Qara teleqram




Yüklə 4.57 Mb.
səhifə16/16
tarix22.02.2016
ölçüsü4.57 Mb.
1   ...   8   9   10   11   12   13   14   15   16

SON SÖZ
Kitab sona çatmaqdadır. Elə bil Əlidən iyirmi səkkiz il əvvəl deyil, indi ayrılıram. Həmin qüssə, həmin təəssüf, həmin kə­dər… Birjə əvvəlki kəskin reaksiya yoxdur, təbii bu, qojalıq­dan­dır. Görən iç dünyamda Əli Kərimdən nələr qaldı? Əlinin mə­­nəvi dünyasının zəngin xəzinəsin­dən javan nəslə nələri gə­tirə bildim? Əvvəljə güman edirdim ki, çox şey. Qanrıldım. İla­hi, bu möjüzəli xəzi­nədə nələr gördüm. Əli şeirinin misrala­rın­dan yaqutlar, almazlar, zümrüdlər bərq vururdu. Heç əksilmə­miş­di bu xəzinə. Deməli, mən çox jüzi bir şey götürə bilmiş­dim.

Görəsən bir də həmin xəzinəyə qayıtmaq mənə qis­mət olajaqmı? Bu yandan da ömrün sahili görünür artıq.

Kitabı mən niyə belə gej yazdım?

Çoxdan yazmalı idim Əli haqqında xatirələrimi. Hətta for­ma­sını da müəyyənləşdirmişdim. Əlinin məzarına gül qoymağa gəlmişəm. Görürəm qəbir yoxdur, amma Əli da­yanıb orada, onun ölümünü, dəfnini, başqa hadisələri danışıram və deyirəm ki, «nə yaxşı bunların hamısı yuxu imiş». Sonra «Xatirələr»i yaz­­mağa başlayanda hiss etdim ki, bu uzun mətləblər bir yu­xu­ya sığmaz.

O «yuxudan» qalansa Əlinin park-qəbristanlığının girə­jə­yin­dəki heykəlidir. Onunla da söhbətləşmişəm. Dünya­da nələr baş verdiyini də danışmışam. Heç bir heyrət, fi­lan izhar eləmə­yib. Bu dünyada qoyub getdiklərini yaxşı tanıyırdı Əli. Müdrikdir Əli.

Hərdənbir sifətində təkjə ona məxsus bir ilıq təbəs­süm zühur edir.

Yenə özümə sual verirəm, nə üçün «xatirəni» belə gej yaz­dım?

Bəlkə mən Əli Kərimi axıra qədər dərk etmək istəyir­dim?

Dərk edə bildimmi?

Yox! Bəyəm dünya sona qədər dərk olunandırmı, Azər­bayjan poeziyasının hansı dühası axıra qədər dərk olunub?

Kitab nejə alındı? Adına layiq olajaqmı? Özü demiş «bu da bir sirri-xudadır».

Dünyada gözəl bir oğlan vardı Göyçayda doğulmuş.

Dünyada pak bir kişi vardı.

Dünyada həssas bir ata vardı.

Dünyada saf və müqəddəs bir insan vardı – ətəyində na­maz qıl.

Dünyada təp-təzə bir şair var idi – zəngin və sadə, mürək­kəb və aydın, lap aydın, şəffaf.

- Var idi nədir?!!!

- Var! Var!! Var!!! Vaaar!!!!

15 mart 1997-ji il


HÖRMƏTLİ ELZA XANIM,

ƏZİZİM PAŞA
Nəhayət ki, Əli haqqında kitabı yazıb başa gətirə bildim. Gejikməyin səbəbi sonda qeyd olunub. Anjaq bir şeylə təskinlik tapa bilirəm ki, indi deyilən sözlərin ço­xunu on beş il əvvəl demək olmazdı. Hədsiz yorulduğum üçün yazını istədiyim kimi redaktə edə bilmədim, ümidimi Əlinin yaradıjılığını hamıdan yaxşı bilən Sizlərə bağla­dım. Yazıda Sizin azajıq da ürəyinizjə olmayan nə varsa ixtisar edin, bu məsələdə Siz tam ixtiyar sahibisiniz. Bəzi illər, tarixlər mənim yadımda qalmayıb, mümkünsə onları da düzəldin.

Mən kitabda Əli haqqında yazılmış şeirlərin çox get­mə­sini arzulayıram. Mətndə yazmışam ki, Əli S.Vurğun­dan sonra haqqında ən çox şeir yazılan bir sənətkardır (Anar da atası haqqında yazılan bütün şeirləri toplayıb xatirələr kitabına daxil etmişdir). Mən bilən Əli haqqında çox şeir yazılıb. Əlini çox istəyən şairlərdən xahiş edib onları qısa bir zamanda toplamaq, seçib yaxşılarını kitaba daxil etmək olar (bəzilərini ixtisarla).

Güman edirəm ki, kitab barədə öz rəyinizi tezliklə bil­di­rə­jək­siniz.
Dərin hörmətlə: Altay Məmmədov

18.III.1997



MÜNDƏRİJAT

Qara teleqram 3

Əbədiyyətə gedən yol 15

Əsl şairlərin tərjümeyi-halları

onların öz əsərləridir 125

Azərbayjan poeziyası Əlini gözləyirdi 129

Əzəli, əbədi 151

Ölümün zirvəsi – şəhidlik –

şəhidliyin zirvəsi – Nəsimilik 174

Göz yaşında islanar bayatılar, ağılar 183

Ölümlə üzbəüz 190

Üç poema 197

Bir pyes 273

Bir roman 298

Bir povest 361

Üç hekayə 394

Damjılar 409

Ölümündən sonra 418

Etiraf 422

Son söz 426



ƏLİ KƏRİMƏ HƏSR OLUNMUŞ ŞEİRLƏR
Xəlil Rza Ulutürk
Şair Əli Kərim yada düşərkən

- Qələm, kağız qoyun – dedi – qəbrimə!

Yazmaqdan, yanmaqdan doymayan şair.

Neçin yer dağılmır? –

şair məzarı

Yerə basdırılmış vulkan kimidir!


Çağırır Göyçay məni
Əlimdən yapışmayıb,

ürəyimdən yapışıb

çağırır Göyçay məni.

Saçaqlı söyüdlərin

salxımından süzülən

göy güzgülü çay məni.

Payızın sazağından

partlayıb şəzdi axan

iri narlar çağırır,

Hündür, sal qayaların

dərin yarıqlarından

qışdan yaya saxlanan

təmiz qarlar çağırır.

Çağırır palıdların

zirehlənmiş qolları,

Dolu və gürşad döyən

qədim Şirvan yolları.

Mənjə daha parlaqdır

o yerdə Ay da Gün də.

Ulduzlar Günəş boyda, bulaqlar çay güjündə.

Ağajlar…

üstündə bar

yaqut, jəvahir kimi,

Bar gətirib baş əyən

böyük bir şair kimi.

O, bu təbiət qədər

saf, qüdrətli oğuldu.

O, bu yerdə doğuldu.

Hansı bir qartallasa dünyaya qoşa gəldi,

Baxışları beşikdən ulduzlara dikildi.

O, bu yerdə od içdi bulaqların ovjundan.

Boz nənnisi asıldı bəlkə tut ağajından,

bəlkə də ildırımlı buludların ujundan!

Mənə çinar göstərin, günəşə çatsın boyu,

Kökü yer kürəsinin bağrından içsin suyu.

Qanında budaq-budaq xırda çaylar çağlasın,

başında papaq-papaq quşlar yuva bağlasın.

Mənə tufan göstərin, dolsun dar keçidlərə,

çıxış tapa bilməsin.

qışqırdığı kahada

dağları silkələsin!

Gedəm gərək

seyr edəm orda gümüş göyləri,

Şair çiyinlərilə genişlənmiş göyləri.


Şair surəti
Çüxmaz ürəyimdən o gözlər mənim,

Ürəkdən su içən işığı vardı.

Görüşsəm onunla gündüz bir anlıq,

Könlüm gejələr də işıqlanardı.


Mənim gözüm qalıb o gözdə, qaşda,

Dupduru, apaydın jizgilərində.

Uşaqlıq, təmizlik lap ilk baxışda,

Böyüklük, yetkinlik xeyli dərində.


Qaş qara, göz qara, kirpiklər qara…

Üzü ağ…


aydan da, günəşdən də ağ.

Mən harda görmüşəm bu aydınlığı,

Gərək ki, Göy göldə görmüşəm anjaq.
Kəpəzdə görmüşəm dan söküləndə,

Bir gölə bir dəniz nur töküləndə.

Dərin maviliyə işıq düşəndə,

Sular başdan-başa zümrüdləşəndə.


Sal qayalar kimi möhkəm çiyinlər,

Janlı əzələlər palıddan mətin.

Səhərə bənzəyən bir ağ köynəkdə

Bahadır balası şeirin, sənətin!


Pəhləvan deyildi. Anjaq hər sözü

Ağırdı, güjlüdü pəhləvan kimi.

Qızıl qoparardı söz qayasından

Qaya çarpan kimi, dağ yaran kimi.


Hər gün söz üstündə qolu çirməkli,

Damarlar – dolaşıq dağ jığırları.

«Kür, sənə bənzəyən nəğməm olaydı…»

Keçərdi könüldən Kürün axarı.


Keçərdi Şamxorun küçələrindən,

Ağsudan, Göyçaydan sözlü-suallı.

«Yollar kənarında pinəçilər var,

Alim təfəkkürlü, şair xəyallı».


Ömründə heç kəsdən gileylənmədi

Muğan bərəkətli şair xilqəti.

Hamıya səadət, sevinj paylayıb

Özü qəm yeyərdi, o da xəlvəti.


Onun qarşısında suçluyam bir az,

Neçin mən qoruya bilmədim onu?

Qəlbimizdə bitən o qızıl gülü,

Ana torpağımın şair oğlunu!



Təmkin

Deyirlər şairlər çılğın, sərt olur,

Bəzən çaylar kimi aşıb-daşırlar.

Gahdan qəzəblənir, gahdan pərt olur,

Tez-tez ipəkləşir, poladlaşırlar.
Deyirlər şairlər qızğın dəlisov…

Mən onda görmədim bu sifətləri.

Kiçik yumruğunda həbs eləmişdi

Qəlbində qışqıran qiyamətləri.


Onun tufanları içəridəydi

Üzdə sakit olan ümmanlar kimi.

Ətəyi çiçəkli…

dərinlikləri

Bəbirli, qaplanlı ormanlar kimi.
İlhamı şəlalə, özü bir dəniz.

Yadımdan çıxmayır sakit durması,

Sənət güləşində səssiz-səmirsiz

Sözün arxasını yerə vurması.


Böyük məjlislərə, gur salonlara

Bizim hamımızdan çox yaraşardı.

Anjaq kürsülərdə görmədik onu

Kürsüdən yüksəkdə küysüz yaşardı.


İynə tikanların, boz yarpaqların,

Bəzən külək qıran sıx budaqların,

Üstündə yetişən gülöyşə narlar

Yəqin ki, beləjə əmər günəşi.

İçər quraqlıqda son damla mehi

Səssiz-səmirsiz.


Açıb geniş-geniş qanadlarını,

Çovğuna, gürşada məhəl qoymayan

Səhra qartalları, dağ qartalları

Yəqin ki, beləjə süzər göyləri

Səssiz-səmirsiz.
Əjəl, qapısını kəsəndə vaxtsız

Bir qələm götürdü, bir yarpaq kağız.

Kağız dan yeri tək işıqlı, təmiz.

Ölümün gözünə ölüm hökmütək

Yazdı son şeirini

Səssiz-səmirsiz.


Göyçayda bəzəksiz bir məzar durur,

qədər istəkli, nə qədər əziz.

Vətən güllərini qoyub üstünə

O qəbri qızıla tutmalıyıq biz,

Səssiz-səmirsiz.

Sərdar Əsəd

Mavi nəğmələrin sahillərində
Şair Əli, İlham atı səyirdən,

Şair Əli, şeir gətir yuxuma!

Şair Əli, utanıram şeirdən,

Şair Əli, bu şeirimi oxuma!


Yaddaş

Başınız üstdən baxan

O ömür tarixini

Nəqqaş baxışımızda

Naxışlayır gözümüz.

Əbədi bir çələngə

Qəlbimizdən açılır

İki çiçəkli kəlmə:

«Şair Əli» sözümüz

Dinməz ad-sanınızda

Adımız adsızlaşıb…

Susub sağ yanımızda –

Başda oturmusunuz.

Şərəfli söhbətlərin

Başında durmusunuz!

Yumşaq-yumşaq qəzəbin,

Hamar-hamar qılınjın

Kəsərlə şöhrətlənən

Taleyində əriyən,

Kəsiləndə ayağı,

Başı ilə yeriyən

Yaralı bir aşiqin

Səpmisiniz odunu

Gah alışan, gah sönən

İldırım çətrimizə…

Əvvəl qonaq tək girib

Əbədi qaldığınız

Dost ürəkli hər evdən

İndi yolunuz düşüb

Arxanızja üşüyən

Yanar xatirəmizə!

Bir boy orda göründü…

Burda bir səs çinləyər…

Handasa dinməz durub

Gün altında… Kölgədə…
Əli hardasa indi

İrəlidə danışır,

İrəlidən dinləyir –

Oturub son jərgədə.



17 may 2012-ji il saat 13:00-da Əli müəllimə yeni, qutuda kolonka verdim.

1   ...   8   9   10   11   12   13   14   15   16


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə