Qara zirə və onun yağı ilə müalicə üzrə tövsiyyələr Mərhəmətli və Rəhmli Allahın adı ilə! Qara ziRƏ İslamda




Yüklə 281.97 Kb.
səhifə2/5
tarix22.04.2016
ölçüsü281.97 Kb.
1   2   3   4   5

82. DƏMROV: Bədənin dəmrov düşmüş nahiyəsinə gündə 3 dəfə qara zirə yağı çəkmək. 

83. KEÇƏLLİK: (Eyni ilə 82 kimi) 

84. EKZEMA: (Eyni ilə 82 kimi) 

85. ÜRƏK KLAPANLARININ DARALMASI: 1 çay qaşığı qara zirəni 1 xörək qaşığı balla qa­rış­dırıb bərk isti çayla ac qarına və yuxudan öncə içmək arzuolunandır.   

86. ZƏDƏLƏNMƏLƏR: 1 çay qaşığı qara zirəni balla qarışdırıb isti çayla ac qarına və yatmazdan əvvəl içmək, sonra isə xəstə yerə üç dəfə qara zirə yağı sürtmək. 

87. QULAQ TUTULDUQDA: Qulağınıza qara zirə yağında isladılmış pambıq yumruları qoyun və 1 saat ərzində saxlayın. Nəticəsini çox gözləməyəcəksiniz. 

88. ZÖKƏM: Təmiz qara zirə yağına batırılmış pambığı 15-20 dəqiqəliyə burnunuza salın. O saat yüngülləşmə hiss olunacaq. Bərk soyuqdəymələrdə bu əməliyyatı təkrar edin. 

89.  İŞTAHSIZLIQ: Yeməyə bir müddət qalmış 1 çay qaşığı qara zirə toxumunu səylə çeynəyin və sonra bir neçə damcı alma sirkəsi qatılmış su ilə ağzınızdakını udun.  

90. SÜSTLÜK: Qara zirə yağının 10 damcısını 1 stəkan portağal şirəsinə qarışdırın və alınmış içkini 10 gün ərzində yuxudan durandan sonra qəbul edin. Sübh namazın­dan sonra yatmamağa çalışın. 

91. BAŞ BEYİN DAMARLARI SKLEROZU: Gündə 2-3 dəfə 1,5 çay qaşığı qara zirə yağı daxilə qəbul edin. Yuxarıda göstərdiyim xəstəliklər və onları müalicə etməkdə istifadə olunan sahələrdən başqa Azərbaycan təbabətində qara zirə mühüm farmakoloji əhəmiyyət kəsb edir. Uzun illərdir ki, bu bitkidən ölkəmizin əczaxanalarında müxtəlif xəstəliklərə qarşı hazırlanan dərman və məlhəmlərdə qara zirədən vacib komponentlərdən biri kimi geniş istifadə edilir. Aşağıda görəcəyiniz kimi, qara zirə əczaçılarımız tərəfindən rəsmi qaydada istifadə olunmaqdadır. Məsələn, ürək xəstəliklərində, öd yolları xəstəliklərində və öd kisəsinin daş bağlaması xəstəliyində, böyrək və sidik yolları xəstəliklərində, mədə-bağırsaq xəstəliklərində, bağırsağın atoniyası ilə əlaqədar olan qəbizliklərdə, mədə xorasında, qarın ağrısında ishala və dizenteri­ya­ya qarşı dərman preparatlarının bir çoxlarının tərkibinə qara zirə əlavə edilir. Lakin təəssüflə qeyd etmək lazımdır ki, ölkəmizin farmakoloqları, əczaçı alimləri bu qiymətli və tayı-bərabəri olmayan Peyğəmbər bitkisinin misilsiz müalicəvi xassələrindən kifayət qədər istifadə etmir, bütün dünyada qara zirə üzərində dərin tədqiqatlar aparıldığı halda, bizdə belə elmi araşdırmalar aparılmasından heç yerdə aydın bir məlumat yoxdur. Bir çox təhlükəli xəstəlikləri müalicə edə bilən əhəmiyyətli bir əlac vasitəsinə kifayət qədər laqeydliklə yanaşılır. Əlimdə olan “Azərbaycanın meyvə və tərəvəz bitkilərinin müalicə əhəmiyyəti” adlı kitabda göstərilən xəstəliklərin böyük əksəriyyətini qara zirə və onun yağı ilə müalicə etmək olardı ki, bu insanlarımıza daha faydalı və daha ucuz başa gələrdi. Adıçəkilən kitabda göstərilmiş ağız nahiyəsi, boğaz və diş ətində əmələ gələn iltihab, babasil xəstəliyi, sinir sisteminin tonusunun artırılması, orqanizmin ümumi fəallığının artırılması, şəkər xəstəliyi, qadın xəstəlikləri, ateroskleroz, bronxial astma, dəri xəstəliklərində, baş tükünün tökülməsində və s. xəstəliklərdə rəsmi və qeyri-rəsmi tibb ocaqlarımızda şəfalı qara zirədən demək olar ki, heç istifadə etmirlər və ya onun haqqında, bəlkə də məlumatsızdırlar. Bu gün bu misilsiz dərəcədə şəfa mənbəyi olan bu bitkini iman sahibi olan qardaş və bacılarımız Uca Allah xatirinə fərdi təşəbbüsləri sayəsində vətəndaş­larımıza çatdırmağa səy göstərirlər, halbuki ölkəmizdə böyük sayda həkimlər və əczaçılar korpusu forma­laşmışdır. Möhtərəm qardaş və bacılar!Ölkəmizin həkimləri və farmakoloqları! Sizə müraciət edir, sizdən qara zirəyə diqqət yetirməyinizi, Allahın Elçisi Muhəmməd Peyğəmbərin (s.ə.s.) onun haqqında dediyi: “Bu qara toxumda, ölümdən başqa hər dərdə çarə vardır” tövsiyəsini nəzərə alın və ona lazım olduğu qiymətini verin! Allah köməyiniz olsun! Amin! 
Qara zirənin faydaları

Qara zirə və onun yağının tədqiqi Qara zirənin tətbiqi ümumiyyətlə orqanizmdə gədən təbii sağlamlaşdırma prosəsinə, yoluxuculara qalib gəlməyə, xəstəlikləri aradan qaldırmağa ve insan orqanizminin sağlamlığını qorumağa kömək edir. Bu zaman orqanizmin təbii inkişaf balansına azca da olsa mənfi təsir göstərmir və onu pozmur. Qara zirənin müntəzəm qəbulu orqanizmin müqavimətini gözəl tərzdə yaxşılaşdırır. Bundan başqa, qara zirənin qidalı maddələri olduqca qiymətlidir. Qara zire aşağıdakı tərkiblərə malikdir:

- qlükoza formasında monosaccharides, ramnoza, ksiloza ve arabinozalar;

- Linoleic və Linoleic acid;

- vacib yağlı linol turşuları. (Bu turşular bizim orqanizmimizdə öz-özünə əmələ gəlmirlər. Buna görə biz onları hazır şəkildə qida maddələrindən almalıyıq.) Orqanizmimizin bu turşularla tam təmin olunması bəynə qan sızması (insult) təhlükəsinin qarşısını alır;

-15 amin turşusu, o cümlədən 9 xüsusilə mühüm amin tuşusunun səkkizi (onlar da bizim orqanizmimizdə hasil olunmurlar və biz onları xaricdən almalıyıq);

- Kalsium, dəmir, natriuma (bunlar müxtəlif fermentlərin (enzimlərin) fəaliyyəti üçün zəruridir);

- karotin (emal edilərək A vitamininə çevrilir);

- arqinin;

- qeyri-kraxmal polyaccharidenin tərkibi;

- qara zirə qırışların hamarlanması üçün hazırlanan kremlərin qiymətli tərkib hissələrinə daxildir. Qara zirənin tətbiq edildiyi sahələr (xəstəliklər) haqqında danışmazdan əvvəl bir daha həm uzaq və həm də yaxın tarixə kiçik bir nəzər salmaq istərdim. Belə ki, yunan bilicisi Dioskorides baş ağrılarına, zökəmə, diş ağrısına və bağırsaq qurdlarına qarşı müalicədə qara zirədən istifadə edərmiş. Müasir tibbin atası sayılan Hippokrat qara zirəni qara ciyər və həzm sistemi xəstəliklərinə qarşı müalicədə geniş tətbiq etmişdir. Tibb tarixinin ən məşhur tibb kitablarından biri olan və bütün Avropa ölkələrində tərcümə edilib geniş yayılmış və yuxarıda da qeyd etdiyimiz “Tibbin Müalicə Qanunları”nin müəllifi böyük müsəlman alimi İbn Sina qara zirənin metabolizmi, halsızlığı tənzimlədiyini və bir sıra digər xəstəlikləri aradan qaldırdığını bildirmişdir. Müasir tibb bu bitkinin özəl xüsusiyyətlərini, oyadıcı təsirlərini tətbiq edərək hemarroy, hepatit, zökəm, ishal, öskürək və bir çox başqa xəstəliklərin müalicəsində tətbiq edir. Qara zirə otu ilə əlaqədar ən dəyərli və hikmətli sözü, kitabımızın əvvəllərində göstərdiyimiz kimi, Allahın sonuncu Elçisi Məhəmməd Peyğəmbər (ona Allahın salavatı ve salamı olsun) demişdir: “Qara zirəden istifadə edin, ölümdən başqa hər şeyə dərmandır”.

Nəzərə alsaq ki, qara zirənin müalicə üçün qəbulu nəinki faydalıdır, həm də o, Allahın Elçisinin (ona Allahın salavatı ve salamı olsun) mühüm Sünnəsidir, onda, qara zirə yağı ve ya toxumunu her gün 1 çay qaşığı qəbul etmek tövsiyə olunur.


Qara zirə ilə mualicə (qara çörəkotu)

1. Dəri xəstəlikləri


2. Xroniki iltibahlar
3. Astma
4. Ağ ciyərin iltihabı
5. Göz xəstəlikləri
6. Sinə xəstəlikləri
7. Qan damarı sistemi xəstəlikləri
8. Bədəndə zəhərli həşərata qarşı
9. Quduzluğa qarşı
10. Ağrılı aybaşı (menstruasiya)
11. Öd kisəsi xəstəliyi
12. Sümüklərdə ağrılar
13. Dalağın köpməsi
14. Diş ətinin və dişlərin iltihabı
15. Qaraciyər iltihabı
14. Dalağın iltihabı
15. Saçın tökülməsi
16. Dalağın keyliyi
17. Babasil
18. Baş ağrısı
19. Baş gicəllənməsi
20. Qulaqda ağrılar.
21. Soyuqdəymə
22. Göz xəstəlikləri (çoxsaylı)
23. Sidikqovucu
24. Qan təzyiqinin yüksəldilməsi üçün
25. Qadın xəstəlikləri: qarın nahiyəsində tikiş yeri
26. Qadın xəstəlikləri: sinədə tikiş yeri
27. Öskürək
28. Burundan qanaxma
29. Dəridə şişlər
30. Qaraciyərin müxtəlif xəstəlikləri
31. Yüksək hərarət
32. Cinsiyyət zəifliyi
33. Diş ağrıları
34. Şəkərli diabet
35. Prostat vəzisi
36. Revmatizm
37. Yaddaş zəifliyi
38. Əzbərləmək qabiliyyətinin zəifliyi
39. Qanda xolesterinin aşağı düşməsi
40. Dəmirov (dəri xəstəliyi)
41. Ürək klapanlarının daralması
42. Zədələnmə (əzilmə, zədə almış yer)
43. Mədə yarası (xorası)
44. Baş beyin damarlarının sklerozu
45. Dəri xəstəlikləri
46. Baş gicəllənməsi
47. Qulaq ağrısı
48. Doğuşda ağrıların yüngülləşdirilməsi
49. Ürək qıcqırmaları
50. Dəri xəstəliklərində
51. Yüksək qan təzyiqində
52. Sinədə ağrılar.
53. Soyuqdəymə
54. Göz ağrısı
55. Xoralar
56. Tənbəllik
57. Yaddaşı təkmilləşdirmək
58. Diabet
59. Yuxusuzluq
60. Mədə və bağırsaq qurdları
61. İş qabiliyyətinin artırılması
62. Tonusun (məcazın) yüksəldilməsi
63. Öd kisəsində
64. Bəlğəm yarandıqda
65. Ağcaqanadlara və digər həşəratlara qarşı
66. Təzə çıxan xalın müalicəsi
67. Qotur xəstəliyi
68. Onurğa beyni hüceyrələrinin stimullaşdırılması
69. Xərçəngin müalicəsi
70. Boğaz xərçəngi
71. İshal xəstəliyi
72. İlan çalması
73. Limfobağlamalar
74. Tük örtüyünün bərpası
75. Hepatit xəstəliyi
76. Görmə qabiliyyətinin yaxşılaşdırılması
77. İltihablı qotur
78. Cüzam
79. Qaşınmalar
80. Köhnəlmiş bərk şişlər
81. Bağırsaq qurdları
82. Xroniki baş ağrıları
83. İmpotensiya
84. Damar tıxacları
85. Böyrəyin daşlaşması
86. Qızışdırıcı kompres
87. Əsəb sisteminin sakitləşdirilməsi
88. Qan dövranı yaxşılaşdırılması
89. Üzün rənginin yaxşılaşdırılması
90. Damar xəstəlikləri
91. Böyrəklərdəki daşlar
92. Sidik kisəsi daşları
93. Körpə əmizdirən ananın südünün yaxşılaşdırıl ması
94. Ziyilə qarşı
95. Zökəm
96. Təngnəfəslik
97. Sarılıq
98. Üz siniri iflici
99. Bitlilik (məs: başın bit salması)
100. Angina (inaq)
101. Laringit (xirtdək iltihabı)
102. Sızanaq (Uqriyə bax)
103. Dəri xəstəlikləri
104. Dəriüstü xəstəliklər
105. Sınıqlar (Perelomı)
106. Nefrit
107. Daşlar
108. Sidiyin çətinliklə çıxması
109. Böyrəklərdə sancılar
110. Ürək
111. İshal (ponos)
112. Ürəkbulanma
113. Qusma
114. İfrat mədə qazları
115. Turşuluğun artması
116. Uşağı olmama
117. Xərçəng
118. İştahasızlıq
119. Əzginlik, tənbəllik
120. Yaddaşın zəifləməsi
121. Üz iflici
122. Zəhərli hörümçək sancması.

Mükəmməl immun sisteminə malik olan bir insan ümumiyyətlə özünü sağlam və gümrah hiss edər və çox nadir hallarda xəstələnər. Çünki bu mükəmməllik onun narahatçılıqlara qarşı möhkəm müqavimətinin olmasına dəlalət edir. Məhz belə olduqda insan orqanizmi mikroblar, viruslar və göbələk yoluxucularına qarşı uğurla mübarizə aparır. Orqanizmin müdafiə sistemi olam immun sistemi zəiflədikdə yuxarıda göstərilən (saysız-hesabsız göstərilməyən) xəstəliklər meydana çıxır.

Qeyd etdiyimiz xəstəliklərdən başqa, immun zəifliklərində aşağıdakı arzuolunmaz hallar da baş verir:

1.Mikrobdaşıyıcı xəstəliklər

2.Bilavasitə tez-tez soyuqdəymələr

3. Dəri, mikoz və bağırsaq göbələkləri

4.Herpes (uçuqlamalar)

5. Həzm etmə sistemində mədə pozğunluqlarından əmələ gələn islah və zəifləmə

6.Qaşınan dəri xəstəlikləri

7. Xroniki xəstəliklər

8.Qan dövranının pozğunluğu (üzün solğunluğu)

9.Xroniki yorğunluq

10.Cinsi tələbatın olmaması

11.Yuxu pozğunluqları



Az bir sayını göstərdiyimiz bu xəstəliklərə tutulmamaq üçün immun sistemimizin qüvvətli olması lazımdır ki, bunun çarəsinin qara zirədə olması, yəni onun immun sistemini tarazlaşdırması min illər bundan qabaq da məlum idi. Qara zirənin qəbul edilməsi immun sisteminin daima döyüş vəziyyətində - müdafiəyə hazır halda saxlayır. Qeyd etdiklərimizə baxmayaraq, yenə də kimsə sual verə bilər ki, qara zirənin bu ideal xüsusiyyəti nədən qaynaqlanır? Elm adamları bu sualın cavabını müasir texnologiyanın köməyi ilə tapmışlar. “Qara zirənin toxumunda orqanizmin normal fəaliyyətini təmin edən yüzlərlə maddələr vardır. Məhz bu maddələr, Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun) tövsiyə etdiyi kimi “Ölümdən başqa bütün xəstəliklərə dərmandır”. Bu elmi gerçəklik 14 əsr bundan qabaq bəşəriyyətə açıqlanmışdır. Allahı tanıyan, Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun) itaət edən iman sahibləri bu həqiqəti (qara zirənin müalicəvi xassələrini) Allahın insanlara iltifatı və rəhmi sayaraq, ondan əminliklə bəhrələnməlidirlər. Qara zirə, deyə bilərik ki, Peyğəmbərimizin (ona Allahın salavatı və salamı olsun) bizə bildirdiyi İlahi möcüzələrindən biridir və onun toxumunun tərkibində: təqribən 38% karbohidrat; 35% müxtəlif yağlar və 21% albumin aşkar edilmişdir. Buraya çox qiymətli doymamış yağ turşuları da daxildir. Linolen turşusu, alfa linolen turşusu və b. Bir sıra efirli yağlar da onların arasındadır. Az miqdarda B1, B2, B6 vitaminləri, minerallar (dəmir, kalsium, maqnezium, sink, selen) və amin turşuları da vardır. Doymamış yağ turşuları və efirli yağlar immun sistemi üçün çox yararlıdır. Vitamin və minerallar isə sistemin normal fəaliyyət göstərməsində əhəmiyyətli rol oynayır. Qara zirənin təsiri də məhz bu maddələrin məcmu gücündən qaynaqlanır. Bu gücü Qara zirə kimi kiçik bir məxluqa verən Əzəmətli, Qüdrət Sahibi, Müdrik Allahdır. O, hər şeyə Qadirdir! Uca Allah qara zirəyə və bir çox başqa bitkilərə, bizə görə, möcüzə kimi görünən bu keyfiyyətləri insanları öz günahları sayəsində düşəcəkləri xəstəlik bəlalarından qorunmaq məqsədilə, onlara rəhmi gəldiyi üçün vermişdir. Allaha, Onun Peyğəmbərinə iman gətirib itaət edənlərə qara zirə və digər bitkilər ilk növbədə təsir göstərir. Çünki insanı nəzarətsiz qoymayan və onun sağlamlığını zəruri sayan Uca Rəbbimiz, bütün məxluqatın, o cümlədən bəşər övladının qayğısını çəkərək, ona ən sağlam bir həyat vasitəsi bəxş etmişdir – Quranı və Elçisinin Sünnəsini. Bu iki tükənməz çeşmədən faydalananlar hər dərdə çarə tapar – həm mənəvi və həm də cismani sağlamlıq əldə edərlər. Amma bu saf mənbədən zaman-zaman ayrı düşən insanlar həmişə zillətə düçar olmuş, saysız-hesabsız xəstəliklərə məruz qalmış, bəzən də insanlar tərəfindən qarşısı alına bilməyən naməlum mərəzlər qarşısında aciz qalmışlar. Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: “Hər dəfə xalq açıq-aydın əxlaqsızlığa qurşandıqda, onlara əvvəlki nəsillərə məlum olmayan xəstəliklər düçar olur”. SPİD – Uca Allahdan insanlara cəza kimi verilmiş bir xəstəlikdir. Onun müalicəsi – birinci və sonuncu dəfə səmimi qəlbdən tövbə etməkdən və Allahın dininin ağuşuna qayıtmaqdan və habelə Onun müəyyən etdiyi dəlillərə müti olmaqdan və başqa sözlə desək, mümkün olduqca misilsiz müalicə vasitəsi olan qara zirədən istifadə etməkdən ibarətdir. Tövsiyələr Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun) Sünnəsinə görə qara zirə ölümdən başqa bütün xəstəliklərin müalicə əlacıdır. O, Azərbaycan Respublikası ərazisində də yayılmışdır. Çətirçiçəklilər fəsiləsinə mənsubdur. Ölkəmizdə zirənin üç növü bitir ki, bunlardan adi zirə (qara zirə) təbabətdə istifadə edilir. Böyük Qafqazın şərq və qərb zonalarında (Quba, Qusar rayonlarında), Kiçik Qafqazın mərkəzində (Naxçıvan MR və Lənkəranda – Diabarda) yayılmışdır. Qara zirədən təbabətdə dəmləmə, poroşoklar, ətirli su və efir yağları hazırlanır və onlardan xroniki mədə-bağırsaq xəstəliklərində - həzm prosesini yaxşılaşdırmaqda, köpmənin qarşısını almaqda, bağırsaq iltihabını aradan qaldırmaqda dərman kimi istifadə edilir. Qara zirə belə xəstəliklərin müalicəsində çox faydalı çarə hesab olunur. Qara zirənin bir çay qaşığı yağını və ya toxumunu hər gün qəbul etmək çox tövsiyə edilir. Yağın ləzzətli olması üçün ona naringi şirəsi və ya yoğurt qatmaq olar. Bu yağın zahiri – sarğı və kompreslər şəklində dəriüstü tətbiqini də unutmamaq lazımdır. Bir çay qaşığı qara zirə yarım stəkan su və bir xörək qaşığı balla qarışdırılaraq səhər və şam yeməyindən 15 dəqiqə öncə qəbul edilir. Hər dəfə qəbul edilməzdən qabaq şüşə qabdakı maye səylə çalxalanmalıdır. Uşaqlara yuxarıda qeyd olunan miqdarın yarısı verilir. Qara zirə qəbul edilərkən müalicə edilənin xroniki xəstəliklərinin müəyyən qədər şiddətlənməsi ehtimal ola bilər. Bu, xəstə orqanizmin güclü stimul daşıyıcısı olan zirəyə qarşı adi reaksiyasıdır. Çünki qara zirə immun sisteminin fəallığına təkan verən tənzimləyici rolunu oynayır və orqanizmin müqavimətinin möhkəmləndirilməsi gedişində orqanizmdə sonadək sağalmamış xəstəliklərə qarşı müqavimət göstərməyə başlayır. Ümumiyyətlə bütün hallarda orqanizminin ümumi möhkəmləndirilməsi qayğısına qalan hər bir şəxsə yeməkdən sonra 1 çay qaşığı qara zirə qəbul etməsi tövsiyə edilir. Bu gündəlik dozadır və onu artırmaq məsləhət görülmür. Bəzən soruşurlar ki, qara zirənin yağı və ya toxumları daha faydalıdır? Qara zirə yağı da, toxumu da, demək olar ki, bərabər ekvivalentlərdə təsirlidir.
Qara zirə və yağının müalicə reseptləri İzah:

1. Əvvəlcə xəstəliyin adı qalın şriftlə qeyd olunur, sonra isə imkan daxilində müxtəlif məxəzlərdən əldə etdiyimiz müalicə reseptləri, üsulları, qaydaları, qara zirə yağının və ya toxumlarının hazırlanması, miqdarı və sair məlumatlar verilir.

2. Xəstəliklər sıra nömrələri ilə düzülür. Lakin bu sıra nömrələri ikinci fəslin “Qara zirənin tətbiq edildiyi sahələr” başlığı altında verilmiş xəstəliklərin sırası ilə üst-üstə düşməyə bilər. Buna baxmayaraq göstərilən bütün xəstəliklər haqqında üçüncü fəsildə malik olduğumuz məlumatlar tam verilir.

3. Qara zirə qəbul edilərkən xəstəlik və ona məxsus müalicə qaydaları haqqında qeydlər diqqətlə oxunmalı və göstərilənlərə əməl olunmalıdır.



Reseptlərdən bəhs etməzdən öncə bir sıra məlumatlardan xəbərdar olmağınız da yerinə düşərdi. Belə ki, Qara zirə hüceyrələrdəki metabolizm fəaliyyətinə kömək edir. Hüceyrələrin inkişafı və yeniləşməsində qara zirəyə ehtiyac vardır. Bədənə lazım olan hormonların inkişafına təsir edir. Qara zirə allergiyanın yaranması ilə bağlı olan histamin kimi maddələrin artmasının qabağını alır. Hormonların yaranmasında iştirak etdiyi üçün möhkəm bir hormon müdafiəsi və sinir sisteminin fəaliyyətini təmin edir, immun blokadasının aradan götürülməsinə kömək edir, müdafiə hüceyrələrinin lazım olduğundan artıq iş görməsini əngəlləyir, hüceyrələrin məhv olması, yeniləşməsi və hüceyrə divarlarının möhkəmlənməsində iştirak edir, qanda xolesterolu normallaşdırır, qan damarlarındakı qanın sürətini tənzimləyir və tıxanmaların qarşısını alır, qan təzyiqini endirir, nəbzi normaya salır və ürəkdə ilk infarkt riskini azaldır, yaralanmış yerlərin tez yaxşılaşmasına və dərinin qüsurlarının aradan qaldırılmasına kömək göstərir. İnsan orqanizmi doymamış yağ turşularının istehsal etmədiyi üçün onları xaricdən almağa məcburdur. 1 qram qara zirə yağı bu baxımdan gündəlik tələbatımızı təmin edir. Qara zirədəki niqellon və alfapinen kimi efirli yağlar tənəffüs borusunu genişləndirir, əzələlərin genişlənməsinin qarşısını alır. İfrazatı normaya salır və öskürəyi sakitləşdirir, iltihabı aradan qaldırır, ağrıları kəsir və sidiyi bayıra qovur. Uzun müddət ardıcıl qəbul edildikdə qara zirə qanda şəkəri aşağı salır. Bu qədər ecazkar mahiyyətə malik və Allahın Peyğəmbərinin (ona Allahın salavatı və salamı olsun) tərifinə layiq olan qara zirə bundan öncə sadaladığımız özəllikləri ilə aşağıdakı xəstəliklərdə və çatışmazlıqlarda son dərəcə müsbət nəticələr almaq üçün faydalıdır. (Xəstəliklər və onların qəbul edilməsi üçün zəruri olan proseduralara keçməzdən öncə deməliyəm ki, qara zirə toxumunu və ya yağını qəbul etməzdən əvvəl siqaret çəkən şəxslər siqareti atmalıdır.)

1.Baş ağrısı: 1 xörək qaşığı üyüdülmüş qara zirə, 1 xörək qaşığı üyüdülmüş cirə (anise seed) və 1 xörək qaşığı üyüdülmüş mixək qarışdırılaraq, yeməkdən öncə 1 çay qaşığı qəbul edilir. Əvvəlcə ağızda o qədər saxlanılır ki, yumşalsın və udulmaq üçün rahat olsun və bundan sonra udulur. Qarışığı qəbul edərkən qətiyyən üstündən su içilməməlidir. Çay qaşığının yarısı qədər qara zirə yağını gündə iki-üç dəfə qəbul etmək.

2.REVMATİZM: Az miqdarda qara zirəni zeytun yağı ilə qarışdıraraq bir qədər qızdırmaq və tez-tez ağrıyan yerə çəkmək (sürtmək). Həmçinin yatmazdan qabaq qaynadılmış qara zirənin balla qarışdırılmış suyunu için.

3.ÜZDƏ DƏRİ XƏSTƏLİKLƏRİ: Gündə 2-3 dəfə yarım çay qaşığı qara zirə yağı için. Yarım çay qaşığı qara zirə yağını 1 xörək qaşığı zeytun yağı ilə qarışdırın. Alınmış qarışığı üzə sürtmək və 1 saat saxladıqdan sonra su və sabunla yumaq.

4.BAŞ GİCƏLLƏNMƏSİ: Çaya qara zirə yağı qatıb içmək. Habelə yanaqların altına və boynun ardına qara zirə yağından sürtmək.

5.QULAQ AĞRISI: Yoluxduqda qulağa qara zirə yağından damcılamaq.

6.DOĞUŞ ZAMANI: Doğuş zamanı ağrıların yüngülləşdirilməsi üçün ən yaxşı vasitələrdən biridir. Qara zirə yağını balla qarışdırıb odda qızdırmaq və içmək.

7.ÜRƏK YANDIRMALARI: Bir fincan qaynar südə bir neçə damcı qara zirə yağı damcılamaq, 1 çay qaşığı bal qatmaq və isti-isti içmək. Həm də çoxlu salat yemək məsləhət görülür.

8.DƏRİ XƏSTƏLİKLƏRİNDƏ: Qara zirə yağının kiçik bir miqdarını götürüb bərabər miqdarda qızılgül suyu və 2 mislində buğda unu ilə qarışdırın. Sirkədə isladılmış əski parçası ilə dərinin xəstə səthini ovun, sonra isə hazırladığınız qatışığı ləngimədən dəriyə çəkin və günəş altında olmağa çalışın.

9.YüKSƏK QAN TƏZYİQİ: Bu xəstəlikdə qara zirəni isti içki (çay, süd və s.) ilə qarışdırıb için və bədəninizi qara zirə yağı ilə ovuşdurun.

10.SİNƏDƏ AĞRILAR: Qaynar suya 1 xörək qaşığı qara zirə əlavə edin və ondan qalxan buxarı nəfəsinizlə udun. Yatmazdan əvvəl başınızı bağlayın.

11.GÖZ AĞRISI: Qara zirə yağını yatmazdan qabaq gözünüzün (və ya gözlərinizin) ətrafına sürtün və bir-neçə damcı qara zirə yağı qarışdırılmış isti çay için.

12.XORA: 1 fincan bala 10 damla qara zirə yağı qarışdırın. Hər gün səhərlər ac qarına alınmış qatışıqdan bir qaşıq için. Sonra 1 stəkan süd için. Fasiləsiz olaraq 2 ay bunu davam etdirin.

13.XƏRÇƏNG: Qara zirə yağını yoluxmuş sahəyə çəkin. Habelə, gündə 3 dəfə 1 çay qaşığı qara zirə yağı və 1 stəkan yenicə sıxılmış yerkökü şirəsindən ibarət olan içki için (içməzdən öncə mayeni silkələyin ki, qarışsın). Belə qarışığı 3 ay qəbul edin. (Məlumatın alındığı mənbədə rəvayət edilir ki, bir qadın boğazında çıxmış xərçəng şişini məhz qara zirənin köməyi ilə müvəffəqiyyətlə sağaltmışdı!) Habelə, qara zirəni sarımsaqla qəbul etmək məsləhət görülür.

14.TƏNBƏLLİK: Qara zirə yağının 10 damcısını 1 stəkan portağal şirəsinə qarışdırın və alınmış içkini 10 gün ərzində yuxudan durandan sonra qəbul edin. Bu zaman ən vacib olan: sübh namazından sonra yatmamaqdır.

15.YADDAŞIN YAXŞILAŞDIRILMASI: 7 damcı qara zirə yağını qaynama dərəcəsinə çatdırılmış nanəyə damcılayıb onu balla qarışdıraraq istənilən vaxtda isti-isti içmək. Eyni zamanda kofe və çay içməkdən çəkinmək məsləhətdir.

16.ASTMA: Xəstənin sinəsini zeytun yağı ilə qarışdırılmış qara zirə yağında ovmaq (1 = 5 nisbətində, bütün hallarda: 1-ci rəqəm zirə yağını, ikinci rəqəm başqa komponentləri bildirir, yəni 1 hissə zirə və 5 hissə zeytun yağının qarışığı). Qara zirə yağının buxarını udmaq və çay qaşığının ¼ dilin altında saxlamaq tövsiyə edilir.

17.ŞƏKƏR XƏSTƏLİYİ: 1 stəkan qara zirə toxumunu, 1 stəkan vəzəri toxumunu və yarım stəkan nar qabığını qarışdırıb, onları toz halına gətirilənədək döymək. 1 ay ərzində səhər yeməyindən qabaq bu tozun yarım qaşığını 1 çay qaşığı qara zirə yağı ilə qəbul etmək.

18.QULAQ AĞRISI: 1 diş təzə sarımsağı 3 gün ərzində 1 unsiya qara zirə yağında islatmaq. Alınmış qarışıqdan bir neçə damcı bilavasitə ağrıyan qulağa damcılamaq və qulağın ətrafını da masaj etmək.

19.DİAREYA: 1 çay qaşığı qara zirə yağını 1 fincan yoğurt ilə qarışdırmaq. Alınan qarışığı gündə 2 dəfə 3 gün ərzində qəbul edin.
1   2   3   4   5


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə