Qara teleqram




Yüklə 4.57 Mb.
səhifə12/16
tarix22.02.2016
ölçüsü4.57 Mb.
1   ...   8   9   10   11   12   13   14   15   16

Qəribə burasıdır ki, hətta Elmanın belə ələ saldığı, siqareti sümürüb tüstüsünü onun saçları arasına üfürüb başında «yan­ğın törətdiyi» Ədhəmi Osmanlı kursa sinif­kom təyin edir. Və bu­rası da qəribədir ki, o məsələni elə təqdim edir ki, guya bunu tələ­bə­lərin öz xahişləri, öz təqdimatları əsasında edir. Burada ro­­ma­nın iştirakçıları­nın əsas xüsusiyyətlərinin təqdimatını ya­rım­­çıq kəsib, da­yandırıb Əlinin siyasətdən çox uzaq görünən ya­ra­dıjılı­ğı­nın mühüm jəhətlərindən birinə bir daha diqqət ye­tir­məyi vajib hesab edirəm. Təbii ki, heç bir zaman «jəmiy­yət­də yaşa­yıb onun fövqündə dayanmaq» (durmaq) mümkün olan deyil». Əli heç bir vaxt jəmiyyətdə müəyyənləşdirdiyi qü­sur­lara diqqəti «qış­qırıqla» jəlb etməyi xoşlamırdı, o müəyyən­ləş­dirdiyi qüsuru jəmiyyətin təbii halı kimi hay­sız-küysüz təqdim edirdi. Həmin dövr seçki sisteminin saxtakarlığını ifşa etmək üçün Əli­yə adi si­­nifkom seçkisi prosedurası da kifayət idi.

Burada Əlinin özünün çox sərrast təsviri olmadan ke­çinmək də mümkün deyil. Hətta iç dünyasında, özünə qa­­pılanda belə yaltaq olan, «intizam» ayamasını qazan­mış Ədhəm bir dərsin boş keçməsi bəhanəsi ilə Osman­lının qəbuluna gəlir. Dərsə gəlməyən müəllimin ünvanına elə bir irad tutmayan («Bəlkə Osmanlının yaxınıdır» dü­şün­jəsi ilə) Ədhəm işgüzar görünə bi­lən ifadələrlə deka­na mürajiət edir:

- Biz çox istəyirik ki, qızıl kimi vaxtımız boş keçməsin.

- Demək sizin köhnə ağsaqqalınız başqa instituta keçdi.

- Yadınızda olar ki, onun bizim instituta layiq olma­dığı­nı siz özünüz dediniz.

- Dekan qımışır, barmaqlarını stola vururdu.

- Sizdə indi elə bir adam varmı ki, ağsaqqallığa layiq olsun?

- Var.

- Kimdir?



- Yaxşısını siz bilərsiniz, yoldaş dekan.

- Bəs sizin fikriniz?

- Mən sizin fikrinizlə razıyam.

- Axı, deməmişəm.

- Nə olar ki.

Buraya qədər sanki Ədhəm sınağın birinji mərhələ­sin­dən keçə bilir. Dekan hiss edir ki, Ədhəmə nə desə, yerinə yetirə­jək, nejə desə, qəbul edəjək. Dekana məhz öz fikri olmayan, şəxsiyyəti olmayan adam gərək­dir, onun bu keyfiyyətini bilən, öyrənən Ədhəm də özünü dekana xoş gələn bir sifətdə təqdim edir. Dekan özü üçün çox vajib olan sinifkom seçə bilmək pro­sedurasını davam etdirməyi lazım bilir, o sinifkomlar vasitəsi ilə tələ­bə­lərin nə düşündüklərini: nə düşünə biləjəklərini, nə ilə nə­fəs aldıqlarını səhih bilir. Sinifkom onun gözü və qu­laq­larıdır. Sinifkom seçməyə bu qədər diqqət təkjə Osman­lı­nın şəxsi xis­ləti ilə bağlı deyil, burada «dövlət mənafeyi» də var. Birdən al­lah eləməmiş tələbələr başqa-başqa fi­kir­lərə düşə bilərlər. Be­lə­liklə, dövlət quruluşu, recimlə Osmanlının təbiəti, xarakteri ara­sında bir harmoniya, bir uyarlıq da var.

Dekan «yaxşı bir namizəd deyə bilməzsiniz?» sualın­dan son­ra o özü kursdakı tələbələrin adlarını sadalayır, Ədhəm də bir-bir rədd edir. Qalır jəmi üçü.

«- Onlardan da biri, yoldaş Ədhəm Ədhəm oğlu, qiya­bi­dən bizə təzə keçən oğlandır.

- O oğlan uşaqları yaxşı tanımır, yoldaş dekan.

- Mənim də Zərifim heç. Mən razı deyiləm. Demək, heç kim qalmadı hə? Heç kim eləmi?

Ədhəm susurdu.

Dekan birdən qımışdı:

- Bəs siz?

- Mən. Axı…»

Burada dekan iki məqamda Ədhəmdən narazı qala bilərdi. Bir Elmanın adını çəkdiyi üçün gərək Elmana qulp qoymaya idi. Lakin həmin «qulp» ona ağlabatan görünə­jək. İkinji özü qızın namizədliyinə etiraz edərkən Ədhəm xala xətrin etiraz edəydi ki, «qızınız olanda nə olar, o da bu ali məktəbin tam hüquqlu tə­ləbəsidir». Lakin Ədhəm­də vəzifə hərisliyi o qədər güjlüdür ki, dekanın dedik­lə­rinə «heç xala xətrin» də qarşı çıxmazdı.

«Dekan başındakı üç-dörd tükün qövs şəklində du­rub-dur­madığını çeçələ barmağı ilə yoxlayıb, gözlərini Ədhəmə elə zil­lədi ki, Ədhəm özünü itirdi. Elə bildi ki, Os­manlı onun jiyər­lə­rinə baxır. Osmanlının baxışı Ədhə­mi içəridən üşütdü».

Bayaqdan bəri Ədhəmin şəxsində öz gənjliyi ilə söh­bət edən Osmanlı, yeni, daha çətin sınaq mərhələsinə ha­zırlaşır. Əd­həmi bərkə-boşa çəkir. Ona qapını göstərir, yəni «çıx get!» Əd­həm isə özünü sanki bilməzliyə qoyub qımışır. Bir-iki eyni məz­munlu cestdən sonra sözlə əmr edir ki, çıxıb getsin. Əd­hə­min bu «sınaqdan» uğurla çıxdığını görüb dekan qımışır, baxış­ları ilə oğlanın butun «arzu və istəklərini ələk-vələk» edir. Əd­həmin içindən bu məqamlarda nələr keçdiyini isə Əli özünə məx­sus ustalıq­la açıqlayır. «Ədhəm özünün də xəbəri olmadan birdən professora qarşı ürəyində narazılıq olajağından və bu­nun bilinəjəyindən şübhələndi. Ürəyində Osmanlını tərifləməyə başladı: «Mən sizi sevirəm. Ata kimi! Çox-çox! Hörmətli profes­sor!... Tək dekana yox, onun katibə­sinə də yaltaqlanan Ədhəm sinif curnalını da götürüb böyük bir arzuya çatmış kimi kabinet­dən çıxır. Ən qəri­bəsi isə Osmanlının öz namizədini tə­lə­bələrin namizədi kimi qələmə verib onun sinifkom­luğunu qanu­niləşdir­məsidir. Bu prosesin özü də recimlə, sovet­lər ölkə­sində keçi­ri­lən seçkilərlə çox bağlıdır, daha doğrusu onun miniatür şəklidir. Yuxarılarda tərtib olunmuş seçmə, mü­əy­­yən gizli, açıq təşkilat­ların ələyindən keçmiş, recimə səda­qə­tinə qətiyyən şübhə ol­ma­yan adamların siyahısı və xalqın özünün müəyyənləşdirdiyi, sonra da «gizli səsver­mə» yolu ilə «seçdiyi» xalq elçiləri. Sinif ağsaqqalı təyin etmək üçün isə Osmanlının başqa təşkilatlara mürajiət etməyə ehtiyajı yoxdur. Onların bütün funksiyalarını o öz üzərinə götürmüşdür. Yuxarıdan aşa­ğı­yadək öz adamını irəli sür, seçijilərə də böyük minnət qoy ki, «sizin (hətta az qala se­vimli) namizədinizi seçdik» - de! Bir kurs­da bu seçmə üsulu öz əksini Osmanlının keçirdiyi tədbirdə qa­barıq göstərir: «Mənə elə gəlir ki, sizin içərinizdə olan bir nəfər ki, var… - o bir-bir ha­mının üzünə baxıb qımışırdı. - Bizim çox başıaşağı yoldaşdır. Ədhəm Ədhəm oğlu Dərgahov! Mən eşit­dim ki, siz onu öz ağ­saqqalınız seç­mək istəyirsiniz. Özünüz bilərsiniz.

Rafiq səsləndi:

- Biz istəmirik.

Ədhəm dönüb Rafiqə baxdı. Dekan halını pozmadı:

- Hə, yoldaşlar, yaxşı etmişsiniz onu seçməkdə. Mən də sizin fikrinizin əleyhinə gedə bilmərəm.

Azər də təəjjübləndi: «Biz elə bilirik ki, bunu dekan seçib, dekan elə bilir ki, biz seçmişik».

Başqa tələbələr kimi Osmanlının mühazirələri ustalıq­la, aktyor kimi söyləməsindən Azərin də xoşu gəlir, əv­vəl­lərdə müşahidə elədiyi nöqsanlarını da hesaba salmır, ona qarşı özün­də kin-küdurət bəsləmir. Hətta dekanın Elmana qəyyumlu­ğu­nu da bir növ sinirə bilir. Lakin hə­yatda hər şeyin ölçüsü ol­duğu kimi dözümün də, səbrin də bir həddi-hüdudu var. Əd­həm kimi ultra yaltağın de­kan bijliyi ilə sinifkom seçilməsini o heç vəjhlə sinirə bilmir. «…Azər hiss edirdi ki, bundan sonra sakit ola bil­məyəjək, Ədhəmə, Elmana, lap yeri düşəndə de­kana qarşı da çıxış edəjəkdir. Bu hiss qəlbinin hansı guşəsin­dəsə yavaş-yavaş közərirdi. Bu hiss Azərdə Ədhəmin sinifkom­luğa seçildiyi gün alışmışdı».

Belə bir sual da çıxa bilər ki, kənddən yenijə gəlmiş, kim­səsiz və imkansız bir oğlan bu qeyri-bərabər münaqi­şəyə hansı ürəklə girişmək niyyətindədir? Əvvəla, qiyabiçi tələbəlik illərin­də Bakı və ali məktəb həyatına Azər xeyli alışıb, adaptasiya olu­nub. O özünü ən müasir insanlar sırasında görmək istəyir, o zamankı qaynar tələbəlik illə­rində müasir insan olmaq üçün ya­radılmış bütün imkan­lar­dan istifadə etməyi bajarır. Azər bədən tərbiyəsi məşq­­lərini buraxmır. Boksla məşğul olur. O dövrdə müa­sir ədəbiyyat məsələlərinə aid keçirilən diskussiyalarda fəal iştirak edir. Bal rəqsləri dərnəyinə getməyə vaxt ta­pır. İnsti­tutda tez-tez keçirilən Şərq və Qərb konsertlərini də buraxmır. Bir sözlə, özünü mənən zənginləşdirmək üçün yaradılan şərait­dən, verilən imkanlardan istifadə edir. Digər tərəfdən, Azər əya­­­ni tələbələrin əksərindən fərqli təhsilə əməkdən gəlib, Əli yaz­ma­sa da o öz keçmiş iş yerində də müxtəlif haqsızlıqlarla üz­ləşib, mübarizə aparmalı olub.



Bütün bunlara görə ali məktəbdə qarşılaşdığı müxtəlif haq­sızlıqlar onu qıjıqlandırmaya bilməz. Onun ətrafındakı təzə yol­daşları onun bir boy yüksək olduğunu hiss edir­lər. Azər qısa bir zamanda tələbələr, hətta müəllimlər ara­sında özünə xüsusi möv­qe təmin etmişdir. Hələ indiyə qədər də ikinji növ tədris mü­əs­sisəsi hesab olunan qi­yabi şöbədən əyaniyə keçən kənd kitabxanaçısı birdən-birə diqqət mərkəzində dayanır – həm xe­yir­xahlarının, həm də bədxahlarının. Onu seçdirən nədir, onun qüvvə­si­nin mənbəyi haradadır? Əli olduqja çətin bir yol seç­miş­dir, bunu reallaşdırmaq, həqiqi bədii səviyyədə təq­dim et­mək müşküldür. Ona görə ki, mövzunu moralistik müs­tə­vidən real həyat müstəvisinə köçürmək zərurəti var. Haradasa kitab, kitaba məhəbbət «bilik mənbəyi olan kitabı sevin» çağırışı kimi öyüd-nəsihətlə bağlı olan mövzu janlı həyat materialları əsa­sında, yenə də həyatın ən maraqlı hadisələr axarında oxujuya heç bir yorğunluq gətirmədən, usantı doğurmadan təqdim olun­malıdır. Gör­kəmli bir tənqidçinin dediyi kimi, nəsihətdən nəinki gənj­lərin, heç yaşlıların da xoşu gəlmir. Azər kitabxana­da iş­lə­miş olsa da əsl həyat oğludur. Sonradan onun ən ya­xın dost­larından biri olajaq Rafiq ilk dəfə Azəri ingilis dilin­də Sternin romanını oxuyan görəndə gözləri bərələ qalır. Axı nə üçün? Hələ XX əsrin əvvəllərindən Azərbayjan ziyalıları dünya ədə­biyyatının ən görkəmli nümayəndələ­ri­nin əsərləri ilə dərindən maraqlanır, mənsub olduqları xalqı ən gözəl ədəbi nümunələrlə tanış etmək arzusu ilə alışıb yanırdılar. 20-ji illərdən başlamış Azərbayjandan Avropa ədəbiyyatına geniş pənjərələr açıl­ma­ğa başladı. Hüqo, Şekspir, Balzak, Mopassan, Mark Tven, Zolya, Qorki, Çexov, Tolstoy, Drayzer, daha sonralar Dante, Homer, Esxil, Evripid, Hesiod, Taqor, daha kimlər, yüz­lərlə da­hilər Azərbayjan dilində danışmağa başladılar. Oxuyana min­nət! Belə kitab bolluğunda, belə kitab mühi­tində azərlərin yetiş­məsi üçün hər jür şərait var idi. Azə­rin istedadlı, inadı, tez qav­ra­maq qabiliyyəti ilə ən az maaşlı kitabxanaçı vəzifəsi qovuş­muşdu, Azər təkjə bu xəzinənin keşikçisi olmaqla qalmamışdı, ona heç bir xələl gətirmədən istədiyi qədər bəhrələnib zəngin­ləş­mişdi. Hər kəs bu kitabxana-xəzinədən mənəvi jəhətdən yox­sul, kasıb çıxsa günah da onun özündə idi. Azər hər şeydən əvvəl yoldaşlarını və müəllimləri öz zəngin biliyi ilə jəlb edir, həm də «rayondan gələsən, qiyabidən köçürüləsən və belə də zəngin biliklərə yiyələnmiş olasan» heyrəti də buna əlavə olu­nurdu. Azər «Abşeron»dakı Tahirin əksi­dir, o hər şeyə heyrətlə göz bərəldib öyrənməyə jəhd etmir, bəlkə də mərkəzdə yaşa­mağa alışanlara hər şeyi öyrətmək istəyir, öyrədə bilir. Əli Azə­rin kitaba olan mü­na­sibətini (bəlkə də böyük məhəbbətini) xü­susi vurğula­mağı vajib sayır, (baxmayaraq ki, moralist olmaq istə­mir­di heç vaxt Əli): «Azər yata bilmirdi». Bu gün də az gördüm. Daha çox oxuya bilərdim, hər gün bir az artır­maq la­zımdır. Adam onlardan doymur. Kitab oxumaq Azər üçün həm jiddi işdir, həm də həzz mənbəyidir. Əli Kərim Azərin kitab alu­dəliyini kəskin nəzərə çarpdırmaq üçün ümumiyyətlə mənfilik bil­dirən bənzətməni müsbət məqsədli bənzətmə kimi işlədir. Ro­manın bir yerində de­yilir ki, Azər bir kitabı oxuyur; eyni za­manda başqa bir kitabı da qolunun altında saxlayır, bu aj­göz­lük əlamə­tidir, anjaq kitab ajgözlüyü. Yaxşı ajgözlükdür. Bü­tün gənj­liyin o dövrdə şəxsi istəyindən və şəxsi qabiliyyətindən asılı olaraq Azər səviyyəsinə çatmaq, dünya mədəniyyə­tinə, injəsənətinə bələd olmaq ən müasir səviyyəli dünya vətəndaşı olmaq imkanları mövjud idi. Ali məktəbin ən seç­mə, hamının məhəbbətini qazanmış, elm, bilik, mədə­niyyət etalonuna çevril­miş alim-müəllimləri Yolçuzadə, Qaraqaşlı ilə söhbətlərdə belə Azər az qala eyni səviyyə­də iştirak edir. Hələ heç bir kurs da başa vurmamış Azər fakültədə öz yerini müəyyənləşdirə bilir. İnsan kimi Azə­rin bir xoşbəxtliyi, bir üstün jəhəti də odur ki, o bütün yoldaşlarını eyni yüksək səviyyədə görmək istəyir. Gü­man etmək olardı ki, bu qədər kitab, elm, bilik aludəsi olan Azər bəzi yoldaşları kimi ətrafda baş verən hadisə­lərə laqeyd qala bilər; çünki hər hadisəyə reaksiya ver­mək­lə Azərin elmə olan qüvvətli aludəçiliyi sanki bir yerə sığan deyil. Elə bil ki, kənd kitabxanasındakı işi hər hansı bir münaqişədən kənarda olub, özü kitabları oxuyub, təb­liğ edib, narahatlıq, narazılıq hiss etməyib, kiçik kitab­xa­na vəzifə sahiblərinin əsas maraq dairə­sindən kənarda olub, bu da ona bir növ mənəvi rahatlıq təmin edib. O, bəlkə də əyani bölmədəki tələbəlik həyatının mürək­kəb olajağını heç də əvvəljədən təsəvvürünə gətirə bilmə­yib. Onun bədii əsər, xüsusən roman qəhrəmanı kimi düşdüyü və­ziyyət olduqja mürəkkəbdir.

Azərin sevdiyi qız və nifrət etdiyi qız atası. O, dilemm­ma qar­şısında qalmışdır.

Həyatda sanki yarandığı gündən axtardığı, gözlədiyi, nə­ha­yət tapdığı qızla xoşbəxt bir dünya qurmaq, yaxud əlinə düş­müş xoşbəxtliyi itirə bilmək təhlükəsi altında əda­lət hesab etdiyi bir məramın yolunda münaqişələrə girişmək! Hələ aydın bir nə­tijəyə gəlmədən Azər ikinji yolla getməkdə davam edir.

Osmanlı mürəkkəb və qansız bir adam təsiri bağışla­yır. Ölən qardaşının qızını saxlamasına baxmayaraq fit­rən qəddar­dır. Əli Kərim bu obraz vasitəsi ilə o zamankı ali məktəbin hələ rüşeym halında olan az sezilən qüsur­larını da göstərmişdir. Osmanlı tələbələr içərisindən seç­diyi özünə oxşarlardan həm təşkilatçılıq baxımından, həm də elm baxımından «varislər» ha­zırlayır. Sinifkom seçdiyi Ədhəm xəlvətə düşəndə Osmanlının ədalarını məşq edir. O, hamisini gələjəkdə rektor, özünü de­kan vəzifəsində görür. Ali məktədin gələjək aspirantları da bu üsulla müəyyənləşdirilir. Hətta belə «seçmə» aspirantların dis­ser­tasiyalarına verilən mənfi rəylər də münaqişə mənbə­yi­nə çev­rilir – Osmanlı ilə Qaraqaşlı və Yolçuzadə ara­sın­da.

Osmanlı Əlinin ədəbiyyatımıza gətirdiyi kəşfə bərabər ob­raz­lardan biridir. Janlı kimi onun həzz mənbəyi, həya­tı, ya­şa­yışı üçün stimul ola biləjək yer, mənəvi rahatlıq tapdığı yer heç də çox səliqəli, müasir zövqlə bəzədilmiş mənzili deyil, iş yeri­dir. Ali məktəbdə bu vəzifə müstəqil, tamhüquqlu, həllediji bir vəzifə deyildir, burada son söz, qəti hökm rektorundur. Dekan təqdim edə bilər, təklif edə bilər. Lakin Osmanlı özünün «müd­hiş təşkilatçılıq baja­rı­ğı» ilə, bu vəzifəni aparıjı, hökmveriji bir qüvvə ilə təmin edib. Tələbələri də, müəllimləri də, hətta onun vəzifə funksiyasına aidiyyəti olmayan təsərrüfat işçilərini də özün­dən asılı edib. Bəlkə də o bu sahədə bajarıqlarını nümayiş etdirməklə daha yuxarılara qalxmağa jan atır. O, inzibati yolla idarə etmənin bütün psixoloci vasitələrinə yaxşı bələddir. O, fakültədə özü üçün az qala saat kimi işləyən «ideal» iş recimi yaratmışdır. O zamankı dövlət quruluşuna xas ola biləjək bü­tün əsas əlamətlər bu re­cimdə mini formada öz əksini tapmışdır. Bu recim Os­man­lını az qala məğlubedilməzlik məqamında sax­layır. Ev, ailə elə bil onun üçün fondur. Fakültədə isə hər bir şeyin tam dəqiqliyi ilə işləməsi üçün əlindən nə gəlirsə, hamı­sını etmişdir. O, «ştatdan kənar» xəfiyyələri, jasusları ol­duqja diqqətlə seçir. Vaxtilə «qəzəllər yazmış», haralar­da­sa müəm­ma­lı yerlərdə xidmətdə olmuş nimdaş Ko­men­dant dekanın tap­şırıqlarını tez başa düşəndir. O, Os­manlının əlinə Ədhəm kimi «xam», ya da «yarımfabrikat» kimi düşməyib. Osmanlı elə əzəl­dən anlayıb ki, Komen­dant «dünyagörmüş», «zəngin təj­rübəli» onun hər jür işi­nə yaraya bilən «hazır maldır». Osmanlı müəllim yol­daş­larının da psixologiyalarını dərindən müşahidə et­miş, nəyi nejə etməyi, baş vermiş hadisələri onlara hansı yöndə təqdim etməyi əla mənimsəmişdir. Onun həzz al­dı­ğı əsas amil fakültəni öz əlində tamamilə jəmləşdirmə­sidir. O, yax­şı bilir ki (və eyni zamanda da yanılır ki), Yol­çuzadələr, Qa­raqaşlılar romantiklərdir, onları fakül­tə­də gö­rülən işlər az ma­raqlandırır, onlar nəzəriyyə ilə məş­ğul­­durlar. Osmanlının onlarla bir mühitdə olması və bu fonda tam yad görünməməsini Əli bədii jəhətdən əsas­landırmışdır. Obrazların ya təkjə işıqlı, ya­xud da təkjə zülmət boyalarla təqdim etməyi xoşlamayan Əli Kərim hər kəsin üstün jəhətlərini də görməyə və göstərməyə çalışır. Bu aşağıda gətirdiyimiz təsvirdən də aydın görü­nür:

«Azər hiss edirdi ki, Osmanlının mühazirəsi ona da, uşaq­lara da xoş gəlir. Laki başa düşürdü ki, mühazirənin məna­sın­dan çox dekan özünə diqqət yetirir, yadında elmdən çox de­ka­nın… təkmilləşmiş yaraşıqlı əl hərəkət­ləri qalır… Azərin tez-tez Osmanlı ilə tutuşdurduğu Qara­qaşlı isə mühazirə oxuyanda ta­mamilə unudulur, misal çəkdiyi qəhrəmanların, hadisələrin ar­xasında yox olur». Yada «ən yaxşı recissor qoyduğu tamaşada yoxa çıxan, heç yerdə görünməyən, hiss olunmayan recissor­dur» kə­lamı düşür. İki səviyyəli mühazirəçini bu jür injəliklə yal­­nız Əli səjiyyələndirib fərqləndirə bilərdi.

Əlinin təsvirində Osmanlı məişətdə hətta az qala nü­munəvi bir şəxsdir, müasir qayda-qanunlara riayət et­mək­­də də fərqli adamdır. O, Zərifin Azəri evə dəvət et­mə­sinə, hətta oğlanın onlarda gejələməsinə də irad tut­mur. Zərif sərbəstdir, bunu təbii ki, Osmanlı təmin et­miş­dir. Bu onun fitrətindədirmi, yoxsa «moda», «dəb» kimi bir şeydir? Bunu təyin etmək çətindir. Çünki Osmanlı müəmmalı xarakterə malikdir. O, hətta Zərifin Azərlə hə­yat qurmasına etiraz da etməz. Çünki oğlanın qabiliy­yət və zəkasına bələddir, lakin bir şərtlə ki, Azər «qatırçının qa­tırını ürkütməsin», yəni Osmanlının fakültədə yaratmış oldu­ğu re­cimə toxunmasın, ona qarşı çıxmasın. Zərif xə­bərdarlıq et­mə­dən başqa yerdə gejələyəndə belə qıza ajıqlanmayan Os­man­lı özü haqqında tələbə tərəfindən tutulan kiçik bir irada qarşı da dözümsüzdür. Azərin föv­qəladə istedada malik olduğunu bilə-bilə onu ali məktəb­dən çıxarmaq dərəjəsinə qədər gətirib çı­xa­rır. Osmanlı hədsiz qəddardır, Azərin xəstə atasının ölümünün səbəb­karı da odur.

Əli Kərimin obrazların əsas keyfiyyətini qabartmaq, kəs­kin nəzərə çarpdırmaq məharəti əsərdəki az qala bü­tün iştirakçı­la­rın təqdimində nəzərə çarpır. XX əsr Azər­bay­jan ədəbiyyatın­dan xüsusi kurs keçən Mühiddinli Os­manlı ilə eyni qütbdə da­yanır. Onlar həyata baxışları və xarakterləri etibarilə bir-birlə­ri­nə çox yaxın adamlardır. Sanki bunlar məxsusi bir-birlərini ax­tarıb tapmayıblar, tə­biət özü, hadisələrin gedişi onları bir mü­hitə salıb. Onlar­dan biri əskik olarsa mühit natamam görünə bilər. Mə­lumdur ki, xislətinə görə Osmanlının həm tələbələrin için­də, həm yataqxanada xəbərçiləri vardır. Müəllimlər içəri­sin­də isə onun baş xəbərçisi və eyni zamanda həmfikri Mühid­dinlidir. Çox qəribədir ki, adam güdmək, izləmək kimi sifətlər onun xislətindədir. Onun bəxtinə içərisində olduğu mühitin xü­su­siyyətləri yaşamaq üçün çox əlve­riş­li­dir, yararlıdır. Əli Kərim Mühiddinlinin portretinin və xarak­terinin olduqja dürüst təsvirini verir: «Mühiddinli alnı yum­ru, burnu sivri, çənəsi şiş oldu­ğun­dan kostyum geymiş böyük quşa oxşayırdı. O, demək olar ki, pənjələri üstə yeriyirdiÇəkmələrinin dabanları təzə qalardı. Univer­si­tetdə danışırdılar ki, bunun səbəbi Mühiddinlinin uşaq­lıq­dan onun-bunun gizli söhbətinə qulaq asmaq üçün pən­jələri üstə gəzməsi olmuşdur. Mühiddinli elə o vaxtdan bu jür yeri­­ vərdiş etmiş, sonralar da tərgidə bilmə­miş­dir».

Burada Əli «tərgidə bilməmişdir» ifadəsi də işlətmiş­dir. İn­di­ki əyyamda «tərgitmək» sözü ən çox içkiyə, pa­pirosa, narkotik maddələrə aid edilir. Mühiddinli adamları pusmaqda həqiqi tir­yə­kiyə çevrilmişdir, insanları pusmaq, onların nejə nəfəs aldıq­larını bilmək və bunları harala­ra­sa, kimlərəsə çatdırmaq tiryəki­sinə çevrilmişdir. Yoxsa Əli onun bu mərəzini bu jür kəskin bo­yalarla ümumiləş­dir­məzdi: «Biri vardı, biri yoxdu. İkisi vardı. Biri irəlidə, biri geridə. Söhbət edirdilər, yol gedirdilər. Anekdotdur. Bir az burnunu, qulağını düzəltmək lazımdır.

Mühiddinli ilə yanaşı gedən Osmanlı qımışdı:

- Sən ki, mahirsən!

- Anekdotdur. Düşəsən bunların dalınja, qulaq asasan. Ha… ha… Anekdotdur…»

Osmanlı öz dostunun güdükçülük məharətini tərifləyir, Mü­hid­dinli isə bununla fəxr edir. Belələrinə də ali məktəb öz isti qoy­nunda yer verib, nəinki yer verib, hələ insanla­rın taleyi ilə oynamaq imkanları təmin edib. Mühiddinli tək görüb eşitdiyini yerinə çatdırsaydı, nə vardı ki! O bunlara əlavələr də edir, bə­zək də vurur. O sinifə girərkən əvvəl­jə öz-özünə gülməyə baş­la­yır, onun bu şakəri həmişə əvvəljə məzəli bir əhvalat danı­şa­jağından xəbər verir. O, xoşu gəlməyən, lakin tələbələrin rəğ­bət və məhəbbəti­ni qazanmış müəllimlərin qeybətini etməkdən, onlar haq­qındakı uydurduqlarından danışıb nüfuzlarını aşağı sal­­maq üçün müxtəlif üsullardan istifadə etməkdən də çə­kin­mir. Azəri daha çox əsəbiləşdirən odur ki, Mühiddinli öz uydur­ma­larını məharətlə yeridə bilir, bəzən tələbələri, hətta Azərin özü­nü də yalanların həqiqi olduğuna inan­dıra bilir. Mirzə Ələk­bər Sabir haqqında danışarkən bir­dən haşiyəyə çıxıb guya pro­fessor Qaraqaşlının məqalə­lərinin birində Məhəmməd Hadini Sabirdən yüksək tutdu­ğunu, «romantizm göylərini realizmin üzə­­rinə qaldırdı­ğını» söyləyir. Eyni zamanda İmamyar riyakar­lı­ğı edir:

«Qaraqaşlı yaxşı professordur. Fikirləri yox deyil. Qo­jalıb da. Heç zəngi də eşitmir. Bəlkə başqa səbəbləri də var. Onu siz bilərsiniz. Tələbə bilməyən şey yoxdur. Amma deyirlər ki, bunları sevilmək üçün eləyir. Yalan olar».

Beləliklə, o «dəli» kimi yox, riyakar bir araqarışdıran kimi iri bir daşı itələyib salır dərin bir quyuya, hünərin varsa indi gəl çıxart. Qaraqaşlını çox sevən tələbələrin öz müəllimlərinə olan səmimi, zərif təsəvvürlərini zədələyir. Və özü də guya həmin professorla yaxşı münasibətdə olduğunu vurğulaya-vurğulaya. Xəbər alanda ki, Qara­qaş­lı haqqında bu sözləri kim deyir, Mü­hiddinli utanıb, çəkinmədən: «-Kim? Deyən? Deyirlər. Müəllifi yoxdur. Hamı» - deyə yaxasını kənara çəkir.

Qaraqaşlını Sabiri sevməməkdə günahlandıran Mü­hid­dinli böyük şairin sənətkarlığından danışdığı yerdə arabir Sabirə də toxunub «gülə-gülə alverçiliyinə də işarə vurur». Daha doğ­ru­su, onun sabun bişirib satmağına. O dövrdə, yəni sovet haki­miy­yəti illərində alverçilik ən hə­qarətli sənət, peşə hesab olu­nurdu və Mühiddinlinin bu mətləbə toxunması riyakarlığın ən rə­zil forması kimi qiy­mətləndirilməlidir. İndi isə hər hansı keç­miş sovet yazıçısı sabun bişirib satmaq imkanı olarsa, özünü xoşbəxtlər xoşbəxti hesab edər yəqin. İndi yazıçı yox, hər hansı biznesmen jəmiyyətin ən nüfuzlu üzvü yerindədir.

Mühiddinlinin hər hansı şəkildə olursa-olsun, Sabir haqqın­da azajıq da həqarətlə danışması Azər üçün «mü­qəddəsliyə zərbədən başqa bir şey deyil…» Mühiddinli şorgözdür, dərs pro­sesində gözlərini sinifin sayma-seç­mə qızlarından, o jümlə­dən, Nazlıdan və xüsusi ilə yaxın dostu Osmanlının qızı Zərif­dən bir an belə çəkmir. Eyni zamanda həmin məqamlarda Azə­rə də diqqət yetirir, onun reaksiyasını yoxlayır. O, Azərlə Zərifin münasibətlə­rini də yaxşı bilir. Mühiddinlinin qorxduğu məqam Azərin dərin mənalı və geniş izahat tələb edən suallarıdır. Bir məqamda bu özünü daha qabarıq göstərir. Azər ona sual vermək istəyir. Dərsin sonuna doğru «Mühiddinli nə duy­dusa, Azərin söz deyəjəyini gözlədi:

- Mənimləsən, Azər?

Rafiq az qaldı ki, Azərin qılçını qoparsın: «Dinmə! Lazım de­yil!»

O, ayağa durdu:

- Mühiddinli müəllim, zəng oldu.

- Oldu. Bəli. Sağ ol Azər. Sağ olun uşaqlar».

O, elə bil ilanın ağzından qopub çıxır. Rafiq Azəri da­nış­maq­dan ona görə saxlayır ki, Mühiddinlinin Azərə olan pis mü­na­sibətini heç olmasa dərinləşməyə qoymasın. Bir qism müəl­limlər «qəliz» suallar verən tələbələrə qarşı ürəklərində kin bəs­ləyirlər, Mühiddinli də belələrindəndir.

Mühiddinli nəhayətdə ən çox çəkinib qorxduğu mə­qam­la üzləşməli olur və günahkar da burada o özüdür.

Mühiddinli nəhayətdə ən çox çəkinib qorxduğu mə­qam­la üz­ləşməli olur və günahkar da burada yenə o özüdür. Zərifin ad günündə məjlisin tamadası olmuş Mühiddinli (əslində öz dairəsinin daimi tamadası olan Mühiddinli bununla daim fəxr edir, bir-iki saatlığa məjlisə başçılıq etməklə elə bil o, öz hakim olmaq azarını öldü­rür) dərsə gələrkən tamadalığını sinifdə də davam etdirir. Bu ənənə müqəddiməni əvəz edir. Zərifi bir daha təbrik etdikdən sonra məjlisdəki sağlıqları qiymətləndirməyə keçir və Azərin yaxşı danışdığını, eyni zamanda onun sözlərinin anlaşılmaz olduğunu vurğulayır. Təbii olaraq Azər ondan xəbər alır:

- Nejə yaxşıdır ki, bir şey başa düşə bilməmisiniz?

- Anlaşılmayan fikrin nejəliyini bilmək olar? – Mühid­dinli dir­səklərini belinə sıxdı – çalışın bundan sonra sadə olsun. Bi­lirsiniz nə kimi sadə… Bu dəqiqə deyim.

- Boş yer kimi. – Azər yanındakı boş yeri göstərdi.

- Boş niyə, götürək lap dolusunu.

- Çünki boş yeri müzakirəsiz də başa düşürlər.

- Bəli? Hə, ola bilər. Pis deyil.»

Adi söz güləşdirmə raundunu uduzan Mühiddinli bir qədər sonra özünə gəlib döyüşü davam etdirmək istəyir. O, artıq Azə­rin sövər yerini bildiyi üçün Qaraqaşlı müəl­limin əleyhinə da­nış­mağa başlayır. O yerdən yapışır ki, uşaqlar sevimli müəllim­lə­rinin müdafiəsinə qalxa bilmə­sinlər. Yenə də o Sabirdən danış­ma­ğa başlayır. Çünki o dedi-qodular (əslində özünün uydur­du­ğu dedi-qodular) əsasında guya Qaraqaşlı müəllimin böyük şairin əleyhi­darı olması nağılını uydurmuşdur. Sabiri leyk-bo­ğaz­dan yuxarı tərifləməklə assosiativ şəkildə Qaraqaşlını mənfi halədə onların yadına salır, xüsusilə Azərin.

«- Sabir elə günəşdir ki,

Azər başını aşağı dikmişdi: Görəsən, yazıçılara nə qədər günəş, bahar, ulduz demək olar. Bunlar sözsüz­lükdən irəli gəlmirmi? O qədər adlarını çəkiblər ki, ada­mın günəşdən də, bahardan da, ulduzlardan da zəhləsi gedir.

- Bəli yoldaşlar, Sabir o vaxt ədəbiyyatımızın baharı idi.

- Yoldaş Mühiddinli, sual olar? – Azər ayağa qalxdı.

- Buyurun, xoşdur.

- Bəs Jəlil Məmmədquluzadə?

- O? Jəlil Məmmədquluzadə! O ədəbiyyatımızın, de­mək… o da baharı idi. İki yanaşı bahar.

- Fərqləri yoxdur?

- Yaxşı qulaq assaydın fərqlərini bilərdin. Xahiş edi­rəm belə suallarla bizə mane olmayasınız. Hökumət mənə pul verir, mən onu aldada bilmərəm.

- Suallara javab vermək üçün pul almırsınız?

- Pis suallar üçün yox. Sonra xahiş edirəm ki, otağı tərk edə­siniz». Beləliklə, indinin oxujularına bəlkə də olduqja qə­ribə görünə biləjək bir səbəb ujundan Azər sinifi tərk etməlidir. Niyə? Haqlı sualdır. Ona görə ki, Mühiddinlinin oynatdığı sözlər o dövr üçün xatalı idi. So­vet jəmiyyəti Sabiri keçmiş jəmiyyəti amansız döydü­yü üçün qəbul etməli idi. Hadi isə geniş oxuju kütlələrinin qavraya bilmədiyi, dərindən dərk edə bilmədiyi bir sənət­kar idi. «Yox millətimin xətti bu imzalar içində» deyən, şeirlərindən millətçilik iyi gələn bir xatalı şair idi, onun adının zikr olunmasına ijazə verilməsinə baxmayaraq, haqqında gö­zə­gəlim əsər yazılmasına, dissertasiya mü­da­fiə edilməsinə ija­zə verilmirdi o dövrdə. Kim onun haq­qında xoş sözlər söy­lə­yir­disə qeyri-rəsmi, az qala dis­sident adlandırılırdı. Beləliklə, Mü­hid­dinli Qaraqaşlını hadipərəst kimi qələmə verəndə Azərə xox gəlirdi. Bu, bir növ siyasi şantac xarakteri daşıyır. Əslində isə Qa­ra­qaşlı da, Azər də Sabir sənətinə dərindən pərəstiş edən adamlardır. Bəs Əli Kərim özü nejə? Əli Sabir haqqında hə­mi­şə heyranlıqla danışırdı. Böyük şairin rəsmi təbliğat­sız filansız geniş kütlələrin dərinliklərinə nüfuz etməsini poeziyanın təntə­nə­si sayırdı. Bir dəfə Əli bazarda ət alar­kən qəssabın fəhləyə dediyi sözləri tez-tez xatırlamağı xoşlayırdı. Kişi özünün fəhlə olduğunu söyləyir və qəs­sab­dan buna qarşı xüsusi münasibət umur. Qəssab hə­min adama deyir ki, fəhlə sənin kimi boynu­bü­kük olmaz, indi heç elə bil əsl fəhlə də yoxdur. Fəhlə o zaman vardı, rəhmətlik Sabir deyən fəhlə:

Bu çərxi-fələk tərsinə dövran edir indi,

Fəhlə də özün daxili-insan edir indi.

Fəhlə o fəhlə idi, Sabir deyən, sizin kimi müti yox.

«Qəssaba bir bax» deyirdi Əli.

Azər isə Sabirə azajıq da sataşmağı «müqəddəsliyi poz­maq» adlandırır.

Beləliklə, Mühiddinli «öhdəsindən gələ bilmədiyi» tə­lə­bəni siyasi şantacla qorxudur. Həm də ona demək istə­yir ki, «sənin arxanda dura biləjək Qaraqaşlının da öh­dəsindən gələ bilərik». Bununla kifayətlənməyən Mü­hid­dinli Osmanlıya (bilərəkdən de­kanın «dikbaş» tələbəyə pis münasibətini) şikayət edir, başqa ali məktəbə çıxıb ge­dəjəyi ilə hədələyir. Əsərin qəhrəmanına qarşı hü­jum­­­larda Mühiddinlinin əsas rol oynayanlardan biri ol­du­­ğunu nəzərə alaraq biz bu obraz üzərində nisbətən çox da­yan­malı olduq. Mühiddinli dekanın ali məktəb daxilində bir fa­kültədə yaratdığı xüsusi recimin əsas həlqələrindən biridir., ma­hir ijraçıdır. Keçmiş sovet reciminin kiçik mo­de­lini xatırladan tə­ləbə xəbərçilər də əsərdə xüsusi yer tutur.

Yadımıza salaq ki, Azərdən ilk danosu verən onun kurs və otaq yoldaşı Ədhəmdir – tələbələrin yox, dekanın iradəsi ilə seçilmiş sinifkom. Və haqqında pis fikirli olan­la­ra qarşı qəti dö­zümü olmayan Osmanlı isə fövri Azəri çağıtdırıb onu müəllim və ya alim ədaları ilə deyil, özünə məxsus sürtük çinovnik əda­ları ilə bütün mənəvi işgən­jə­lərdən keçirir. Onun barəsində Azərin dediklərini yazılı istəyir, Azərsə fərqinə varmadan deka­nın istəyinə əməl edir. Dekan yenə özünə məxsus əda ilə əlini qapıya uzadır (bu onun dilində «rədd ol get» deməkdir). Azərin dekan otağında keçirdiyi bütün mənəvi sıxıntılar psixoloci təfər­rüatı ilə təsvir edilmişdir. Və Azər bir də gözünü açanda özünü foyedə görür. «Sağ qaşının üstü ağrıyırdı, deyəsən çıxanda qa­pıya dəymişdi».

Bu, Azərin keçirdiyi ilk ən ağır sarsıntıdır. Bundan son­ra o ya mum kimi yumşalıb Osmanlının görmək istə­diyi müti bir tə­ləbəyə, ikinji bir ədhəmə çevrilməli, ya da…

Ədhəm isə yaltaqlıq müjəssiməsidir. O, xəbərçiliyini pe­dant­jasına edir. Tələbələrin birjə dəqiqə gejikməsi də onun «jan dəftəri»ndə öz əksini tapır. Hətta dekanın qızı Zərifə də fərq qoymur; burada pedantlıq vərdişi onun hət­ta yaltaqlığını da üstələyir. Yaxud bəlkə də Zərif haqqın­da­kı danosu bərayi-eh­tiyat toplayır ki, birdən demək ol­maz, Osmanlı öz qızı haqqında da ondan məlumat tələb edə bilər. Danosbazlıq və yaltaqlıq on­da bir vəhdət halın­dadır. Əgər sevimli müəllimi Mühiddinli gəli­şini, pusquda durduğunu bilməsinlər deyə pənjəsi üstə hə­rəkət edirsə, Ədhəm-şagird «gözləri açıq» yatır, elə bil yuxuda da «kimisə pusur…», haqqında nə qədər ajı sözlər deyilirsə hamısını udur, Elmanın kobud zarafatlarını, təhqirlərini də qəbul edir. Hamı hiss edir ki, o, nəyin bahasına olursa-olsun ilişib ali məktəbdə qalmaq eşqi ilə yaşayır. Hətta ona indidən «dekan» da deyirlər. Osmanlını qüvvətli adam bildiyi üçün onlan bərk yapışmışdır. Belələri Os­manlı kimilərin tapşırıqları ilə Azərlərin həyatını zəhər­lə­məklə məşğuldurlar.

Əlinin həyatda kəşf eləyib romana gətirdiyi oricinal ob­raz­lar­dan biri də tələbə yataqxanasının komendantıdır. O, Osman­lı­nın yataqxanadakı gözü və qulağıdır. Komen­dant təkjə xəbər­çi­liklə kifayətlənmir, lazım gələndə tapşırıqla müxtəlif provaka­si­yalar da törədə bilir. Məhz Osmanlının xoşu gəlməyən tələ­bə­lərə qarşı. Onun tələ­bə­lərlə nərd oynamaq şakəri də var. Lakin məlum olur ki, bu nərd oyunları prosesində o qarşısındakı­lar­dan müm­kün qədər söz çəkmək məqsədi güdür, xüsusilə Os­man­lıya olan münasibətləri daha çox öyrənmək və sahibinə çatdırmaq istəyir. Gözləri yaxşı görməyən, eynəyini tez-tez iti­rən, nimdaşlaşmış komendant adamda otuz yeddi­dən çoxlu adam tutdurmuş, əsas qabiliyyəti üzə durmaq, mərdümazarlıq et­mək olan bir peşəkar provakator təsəv­vürü yaradır. O, «Os­manlı recimi» zənjirinin tələbə yataq­xa­nasındakı mühüm həlqə­sidir. Onun şəxsi hörməti la­zım­­lılıq, istifadə jəhətdən o qədər «yüksəkdir» ki, hətta qızının yaş günündə onu dəvət etməyi Osmanlı özünə əksiklik saymır.

Beləliklə, Azər İnstitutda da, yataqxanada da Osman­lı­nın «jəsus» torundadır. Lakin onun bir xoşbəxtliyi var ki, «dünya hələ ki, «xali deyildir». Ali məktəbdə öz mənliyini qoruya bilən, müəllimlik, alimlik şərəfini yüksək tutan Yolçuzadə, Qaraqaşlı kimi şəxsiyyətlər də hələ var. Tələ­bələr içərisində isə onu həd­siz dərəjədə istədiyindən ona olan məhəbbətindən keçə bil­mə­yi bajaran, yalnız onun xoşbəxtliyini istəyən Nazlı kimi mərd, ge­niş ürəkli, gö­zəl bir qız. Nazlı ağır məqamlarda həmişə onun ya­nın­dadır. Azərin başqa bir dostu Rafiqdir. O, daima Azərin qoruyujusu kimi çıxış edir, əyani şöbədə əzəldən oxudu­ğu üçün buranın qayda-qanunları, adət-ənənələri ilə onu yaxından tanış etməyə çalışır ki, Azər səhv addımlar at­ma­sın. Rafiq onu müəyyən sərt hərəkətlərdən çəkindir­məyə çalışır, Azəri müda­fiə etmək üçün özünü qabağa verir. İstiqanlı, yanımjıl, dilli-di­lavər olduğu üçün onu az qala ali məktəbin bütün tələbələri ta­nıyır, ona xüsusi mü­nasibət bəsləyirlər. Azər müşahidə elədiyi ölçüdən kə­nar hər şeyə reaksiya verdiyi halda, Rafiq adət et­dik­ləri üçün belə şeylərə əhəmiyyət verməməyə çalışır, bunları «ola bilən şeylər» kimi qəbul edir. Nöqsanlara reaksiya ver­mək hisslərini Azər onlarda yenidən oyada bilir, öz hərə­kətləri, jə­sa­rəti, düzlüyü, səmimiliyi ilə.

Nəhayət Azərlə dekan Osmanlı arasındakı münaqişə get­dik­jə kəskinləşir, bütün fakültəni, hətta bütün institutu əhatə edir.

Bu mübarizə az qala amansız xarakter alır. Osmanlı tərəf­dar­larının məkrli olması bəzən Azərin dostlarında ümidsizlik oyatsa da Azərlə müəllimlər arasındakı müna­si­bətlər birmənalı deyil. Osmanlı və Mühiddinlidən fərqli olaraq Azərin Qaraqaşlı və Yolçuzadəyə olan münasibəti tama­milə başqadır. Onların şəxsində Azər özünə arxa və da­yaq görür. Dekanla münasibət­ləri hədsiz gərginləşəndə o, Qaraqaşlıya mürajiət edir. Müəl­lim onu öz evinə dəvət edir. Əli onların görüşlərini quru rəsmiyyət­çi­likdən çıxarmaq üçün müxtəlif vasitələrə mürajiət edir. İki şəxsin söhbətinin alınması, rəvan bir məjrada axması üçün bəzən üçünjü bir vasitəyə də ehtiyaj hiss olunur, xüsusi ilə sə­viyyələrdə qeyri-bərabərlik olanda. Deyək elə müəllimlə tələbə arasında. Fikirlərin deklorativ axar­dan çıxarılması, sənət barə­də, gözəllik barədə söhbətin rəsmiyyətdən kənar, təbii səslən­məsi üçün Əli şəkildən, daha doğrusu, hansısa qüdrətli bir sə­nətkarın çox böyük ustalıqla çəkdiyi Göygöl mənzərəsindən də istifadə edir. Qaraqaşlının başı kitab şkafında nəyi isə axtar­ma­ğa qarı­şanda Azərin gözü Göygöl mənzərəsini tutur, onun ən çox xoşuna gələn Göygölün və onun arxasından ujalan qarlı Kəpəzin mənzərəsi olur.

«Azərə elə gəlirdi ki, mənzərədəki Göygölün şəffaf suyu torpağın ən alt qatını belə keçib, haradasa əfsanəvi dərinlik­lər­də okeanlara qarışır. Əgər ora bir daş atılsa, dün­ya durduqja yol gedər. Kəpəz isə elə görünürdü ki, insan fikri ömrü boyu uçsaydı da onun zirvəsini fəth edə bilməzdi. Xəyal bir anda haçalanıb həm ən son zirvəyə uçur, həm də ən son dərinliyə yol alırdı. Ürək intəha­sız­lıq­da çaşıb qalır, zaman və məkan qüv­vədən düşür, idrak əbədiyyətlə qovuşurdu».

Əlinin bu sözlərini köçürdüyüm zaman xəyal məni uzaq­lara qovur, ilk javanlıq çağlarına aparırdı. Lakin həmin dövrə qayıt­maz­dan əvvəl Azərin pərəstiş etdiyi müəllimi, həmin şəkili mən­zilindən asan Qaraqaşlının da sözlərini bu yazıya köçürmək is­tərdim. O, Azərin şəkilə diqqət kəsildiyini görəndə sanki gözəl­liyə münasibət, estetik görüş baxımından öznə müttəfiq tapır.

«- Sənət əsəri belə olar. Xoşun gəlir?

- Çox.


Qaraqaşlı zənnlə Azərə diqqət verdi. Azər başını aşa­ğı sal­dı.

- Demək yaxşıdır. Həm yüksək, həm dərin gözəllik. Mən bu rəsmə baxıb qurtara bilmirəm. Mən ömrüm boyu bu rəsmin için­də çırpınıram. Elə bilirəm ki, məni bu rəsm­dəki Göygölə atıblar. Bir vaxtda həm enir, həm yüksə­li­rəm...»

Təbiidir ki, divardakı rəsmin müəllifi Əli özüdür. Çünki Azər­bayjanın gözəllik herbi olan Göygölün mənzərəsini Əlinin təq­dim etdiyi gözəllikdə hələ heç bir sənətkar çək­məmişdir. Şəkil Əlinin vaxtilə Göygölün gözəlliyindən al­dığı təəssürlərin ifadə­si­dir…

Və bu məqamda ailələrimizin bir yerdə Göygöl səfəri gəlir xatirimə.

1965-ji ilin yayında Əli ailə üzvləri ilə birgə Gənjəyə gəldi. Məqsədimiz Göygölə getmək idi. O, zamanlar ma­şın belə bol de­­yildi. Maşın axtarmaq adı ilə Əli ilə şəhərə çıxdıq. Bir az hər­lə­nəndən sonra «Kommunist» qəzeti redaksiyasının əməkdaş­la­rı ilə rastlaşdıq. Xəlil Mütəlli­mov, Tofiq Həsənzadə, qalanlar yadımda deyil. Onlarla birgə nasir və sonralar kino aktyor Gün­düz Abbasov da vardı. Əlini görüb çox sevindilər. Məramımızı biləndə de­dilər: «Elə biz də Göygölə getmək üçün yığışmışıq. Bu gün birgə gedək, sabah da uşaqlarınızla gedərsiniz. Qə­rəz, çox üzdən-gözdən saldılar, biz də razılıq verdik. Mən hiss elə­yirdim ki, onların hamısı Əli ilə bir yerdə olmaq, onunla çörək kəs­mək istəyindədirlər. O zamanın Göy­gö­lü ilk dəfə onu gö­rən­lər üçün nağıla, əfsanəyə, möjüzəyə bənzər ilahi bir şey idi. Qürdrətli yaradanın Azərbayjan torpağında şah əsəri idi Göy­göl. Bir müddət Göygöl onu ilk dəfə görənlərin yuxusuna da girirdi. Əli gözəllik qarşı­sında donub qalmışdı, daha dəqiqi hey­kəl­ləşmişdi. Elə bil Əli gözəllikləri iri açılmış gözlərinə yığırdı. Aşa­ğıda me­şə­yə qarışmış göl, yuxarıda günəşin qızılı şüalarını sorub qızıllaşan Kəpəzin zirvəsi. Gözəlliyə şairin dalması da bir möjüzəyə bənzər. Əli özü də Göygölün gözəlliyinə qo­vuş­­muş, onun bir hissəsi olmuşdu. Göygölün gözəlliyinə belə məftun­lu­ğu bir dəfə də görmüşdüm. Nazim Hikmət də Göygöllə ilk gö­rüşündə ağıla sığmaz bir məftunluqla dalmışdı bu gözəlliyə…»

Gej qayıtdıq şəhərə. «Qorxumuzdan» anamgildə ge­jə­lə­dik. Anam da zəng edib ailələrimizi nigarançılıqdan çıxarda bildi və onlara tapşırdı ki, filan saatda hazır ol­sunlar. Ertəsi gün ma­şınla gedib, arada söz-söhbətə imkan olmasın deyə tələsik əy­lə­şdik maşına, üz tutduq Göygölə. Təbii ki, şoferin yanında dü­nənə aid heç bir sor­ğu-sual olmadı. Saxladılar sonraya, Göy­gölə çatan kimi isə gözəllik müqabilindəki məftunluq məlhəm oldu əsəblərə…

İndi qarşımda «Pillələr» romanı, romandakı Göygölün təs­vi­ri məni çəkib aparır Əlinin sağ-salamat olduğu o əziz çağlara. Və görürəm ki, Əli hiss və duyğularının bir hissə­sini qoyub ge­dib, özü ilə aparmayıb.

Şəkil şəkil olaraq qalmır. O, Qaraqaşlının və Azərin zövq­lə­rini müəyyənləşdirməyə kömək edir, onların este­tik görüşlərini açıqlayır, vətənə məhəbbətlərini də ritorik şəkildə deyil, kon­kret, eyni zamanda gözəl bir vasitə ilə üzə çıxarır. Şəklin funk­siyası bununla da bitmir. Sonralar Yolçuzadənin də həyata ba­xışını, xarakterinin müəyyən jəhətlərini aydınlaşdırmağa kö­mək edir.

Azər Qaraqaşlıgilə ondan kömək almaq məqsədilə gəlmiş­dir. O hiss etmişdir ki, təkjə və ya Nazlının, Rafi­qin köməyi ilə Osmanlı ilə bajara bilməz. Osmanlı ilə baş vermiş ixtilaf barə­də Qaraqaşlını məlumatlandıranda, o Azərin konkret öz fikrini xəbər alır. Azər deyir:

«-Mən elə bilirəm ki, (ajığınız gəlsə də deyəjəyəm) Os­manlı bütün tələbələrindən başıaşağı olmağı tələb edir. O qə­dər başıaşağı ki, ağır yük aparan adam kimi gərək burnu yerə dəysin. Baş aşağı yox, yuxarı olmalı­dır».

Anjaq burası da aydındır ki, Osmanlı «fikir açarı» olan xa­lına barmağını basdımı, Azər institutdan çölə düşə bilər. O, xallı kürzə üçün nəinki tələbəni, hətta bəzi müəllimləri də universi­tet­dən çıxarmaq jibdən yaylıq çıxarmaqdan asandır.

Azər bütün bunları nəzərə alaraq Qaraqaşlının yanına kö­mək və məsləhət üçün gəlmişdir. Müəllimi onun ədalət naminə de­kana qarşı çıxmasını təqdir etsə də birinji növ­bədə ona kon­kret kömək göstərmək istəyir. Əli romanın bəzi yerlərində Azə­rin əynində sətin penjək, ayağında altı getmiş ağ ayaqqabılar olduğunu qeyd edir. Təbii ki, onun bu yoxsul geyimi Qaraqaş­lının nəzərlərindən yayın­mamışdır. O, nə olursa olsun babat bir paltarla da olsa Azəri yenidən geyindirmək istəyir. İndi haqqın­da yerli-yer­­siz çox danışılan xeyriyyəçilik sovet dövründə belə müx­­təlif formalarda davam etdirilirdi. Bu işdə dahi bəs­tə­kar Üze­yir bəyin fəaliyyəti misilsiz olmuşdur. Bütün dövr­lərdə yük­sək amallı xeyirxah adamlar əksik olmamışdır. Qaraqaşlı Azərin yüksək bilikli, çox ümid verən gənj ol­du­ğunu bilir. O həm də bu gənjin yenilməz və məğrur olmağından da xəbərdardır. Buna görə də kömək təklifini çox ehtiyyatla və injəliklə həyata keçir­məyə çalışır.

«-Hə, Azər… Mənə elə gəlir ki, bütün institutlarda «İn­san­şü­naslıq» adlı bir fənn də lazımdır. Bu fənndə in­sanın mənəvi zən­­ginlikləri, gözəl xalq adətlərinin qoru­nub saxlanılması, əmək, dostluq, sevgi və sair məsələlər qoyulmalıdır…»

«… - Mən həmişə düşünürəm ki, çiçək dünyaya gəlir, ətir saçır. Özü də onun nəfəsi ətirdir. Qurtaranda ikisi də birdən qur­­tarır. Mənjə insan da belə yaşamalıdır…»

«-Hə, Azər… Mənə elə gəlir ki, bəzən yaxşılığı ürəklə, çə­kinmədən qəbul etməmək xəsis adamların işidir. ­rək yaxşılıq bizi təəjjübləndirməsin. Ondan utanmayaq. Əgər mən bir ada­ma yaxşılıq edirəmsə, demək öz mənə­vi ehtiyajımı ödə­yirəm. Odur ki, ikimiz eyni dərəjədə bir-birimizə minnətdar olma­­yıq»

Beləliklə, Qaraqaşlı Azəri həm fəlsəfi, həm əxlaqi, həm mə­nəvi jəhətdən yardımı qəbul etməyə hazırlayır. Bu, onu bir ob­raz kimi Osmanlı və Mühiddinlinin fonunda daha əzəmətli edir. Onun düşünjə miqyası çox böyük­dür. Tələbə həyatı ilə dərin­dən maraqlanan bu alimin fikrinjə «indi gərək tələbə dünya ­dəniyyəti səviy­yəsin­ durmağı bajarsın. Yoxsa o, doğma xalqına heç bir şey verə bilməz».

Təbii ki, Azər Qaraqaşlının bu idealına javab verən bir tə­lə­bədir və onun müdafiəsi üçün əlindən gələn hər şeyi edə bilər. Həmin Azər-Qaraqaşlı görüşündə az son­ra başqa bir, olduqja maraqlı obraz-professor Yolçuzadə də iştirak edir. Onun uni­ver­­sitetdəki nüfuzu daha böyük­dür. Tələbələr onu zarafatla «baş rektor» adlandırırlar. Xariji ölkələr ədəbiyyatından müha­zirələr oxuyan Yolçu­zadəyə bu ad təsadüfi verilməmişdir. Onu universitetə rektor təyin etdikləri halda vəzifəsini təkidlə keçmiş tələbəsinə – bir elmlər namizədinə verdirməyə nail ol­muş­du. İndiki vəzifə ölülərini göz önünə gətirəndə Yol­çuzadə ideal bir məqamda görünür. Onun tələbələrə xita­bən dediyi sözlərdə əsas amalı aydın açıqlanır: «…ki­tablar sənin ürək döyün­tü­lə­rin­dir. Biri ara verdimi, məhv olajaqsan. Yol budur. Bu yol ömür qədər uzundur». Azə­rin özünün xitabsız, filansız kəşf etdiyi bu həqiqət onda Yolçuzadəyə böyük hörmət və rəğbət oyatmışdır. Yolçu­zadə böyük alim və böyük nüfuz sahibi olsa da onun özünə məxsus qəribəlikləri də var. Azər bunları Qaraqaş­lı­gildə müşahidə edir. Burada da vasitə Göygölün mən­zə­rəsidir. İlk dəfə gördüyü üçün mənzərəyə uzun müddət dalır, heç ondan qopmaq istəmir. Çox həyəjanlandı­ğın­dan yumruğunu stola çır­pır. Lakin o əsərə qiyməti təzadlı bir ifadə ilə verir.

«-Rəssamlıq bununla başlayır, bununla da qurtarır. Dahidir! Belə dahilərə qəlbimin hansı guşəsindəsə nifrət edirəm. Çünki belələri lazım olduğundan çox təsir edir. Ona baxandan sonra nə qədər şeyə nifrət edirsən. Ada­mın əlindən hər şeyi alan aj­göz dahidir. Bir sözlə dahi­dir…»

Elə bil mənfilik bildirən sözlər müsbətin qiymətini bir qədər də kəskinləşdirir, daha da artırır (Əziz Nesin yazılarının birində qeyd edirdi ki, bizim millətin qəribə xüsusiyyətlərindən biri də onun yaxşı bir şeyi də bəzən az qala söyüşə bərabər sözlərlə ifadə etməsidir. Avto­bus­da onun təzə bir hekayəsini ağız do­lusu tərifləyən iki nəfərdən biri yenə ağız dolusu deyir: «Köpək oğlu yaman yazıb»). Əlbəttə: Yolçuzadənin ifadəsini heç jür bu ifadə ilə tutuşdurmaq olmaz, yalnız assosiasiya ilə xatirə gətir­mək olar. Onu Qaraqaşlı belə xarakterizə edir: «…Ya­man qəri­bə kişidir, xalq üçün janından keçər».

Azərin hər iki alimlə görüşü, müəyyən qədər mər­həm­ləş­mə­si onun «xallı ilanla» mübarizədə sağ-salamat qal­ma­sına çox kömək edir.



Oğlunun nəyin üstəsə ali məktəbdən xarij olunaja­ğı­nı eşi­dən ata xəstə-xəstə yığışıb Bakıya gəlir. Osmanlının qəbulunda o qədər əzaba düçar edilir ki, xəstəxanaya düşür. O, Azərin tam günahsız olduğuna əmindir. İztirab­lar kişinin ürəyini üzür, o, dünyasını dəyişir. Dostlarının köməyi ilə Azər atasını dəfn edir. Tələbə həmrəyliyi Əli tərəfindən çox səmimi təsvir olun­muş­dur. Nəhayətdə hə­min tələbə həmrəyliyi sayəsində, Yolçu­zadə və Qara­qaş­lı­nın yaxından iştirakı ilə Komendant və Mü­hid­dinli ali məktəbdən kənar edilirlər, Osmanlı isə dekanlıqdan azad olunur. Təbii ki, tələbələrin buna güjləri çatmazdı, bu­rada Qaraqaşlı və Yolçuzadənin şəxsi nüfuzları həllediji rol oynayır, ali məktəbdə onların şəxsiyyətləri bütün vəzifələrdən yüksək gö­rünür. Bu məsələdə kurs komso­mol təşkilatı katibi olan Naz­lı­nın da vəzifəsi deyil, şəxsi keyfiyyəti, xarakteri, qorxmazlığı, jəsarəti mühüm rol oy­nayır. O zamanlar «belə bir şey ola bilər­dimi?» sua­lına birmənalı javab vermək çox çətindir. Ola da bi­lərdi, olmaya da. Məsələ bu lokal qələbədə deyil, əsas məsələ ondadır ki, qlobal şəkildə hadisələr qaraqaşlıların, yozçu­za­də­lə­rin, azərlərin ideallarına zidd istiqamətdə inkişaf edirdi. Ali təh­­sil sistemində güjlü aşınma baş verməkdə idi. Çox qəribə və bəlkə də əjaibi bu idi ki, otuz-otuz beş il ərzində, yəni tarix üçün çox qısa bir müddətdə on milyonları savadlandıran, mil­yon­larla ali və orta təhsilli mü­­təxəssis yetişdirən, on minlərlə alim hazırlayan bir təh­sil sistemi, daha doğrusu, sosializm təh­sil sistemi çox sürətlə çürüməyə başlamışdı.Əli bu çürümənin baş­lan­ğıjını hədəfə almışdı. Osmanlı bir tələbəyə himayədarlıq et­miş­dir, sonrakı dövr dekanların yanında o lap toya get­məlidir. Məsələ burasındadır ki, Əli Azərbayjan xalq ədə­biyyatında möv­jud olan və S.Ə.Şirvaninin də qələmə aldığı «Oğru va­qiə­si» adlanan hekayədə səsləndirilən möv­zuya oxşar bir mətləbə toxunmuşdur. Bir naxır oğru­sunu yaxalayırlar və edama məh­kum edirlər. Dar ağajı­nın altında deyirlər ki, «son arzunu söy­lə». Anası ilə gö­rü­şüb, vidalaşmaq arzusunda olduğunu bildirir. Ananı gə­ti­rirlər. O, oğlunun boynuna sarılır. Oğul deyir: «Ana dilini çıxar, öpmək istəyirəm». Ana dilini çıxarır, oğlusa onu öp­mək əvəzinə dişləyib qoparır. Hakimlər bunun səbəbi­ni soruş­duqda deyir: «Uşaq vaxtı mən qonşunun hinin­dən bir yumurta oğurlayıb anama gətirdim, o, bunu şad­lıqla qarşılayıb dedi ki, bəs bunu yumurtlayan toyuq hanı? Toyuğu da oğurladım, son­ra qoyun, quzu, at ilxısı, naxır… Əgər ilk yumurtanı gətirəndə anam məni tənbeh etsəydi, indi dar ağajının altında durmaz­dım». Əlinin təs­vir etdiyi hadisə ali təhsil ojağında ilkin yumurta oğurlu­ğunu xatırladır. Anjaq tarix osmanlıların, mühiddinlilərin, elmanların, ədhəmlərin arzu və istəklərinə uyğun inkişaf etdi. Gə­ləjəkdə ali təhsil ojaqlarında bütün əsas vəzifə­lər onlara bən­zər tiplər tərəfindən tutuldu, çürümə prose­si daha da sürət­ləndi. Anjaq bunu tək Azərbayjana aid fajiə kimi qəbul etmək lazım deyil, bu çürümə bütün keçmiş sovetlər ittifaqını və so­sializm sistemini bürüdü, bəzisini az, bəzisini çox. İstiqlal əldə edildikdən sonra güman etmək olardı ki, bu xəstəliyə bir əlaj tapılajaq. Lakin bir-iki özəl institutları çıxmaq şərti ilə xəstəlik daha da şiddətləndi. Təhsil haram biznes vasitəsinə çevrildi. Ostap Benderlər və Ostapiya Benderixalar rayonlarda, kəndlər­də açdıqları belə məktəbləri haram gəlir mənbəyi­nə və orduya getməkdən imtina edən fərarilər yuvasına çevirdilər. Heç bir döv­lət təhsilin fırıldaqçılar əlində vasi­tə­yə çevrilməsinə dözə bil­məz. Millətin gələjəyi gənjlər­dir, gələjəyi təhsil-tərbiyə-təlimin dələduz dəllallarına eti­bar etmək olmaz, bu böyük fəlakətlərə gətirib çıxara bi­lər. Gözləyək böyük sülh sazişini. Əli Kərim və onun qəhrəmanı müqəddəs təhsil ojağında bir himayədarlığa dözə bilmirdilər. Hər bir xalqın inkişafı müəyyən mərhə­lə­dən ke­çir, yollarsa hamar deyil, daşlı, kəsəkli, enişli yo­xuşludur. Əli­nin təsvir etdiyi ali məktəb keçmişdə qaldı, pisəmi, yaxşıyamı də­yişdi, indi o uzaqlardadır. Yaxşı olar­dı ki, jəmiyyət dəyişəndə pis nə varsa arxada buraxıb, yaxşı nə varsa özü ilə irəliyə apa­ra. Bəs Əlinin romanın­da dəyişməyən nədir? Dəyişməyib əbədi qalan MƏHƏB­BƏTDİR.

Əli Kərim bu romanda ümumbəşəri mövzu olan mə­həb­bət­dən istədiyi qədər, doyunja bəhs etmək üçün ge­niş imkan tap­mışdır. Onun təsvir və tərənnüm etdiyi mə­həbbət qətiyyən baş­qa mövzuya qarışıb itmir, zədələn­mir, elə məhəbbət mövzusu kimi də qalır. Və Əli çalışır ki, seçdiyi həyat parçası ilə bağlı (yə­ni sevgi mövzusunu tam və dolğun əks etdirməyə maneçilik tö­rətməyən həyat parçasından) ən ülvi hissləri əks etdirmək üçün maksi­mum istifadə etsin.

Roman boyu hiss olunur ki, Əli məhəbbət mövzusun­dan, onun tərənnümündən qətiyyən doymamışdır. Gözəl, təkrarsız şeir­lərindəki, dolğun poemalarındakı MƏHƏB­BƏT Əli üçün az­lıq təşkil edirmiş, kifayətləndiriji deyil­miş, romanda məhəb­bə­tin tərənnümü üçün əl-qol açmaq imkanları daha geniş imiş.

Sevginin insan mənəviyyatında yaratdığı təlatümləri hər za­man sözlərə çevirmək mümkün olmur. Əlbəttə, bu məqamları özündə müşahidə edən hər bir şəxs eşq təla­tümlərini özünün bi­lik­ləri əsasında qiymətləndirməyə, mə­na­landırmağa, hətta əya­­ni­ləşdirməyə çalışır. Az bilikli, lakin zəngin həyat müşa­hidə­ləri olan şəxslər bu hissləri çox vaxt təbiətin onlarda oyatdığı intibalarla müqayisə edə bilərlər. Həm zəngin müşahidələri, həm zəngin bilik­ləri olan şəxslərin isə müqayisə və bənzətmə imkanları daha çox, daha əlvan olur. Azərin Zəriflə görüşündən sonra keçirdiyi duyğuların sözlərə çevrilmiş nümunəsi: «…Mən səni yenə həmin yerdə gözləyəjəyəm. Mən səni ilk insan dün­yaya gələndən bəri gözləyirəm. Biz bir za­man naməlum qaran­lıqlarda daş, ağaj, toz, hava, nə bi­lim, nə olduğumuz zamanda gö­rüş vermişik. Nəinki əsr­ləri, illəri, hətta dəqiqələri belə dola­şıq salmadan biz ora­ya gəlib üz-üzə oturmuşduq. Min əsrdir dün­yaya gəlmir­dim ki, sən də gələsən. Bütün əsrlər çağırdı – susdum. Qızlar səslədi – eşitmədim.

Mənəm! Gəlmişəm! Mən səni min əsrdir ki, sevirəm! Min əsr! Sən məni görəndə tanıdınmı? Mən də səni tanı­dım! Mən sənə tozdan belə diksinən ağır yaralanmış bir əsgər qolu kimi həssas olaram. Ağrın ürəyimdən, odun gözümdən, sözün dilim­dən çıxarZərif» (Yəni dönüb sən olaram, sən də dönüb mən olarsan). Burada ənənəvi məhəbbət andları lap tazə-tər libas­da, tazə-tər deyimdə, yeni ifadələrlə zühur edir, eyni zamanda burada ənənədə olmayan, çox qəribə heyrət doğuran yalnız Əli Kərimə məxsus yenilik nümunəsi olan tapıntılar da var. Əlinin qəh­rəmanı kosmik ölçülərlə düşünür məhəbbət haqqın­da. Əli Kə­rim məhəbbəti, eşqi hər hansı istehsalat, siya­sət şeluxa­la­rından təmizləyib yenidən öz ülvi, öz müqəd­dəs məqamına qay­tarır. Azərin ən həssas məqamlarda belə özünü müşahidəsi qüvvətli olur. Görüş məqam­ların­da «yer də, göy də, dəniz də işıqla, sevinjlə dolu» olur. Görüş məqamlarında «sözlər ilk mə­na­sını» itirir. «Ağaj da, skamya da, torpaq da ilk məhəbbət de­mək» olur, bütün sözlərin yalnız birjə mənası olur: «Sevi­rəm».

Əli Kərim biotok təsirinə inanır, ya gerçək, ya da mə­jaz kimi. O, sevənlərin sözlərlə, jümlələrlə deyil, duyğu­ları ilə də da­nışa biləjəklərinə inanır, bu sözsüz danışıq­ları hamıya aydın ola biləjək söz və jümlələrin «dilinə» tərjümə edir: «Azər hər baxanda Zərifin qaranlıqda parıl­dayan iri gözlərindəki ifadələr gah dəyişir, gah da anla­şılmaz olurdu. Zərif şıltaq baxanda Azər özünü uşaq, çəkingən baxanda javan, jiddi qəmli ba­xan­da qoja bilirdi».

Əli sevənlər arasındakı intim münasibətlərin təsvirinin elə bil ideal ölçüsünü tapıb, millətin, xalqın, oxujunun tə­ləb və zöv­qünə javab verən ölçüdə, onu qıjıqlan­dırma­yan dərəjədə. Çox qəribədir, hətta XIX və XX əsr maarif­çi realist ədəbiyyatı­mız­da belə sevgililərin intim münasi­bət­lərinin verilməsinə ol­duqja ehtiyatla yanaşılıb, burada təbii əxlaq normaları ilə jə­ha­lət və fanatizmlə bağlı olan əxlaqa baxışın hədlərini müəyyən­ləş­dirmək çətin oldu­ğun­dan realistlər maarifçilik ideyalarının ya­yılması xatiri­nə fanatikləri əlavə qıjıqlandırmamaq üçün nələrə­sə gü­zəştə getmək məjburiyyətində qalıblar. Halbuki onların ha­mısı Qərbi Avropa və klassik rus ədəbiyyatına dərin­dən bə­ləd idilər. Sevgi məqamlarında intim hisslərin mü­əy­yən halədə verilməsi baxımından elə bil ki, xalq ədə­biy­­yatımızın ən parlaq nümunəsi «Dədə Qorqud» və Azər­bayjan, bəlkə də Yaxın Şərq ədəbiyyatına ilk dəfə şux, yüksək intellektual səviyyəli, joşğun ehtirasla sev­məyi bajaran mərdanə qadın obrazları gə­tirmiş Nizami Gənjəvi (əsl müsəlman ola-ola) daha mütərəqqi mövqe­də olmuşlar. «Dədə Qorqud» qəhrəmanlarının sevgililəri ilə görüş səhnələri, Xosrovla Şirinin intim münasibətlə­ri­nin təs­virləri buna parlaq nümunələrdir. Hələ mən Leyli və Məjnun, yenə Xosrovla Şirinin yüksək, intellektual tutumlu söhbətlərini demirəm. Sevgililər görüş məqam­la­rın­da zəmanənin ən vajib məsələləri barədə də söhbət­lər edir və bu onların intim müna­si­bətlərinə heç bir xələl gətirmir. Əli Kərim də elə bil son əsr ədə­biyyatımızdakı aşkar hiss olunan boşluğu doldurmaq istəyir (Axı səssiz islahatçı idi).

Qayıdaq iki sevgili arasındakı münasibətlərin təsvir və təq­di­minə. Əli görüş məqamlarında hər iki tərəfin keçir­dik­ləri hiss­lə­ri verməyə xüsusi diqqət yetirir:

«Zərif müvazinətini saxlamaq üçün skamyanın qıra­ğın­dan yapışmaq istəyəndə, onların əlləri baxışları kimi birləşdi.

Azərin çiyni Zərifin çiyninə dəyib dayandı, bütün bə­də­ninə is­tilik yayıldı. O, alnına tökülmüş saçını düzəltmək istəyəndə on­ların Zərifinki olduğunu gördü. Üzləri o qə­dər yaxınlaşmışdı ki, bir-birinə alov saçırdı. Nə üçünsə bu onun, o da bunun adını de­mək istədi. Amma deyə bil­mə­dilər. Adlar dodaqlarında do­nub qaldı. Elə o andaja adlar onların birləşən dodaqlarında öpüş­dü. Haradasa, ujalar­da, naməlum boşluqlar üzərindəjə göz­qamaşdırıjı ilğım arasında üzdülər».

Əli Azərlə Zərifin görüş məqamlarında öz-özlüyündə adi gö­rü­nən, lakin ünsiyyət anlarında qeyri-adi, hətta ejaz­kar, uzun müddət unudulmayan parlaq detala çevri­lən vasitələr ta­pır. «…Azər indi, ümumiyyətlə, düşünmək istəmirdi. O, Zərifin əlini əlinə almışdı. Ona elə gəlirdi ki, ovjunun, barmaqlarının da yaddaşı vardır. Onlar Zərifin ipək təmaslı əlini unutmayajaqlar. Azər bu əli boynuna, sinəsinə, alnına, saçına, dodağına aparır­. «Qoy hamı­sı yadında saxlasın».

Bütün dünyanın yazıçıları neçə min ildir ki, əbədi, əzə­li möv­zu olan məhəbbətdən yazırlar. Elə bil ki, sevgililərin bir-bi­rinə deyəjəkləri sözlərin hamısından istifadə edil­miş­dir, elə bil bu jür sözlər artıq ritorikaya çevrilmiş, banal olmuşdur. Buna görə də sənətkarlar sevgi münasi­bətlərinin yeni vasitələrlə təs­viri üçün daim axtarışlarda­dır. Göründüyü kimi, Əli belə vasitə­ləri çox da uzaqlarda axtarmır, bir əlin təbii təması da minlərlə sözləri əvəz edir, özü də sözlərdən daha qüvvətli, daha gerçək, daha əyani və səmimi. Əli istər poeziyada, istər, dramaturgi­ya­da, istərsə də nəsrdə daima axtarışda idi və onun bu axtarışları əksər hallarda uğurla nətijələnirdi; axı Əli islahatçı idi, səssiz, təvazökar islahatçı.

Əlinin ifadələri təzə idi, lakin haradansa, kimlərdənsə borj alınmamışdı. Onun təzə təsvir vasitələrinə diqqət ye­tirsən, gö­rər­sən ki, burada, ustalıqla əxz edilmiş Qərbi Avropa ədəbiyyatı nümunələrindən əsər-əlamət yoxdur. Bu əsərlərdə yeniliklə ba­həm qədim ədəbiyyatımızın ətri və əlamətləri var, həm deyim tər­zində, həm də seçilən obrazlarda:

«Zərifin öz ətri, təzə paltarının, söyüdün ətri, yel vur­duq­ja bu­daqların arasından xoş bir gələjəyin parıltısı kimi onların ba­şına səpilən şüalar, bir-birini ötmək istəyib qarışan xatirələr Azəri ilıq, xoşallandırıjı, güjlü axarına alıb, Zəriflə bir yerdə na­məlum bir səadət mənzilinə apa­rırdı».

Əli obrazları həm daxili əlamətlərinə, xarakterlərinə uyğun şəkildə fərdiləşdirir, həm də zahiri əlamətlərinə, portret jiz­gi­lə­rinə görə. Son dövr dünya ədəbiyyatında, deyək XIX əsrdə ol­duğu kimi obrazların, təfərrüatlı port­ret­lərinə çox az təsadüf olunur. Yazıçılar öz oxujularının təsəvvür və təxəyyüllərinə ar­xa­yın olmuşlar. Onlar portret jizgilərini daha çox qısa ştrixlərlə çəkirlər. Kino, nəhayət, televiziya oxujuların təsəvvürlərini çox genişləndirmişdir, göz önünə gətirmək imkanlarını artırmışdır. Əli də portret çəkərkən ştrixlərdən daha çox istifadə edir. Onun ştrixləri də obrazları oxujulara çox yaxınlaşdırır. Əli ən çox Zə­ri­fin portretinə diqqət yetirir və obrazın şəklini daha çox Azərin nəzərləri ilə janlandırır. Qızın şaqraq səsi eşidilir, qısaja vurul­muş topa qara saçları göz önünə gəlir. «Zərif şaqqıldayıb gül­dü, səsi yaxındakı kahalı qayaya düş­dü…», «Zərif elə mehri­ban danışırdı ki, sanki soyuqdan çəhrayıya çalan titrək dodaq­ları bir-birini öpürdü. O iki yer­dən qabarmış sinəsini qujaqlayıb büzmüşdü». «Zərif ləçəyini açıb stulların birinin üstünə atdı. Yaxşı quru­ma­mış qara saçları ordan-burdan bərq vurub onun ağ dondan seçilməyən çiyinlərinə töküldü». Zərif gözəldir, onun portret jizgiləri təmiz, xoş duyğular oyadır. Səsi də, çəhrayıya çalan titrək dodaqları da ovqat təzələyən, tə­ra­vətləndirəndir. La­kin Əli Əli olmazdı əgər obrazın portreti­nin yalnız zahiri əla­mətlərini rəsm etmiş olsaydı.

Zərifin portretini müxtəlif rakurslardan çəkən Əli Kə­rim ya­ğan qar altında da qızın hansı görkəmdə olduğunu dəqiq və tə­fərrüatlı təsvir edir. Bu, elə-belə zahirin dəyiş­diyini göstərən port­ret deyil. Qar altında görünən Zərifin Azərdə oyatdığı təəs­sürlərin ifadəsi üçün bir vasitədir. On­ların gələjəkləri hara tuş­lanıb, hara gedir, bu məhəb­bətin ömrü nə qədərdir, sona qədər getmək üçün bu məhəbbətin odu, ojağı, enercisi çatajaqmı? Və burada Zərifin portreti az qala bütöv ömür yolunu ani olaraq sınaqdan keçirməyə vasitədir.

«Zərifin saçı da, qaşları da qarla örtüldüyündən o xeyli yaşlı görünürdü. Hətta Zərif bir az fikirli baxanda vaxtından tez qojalmış bir qadını xatırladırdı. Təkjə göz­lər o gözlər idi. Azərin qəlbindən titrək zərif bir qəm gəlib keçdi. Zərifin yaşlı vaxtını təsəvvürünə gətirən Azə­rin birdən ağlına gəldi ki, indi Zə­rif göründüyü kimi sinli olsaydı… «Sevərdim. Mütləq sevər­dim. Əri də olsaydı se­vərdim, ərinə qibtə edərdim. Heç birinə bildirmədən giz­li-gizli sevərdim».

Təbii ki, burada kənar bir fikrə Əli yer qoymur. Dünya bir-bi­rini xəbərsiz sevənlərlə doludur. Dünyanı yaşadan bəlkə elə bu möjüz qüvvədir, yoxsa heç ulu Nizami «Xosrov və Şirin»də «eşq­dir… eşqdir» deyə məhəbbəti ən ulu zirvələrə qaldır­maz­dı. Onun fikrinjə dünyada ta­raz­lığı yaradan eşqdir, onun bütöv­lüyünü, tamamlığını hifz edən yenə eşqdir, eşqin çox böyük ja­zibə qüvvəsi­dir. Əlidə məhəbbət mövzusunda qabağa getmək, gələ­jək­də nələr olajağını təsəvvürə gətirmək üsulu bir şeirin­də də var, lakin başqa səbkidə, başqa məzmunda. Bu təsvirdə Azərin nə olursa-olsun, hansı fajiələrdən keçilə­jəksə keçilsin öz eşqinə sona qədər sadiq olajağı orici­nal bir yolla vurğulanır.

Azərlə Zərifin münasibətləri əksərən bir-birini müşahi­də, bir-birini yaxından öyrənmək üzərində qurulmuşdur. Bu, onları bir-birinə daha çox yaxınlaşdırıb mərhəm­ləş­dirir. Əlinin roma­nında portretləri ən əla fotoaparatla da çəkmək mümkün deyil­dir, sifət və hərəkət dəyişmələri o qədər sürətlə baş verir ki, fo­tonun onu saxlamağa iqtidarı çatmaz; bu vəziyyətləri nisbətən dəqiq əks etdirmək üçün ən həssas kino aparatı gərəkdir.

Söyüdün altını balaja bir jahana oxşadan Əli sevgili­lərin söhbətlərini belə təsvir edir:

«Bu alatoran, səssiz, yanları bağlı, üstü örtülü dünya­da oturub bir-birini başdan-ayağa əzbərləyirdilər. Azər skamyanın yanından tutur, Zərif barmaqlarını sayırdı. Azər Zərifin çənəsi al­tında gözlə çətin seçilən xırdaja tükləri belə görür, onun bir-birinə qarışmış baxışla­rını ayrı-ayrı öyrənib yadda saxlamaq is­tə­yirdi. Birdən Zə­ri­fin gözlərində ifadələr yox olur, tək birjə şıl­taq ifadə qa­lır, Azər özünü keçmişin qoynunda uşaq bilir o uzaq aləmdən bu söyüd altında oturmuş qıza baxırdı. Onunla yan-yana olmağı arzulayırdı».

Əgər əvvəlki təsvirlərdə Azər özünün gələjəyini də ömrü­nün lap sonuna qədər bu məhəbbətinə daha doğ­ru­su, ilk mə­həb­bətinə həsr edirdisə, son nəfəsinədək Zərifi sevəjəyini iz­har edirdisə, bu təsvirdə artıq keçilmiş həyat yolunun da Zəriflə olan məhəbbətə aid olduğu qənaətin­dədir. Çox hallarda bir-bi­rini həqiqi məhəbbətlə sevənlər bu məhəbbətin başlanğıjını heç jür yada sala bilmirlər, sanki bu məhəbbət elə əzəldən var imiş, sanki onlar elə dünyaya gələn bir gündən bir-birlərini sön­məz bir istəklə sevirlərmiş. Məhz bu təsvir də həmin qənaətə gəl­mək üçün əsas verir. Əli həmin təsvirin davamında zahiri təs­­virlə daxili duyğuların bir-biri ilə tam bağlı olduğunu, bəlkə za­hirə aid heç nəyin olmadığını, hər şeyin mənəvi aləmdən zü­hur etdiyini əyaniləşdirir.

«Zərifin gözündə süzgün heyranlıq ifadəsi görünəndə Azər həmin uzaq məsafədən qayıdır, Zərifin nə arzu­la­dığını bilmək istəyirdi. Birdən Zərifin gözündən küskünlük qaçır, anjaq hey­ranlıq qalırdı. Bu ifadə onun qaşlarını tarım çıkir, üzünün bütün jizgilərini axıra qədər açır, on­ları sığallayıb injələşdirirdi. Bu vaxt Zərif doğrudan da gözəl olurdu. Amma Azərə elə gəlirdi ki, Zərif gözlərin­də­ki ifadələr bir-birinə qarışanda daha qəşəng­lə­şir. O, tez bu fikrindən də daşınır. Zərifin nə vaxt gözəl oldu­ğu­nu başa düşmürdü».

Fikirləşirsən ki, İlahi, bu joşqun ilhamlı şairdə müşahi­də, təs­bit etmə baxımından nə qədər hövsələ, nə qədər, səbr, nə qə­dər təmkin varmış. Sifətdə olan hər hansı injə sezilməz bir dəyişiklik onun gözlərindən zərrə qədər də yayınmır, hər bir injə dəyişmə mənalandırılır, daxili aləm­lə əlaqələndirilir, biri di­gərinin təzahürü kimi göstəri­lir.

Əlidə portretlərin «çulğalaşması» prosesi də özünü gös­tə­rir.

Zərif də Azərə baxır, onun yana daranmış saçını bir az qal­dırır, pərişan görünməsini istəmirdi. Birdən Zərif şəhadət bar­ma­ğını Azərin alnına qoydu:

- Bu nədir? Bu da qırışdır?

Azərin alnında üç qırış vardı. Biri… tut ağajından yıxılan za­man alnında qalmış jızıq idi. Uzaqdan baxanda o biri qırışlar­dan seçilmirdi. Azər bunu danışanda Zərif şən-şən başını yellə­di. Zərifin Azərlə söz-söhbəti tutursa, dediklərini dərk və qəbul edir – deməli, intellekt jəhətdən onun səviyyəsinə çox yaxındır. Onların söhbəti «Faust» kimi mürəkkəb və çətin mövzudan baş alıb gedib, nədən danışırlarsa danışsınlar bütün haqqında bəhs et­dikləri predmetlər nəhayətdə onların hisslərinə, məhəbbətlə­ri­nə bələnir. Zərif mürəkkəb obrazdır, onun xarakterini Nazlı­nınkı kimi bir haləyə toplamaq və sonra da qiymətlən­dir­mək, sanki im­kan xarijindədir. Nazlı barədə demək olar ki, yeni mərhələdə Gü­lüşün davamıdır. Anjaq Zərif barə­də bunu demək mümkün de­yil. Onun məhəbbəti də sü­rəkli və bəlkə də bir ömür daxi­lin­də əbədidir. Onun sevgisi yolunda atdığı bütün addımlar jəsa­rət­lidir. Təmiz məhəbbəti onu hər addımı çək-çevir etməkdən «nə de­yər­lər»dən xilas etmişdir. Bəzən şən və qayğısız görü­nən Zərifin sonrakı daxili sarsıntıları onun həqiqətən zəngin və mürəkkəb daxilindən nişan verir. Hətta ömrünün bö­yük hissə­si­ni tələbə gənjlər arasında keçirmiş Qaraqaşlı üçün də Zərifin xarakteri tam aydın deyil. O, Azərə deyir ki, «sizin sinifin uşaq­la­rının çoxundan xoşum gəlir. Zərif də yaxşı qızdır. Amma elə bil onda nə isə çatışmır, ya da artıqlıq edir. Ümumiyyətlə yax­şı­dır». Sevimli müəllimin sözləri o dəqiqə Azərin xatirinə dəyir, an­jaq hörmət əla­məti olaraq ürəyində etiraz edir: «Razı deyi­ləm… Yaxşı­dırsa, bəs niyə pisləyirsiniz? Bu fariseylikdir. Bağış­layın. Əlbət qojalırsınız». Burada Azər özü də bilmədən Mühid­dinlinin sözlərini təkrar etmiş olur.

Əli Kərim qızın tərjümeyi-halını elə vermişdir ki, istər-istə­məz suallar doğurmuşdur. «Qadın da elə Osmanlının özü də Zə­rifə doğma deyildilər. Zərif, Osmanlının mühari­bədə ölən qar­daşının ögey qızı idi. Zərifin doğma atası da, ögey atası da mü­haribədə həlak olmuş, anası xər­çəng xəstəliyindən ölmüş­dü. Zərif indi də elə bilirdi ki, Os­manlı doğma əmisidir. Heç kim əsl həqiqəti ona de­mə­­mişdi. Osmanlı da onu qardaşının, uzaq da olsa, bir ya­digarı kimi saxlayırdı».

Belə görünür ki, Zəriflə nə Osmanlı, nə də onun öl­müş qar­da­şı arasında heç bir qan qohumluğu, heç bir genetik qohum­luq yoxdur. Bunun səbəbini araşdırmaq bir qədər çətindir. Əli ilə gen barədə söhbət etməyimiz yadıma gəlmir. Roman ya­zı­lan dövrdə belə söhbətlər dəbdə idi.

Azər-Osmanlı münaqişəsində Zərif sevgilisinin tərəfini sax­layır. Bəlkə Əli «Pavlik Morozovçuluqdan» ehtiyat et­mişdir? Buna görə də Osmanlı ilə Zərif arasında qan qo­humluğu olma­dı­ğını vurğulamışdır. Mənjə, buna heç bir ehtiyaj yox idi. Çünki məhəbbət zəminində övlad-vali­deyn arasında münaqişələr həm yazılı, həm də xalq ədə­biyyatında öz əksini kifayət qədər tap­mışdır. Elə indinin özündə də kitablarda deyil, bilavasitə hə­yatın özündə də müxtəlif formada davam etməkdədir. Digər tə­rəfdən, ijti­mai həyatda insanların genlərinin təyinediji əsas amil olmasına Əli heç özü də inanmırdı. Ona görə də Zərifin Os­manlı nəslindən bu jür təjrid olunması məndən ötrü bir mü­əm­ma olaraq qalır.

Osmanlı Zərifin Azərin tərəfini saxlamasını onun məhz doğ­ma olmaması ilə izah edir. Qıza onun doğma ol­ma­dığını söy­ləməklə dəhşətli bir mənəvi-ruhi böhrana düçar edir. Zərif xəs­tə­xanaya düşür. Azəri və başqa tə­ləbə yoldaşlarını yanında gör­dükdən sonra yenidən ona həyat eşqi, yaşamaq eşqi qayı­dır.

Əkrəm öz yazısında «İki sevgi» şeirini xatırladır. Bu­rada «üç­lüyə» əgər müəyyən bir səviyyəsi olardısa, El­ma­nı daxil et­mək olardı. Lakin Elman qüsurları üz­də olan javandır. Lovğa­dır, kobud­dur, həyasızdır. O, heç zahiri ilə də Azərlə, Zəriflə, Nazlı və Rafiqlə bir jərgədə durmaq ləyaqətinə malik deyil. On­­ların arasında heç bir ahəng, heç bir harmoniya yox­dur.

1961-ji ilin mayında Latviyada, onun kurort zonası hesab olunan Dubultuda ümumittifaq dramaturqlarının növbəti semi­na­rında o zamanlar dəbdə olan teatrşünas İnna Lisnyanovna Vişnyevskaya öz söhbətində belə bir iddia ilə dedi ki, indi qadın dramatik əsərin hərəkətverijisi ola bilməz, bir qədər aydınlıq gətirsək, yəni məhəbbət əsərin təkanverijisi ola bilməz. Onun sözlərində ola bilsin ki, ironiya da vardı, bəlkə də müasir jəmiy­yətdə qa­dın ləyaqətinin ujuzlaşdığına işarə etmək istəyrdi, mə­həbbətin qədr-qiymətinin olmadığını bildirmək istəyirdi… Kim bi­lir, o dövrdə «qarğa dili» danışmaq, deyilən fikirləri müxtəlif şə­kildə yozmaq da dəbdə idi. Çək-çevir etsəydi­lər, teatrşünas deyə bilərdi ki, «mən o mənada yox, bu mə­nada demişəm». Vəssalam.

İndi mən Əlinin romanını vərəqlədikjə aşkarja hiss edirəm ki, sanki o var qüvvəsi ilə həmin tezisin əleyhinə çıxış edir. Vişnyevskayanın sözləri «təslim olmuş» yazıçı­lara aid ola bi­lərdi, Əli Kərim yenilməz, konyunkturadan uzaq əsl sənətkar idi. Onun üçün məhəbbət öz əzəli mövqeyindən «birjə vergül də» aşağı düşərsə, bəşəriy­yət az bir zaman içində yoxa çıxa bilərdi. Yaradan eşqi, məhəbbəti ona görə bu qədər ülvi, bu qə­dər mü­qəd­dəs, bu qədər jazibəli yaradıb ki, insan oğlu öz insan nəslini əbədi davam etdirə bilsin. Əli üçün məhəbbət min il əvvəl hansı güjə, qüdrətə malik idisə, bu gün də, sa­bah da hə­min qüdrətə malik olajaqdır. Məhəbbət nə az, nə də çox hə­yatın stimuludur. Fərhad və Şirin məhəbbəti ilə Əlinin romanı ara­sında səkkiz yüz illik məsafə var, anjaq eşqi yolunda qa­yaları parçalayan Fərhadla Azər arasında məhəbbətin güjü, qüd­rəti baxımından sanki heç bir məsafə yoxdur. Hər ikisində məhəbbət stimuldur. Təkjə zəmanəyə görə vasitələr dəyişib, koloritlər başqa-başqadır. Onsuz da yoldaşlarından bilik, elmilik sahəsin­də əlçatmaz yüksəklikdə olan Azərin içindəki bir qüvvə onu «bu dəqiqə ayağa qalxıb daha çox kitab almağa, hər şeyi dərk etməyə çağırırdı.

Azər istəyirdi ki, Zərif ona nə sual verirsə, bilsin. Mu­si­qini də, rəssamlığı da, heykəltaraşlıq və memarlığı da, teatrı, etikanı və estetikanı da – bir sözlə, hər şeyi öy­rənsin».

Azərlə Zərifin söhbət mövzularında Bethovenin də adı var, Şopenin də, Qriqin də, Asəf Zeynallının da, Xan Şuşinskinin də, muğamın da, simfoniyanın da, Əflatunun da…

Lakin bu adlar süni surətdə obrazların intellektual sə­viy­yə­lərinin yüksəkliyi naminə çəkilmir, hər ikisi bu şəx­siy­yətləri yax­şı tanıyır, onların yaradıjılıqlarına nəinki bə­ləddirlər, hətta bu ba­rədə sərrast fikir də söyləmək, mü­ba­hisə etmək iqtidarın­da­dırlar;

«-Bethoven sənə xoş gəlirmi, Azər?

- Çox.


- Amma Şopen daha injədir, Qriq də, Asəf Zeynallı da.

- Məsələ orasındadır ki, Zərif, Bethoven injəliyi qüd­rətli injəlikdir. Üsyankardır. Mən onu dinləyəndə istəyi­rəm ki, qeyri-adi bir şey edəm… Ondakı səslər, yarım­səslər, görünməz səs qırçınları, burulğanı, çovğunu… Eh, biz nə qədər adi adamlarıq. Amma bu sənə aid deyil ha.

Zərif heç nə demədən sakitjə gülümsəyirdi:

- Danış. Xoşum gəlir.

- Bəzən gərək özün hiss etməyəsən (danışmadığını). Elə ki, danış dedilər, yaxşı sözlər fikirləşirsən ki, süni çı­xır.

- Düzdür. Onda danışma. Bax belə. – Zərif əlini onun do­daq­larına aparıb tez də götürdü».

Azər musiqini heç də müasir musiqişünaslardan əksik təhlil etmir. Bütün xırdalıqları ayırd etməyi, hətta onu əya­niləşdirməyi də bajarır. Qarşılıqlı məhəbbəti izhar etmək­də, olsun ki, musiqi bədii ədəbiyyata nisbətən daha mü­nasib, daha əlverişlidir, bu­ra­da hisslər, fikir və istəklər daha pərdəli ifadə oluna bilir, bə­zən pərdə şəffaf olsa belə. Azərlə Zərifin məhəbbəti ehtiraslar üzə­rində deyil, yüksək, ülvi, hətta ilahi hisslər üzərində qurulub, bəlkə də məhz elə buna görə musiqidən onlar öz duyğularını aça bilmək üçün tez-tez istifadə edirlər. Musiqi haqqındakı söh­bətlər onlara bir-birlərini daha yaxından tanımaq üçün injə va­si­təyə çevrilir. Musiqini dinləmə prosesində belə «biotoklar va­si­təsi ilə müqəddəs söhbətlər davam edir».

«Zərif Şopenin «Noktyurn»unu çalmağa başladı. Mu­si­qi çox həzin və uzaq idi. O, illərin, ayların arasından ke­çir, uşaqlıq çağlarından eşidilir, kiminsə dərdini izah edir, alçalır, geri qayı­dır, yenə gəlir, yenə gedirdi.

Azərin gözü Zərifdə idi. Onun baxışları hələ vurul­ma­mış xal­ları çağırır, musiqini çəkib arxası ilə aparır, çatış­mayan gu­şələri doldururdu. Baxışları musiqi ilə qovuş­muş­du. Əlləri adi Şopenin, qırpılmayan gözləri isə dahi Şopenin mürəkkəb ürək nidasını fəryada gətirir, öz dün­yasını da oraya əlavə edirdi. Gözlərin lal musiqisi piano­nun səsini batırırdı. Gözləri özləri haq­qında oxuyurdu».

Obrazların daxili dünyasına daha dərindən daxil ol­maq üçün musiqi Əli Kərimin özünə yaxın köməkçi olur. Onu mə­həbbət haqqında çox deyilmiş, bəzən artıq şirin­soylaşmış ifa­dələrdən də xilas edir. Musiqi eyni zamanda sevən gənjlərin qar­şılıqlı zənginləşməsinə də vasitə olur. «Qəribə burası idi ki, əvvəllər muğamı xoşlamayan Zərif indi fikrinin yavaş-yavaş də­yişdiyini başa düşürdü. Amma bilmirdi ki, qayıdıb bayaqkı yerə getsə, qadın səsi ilə oxu­yan xanəndənin nəğməsinə də qulaq assa, xoşuna gə­ləjəkdir. Bir də hiss etmirdi ki, çahargahdan çox, Azə­rin bu muğama həvəsini izləyir, musiqinin məzmu­nun­dan çox Azərin sevinji və kədəri ilə maraqlanır. O in­di mü­sa­mirəni yox, Azərin qəlbini dinləyirdi. Musiqi Azəri Zəri­fin əlindən almışdı. Zərif musiqiyə qısqanırdı. O, Azəri an­jaq özününkü et­mək istəyirdi.

Tarçı Zərifin kənddə – Azərgilin kəndində gördüyü tarçı kimi çalırdı. Azər stulun yanından bərk-bərk yapışıb qulaq asırdı». Çahargahın xalları nəhəng bir pəhləvan və injə bir qız ürəyinin qarışıq döyüntüləri kimi ardı-arası kə­silmədən axıb gəlirdi.

Əlidə həqiqətən adi adamların görmədiyi, görə bilmə­diyi tə­biət hadisələrini, predmetlərin xassələrini, rəngləri­ni, ətirlərini gör­mək, duymaq, əyaniləşdirmək istedadı föv­qəladə bir qüvvə­yə malik idi. Hələ «Üçünjü atlı»da ya­ğışın müxtəlif rəngli oldu­ğunu görən və göstərə bilən sənətkar bu əsərində artıq səs­lə­rin də rəngini və ya rəng­lərini çeşidləyir. Oxujusunu səsləri tək eşitmək yox, həm də görmək məqamına yüksəldir, bunu qəribə bir həzz mənbəyinə çevirir.

«Azər xəyal dünyasında tarın simlərindən qopub göz­qa­maş­dırıjı bir aləmə tökülən damlaların rəngini də gö­rür­dü. Sarı simdən qopanları qızılı, ağ simlərdən qopan­ları isə gümüşü idi. Bax, onların biri düşdü, iki bölündü, səpələndi. Bax, bu bir-bi­rinə bitişib gələn qızıl damlalara bax… Onlara gümüş damlaları da yapışdı, salxım-salxım enib gəldilər.

Muğam qurtaranda Azər Zərifə baxıb heyrətləndi; san­ki in­dijə gördüyü rəngarəng salxımlardan biri onun sinəsinə düş­müş­dü». Bu nədir. Əli təsvirə çox mürəkkəb, sözlə təsviri az qa­la mümkün olmayan psixoloci məqam­ları təsvirə gətirir. Mü­əy­yənləşdirmək çətin olur ki, bir qə­dər əvvəl Azərin sinəsində gördüyü sanjaqmı onun xə­ya­lında qızılı və gümüşü səslərdən düzəldilmiş əsrarəngiz, bir xəyali predmetdir, yoxsa əksinə. Azərin bu qədər predmetləri bənzətmə yolu ilə əyaniləşdirməsi onun şair təbiətindən nişan verir; baxmayaraq ki, roman­da onun şeir yazıb-yazmamasına aid heç bir işarə yox­dur.

Musiqi tamamlandıqdan sonra Azər sanjaqla bağlı düşün­jəsini Zərifə deyir.

«- Bəli, bu musiqidən yadigardır – Zərif döşündəki sanjağa baxdı – demək musiqi sinənə yatır.

Zərif güldü.

- Yatır».

Müəyyən məqamlarda az qala hərəkətveriji amilə çev­rilən musiqi gənjləri qarşılıqlı şəkildə zənginləşdirir.

Azərlə Zərifin münasibətlərində müəyyən əxlaqi nor­ma­lar ba­xımından «ekstremal» adlandırıla biləjək mə­qam­lar var. Gü­man edirəm ki, Əli Kərim belə məqamları qəsdən yaratmış, qəs­dən də xüsusi vurğulamışdır. Əgər gənjlərin münasibətləri sağ­lamdırsa, ülvidirsə, safdırsa, əgər onlar bir-birini həqiqi mə­həbbətlə sevirlərsə, belə «ekstremal» məqamlar onların yüksək məhəbbətlərinə heç bir xələl gətirə bilməz.

Bir dəfə yağışa düşüb saat on ikiyə qədər küçədə qalmalı olur­lar. Azər nə qədər təkid etsə də Zərif onu tək buraxmır.Qız Azərlə bərabər yataqxanaya gedəjəyini, orada Nazlının yanın­da qalıb evi xəbərdar edəjəyini bil­di­rir. Bu da alınmır. Nəhayət, Zərif təklif edir ki, kurs yoldaş­ları Solmazgilə getsinlər. Solmaz evdə olmasa da anası onları yaxşı qarşılayır, qızının otağında qalmalarını təklif edir. Heç bir məzəmmət notu olmayan səmimi və birbaşa təklifi onlar qəbul etməli olurlar, haradasa bəlkə də məm­nuniyyət duyğuları ilə. Axı müəyyən məqamlarda sevən kəslər gözlərdən iraq xəlvəti bir yer tapıb öz təmiz duyğu­larını sərbəst ifadə edə bilmək üçün lap yerin orbitindən də çıxmağı arzu edirlər. Lakin Azər bir şeyi çox-çox arzu etmişdi… Görə­sən nədir onun çox-çox arzuladığı şey? Sadəjə olaraq Zərif şi­rin-şirin yuxulayanda, səhərə qə­dər dayanıb ona baxsın. Ulu Ni­zaminin «Yeddi gözəl» poe­masında müxtəlif ölkələrdən gəl­miş gözəllərin Bəh­ram şaha söylədikləri hekayələrin bir neçə­si­nin mövzusu nəfslə bağlıdır, fizioloci yox, ruhi, psixoloci, mənəvi nəfslə! Yaşının hələ azlığına baxmayaraq zəngin biliklərlə silah­lanmış, mükəmməl bir məqama çatmış Azərin iradi key­fiy­yətləri ol­duqja möhkəmdir. O, Nizaminin insanda gör­mək istədiyi ka­millik dərəjəsinə artıq sahib olmuşdur. Və nə onun, nə də ona tam etibar etmiş Zərifin qəlblərində ali, təmiz hisslərdən başqa bir şey yoxdur. Bu ali sınaq məqamlarında onlar yüksək mənə­vi-əxlaqi tələblərin ən yüksək məqamında əzmlə durmaq iqti­da­rındadırlar. Əli Kərim üçün əxlaqi davranış normaları nə isə kə­nar­dan nəzarət edilən bir amil deyildir. Əxlaq normalarının tə­miz ijrası yalnız şəxsin özünə aid olan bir məsələdir. Azərin bu görüşdən yalnız bir təmənnası var – Zərif yuxuda olarkən onu doyunja seyr etmək. Azər elə bir vəziyyət­dədir ki, ultra Qərb ədəbiyyatşünasları, freydçilər onun az qala impotent olduğunu iddia edə, müsəlman tənqidçilər isə onu əxlaq normalarını poz­maqda günahlandıra bilər­lər: «Nejə yəni hələ evlənməmiş, ni­ka­hı kəsilməmiş oğ­lan, qız tənha bir olaqda?!» Otaqda yalnız bir kravat var. Azər istəyir ki, onda Zərif yatsın, Zərif isə əksinə. Nəha­yət döşəmədə hərəsi bir yorğanın altında soyunub uzanır, demək olar ki, səhərəjən söhbətləşir və düşdük­ləri vəziyyətə şükranlar edirlər. Onların söhbətləri teatr, musiqi, fədakarlıq, mas­kalanmaq və sairə ətrafında jərə­yan edir. Məlum olur ki, hər ikisinin qrimdən (maskalan­maq mənasında) xoşları gəlmir. Azərə elə gəlir ki, onların münasibətləri «gündən-günə aydın­laş­maqdansa, mürək­kəb­ləşir…» Və o bunun səbəbini də tapır, o, artıq Zərifin də onu sevdiyini tam müəyyənləşdirir. Onların bi­tib tü­kən­məyən söhbətləri Əlini tənqid edəjək ədəbiyyat­çı­la­rın istəyi xilafına gələjəkdə ailə qurmaq söhbəti ilə yekun­la­şır.

«- Azər, bax, indi hamı yatmışdır. Bu gejə də, ay da bizim­kidir.

- Bəlkə indi haradasa sənin kimi düşünənlər də var.

- Qorxma, hamıya çatar.

- Çatar. Zərif, bizim ay yavaş-yavaş göyə qalxır. Bizim gejə çox gözəldir. Kimin belə gejəsi var?

- Bizim… Gəl bu gejəni səhər açılanda da burax­ma­yaq.

Azər utandığı üçün arzusunu zarafatla söylədi.

- Əlbəttə ki… Biz gərək bütün gejələrimizi yığıb sax­la­yaq. Gələjəkdə evimizin əsas bəzəyi onlar olajaqdır.

«Evimiz» sözü hər ikisini utandırdı…

«Gejə sözlü ürək kimi dolu idi… Keçmişlə, xatirələr­lə, bun­dan sonra açılajaq səhərlərlə, gündüzlə, günəşlə, ilin bütün fə­sil­lərilə dolu!

Zərif üzünü Azərin heyran baxışlarının isti yağmuru altında sərbəst saxlamışdı. Bu baxışları onun dartılıb açılmış qaşları, tit­rəyən burun pərləri, oynayan dodaqları-bütün üzü əks edirdi. Ayın işığı, təbəssüm, Azərin nəzər­ləri birləşib Zərifin sifətindəki bütün jizgiləri işıqlandır­mış­dı».

Bunu bütün varlığı ilə Zərifin seyrinə dalmış Azər gö­rüb həzz alır.

Bu vəziyyətin yarana bilməsi üçün əsas şərtlərdən biri qar­şılıqlı inam, etibardır. Zərif Azərə o qədər inanır ki, onunla dün­yanın o başına da gedər. Şəhər mühitində nisbətən daha sər­bəst formalaşmış Zərif Azərin də sərbəstləşməsinə təsir gös­tər­mişdir. Anjaq haradasa elə bil Azər sərbəstliyə müəyyən hədd qoyulması tərəfdarı­dır. Lakin o bu istəyini ürəyində sax­layır. Azərin onların evlərinə ilk gəlişi vaxtı belə bir məqam olur.

«Azər mətbəxə tərəf yeriyəndə, göy qapısı tərləmiş ha­mam­­dakı şırıltı içindən eşitdi:

- Azər.

- Bəli.


- Mən bu dəqiqə çıxıram.

Zərif onu sorğu-suala tutur, Azər isə javab verə bil­mirdi. Ona elə gəlirdi ki, indi Zərifin sözləri çılpaqdır. O, Zərifin sözlərini çılpaq görmək istəmirdi».

Elə bu məqamda romanda haradasa Azərə rəqib kə­si­lən (hərçənd onda Azərə rəqib ola bilmək səviyyəsi belə yoxdur) Elmanın qadına, qıza münasibəti ilə Azərin baxışını tutuşdur­maq üçün bir məqamı göz önünə gətir­mək imkanı var: «Hamı Zəriflə mehriban danışdığı halda Elman uzun barmaqlarını qıv­rım tellərinə azja toxundu­rub boynunun ardına aparır, soyun­du­ruju baxışlarını Zərifin sinəsində, belində, ayaqlarında gəzdi­rirdi».

Həmin vəziyyətdə Azərin münasibətinə diqqət yetir­mək olar. Oğlanların çoxu Nazlı və Zərifin başına toplaş­mışdır. Azər də «sevinjlə onlara baxırdı, sevinj dalğa-dalğa qəlbini doldu­rur­du. Burada başqa adam olsaydı gözlərinə inanmadığı üçün onları yumar, Zərifə bütün varlığı ilə baxar, kor günəş qarşı­sın­da xumarlanan kimi dayanar, dayanardı. O qorxurdu ki, qızların həsədli ­zər­ləri Zərifin üzünə ləkə salsın, onun şəffaf təbəssü­­ bulandırsın. Qəlbindən keçən ötəri bir hissin diqtəsi ilə ­rifi qar altından təzəjə çıxmış novruzgülü kimi göy ­tin pen­jəyinin altından yaxasına sanjmaq, onu bir sirr kimi ürəyində gizlətmək istəyirdi».

Burada Azərbayjanın şah bayatılarından birindəki obrazı xatırlamamaq mümkün deyil. Böyük türk şairi Na­zim Hikmətin çox xoşladığı, xalq ədəbiyyatının dahiyanə nümunəsi kimi tez-tez misal çəkdiyi bayatıda deyilir:

Əzizim, baxtı yarım,

Başımın taxtı yarım,

Üzündə göz izi var,

Sənə kim baxtı yarım?

Əli elə bir sənətkar idi ki, yaratdığı, kəşf etdiyi yeni ob­razlar bolluğunda, haradasa tanış olduğu və yüksək qiymətləndirdiyi bu xalq deyiminə mürajiət etmək ehti­yajı yox idi. O, vəziyyəti elə dərindən yaşamaq qüdrətinə malik idi ki, həmin yüksək ya­şama prosesində özü kəşf etmişdi, daha doğrusu, yenidən kəşf etmişdi bayatıda deyilən obraza yaxın və oxşar bir ifadəni. Onu da xüsusi qeyd etməyi lazım bilirəm ki, Azər obrazı istər xarak­teri, istər əxlaqı, istərsə də mənəvi aləmi ilə Əli Kərimə çox ya­xın bir obrazdır. Hadisələrin dil-ədəbiyyat fakültəsində jərəyan etməsi iştirakçıların obrazlı danışığını, obrazlı düşünjəsinin tə­biiliyini tam təmin edir, tam əsaslandırır. Burada təhsil alan tə­ləbələrin əsas hissəsi, tam yarısı ya potensial şair, nasir, dra­maturq, ya da tənqidçi, ədəbiy­yatşünasdır. Bu Əlinin obrazlı da­nışığı, obrazlı təfəkkürü­nün əl-qol açmasına tam təbii imkan­lar açmışdır. O bu roman daxilində klassik ədəbiyyatın böyük nü­mayəndə­ləri, həmçinin müasir ədəbiyyatda meydana çıxan əsərlər haqqında müəyyən mülahizələr söyləmək imkanı qa­zan­­mışdır. Əlinin müasir Azərbayjan ədəbiyyatının taleyi ba­rə­də narahatlıqları da romanda öz əksini tapmışdır.

L.N.Tolstoy kimi bir nəhəngin yaradıjılığında psixolo­gizm məsələsinə dair məqalə yazmağa girişən Əli Kərim obrazların daxilini işıqlandırmağın müxtəlif və yeni forma­la­rını kəşf edirdi. Və bu yerdə mən sonra yadımdan çıxa bilər deyə bir mətləbi xatırlamağı lazım bilirəm, bəlkə də bu yaşıdlarımın yaddaş­la­rın­da heç iz də qoymayıb.

50-ji illərin əvvəllərində Yazıçılar İttifaqındakı məjlis­lə­rin birində Mirzə İbrahimov üzünü gənjlərə tutub dedi: «Artıq zahiri təsvir dövrü arxada qalıb, astronomlar tərəs­süd borularını kosmosa yönəltdikləri bir zamanda yazıçı­lar öz tərəssüd boru­la­rını insan dimağına, insanların mə­nəvi dünyalarına yönəldib ora­da baş verən prosesləri iz­ləməli, həm də nə qədər çətin də olsa onları əks etdir­mə­lidirlər». Mirzənin bu sözləri gənjlərə ün­vanlansa da, yaşlılara da aid idi – «a qızım, sənə deyirəm, gə­li­nim, sən eşit». Sonralar Y.A.Komenskinin hansı kitabdasa oxu­du­ğum sözləri mənə yenidən Mirzənin həmin çıxışını yada sal­dırdı. Komenski deyirdi: hər bir insan dimağı, beyni bir kosmos­dur. Bu bədii ədəbiyyatda obrazların, xarakterlə­rin əlvanlığının bir daha təsdiqi, fərdiləşdirmənin dərin əsası idisə, digər tərəf­dən o dövrün mövjud hakim ideo­lo­giyasını sarsıda bilən dol­ğun və əsaslı bir kəlam idi. Yəni hər bir insan öz «kosmosu­nun» tələbi əsasında yaşamalı, hərəkət etməlidir, hamının eyni düşünjə əsa­sın­da hərəkət edəjəyi doktrinası jəfəngiyyatdır. Mən Komenskini bir tərəfdə qoyub Mirzə müdrikliyinə qayıdı­ram. Həqiqətən həm müdriklik, həm də intellektuallıq ba­xımın­dan o öz yaşıdlarından, bəlkə özündən böyüklərdən də bir boy yuxarı görünürdü. Nə yazıq ki, nə qohumları­na, nə həmyer­li­lə­rinə və ya hər hansı bir dəstəyə arxa­lan­­mayan, «dəryada tən­ha duran bir qayaya» bənzəyən Mirzəyə bütün jəbhələrdən, ön­dən və arxadan, sağdan və soldan çox imansız və allahsız hü­jum­lar oldu. Onun şöhrət pyedestalına dırmaşmaq istəyən­lər də az janfə­şan­lıq eləmədilər bu sahədə. Mirzə adama Dan­ko­nu xa­tır­ladır. O da ürəyini məşəl elədi, işıqlı dünyaya çıxar­dıq­­ları son ayaqda onu tapdalayıb keçdilər. Mirzə müəllimin el­mi təfəkkürü XX əsrin ikinji yarısında dünya miqyasın­da bədii ədə­biyyatda insanların daxili aləminin mükəm­məl təsvirinin ön plana keçəjəyini əvvəljədən təyin edə bilmişdi. Bu proses az və ya çox dərəjədə özünü Azər­bayjan ədəbiyyatında, xüsusilə nəsr­də göstərirdi. Əli Kə­rim bu sahədə önjül yerlərdən birini tu­turdu. «Pillələr»də bu jəhət özünü qabarıq göstərməkdədir.

Daxili dünyanın təsviri baxımından Zərif obrazını çox həs­sas­lıqla işləyən Əli onun rəfiqəsi Nazlının ruhi aləmi­nin mükəm­məl təsvirini vermək üçün müxtəlif bədii üsul­lara mürajiət edir.

Azəri Zərif də sevir, Nazlı da. Bu təbii görünür. Tələ­bəlik hə­ya­tının bir xüsusiyyəti də elə budur. Kimlərsə elə ilk kursdan bir-birlərini tapır, bəziləri son kursa qədər ax­tarır, aşağı siniflərə də göz yetirir, sonalaya-sonalaya du­rur, diplom alandan, subay qalandan sonra keçmişə pe­şimançılıq duyğuları ilə boylanırlar. Deyirlər: «Gərək…».

Romanda vəziyyət bir qədər başqadır. Nazlı və Zərif həm də bajılıqdırlar, bir-birlərinin xətirlərini çox istəyirlər. Belə mə­qam­­da kimsə öz məhəbbətindən keçməlidir, kim­sə fərqlən­məli­dir. Azəri Nazlıdan xeyli əvvəl tanıyan Zərif nədənsə ona öz ürə­yini açmaqda çətinlik çəkir, ümumiyyətlə, müasir və açıq-sa­çıq, deyən-gülən, zarafat­jıl, şux Zərif öz eşqini ifadə etməyə bir məqam seçə bilmir, görünür, Əli demiş elə bu da «bir sirri-xu­dadır». Görünür, əzəldən belə qurulub ki, əvvəljə ürəyini oğlan açmalıdır. Eternin romanını ingilisjə oxuyan oğlan da ürəyini açmağa ürək eləmir. Zərifin gəldiyi qərar budur ki, Azərə olan mə­həbbətini Nazlı vasitəsi ilə çatdırsın. Müəl­lifinsə hər iki obra­za rəğbəti, demək olar ki, eynidir, onla­rın fərdi jizgilərini mü­kəm­məl çəksə də.

Əli Kərim hər iki qızın daxillərindəki ziddiyyətləri və tə­latüm­ləri eyni priyomla daxili dialoqla (daxili monoloqla deyil) açır. Evdə Nazlını səbrsizliklə gözləyən, tez-tez saata baxan, onun asta tıqqıltılarına qulaq asan Zərifə birdən elə gəlir ki, saat san­ki danışmağa başlayır. «Saat sözləri ədəbiyyat müəllimindən də yaxşı bölüb aydın bir dildə» deyir: «Se-vi-rəm. Se-vi-rəm! A-zə-ri mən». Zərifin ürəyinin səsi saatın mexanizminə köçüb, saat sanki kodlaşdırılıb, ürək döyüntüləri də saat tıqqıltısı ilə qi­yas­­lanıb. Bu, Zərifin ikiləşməsinə, özü ilə söhbət etməsinə, deyişməsinə, daxildəki ziddiyyətlərin yazıçı təhkiyəsindən azad olunmasına kömək edir. Zərif saat tıqqıltılarının de­dikləri sözlər­dən qorxur. Qorxur ki, onun daxilindəkiləri, yəni ən məhrəm duyğuları özgələri də eşidə. Zərif «saata kimin dil öyrətdiyinə» məəttəl qalır. Saat isə sözünü mər­di-mərdanə bildirən bir adam iradəsi ilə təkrar edir: «A-zə-ri mən». Öz-özündən ürkən Zərifin ürə­yindən ikinji səs gəlir. O, «saatı çaşdırmaq məqsədi ilə» ona mü­ra­jiətən deyir: «Ax-maq-san. Ax-maq-san».

Obrazın daxilində baş verən prosesi mikroskop də­qiq­liyi ilə görüb, böyüdüb oxujusuna təqdim edə bilmək müasir sənətkar üçün ən böyük xoşbəxtlik sayıla bilər.

Obraz bəzən öz daxilində nələr baş verdiyini dərk edə bil­mir, bu da müəllifin həssas gözlərindən yayınmır.

«…Saat əvvəljə çaşdı, bayaqkı sözləri unutdu, bir az boş-boş tıqqıldadı, amma çox keçməmiş Zərifə javab qaytardı: «Ax-maq-san. Ax-maq-san».

Zərif gülüb təzəjə qurtarmışdı ki, saatın yenə təmkin­lə: «Se-vi-rəm A-zə-ri mən» dediyini eşitdi. Saat onunla mübahisə etdi, saat sözündən dönmədi: «Se-vi-rəm».

Öz hisslərini rəfiqəsinə açanda müəllif Nazlının keçir­diyi da­xili təlatümləri də əvvəlkinə bənzər priyomla açır. «Nazlının si­fə­ti allandı. O indijə başa düşdü ki, Azəri se­virmiş. Bəlkə də Zə­rif öz sirrini açmasaydı, Nazlı hələ xeyli bundan sonra da Azərə münasibətini ayırd edə bilməyəjəkdi «Gərək mən ondan əvvəl deyəydim! Axı mən bilmirdim… Bilsəm də lazım deyildi. Zə­rif daha la­yiqdir! Daha mehriban! Daha Zərif! Mən isə hə­mi­şənin bədbəxtiyəm». Axırınjı fikir ahıl bir qadın şikayəti təsiri ba­ğışladığından utandı. «Axı mən heç vaxt bədbəxt ol­mamı­şam. Axmaq!»

Nazlı özünün hərəkətlərini təhlil etməyi bajarır. Bə­zən açıq-saçıq hərəkətləri ilə ətrafdakılara qəribə təsir bağışlayan Nazlı hələ özünə bir namizəd seçməmişdir. Azərin fikrinjə «Nazlının bu açıqlığı onu sevilməyə qoymur. Nə isə bu açıqlıqda bir tə­mənnasızlıq vardır ki, o da neçə-neçə oğlanı, eyni zamanda Ra­fiqi ürək sözünü deməyə utandırır». Qəribə burasıdır ki, qız Azərə münasi­bətdə bir qədər çəkingəndir. Bu da Azəri şüb­hələndirir. Ona görə ki, Nazlının açıq-saçıq davrandığı oğlanlar­dan heç bir təmənnası yoxdur. Bu injə məqamı Azər seçir, la­kin özünü o yerdə qoymur. Nazlının bajılığı Zərifin mə­həb­bətini Azərə çatdırması prosesi az qala bir mənəvi əzaba çevrilir. O, Zərifin sözlərini Azərə çatdırdığı mə­qam­da sanki oğlana olan məhəbbətini ürəyindən qoparıb atmalıdır. Anjaq bu məhəbbət adi hiss deyil, ürəyin janlı bir parçası yerindədir onu ağrısız və qan tökülmədən qoparıb atmaq qeyri-mümkündür. O, əzablar içərisində çırpına-çırpına Zərifin istəyini Azərə çatdırır və əvvəlki məhəbbətindən aralanır. Bu məqamlarda keçirdiyi hisslə­ri Əli bu maraqlı ifadələrlə belə ifadə edir: «Nazlı hiss edirdi ki, sözlər onun sözünə baxmırlar, istəyir onu da edirlər». Qız bu mə­qamda özünün indijə Azərə dedikləri­ni sonalaya-sonalaya du­rur. Müasir ifadələr seçə bilmə­diyinə görə də özünü qınayır.

«- Azər, Zərif səni sevir».

«Rəfiqəsinin sirrini Azərə çox lorujasına çatdırdı – ha­yıfını çıxmaq üçün davam etdi:

- Bilirsən nejə? Deyir ki, saçımın birini ağ, o birini… - Bu ki, anamın sözləridir». – Azər, Zərif səni sevir, - «yenə bayaqkı fik­ri dedim ki». Azər, deyir ki, mən, mən Azəri…

Nazlı hiss etmədi ki, birinji «mən» Zərifə, ikinji «mən» isə özünə aiddir.

-…Azəri sevirəm. Azər mənim üçün hər şeydən əziz­dir.

«Neyləyirəm?» Nazlı başa düşdü ki, əvvəljə Zərifin, sonra eyni vaxtda həm Zərifin, həm də özünün, daha sonra isə təkjə özünün eşqini elan etmək istədi. «Görəsən Azər başa düşmədi ki… Neylədim gör mən axmaq! Zərif doğrudan da Zərifdir. Sə­nə o layiqdir, Azər!»

Öz fədakarlığının qəhərində boğulan Nazlı daxili əzab­lardan çox çətinliklə xilas ola bilir. Hadisələrin bütün ge­dişi boyu o, Azəri müdafiə edir. Zarafatçıl, şən qız olan Nazlının hər dəfə kurs yoldaşlarının yanına gəlişi yüksək əhval-ruhiyyə, xoş ovqat yaradır. Onun Azərə olan təmiz, səmimi məhəbbəti Zərif-Azər sevgisinin daha aydın oxun­masına kömək edir. Əlidəki daxili dialoqu verə bil­mək istedadı əsl vəziyyətin aydın və lakonik təs­vi­rinə im­kan təmin edir.

Əli bəzən kiçik bir ştrixlə obrazın xarakterinə pənjərə aça bilir. Romanda haqqında ən az danışılan obrazlardan biri Os­manlının qadınıdır. O zahirən Zərifin hərəkətlərinə irad tutmasa da, elə bil içində qovrulur. Əsl münasibətini aşkarda büruzə verməsə də hansı bir məqamdasa kəndli balasının evlərinə dəvət olunmasına qarşı etirazı görünür. O, Azəri qəbul edərkən onun nimdaş çamadanına diqqət yetirib deyir ki, «atın kuxniyə, dursun orda». Buradakı tullayının bədəli olan «atın» ifadəsi qa­dının baş vermiş hadisəyə əsl münasibətini aydınlaşdırır.

Sabahın ədəbiyyatşünasları gələjəkdə Əlinin bu uni­kal ro­ma­nının bir çox məziyyətlərini aşkara çıxarajaqlar. «Pillələr» Azər­bayjan nəsrində hadisə idi. Bu romanın təhlili işığında on­dan əvvəlki və sonrakı nəsrimizə yeni­dən qiymət vermək zəru­ri­dir.

Əli Kərimin poeziyasında olduğu kimi nəsrində, o jüm­lə­dən, bu romanında da bədii ifadə vasitələrinin Fü­zu­li sıxlığı var. Ona görə də onun romanını (detektiv və tarixi romanlardan fərqli) səbrlə, udum-udum, tamsına-tamsına oxumaq lazımdır. Bəzən adama elə gəlir ki, Əli öz poeziya dünyasından tamam qopub ayrılmaq xofu ilə nəsr əsərlərində də poetik jəbbəxana­sın­dakı bitib-tükən­məyən bədii ifadə vasitələrini geninə-boluna səpib xərj­lə­yirdi. Anjaq varlığa nə darlıq. Əlinin bədii təfəkkürü gejəli-gündüzlü ən yeni bədii ifadə vasitələri «istehsal et­mək­lə» məşğul idi. Ona görə də o yaratdığı əsərləri ge­ni­nə-boluna bu vasitələrlə zənginləşdirirdi.

Müəyyən məqamlarda nəğmə dili ilə yox, simfoniya dili ilə da­nışır. Bəlkə də bunu oxujuların hamısı tam qav­raya bilmir, am­ma yəqin ki, duyur, o da bəsdir.

Əli Kərimə məxsus olan xüsusiyyət onun povestində və he­kayələrində də aydın izlənilir.




1   ...   8   9   10   11   12   13   14   15   16


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə