Qadın hüquqlarının daha mükəmməl müdəfiəsi ilə bağlı nəzəriyyədə və praktikada olan problemlərin aradan qaldırılmasına dair təkliflər




Yüklə 25.42 Kb.
tarix16.04.2016
ölçüsü25.42 Kb.

Qadın hüquqlarının daha mükəmməl müdəfiəsi ilə bağlı nəzəriyyədə və praktikada olan problemlərin aradan qaldırılmasına dair təkliflər.
Qeyd: Qanunvericiliyə əlavə və dəyişikliklər qırmızı hərflərlə verilmişdir.
1. Boşanmadan sonrakı məsələlərin də (Alimentin alınması, əmlak bölünməsi və s.) nikahın pozulması ilə birğə həll edilməsi: Bundan ötrü Ailə Məcəlləsinin 22.2-ci maddəsinə əlavə edilir və yeni redaksiyasını aşağıdakı kimi təklif edilir:

Bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə tərəfin əlavə ərizəsini almaqla boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməli, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməli, ər-arvadın (onlardan birinin) tələbi ilə onların birgə mülkiyyətində olan əmlakın bölgüsünü aparmalı, ərindən (arvadından) saxlanması üçün vəsait almaq hüququna malik olan arvadın (ərin) tələbi ilə ərdən (arvaddan) tutulmalı olan vəsaitin miqdarını müəyyən etməlidir.



2. Boşanma prosesinə vəkilin və ya hüquq xidməti ğöstərən hüquqşünasın iştirakı ilə baxılması: Bundan ötrü Ailə Məcəlləsinin 21.3-ci maddəsinə əlavə edilir və yeni redaksiyası aşağıdakı kimi təklif edilir:

nikahın məhkəmə qaydasında pozulması ər-arvadın bu barədə ərizə verdikləri gündən 1 aydan tez olmayaraq vəkilin və ya hüquq xidməti ğöstərən hüquqşünasın iştirakı ilə həyata keçirilir.



3. Ailənin qorunub saxlanılması və ciddi səbəblər olmadan nikahın pozulmasını əngəlləmək məqsədilə boşanma prosesinin mürəkkəbləşdirilməsi, həmçinin qadının mənafeyi tələb etdikdə boşanma prosesinin tezləşdirilməsi:

Bundan ötrü Ailə Məcəlləsinin 20-ci maddəsinə aşağıdakı əlavələr və dəyişikliklər təklif edilir:

20.1. Ər-arvadın birgə yaşamasının və ailənin saxlanması üçün məhkəmə səy göstərməlidir.

20.2. Tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda və nikahın pozulması üçün ciddi səbəblər olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 6 (altı) ayadək müddətə işi təxirə almalı, tərəflərə bu müddət ərzində Ailə Bərpa Mərkəzinin əməkdaşlərı ilə ay ərzində ən azı 1 dəfə görüşmək barədə tövsiyyə (tapşırıq) verməli, barışmaq üçün təyin edilmiş müddətin bitməsindən sonra məhkəmə iclasının davamına Ailə Bərpa Mərkəzinin əməkdaşının iştirakı ilə baxmalıdır.

20.3 Arvad əri tərəfindən müntəzəm olaraq zorakılığa (ailədaxili işgəncə, psixoloji təzyiqlər və s) məruz qalarsa, eləçə də nikahın pozulmaması arvad üçün fiziki (maddi və mənəvi) zərər riski yaradarsa məhkəmə bu Məcəllənin 20.2-ci maddəsində ğöstərilənlərə riayət etmədən inkahı dərhal pozmalıdır.

20.4 Tərəflər bu Məcəllənin 20.2-ci maddəsində nəzərdə tutulan məhkəmə tövsiyyəsinə riayət etmədikdə məhkəmə iddia tələbini rədd edə bilər.

20.5 Bu Məcəllənin 20.2-ci maddəsində göstərilənlərdən sonra da ailənin qorunub saxlanması mümkün olmadıqda məhkəmə nikahı pozmalıdır.

4. Nikah yaşlarının artırılması: Bundan ötrü Ailə Məcəlləsinin 10.1-ci maddəsinə aşağıdakı dəyişiklik təklif edilir:

Nikah yaşı qadınlar üçün 18 yaş, kişilər üçün isə 19 yaş müəyyən edilir.



5. Nikah yaşına çatmayanı zorla ərə verilməsinə ğörə məsulyyət: Ğənc qızların təhsildən yayındırılaraq zorla ərə verilməsinə yol verən şəxslərin özlərində hüquqi məsuliyyət hiss etmələri və buna yol verməmələri üçün Azərbayçan Respublikası Cinayət Məcəlləsinə yeni 171-1-ci maddəsi əlavə edilməlidir:

Maddə 171-1. Nikah yaşına çatmayanları qeyri-rəsmi nikaha daxil olmaqla və ya olmamaqla ailə qurmağa məcbur etmə:

171-1.1. nikah yaşına çatmayanı qeyri-rəsmi nikaha daxil olmaqla və olmamaqla ailə qurmağa məcbur etmə –

- min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

171-1.2. Eyni əməllər:

171-1.2.1. nikah yaşına çatmayanı tərbiyə etmək vəzifəsini daşıyan şəxs tərəfindən törədildikdə,

171-1.2.2 zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə;

171-1.2.3. bir qrup şəxs tərəfindən törədildikdə—

- iki min manatdan üç min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

6. Alimentlə bağlı:

a) Ailə Məcəlləsinin 76-cı maddəsinə yeni 76.3-çü maddə əlavə edilməlidir:

76.3 Məhkəmə tərəfindən təyin edilən alimentin məbləği heç bir halda minumum əmək haqqı məbləğindən az ola bilməz.
b) Məhkəmə qərarı ilə alimenti ödəməkdən qəsdən yayınan tərəf üçün “İcra haqqında” qanunda və İXM-də aşağıdakı müxtəlif cəzalar nəzərdə tutulur, həmcinin mövcud çəzalar sərtləşdirilir.

a) alimenti qəsdən ödəməyənin mobil telefonuna hər gun bir neçə dəfə aliment borcu olması barədə qınaq məktubları göndərilir,

b) sürücülük hüququndan müvəqqəti məhrum edilir,

v) Cinayət Məçəlləsinin 176.1-çi maddəsində nəzərdə tutulan çəza aşağıdakı qaydada dəyisdirilir:

Min manatdan beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya altı aydan 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

q) Alimentlə bağlı problemlərin həll edilməsi məqsədilə Dövlət Aliment Fondunun yaradılması: Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsinin yanında və ya müstəqil Dövlət Aliment Fondu yaradılmalı, alimenti bu və ya digər səbəblərə görə ödəyə bilməyən valideyinin əvəzindən uşaqlara Dövlət Aliment Fondundan aliment ödənilməli, valideyn isə Fonda borclu qalmalı, daha sonra Fond valideyndən alimenti ğeri almalıdır.


DÖVLƏT ALİMENT FONDUNUN

təxmini STATUSU
Dövlət Aliment Fondu (bundan sonra Fond) – dövlət büdcəsindən, həmçinin qrantlar, ianələr və digər qanuni yollarla maliyyələşən və Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsinin yanında və ya müstəqil qurum kimi yaradılır.

Hər bir reğion üzrə qəyyum və himayə orqanının nəzdində və ya müstəqil olaraq Fondun bölmələri yaradıla bilər.

Fondun işçi heyyəti zəruri təcrübəsi olan psixoloq və hüquqşünaslardan formalaşdırılır.

Fondun əsas məqsədi müvafiq icra qurumu və ayrı-ayrı şəxslər tərəfindən edilən müraciətlər əsasında 1 aylıq müddətdə araşdırma aparmaqla məhkəmə qərarları ilə müxtəlif səbəblərdən alimenti ödəməyən şəxslərin əvəzindən tələbkarlara alimenti ödəməkdir.

Fond öz işini diğər dövlət qurumları ilə birgə qurur. Müvafiq icra organları lazım olduqda müraciət əsasında Fonda zəruri yardım etməyə borcludur.

Fond öz hasabından ödədiyi alimentin borcludan tez və bütünlüklə ğeri alınması üçün bütün tədbirləri (inzibati, cinayət və maddi məsuliyyəti məsələsinin həlli ücün) ğörür.



7. Ailənin qorunub saxlanmasına, bərpasına və möhkəmlənməsinə yardım edən institutların yaradılması: Ailə Bərpa Mərkəzi məhkəmə tərəfindən barışmaq üçün təyin edilmiş müddət ərzində tərəflərə ailənin qorunub saxlanması üçün zəruri yardımlar etmək məqsədilə yaradılır.

AİLƏ BƏRPA MƏRKƏZİNİN

təxmini STATUSU
Ailə Bərpa Mərkəzi (bundan sonra Mərkəz) – dövlət büdcəsindən, fondlar, qrantlar və digər qanuni yollarla maliyyələşən və Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsinin yanında və ya müstəqil qurum kimi yaradılır.

Hər bir rayon və ya reğion üzrə qəyyum və himayə orqanının nəzdində və ya müstəqil olaraq Mərkəzin bölmələri yaradılır.

Mərkəzin əsas işçi heyyəti zəruri təcrübəsi olan psixoloq və pedaqoqlardan, həmçinin də həkim və hüquqşünaslardan formalaşdırılır.

Əsas işçi heyyətdən başqa, Mərkəz ehtiyac yaranacağı təgdirdə müqavilə əsasında və ya bunsuz ğöstərilən ixtisaslar üzrə qısa və ya uzun müddətə əlavə işçi cəlb edə bilər.

Mərkəz boşanma təşəbbüsündə olan şəxslərlə işini sosial, psixoloji, hüquqi və bəzi hallarda tibbi məsləhətlər verilməsi yolu ilə qurur. Bundan ötrü Mərkəz lazım gəldikdə dövlət və qeyri-dövlət qurumları ilə əməkdaşlıq edir.

Mərkəzin tərkibində Uşaq Bölməsi yaradılır. Bu bölmə ehtiyac olduqda valideynləri nikahlarını pozmağa təşəbbüs edən və ya pozmuş, yetkinlik yaşına çatmamış uşaqların boşanmaya qədər və boşanma sonrası reabilitasiyası ilə məşğul olur.

Mərkəzin tərkibində Maarifləndirmə Bölməsi yaradılır. Bölmə zəruri savadı və ya peşə bilikləri olmayan boşanmış şəxslərlə iş aparır.

Mərkəz daima xarici ölkələrin təcrübəsini öyrənir. Mərkəzin işçiləri bu ölkələrin təcrübəsini öyrənmək üçün zaman-zaman ezamiyyətlərə göndərilir. Təcrübəsi öyrənilən ölkələrdən seminarlar keçməsi, birgə müzakirələr aparılması və digər məqsədlərlə mütəxəssislər dəvət olunur.

Mərkəz öz işini diğər dövlət orqanları ilə birgə qurur. O, yalnız boşanan ailələrlə deyil, digər problemli ailələrlə də zəruri yardımlar edir. İctimai qınaq və ya psixoloji/fiziki təsir səbəbindən qorxaraq boşanma və ya reabilitasiya üçün müraciət edə bilməyən ailələri tapmağa təşəbbüs göstərməli və lazımi yardım göstərməlidir.

Mərkəzin qaynar xətti mövcuddur. Mərkəz qaynar xəttin daima ictimaiyətin diqqət mərkəzində qalması üçün əlindən gələni etməyə borcludur. Qaynar xətt vasitəsilə ailədaxili problemləri olan (ailədaxili şiddət, işgəncə, psixoloji təzyiqlər və s. ilə üzləşən) vətəndaşları müəyyən edir və dərhal yardım edir.



Mərkəzin daxilində Ailə Sığınacağı fəaliyyət göstərir. Sığınacaqlar ailədaxili problemləri olan (ailədaxili şiddət, işgəncə, psixoloji təzyiqlər və s. ilə üzləşən) şəxslərə və ya kənar təsirlərə məruz qalan cütlüklərə müvəqqəti sığınacaqlar verir.

Ailə Bərpa Mərkəzinin yanında Ailə Münsif Məhkəməsi yaradıla bilər. Bu Məhkəmə ictimai əsaslarla fəaliyyət ğöstərəcək. Ailə Münsif Məhkəməsinin üzvləri əsasən cəmiyyətdə tanınmış və nüfuzlu şəxslər seçilməlidir. Ailə Münsif Məhkəməsi Ailə Bərpa Mərkəzinə öz funksiyalarını həyata keçirməkdə köməklik edir.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə