Press-reliZ 20 Sentyabr 2011-ci IL Bakı, Azərbaycan




Yüklə 19.57 Kb.
tarix17.04.2016
ölçüsü19.57 Kb.
R A T İ

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu


PRESS-RELİZ
20 Sentyabr 2011-ci il

Bakı, Azərbaycan


  • ELAN! 

  • ELAN! 

  • ELAN!

  • ELAN! 

  • REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

  • XURAL” QƏZETİNİN BÖLGƏ MÜXBİRİ HAQQINDA İKİ AY MÜDDƏTİN HƏBS QƏTİMKAN TƏDBİRİ SEÇİLDİ


ELAN! 
21 SENTYABR SAAT 12.00-DA Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun mətbuat mərkəzində Redaktorlar Birliyinin növbəti toplantısı keçiriləcək. Toplantının sonunda media üçün brifinq keçiriləcək.

Tədbirə jurnalistlər, hüquq müdafiəçiləri və diplomatik korpus nümayəndələri dəvətlidirlər.



ELAN! 
21 SENTYABR SAAT 13.00-DA Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun mətbuat mərkəzində vətəndaş Yusif Məmmədəliyev aldanılaraq mülkünün əlindən alınmağı və hüquq mühafizə orqanlarında üzləşdiyi süründürməçiliklə bağı mətbuat konfrans keçirəcək.

Tədbirə jurnalistlər, hüquq müdafiəçiləri və diplomatik korpus nümayəndələri dəvətlidirlər.



ELAN! 

21 SENTYABR SAAT 14.00-DA Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun mətbuat mərkəzində mülkiyyət hüququnun pozulduğunu və ruhi xəstə övladının işgəncəyə məruz qoyulduğunu iddia edən vətəndaş Solmaz Abbasova mətbuat konfransı keçiriləcək.
Tədbirə jurnalistlər, hüquq müdafiəçiləri və diplomatik korpus nümayəndələri dəvətlidirlər.

ELAN! 
22 SENTYABR SAAT 12.00-DA Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun mətbuat mərkəzində “Avroviziya-2012” mahnı müsabiqəsi ilə bağlı insan haqları kampaniyasının təşəbbüskarları tərəfindən dəyirmi masa keçiriləcək.
Jurnalistlər, hüquq müdafiəçiləri, insan haqları fəalları, QHT nümayəndələri və maraqlanan bütün şəxslər tədbirlərə dəvətlidir.
REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) “Xural ” qəzetinin əməkdaşı Aydın Canıyevə qarşı cinayət işinin açılması və barəsində həbs qətimkan tədbirinin seçilməsindən narahatdır və bunu jurnalistin fəaliyyətinin məhdudlaşdırılması ilə ifadə azadlığının pozulması kimi qiymətləndirir.

Qeyd edək ki, Aydın Canıyev sentyabrın 8-də  Lənkaranın Sərpəkəran kənd dindarlarının şikayəti əsasında saxlanılıb. Jurnalist kənd məscidinin pəncərələrini qırmaqda və dindarları təhqir etməkdə ittiham olunub və ona 12 sutka inzibati həbs cəzası verilib. Daha sonra isə ona qarşı Cinayət Məcəlləsinin 221.2.2 (xuliqanlıq ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) maddəsi üzrə cinayət işinə başlanıb və inzibati həbs cəzasının vaxtı bitəndən sonra, sentyabrın 20-də Lənkəran Rayon Məhkəməsi onun barəsində 2 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsinə dair qərar çıxarıb.

RATİ hesab edir ki, bu həbs siyasi sifarişdir və jurnalist Aydın Canıyev Qafqaz Müsəlmanları İdarəsinin cənubdakı səlahiyyətli nümayəndəsi Qəni Axundov barədə yazdığı yazılara görə həbs edilib.

RATİ bəyan edir ki, bu həbs Azərbaycan Respublikasının Konstitusiyasının 47-ci (fikir və söz azadlığı ) və İnsan Hüquq və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 10-cu (İfadə Azadlığı) maddələrinin pozuntusudur.

RATİ Azərbaycan hakimiyyətini həbs edilmiş jurnalist Aydın Canıyevi azadlığa buraxmağa və yazdıqları yazılara görə jurnalistləri həbs etməkdən çəkinməyə çağırır.

 
XURAL” QƏZETİNİN BÖLGƏ MÜXBİRİ HAQQINDA İKİ AY MÜDDƏTİN HƏBS QƏTİMKAN TƏDBİRİ SEÇİLDİ

“Xural” qəzetinin cənub bölgəsi üzrə müxbiri Aydın Canıyevə cinayət işi açılıb və onun barəsində həbs qətimkan tədbiri seçilib. “Mediaforum” xəbər saytının məlumatına görə, Aydın Canıyev sentyabrın 8-də  Lənkaranın Sərpəkəran kənd dindarlarının şikayəti əsasında saxlanılıb. Jurnalist kənd məscidinin pəncərələrini qırmaqda və dindarları təhqir etməkdə ittiham olunub və ona 12 sutka inzibati həbs cəzası verilib.

Jurnalistin qardaşı Şahəddin Canıyev “Media forum” saytına bildirib ki, Aydın Canıyevə qarşı Cinayət Məcəlləsinin 221.2.2 (xuliqanlıq) maddəsi üzrə cinayət işinə başlanıb və inzibati həbs cəzasının vaxtı bitəndən sonra, sentyabrın 20-də Lənkəran Rayon Məhkəməsi onun barəsində 2 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsinə dair qərar çıxarıb.

Cinayət Məcəlləsinin 221.2.2-ci (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) maddəsi 2 ilədək islah işlərini və ya 5 ilədək azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur.

Aydın Canıyev 1968-ci ildə Lənkəranda doğulub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Ölkənin bir çox populyar nəşrlərinin reportyoru, köşə yazarı olub.

MƏLUMATLARIMIZDAN İSTİFADƏ EDƏRKƏN RATİ-YƏ İSTİNAD EDİN

 

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ)



Ünvan: Azərbaycan, Bakı şəh., Behbudov 8, mənzil 85/86

tel: (+99 412) 418-03-34, fax: (+ 99 412) 598-45-19

e-mail: irfs.az@gmail.com

web: www.irfs.az skype: irfs.az


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə