Psixi proseslərin sistemi. Duyğu və qavrayış




Yüklə 55.44 Kb.
tarix22.04.2016
ölçüsü55.44 Kb.




Plan:

  1. Psixi proseslərin sistemi. Duyğu və qavrayış.

  2. Şahid ifadələrinin formalaşması mərhələləri. Duyğu və qavrayışın şahid ifadələrinin formalaşmasında rolu.


Psixi proseslərin sistemi. Duyğu və qavrayış.
Aydındır ki, insan ətraf aləmin dərk edilməsi sahəsində fəaliyyət göstərir. Psixi proseslərin ilk mərhələsi dərk etmə prosesləri olan duyğu və qavrayışdır.

Dərk etmə fəaliyyəti özündə bu prosesləri ehtiva edir:



  1. Sensor (latın sözü sensus - dərk etmə) dərk etmə prosesləri hadisə və predmetlərin bir hissəsini əks etdirir. Bu fəaliyyətin psixi nəticəsini duyğu adlandırırlar.

  2. Persepsiya (latın sözü percipere - qavrayış) dərk etmə prosesləri predmet və hadisələrin tam halda əks edilməsidir. Bu hadisə və proseslərin psixi obrazlarına qavrayış deyilir.

  3. Mnemonik (yunan sözü mneme – yaddaş) prosesləri yaddaşın surətini yaradır. Təqdim edilmiş xəyalın yeni surətlərə dəyişdirilməsi, köçürülməsi – bu təsəvvür prosesləridir.

  4. İntelektual (latın sözü intellectus – dərrakə) və ya təfəkkür prosesləri hadisələr arasında mövcud əlaqələri öyrənir.

Duyğu, qavrayış, təsəvvür, yaddaş dərk etmənin hissi formalarına aiddirlər. İnsanda hissi əks olunma məntiqi dərk etmə ilə bağlıdır. İnsanda hissi dərk etmədə ünsiyyət funkiyasını daşıyan dil və sözlər mühüm rol oynayır. Öz növbəsində məntiqi dərk etmə bütün dərk etmə proseslərinin qarşılıqlı mütəmadi əlaqəsi nəticəsində baş verir.1

Duyğu psixi əksolunmanın ən sadə formasıdır. Duyğu – elementar psixi dərk etmə prosesi olub predmetlərin və hadisələrin ayrıca keyfiyyətlərini, həmçinin insanın öz orqanizminin vəziyyətinin beyində əksolunması və ya inikasıdır. Duyğuda psixikanın dərk etmə, emosional və tənzimləyici funksiyaları özünü biruzə verir. Duyğu bizi yalnız ətraf aləmlə əlaqələndirmir, dərk etmənin əsas mənbəyi sayılır, eyni zamanda psixi inkişafın əsas şərti hesab edilir.

Hal hazırda duyğunun müxtəlif növləri fərqləndirilir ki, onları da bele klasifikasiyası etmək olar:

Xarici- predmetlərin, ətraf aləmin xüsusiyyətlərinin əks edilməsidir. Bu ya bu qıcıqların bizim analizatorlara bilavasitə təsiri ilə (kontakt və ya əlaqəli),ya da ki, məsafəli təsiri ilə yaranır (distant duyğu). Duyğuda predmetlərin obyektiv xüsusiyyətləri (qoxu, rəngi, temperatur və s.) və bizi qıcıqlandıran təsirlərin intensivliyi (məsələn, daha yuxarı və aşağı temperatur) əks olunur.

Daxili – daxili orqanların vəziyyətini fiksə edən duyğu.

Kinestetik- bədənimizin vəziyyətinin və hərəkətinin əks edilməsidir.

Kontakt və ya əlaqəli duyğuya biz misal üçün dad bilməni göstərə bilərik. Eşitmə, görmə distant və ya məsafəli duyğuya bariz misaldır.

Adətən insanda bu və ya digər duyğuya təmiz formada rast gəlmək nadir hallarda mümkün olur. Çünki, hər hansı bir qıcıq təkcə bir analizatora təsir etmir, o eyni zamanda bir neçə analizatora təsir edərək müxtəlif duyğuların tam bir qammasını yaratmış olur.

Gücünə və davamlılığına görə zəif, orta və güclü duyğuları fərqləndirirlər.

Şahid ,cinayət və mülki prosesin digər iştirakçılarının ifadələrini düzgün qiymətləndirmək üçün duyğunun əsas qanunauyğunluqlarından, xüsusiyyətlərindən və ifadələrin formalaşmasəına təsir edən bir sıra amilləri bilmək lazımdır.Duyğunun bu xüsusiyyətlərindən bunları qeyd etmək olar:



Analizatorun həssaslığı. Analizator özü qıcığı analiz və sintez edən sensor sistemidir. Analizator reseptordan, qıcığın enerjisini sinir impulsuna çevirən; beynin müvafiq yarımkürələrindən( hansı ki, sinir impulslarını burada incələnir) ibarətdir. Bu psixikanın predmet və hadisələrin xüsusiyyətlərinin böyük və kiçik dəqiqliklə əks etmək qabiliyyətidir.

Qıcığın minimal gücü mütləq aşağı hədd adlanır, hansı ki, analizatorun qıcığa mütləq həssaslığını göstərir. Mütləq həssasıqla duyğunun həddi arasında qarşılıqlı əks əlaqə mövcuddur.duyğunun hədddi nə qədər aşağıdırsa həssaslıq bir o qədər yuxarıdır.

Qıcığın maksimal gücü mütləq yuxarı hədd adlanır, burada duyğu qıcıqla adekvat olaraq yaranır.Qıcığın gücünün daha da artması insanda ağrı hissi yaradır.

Mütləq aşağı və yuxarı hədd analizatorun həssaslığının zonasını təşkil edir.

Onu da qeyd edək ki, insanlarda həssalığın bu hədləri individual, fərdi xarakter daşıyır.Yaş və digər amillərin təsiri altında onlar da dəyişir. Həssaslığın itiliyi özünün maksimal həddini 20-30 yaş arasında biruzə verir. Həssaslığın müvəqqəti itirilməsinə vaxt, qıraq qıcıqlar, psixiki vəziyyət, xəstəlik, qadınlarda hamiləlik və s. faktorlar təsir edir. Şahid ifadələrinin formalaşdırılması zamanı şahidin hadisəni və ya hər hansı predmeti gördüyü zaman içkili olub olmaması, narkotiku və s. psixotrop maddələr qəbul edib-etməməsi də aydınlaşdırılmalıdır.

Bütün bu faktorları dindirmə zamanı duyğunun keyfiyyətini öyrənmək üçün müxtəlif kiçik eksperimentlər aparan zaman nəzərə almaq lazımdır. Məsələn, özünü ağır eşidən kimi qələmə verən şübhəli şəxsin eşitmə qabiliyyətini çox asanlıqla yoxlayıb, onun yalanını ifşa etmək olar. Xəstənin arxasında hər hansı bir predmeti yerə atmaq kifayətdir ki, onun bu qıcığa qarşı reaksiyasını biləsən. Sağlam eşitmə qabiliyyətinə malik insan bu qıcığa qeyri – iradi olaraq reaksiya verəcəkdir. Bu eksperimentdən sonra şübhəli şəxsi məhkəmə-psixoloji ekspertizaya göndərmək lazımdır.1



Adaptasiya. Bu qanunauyğunluq qıcığın uzun müddətli təsiri nəticəsində analizatorun həssaslığının azalması və ya əksinə artmasıdır. Adaptasiya nəticəsində həssaslıq tamamilə itə bilər, xüsusilə qıcığın təsiri davamlı xarakter aldıqda. Məsələn, uzun müddətli qoxulu əşyalara iş görən şəxs iy bilmə hissiyatını, daimi təsir göstərən səsin nəticəsində isan eşitmə qabiliyyətini itirə bilər və s.

Bir-birdən birə güclü qıcığın təsirinə düşdükdə də adaptasiya nəticəsində hissiyat azala bilər.Məsələn, biz yarıqaranlıqı otaqdan güclü işöqlandırılmış otağa daxil olan zaman görmə analizatorunun müvəqqəti zəifləməsinin şahidi olarıq. Bu tip adaptasiyalar neqativ adaptasiya adlandırırlar, belə ki, analizatorların həssaslığönın müvəqqəti zəifləməsinə səbəb olur. Qaranlıq adptasiyası gözdən beyinə siqnal ötürülməsini ləngidir.

Ümumiyyətlə, adoptasiya heç də həmişə inkari xarakterə malik deyildir. Adoptasiya nəticəsində həssaslıq azaldığı kimi eyni zamanda arta da bilər. Məsələn, qaranlıq adaptasiyasında davamlı olan şəxs görmə analizatoruna təsir edən ən zəif qıcığı belə fiksə edə bilər. Tədqiqatlar nəticəsində aydın olub ki, insan qaranlıq otağa dü.dükdən 3-5 dəqiqə sonra ora düşüən işığı, oradakı predmetləri seçə bilir. O 20-30 dəqiqədən sonra qaranlığa alışır. Tam qaranlıqa insanın görmə analizatorunun işığa qarşı həssaslığı 40 mindən 200 minədək çoxalır.

Duyğu ilə müqayisədə inikasın daha təkmil forması qavrayışdır.Qavrayış- bu predmet və hadisələrin bilavasitə hiss orqanlarına təsiri nəticəsində onların xüsusiyyətlərinin, əlamətlərinin beyində bütün tamlığı və bütövlüyü ilə inikasıdır. Qavrayış nəticəsində müxtəlif hadisə və predmetlərin beyində tam obrazı yaranır.Qavrayış prosesinin qanunauyğunluğunun yaxşı öyrənilməsi şahid ifadələrinin formalaşmasının mexanizminin, müstəntiqin, məhkəmənin psixoloji səhvlərinin mənbələrinin aşkar edilməsinə, eləcə də bu əsasa görə onların hüquq mühafizə fəaliyyətlərinin effektlivliyinin təmin edilməsi üçün məsləhətlər vermək üçün mühüm əhəmiyyətə malikdir.

Duyğudan fərqli olaraq qavrayış birbaşa analizatorlar vasitəsilə həyata keçirilmir.Qavrayış şəxsin maraqlarından, tələbatlarından, istəyindən, qavranılan obyektə münasibətindən daha çox asılıdır. Buna görə də qavrayış qavranılan obyektdən daha çox qavrayan şəxsin fərdi xüsusiyyətlərindən asılıdır1. Qavrayışda duyğu ilə müqayisədə subyektiv tərəf dah aqabarıq özünü biruzə verir.

Qavrayış nəticəsində bu və ya digər analizatorun aparıcı mövqeyə malik olması qavrayışın görmə, eşitmə, dad, kinestetik və s. növləri fərqləndirilir.



İlluziya. Şahid ifadələrinin formalaşması zamanı ortaya çıxan problemlərdən bir də illuziyadır.Onu da qeyd edək ki, çox maraqlı bir məsələdir ki, illuziya demək olar ancaq görmə analizatorları vasitəsilə ortaya çıxır.İlluziyanın həm obyektiv, həm də subyektiv səbəbləri var. İlluziyanın meydana çıxmasının obyektiv səbəblərinə aiddir: predmetlə fon arasında rəng təzadı. Məsələn, daha parlaq rəngdə olan fiqur, eyni ölçüdə olan qara rəngli fiqurdan daha böyük görünəcək. Qara fonda ağ kvadrat ağ fonda eyni ölçüdə olan qara kvadratdan daha böyük görünür. Kəsişən xətlərlə kəsişmməyən iki paralalel xətt paralel olmayan xətlərə bənzəyir.

İlluziyanın subyektiv səbəblərinə gəldikdə isə analizatorların adoptasiyasını, reseptor mexanizminin yorğunluğunu və s. səbəbləri göstərə bilərik.

Əgər illuziya real sensor qıcıqların təsiri nəticəsində yaranır, lakin bizim analizatorlar tərəfindən səhv şifrə edilirsə, onda bu illisunasiya- perseptiv proseslərin pataloji pozğunluğudur ki, bu zaman yaranmış obrazlar hər hansı bir obyektin reseptorlara təsiri ilə bağlı olmur.

Müxtəlif obyektlərin qavranılması xüsusiyyətləri.Predmetlərin qavranılması. Maddi obyektlərin qavranılmasında görmə, lamisə,kinestetik analizatorlar daha çox rola malikdirlər. Predmetlərin informasyon əlamətləri onların forması, böyüklüyü, həmçinin predmetlərin yerləşməsidir. Adətən biz informasiyanın 90%-ni görmə analizatorları ilə əldə edirik. Aydın olub ki, predmetlərin qavranılması ikili xarakterə malikdir. Sadə, asan tanınan predmetlər adətən dərhal qavranılır. Bu daha çox şahidin yaxşı yadında saxladığı müxtəlif predmetlərin tanınması zamanı özünü biruzə verir. Digər bir hala isə o zaman rast olunur ki, şahid bəzən predmetlərin, insanların məxsusi əlamətlərini yadda saxlaya bilir, məsələn insan sifətinin müxtəlif cizgilərini və adətən belə halada predmet və insanların tanınmasından qabaq o bu əlamətləri saya bilir. Lakin heç də həmişə belə olmur. Bir qayda olaraq mürəkkəb, çoxhəddli obyektlərin qavranılması ən vacib detalların fərqləndirilməsi ilə mümkündür.

Məkanın qavranılması. Perseptiv fəaliyyətin predmetlərin qavranılmasından daha mürəkkəb forması olan məkanın qavranılması predmetlərin böyüklüyünü, formasını, onların mövqeyini, onların relyefini, bir-birindən qarşılıqlı istiqamətini və s. xüsusiyyətlərinin inikasıdır. Bir söra cinayət işlərində, məsələn avtonəqliyyatla bağlı işlərdə hərəkət edən obyektlərin məkan koordinatlarının düzgün qavranılmasıı və dərk edilməsi mühüm əhəmiyyətə malikdir. Onu da qeyd edək ki, məkanın qavranılamsının dəqiqliyinə təcrübə daha çox təsir edir.
Zamanın qavranılamsı – bu hadisələrin ardıcıllığı, davamlılığının inikasıdır. Zamanın qavranılması əsasında orqanizmin həyati fəaliyyətində ritmik proseslər durur. Eksperiment vasitəsilə bəlli olub ki, hər hansı bir hadisənin qavrarılması mühüm dərəcədə qavrayan subyektin həmən zaman intervalında məşğulluğundan asılıdır.
2. Şahid ifadələrinin formalaşması mərhələləri. Duyğu və qavrayışın şahid ifadələrinin formalaşmasında rolu.

Şahid ifadələrinin formalaşması məhkəmə psixologiyasının böyük praktik əhəmiyyətə mailk olan məsələlərindən biridir. Hüquq ədəbiyyatında şahid ifadələrinin formalaşması prosesinin müxtəlif mərhələləri mərhələləri ayırd edilir. Bəzi müəlliflər şahid ifadələrini «üç psixoloji prosesin məhsulu» kimi xarakterizə edirlər.1Bu proseslər aşağıdakılardan ibarətdir:



  1. müəyyən faktı şahidin qavraması;

  2. qavranılmış faktı şahidin yadda saxlaması;

  3. dindirmə zamanı şahidin həmin faktı canlandırması, yaxud yada salması.2

Bəzi müəlliflər isə şahid ifadələrinin formalaşmasının qeyd olunan mərhələləri ilə yanaşı dörduncü bir mərhələni də- qavranılmış hadisələrin ifadələrdə öz əks olunması mərhələsini ayırd edirlər. Bütün bu cəhətləri nəzərə alaraq məhkəmə psixologiyası şahid ifadələrinin formalaşmasının aşağıdakı mərhələlərini ayırd edirlər:

  1. Duyğu mərhələsi;

  2. Qavrayış mərhələsi;

  3. İnsanın öz qavrayışından sonrakı hərəkət və təcrübəsində istifadə etməsi mərhələsi;

  4. Qavranılan cisim və hadisələrin əxlaq və hüquq düşüncəsi baxımından qiymətləndirilməsi mərhələsi;

  5. Yaddasaxlama mərhələsi;

  6. Dindirilən şəxsin növbəti dindirmə üçün öz davranış planını müəyyənləşdirmə mərhələsi;

  7. Dindirilən şəxslə kontaktın (rabitənin) yaradılması mərhələsi;

  8. Dindirilən şəxsə fikri məsələnin təklif olunması mərhələsi;

  9. Xatırlama mərhələsi;

  10. Müstəntiqin təsiri ilə xatərlama mərhələsi;

  11. Əvvəllər qəbul edilmiş iradi qərarın müstəntiqin təsiri ilə dəyişdirilməsi mərhələsi;

  12. Yadasalma mərhələsi.

Bir sıra hallarda, məsələn, avtomaşının zərbəsi, bıçaq zərbəsi və ya başqa predmetlərin zərbəsi nəticəsində şüurunu itirmiş zərərçəkənin dindirilməsi zamanı ifadələrin formalaşması məhz duyğu mərhələsindən başlayır. Bu zaman zərərçəkən öz qavrayışı haqqında deyil, yalnız duyğuları haqqında şahidlik edə bilər. Bu cəhəti nəzərə alan müstəntiq zərərçəkənin duyğularını bütün təfərruatı ilə ilə aydınlaşdırır. Həsasslıq bir sıra amillərdən ( müvafiq şəraitdə qalam müddəti, bir sıra qıcıqlayıcıların təsiri, insanın təcrübəsi, fizioloji halətləri və s.) aslıdır.

Təcrübə göstərir ki, duyğu mərhələsinin ayırd edilməsi zərərçəkənin ifadələrini düzgün təhlil etmək üçün xüsusi əhəmiyyətə malikdir. Müstəntiq və hakimlər qavaryışın düzgünlüyünü təhlil etdikləri bütün hallarada, xüsusilə qavrama imkanlarının, ümumiyyətlə, şübhəli olduğunu nəzərə alaraq dindirilənin duyğuları ilə maraqlanırlar.

Bəzən müstəntiq eyni bir hadisənin iki şahidin müxtəlif ifadələrinə heç bir əsas olmadan şübhı ilə yanaşa bilər; əgər şahidlərdən birincisi qaranlığa tamamilə alışmış, ikincisi isə həmin şəraitdə cəmi bir neçə saniyə olmuşdursa, o zaman aydın məsələdir ki, ikinci şahidin verdiyi ifadə dəqiq və tam olmayacaqdır. Bu isə on un ifadəsinə şübhə ilə yanaşmaq üçün əsas ola bilməz. İyə (məsələn qaz iyinə) alışma qəza şəraitində qeyri-cinayətkarcasına hərəkətsizliklə nəticələnə bilər.

Bir sıra hallarda şahidlər duyğunun təzadı ( kontrastlığı) qanunauyğunluğu ilə əlaqədar olaraq qeyri-dəqiq ifadələr verirlər. Məsələn, bir cinayətin şahidləri təsdiq edirlər ki, cani ağ kostyum geyinmişdi və xeyli hündür boylu idi. Halbuki, onlar qara vaqonun fonunda boz rəngli kostyum geyinmiş orta boylu adamı görmüşdülər. Çox vaxt gecə qaranlığı fonunda parlaq rənglərin, alovlanan işığın kontrast yolu ilə ayırd edilməsi obyektin yaxınlıqda olan obyekt kimi şərh olunması ilə nəticələnir. Buna görə də cisim və hadisələrin ayrı-ayrı xassələrinin əks olunduğu şəraitin, ümumiyyətlə, duyğuların əsas qanunauyğunluqlarının müstəntiq tərəfindən nəzərə alınması bir çox hallarda şahid ifadələrini düzgün qiymətləndirmək imkanı verir.

Proses iştirakçılarının ifadələrində cisim və hadisələrin qavranılması-obyektlərin müşahidəsi, hadisələrin və ya müxtəlif şəxslərin hərəkətlərinin qavranılması və s. mühüm yer tutur.

Hər şeydən əvvəl məkan və zaman qavrayışının mürəkəbliyyini qyed etmək lazımdır. Suda olan şeylər, eləcə də ağ, qırmızı, sarı rəngdə olan şeylər aydın seçildiyi üçün yaxın görünür.cisimlərin böyüklüyü adətən müqayisə yolu ilə müəyyən olunur. Məlum olduğu kimi orata boylu adam kiçik boylu adamın yanında hündür, hündür boylu adamın yanında isə kiçik görünür.

Psixoloji tədqiqatlar göstərir ki, insanlar bir-birlərini qavrayarkən əvvəl 3 cəhəti: a) fiziki simanı; b) ekspressiv ( ifadəli ) davranışı; c) geyim xüsusiyyətlərini əks etdirirlər.

Qavrayışın tamlığı və dəqiqliyi bir sıra obyektiv və subyektiv amillərdən asılıdır. Aşağıda qeyd olunan obyektiv amillər qavrayışın kifayət qədər tam və dəqiq olmasını şərtləndirir:



  1. qavrayış obyektinə qədərki məsafənin yaxın olması;

  2. vaxtın kifayət qədər olması;

  3. meteroloji şəraitin əlverişli olması;

  4. işığın normal olamsı;

  5. güclü səsin olmaması;

  6. qıcığın kifayət qədər orta qüvvəyə malik olması;

  7. informasiyanın həcminin çox da geniş olmaması;

qavrayış fonunun müxtəlif olması və s.1

Qavrayış prosesinə mənfi təsir göstərən bir sıra obyektiv amillər vardır ki, bunlardan da aşağıdakıları qeyd etmək olar:



  1. qavranılan hadisənin qısa müddətli olması;

  2. meteroloji şəraitin əlverişli olmaması ( yağış və ya qarın yağması, güclü şaxtanın olması və s.);

  3. qavrayış obyektinin qaranlıqda olması və ya həddindən artıq işıqlandırılması;

  4. qavrayış obyekti ilə qavrayış fonunun yekcins olamsı;

  5. qavrayış obyektinin uzaqda olması;

  6. qıcıqlayıcının həddindən artıq böyük və kiçik qüvvəyə mailk olması;

  7. informasiyanın həddindən artıq çox olması;

  8. cani tərəfindən tətbiq olunan maskirovka tədbirləri və s.

Qavrayış zamanı subyektiv amillər də az rol oynamır. Aşağıdakı hallarda subyektiv amillər qavrayışın tam və dəqiqi olmasını şərtləndirir:

  1. hiss üzvlərinin normal vəziyyətdə olması;

  2. diqqətin yönəlişliyi;

  3. qavranılan hadisəyə maraq;

  4. peşə vərdişləri ( sürücü maşının sürətini, dərzi paltarın modasını və s. daha yaxşı qavrayır );

  5. baş vermiş hadisənin anlaşılması, mənalandırılması və s.

Aşağıdakı hallarda subyektiv amillər qavrayışın tam və dəqiq olmasına mənfi təsir göstərir:

  1. qavrayışın seçiciliyi ( şahid bəzən cicmin xarici görünüşündəki cəhətləri, başqalarından fərqlənən və yeni cisimləri və s. ayırd etdiyi üçün onları daha aydın qavrayır, digər cəhətlərə diqqət yetrimir );

  2. güclü emosiyalar və hisslər;

  3. mənfi əhvalların olması (kədər, qəm və s.);

  4. baş verən hadisəyə laqeyd münasibət;

  5. qavranılan cisim və hadisənin başa düşülməməsi.

Müxtəlif qavrayış tipləri - sintetik, analitik, qarışıq, obyektiv və subyektiv tiplər fərqləndirilir.

Şahidin qavrayış tipi onun ifadələrində də öz əksini tapır. Sintetik qavrayış tipinə mənsub olan şahid təfərruata diqqət yetirmir. Analitik qavrayış tipinə mənsub olan şahid isə daha çox təfərruatı ayırd edir. Qarışıq qavrayış tipi isə analitik-sintetik qavrayış tipi kimi onların hər ikisi üçün səciyyəvi olan xüsusiyyətlərlə fərqlənir.

Obyektiv qavrayış tipinə mənsub olan şahid qavradığı cisim və hadisələri olduğu kimi, heç bir əlavə etmədən təsvir edir. Subyektiv qavrayış tipinə mənsub olan şahid isə, əksinə, ifadə verərkən cisim və hadisələri qavradığı zaman keçirdiyi hisslərə, aldığı təəsürata, özünün münasibətlərinə xüsusi diqqət yetirir. Bunun da nəticəsində hətta bəzən şahidlik vəzifəsinin vicdanla yerinə yetirən və istintaqa həqiqətən kömək etmək arzusunda olan şəxslər belə qavradıqları hadisələr haqqında istintaqa düzgün olmayan, birtərəfli və ya səthi məlumat verirlər. Onu da qeyd etmək lazımdır ki, obyektiv qavrayış tipinə mənsub olan şahidlərin də ifadələrində müəyyən hökm və əqli nəticələrə təsadüf olunur.

Beləliklə də biz şahid ifadələrinin formalaşmasını psixoloji planda aydınlaşdırdıq. Burada əsas diqqəti şahid ifadələrinin formalaşmasında duyğu və qavrayışın roluna həsr etdik. Şahidlə kontakt yaradarkən, onun ifadələrini təhlil edərkən və qiymətəlndirərkən, unudulmuş cəhətlərin hafizədə bərpa olunmasına kömək göstərərkən hamin psixoloji qanunauyğunluqların nəzərə alınması zəruridir.



İstifadə olunmuş ədəbiyyat siyahısı.

  1. Чуфаровский Ю.В.Юридическая психология. Учебное пособие. - М.: Право и Закон, 1997.

  2. Bayaramov, Əlizadə, Seyidov-Məhkəmə psixologiyası.Bakı-1985.

  3. C.Mövsümov. İbtidai istintaq. Bakı, Maarif nəşriyyatı,1973.

  4. Кертес И. Тактика и психологические основы допроса.М.1965.

  5. Романов Юридическая психология




1 Чуфаровский Ю.В.Юридическая психология. Учебное пособие. - М.: Право и Закон, 1997,səh.36

1 Кертес И. Тактика и психологические основы допроса.М.1965.səh.32

1 Чуфаровский Ю.В.Юридическая психология. Учебное пособие. - М.: Право и Закон, 1997,səh.37

1 C.Mövsümov. İbtidai istintaq. Bakı, Maarif nəşriyyatı,1973,səh.77-80.

2 Bayaramov, Əlizadə, Seyidov-Məhkəmə psixologiyası.bakı-1985,səh 50.

1 Bayaramov, Əlizadə, Seyidov-Məhkəmə psixologiyası.Bakı-1985,səh 56.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə