı

Mətn

4

Atasının adı

Mətn

5

Doğum tarixi(gün,ay ,il)

Rəqəm

6

Qeydiyyat ünvanı

Mətn

7

Anadan olduğu yer

Mətn

8

İndeks, Poçt bildirişləri üçün ünvan

Mətn

9

Elektron poçt ünvanı

Mətn

10

Şəxsiyyəti təsdiq edən sənədin növü (seriya və nömrə)

Rəqəm

11

Şəxsiyyəti təsdiq edən sənədin rekvizitləri (kim tərəfindən verilib)

Mətn

12

Şəxsiyyəti təsdiq edən sənədin rekvizitləri(nə vaxt verilib)

Rəqəm

Əmanətçi haqqında məlumata ƏSQ-yə müvafiq olaraq qarşılarında iştirakçı bankın öhdəlikləri olan, yəni, qorunan əmanətçilər haqqında məlumat daxil edilir. Səkkizinci sətrin doldurulması məcburi deyil.

Cədvəl 4. Qorunan əmanətçilər qarşısında öhdəlikləri olan iştirakçı bankdakı məlumat




Sətirlər (Rekvizitin adı)

Sətirlərin forması

1

Reyestrdə əmanətçinin nömrəsi

Tam rəqəm

2

Əmanətçi ilə müqavilə bağlayan iştirakçı bankın filialın lisenziya nömrəsi

Rəqəm

3

Əmanət qəbul edildikdə təqdim edilən sənədin nömrəsi

Rəqəm

4

Əmanət qəbul edildikdə təqdim edilən sənədin tarixi

Rəqəm

5

Şəxsi hesabların nömrələri

Rəqəm

6

Qorunan əmanətin valyuta kodu

Mətn

7

Qorunan əmanətin valyutasında öhdəliyin məbləği

Rəqəmlə

8

Qorunan əmanətin məbləğinin AZN ekvivalenti (reyistr tərtib edilən günə Mərkəzi Bankın valyuta məzənnəsində)

Rəqəm










İştirakçı bankların əmanətçilər qarşısında öhdəlikləri haqqında məlumata aşağıdakılar daxil edilmir:

  1. İştirakçı bankın əmanətçiləri haqqında məlumatda qeyd edilməyibsə, reyestrdə əmanətçinin nömrəsi;

  2. İştirakçı bankın əsas ofisi (filialı) haqqında məlumatda qeyd edilməyibsə, filialın nömrəsi.

Cədvəl 5. İştirakçı bankın əmanətçiyə qarşı olan qarşılıqlı tələbi haqqında məlumat




Sətirlər (Rekvizitin adı)

Sətirlərin forması

1

Reyestrdə əmanətçinin nömrəsi

Tam rəqəm

2

Qorunan əmanətçiyə qarşılıqlı tələbi olan filialın sıra nömrəsi

Rəqəm

3

Qarşılıqlı tələb yarandıqda təqdim edilən sənədin nömrəsi

Rəqəm

4

Qarşılıqlı tələb yarandıqda təqdim edilən sənədin tarixi

Rəqəm

5

Şəxsi hesabın və ya hesabların nömrəsi

Rəqəm

6

Tələbin valyuta kodu

Rəqəm

7

Hesabın valyutasında tələbin məbləği

Rəqəm

8

Məbləğin AZN ekvivalenti (Reyistr tərtib edilən günə Mərkəzi Bankın valyuta məzənnəsində)

Rəqəm

İştirakçı bankın əmanətçiyə qarşı olan qarşılıqlı tələbi haqqında məlumata aşağıdakılar daxil edilmir:

  1. İştirakçı bankın əmanətçiləri haqqında məlumatda qeyd edilməyibsə, reyestrdə əmanətçinin nömrəsi;

  2. İştirakçı bankın əsas ofisi (filialı) haqqında məlumatda qeyd edilməyibsə, filialın nömrəsi.

Hissə II. Sətirlərin formaları

(1) Mətn – ASCII sətiridir; maksimal uzunluğu 255 simvoldan çox olmamalıdır.

(2) Tam rəqəm – 1-dən 999999999-acan rəqəmdir.

(3) Tarix – “GG.AA.İİİİ” formatında doldurulur.

(4) Hesab – 20 simvol daxil edilir; Mərkəzi Bank tərəfindən müəyyən edilən bank hesablarının nömrələnməsi qaydasına müvafiq olaraq.

(5) Məbləğ –19.2 formatının rəqəm sətridir.

(6) Ünvan – aşağıdakı sətirlərdən ibarət olmalıdır: poçt indeksi, şəhər və ya rayonun adı, yaşayış məntəqəsinin adı, küçənin adı, evin (və korpusun) nömrəsi, mənzilin nömrəsi (vergül işarəsilə bir - birindən ayrılırlar). Şəhərlərin, rayonların, yaşayış məntəqələrinin və küçələrin adları rəsmi qaydada müəyyən edilmiş təsnifata müvafiq olmalıdır.

(7) Şəxsiyyəti təsdiq edən sənədin növünün kodu – aşağıda göstərilən siyahıya əsasən qeyd edilir (cədvəl 6).



Cədvəl 6

Kodu

Sənədin növü

1

Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsi (16 yaşına çatmış şəxslər üçün)

2

VVAQ və ya icra hakimiyyəti orqanları tərəfindən Azərbaycan Respublikasının vətəndaşının anadan olmasını təsdiq edən doğum haqqında şəhadətnamə və ya arayış (16 yaşına çatmamış şəxslər üçün)

3

Zabitin, gizir ,miçmanın və müddətdən artıq hərbi qulluqçunun şəxsi vəsiqəsi

4

Çavuşun, əsgərin, hərbi dəniz donanması əsgərinin və hərbi məktəb tələbəsinin (müdavimin) hərbi bileti

5

Dənizçinin şəxsiyyət sənədi

6

Əcnəbinin milli pasportu və ya Azərbaycan Respublikası ilə bağlanılan beynəlxalq müqavilələrə müvafiq olaraq şəxsiyyətini təsdiq edən digər sənəd

7

Vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi

8

Xaricdə daimi yaşayıb, müvəqqəti yaşamaq üçün Azərbaycan Respublikasına gələn Azərbaycan Respublikası vətəndaşlarının ümumvətəndaşlıq pasportları

(8) Şəxsiyyəti təsdiq edən sənədin rekvizitlərinə aşağıdakılar daxil edilir:

  • Sənədin seriyası və nömrəsi;

  • Sənədin verilmə tarixi;

  • Sənədi vermiş dövlət orqanının adı.

Hissə III. Məlumatın yüklənməsi formatı

Reyestrin sətirlərində göstərilən məlumatın yüklənməsi formatı WIN1251 kodunda olan ASCII mətn fayllarıdır. Qeydlər ardıcıllıqla yerləşdirilən CR (kod ASCII 13) və LF (kod ASCII 10) simvolları ilə bir birindən ayırılırlar. /\ (kod ASCII 94) simvolu sətirlərin ayırıcısıdır.

Məlumat arxivləşdirilmiş ZIP (rNNNN.zip adı ilə) faylında təqdim edilir. Burada “NNNN” Fondun reyestrində iştirakçı bankın nömrəsidir.

Arxiv 6 (altı) fayldan ibarətdir:



  • BNK.TXT – reyestri tərtib edən bank haqqında məlumat;

  • FIL.TXT – bankın baş ofisi (filialı) haqqında məlumat;

  • INV.TXT – əmanətçi haqqında məlumat;

  • DEP.TXT – bankda əmanətçilər qarşısında öhdəliklər haqqında məlumat;

  • CRD.TXT – bankın əmanətçilərə qarşılıqlı tələbləri haqqında məlumat;

  • CTR.TXT – nəzarət faylı (cədvəl 7).

Cədvəl 7. Nəzarət faylına daxil edilən məlumat və onun formatı

Sətir

Göstəricinin adı

1

İştirakçı bankın Fondun reyestrində qeydiyyat nömrəsi

2

“GG.AA.İİİİ” formatında reyestrin tərtib edilməsi tarixi

3

Filial haqqında məlumatda qeydlərin sayı

4

Əmanətçilər haqqında məlumatda qeydlərin sayı

5

Bankın əmanətçilər qarşısında öhdəlikləri haqqında məlumatda qeydlərin sayı

6

Bankın əmanətçilərə qarşılıqlı tələbləri haqqında məlumatda qeydlərin sayı

7

Valyutanın kodu /\ Həmin valyutada öhdəliklərin yekun məbləği /\ Həmin valyutada tələblərin yekun məbləği

8

.....................//......................

9

.....................//......................

...

.....................//......................

Nəzarət faylının sətirləri (7-ci sətirdən başlayaraq) öhdəliklər və tələblər üzrə yekun məbləğləri əks etdirirlər. Hər sətir üç göstəricidən ibarətdir: valyutanı üç simvollu rəqəm kodu, həmin valyutada öhdəliklərin yekun məbləği (19.2 formatında), həmin valyutada tələblərin yekun məbləği (19.2 formatında). Göstəricilər /\ (kod ASCII 94) simvolu ilə ayırılırlar.

İştirakçı bankların əmanətçilər qarşısında öhdəliklərinin uçotu” Qaydalarına



2 nömrəli əlavə

ÖHDƏLİKLƏRİN REYESTRİ (KAĞIZ FORMATINDA)

____”_____________20___il



Bank haqqında məlumat

Bankın adı _____________________________

Poçt ünvanı _________________________________

Qeydiyyat nömrəsi __________________________

Lisenziya nömrəsi ___________________________

Fondun reyestrində qeydiyyat nömrəsi ______________________



Öhdəliklərin reyestrində əmanətçinin nömrəsi

Adı, atasının adı, soyadı

Doğum tarixi (gün, ay, il)


Şəxsiyyəti təsdiq edən sənədin seriy və nömrəsi


Sənədi verən orqanın adı və sənədin verilmə tarixi

Qeydiyyat ünvanı və İndeks

Telefon, elektron ünvanı (əgər varsa)

Bankın öhdəlikləri

Bankın öhdəliyi




Əmanətçi ilə müqavilə bağlayan bankın filialının lisenziya nömrəsi

Öhdəliklərin uçotu üçün bank hesabı nömrələri

Öhdəliklərin valyuta kodu( üç rəqəmli)

Öhdəliklərin valyutasında məbləğ

Məbləğin AZN ekvivalenti Reyistr tərtib edilən günə Mərkəzi Bankın valyuta məzənnəsində




1

2

3

4

5

6

7

8

9

10

11

12

3

4

5

6

7

8





















































































































Qarşılıqlı tələblər

Əmanətlər üzrə öhdəliklərin məbləği (qarşılıqlı tələblər üzrə məbləğ çıxıldıqdan sonra)

Kompensasiya olunacaq sığorta ödənişinin məbləği

Qarşılıqlı tələb yarandıqda təqdim edilən sənədin nömrəsi

Qarşılıqlı tələb yarandıqda təqdim edil sənədi verən orqan

Qarşılıqlı tələb yarandıqda təqdim edilən sənədin verilmə tarixi

Bankın əmanətçi ilə müqavilə bağlayan filialının lisenziya nömrəsi

Tələblərin uçotu üçün bankdakı şəxsi hesabların nömrəsi

Tələbin valyuta kodu (üç rəqəmli)

Tələblərin valyutasında məbləğ

Məbləğin AZN ekvivalenti Reyistr tərtib edilən günə Mərkəzi Bankın valyuta məzənnəsində

13

14

15

16

17

18

19

20

21

22





















































































 

 





























































Bankın rəhbəri (İdarə heyətinin sədri)/Müvəqqəti inzibatçı/Ləğvedici

________________ /____________/    Tərtib edildiyi tarix __________

Bankın baş mühasibi (Müvəqqəti inzibatçı və ya ləğvedici təyin edilməyibsə)

________________ /____________/    İmzalanma tarixi ___________

M.Y.

İcraçı:


Telefon:

--------------------------------

İştirakçı bankların əmanətçilər qarşısında öhdəliklərinin uçotu” Qaydalarına

3 nömrəli əlavə

ÖHDƏLİKLƏRİN REYESTRİNDƏN ÇIXARIŞ

____”_____________20___il



Bank haqqında məlumat

Bankın adı __________________________________

Poçt ünvanı _________________________________

Qeydiyyat nömrəsi ___________________________

Bankın lisenziya nömrəsi ______________________

Fondun reyestrində qeydiyyat nömrəsi ______________



Əmanətçi haqqında məlumat

Öhdəliklərin reyestrində əmanətçinin nömrəsi

Adı, atasının adı, soyadı

Qeydiyyat ünvanı

Yaşayış ünvanı fərqlisə poçt bildirişləri üçün ünvan, indeks,telefon, elektron ünvanı (əgər varsa)

Şəxsiyyəti təsdiq edən sənədi verən orqanın adı və verilmə tarixi

1

2

3

4

























Bankın əmanətçilər qarşısında öhdəliklərinə dair məlumat

Əmanət qəbul edildikdə təqdim edilən sənədin nömrəsi

Əmanət qəbul edildikdə təqdim edilən sənədin tarixi

Bankın əmanətçi ilə müqavilə bağlayan filialının lisenziya nömrəsi

Öhdəliklərin uçotu üçün şəxsi hesabın və ya hesabları nömrəsi

Öhdəliklərin valyutasında məbləğ

Öhdəliyin valyuta kodu (üç rəqəmli)

Məbləğin AZN ekvivalenti Reyistr tərtib edilən günə Mərkəzi Bankın valyuta məzənnəsində

5

6

7

8

9

10

11

 

 

 

 

 




 

 

 

 

 

 




 




Öhdəliklər yekun olaraq:

valyutada

AZN ekvivalentində









AZN –







USD –







EUR –








Digər USD








Digər EUR







Bir neçə əmanət olduqda (AZN-lə) –







Bankın əmanətçilərə qarşılıqlı tələblərinə dair məlumat

Qarşılıqlı tələb yarandıqda təqdim edilən sənədin nömrəsi

Qarşılıqlı tələb yarandıqda təqdim edilən sənədin tarixi

Bankın əmanətçi ilə müqavilə bağlayan filialının lisenziya nömrəsi

Tələblərin uçotu üçün bankdakı şəxsi hesabın və ya hesabların nömrəsi

Tələblərin valyutasında məbləğ

Tələbin valyuta kodu (üç rəqəmli)

Məbləğin AZN ekvivalenti Reyistr tərtib edilən günə Mərkəzi Bankın valyuta məzənnəsində

12

13

14

15

16

17

18

 

 

 

 

 




 


Tələblər yekun olaraq:

valyutada

AZN ekvivalentində

AZN –







USD –








EUR –








Digər USD







Digər EUR







Bir neçə əmanət olduqda (AZN-lə) –







Əmanətlər üzrə öhdəliklərin məbləği (qarşılıqlı tələblərin məbləği çıxıldıqdan sonra)

Yekun olaraq:

valyutada

AZN ekvivalentində




AZN –







USD –








EUR –








Digər USD







Digər EUR







Bir neçə əmanət olduqda (AZN-lə) –







Əmanətlərin Sığortalanması Fondu tərəfindən kompensasiya olunacaq məbləğ

AZN


USD

EUR


Əmanətlərin Sığortalanması Fondu tərəfindən kompensasiya məbləğindən artıq qalıq məbləği

AZN


USD

EUR


Bankın rəhbəri (İdarə heyətinin sədri)/Müvəqqəti inzibatçı/Ləğvedici

________________ /____________/    Tərtib edildiyi tarix __________

Bankın baş mühasibi (müvəqqəti inzibatçı və ya ləğvedici təyin edilməyibsə)

________________ /____________/    İmzalanma tarixi ___________



M.Y.

İcraçı:


Telefon:



Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə