Qaydaları "Ünsiyyət Sevinci" kampaniyası bundan sonra "




Yüklə 34.53 Kb.
tarix10.04.2016
ölçüsü34.53 Kb.
Ünsiyyət Sevinci”

kampaniyasının Rəsmi Qaydaları
“Ünsiyyət Sevinci” kampaniyası (bundan sonra “kampaniya”) 01.06.2009 – 31.08.2009 tarixləri arasında Azərbaycan Respublikası ərazisində stimullaşdırıcı ani lotereya formasında, Bakı şəhəri, Tbilisi prospekti 61A ünvanında yerləşən və VÖEN-i 9900022721 olan “Azercell Telekom” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra “Azercell”) tərəfindən «Lotereyalar haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun keçirilir.
1. Kampaniyada iştirak edən kartlar

Kampaniyada 10 (on) (seriya 9010000000 - 9010133999), 20 (iyirmi) (seriya 9020000000 - 9020155999), 40 (qırx) (seriya 9040000000 - 9040068999), 100 (bir yüz) (seriya 9100000000 - 9100017999) və 200 (iki yüz) (seriya 9200000000 - 9200004899) manat qiymətində olan xüsusi Ödəmə kartları və 1 (bir) (seriya 1006000000 - 1012999999), 2 (iki) (seriya 2001000000 - 2017399999), 5 (beş) (seriya 3000000000 - 3004799999), 10 (on) (seriya 4000000000 - 4002199999), 20 (iyirmi) (seriya 5000000000 - 5000319999) və 40 (qırx) (seriya 6000000000 - 6000112999) manat qiymətində olan xüsusi SimSim danışıq kartları, cəmi 31214900 (otuz bir milyon iki yüz on dörd min doqquz yüz) ədəd kart iştirak edir. Kampaniyanın bütün kartlarının üzərində “ÜNSİYYƏT SEVİNCİ” yazısı olmalıdır.


Bütün uduşlu kartların əsilliyi yoxlanılır.

2. Uduş yazıları


Kampaniyanın Ödəmə və SimSim danışıq kartlarının üzərində boya örtüklü xüsusi şifrə və hədiyyə pəncərəsi yerləşdirilir. Boya örtüyü altında hədiyyənin olmasını (və ya olmamasını) bildirən yazı çap olunub. Onu görmək üçün boyanı pozub, yazını oxumaq lazımdır.
Boyanı pozub, şifrə və hədiyyə pəncərəsində “MOBİL TELEFON” yazısını tapan şəxs, kampaniyada oynanılan 20.000 (iyirmi min) ədəd Nokia 1680 mobil telefonlardan birinin mülkiyyətçisi və həmin telefon ilə birlikdə təqdim olunan SimSim nömrəsinin abunəçisi olmaq hüququnu qazanır.
Əgər kartın şifrə və hədiyyə pəncərəsindəki boyanın altından “BIR DAHA SINAYIN” yazısı çıxarsa, həmin kart uduşsuzdur.
3. Oynanılan hədiyyələrin təsviri

20.000 (iyirmi min) ədəd Nokia 1680 mobil telefonu və SimSim nömrəsi.


Kampaniyada oynanılan Nokia 1680 mobil telefonları yalnız Azercell-in şəbəkəsi daxilində istifadə oluna bilər.
Kampaniyada oynanılan SimSim nömrələrinə onlar aktiv edilən gün (nömrədən ilk zəngin edilməsi günü) və növbəti 11 (on bir) ay ərzində hər 3-ü tarixinədək Azercell tərəfindən pulsuz 300 (üç yüz) kontur yükləniləcəkdir. Həmin SimSim nömrələri aktiv edilən gündən etibarən 1 ay ərzində giriş və ilk pulsuz 300 (üç yüz) kontur istifadə olunanadək, lakin 1 (bir) aydan artıq olmamaqla çıxış zəngləri üçün açıq olacaqdır. Nömrələr aktiv edildikdən sonrakı 5 (beş) ay ərzində onlara kontur yüklənmədikdə nömrələr abunəçilərin istifadəsindən çıxarılır. Pulsuz konturlar kontur istifadə və yüklənmə müddətlərini artırmır. Sonuncu yüklənilən SimSim danışıq kartının kontur istifadə və yüklənmə müddətləri qüvvədə qalır. Kampaniyada oynanılan SimSim nömrələri abunəçilərin istifadəsindən çıxarıldıqdan və ya Azercell fakturalı xəttə keçirildikdən sonra kampaniyanın şərtləri onlara şamil olunmur.
Pulsuz konturlardan istifadə etmək üçün SimSim nömrəsi çıxış zəngləri üçün açıq olmalıdır.
Pulsuz konturlar yalnız Azercell-in şəbəkəsi daxilində zənglərə istifadə oluna bilər.
Reklam daşıyıcılarında, o cümlədən kartlarda hədiyyələrin təsviri yalnız nümunə kimi göstərilir. Hədiyyələrin xarici görünüşü (rəngi və s.) yalnız Azercell-in qərarından asılıdır və kampaniyanın müddəti ərzində dəyişdirilə bilər.
4. Hədiyyələri necə almaq olar

Qaliblər (şəxsiyyətini təsdiq edən sənədlə) ünvanları aşağıda sadalanan “Azercell Ekspres” ofislərinə və diler mağazalarına 31.01.2010 tarixindən gec olmayaraq müraciət edərək, uduşlu kartları təqdim edib, hədiyyələri ala bilərlər:



  1. “Azercell Ekspres” ofisi – Bakı ş., R.Behbudov küç., 10;

  2. “Azercell Ekspres” ofisi – Bakı ş., S.Vurğun küç., 114;

  3. “Azercell Ekspres” ofisi – Bakı ş., S.Rüstəmov küç., 3/6;

  4. “Azercell Ekspres” ofisi – Bakı ş., 3-cü mkr., Cavadxan küç., 3005-ci məhəllə;

  5. “Azercell Ekspres” ofisi – Bakı ş., Sarayev küç., 23/24;  

  6. “Azercell Ekspres” ofisi – Bakı ş., S.Mehmandarov küç., 7;

  7. “Azercell Ekspres” ofisi – Bakı ş., 28 May küç., 15;

  8. “Azercell Ekspres” ofisi – Ağdaş ş., Heydər Əliyev pr., 92;

  9. “Azercell Ekspres” ofisi – Bərdə ş., İ.Qayıbov küç., 8;

  10. “Azercell Ekspres” ofisi – Gəncə ş., Şah İsmayıl Xətai pr., 149;

  11. “Azercell Ekspres” ofisi – Lənkəran ş., Nizami kuç., 3;

  12. “Azercell Ekspres” ofisi – Mingəçevir ş., Heydər Əliyev pr., 49;

  13. “Azercell Ekspres” ofisi – Salyan ş., T.Davudzadə küç., döngə 1, ev 14;

  14. “Azercell Ekspres” ofisi – Şamaxı ş., Gənclər kuç., 47;

  15. “Azercell Ekspres” ofisi – Şəki ş., Heydər Əliyev pr., 4;

  16. “Azercell Ekspres” ofisi – Şəmkir ş., 20 Yanvar küç., 35;

  17. “Azercell Ekspres” ofisi – Şüvəlan qəs., H.Məmmədov və A.İldırım küçələrinin kəsişməsində, “Şüvəlan Park”ın binasında;

  18. “Azercell Ekspres” ofisi – Qəbələ ş., Heydər Əliyev pr., 24;

  19. “Azercell Ekspres” ofisi – Xaçmaz ş., N.Nərimanov küç., 40;

  20.  “Azercell Ekspres” ofisi – Yevlax ş., Nizami Gəncəvi pr., 55;

  21. “Azercell Ekspres” ofisi – Zaqatala ş., Nizami küç., 5;

  22. “World Telekom” diler mağazası – Bakı ş., Bül Bül pr., 26;

  23. “World Telekom” diler mağazası – Bakı ş., Təbriz küç., 97;

  24. “Irshad Telekom” diler mağazası – Bakı ş., Azadlıq pr., 43;

  25. “Irshad Telekom” diler mağazası – Bakı ş., 28 May küç, 42;

  26. “Sontel-2” diler mağazası, Naxçıvan ş., Heydər Əliyev pr., 40;

  27. “Atabəylər” diler mağazası, Naxçıvan ş., Heydər Əliyev pr., 58.

Nokia 1680 mobil telefonu və SimSim nömrəsi, Azercell tərəfindən əsl kimi təsdiq edilmiş, şifrə və hədiyyə pəncərəsində “MOBİL TELEFON” yazılı uduş kartını təqdim edən 20.000 (iyirmi min) nəfərin hər birinə veriləcək.


Hədiyyələrin miqdarı uduşlu kartların sayı ilə bərabər olduğuna görə həmin hədiyyələr, Azercell tərəfindən əsl uduşlu kartları təqdim edən şəxslərə verildikdən sonra, digər şəxslərin hədiyyə ilə bağlı iddiaları qəbul edilməyəcək.
Udulan hər hansı bir hədiyyə əvəzində pul verilmir.
5. İştirak şərtləri

Kampaniyanın təşkili və keçirilməsi ilə əlaqəsi olan şirkətlərin, o cümlədən Azercell, onun distribütor, diler, satış nöqtələrinin mülkiyyətçi, işçiləri və onların ailə üzvlərindən başqa, bütün şəxslər bu Kampaniyada iştirak edə bilər.


6. Uduş haqqında iddialar və uduş kartları

  1. Hədiyyələr yalnız əsl kartları, yəni alt tərəfində Azercell və ya onun agenti tərəfindən hədiyyənin qazanılmasını göstərən əsl yazı(lar) və ya simvollar çap edilmiş xüsusi Ödəmə və ya SimSim danışıq kartlarını təqdim edən kampaniya iştirakçılarına verilir.




  1. Azercell, kartlarda bir və ya bir neçə məxfi və gizli simvollar və (və ya) nömrələr, hərflər (hamısı birlikdə simvollar adlanır) çap etmək, möhürləmək, qabartmaq və başqa üsulla yerləşdirmək hüququna malikdir. Həmin simvolların vasitəsilə Azercell tərəfindən təqdim edilən kartların əsilliliyi müəyyənləşdirilir.




  1. Hər hansı bir mübahisə yarandıqda, Azercell, simvolların nə olduğunu iddiaların təqdim edilmə müddətinin son gününə qədər açıqlamamaq hüququna malikdir. Kampaniyada iştirak etməklə, bütün iştirakçılar bu hüquqla razılaşır, onu heç bir üsulla pozmamaq şərtini qəbul etmiş olurlar.




  1. Üzərində hər hansı bir dəyişikliyi və ya nöqsan olan, o cümlədən boya örtüyünün (şifrə və hədiyyə pəncərəsinin üst boyası istisna olmaqla) bütövlüyü pozulan, üzərində cızığı və ya s. bu kimi nöqsanı olan kartlar etibarsız sayılır.




  1. Hər hansı bir iddia doğru hesab edilmədikdə və ya müəyyən səbəblərə görə hər hansı bir kartın əsilliyinə şübhə edildikdə ya təkzib olunduqda, Azercell bu iddiaları rədd etmək hüququna malik olacaq.




  1. Uduşlu kartların etibarlılığı ilə bağlı mübahisələr yarandıqda, Azercell tərəfindən simvollara istinad edilərək qəbul olunan qərar həlledici sayılacaqdır.




  1. Azercell kampaniyada iştirak edən hər hansı bir kartın kimə mənsub olub-olmamasından irəli gələ bilən mübahisələrə görə heç bir məsuliyyət daşımır. Azercell-ə uduşlu kartı təqdim edən şəxs, kartın əsl sahibi sayılır.




  1. Azercell, kampaniyanın hər hansı bir nəticəsi ilə bağlı, müvafiq səlahiyyətli orqanların sorğuları istisna olmaqla, üçüncü şəxslər ilə yazışma aparmayacaqdır, onlar qarşısında hesabat verməyəcəkdir.


7. Səhvlər və qeyri-standart kartlar

Bu Kampaniyada iştirak edən xüsusi Ödəmə və SimSim danışıq kartlarının üzərində aşağıdakılar əks olunmalıdır: “ÜNSİYYƏT SEVİNCİ” yazısı, “Ödəmə kartı” və ya “SimSim” yazısı, 1, 2, 5, 10, 20, 40, 100 və ya 200 manatlıq nominal qiymət.


Kartların arxa tərəfində aşağıdakılar əks olunmalıdır: boya örtüklü şifrə və hədiyyə pəncərəsi, təlimat mətni, seriya nömrəsi, bir və ya bir neçə məxfi simvol. Bu kartlar, Azercell tərəfindən əsl kartlar kimi təsdiq edilən bu Kampaniyada iştirak edən xüsusi Ödəmə və ya SimSim danışıq kartlarıdır. Heç bir halda hədiyyələrin ümumi sayı, Rəsmi Qaydaların 3-cü bəndində göstərilən hədiyyələrin sayından çox olmayacaqdır.
Hər hansı bir səbəbə görə (istehsal zamanı yol verilən uyğunsuzluqlar istisna olmaqla), uduşlu kartlar yuxarıda təsvir edilən simvollar əsasında identifikasiya edilə bilməzsə, Azercell həmin kartlara əsasən hədiyyələri verməyə bilər.


8. Yetkinlik yaşına çatmamış şəxslər və məhdud fəaliyyət qabiliyyətli şəxslər

Əgər yetkinlik yaşına çatmamış və ya məhdud fəaliyyət qabiliyyətli şəxs hədiyyəni qazanarsa, həmin hədiyyəni valideyni və ya digər qanuni nümayəndəsi vasitəsilə ala bilər. Azercell həm hədiyyəni qazanan şəxsdən, həm də onun valideyni və ya digər qanuni nümayəndəsindən şəxsiyyətlərini təsdiq edən sənədi tələb etmək hüququna malikdir.


9. Vergilər

Azercell, hədiyyələrin verilməsi ilə bağlı hər hansı vergi, rüsum və xərclərin ödənilməsinə görə məsuliyyət daşımır.


10. Hədiyyələrin verilməsi ilə bağlı sənədlər

Hədiyyəni udan şəxslər, Rəsmi Qaydalarda göstərilən iştirak şərtlərini yerinə yetirdiklərini təsdiq edən hədiyyə verilməsi sənədlərini imzalayır və bununla bağlı Azercell qarşısında heç bir tələb irəli sürməyəcəklərini qəbul edirlər.


11. Hədiyyələrin təqdim edilməsi

Hədiyyənin təqdimatı ictimai-kütləvi tədbir kimi keçirilə bilər. Kampaniyada iştirak etməklə, hədiyyəni qazanan iştirakçı, eləcə də onu müşayiət edən şəxs (əgər varsa), öz adının, ünvanının, şəklinin ictimaiyyətin nəzərinə çatdırılmasına, eləcə də audio, video, foto materiallarında istifadə edilməsinə razılığını bildirir və bunun əvəzində Azercell-dən heç bir ödəniş tələb etməmək şərtini qəbul edirlər. Həmin materiallardan istənilən yerdə bütün üsullarla qeyri-müəyyən müddətə istifadəyə müstəsna hüquqlar Azercell-ə məxsusdur.


12. Kampaniya haqqında məlumatların açıqlanması

Azercell kampaniya haqqında məlumatları Kütləvi İnformasiya Vasitələrində rəsmi elanlar vasitəsi ilə açıqlayır və həmçinin internetdə www.azercell.com ünvanında yerləşən veb-saytında yerləşdirilməsi və müntəzəm yenilənməsini təmin edir.

Bu Kampaniyada iştirak etməklə iştirakçılar, “Ünsiyyət Sevinci” kampaniyasının Rəsmi Qaydalarına riayət etmək razılığını bildirmiş olurlar.
Əlavə məlumat üçün:

Telefon: Azercell Fakturalı Xətt: (12) 4905252, mobildən: 6565,



SimSim: (12) 4904949, mobildən: 2002.



/




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə