Qara zirə və onun yağı ilə müalicə üzrə tövsiyyələr Mərhəmətli və Rəhmli Allahın adı ilə! Qara ziRƏ İslamda




Yüklə 281.97 Kb.
səhifə3/5
tarix22.04.2016
ölçüsü281.97 Kb.
1   2   3   4   5

20.ƏZƏLƏ AĞRILARI: Əzələ ağrılarının müalicəsi üçün öncə acqarına 5 diş sarımsaq yeyin. Bundan bir saat sonra dəmlənmiş 1 stəkan darçın çayına 5 damcı qara zirə yağı damcılayıb qəbul edin. Zeytun yağı ilə qarışdırılmış bir qədər qara zirəni azca qızdıraraq ağrılı yerə tez-tez çəkin. Habelə yatmazdan öncə qaynadılmış qara zirənin balla qarışdırılmış qarışığını için.

21.GÖZ AĞRISI: Resept N 1: Kompres qoymaq: 1 stəkan qara zirə toxumunu 8 unsiya suda qaynadmaq və 10 dəqiqə ərzində soyutmaq. Sonra onu ələkdən keçirmək. 2 pambıq tamponunu hazırlanmış həmin məhlulda isladıb ağrıyan gözün üstünə qoyub 10 dəqiqə saxlamaq. Resept N 2: Yatmazdan qabaq gicgahları qara zirə yağı ilə ovmaq.

22.YUXUSUZLUQ: 1 çay qaşığı qara zirə yağını balla və ya çayla qarışdırmaq və şam yeməyindən əvvəl qəbul etmək.

23.ÜRƏK BULANMASI: Üyüdülmüş qara zirə toxumunun 1 çay qaşığını mentol həliminə əlavə edib gündə 3 dəfə qəbul etmək.

24.DİŞ AĞRISI: Resept N 1: Üyüdülmüş qara zirəni zeytun yağı ilə qarışdırıb onları yumşaq kütlə halına gətirmək və ağrıyan dişə (dişlərə) yaxmaq. Resept N 2: 8 unsi alma sirkəsini 2 xörək qaşığı üyüdülmüş qara zirə bişirib süzgəcdən keçirmək. Alınmış maye ilə dişləri bir-neçə gün ərzində qarqara etmək. Resept N 3: Ağrıyan dişə (yerə) 1-2 damcı qara zirə yağı sürtmək.

25.MƏDƏ QAZLARININ İFRAT YARANMASI Resept N 1: Döyülmüş qara zirə, şirin şüyüd və istiotlu nana toxumlarından bərabər miqdarda qarışdırmaq, 3-7 damcı qara zirə yağı əlavə etmək və balla şirinləşdirib qəbul etmək Resept N 2: Kompres hazırlamaq. Kompresi alma sirkəsi və qara zirə yağında isladıb qarnın üstünə qoymaq.

26.QUSMA: Qusmanın qarşısını almaq üçün 1 çay qaşığı üyüdülmüş qara zirəni mentol həliminə qarışdırıb gündə 3 dəfə qəbul etmək.

27.BADAMCIQLARIN İLTİHABI: Yarım litr suda 10 qram (2 çay qaşığı) qara zirə toxumunu bişirmək və süzgəcdən keçirmək. Boğazı dündə 2 dəfə qarqara etmək.

28.ÖD KİSƏSİ DAŞLARI: Üyüdülmüş qara zirə toxumlarını balla qarışdırıb qəbul etmək öd kisəsində yaranmış daşların əriməsinə səbəb olur.

29.BÖYRƏKLƏRDƏ DAŞ: Böyrəklərdə yaranmış daşların ovulub düşməsinə qara zirə ovuntusu ilə balı qarışdırıb içmək kömək edir.

30.İŞ QABİLİYYƏTİNİN ARTMASI: Qara zirənin qəbulu iş qabiliyyətini və orqanizmin həyat fəaliyyətini (tonusunu) yüksəldir.

31.BƏLĞƏM: Bəlğəmi aradan qaldırmaq üçün qara zirəni limon şirəsi ilə qarışdırıb (bir qədər bal və şəkər əlavə edib) içmək.

32.AĞCAQANAD VƏ BAŞQA HƏŞƏRATA QARŞI: Qara zirənin tüstüsü ağcaqanadları və başqa həşəratları uzaqlaşdırır.

33.ƏT XALLARI: Ət xallarına qarşı qara zirə kömək edir. Qara zirə ovuntusunu və ya yağını tənziflə xala bağladıqda onların inkişafının qarşısını alır və dərinin təmizlənməsinə səbəb olur.

34.TÜKLƏRİN TÖKÜLMƏSİ: Üyüdülmüş qara zirə, vəzəri, bir qaşıq zəif sirkə və bir stəkan zeytun yağı götürüb onları xəmirəbənzər kütlə halına gələnə qədər qarışdırılır. Hazırlanmış kütləni başa yaxır və başın dərisinə yedirdirlər. Bu qaydada əməliyyat hər gün axşamlar təkrar olunur və sonra baş isti su və yuyucu vasitələrlə yuyulur.

35.BİTLİLİK: Yaxşıca üyüdülmüş qara zirə toxumları krem kimi bir maddə alınması üçün lazım olan miqdarda sirkə ilə qarışdırılır və qırxılıb hazırlanmış başa yaxılır və yaxud başı qırxmaq istəmədikdə başın dərisinə elə sürtülür ki, dəriyə və tüklərin dibinə çatsın. Sonra günəş altında 15 dəqiqə dayanmaq lazımdır. Günəş şüalarının başa düş düşməsi arzu edilir, yəni günəş zenitdə olduqda bu əməliyyat daha əlverişli nəticə verir. Başı yaxın 5 saat ərzində yumaq məsləhət görülmür. Bu əməliyyatı 1 həftə təkrar etmək.

36.DAZLAŞMA: Yaxşıca üyüdülmüş qara zirə toxumu, 1 stəkan zəif sirkə və 1 çay qaşığı sarımsaq suyu götürüb kreməbənzər hala gələnə qədər qarışdırmaq. Sarğı kimi qırxılmış başa bağlamaq və axşamadək saxlamaq. Sarğını açdıqdan sonra həmin sahəni qara zirə yağı ilə yağlayın və bu proseduranı 1 həftə təkrar edin.

37.DƏMROV: Dərinizin dəmrov düşmüş sahəsinə bir neçə gün ərzində gündə 3 dəfə (Allahın rizası ilə) sağalana qədər qara zirə yağı sürtün.

38.CÜZAM: 1 qaşıq xına, qara zirə toxumu və üyüdülmüş quru buqələmun dərisini zəruri miqdarda zəif sirkə məhlulu ilə qarışdırın ki, kreməbənzər kütlə alınsın. Bu qarışıq melanini dəriyə qaytarmaq keyfiyyətinə malikdir. Bu proseduranı ay ərzində davam etdirin, Sarığı gecədən səhərə qədər saxlayın, gündüz günəşin düz düşən şüaları altında gəzin.

39.SINIQLAR: Bədəndə sınıqların tezliklə bitişməsi və sağalması üçün (heç olmasa günaşırı) mərci bozbaşı yeyin. Ona yumurta, soğan və 1 xörək qaşığı qara zirə toxumu əlavə edin. Bir də, sınıq yerinə qoyulmuş sarğının kənarlarından görünən yerlərə əlavə olaraq qara zirə yağı çəkin (sürtün). Sarğı açılıb götürüldükdən sonra, sınıq yerlərinə istiləşdirilmiş qara zirə yağı sürtüb masaj edin.

40.DAŞLAR: Bir fincan üyüdülmüş qara zirəni bir stəkan təbii balla qarışdırın və ona ət maşınında çəkilmiş 3 diş sarımsaq da qarışdırın. Hər gün yeməkdən qabaq hazırladığınız qarışığın üçdə bir hissəsini qəbul edin. Qəti təklif olunur ki, bundan sonra hökmən bir neçə limon dilimini qabığı ilə yeyəsiniz. Bu, daşların düşməsinə səbəb olacaqdır.

41.SİDİK İFRAZININ ÇƏTİNLƏŞMƏSİ: Hər gün yuxudan qabaq qasıq sahəsini qara zirə yağı ilə yağlayın və qara zirə yağını balla qarışdırıb isti-isti için.

42.SİDİYİN QEYRİ-İXTİYARI İFRAZI: Təmizlənmiş yumurta qabığı götürün, bərk qızdırıb toz halına gətirin, sonra onu qara zirə toxumları ilə qarışdırın. Bir həftə ərzində hər gün hazırlanmış poroşokdan bir stəkan südə bir çay qaşığı əlavə edib için.

43.DALAQ: Üyüdülmüş qara zirə toxumlarından və zeytun yağından ibarət qarışığı axşam çağı qızdırın, sonra onu qızdırma vasitəsi kimi sinə qəfəsindən aşağı sol böyür üstə qoyun.

44.SOYUQDƏYMƏ: 1 stəkan suya 1 xörək qaşığı qara zirə yağı tökün və od üstə qoyun. Su qaynayanda başınızı dəsmalla örtüb buxarı nəfəsinizə çəkin. Bu proseduranı yatana yaxın keçirin. Həmçinin səhər və axşam üyüdülmüş qara zirə toxumları ilə kəklikotundan dəmlənmiş bir stəkan çay için.

45.ÜRƏK SAĞLAMLIĞI: Ürəyinizin sağlamlığı üçün mümkün qədər daha çox və daimi olmaq şərtilə qara zirəni istənilən formada təbii balla qəbul edin.

46.BÖYRƏK SANCILARI: Cirə, nana və kumini bərbər miqdarda götürüb yaxşıca dəmləyin, bir qədər bal qatıb şirinləşdirin və 7 damcı qara zirə yağı əlavə edin. İsti-isti için və həmçinin ağrıyan yerə qara zirə yağından sürtün. Ağrı, Allahın köməyi ilə, çox keçməyən bir müddətdən sonra sakitləşəcəkdir.

47.İSHAL: Vəzəri şirəsinə qara zirə qatın və hər gündə 3 dəfə 1 stəkan qəbul edin. İslah elə səhərisi gün və ya bir qədər əvvəl kəsilməlidir. Qəbzlik olmaması xatirinə bu qatışığın qəbulu ilə müalicəni dərhal kəsmək lazımdır.

48.YÜKSƏK TURŞULUQ: Bir neçə damcı qara zirə yağını bir stəkan isti südə damızdırın, ona istədiyiniz qədər bal və ya şəkər qatın və için.

49.BİLQARSİOZ – SİDİK YOLLARININ XƏSTƏLİYİ: Bu xəstəlik sidik yollarının parazit helmintozlarla yoluxmasından törəyir. Hər gün 1 qaşıq qara zirəni səhər və axşam (bir tikə çörək və pendirlə) yeyin. Yatmazdan əvvəl sağ böyrünüzə qara zirə yağı çəkin. Bu proqramı sonrakı üç ayda da yerinə yetirməyiniz tövsiyə edilir.

50. BAĞIRSAQ QURDLARI: Bir qaşıq qara zirə yağı, 3 diş sarımsaq, 1 qaşıq zeytun yağı, bir qədər ədviyyat və 10 ədəd boranı tumu götürüb, çörək arasına qoyub hər səhər qaynadılmış suda saxlanmış şüyüdlə yeyin.
QARA ZİRƏ. Elmi və laboratoriya

Qara zirənin fenomenal keyfiyyətləri haqqında Allahın Elçisindən (ona Allahın salavatı və salamı olsun!) kifayət qədər hədislər olmasına, İbn Qeyyimin qara zirəni dəyərləndirən məşhur əsərlərinə baxmaya­raq, Əbu Əli İbn Sinanın “Tibb Müalicə Qanunu” adlı məşhur çoxcildli əsərində qara zirənin insanın ener­ji­sini artırması və orqanizmə, xəstə­liklərə qalib gəlməsi üçün kömək etməsi haqqında yazma­sına baxmayaraq, daha qədim dövrlərdə də bu barədə məlumatların olmasına baxmayaraq insanların dinə olan münasibə­tində vaxtilə sönüklük, maraqsızlıq yarandığı kimi, Allahın nazil etdiyi müalicə vasitələrinə və əlaclara da, zaman keçdikcə, insanların inamı əsassız olaraq zəif­lə­miş və bunun nəticəsində Allahın nemətini unudub, bu fövqəladə qiymətli müalicə vasitəsi haqqında bilik­ləri az qala tamamilə yadır­ğamışlar.



Elə buna görə, iyirminci əsrin ikinci yarısından başlayaraq, ilk öncə məhz İslam ölkələrində qara zirə bitkisinin effektini bərpa etmək üçün Pakistan İslam Respublikasında tədqiqatlar həyata keçi­rilməyə başlan­mış­dır. İyirminci əsrin səksəninci illərinin sonlarında Pakistanın tibb jurnallarından birində qara zirə yağının fenomenal keyfiyyətləri haqqında tədqiqat materialı verilmişdi. Bir-neçə il sonra (1992) Pakistanın qonşusu Banqladeşin Dəhhə universitetində qara zirə yağının anti­bakterioloji xassələrinin beş ən güclü antibiotiklərlə (ampisi­lin, tetrasiklin, kotrimok­zazol, gentamisin və nalidiks turşusu ilə) müqayisəli tədqiqatı həyata keçirilmişdir. Nəticədə əldə edilən faktlar heyrətləndiricidir – qara zirə yağı özünün daha güclü təsirə (effektə) malik olduğunu göstərmişdir. Qara zirə yağı çoxsaylı bakteriyalara qarşı daha təsirlidir və o, hətta tibb preparatlarına güclü müqavimət göstərən bakteriyalara (“v. xolera”, “E coli” adlı bu yoluxu­culara çox vaxt çiy ətdə rast gəlinir) və  başqalarına da kifayət qədər yüksək effektə malik təsir göstərir.  

Bu tədqiqatlar ilbəil getdikcə genişlənir və daha da vüsət alır və yeni-yeni sahələri əhatə edir. Belə ki, bir sıra ölkələrdə qara zirə ilə əlaqədar ciddi araşdır­malar aparılmağa, sahə və laboratoriya təcrübələri keçirilməyə başlanmışdır. Bu məqsədlə dünyanın bir çox ölkələrində, o cümlədən qardaş Türkiyə Cümhuriy­yətində də zəruri və faydalı işlər həyata keçiril­məkdədir. Bəli, bu gün bitkilərlə müalicəyə müasir tibb elmində də diqqət yetirilməyə girişmişlər. Məsələn, Anadolu universitetinin Əczaçılıq fakültəsi professoru doktor Neşe Krımər bitkilərlə müalicənin müasir tibdə nəhayət öz yerini tapmasının zəruriliyindən danışmış və bildirmişdir ki, son dövrlərdə çağdaş müalicədə kimyəvi dərman preparatlarının istehsalının artması təbii maddələrdən, yəni bitkilərdən istifadə edilməsini xeyli azaltmışdır. O göstərmişdir ki, Beynəlxalq Sağ­lam­lıq Təşkilatının statistik məlumatlarına əsasən, dünya əhalisinin 80 faizi bitki müalicəsini də özündə ehtiva edən ənənəvi tibb sistemləri ilə həyata keçirilir. Sonra doktor Krımər demişdir: ”Hazırda başda Almaniya dövləti olmaqla bir çox Avropa ölkələri ilə ABŞ-da bitkilərlə müalicəyə maraq yenidən artmışdır. Onun bildirdiyinə görə, bu marağın səbəbi təbiətə qayıtmaqla bağlıdır. Bu ölkələrdə bir çox bitkilərdən hazırlanmış dərmanlar həb və toz halında qablaşdırı­laraq əczaxanalara, digər satış müəssisələrinə göndə­rilir. Bu dərmanlar digər kimyəvi dərman formalarında olduğu üçün insanların əksəriyyəti onların bitkilərdən hazırlanmış olmasından xəbərdar deyillər. Qara zirə ilə maraqlı və ibrətamiz bir tədqiqatı Maren Frants adlı bir alman mütəxəssisi aparmışdır. O, İslam Peyğəmbərinin (s.ə.s.) “Bu qara toxumda ölümdən başqa hər dərdə çarə vardır” kəlamını əsas götürərək qara zirə üzərində insan sağlamlığı naminə bir sıra faydalı tədqiqatlar aparmış, bu mövzuya dair olan məlumatları toplayaraq “Təbiətdən gələn şəfa qaynağı” adlı kitab yazmışdır.Yuxarıdakı tədqiqatlar işığında, bir maraqlı məqamı qeyd etmək lazımdır. Homeopatlar artıq çoxdandır ki, qara zirə cövhərindən (tinkturasından) həzm yolu­nun problemləri zamanı gözəl vasitə kimi istifadə edirlər.  “Qara zirənin tətbiqi onurğa beyninin və immun sisteminin həyat əhəmiyyətli hüceyrələrinin yaran­ma­sını stimullaşdırır”. Amerika Birləşmiş Ştatlarının Cənubi Kalifor­niya ştatının Xərçəng-İmmun-Biologiya Labora­tori­yasının alim-tədqiqatçıları bu faktı rəsmi qaydada təsdiq etmişlər. “Bundan əlavə” deyə, onlar rəsmi qaydaya əlavə etmişlər ki, “qeydiyyatdan keçirilmiş faktlar onu göstərir ki, qara zirə xərçəng şişlərinin müalicəsi və inkişafının dayan­dı­rılması məqsədilə istifadə etmək üçün ideal namizəd­dir”. Oxşar tədqiqat Oqayonun Klivlend şəhər klinika­sında (1979-cu ildə) tədqiqatçı alim Aşok Aqar­val tərəfindən aparılmış və sübut edilmişdir ki, qara zirə yağı körpə əmiz­dirən anaların südünü artırır.Elmi tədqiqatlar göstərir ki, qara zirənin tətbiqi saçların uzanmasını yaxşılaşdırır və saçın vaxtından əvvəl ağarmasının qarşısını alır. Məlumdur ki, çəngəlvari vəzi ümumiyyətlə insan orqanizminin özünümühafizə gücünün saxlanmasını təmin edir. Çəngəlvari vəzi (thymus, glandula thymus), çinədan vəzisi, sinədaxili vəzi, insanın onurğa sütunu­nun dilimli daxili sekresiya vəzisi qəlsəmə kisəciklərinin entodermal epitelisindən başlayaraq inkişaf edir. İnsanın çəngəlvari vəzisi onun 6 həftəlik rüşeym döv­ründən inkişaf etməyə başlayır. Çəngəlvari vəzi baş­lan­ğıcda əvvəlcə ancaq epiteli hüceyrəsindən ibarət olur. Sonrakı inkişafı gedişində onun quruluşu mürək­kəb­ləşir və o dilim-dilim halına gəlir. Bu vəzi yeni doğulmuş körpələrdə yaxşı inkişaf etmiş olur. Doğulana yaxın bu, dölün ən iri limfa orqanizmi olur və onun hüceyrələri orqanizmin bütün digər hüceyrələr­dən daha fəal surətdə limfositlər istehsal edir. Çəngəl­vari vəzinin inkişafı cinsi yetkinliyə çatana qədər davam edir; bu zaman onun çəkisi 30-40 q. çatır; sonrakı dövrdə inkişaf əks yöndə gedir.Çəngəlvari vəzinin əsas funksional əhəmiyyəti tədqiqatçı alimlər tərəfindən hələ tam aydınlaşdırıl­amışdır. İbtidai onurğalılarda vəzinin mövsümi fəaliyyəti, boy artımının tənzimlənməsində, orqanizm­də minerallar müba­di­­lə­sində və habelə xüsusi immu­nitetin formalaşdırıl­ma­sında iştirakı haqqında məlu­matlar vardır. Çəngəlvari vəzi digər daxili sekresiya vəziləri (böyrəküstü vəzi, hipofiz, cinsiyyət vəziləri) ilə sıx qarşılıqlı  əlaqədə fəaliyyət göstərir. O, xaricdən göstərilən – fiziki (şüalanma), kimyəvi (mikrokanse­rogenlər), hormonal (böyrəküstü qabıq, qalxanvari, cinsiyyət vəziləri və s. hormonları) təsirlərə çox həs­sasdır. Belə təsirlərə əks reaksiya verir və atrofi­yaya uğrayır. Bu vəzinin normal inkişafdan qalması hallarına da rast gəlinir: aplaziya (tam inkişafdan qalma); bu, adətən, orqanizmin digər nöqsanlı inkişafı ilə birgə baş verir; hipoplaziya (kifayət qədər inkişaf etməmə) – bu, adətən, qalxanvari vəzinin hipoplaziyası və psixi geriliklə birgə müşahidə edilir. Bəzi hallarda boyun nahiyəsində yerləşən əlavə vəzilər də müşahidə edilir. Hiperplaziya (ifrat artım, inkişaf) qonşu orqanların normal inkişafına maneə ola, nəfəs alınmasına çətinlik törədə və ani ölüm gətirə bilər.Qara zirə yağının tətbiqi zamanı, ayrı-ayrı orqanlarda deyil, sanki eyni vaxtda bütün orqanizmdə sağlamlaşma prosesi baş verir. Qara zirə qəbul etmiş adamların qanının analizi göstərmişdir ki, orqanizmin özünümühafizə qüvvəsini gücləndirməyə və möhkəm­lən­­dir­məyə cavabdeh və həyat üçün vacib olan T-limfositlər, T-killerlər və başqa hüceyrələr əhəmiyyətli dərəcədə - dəfələrlə artır və buna uyğun olaraq xəstəlikləri sağaldır.ABŞ-da farmakoloji firmalar əldə edilmiş nəti­cələr əsasında qara zirədən yeni orqanik müalicə dərmanları yaradırlar. Elm də sübut etmişdir ki, qara zirə yağının köməyi ilə çəngəlvari vəzinin tənzimlən­məsi və ona göstərilən təsir insan orqanizminin immunitetini möhkəmlən­dirir və beləliklə, həqiqətən də “bütün xəstəliklərin çarəsi” rolunu oynayır. Aydın məsələdir ki, bütün xəstəliklərdən və yoluxuculardan xilas olmanın zəruri şərti insanın güclü immunitetə malik olmasıdır.Almaniyada qara zirə yağının tədqiqatı ilə Petr Şləxer məşğul olurdu. Testdə 600 adam iştirak edirdi. Nəticə: Eksperimentdə iştirak edən allergiyaya tutul­muş xəstələrin - 70% sağalmışdı.  Qara zirə hamıya, o cümlədən, xüsusilə yaşlı adamlara və orqanizminin müqaviməti zəifləmiş şəxslərə tövsiyə edilir. Onlar üçün bu bərəkətli bitkinin qəbulu çox vacibdir. Digər elmi tədqiqatların gedişində alimlər etiraf etmişlər ki, qara zirənin tətbiqi son dərəcə gözəl bir tərzdə qanda şəkərin səviyyəsini aşağı salır və beləliklə, bu bərəkətli və şəfaverici bitkinin çoxsaylı xəstəliklərə, o cümlədən diabetə qarşı əla vasitə olması faktı bir daha təsdiqlənir. Əlbəttə ki, təbii qida məhsulu olan və tətbiqi zamanı qətiyyən əks fəsad verməyən Qara zirə üçün bu, çox yüksək rəydir… Unutmayaq ki, şərq ölkələrində qara zirənin təbabət sahəsində tətbiqi 3000 il bundan əvvəlki dövrdə həyata keçirilərmiş. Yuxarıda verdiyimiz bir sıra peyğəmbər hədislərini tədqiq edərək elm fədailəri fövqəladə bir sonuc əldə etmişlər. Belə ki, qara zirə insanın çəngəlvari vəzisinə təsir etməklə onun fəallığını yüksəldir. Çəngəlvari vəzi isə insan orqanizminin immun müdafiəsinin güclənməsinə məsuliyyət daşıyır. Qara zirənin tətbiqi ilə əlaqədar aparılan laboratoriya təcrübələrində xəstənin sağalmasına və qomeostaz gücünün artmasını stimullaşdıran T-limfositlərin, T-killerlərin və digər hüceyrələrin kəmiy­yəti qanda dəfələrlə yüksəlir. Bu sayaq sınaq təcrü­bələri kifayət qədər aparılmışdır və həmin tədqiqatlar qara zirənin insan orqanizminin müdafiə immunitetini artırmasını və çoxsaylı xəstəlikləri sağaltma­sında son dərəcə müsbət rolu olduğunu təsdiqləyir.ABŞ-ın ixtisaslaşdırılmış əczaçılıq müəssisələri, şirkətləri, bir sıra hallarda, özəl qara zirə təcrübə mərkəzləri təsis etmişlər ki, burada tədqiqatçı alimlər qara zirə əsasında yeni dərman preparatları və maddələri alırlar. Qara zirə bitkisinin daxili və zahiri xəstəliklərə şəfa vasitəsi olmasını, dünyəvi elm də artıq təsdiq edərək bildirir ki, çəngəlvari vəzinin tənzimlənməsi və ona təsir göstərilməsi üsulu ilə və bütövlükdə orqanizmin qoruyucu gücünü qüv­vətləndirməklə hər hansı bir xəstəliyin qarşısını alıb onu müalicə etmək olar.Elmi tədqiqatlar öz nəticələri ilə bir daha nümayiş etdirir ki, qara zirə immuniteti – orqanların xəstəliklərə müqavimətini sabitləşdirdiyi və möhkəm­ləş­dirdiyinə görə bütün məlum xəstəliklər üçün müalicə vasitəsi rolunu oynayır. Zira, immunitetin sabitliyi və davamlılığı, hər hansı xüsusiyyəti daşımasından asılı olmadan, xəstəliklərdən qurtulmanın özəl şərtlərin­dəndir.Qara zirə Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun) çox tətbiq etdiyi bir bitkidir. Çünki Peyğəmbər tibbində o, özəl bir yer tutmuşdur və “bütün xəstəliklərin çarəsi” kimi yad edilir.Qeyd etmək yerinə düşərdi ki, Allahın Elçisinə (ona Allahın salavatı və salamı olsun) qədər bu müalicə səciyyəli nadir bitkiyə o dərəcədə ciddi əhə­miyyət verilmirdi (baxmayaraq ki, öncəki peyğəmbər­lərdən də bəşəriyyətə qara zirə haqqında məlumat verilməmiş deyildi) və məhz Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) qara zirəni vacib sağlamlıq amilinə çevirmişdir. Qara zirə və onun faydası haqqında bir çox hədislərdə məlumat verilmiş, müfəssəl reseptləri və konkret xəstəliklər zamanı tətbiq metodikası geniş açıqlanmışdır
Qara zirə və onun faydaları haqqında

Qara zirenin tətbiq edildiyi sahələr (xəstəliklər) haqqında danışmazdan əvvəl bir daha həm uzaq və həm də yaxın tarixə kiçik bir nəzər salmaq yerinə düşərdi. Belə ki, yunan bilicisi Dioskorides baş ağrılarına, zökəmə, diş ağrısına və bağırsaq qurdlarına qarşı müalicədə qara zirədən istifadə edərmiş. Müasir tibbin atası sayılan Hippokrat qara zirəni qara ciyər və həzm sistemi xəstəliklərinə qarşı müalicədə geniş tetbiq etmişdir. Tibb tarixinin en meşhur tibb kitablarından biri olan ve bütün Avropa ölkelerinde tercüme edilib geniş yayılmış “Tibbin Müalicə Qanunları”nin müəllifi böyük müsəlman alimi İbn Sina qara zirənin metabo­lizmi, halsızlığı tənzimlədiyini və bir sıra digər xəstə­likləri aradan qaldırdığını bildir­mişdir.

Müasir tibb bu bitkinin özel xüsusiyyetlerini, oyadıcı tesirlerini tetbiq ederek hemarroy, hepatit, zökəm, ishal, öskürək və bir çox başqa xesteliklerin müalicesinde tetbiq edir. Qara zirə otu ile elaqədar en deyərli ve hikmetli sözü, kitabımızın evvellerində gösterdiyimiz kimi, Allahın sonuncu Elçisi Muhemmed Peyğember (ona Allahın salavatı ve salamı olsun) demişdir: “Qara zireden istifade edin, ölümdən başqa her şeye dermandır”.

Nezere alsaq ki, qara zirenin müalice üçün qebulu neinki faydalıdır, hem de o, Allahın Elçisinin (ona Allahın salavatı ve salamı olsun) mühüm Sünne­sidir, onda, qara zirə yağı ve ya toxumunu her gün 1 çay qaşığı qebul etmek tövsiyə olunur.



QARA ZİRƏ aşağıdakı xəstəliklərin müalicəsi üçün tətbiq edilir.

1. BAŞ AĞRISI: 1 xörək qaşığı üyüdülmüş qara zirə, 1 xörək qaşığı üyüdülmüş cirə (anise seed) və 1 xörək qaşığı üyüdülmüş mixək qarışdırılaraq, yeməkdən öncə 1 çay qaşığı qəbul edilir. Əvvəlcə ağızda o qədər saxlanılır ki, yumşalsın və udulmaq üçün rahat olsun və bundan sonra udulur. Qarışığı qəbul edərkən qətiyyən üstün­dən su içilməməlidir. Çay qaşığının yarısı qədər qara zirə yağını gündə iki-üç dəfə qəbul etmək.

2. REVMATİZM: Az miqdarda qara zirəni zeytun yağı ilə qarış­dıraraq bir qədər qızdırmaq və tez-tez ağrıyan yerə çəkmək (sürtmək). Həmçinin yatmazdan qabaq qayna­dılmış qara zirənin balla qarışdırılmış suyunu için.


3. ÜZDƏ DƏRİ XƏSTƏLİKLƏRİ: Gündə 2-3 dəfə yarım çay qaşığı qara zirə yağı için. Yarım çay qaşığı qara zirə yağını 1 xörək qaşığı zeytun yağı ilə qarışdırın. Alınmış qarışığı üzə sürtmək və 1 saat saxladıqdan sonra su və sabunla yumaq.

4. BAŞ GİCƏLLƏNMƏSİ: Çaya qara zirə yağı qatıb içmək. Habelə yanaq­ların altına və boynun ardına qara zirə yağından sürtmək.

5. QULAQ AĞRISI: Yoluxduqda qulağa qara zirə yağından damcı­lamaq.

6. DOĞUŞ ZAMANI FAYDASI: Doğuş zamanı ağrıların yüngülləşdirilməsi üçün ən yaxşı vasitələrdən biridir. Qara zirə yağını balla qarışdırıb odda qızdırmaq və içmək.

7. ÜRƏK YANDIRMALARI: Bir fincan qaynar südə bir neçə damcı qara zirə yağı damcılamaq, 1 çay qaşığı bal qatmaq və isti-isti içmək. Həm də çoxlu salat yemək məsləhət görülür.

8. DƏRİ XƏSTƏLİKLƏRİNDƏ: Qara zirə yağının kiçik bir miqdarını götürüb bərabər miqdarda qızılgül suyu və 2 mislində buğda unu ilə qarışdırın. Sirkədə isladılmış əski parçası ilə dərinin xəstə səthini ovun, sonra isə hazırladığınız qatışığı ləngimədən dəriyə çəkin və günəş altında olmağa çalışın.

9. YüKSƏK QAN TƏZYİQİNƏ QARŞI: Bu xəstəlikdə qara zirəni isti içki (çay, süd və s.) ilə qarışdırıb için və bədəninizi qara zirə yağı ilə ovuşdurun.

10. SİNƏDƏ AĞRILAR: Qaynar suya 1 xörək qaşığı qara zirə əlavə edin və ondan qalxan buxarı nəfəsinizlə udun. Yatmazdan əvvəl başınızı bağlayın.

11. GÖZ AĞRISI: Qara zirə yağı göz xəstəliklərinin əksəriyyəti üçün faydalıdır. Onu səhər və axşam yatmazdan qabaq gözünüzə damcıladın, gözünüzün (və ya gözlərinizin) ətrafına sürtün və bundan sonra bir-neçə damcı qara zirə yağı qarışdırılmış 1 xörək qaşığı bal yeyin.
Qara zirə yağının kimyəvi tərkibi  cədvəli:   



Aktiv maddələr

Miqdarı

1

Züllallar

21%

2

Karbohidratlar

35%

3

Yağlar

35-38%

4

Doymuş yağ turşular

18.1%

 

- miristin C13H27COOH

0.5%

 

-palmitin C15H31COOH

13.7%

 

-palmitolein C15H29COOH

0.1%

 

-stearin C17H35COOH

2.6%

5

Doymamış yağ turşuları, əvəzolunmazdır (ancaq qida ilə orqanizmə qəbul edilir)

81.9%

 

- olein C17H33COOH

23.7%

 

- linolen C17H29COOH

57.9%

 

- linol C17H31COOH

0.2%

 

- araxidon C17H31COOH

1.3%

6

Vitaminlər

 

 

Tiamin – B1

15 mq/q

 

Riboflavin – B2

1 mq/q

 

Piridoksin – B6

5 mq/q

 

Niasin – B3 (nikotin turşusu)

57 mq/q

 

Falosin – B9 (fol turşusu)

610 mq/q

7

Minerallar

 

 

Kalsium

1859 mq/q

 

Dəmir

105 mq/q

 

Mis

18 mq/q

 

Sink

60 mq/q

 

Fosfor

5265 mq/q

8

Efir yağlarının tərkib hissələri

 

 

Karvonlar

21.1%

 

Alfa penin

7.4%

 

Saponinlər

5.5%

 

Beta peninlər

7.7%

 

P-siminlər

46.8%
1   2   3   4   5


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə