Press-reliZ 16 Fevral 2012-ci IL Bakı, Azərbaycan




Yüklə 21.31 Kb.
tarix18.04.2016
ölçüsü21.31 Kb.
R A T İ

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu


PRESS-RELİZ
16 Fevral 2012-ci il

Bakı, Azərbaycan



  • ELAN!

  • XURAL” QƏZETİNİN ƏMLAKI SATIŞA ÇIXARILIB

  • Viza siyasəti, vizaların verilməsi sahəsində liberallaşdırma və vizaların verilməsi mövzuları üzrə yazı müsabiqəsi


ELAN
22 Fevral Saat 12.00-Da Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində “Demokratiya naminə musiqi” kampaniyası tərəfindən növbəti dəyirmi masa keçiriləcək. Tədbirdə kampaniya çərçivəsində görülən və görülməsi planlaşdırılan işlər haqqında məlumat veriləcək, təkliflər səsləndiriləcək.
Jurnalistlər, QHT-lər, dövlət qurumları, diplomatik korpus və beynəlxalq təşkilat nümayəndələri və maraqlanan bütün şəxslər dəvətlidir.
XURAL” QƏZETİNİN ƏMLAKI SATIŞA ÇIXARILIB

“Xural” qəzetinin əmlakı satışa çıxarılıb. Bu barədə bu gün (16 fevral) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) “Xural” qəzetinin direktoru Nizami Həsənov məlumat verib.

N. Həsənov məsələ barədə tam məlumata malik olmadığını deyərək, qəzetin əmlakının satışa çıxarılması barədə məlumatın ona etibarlı mənbə tərəfindən daxil olduğunu deyib.

RATİ məsələ ilə bağlı Nərimanov rayon Məhkəmə Qərarları İcra Şöbəsi ilə əlaqə saxladıqda, icra şöbəsindən Ədliyyə Nazirliyinin Mətbuat Xidmətinə müraciət etmək tövsiyə olundu. Mətbuat Xidmətinin əlaqə telefonları isə edilən zənglərə cavab vermədi.



Xatırladaq ki, “Xural” qəzeti 2002-ci ilin oktyabr ayından həftəlik, 2011-ci il sentyabr ayının 20-dən gündəlik dərc olunurdu. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə, KİV-ə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərliyə və digərlərinə olan ümumilikdə 19 min manat məhkəmə cəriməsini ödəyə bilmədiyinə görə, oktyabrın 19-da “Xural” qəzetinin əmlakı müsadirə olunub. Mətbəələr də qəzeti çap etməkdən imtina etdiyinə görə, qəzet oktyabrın 21-dən etibarən fəaliyyətini dayandırıb. Qəzetin baş redaktoru Əvəz Zeynallı isə Milli Məclisin deputatı Gülər Əhmədovanın iddiası ilə oktyabrın 28-də həbs edilib. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor barəsində Cinayət Prosessual Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb və Nəsimi rayon Məhkəməsinin qərarı ilə haqqında 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib, yanvarın 17-də isə bu müddət daha 3 ay artırıldı.
Viza siyasəti, vizaların verilməsi sahəsində liberallaşdırma və vizaların verilməsi mövzuları üzrə
Yazı Müsabiqəsi

Müsabiqənin təşkilatçısı: “Demokratiya naminə musiqi” Kampaniyası
Müsabiqənin tarixləri: 16 fevral 2012 – müsabiqənin elan edilməsi; 18 fevral-18 mart yazıların qəbulu; 19-29 mart – yazıların araşdırılması və ən yaxşı 3 yazının seçilməsi; 2 aprel – müsabiqə qaliblərinin elan edilməsi və mükafatlandırılması
Mükafatlar: 1-ci yer – 300 ABŞ dolları; 2-ci yer – 250 ABŞ dolları; 3-cü yer – 200 ABŞ dolları
Məsul şəxs: Rəsul Cəfərov, İnsan Hüquqları Klubunun sədri
Müsabiqənin məqsədi: Bakıda keçiriləcək “Avroviziya-2012” mahnı yarışması ərəfəsində Azərbaycan tərəfindən vizaların verilməsi, qaydalar, viza siyasəti və liberallaşdırma, vizaların verilməsindən imtina və bununla bağlı əlaqəli olan mövzular üzrə araşdırmaları təşviq etmək və bu məsələyə ictimai diqqəti artırmaq. Yazılar təkcə musiqi yarışması ilə məhdudlaşdırılmır.
Yazılar üçün tələblər: Müsabiqəyə təqdim ediləcək yazılar Times New Roman 12 şrifti ilə yazılmalı və 1000 sözdən artıq olmamalıdır. Yazılar heç bir KİV-də çap edilməməli və Azərbaycan dilində təqdim edilməlidir. Müsabiqədə istənilən şəxs iştirak edə bilər. Yazılar singfordemocracy@gmail.com ünvanına göndərilməli və ya çap şəklində təqdim edilməlidir.

Müsabiqənin münsiflər heyəti (Jüri): Münsiflər heyəti 3 tanınmış jurnalistdən ibarətdir.
Müsabiqəyə təqdim olunmuş məqalələri qiymətləndirmək üçün meyarlar:
Məqalələri qiymətləndirmək üçün 10-ballıq sistemdən istifadə olunacaq. Hər məqalə aşağıda göstərilən meyarlar üzrə ayrı-ayrılıqda 1-dən (minimum) 10-dək (maksimum) balla qiymətləndiriləcək:
Meyar 1:
Jurnalistin şəxsi mövqeyinin çox az şəkildə əks olunması, yazının əsasən ekspertlərin və informasiya mənbələrinin dili ilə verilməsi;
Meyar 2:
İnformasiya mənbələrindən istifadə, mənbələrin sayı istifadə edib və mövzunu açmaq üçün həmin mənbələrin mötəbərliyi
Meyar 3:
Jurnalist araşdırması. Əlavə məlumatlardan istifadə (habelə beynəlxalq təcrübədən)
Meyar 4:
Viza qaydaları və siyasəti haqqında ümumi məlumat;
Meyar 5:
Mövzu üzrə gəlinən nəticə.
Şəffaflıq: Münsiflər heyətini təşkil edən jurnalistlər təqdim edilmiş yazıların müəlliflərinin kimliyini bilməyəcək, belə ki, yazılar münsiflərə təqdim edilməmişdən əvvəl kodlaşdırılacaq və qiymətləndirmə həmin kodlar üzrə aparılacaq.

MƏLUMATLARIMIZDAN İSTİFADƏ EDƏRKƏN RATİ-YƏ İSTİNAD EDİN

 

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ)



Ünvan: Azərbaycan, Bakı şəh., Behbudov 8, mənzil 85/86

tel: (+99 412) 408-08-42 ; 408-75-30, fax: (+ 99 412) 598-45-19

QAYNAR XƏTT + 994 12 408 75 30



e-mail: irfs.az@gmail.com

web: www.irfs.az skype: irfs.az


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə