Qara zirə və onun yağı ilə müalicə üzrə tövsiyyələr Mərhəmətli və Rəhmli Allahın adı ilə! Qara ziRƏ İslamda




Yüklə 281.97 Kb.
səhifə5/5
tarix22.04.2016
ölçüsü281.97 Kb.
1   2   3   4   5

54. Civzələr, sızanaqlar Rp.: 1 çay qaşığı qara zirə yağı, 2 xörək qaşığı bal və 50 ml çobanyastığının ilıq dəmləməsi ilə (1 stəkan çiçəklərə 1 stəkan qaynar su hesabında) qarışdırılır. Maska kimi həftə də 1 dəfə istifadə olunur. Dəriyə çəkəndən 15 dəqiqə sonra soyuq su ilə yuyulur.

55. Göbələk xəstəlikləri (ziyillər və piy ziyillərin müalicəsi eyni üsulla aparılır) Rp.: 2 stəkan alma sirkəsinə 1 stəkan üyüdülmüş qara zirə əlavə edib metalik qabda bir neçə dəqiqə vam odda qaynadılır. Qaynadandan sonra qara zirə yağı əlavə olunur və qarışdırılır. Soyudandan sonra səpki olan sahəyə 1 həftə ərzində sürtülür.

56. Neyrodermatit (əsəblə bağlı qaşınan səpkilər) Rp.: Gündə 3 dəfə 25 damcı (1 dolu çay qaşığı) qara zirə yağı qəbul olunmalıdır. 3 xörək qaşığı (45 ml) qara zirə yağına 3 xörək qaşığı üyüdlümüş qara zirə toxumları əlavə edərək yaxşıca qarışdırılır və vam odda isidilir. Qarışığı filtrdən keçirilib soyudulur, sonra da tünd rəngli şüşə qabda sərin və quru yerdə saxlanmalıdır. Dəri üçün hazırlanmış bu qara zirə yağı gündə 3 dəfə xəstə yerə çəkilməlidir.

57. Psoriaz (kompleks müalicədə) Rp.: Daxili sağalmanı sürətləndirmək üçün 25 damcı (1 dlu çay qaşığı) qara zirə yağı gündə 3 dəfə qəbul olunmalıdır. Dəridəki zədələnmə sahələrinə isə daim qara zirə yağı çəkmək lazımdır.

58. Saçların tökülməsi a) Rp.: Saçlar tökülən sahəyə qara zirə yağı çəkmək lazımdır. Həmçinin, hər səhər 15 dəqiqə yeməkdən əvvəl 1 çay qaşığı qara zirə yağını və 1 xörək qaşığı balı yarım stəkan suda həll edib qəbul etmək lazımdır. b) Rp.: Hər səhər 1 çay qaşığı qara zirə yağı içmək lazımdır. Sonra 1 həftə ərzində 1:1 nisbətində qarışdırılmış qara zirə və zeytun yağı məhlulu ilə başın tüklü hissəsini günaşırı massaj etmək lazımdır. Qarışığı istifadə edəndən 10 dəqiqə sonra yumaq lazımdır.

59. Dərinin cavanlaşması Rp.: Yumurta sarısı-bal-yağ maskası hazırlanır. Bunun üçün 1 yumurta sarısı, 1 xörək qaşığı bal və 1 çay qaşığı qara zirə yağı qarışdırılır. Qarışığı pambıq tamponu ilə qat-qat üz və boyun dərisinə çəkilməlidir (1 qat quruyanda 2-ci şəkilir, sonra 3-cü). 20-25 dəqiqə sonra maska isladılmış tamponla təmizlənir. Bu quru, normal və solan üz, boğaz dərisi üçün nəzərdə tutulub. 1 ay ərzində həftədə 1-2 dəfə istifadə etmək olar.
Allergik Xəstəliklər

60. Bronxial astma a) Rp.: 100 qr qızılgül ləçəkləri, 500 qr ovxalanmış çiy balqabaq, 5 xırda doğranmış bağayarpağı yarpağı, 1 xörək qaşığı qara zirə yağı, 2 xörək qaşığı bal 1 litr suda qarışdırılır. Qaynayana qədər çatdırılır, amma qaynadılmır, sonra 1 gün saxlanılır, süzülür. Alınmış cövhərdən gündə 5 dəfə 1 xörək qaşığı qəbul olunur. b) Rp.: Gündə 3 dəfə 25 damcı (1 dolu çay qaşığı) qara zirə yağı 4-6 ay ərzində qəbul olunmalıdır. 2 ay fasilə verib, müalicəni təkrar aparmaq lazımdır. c) Rp.: Sinəni və kürəyi qara zirə yağı ilə ovuşdurmaq msələhət görülür. d) Rp.: 1 litr suya 1 xörək qaşığı qara zirə yağı qarışdırıb qarqara etmək. e) Rp.: 1:5 nisbətində zeytun yağı ilə qarışdırılmış qara zirə yağını sinəyə sürtmək lazımdır. f) Rp.: Qara zirə yağının buxarı ilə nəfəs almaq, həmçinin 1 çay qaşığının dörddə biri miqdarını dil altında saxlmaq məsləhət görülür.

61. Mövsümi allergiya Rp.: Qara zirə yağı ilə müalicəni toz mövsümü başlamazdan bir neçə həftə əvvəl tətbiq olunmalıdır. Yay ayları boyunca müalicə davam etməlidir. Gündə 3 dəfə 1 çay qaşığı qara zirə yağının gündə 3 dəfə qəbul etmək lazımdır.

62. Allergik dermatozlar, atopik və kontakt dermatitlər Rp.: 1 çay qaşığı qara zirə yağını səpki nahiyəsinə səhər və axşam sürtmək lazımdır.
Sinir Sisteminin Xəstəlikləri

Yuxusuzluq, isteriya,xroniki yorğunluq, üz sinirinin iflici, nevrozlar, migren



63. Baş ağrıları a) Rp.: 1 xörək qaşığı qara zirə yağını gündə 2 dəfə qəbul etməklə yanaşı, alını və başın ağrıyan nahiyəsini yağla ovuşdurmaq məsləhət görülür (şirniyyat qəbul etmək olmaz). b) Rp.: 1 xörək qaşığı üyüdülmüş qara zirə toxumları, 1 xörək qaşığı üyüdülmüş cirə toxumları (anise seed) və 1 xörək qaşığı üydülmüş mixək (cloves) qarışdırılır. Yeməkdən 15-30 dəqiqə əvvəl 1 çay qaşığı səhər və axşam qəbul edilir. Qarışığı ağızda yumşalana qədər saxlayıb udmaq lazımdır. Su ilə qəbul etmək olmaz.

64. Başgicəllənmə a) Rp.: 1 çay qaşığı qara zirə yağını çaya töküb içmək məsləhət görülür. b) Rp.: Yanaqların altını və boynun arxa hissəsini massaj etmək lazımdır. Hər gün 1 çay qaşığı işməklə yanaşı gicgahlara, başın arxa hissəsinə, boyuna çəkmək də başgicəllənmənin qarşısını alır.

65. Miqren (tutmaşəkilli baş ağrıları, başgicəllənməsi) Rp.: 1 çay qaşığı mixəyi əzilır, 1 çay qaşığı bal və 1 çay qaşığı qara zirə yağı ilə qarışdırlır. Axşam ağrayan yerə çəkib, sarıyıb səhərə qədər saxlamaq lazımdır.

66. Yuxunun pozulması Rp.: 1 stəkan ilıq suda 1 çay qaşığı qara zirə yağı 1 xörək qaşığı ballı qarışdırıb yatmazdan 30-40 dəqiqə əvvəl işmək lazımdır.

67. Yuxusuzluq a) Rp.: 1 çay qaşığı qara zirə yağını balla və ya çayla qarışdırılıb axşam yeməyindən əvvəl qəbul olunmalıdır. b) Rp.: 100 qr yeni moruğun giləmeyvəsi və ya 2 xörək qaşığı moruq mürəbbəsi 1 stəkan qaynadılmış suda həll edilir, 10 dəqiqə saxladıqdan sonra 1 xörək qaşığı bal və 1 çay qaşığı qara zirə yağı əlavə edilir. Bu qarışığı axşam yatmazdan əvvəl qəbul etmək lazımdır.

68. İsteriya (həddindən artıq qıcıqlanma, bə'zən ağlaya-ağlaya gülmə və ürəkkeçmə şəklində təzahür edən əsəb xəstəliyi). Rp.: Səhərlər acqarına 1 çay qaşığı qara zirə yağı qəbul edəndən və axşam yeməyindən də 15-30 dəqiqə sonra 1 xörək qaşığı balı ağızda əriyənə qədər saxlamaq.

69. Nevrozlar Rp.: çaya 5 damcı qara zirə yağını əlavə edib içmək lazımdır.

70. Xroniki yorğunluq Rp.: 1 stəkan bala 3 çay qaşığı alma sirkəsi və 1 çay qaşığı qara zirə yağı əlavə edilir. Bu qarışıqdan yatmazdan əvvəl 2 çay qaşığı içilməlidir.

71. Üz sinirinin iflici Rp.: 1 çay qaşığı qara zirə yağı içilməlidir, eyni zamanda ağrıyan yeri və başın ön hissəsini ovuşdurmaq lazımdır (şirniyyatlar, şokoladdan imtina etmək lazımdır).

72. Tənbəllik Rp.: 1 stəkan portağal şirəsinə 10 damcı (1/2 çay qaşığı) qara zirə yağı əlavə edib qarışdırandan sonra 10 gün ərzində yuxudan duran kimi qəbul etmək lazımdır (Ən vacibi – sübh namazından sonra yatmamaq!).

73. Yaddaşın zəifləməsi a) Rp.: Qara zirə yağının 7 damcısını dəmlənmiş nanəyə əlavə edib və zövqə görə balla şirinləşdirmək. Hər gün səhərlər acqarına isti halda içilməlidir. Rp.: 1 xörək qaşığı nanəni 1 stəkan suda qaynama həddinə çatdırandan sonra 1 xörək qaşığı bal və 7 damcı qara zirə yağı ilə qarışdırmaq. İstənilən zaman isti halda 100 ml içilməlidir. Çay və qəhvədən imtina etmək məsləhət görülür. Müalicəni 1 ay davam etmək lazımdır.
Stomatoloji Xəstəliklər

74. Stomatit, gingivit Rp.: 1 çay qaşığı qara zirə yağını təxminən 15 dəqiqə ərzində ağız boşluğunda saxlamaq, çalışmaq lazımdır ki, diş əti və bütün selikli qışa yağla təmasda olsun. Yağı sonra ağızdan boşaltmaq lazımdır (udmaq olmaz).

75. Diş ağrısı, parodontoz (diş ətrafı toxumaların zədələnməsi) a) Rp.: Ağız boşluğunu qara zirə və alma sirkəsi qarışığı ilə yaxlamaq lazımdır. b) Rp.: Ağrıyan dişlərə 1-2 damcı qara zirə yağı sürtmək.
Tənəffüss Sisteimnin Xəstəlikləri

76. Müxtəlif mənşəli öskürək a) Rp.: Səhərlər acqarına 1 çay qaşığı qara zirə yağı qəbul olunmalıdır. Sonra 2 saat ərzində su işmək olmaz. Sonra sinəni 1:5 nisbətində qarışdırılmış qara zirə və zeytun yağı məhlulu çəkmək lazımdır. Həmçinin qara zirə yağının buxarı ilə nəfəs almaq məsləhət görülür. b) Rp.: Güclü öskürəyi dayandırmaq üçün səhər və axşam 3-5 damcı zirə yağını dilin kökünə damızdırmaq lazımdır. c) Rp.: 1 stəkan turp şirəsini 2 çay qaşığı bal, 2 çay qaşığı qara zirə yağı ilə qarışdırıb gündə 3 dəfə 1 xörək qaşığı işmək lazımdır. Uşaqlara1/2 çay qaşığı gündə 3 dəfə vermək olar.

77. Sinədə ağrılar və soyuqdəymə Rp.: Qaynayan suya 1 xörək qaşığı qara zirə yağı əlavə edib buxarı ilə nəfəs almaq lazımdır. Bəlğəm çox olduqda 1 çay qaşığı qara zirə yağını 1/2 stəkan limon şirəsində həll edib (bir az bl da əlavə etmək olar) qəbul etmək məsləhət görülür.

78. Bronxit, pnevmoniya (sətəlcəm, yəni ağciyərlərin iltihabı) a) Rp.: 500 qr bağayarpağı ilə 500 qr balı qarışdırıb vam odda 20 dəqiqə ərzində qaynatmaq lazımdır. Sonra soyudulmuş qarışığa 5 çay qaşığı qara zirə yağı əlavə edib yeməkdən əvvəl gündə 3 dəfə 1 xörək qaşığı qəbul olunmalıdır. Müalicə 2-3 həftə müddətinə aparılmalıdır. b) Rp.: Sinəni və kürəyi qara zirə yağı ilə sürtüb yorğanla örtmək lazımdır. 1 xörək qaşığı qara zirə yağını 1 litr suda qaynadıb 5-10 dəqiqə ərzində buxarla nəfəs almaq lazımdır. Pnevmoniyanı müalicə etdikdə inqalyasiyanı gündə 2 dəfə 20-30 gün ərzində keçirmək lazımdır.

79. Bəlğəmgətirici kimi Rp.: 1 xörək qaşığı dəvədabanı yarpağını minalanmış qabda 1 stəkan qaynar su töküb 15 dəqiqə ərzində buxarda qaynadıb, soyudub, süzəndən sonra su əlavə edib 200 ml-ə qədər çatdırmaq lazımdır. Sonra 1 xörək qaşığı bal və 1 çay qaşığı qara zirə yağı əlavə edib 1/3 stəkan gündə 2-3 dəfə qəbul etmək. Müalicə müddəti 10-15 gün təşkil edir.

80. Ağciyər vərəmi Rp.: Minalanmış qazana 100 qr bal, qaz piyi və kakao tozu, 15 ml aloe şirəsi əlavə edib qaynama həddinə çatdırıb şüşə qaba tökmək, sonra 1 çay qaşığı qara zirə yağı əlavə edib qapağı kip bağlayıb soyuducuda saxlamaq. Gündə 1 xörək qaşığı qarışığı 1 stəkan isti süddə həll edib, səhər və axşam yeməkdən 30-60 dəqiqə əvvəl işmək lazımdır.
Lor-Orqanlarinin Xəstəlikləri

Tonzillit, angina, laringit, qulağın iltihabi xəstəlikləri, haymorit, rinitlər, qulaqların tutulması, zəif eşitmə, burun qanaxmaları



81. Qulaqda ağrı zamanı a) Rp.: 3 gün müddətinə 1 dilim sarımsağı 2 xörək qaşığı qara zirə yağına saxlayandan sonra süzmək. Alınan məhlulunun 1-2 damcısını ağrıyan qulağa damızdırmaq və qulağın ətrafını qara zirə yağı ilə massaj etmək lazımdır. b) Rp.: Gündə 1 dəfə 1 çay qaşığı qara zirə yağı işmək lazımdır. Eyni zamanda başın gicgah və təpə hissəsini zirə yağı ilə ovuşdurmaq da məsləhət görülür.

82. Qulaqların tutulması Rp.: Qulaq keçidinə qara zirə yağında isladılmış pambığı qoyub 1 saatdan sonra çıxarmaq lazımdır.

83. Angina, tonzillit (badamcıqların, yəni artıq ətin, iltihabı) a) Rp.: 2-3 damcı qara zirə yağını badamcıqların üzərinə damızdırmaq. Hətta pambığı qara zirə yağında isladıb madamcıqların üzərinə çəkmək olar. Proseduru gündə 3-4 dəfə təkrarlamaq lazımdır. Müalicə müddəti 2-3 gündür. b) Rp.: Balın 30 %-li su məhluluna 1 çay qaşığı qara zirə yağı əlavə edib gündə 3-4 dəfə yeməkdən sonra qarqara etmək lazımdır.

84. Uşaqlarda xroniki tonzillit Rp.: 1 xörək qaşığı aloe şirəsini, 1 xörək qaşığı qara zirə yağını və 3 xörək qaşığı balı qarışdırıb badamcıqları bu qarışıqla səhərlər acqarına silmək məsləhət görülür. Müalicənin müddəti 2 həfət təşkil edir. 85. Rinit (burunun selikli qişasının iltihabı) a) Rp.: burun dəliyinə qara zirə yağında isladılmış pambığı qoyub 15-20 dəqiqədən sonra çıxarmaq lazımdır. b) Rp.: Burunun ətrafını qara zirə yağı sürtmək.    
Yoluxucu Xəstəliklər

86. KRX (kəskin respirator xəstəlik, yəni tənəffüs yollarının bakteriya, virus mənşəli xəstəlikləri) Rp.: Səhər və axşam kürəyin yaxalıq sahəsinə və sinəyə qara zirə yağı çəkmək, sonra ayaqlarıda yağla ovuşdurub, yun corab geyinib, yatağa uzanıb yorğanla örtünmək lazımdır. Xəstəyə isti tərlədici bitki dəmləməsi verilir.

87. Zökəm Rp.: 1 çay qaşığı qara zirə yağını yarım stəkan limon şirəsində həll edib içmək lazımdır. 88. İmmunitetin saxlanması üçün Rp.: 1 çay qaşığı qara zirə yağını 3 ay qəbul etmək lazımdır.

89. Yüksək hərarət Rp.: 7 damcı qara zirə yağını 1 stəkan nanə cövhərinə əlavə edib gündə 3 dəfə yeməkdən sonra 1 həftə ərzində içmək lazımdır. Həmçinin, yatmazdan əvvəl bədəni qara zirə yağı ilə ovuşdurmaq lazımdır.
Göz Xəstəlikləri

90. Göz ağrısı Rp.: 7 damcı qara zirəni yerkökü şirəsi ilə içmək, eyni zamanda başın gicgah hissəsini zirə yağı ilə massaj etmək və göz ətrafı dəriyə çəkmək də olar.
Hərəkət-Dayaq Sisteminin Xəstəlikləri

Revmatizm, artritlər, oynaqlarda, sümüklərdə ağrılar, miozit, əzələ ağrıları



91. Əzələ ağrıları və revmatizm Rp.: Zeytun yağı ilə qarışdırlımış qara zirə yağını ağrıyan yerə çəkmək lazımdır.

92. Artrıtlər (oynaqların iltihabı), revmatoid poliartrıtlər (bir neçə oynağın iltihabı) Rp.: Ağrıyan oynaqları qızışdırana qədər ovuşdurub sonra qara zirə yağını ağrıyan yerə çəkmək lazımdır. Daha sonra yenə də oynaqları massaj etmək gərəkir.

93. Ayaqda ağrılar Rp.: Ağrıyan sahələri qızışdırana qədər ovuşdurub sonra qara zirə yağını ağrıyan yerə çəkmək lazımdır. Müalicə kursu 8-14 prosedurdan ibarətdir..

94. Oynaq ağrıları Rp.: Zirəni əzib alma sirkəsi qarışdırandan sonra oynağın üzərinə çəkib tənziflə (cunayla) sarımaq lazımdır. Hər səhər acqarına 1 çay qaşığı qara zirə yağı qəbul etmək lazımdır. 95. Bel ağrıları Rp.: 500 qr zirəni əzib 150 qr balla qarışdırandan sonra bu qarışıqdan hər gün səhər və axşam yeməkdən 40-50 dəqiqə sonra 1 çay qaşığı qəbul etmək lazımıdır. Sonra isə 10 gün ərzində isti qara zirə yağı ilə beli massja etmək lazımdır.

96. Sümük ağrıları, əzilmiş zədələnmələr Rp.: Qaynadılmış soğanı qara zirə yağı ilə qarışdırıb gündə 2 dəfə yemək lazımdır. Eyni vaxtda 1:1 nisbətində qarışdırılmış qara zirə və nanə yağı ilə ağrıyan yerləri ovuşdurmaq lazımdır.

97. Radikulit (onurğa beyinindən ayrılan sinir kötücüklərinin iltihabı) Rp.: Kəskin ağrılar olan kimi qaynadılmış qara zirə yağı və balın 1:1 nisbətində qarışığını oma nahiyəsinə çəkib kətan parça ilə 4-5 qat bağlamaq lazımdır. Parçanın yuxarısı qabırğalara, aşağı hissəsi isə çanaq sümüyünə çatmalıdır. Sonra arxa üstə uzanmaq lazımdır, sarığın altına isə elektik isidici qoymaq şərti ilə. 2-3 saat ərzində ağrı keçir.

98. Əzələ spazmaları (ağrıları) Rp.: Gündə 3 dəfə 1-2 həftə ərzində 1 çay qaşığı bal və 1/2 çay qaşığı qara zirə yağı qarışığı qəbul olunmalıdır.
Endokrinoloji Xəstəliklər

99. Şəkərli diabet Rp.: 1 stəkan qara zirəni, 1 stəkan vəzəri (həbbur-rəşada), 1/2 stəkan qoreçavka (mürrətun), 1/2 stəkan nar qabığını üyüdüb qarışdırmaq. Hər səhər 1 ay ərzində acqarına yeməkdən 15-30 dəqiqə əvvəl 1 çay qaşığı qarışıqdan və 1 çay qaşığı qara zirə yağından qəbul etmək. Qarışığı soyuducuda saxlamaq lazımdır. 1 aydan sonra analiz verib şəkəri yoxlamaq lazımdır. Əgər şəkər normadadırsa müalicəni dayandırmaq, yox hələ də yüksəkdirsə terapiyanı davam etmək lazımdır.
Onkoloji Xəstəliklər

100. Xərcəng a) Rp.: Qara zirə ilə sarımsaq istifadə etmək məsləhət görülür. b) Rp.: 1 çay qaşığı qara zirə yağını və 1 çay qaşığı balı qarışdırıb gündə 3 dəfə qəbul etmək məsləhət görülür.



1   2   3   4   5


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə