Press-reliZ 10 dekabr 2009-cu IL Bakı, Azərbaycan




Yüklə 23.07 Kb.
tarix08.04.2016
ölçüsü23.07 Kb.
R A T İ

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu


PRESS-RELİZ
10 dekabr 2009-cu il

Bakı, Azərbaycan



  • ELAN!

  • VALİDEYNLƏRİ MÜŞFİQ HÜSEYNOVUN ƏFV OLUNMASI ÜÇÜN PREZİDENTƏ MÜRACİƏT EDİBLƏR

  • HAKİMİYYƏT-VƏTƏNDAŞ CƏMİYYƏTİ MÜNASİBƏTLƏRİNİN İNKİŞAFI” MÖVZUSUNDA BEYNƏLXALQ KONFRANS KEÇİRİLDİ

  • AVROPA ŞURASININ AZƏRBAYCANDAKI İNFORMASİYA OFİSİ 2 KİTABIN TƏQDİMATINI KEÇİRİB



ELAN!

  SABAH - 11 DEKABR SAAT 12.00-DA Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) 21 Azər Hərəkatının 64-cü ildönümü əlaqədar mətbuat konfransı keçirəcək.

     Tədbirə  KİV nümayəndələri və maraqlanan şəxslər dəvətlidirlər.

VALİDEYNLƏRİ MÜŞFİQ HÜSEYNOVUN ƏFV OLUNMASI ÜÇÜN PREZİDENTƏ MÜRACİƏT EDİBLƏR
Dünən (09 dekabr) “Bizim Yol” qəzetinin həbsdə olan əməkdaşı Müşfiq Hüseynovun valideynləri Tofiq Hüseynov və Rəna Hüseynova jurnalistin əfv olunması ilə bağlı Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə müraciət ediblər. Müraciətdə Müşfiq Hüseynovun ağır vərəm xəstəsi olduğu və həyatı üçün böyük təhlükə yarandığı vurğulanıb. “Həbsdən əvvəl vərəm xəstəsi olan Müşfiq 2 il 5 aylıq həbs həyatından sonra xəstəliyin daha da ağır formasına tutulub. Oktyabrın 14-də о, “sol ağciyərin  infiltrativ  vərəmi  dağılma  fazasında” diaqnozu ilə 2 saylı cəzaçəkmə müəssisəsindən Penitensiar Xidmətin Vərəmli Məhkumlar üçün İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə köçürülüb və iki aylıq müalicədən sonra ona “fibroz  kavernoz” diaqnozu qoyulub Müşfiqin ciyərində iki deşik əmələ gəlib. Arxada biri xəstə olan iki körpə övladı, işsiz həyat yoldaşı və yaşlı valideynləri olan Müşfiq uzun həbs həyatından və tutulduğu xəstəliyin ağırlığından depressiyaya düşüb. Həkimlərin ciddi-cəhdinə baxmayaraq, Müşfiq heç cür yemək yeyə bilmir və nəticədə isə mədəsi sallanaraq çanaq sümüyünə dirənib. Müşfiq həbsxana işçilərindən və ona olan qayğıdan heç vaxt şikayət etməsə də, özünü son günlərini yaşayırmış kimi hiss edir” – deyən valideynlər, Müşfiq Hüseynovun əfv olunmasını xahiş edirlər: “Cənab Prezident, bizim son ümidimiz Müşfiqin əfv edilməsidir. Bu isə yalnız sizin səlahiyyətinizdədir. Müşfiqi əfv etməklə siz onun sonuncu yaşamaq imkanını ona qaytaracaq və bütün ailəni bu sonsuz nisgildən qurtaracaqsınız. Xahiş edirik ki, humanizm nümayiş etdirərək tezliklə Müşfiqi əfv edəsiniz”.

Əlavə edək ki, vərəm xəstəliyindən əziyyət çəkən M.Hüseynov səhhəti kəskin pisləşdiyi üçün 1 ay yarım əvvəl – oktyabrın 14-də cəza çəkdiyi 2 saylı cəzaçəkmə müəssisəsindən Penitensiar Xidmətin Vərəmli Məhkumlar üçün İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə köçürülüb.

Xatırladaq ki, “Bizim yol” qəzetinin əməkdaşı M.Hüseynov 2007-ci il iyulun 24-də həbs olunub. Ona qarşı CM-nin 311-ci maddəsi (rüşvət alma ) ilə ittiham irəli sürülüb və 2008-ci ilin yanvar ayında o 6 il müddətinə azadlıqdan məhrum olunub. Bakı Apellyasiya Məhkəməsi isə M.Hüseynovun cəzasını 1 il azaldıb.

Qeyd edək ki, “Bizim yol” qəzeti 2003-cü ildən çap olunur və gündəlik qəzet kimi fəaliyyət göstərir.

HAKİMİYYƏT-VƏTƏNDAŞ CƏMİYYƏTİ MÜNASİBƏTLƏRİNİN İNKİŞAFI” MÖVZUSUNDA BEYNƏLXALQ KONFRANS KEÇİRİLDİ
Bu gün (10 dekabr) “Avropa” otelində Dünya Demokratiya Hərəkatının “Hakimiyyət-Vətəndaş Cəmiyyəti münasibətlərinin inkişafı” mövzusunda 2 günlük (10-11 dekabr) Beynəlxalq Konfrans öz işinə başlayıb.

Konfransda, diplomatik korpusların, yerli və beynəlxalq nümayəndələri iştirak ediblər.

Sessiyanın açılışını Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyev, Malopoloska Təhsil Birliyinin nümayəndəsi Alicja Derkovska, Dünya Demokratiya Hərəkatının nümayəndəsi Ryota Jonen ediblər.

Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyev bildirib ki, tədbirə hökumət nümayəndələri dəvət olunsalar da, onlar konfransın işinə qatılmayıblar. O, iki gün keçiriləcək tədbirdə insan hüquqları sahəsində müxtəlif mövzuların (“Vətəndaş cəmiyyətinin fəaliyyətinin hüquqi bazası”, “Beynəlxalq İnsan Hüquqları Gününün bayram edilməsi - Azərbaycanda İnsan Hüquqları bu gün”, “İnsan Hüquqları milli qurumlarının insan hüquqlarının inkişafında rolu”) müzakirə ediləcəyini bildirib.

Norveç səfiri Jon Ramberq çıxış edərək bildirdi ki, indiki dövrdə Norveç digər ölkələrə nisbətdə Azərbaycana daha çox qrant ayırır və məqsəd Azərbaycanda demokratiya daha yüksək səviyyədə inkişaf etməsidir.

Avropa Şurası baş katiblinin Azərbaycandakı xüsusi nümayəndəsi Veronika Kotek vətəndaş cəmiyyəti ilə hökumət arasında daimi dialoqun olmasının demokratiyanın əsas atributlarından olduğunu, bununla bərabər vətəndaş cəmiyyətinin özünün daxilində də dialoqun olmasının vacibliyini bildirib.

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) sədri Emin Hüseynov bildirdi ki, nə qədər ki bu kimi tədbirlər televiziya kanallarında yayımlanmayacaq, bu tədbirlərin vətəndaş cəmiyyətinin inkişafına heç bir xeyri olmayacaq.

Konfransda həmçinin “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası” sədri Sahib Məmmədov çıxış edərək bildirdi ki, “Qeyri-hökumət təşkilatları haqqında” qanun sadələşdirilməlidir və qeyri-hökumət təşkilatlarının nümayəndələri bu sahədə müəyyən işlər görməli və bizim də dəstəyimizlə qanunun dəyişdirilərək parlamentdə qəbul edilməsinə nail ola bilərik.

Beynəlxalq Konfrans öz işini sabah( 11 dekabr) da davam etdirəcək.

Foto:


http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,388/lang,az/
AVROPA ŞURASININ AZƏRBAYCANDAKI İNFORMASİYA OFİSİ 2 KİTABIN TƏQDİMATINI KEÇİRİB
Bu gün (10 dekabr) Azərbaycan Media Mərkəzində Avropa Şurasının (AŞ) Azərbaycandakı İnformasiya Ofisinin dəstəyi ilə Avropa Şurası Nazirlər Komitəsinin Rəhbər tövsiyələri əsasında nəşr olunan “Böhran vaxtlarında ifadə azadlığı” və Media və İnformasiya Cəmiyyəti Şöbəsi İnsan Hüquqları və Hüquqi Məsələlər üzrə Direktorluğunun “Birgə yaşayış” adlı kitablarının təqdimatı keçirildi.

AŞ-nın Azərbaycandakı İnformasiya Ofisinin direktoru İlqar İbrahimli kitablar barədə məlumat verərək, onların medianın sosial vəhdətə, mədəniyyətlərarası dialoqa, tolerantlığa, həmçinin demokratik proseslərdə iştiraka yardımına dair Avropa Şurasının standartları haqqında məlumat kitabı olduğunu bildirdi.

Daha sonra tədbirdə çıxış edən AŞ-nın Azərbaycandakı eksperti Devid Qoldberq kitabların təsis edilməsində əsas məqsədin jurnalistlərin azadlığı, peşəkarlığı və digər sahələrdə AŞ-nın Azərbaycandakı vəziyyətin qiymətləndirilməsi olduğunu dedi.

Foto: http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,386/lang,az/


MƏLUMATLARIMIZDAN İSTİFADƏ EDƏRKƏN RATİ-YƏ İSTİNAD EDİN

 

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ)



Ünvan: Azərbaycan, Bakı şəh., Behbudov 8, mənzil 85/86

tel: (+99 412) 418-03-34, fax: (+ 99 412) 598-45-19

24 saat ərzində aktiv olan qaynar xətt: (+ 994 055) 816 40 04

e-mail: irfs.az@gmail.com

web: www.irfs.az  skype: irfs.az


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə