QanunveriCİLİK ÜZRƏ proqram (6 və 7-ci təsnifat inzibati vəzifələr üzrə)




Yüklə 84.51 Kb.
tarix29.04.2016
ölçüsü84.51 Kb.
QANUNVERİCİLİK ÜZRƏ PROQRAM
(6 və 7-ci təsnifat inzibati vəzifələr üzrə)


1. Azərbaycan Respublikasının Konstitusiyası

Xalq hakimiyyəti

Hakimiyyətin mənbəyi. Xalqın suverenliyi. Ümumxalq səsverməsi — referendum yolu ilə həll edilən məsələlər. Xalqı təmsil etmək hüququ. Xalqın vahidliyi. Hakimiyyətin mənimsənilməsinə yol verilməməsi.



Dövlətin əsasları

Azərbaycan dövləti: Azərbaycan dövlətinin səciyyəvi xüsusiyyətləri, dövlət hakimiyyəti məhdudlaşır. Azərbaycan dövlətinin başçısı. Silahlı Qüvvələr. Beynəlxalq münasibətlərin prinsipləri. Ərazi. Dövlətin ali məqsədi. Mülkiyyət. Təbii ehtiyatlar. İqtisadi inkişaf və dövlət. Sosial inkişaf və dövlət. Ailə, uşaqlar və dövlət. Din və dövlət. Pul vahidi. Dövlətin borclarına qoyulan məhdudiyyətlər. Dövlət dili. Paytaxt. Azərbaycan dövlətinin rəmzləri



Əsas insan və vətəndaş hüquqları və azadlıqları

İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipi. Bərabərlik hüququ. İnsan və vətəndaş hüquq­la­rının və azadlıqlarının müdafiəsi. Yaşamaq hüququ. Azadlıq hüququ. Mülkiyyət hüququ. Əqli mülkiyyət hüququ. Təhlükəsiz yaşamaq hüququ. Şəxsi toxunulmazlıq hüququ. Mənzil toxunulmazlığı hüququ. Nikah hüqu­qu. Əmək hüququ. Tətil hüququ. İstirahət hüququ. Sosial təminat hüququ. Sağlam ətraf mühitdə yaşamaq hüququ. Mədəniyyət hüququ. Sağlamlığın qorunması hüququ. Təhsil hüququ. Mənzil hüququ. Milli mənsubiyyət hüququ. Ana dilindən istifadə hüququ. Şərəf və ləyaqətin müdafiəsi hüququ. Fikir və söz azadlığı. Vicdan azadlığı. Sərbəst toplaşmaq azadlığı. Məlumat azadlığı. Yaradıcılıq azadlığı. Vətəndaşlıq hüququ. Vətəndaşlıq hüququ­nun təminatı. Cəmiyyətin və dövlətin siyasi həyatında iştirak hüququ. Dövlətin idarə olunmasında iştirak etmək hüququ. Seçki hüququ. Müraciət etmək hüququ. Birləşmək hüququ. Azad sahibkarlıq hüququ. Hüquq və azadlıqların məhkəmə təminatı. Hüquqi yardım almaq hüququ. Məhkəmə aidiyyətinin dəyişdirilməsinə yol verilməməsi. Təqsirsizlik prezumpsiyası. Bir cinayətə görə təkrarən məhkum etməyə yol verilməməsi. Məhkəməyə təkrar müraciət hüququ. Qohumların əleyhinə ifadə verməyə məcbur etməyə yol verilməməsi. Tutulan, həbsə alınan və cinayət törədilməsində ittiham edilənlərin hüquqları. Zərərin ödənilməsini tələb etmək hüququ. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqları. Siyasi sığınacaq hüququ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı.



Vətəndaşların əsas vəzifələri

Vətəndaşların vəzifələrinin əsası. Vergilər və başqa dövlət ödənişləri. Vətənə sədaqət. Dövlət rəmzlərinə hörmət. Vətəni müdafiə. Tarix və mədəniyyət abidələrinin qorunması. Ətraf mühitin qorunması. Qanuna zidd vəzifələrin icrasına yol verilməməsi. Məsuliyyət.



Qanunvericilik hakimiyyəti.

Qanunvericilik hakimiyyətinin həyata keçirilməsi. Azərbaycan Respublikası Milli Məclisinin say tərkibi. Azərbaycan Respublikası Milli Məclisi deputatlarının seçkilərinin əsasları. Azərbaycan Respublikası Milli Məclisi çağırışının səlahiyyət müddəti. Azərbaycan Respublikası Milli Məclisinin deputatlığına namizədlərə aid tələblər. Azərbaycan Respublikası Milli Məclisi deputatlarının seçkilərinin nəticələrinin yoxlanılması və təsdiqi. Azərbaycan Respublikası Milli Məclisi deputatlarının səlahiyyətinin bitməsi. Azərbaycan Respublikası Milli Məclisinin sessiyaları: Milli Məclisin sessiyaları, ilk iclasının çağırılması, növbədənkənar sessiyaları, sessiyaların iclaslarının keçirilmə forması. Azərbaycan Respublikası Milli Məclisi deputatlığından məhrumetmə və Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının səlahiyyətlərinin itirilməsi. Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının toxunulmazlığı. Azərbaycan Respublikası Milli Məclisi deputatının məsuliyyətə cəlb olunmasına qoyulan qadağanlar. Azərbaycan Respublikası Milli Məclisinin işinin təşkili. Azərbaycan Respublikası Milli Məclisinin aktları. Azərbaycan Respublikası Milli Məclisinin müəyyən etdiyi ümumi qaydalar: Milli Məclis tərəfindən müəyyən edilən ümumi qaydalara dair 83 və 63 səs çoxluğu ilə qəbul edilən qanunlar, müəyyən edilən ümumi qaydalara əlavələr edilməsi. Azərbaycan Respublikası Milli Məclisinin həll etdiyi məsələlər: Milli Məclisin həll etdiyi məsələlərə dair qəbul edilən qanunlar və qərarlar, həll etdiyi məsələlərə əlavələr edilməsi. Qanunvericilik təşəbbüsü hüququ: qanunvericilik təşəbbüsü hüququnun mənsubiyyəti və həyata keçirilməsi, qanun və qərar layihələrinin müzakirəyə çıxarılması və səsə qoyulması müddəti, layihələrdə dəyişikliklər. Qanunların imzalanmaq üçün təqdim olunması müddəti. Azərbaycan Respublikası Milli Məclisinin aktlarının qüvvəyə minməsi.



İcra hakimiyyəti

İcra hakimiyyətinin mənsubiyyəti. Azərbaycan Respublikasının Prezidentliyinə namizədlərə aid tələblər. Azərbaycan Respublikası Prezidenti seçkilərinin əsasları və yekunları: Prezidentin seçilməsi, səlahiyyət müddətinin uzadılması, seçkilərin yekunlarının elan edilməsi. Azərbaycan Respublikasının Prezidenti seçilmiş şəxsin andı. Azərbaycan Respublikası Prezidentinin öz səlahiyyətlərini daimi icra edə bilməməsi. Azərbaycan Respublikası Prezidenti vəzifədən getdikdə onun səlahiyyətlərinin icrası: növbədənkənar Prezident seçkiləri, Prezidentin səlahiyyətlərinin icrası. Azərbaycan Respublikası Prezidentinin toxunulmazlığı. Azərbaycan Respublikası Prezidentinin vəzifədən kənarlaşdırılması. Azərbaycan Respublikası Prezidentinin təminatı. Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri. Azərbaycan Respublikası Prezidenti tərəfindən qanunların imzalanması. Hərbi vəziyyət elan edilməsi. Fövqəladə vəziyyət tətbiq edilməsi. Azərbaycan Respublikası Prezidentinin aktları. Azərbaycan Respublikası Nazirlər Kabinetinin statusu. Azərbaycan Respublikası Nazirlər Kabinetinin tərkibi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin istefası. Azərbaycan Respublikası Nazirlər Kabinetinin iclasları. Azərbaycan Respublikası Baş nazirinin təyin edilməsi qaydası. Azərbaycan Respublikası Nazirlər Kabinetinin səlahiyyətləri. Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları. Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvlüyünə namizədlərə dair tələblər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvlərinə aid tələblər. Azərbaycan Respublikası Baş nazirinin toxunulmazlığı. Yerlərdə icra hakimiyyəti.



Məhkəmə hakimiyyəti

Məhkəmə hakimiyyətinin həyata keçirilməsi. Hakimliyə namizədlərə aid tələblər. Hakimlərin müstəqilliyi. Ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri. Hakimlərin toxunulmazlığı. Məhkəmə qərarları və onların icrası. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi: Konstitusiya Məhkəməsi hakimlərinin sayı, təyin edilməsi, Konstitusiya Məhkəməsinin həll etdiyi məsələlər, Konstitusiya və qanunların şərhi, Konstitusiya Məhkəməsinə şikayət, müraciət, sorğu verilməsi, qanunlar, digər aktlar və onların ayrı-ayrı müddəalarının və hökumətlərarası müqavilələrin qüvvədən düşməsi, dövlətlərarası müqavilələrin qüvvəyə minməməsi. Azərbaycan Respublikasının Ali Məhkəməsi. Azərbaycan Respublikasının apellyasiya məhkəmələri. Azərbaycan Respublikasının Prokurorluğu.



Naxçıvan Muxtar Respublikası

Naxçıvan Muxtar Respublikasının statusu. Naxçıvan Muxtar Respublikasında hakimiyyətlərin bölünməsi. Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müəyyən etdiyi ümumi qaydalar və həll etdiyi məsələlər: Ali Məclisin müəyyən etdiyi ümumi qaydalar və həll etdiyi məsələlər, bu məsələlərə dair qanunlar və qərarların qəbul edilməsi. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti: Nazirlər Kabinetinin tərkibi, Baş nazirin təyin edilməsi, Nazirlər Kabinetinin həll etdiyi məsələlər və qəbul etdiyi aktlar. Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyəti.



Bələdiyyələr

Yerlərdə özünüidarənin təşkili. Bələdiyyələrin işinin təşkili. Bələdiyyələrin səlahiyyətləri. Bələdiyyələrin qərarları. Bələdiyyələrin müstəqilliyinin təminatı.



Qanunvericilik sistemi

Azərbaycan Respublikasının Konstitusiyasının hüquqi qüvvəsi. Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan aktlar. Normativ hüquqi aktlar. Bələdiyyə aktları. Beynəlxalq aktların hüquqi qüvvəsi.



Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər

 Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklərin qəbul edilməsi qaydası. Azərbaycan Respublikası Konstitusiyasının mətnində dəyişikliklərin təklif edilməsi qaydası. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin səlahiyyətlərinin məhdudlaşdırılması. Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər təklif edilməsi təşəbbüsünün məhdudlaşdırılması.



Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr

Azərbaycan Respublikasının Konstitusiyasına əlavələrin qəbul edilməsi qaydası. Azərbaycan Respublikası Konstitusiyasına əlavələrin təklif edilməsi təşəbbüsü. Azərbaycan Respublikasının Konstitusiyasına əlavələrin təklif edilməsi təşəbbüsünün məhdudlaşdırılması.



Ədəbiyyat

 Azərbaycan Respublikasının Konstitusiyası. 12 noyabr 1995-ci il.

2NAXÇIVAN MUXTAR RESPUBLİKASININ

KONSTİTUSİYASI
ÜMUMİ MÜDDƏALAR

Naxçıvan Muxtar Respublikasının statusu. Muxtariyyatın əsasları. Hakimiyyətlərin bölünməsi. Dövlət hakimiyyətinin mənimsənilməsinə yol verilməməsi.Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi. Ərazi. Əsas insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi. Naxçıvan Muxtar Respublikasında vətəndaşların səsvermə hüququ. Paytaxt. Naxçıvan muxtar dövlətinin rəmzləri.



QANUNVERİCİLİK HAKİMİYYƏTİ

Qanunvericilik hakimiyyətinin həyata keçirilməsi. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin say tərkibi. Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatlarının seçkilərinin əsasları. Naxçıvan Muxtar Respublikası Ali Məclisi çağırışının səlahiyyət müddəti. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlığına namizədlərə aid tələblər. Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatlarının seçkilərinin nəticələrinin yoxlanılması və təsdiqi. Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatlarının səlahiyyətinin bitməsi. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyaları. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlığından məhrumetmə və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarının səlahiyyətlərinin itirilməsi. Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatlarının toxunulmazlığı. Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının məsuliyyətə cəlb olunmasına qoyulan qadağanlar. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin işinin təşkili. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin aktları. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müəyyən etdiyi ümumi qaydalar. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin həll etdiyi məsələlər. Qanunvericilik təşəbbüsü hüququ. Qanunların və qərarların imzalanması. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin aktlarının qüvvəyə minməsi. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə aid tələblər. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin öz səlahiyyətlərini daimi icra edə bilməməsi. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin vəzifədən kənarlaşdırılması. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin səlahiyyətləri. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin aktları



ICRA HAKİMİYYƏTİ

Naxçıvan Muxtar Respublikasında icra hakimiyyəti. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin statusu. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tərkibi. . Naxçıvan Muxtar Respublikasının Baş naziri. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin iclasları. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin səlahiyyətləri. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin aktları. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin üzvlüyünə namizədlərə aid tələblər. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin üzvlərinə aid tələblər



MƏHKƏMƏ HAKİMİYYƏTİ

Məhkəmə hakimiyyətinin həyata keçirilməsi. Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi. Naxçıvan Muxtar Respublikasının İqtisad Məhkəməsi. Naxçıvan Muxtar Respublikası Prokurorluğu.



QANUNVERİCİLİK SİSTEMİ

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının hüquqi qüvvəsi. Naxçıvan Muxtar Respublikasının qanunvericilik sistemi. Naxçıvan Muxtar Respublikasının normativ hüquqi aktları.



NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KONSTİTUSİYASINA DƏYİŞİKLİKLƏR VƏ ƏLAVƏLƏR

Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişikliklərin və əlavələrin qəbul edilmə qaydası.



Ədəbiyyat

 Naxçıvan Muxtar Respublikasının Konstitusiyası. 29 dekabr 1998-ci il.
3. Dövlət qulluğuna dair qanunvericilik

3.1. Dövlət qulluğu haqqında
Azərbaycan Respublİkasının Qanunu


Ümumi müddəalar

Qanunun məqsədi. Dövlət qulluğu: anlayışı, kimlərə şamil olunur, dövlət qulluğunun xüsusi növü. Dövlət qulluğunun əsas vəzifələri. Dövlət qulluğunun prinsipləri. Dövlət qulluğunu idarəetmə orqanları. Dövlət qulluğu haqqında qanunvericilik.



Dövlət orqanları

Dövlət orqanı anlayışı. Dövlət orqanlarının təsnifatı.



Dövlət qulluğu vəzifəsi

Dövlət qulluğu vəzifəsinin anlayışı. Dövlət orqanlarında vəzifələrin təsnifatı. İnzibati və yardımçı vəzifələrin təsnifatı. İnzibati və yardımçı vəzifələrin təsnifat toplusu. İnzibati və yardımçı vəzifələrə aid ixtisas tələbləri.



Dövlət qulluqçusu

Dövlət qulluqçusu. Dövlət qulluqçusunun andı. Dövlət qulluqçularının ixtisas dərəcələri. İxtisas dərəcələrinin verilməsi və onlardan məhrum edilmə. Dövlət qulluqçusunun əsas vəzifələri. Dövlət qulluqçusunun əsas hüquq­ları. Dövlət qulluğu ilə əlaqədar məhdudiyyətlər. Dövlət qulluqçuları üçün təminatlar: təminatlar, dövlət qulluqçu­sunun aşağı maaşlı vəzifəyə keçirilməsi, dövlət hakimiyyəti orqanlarının, habelə dövlət orqanları rəhbərliyinin tərkibinin dəyişməsinin nəticəsi. Dövlət məvacibi. Dövlət qulluqçusunun təcrübə, yenidən­hazır­lan­ma və ixti­sasar­tırma keçməsi: əlavə peşə təhsili, onun qulluq stajına daxil edilməsi, təcrübə, yenidənhazırlanma və ixtisasartırma keçmə üçün əsaslar. Dövlət qulluqçularının pensiya təminatı: pensiya təminatı üçün əsas və onun qaydası, pensiyanın məbləği və xidmət illərinin minimum həddi, ömürlük müavinət, dövlət qulluqçusu, yaxud pensiyaçı öldükdən sonra pensiyanın ödənilməsi məsələsi. Dövlət qulluqçularının mükafatlandırılması. Dövlət qulluqçusunun məsuliyyəti: məsuliyyətin səbəbləri, tənbeh tədbirlərinin növü və tətbiqi, araşdırma və xidməti yoxlama, tənbeh tədbirinin verilməsi müddəti, tənbeh tədbirinin tətbiq edilməsi barədə əmrdən şikayət. Qanunsuz göstərişin yerinə yetirilməsi üstündə dövlət qulluqçusunun məsuliyyəti.



Dövlət qulluğu keçmə

Dövlət qulluğuna qəbul edilmək hüququ. Dövlət qulluğuna qəbul: dövlət qulluğuna qəbulun əsasları, müsabiqə, namizədlərin təqdimatı və vəzifəyə təyin edilməsi, staj və sınaq müddətinin tətbiqi məsələsi, daimi dövlət qul­lu­ğu. İnzibati vəzifələrin tutulması: inzibati vəzifələrin tutulması yolları. Dövlət qulluğunun şərtləri: iş vaxtı, məzu­niy­yət, xidməti ezamiyyətə göndərilən və ya müvəqqəti olaraq başqa yerə qulluğa keçirilən dövlət qulluq­çu­sunun təminatları. Dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi: müddəti, məqsədi, nəticələrinin nə­zə­rə alın­ma­sı, həyata keçirilməsi, qiymətləndirilmə meyarları və verilən qiymətlər, qiymətləndirmənin nəticə­ləri­nin rəsmi­ləş­dirilməsi və saxlanılması, qiymətləndirilmə qaydalarına dair normativ hüquqi aktların qəbulu. Dövlət qulluq­çu­sunun attestasiyası. Dövlət qulluğunda irəli çəkilmək hüququ. Dövlət qulluğuna xitam verilməsi: dövlət qulluğuna xitam verilmə üçün əsaslar, dövlət qulluqçusu müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına görə öz arzusu ilə dövlət qulluğundan çıxdıqda təminatı, dövlət qulluğundan çıxma barədə ərizə verildikdə döv­lət qulluğunun davam etdirilməsi məsələsi.



Yekun müddəalar

Dövlət qulluğu keçmənin digər məsələləri. Qanunun qüvvəyə minməsi.



Ədəbiyyat

1. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu. 21 iyul 2000-ci il, № 926-IQ

2.“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə”. Azərbaycan Respublikasının 2012-ci il 20 aprel tarixli 345-IVQD nömrəli Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında 2012-ci il, 8 may tarixli 624 nömrəli Fərmanı – 3-cü hissə

3. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 3 mart tarixli, 78-III QD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 407 nömrəli Fərmanı –2-ci hissə.

4. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 3 oktyabr tarixli 830 nömrəli Fərmanı – 2-ci hissə.

 

3.2 Dövlət orqanlarında  dövlət qulluğuna müsabiqə vasitəsilə qəbul Qaydaları

Dövlət qulluğuna qəbulun əsasları, müsabiqə, vakant vəzifələrin tutulmasının ümumi şərtləri, müsabiqədə iştirak üçün sənədlərin qəbulu, sənədlərin yoxlanılması, müsabiqədən kənarlaşdırılma, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirilmənin aparılması qaydalarının və inzibati vəzifələrin təsnifatı üzrə keçid ballarının müəyyən edilməsi, namizədin müsahibəyə buraxılması, müsahibə komissiyası, müsahibənin keçirilməsi qaydaları və keçid ballarının müəyyən edilməsi, müsabiqənin yekununa dair qərar, namizədlərin təqdimatı və vəzifəyə təyin edilməsi, staj və sınaq müddətinin tətbiqi məsələsi, daimi dövlət qulluğu, ehtiyat kadr, apellyasiya şikayəti və onun araşdırılması.

Ədəbiyyat

1. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 108 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsilə qəbul Qaydaları”.

 

4. Dövlət qulluqçularının etik davranış qaydaları haqqında


AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU


Ümumi müddəalar

Qanunun əhatə dairəsi. Qanunun məqsədləri. Xidməti davranışın hüquqi tənzimlənməsi.



Etik davranış qaydaları

Vicdanlı davranış. Peşəkarlıq və fərdi məsuliyyətin artırılması. Loyallıq. İctimai etimad. İnsanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətinə və işgüzar nüfuzuna hörmət. Hüquqi şəxslərin işgüzar nüfuzuna hörmət. Mədəni davranış. Əmr, sərəncam və ya tapşırıqların yerinə yetirilməsi. Qərəzsizlik. Maddi və qeyri-maddi nemətlərin, imtiyazların və ya güzəştlərin əldə edilməsinə yol verilməməsi. Korrupsiyanın qarşısının alınması. Hədiyyə alma ilə əlaqədar məhdudiyyətlər. Maraqlar toqquşmasının qarşısının alınması. Əmlakdan istifadə. Məlumatlardan istifadə. İctimai və ya siyasi fəaliyyət.



Etik davranış qaydalarının həyata keçirilməsinin təmin olunması

Təminatlar sistemi. Etik davranış qaydalarına əməl olunmasına nəzarət. Dövlət orqanının rəhbəri tərəfindən nəzarət. Nəzarət orqanının səlahiyyətləri. Etik davranış qaydalarının pozulmasına görə məsuliyyət.



Ədəbiyyat

"Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" Azərbaycan Respublikasının Qanunu. 31 may 2007 ci il, № 352-IIIQ

 

5. Korrupsiyaya qarşı mübarizə haqqında


AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU


Ümumi müddəalar

Korrupsiyanın anlayışı. Korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləri. Qanunun tətbiq dairəsi. Korrupsiyaya qarşı mübarizəni həyata keçirən orqanlar.



Korrupsiyanın qarşısının alınması

Maliyyə xarakterli tələblər. Maliyyə xarakterli tələblərin pozulmasına görə məsuliyyət. Yaxın qohumların birgə işləməsinə yol verilməməsi. Hədiyyə alma ilə əlaqədar məhdudiyyətlər.



Korrupsiya ilə əlaqədar hüquqpozmalar və bu hüquqpozmalara görə məsuliyyət

Korrupsiya ilə əlaqədar hüquqpozmalar. Korrupsiya ilə əlaqədar hüquqpozmalara görə vəzifəli şəxslərin məsuliy­yəti. Korrupsiya hüquqpozmalarına görə fiziki və ya hüquqi şəxslərin məsuliyyəti.



Korrupsiya ilə əlaqədar hüquqpozmaların nəticələrinin aradan qaldırılması

Qanunsuz əldə edilmiş əmlakın götürülməsi və qanunsuz əldə edilmiş imtiyaz və ya güzəştlərin dəyərinin ödənilməsi. Korrupsiya ilə əlaqədar hüquqpozmalar nəticəsində qəbul olunmuş aktların ləğv edilməsi.



Ədəbiyyat

Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu. 13 yanvar 2004-cü il, № 580-IIQ

 

6. Məlumat azadlığı haqqında


AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Məlumat azadlığı. Məlumat azadlığının təminatı. Qanunun təyinatı. Məlumat münasibətlərinin subyektləri. Məlumat azadlığının həyata keçirilməsinin əsas prinsipləri. Məlumatın əldə edilməsi üçün təminatlar. Məlumat mənbələri. Məlumatın əldə edilməsi. Açıq məlumatın əldə edilməsi. Alınması məhdudlaşdırılan məlumat. Məlumatın əldə edilməsi barədə müraciət. Məlumatın əldə edilməsi ilə əlaqədar şikayət etmək hüququ. Şəxsiyyət haqqında məlumat. Şəxsiyyətin onun haqqında toplanmış məlumatla tanış olmaq hüququ. Bu Qanunun tələblərinin pozulmasına görə məsuliyyət.



Ədəbiyyat

Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu. 19 iyun 1998-ci il, № 505-IQ

 

7. Vətəndaşların müraciətləri haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Müraciət еtmək hüququ. Vətəndaşların müraciətləri haqqında qanunvеricilik. Əsas anlayışlar. Vətəndaşların müraciətlərinə baxılmasının əsas prinsipləri. Bu Qanunun tətbiq dairəsi. Vətəndaşların müraciətlərinə dair tələblər. Vətəndaşların yazılı müraciətlərinin qəbulu, qeydiyyatı və onlara baxılması qaydası. Müraciətin baxılmamış saxlanılması. Korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə müraciətlərə baxılmasının xüsusiyyətləri. Müraciətə baxılması müddəti. Vətəndaşların qəbul edilməsi qaydası. Müraciətə baxan subyektlərin və onların vəzifəli şəxslərinin vəzifələri. Nəzarətin həyata keçirilməsi. Müraciətlərə baxılması zamanı vətəndaşların hüquqları. Canlı yayımlanan teleradio proqramları və ya telefon müraciət xidməti vasitəsilə edilən şifahi müraciətlərin xüsusiyyətləri. Bu Qanunun pozulmasına görə məsuliyyət. Yekun müddəa.



Ədəbiyyat

Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu. 30 sentyabr 2015-ci il, №1308-IVQ

 

8. Azərbaycan Respublikasında dövlət dili haqqında


AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU


Ümumi müddəalar

Dövlət dilinin hüquqi statusu. Azərbaycan Respublikasında dövlət dili haqqında qanunvericilik. Dövlət dilinin işlənməsi, qorunması və inkişafı sahəsində dövlətin əsas vəzifələri



Dövlət dilinin işlənməsi, qorunması və inkişafı

Dövlət dilinin rəsmi mərasimlərdə işlənməsi. Dövlət dilinin təhsil sahəsində işlənməsi. Dövlət dilinin televiziya və radio yayımlarında işlənməsi. Dövlət dilinin xidmət sahələrində, reklam və elanlarda işlənməsi. Dövlət dilinin xüsusi adlarda işlənməsi. İnzibati ərazi bölgüsü ilə əlaqədar dövlət dilindən istifadə. Coğrafi obyektlərin adlarında dövlət dilinin işlədilməsi. Dövlət dilinin hüquq mühafizə orqanlarında, Silahlı Qüvvələrdə, notariat fəaliyyətində, inzibati icraatda, məhkəmə icraatında və inzibati xətalar üzrə icraatda işlənməsi. Dövlət dilinin beynəlxalq yazışmalarda işlənməsi. Dövlət dilinin normaları. Dövlət dilinin əlifbası. Dövlət dilinin nəşriyyat işində işlənməsi. Dövlət dilinin vətəndaşların şəxsiyyətini təsdiq edən rəsmi və vahid nümunəli sənədlərdə işlədilməsi. Dövlət dilinin dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının, hüquqi şəxslərin, onların nümayəndəliklərinin və filiallarının, idarələrin adında işlədilməsi. Dövlət dilinin qorunması və inkişafı.



Yekun müddəaları

Qanunun pozulmasına görə məsuliyyət.



Ədəbiyyat

Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu. 30 sentyabr 2002-ci il № 365-IIQ 

 

9. Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat



(Bu proqramda “Təlimat” müəyyən ixtisarlarla verilmişdir və test imtahanında
yalnız aşağıda göstərilmiş mövzular (bəndlər) üzrə namizədlərin bilikləri yoxlanılacaq)

Təlimatın tələblərinə riayət olunmasına nəzarət.



Ümumi müddəalar

Kargüzarlığın aparılması qaydalarına riayət olunmasına nəzarət, kargüzarlıq xidmətinin vəzifələri, mərkəzləş­dirilmiş və mərkəzləşdirilməmiş kargüzarlıq sistemi.



Sənədlərin hazırlanması üçün ümumi tələblər

Göndərilən sənədlərdə göstərilən rekvizitlər, təşkilat daxilində sənədin razılaşdırılması və viza.



Sənədlərin rəsmiləşdirilməsi üçün ümumi tələblər

Rəsmiləşdirmənin həyata keçirilməsi, sənədin imzalanması, iki və ya daha artıq şəxsin məsuliyyət daşıdığı sənədlərin rəsmiləşdirilməsi, sənədlərin təsdiq edilməsi, sənədlərə möhür vurulması.



Kompüter (makina) üsulu ilə hazırlanan sənədlərə olan tələblər

Təşkilatın adının və onun struktur bölməsinin adının yazılışı, böyük hərflə yazılması qanunvericilikdə bilavasitə nəzərdə tutulan vəzifələr, vəzifə adlarının yazılışı.



Sənədlərə əlavələrin (qoşmaların) edilməsi qaydası

Sənədlərə edilən əlavələr, sənədlərə əlavə edilən qoşma.



Sənədlərin surətlərinin çıxarılması, çoxaldılması və stenoqrafiya işləri

Sənədlərin surətlərinin çıxarılması və onların aidiyyəti tərəflərə verilməsi.



Qərarların hazırlanması və tərtib edilməsi

Qərarın qəbul edilməsi və onun mətni, qərarın şərh və sərəncam hissəsi, qəbul edilmiş qərarların imzası.



Sərəncamların hazırlanması və tərtib edilməsi

Sərəncamı mətni, sərəncamın imzalanması.



Əmrlərin hazırlanması və tərtib edilməsi

Əmrin şərh və sərəncam hissəsi.



Protokolların hazırlanması və tərtib edilməsi

Protokolun yazılması və onun giriş və əsas hissəsi, protokolun imzalanması.



Arayışların və məlumat vərəqələrinin hazırlanması və tərtib edilməsi

Arayışın hissələri, arayışın imzalanması, vətəndaşların xahişi ilə arayışın tərtib olunması.



Aktın hazırlanması və tərtib edilməsi

Aktın hissələri, aktın giriş və əsas hissəsi, aktın imzalanması.



Məktub, teleqram və telefonoqramın hazırlanması və tərtib edilməsi

 Məktubların tərtib edilməsi, məktubun hissələri, teleqram.



Sənədlərin dövriyyəsinin təşkili

Sənədlərdə dərkənar, daxil olmuş sənədlərə rəhbərlik tərəfindən baxılması, sənədin əsas icraçısı, daxili sənəd­lə­rin hazırlanması, sərəncam mahiyyətli sənədlərin layihələrinin imzalanması.



Sənədlərin qeydə alınması və məlumat aparatının quruluşu

Sənədin qeydə alınması onun üzərinə qeydiyyat nömrəsinin qoyulması və qeydiyyat vərəqəsində həmin sənəd haqqında zəruri məlumatların göstərilməsi.



Sənədlərin icrasına nəzarətin təşkili

Sənədlərin icrasına nəzarət, sənədlərin icrasına nəzarətin həyata keçirilməsi, sənədlərin xüsusi nəzarətə götürül­məsi, sənədlərdə xüsusi icra müddətinin müəyyən olunması.



İşlərin nomenklaturunun tərtib edilməsi, qovluqların formalaşdırılması, arxivə təhvil verilməyə hazırlanması və cari arxivdən istifadə qaydaları

Qovluqların düzgün formalaşdırılması, sənədlərin tez tapılmasının təmin edilməsi, işlərin sistemləşdirilməsi və uçotu, onların saxlanma müddətlərinin müəyyən edilməsi və gələcəkdə arxivə lazımi səviyyədə təhvil verilməsi, hər il təşkilatın işlərinin ümumi nomenklatur-siyahısının tərtib edilməsi.



Elektron sənədlərlə bağlı kargüzarlığın aparılmasının xüsusiyyətləri

Təşkilatlarda elektron sənədlərin hazırlanmasına dair ümumi tələblər, elektron sənədlərin və onların arxivlərinin saxlanılması qaydası.



Ədəbiyyat

Azərbaycan Respublikasının Prezidenti 2015-ci il 14 iyul tarixli 569 №-li Fərmanı ilə ilə təsdiq edilmiş, “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”.
 

10. Azərbaycan Respublikasının dövlət rəmzlərinə dair qanunvericilik

10.1. Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Dövlət bayrağına hörmət göstərilməsi ilə bağlı vəzifələr. Azərbaycan Respublikası Dövlət bayrağının qaldırılmalı olduğu yerlər. Azərbaycan Respublikası Dövlət bayrağının yerləşdirilməli olduğu yer­lər. Azərbaycan Respublikası Dövlət bayrağının təsvirinin istifadəsi. Azərbaycan Respublikası Dövlət bayra­ğının digər yerlərdə istifadəsi. Azərbaycan Respublikası Dövlət bayrağının rəsmi tədbirlər zamanı istifadəsi. Azərbaycan Respublikası Dövlət bayrağının matəm günlərində və matəm mərasimlərində istifadəsi. Azərbaycan Respublikası Dövlət bayrağının digər bayraqlarla birgə qaldırılması (asılması) və ya yerləşdirilməsi. Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsinə dair tələblər. Azərbaycan Respublikası Dövlət bayrağının istifa­də­sinə dair məhdudiyyətlər. Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət. Yekun müddəaları.



Ədəbiyyat

Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqındaAzərbaycan Respublikasının Qanunu. 8 iyun 2004-cü il № 683-IIQ 

10.2. Azərbaycan Respublikasının 1993-cü il 23 fevral tarixli 516 nömrəli Qanun ilə təsdiq edilmiş “Dövlət gerbi haqqında Əsasnamə”.

10.3. Azərbaycan Respublikasının 1991-ci il 5 fevral tarixli 17—XII nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət bayrağı haqqında Əsasnamə”.

10.4. Azərbaycan Respublikası Milli Məclisinin 1993-cü il 2 mart tarixli 525 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət himni haqqında Əsasnamə”.

 


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə