Qanunvericilik larına Azərbaycan Respublikasının Konstitusiyası




Yüklə 2.97 Mb.
səhifə1/36
tarix03.04.2016
ölçüsü2.97 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   36
yiarına qulluğa Miqrasiya orqanlarına qulluğa qəbul

(Qanunvericilik)

larına Azərbaycan Respublikasının

Konstitusiyası.
1. Azərbaycan Respublikasında döv­lət hakimiyyətinin yeganə mənbəyi kimdir?

-Azərbaycan xalqı.


2. Azərbaycan xalqı kimdir?

-Azərbaycan Respublikası ərazisində və ondan kənarda yaşayan, Azərbaycan dövlətinə və onun qanunlarına tabe sa­yılan Azərbaycan Respublikası vətən­daşlarından ibarətdir; bu isə beynəlxalq hüquqla müəyyənləşdirilmiş normaları istisna etmir.


3. Azərbaycan xalqı öz suveren hü­quqlarını necə həyata keçirir?

- Azərbaycan xalqı öz suveren hüqu­qunu bilavasitə ümumxalq səsverməsi - referendum və ümumi, bərabər və bir­başa seçki hüququ əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə seçil­miş nümayəndələri vasitəsi ilə həyata keçirir.


4. Azərbaycan xalqının suveren hü­ququ nədir?

 -Sərbəst və müstəqil öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etmək.


5. Ümumxalq səsverməsi-referen-dum yolu ilə həll edilən məsələlər hansılardır?
1) Azərbaycan Respublikası Konstitu-siyasının qəbul edilməsi və ona dəyi­şik­liklər edilməsi;

2) Azərbaycan Respublikasının dövlət sərhədlərinin dəyişdirilməsi.



6. Hansı məsələlər üzrə referendum keçirilə bilməz?

  1. vergilər və dövlət büdcəsi;

  2. amnistiya və əfv etmə;

  3. seçilməsi, təyin edilməsi və ya təsdiq edilməsi müvafiq olaraq qanun­vericilik və (və ya) icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid edil­miş vəzifəli şəxslərin seçilməsi, təyin edilməsi və ya təsdiq edilməsi.

7. Azərbaycan Respublikasının Kons­­titusiyasına görə Azərbaycan xalqının təməlini nə təşkil edir?

- Azərbaycan xalqının vahidliyi Azər­baycan dövlətinin təməlini təşkil edir.


8. Azərbaycan Respublikasının döv­lət sərhədləri hansı qaydada dəyiş­dirilə bilər?

-Yalnız Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycanın bütün əhalisi arasında referendum ke­çir­mək yolu ilə Azərbaycan xalqının iradəsi əsasında dövlət sərhədləri dəyiş­dirilə bilər.



9. Azərbaycan xalqını təmsil etmək hüququ kimə məxsusdur?

-Xalqın seçdiyi səlahiyyətli nümayən-dələrindən başqa heç kəsin xalqı təmsil etmək, xalqın adından danışmaq və xalqın adından müraciət etmək hüququ yoxdur.


10. Azərbaycan Respublikasının Kons­titusiyasına görə qanunveri-cilik, icraedici hakimiyyəti və məh­kəmə orqanları necə fəaliyyət gös­tərir?

- Bu Konstitusiyanın müddəalarına əsasən qanunvericilik, icra və məh­kəmə hakimiyyətləri qarşılıqlı fәaliyyәt göstərir və öz səlahiyyətləri çərçi­və­sində müstəqildirlər.


11. Nə xalqa qarşı ən ağır cinayətdir?

- Hakimiyyətin mənimsənilməsi
 12. Azərbaycan dövləti:

- Demokratik, hüquqi, dünyəvi, unitar respublikadır.
13. Azərbaycan Respublikasında döv­lət hakimiyyəti daxili məsələlərdə nə ilə məhdudlaşır?

- Yalnız hüquqla.
14. Azərbaycan Respublikasında dövlət hakimiyyəti xarici məsələlərdə nə ilə məhdudlaşır?

- Xarici məsələlərdə isə yalnız Azər­baycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn müddəalarla məhdudlaşır.
15. Azərbaycan Respublikasında məh­kəmə hakimiyyətinin müstəqil-liyinin təminatçısı kimdir?

-Azərbaycan Respublikasının Prezidenti məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısıdır



16. Azərbaycan Respublikası başqa dövlətlərlə münasibətlərini hansı prin­siplər əsasında qurur?

- Azərbaycan Respublikası başqa döv­lətlərlə münasibətlərini hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər əsasında qurur.


17. Azərbaycan Respublikasının Kons­titusiyasına görə Azərbaycan Respublikası ərazisinin tərkib his­sə­sinə nələr daxildir?

- Azərbaycan Respublikasının daxili suları, Xəzər dənizinin (gölünün) Azər­baycan Respublikasına mənsub olan bölməsi, Azərbaycan Respub­lika­sının üzərindəki hava məkanı Azərbaycan Respublikası ərazisinin tərkib his­səsi­dir.


18. Azərbaycan Respublikasında iqti­sadiy­yatın inkişafı mülkiyyətin hansı növünə əsaslanır?

- Azərbaycan Respublikasında iqti­sadiy­yatın inkişafı müxtəlif mülkiyyət növlərinə əsaslanaraq xalqın rifahının yüksəldilməsinə xidmət edir.


19. Azərbaycan Respublikasının Kons­titusiyasına əsasən uşaqların qayğısına qalmaq kimin borcudur?

- Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.


20. Valideynlərin uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək borcunun yerinə yetirilməsinə kim nəzarət edir?

- Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.



21. Azərbaycan Respublikasında döv­lət təhsil sistemi necə xarakter daşıyır?

- Dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır.


22. Pul nişanlarının tədavülə buraxıl­ması hüququ yalnız hansı orqana məxsusdur?

- Pul nişanlarının tədavülə buraxılması və tədavüldən çıxarılması hüququ yal­nız Mərkəzi Banka mənsubdur. Azər-baycan Respublikasının Mərkəzi Bankı dövlətin müstəsna mülkiyyətindədir.


23. Azərbaycan Respublikasında məh­kəmə hakimiyyətini kim həyata keçirir?

  • Məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının məhkəmələri həyata keçirir.


24. Azərbaycan dövlətçiliyinin varis­liyini kim təmin edir?

- Azərbaycan Respublikasının Prezi­denti Azərbaycan xalqının vahidliyini təcəssüm etdirir və Azərbaycan dövlət­çiliyinin varisliyini təmin edir.


25. Azərbaycan Respublikası başqa dövlətlərin müstəqilliyinə qəsd vasi­təsi kimi və beynəlxalq münaqişə­lərin həlli üsulu kimi nəyi rədd edir?

- Azərbaycan Respublikası başqa dövlətlərin müstəqilliyinə qəsd vasitəsi kimi və beynəlxalq münaqişələrin həlli üsulu kimi müharibəni rədd edir.


26. Azərbaycan Respublikasının Kons­titusiyasına əsasən dövlətin ali məqsədi nədir?

- İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respub- likasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.


27. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən mülkiyyətin neçə növü vardır?

- Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.


28. Azərbaycan Respublikasının Kons­titusiyasına əsasən Azərbaycan Respublikasında dövlət təhsil sistemi necə xarakter daşıyır?

- İcbari.


29. Azərbaycan Respublikasının Kons­titusiyasında dini etiqadlara münasibət necə müəyyən olunub?

-Din dövlətdən ay­rı­dır. Bütün dini etiqadlar qanun qar­şısın­da bərabərdir.

II. İnsan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin yayılması və təbliği qada­ğan­dır.
30. Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respub­li­kasının ərazisində hansı pul vahid­lərinin ödəniş vasitəsi kimi işlədil­məsini nəzərdə tutur?

-Azərbaycan Respublikasının ərazisin­də manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qada­ğandır.


31. Azərbaycan Respublikasının dövlət rəmzləri hansılardır?

- Azərbaycan Respublikasının dövlət rəmzləri Azərbaycan Respublikasının Dövlət bayrağı, Azərbaycan Respub­likasının Dövlət gerbi və Azərbaycan Respublikasının Dövlət himnidir.

32. Azərbaycan Respublikası Dövlət bayrağının eninin uzunluğuna nis­bəti:

-Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir

33. Azərbaycan Respublikasının Kons­titusiyasına əsasən Azərbaycan Respublikası əhalinin danışdığı baş­qa dillərin:

- Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədil­məsini və inkişafını təmin edir.


34. Azərbaycan Respublikası hansı məqsədlərlə Silahlı Qüvvələr və başqa silahlı birləşmələr yaradır?

- Azərbaycan Respublikası öz təhlükə­sizliyini və müdafiəsini təmin etmək məqsədi ilə Silahlı Qüvvələr və başqa silahlı birləşmələr yaradır.


35. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Azərbaycan Respublikasının ərazisi necə müəy­yən olunub?

- Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölün­məz­dir.


36. Azərbaycan Respublikasının Döv­lət bayrağının və Dövlət gerbinin təsviri və Dövlət himninin musiqisi və mətni nə ilə müəyyən edilir?

- Azərbaycan Respublikası Dövlət bayrağının və Azərbaycan Respublikası Dövlət gerbinin təsviri, Azərbaycan Respublikası Dövlət himninin musiqisi və mətni Konstitusiya qanunu ilə müəy­yən edilir.


37. Azərbaycan Respublikasının Konstitusiyasına görə hansı borclar Azərbaycan Respublikası tərəfindən öhdəlik kimi qəbul oluna və ödənilə bilməz?

Azərbaycan dövlətinə qarşı qiyama və dövlət çevrilişinə kömək məqsədi ilə alınmış borclar Azərbaycan Respub­likası tərəfindən öhdəlik kimi qəbul edilə və ödənilə bilməz.


38. Azərbaycan Respublikasının Kons­­titusiyasına əsasən mülkiyyət kim tərəfindən müdafiə olunur?

- Azərbaycan Respublikasında mülkiy-yət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.


39. Azərbaycan Respublikasının Kons­titusiyasına əsasən təbii ehti­yatlar kimə mənsubdur?

- Təbii ehtiyatlar hər hansı fiziki və ya hüquqi şəxslərin hüquqlarına və məna-felərinə xələl gətirmədən Azərbaycan Respublikasına mənsubdur.


40. Azərbaycan Respublikasının Kons­titusiyasına əsasən hansı din­lə­rin yayılması və təbliği qadağandır?

- İnsan ləyaqətini alçaldan və ya in­san­pərvərlik prinsiplərinə zidd olan din­lərin yayılması və təbliği qada­ğandır.


41. Azərbaycan Respublikasının Kons­titusiyasına görə hamı:

- Hamı qanun və məhkəmə qarşısında bərabərdir.


42. Azərbaycan Respublikasının Kons­titusiyasına əsasən hər kəsin hansı üsul və vasitələrlə öz hü­quq­larını müdafiə etmək hüququ var?

-Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır.


43. Hər kəsin toxunulmaz, ayrılmaz və pozulmaz hüquqları və azadlıqları var:

-Hər kəsin doğulduğu andan toxunul­maz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır.


44. Kimlərin ana dilindən istifadə hüququ məhdudlaşdırıla bilər?

- Heç kəs ana dilindən istifadə hü­ququndan məhrum edilə bilməz.


45. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən hansı halda insana qarşı silah işlədilməsinə yol verilir?

- Nəzərdə tutulmuş zəruri müdafiə, son zərurət, cinayətkarın yaxalanması və tutulması, həbsdə olanın həbs yerindən qaçmasının qarşısının alınması, dövlətə qarşı qiyamın yatırılması və ya dövlət çevrilişinin qarşısının alınması, ölkəyə silahlı basqın edilməsi halları istisna olmaqla insana qarşı silah işlədilməsinə yol verilmir.
46. Kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanıl-masına, istifadəsinə və yayılmasına yol verilirmi?

- Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanıl­masına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir.


47. Nikah hansı əsasla bağlanılır?

- Nikah könüllü razılıq əsasında bağ­lanılır. Heç kəs zorla evləndirilə (ərə verilə) bilməz.


48. Əmək müqaviləsi necə bağlanılır?

- Əmək müqavilələri sərbəst bağlanılır.


49. Kimlər əmək müqaviləsinin bağ­lanılmasına məcbur edilir?

- Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.


50. Azərbaycan Respublikasının Kons­titusiyasına görə əmlakın tam müsadirəsinə yol verilirmi?

-Xeyr, əmlakın tam müsadirəsinə yol verilmir.


51. Hansı şərtlə şəxsin üzərində tibbi təcrübələr aparıla bilər?

- Özünün könüllü razılığı olmadan heç kəsin üzərində tibbi, elmi və başqa təcrübələr aparıla bilməz.


52. Azadlıq hüququ məhdudlaşdırıla bilərmi?

- Azadlıq hüququ yalnız qanunla nə­zər­də tutulmuş qaydada tutulma, həbsəal­ma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər.


53. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən mülkiyyətin hansı növünə üstünlük verilir?

- Mülkiyyətin heç bir növünə üstünlük verilmir.


54. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən xüsusi mül­kiyyət hüququ nə ilə qorunur?

- Mülkiyyət hüququ, o cümlədən xü­susi mülkiyyət hüququ qanunla qoru­nur.


55. Təhlükəsiz yaşamaq hüququ nə­dir?

- I. Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır.

II. Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin həyatına, fiziki və mənəvi sağlamlığına, mülkiyyətinə, mənzilinə qəsd etmək, ona qarşı zor işlətmək qadağandır.
56. Mülkiyyət hüququ nədən iba­rət­dir?

- Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.


57. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən mülkiyyətin dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün özgəninkiləşdirilməsinə hansı halda yol verilir?

- Dövlət ehtiyacları və ya ictimai ehti­yaclar üçün mülkiyyətin özgəninkiləş­dirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
58. Azərbaycan Respublikasının Kons­­titusiyasına əsasən şəxsi həyata müdaxilə:

- Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi həyata müdaxilə etmək qadağandır.


59. Azərbaycan Respublikasının Kons­titusiyasına əsasən kütləvi in­for­masiya vasitələrində, o cümlədən mətbuatda nə qadağandır?

- Kütləvi informasiya vasitələrində, o cümlədən mətbuatda dövlət senzurası qadağandır.


60. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Azərbaycan Respublikasının vətəndaşı hansı hal­da Azərbaycan Respublikasından qo­vula və ya xarici dövlətə verilə bilər?

- Azərbaycan Respublikasının vətən­daşı heç bir halda Azərbaycan Respub­likasından qovula və ya xarici dövlətə verilə bilməz.


61. Azərbaycan Respublikasının və­tən­daşları dövlətin idarə olun­ma­sında iştirak etmək hüquqlarını necə həyata keçirirlər?

- Bu hüququ onlar bilavasitə və ya nümayəndələri vasitəsi ilə həyata ke­çirə bilərlər.


62. Azərbaycan Respublikasının Kons­titusiyasına əsasən hansı bir­liklərin yaradılması qadağandır?

- Azərbaycan Respublikasının bütün ərazisində və ya hər hansı hissəsində qanuni dövlət hakimiyyətini zorla de­vir­mək məqsədi güdən birliklərin yara­dılması qadağandır.


63. Azərbaycan Respublikasının Kons­titusiyasında təsbit olunmuş in­san və vətəndaş hüquq və azad­lıq­larının həyata keçirilməsini kim məh­dudlaşdıra bilər?

- İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.


64. Kimlərin seçkilərdə iştirak hüququ məhdudlaşdırıla bilər?

- Hərbi qulluqçuların, hakimlərin, dövlət məmurlarının, din xadimlərinin, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrum edilmiş şəxslərin, bu Konstitusiyada və qanun­da nəzərdə tutulan digər şəxslərin seç­kilərdə iştirak etmək hüququ qanunla məhdudlaşdırıla bilər.


65. Vətəndaşlar dövlət orqanına hansı qaydada müraciət edə bilərlər?

-Azərbaycan Respublikası vətəndaş-larının dövlət orqanlarına şəxsən mü­raciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır.


66. Qanunla nəzərdə tutulmuş hal­larda ödənişsiz hüquqi yardım kimin hesabına həyata keçirilir?

- Qanunla nəzərdə tutulmuş hallarda ödənişsiz hüquqi yardım, dövlət hesa­bına həyata keçirilir.


67. Kimin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır?

- Hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır.


68. Səlahiyyətli orqanların tutduğu, həbsə aldığı və cinayət törədil­mə­sində ittiham etdiyi hər bir şəxsə onun hüquqları nə zaman bildirilir?

-Hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin kömə­yin­dən istifadə etmək hüququ vardır.


69. Azərbaycan Respublikasının Kons­­titusiyasına əsasən hansı hal­lar­da şəxs cinayətdə təqsirli sayıla bilər?

- Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz.


70. Azərbaycan Respublikasının və­təndaşı hansı halda Azərbaycan Res­publikasının vətəndaşlığından məh­rum edilə bilər?

- Azərbaycan Respublikasının vətən­daşı heç bir halda Azərbaycan Respub­likası vətəndaşlığından məhrum edilə bilməz.


71. Kimlərin referendumda iştirak etmək hüququ yoxdur?

- Məhkəmənin qərarı ilə fəaliyyət qabi­liy­yətsizliyi təsdiq olunmuş şəxs­lərin seçkilərdə, habelə referendumda iştirak etmək hüququ yoxdur.


72. Azərbaycan Respublikasının Konstitusiyasını və qanunlarını po­zan birliklərin fəaliyyətinə necə xitam verilir?

- Konstitusiyanı və qanunları pozan birliklərin fəaliyyətinə yalnız məhkəmə qaydasında xitam verilə bilər.


73. Hər kəsin müdafiəçinin kö­məyin­dən istifadə etmək hüququ nə vaxt­dan yaranır?

- Hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin kömə­yindən istifadə etmək hüququ vardır.


74. Azərbaycan Respublikasının Konstitusiyasına görə işə hansı halda başqa məhkəmə tərəfindən baxıla bilər?

- Hər kəsin onun işinə qanunla müəy­yən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxıl­masına yol verilmir.


75. Kimlər təqsirsiz sayılırlar?

- Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilmə­sində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.


76 Kimlərə qarşı ifadə verməyə məcbur edilməyə yol verilmir?

- Hər kəs özünə, arvadına (ərinə), övladlarına, valideynlərinə, qardaşına, bacısına qarşı ifadə verməyə məcbur edilə bilməz. Əleyhinə ifadə verilməsi məcburi olmayan qohumların tam siya­hısı qanunla müəyyən edilir.


77. Səlahiyyətli dövlət orqanları tutduğu, həbsə aldığı, cinayət törədil­məsində ittiham etdiyi hər bir şəxsə nə zaman onun hüquqlarını bildir­məli və tutulmasının, həbsə alınma­sının və cinayət məsuliyyətinə cəlb edilməsinin səbəblərini izah etmə­lidir?

- Səlahiyyətli dövlət orqanlarının tut­duğu, həbsə aldığı, cinayət törədil­məsində ittiham etdiyi hər bir şəxsə dərhal onun hüquqları bildirilir və tu­tul­­masının, həbsə alınmasının və ci­nayət məsuliyyətinə cəlb edilməsinin səbəbləri izah edilir.


78. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən hamılıqla qə­­bul edilmiş beynəlxalq hüquq nor­ma­larına görə Azərbaycan Respub­likası kimlərə sığınacaq verir?

- Hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycan Respublikası əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə siyasi sığınacaq verir


79. Azərbaycan Respublikasının Konstitusiyasına görə insan və vətən­daş hüquq və azadlıqlarının pozul­ması ilə əlaqədar yaranan mübahisə­ləri hansı orqan həll edir?

- İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir.


80. Hüquq pozuntusu törətdikdən sonra yeni qanunla bu cür hərə­kət­lərə görə məsuliyyət aradan qaldırıl­mışsa və ya yüngülləşdirilmişsə:

- Heç kəs törədildiyi zaman hüquq pozuntusu sayılmayan əmələ görə mə­su­liy­yət daşımır. Hüquq pozuntusu törədil­dikdən sonra yeni qanunla bu cür hərəkətlərə görə məsuliyyət aradan qal­dırılmışsa və ya yüngülləşdirilmişsə, yeni qanun tətbiq edilir.


81. Azərbaycan Respublikasının vətəndaşı kimdir?

- Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, ha­belə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının və­tən­daşıdır. Azərbaycan Respublika-sı­nın ərazisində və ya Azərbaycan Res­pub­likasının vətəndaşlarından do­ğul­­muş şəxs Azərbaycan Respubli-kasının vətəndaşıdır. Valideynlərindən biri Azər­baycan Respublikasının vətən­daşı olan şəxs Azərbaycan Respub­li­kasının vətəndaşıdır.



82. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Azərbaycan Respublikasının vətəndaşları döv-lətin idarə olunmasında iştirak hü­ququnu necə həyata keçirə bilərlər?

- Azərbaycan Respublikası vətən-daşlarının dövlətin idarə olunmasında iştirak etmək hüququ vardır. Bu hü­ququ onlar bilavasitə və ya nümayən­dələri vasitəsi ilə həyata keçirə bilərlər.


83. Hansı halda şəxs valideynlərinə qarşı ifadə verməyə məcbur edilir?

- Heç kəs özünə, arvadına (ərinə), övladlarına, valideynlərinə, qardaşına, bacısına qarşı ifadə verməyə məcbur edilə bilməz. Əleyhinə ifadə verilməsi məcburi olmayan qohumların tam siya­hısı qanunla müəyyən edilir.


84. Hansı bənddə təqsirsizlik pre­zum­psiyası hüququ tam açıqlan­mış­dır?

- I. Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədil-məsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.

II. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinmə­sinə yol verilmir.

III. Cinayətin törədilməsində təqsirlən-dirilən şəxs özünün təqsirsizliyini sü­buta yetirməyə borclu deyildir.

IV. Ədalət mühakiməsi həyata keçi­rilər­kən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz.

V. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz.


85. Azərbaycan Respublikasının Kons­titusiyasına əsasən hansı hal­lar­da şəxs din, vicdan, fikir və əqidəsini açıqlamağa məcbur edilə bilər?

- Heç bir halda heç kəs din, vicdan, fikir və əqidəsini açıqlamağa məcbur edilə bilməz və bunlara görə təqsir­ləndirilə bilməz.


86. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən hüquq po­zun­tusu törədildikdən sonra hansı hallarda yeni qanun tətbiq edilir?

- Heç kəs törədildiyi zaman hüquq pozuntusu sayılmayan əmələ görə məsu­liy­yət daşımır. Hüquq pozuntusu törədildikdən sonra yeni qanunla bu cür hərəkətlərə görə məsuliyyət aradan qaldırılmışsa və ya yüngülləşdirilmişsə, yeni qanun tətbiq edilir.


87.Azərbaycan Respublikasının Kons­titusiyasına görə sərbəst toplaşmaq azadlığı həyata keçirilə bilər:

- I. Hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı vardır.

II. Hər kəsin başqaları ilə birlikdə müvafiq dövlət orqanlarını qabaqcadan xəbərdar etməklə dinc, silahsız yığış­maq, yığıncaqlar, mitinqlər, nüma­yişlər, küçə yürüşləri keçirmək, piketlər düzəltmək hüququ vardır.
88. Azərbaycan Respublikasının Konstitusiyasına görə kimlərin başqa dövlətə verilməsinə yol verilmir?
- Siyasi əqidəsinə görə, habelə Azər­baycan Respublikasında cinayət sayıl­mayan əmələ görə təqib edilən şəxs­lərin başqa dövlətə verilməsinə yol verilmir.
89. Müharibə, hərbi vəziyyət və fövqəladə vəziyyət, habelə səfərbərlik elan edilərkən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həya-ta keçirilməsi Azərbaycan Respub­li­kasının beynəlxalq öhdəlikləri nəzərə alınmaq şərti ilə:

- Müharibə, hərbi vəziyyət və fövqəladə vəziyyət, habelə səfərbərlik elan edilərkən insan və vətəndaş hü­quqlarının və azadlıqlarının həyata keçirilməsi Azərbaycan Respublika­sı­nın beynəlxalq öhdəliklərini nəzərə almaq şərti ilə qismən və müvəqqəti məhdudlaşdırıla bilər. Həyata keçiril­məsi məhdudlaşdırılan hüquq və azad­lıqlar haqqında əhaliyə qabaqcadan məlumat verilir.



90 . Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Azərbaycan Respublikası ərazisində daimi ya­şa­yan və ya müvəqqəti qalan əcnəbilə­rin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqları:

- Azərbaycan Respublikası ərazisində daimi yaşayan və ya müvəqqəti qalan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqları yalnız beynəlxalq hüquq normalarına və Azər­baycan Respublikasının qanun­larına uyğun olaraq məhdudlaşdırıla bilər.


91. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən hansı şəxs­lərin başqa dövlətə verilməsinə yol verilmir?

-Siyasi əqidəsinə görə, habelə Azər­baycan Respublikasında cinayət sayıl­mayan əmələ görə təqib edilən şəxs­lərin başqa dövlətə verilməsinə yol verilmir.


92. Azərbaycan Respublikasının Kons­­titusiyasına əsasən hansı hal­larda insan və vətəndaş hüquq və azadlıqlarının həyata keçirilməsi qis­mən və müvəqqəti məhdud­laş­dırıla bilər?

- Müharibə, hərbi vəziyyət və föv­qə­ladə vəziyyət, habelə səfərbərlik elan edilərkən insan və vətəndaş hüquq­la­rının və azadlıqlarının həyata keçiril­məsi Azərbaycan Respublikasının bey­nəlxalq öhdəliklərini nəzərə almaq şərti ilə qismən və müvəqqəti məhdud­laşdırıla bilər.


93. Qanunu bilməmək şəxsi məsuliy­yətdən azad edirmi?

- Qanunu bilməmək məsuliyyətdən azad etmir.


94. Şəxs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda gös­təril­miş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilərmi?

- Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa döv­lət ödənişləri ödəməyə məcbur edilə bilməz.


95. Azərbaycan Respublikasının Kons­titusiyasına əsasən dövlət və


  1   2   3   4   5   6   7   8   9   ...   36


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə