Press-reliZ 08 iyul 2010-cu IL Bakı, Azərbaycan




Yüklə 57.3 Kb.
tarix20.04.2016
ölçüsü57.3 Kb.
R A T İ

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu


PRESS-RELİZ
08 iyul 2010-cu il

Bakı, Azərbaycan


  • ELAN!

  • REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

  • ABŞ DÖVLƏT DEPARTAMENTİ EYNULLA FƏTULLAYEV BARƏSİNDƏ ÇIXARILMIŞ YENİ HÖKMDƏN NARAHATDIR

  • POLİS AKSİYADA JURNALİSTLƏRLƏ KOBUD DAVRANIB VƏ ONLARA PEŞƏ FƏALİYYƏTİNİ YERİNƏ YETİRMƏYƏ MANE OLUB

  • SƏRHƏDSİZ REPORTYORLAR BLOGGERLƏRİ AZAD ETMƏYƏ ÇAĞIRIR

  • ZİYALILAR EYNULLA FƏTULLAYEV VƏ BLOGGERLƏRİN AZAD OLUNMASI ÜÇÜN PREZİDENTƏ MÜRACİƏT EDİB

  • GƏNCLƏR BLOGGERLƏRİN HƏBSİNİN İLDÖNÜMÜ İLƏ BAĞLI TƏDBİR KEÇİRİBLƏR

  • VİCDAN MƏHBUSLARINA DƏSTƏK MARAFONU        



ELAN!
13 İYUL SAAT 12.00-DA Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat Beynəlxalq Ədalət Körpüsü (İBJ) təşkilatının dəstəklədiyi “Məhkumların vaxtından əvvəl azadlığa buraxılma hüquqlarının təmin edilməsi üzrə ictimai təşəbbüslər” layihəsinin təqdimatı keçiriləcək. Tədbir adı çəkilən təşkilatın 2010-cu il üçün elan etdiyi fərdi qrant müsabiqəsinin qaliblərindən biri Cəfərov Rəsul tərəfindən təşkil ediləcək.

Tədbirə müvafiq dövlət qurumlarının nümayəndələri, hüquq müdafiəçiləri, jurnalistlər, QHT rəhbərləri, diplomatik korpus nümayəndələri və maraqlanan bütün şəxslər dəvətlidir.


Əlaqə saxlamaq üçün: Rəsul Cəfərov +994 50 586 35 37; +994 55 754 35 16
REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATI) tanınmış gənc bloggerlər Emin Milli (Abdullayev) və Adnan Hacızadənin ədalətsiz olaraq həbsdə saxlanılmasını qınayır. Ötən ilin bu günündə təşkil edilmiş təxribat nəticəsində həbsə atılan bloqçular hələ də əsassız olaraq həbsxana həyatı yaşayırlar.

RATİ hesab edir ki, bloggerlər internetdə hakimiyyəti tənqid etdikləri üçün siyasi sifariş nəticəsində həbs ediliblər. Belə ki, 08 iyul 2009-cu il tarixdə "Livan" restoranında baş vermiş təxribat hadisəsi zamanı hər iki bloggerin zədələr almasına baxmayaraq həbs edilmələri, bloggerlərə xəsarət yetirən şəxslərin zərərçəkmiş qismində tanınması, bloggerlərə ilkin tibbi yardımın göstərilməməsi, dərhal istədikləri vəkillə təmin edilməmələri, məhkəmə zamanı şahidlərin ziddiyyətli ifadələr verməsi və bloggerlərin əleyhinə verilən ifadələrin yalan olduğunu göstərən sübutların (fotoşəkillər, digər şahid ifadələri və s.) olmasına baxmayaraq onların azadlıqdan məhrum edilmələri barədə qərarın çıxarılması bunun göstəricisidir. Qeyd edək ki, Emin Milli (Abdullayev) 2 il 6 ay, Adnan Hacızadənin isə 2 il azadlıqdan mərhum edilməsi ilə bağlı hökm çıxarılıb. Həmçinin apellyasiya məhkəməsi hökmü qüvvədə saxlayıb.

RATİ xatırladır ki, bloggerlər yerli və beynəlxalq ictimaiyyət tərəfindən vicdan məhbusu kimi tanınıblar və həm yerli, həm də beynəlxalq ictimaiyyət onların dərhal azadlığa buraxılmasını tələb edir.

RATİ Azərbaycan hakimiyyətini bloggerlərin ədalətsiz həbsinə son qoyaraq, onları dərhal azadlığa buraxmağa çağırır. RATİ eyni zamanda hakimiyyəti söz və ifadə azadlığına hörmətlə yanaşmağa, bu sahədə üzərinə götürdükləri öhdəliklərə riayət etməyə və bloggerlərlə yanaşı digər vicdan məhbusu, jurnalist Eynulla Fətullayevi də dərhal azadlığa buraxmağa çağırır.


ABŞ DÖVLƏT DEPARTAMENTİ EYNULLA FƏTULLAYEV BARƏSİNDƏ ÇIXARILMIŞ YENİ HÖKMDƏN NARAHATDIR

 

Dünən (07 iyul) ABŞ dövlət Departamenti “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayev barəsində çıxarılmış yeni hökmdən narahatlıq ifadə edən bəyanat verib.



“ABŞ məhkəmənin Eynulla Fətullayev barəsində çıxardığı qərarından narahatdır. Biz qeyd edirik ki, ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi jurnalistə qarşı narkotika ittihamını “ağlasığmaz” adlandırıb. Biz də ATƏT nümayəndəsinin və digərlərinin bu fikrinə qoşulur, Fətullayevin azad edilməsinə çağırırıq. Biz həmçinin Fətullayevə 2007-ci ildə qaldırılmış ittihamlar uzrə İnsan Haqları üzrə Avropa Məhkəməsinin bəraət verdiyini xatırladırıq.

ABŞ Azərbaycan hökumətini ənənəvi və internet media vasitəsilə tədqiqat aparmaq və azad şəkildə dərc etmək hüququ da daxil olmaqla, mətbuat azadlığına tam hörmət etməyə çağırır. ABŞ dövlət katibi Hillari Klinton iyulun 4-də Bakıda səfərdə olarkən bildirmişdi ki, vətəndaş cəmiyyətinin üzvlərinə hörmət edildiyi və hədə-qorxu olmadan işləməyə icazə verildiyi bir yerdə demokratiya və cəmiyyətlər inkişaf edir və çiçəklənir. ABŞ Azərbaycan xalqına və hökumetinə demokratiya üçün zəruri islahatlara  və iqtisadi inkişafa yardım etməyə hazırdır. Eynulla Fətullayevin məhkum olunması düzgün isttiqamətdə atılmayan addımdır” - deyə bəyanatda bildirilir.

Xatırladaq ki, 06 iyul 2010-cu ildə Eynulla Fətullayev Cinayət Məcəlləsinin  234.1-ci maddəsi ilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) təqsirli bilinərək, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və hökmün icrası elan edildiyi gündən hesablanır. Bu hökm 29 dekabr 2009-cu ildə isə 12 saylı Cəzaçəkmə  Müəssisəsində Fətullayevin üzərindən 0,223 qram heroin tapılması ilə bağlı  irəli sürülmüş ittiham üzrə çıxarılıb. Eynulla Fətullayev, vəkili, həmçinin bir çox yerli və beynəlxalq təşkilatlar bu təxribatı jurnalistin həbsi ilə  bağlı Avropa İnsan Haqları Məhkəməsinin  qərarının  qarşısını almaq məqsədilə əvvəlcədən qurulmuş təxribat  kimi qiymətləndirir.

            Əlavə edək ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayevin işi  üzrə qərar verib. Aprelin 22-də açıqlanan qərarda bildirilir ki, jurnalist dərhal azadlığa buraxılmalı və Azərbaycan dövləti ona 27 min 822  avro məbləğində təzminat ödəməlidir.

            Xatırladaq ki, E.Fətullayev 2007-ci il aprelin 20-də Qaçqın və Məcburi Köçkünlərin Hüquqlarını Müdafiə Birliyinin sədri Tatyana Çaladzenin iddiasına əsasən Yasamal Rayon Məhkəməsinin qərarı ilə məhkəmə zalında həbs edilib. Həbs edildikdən bir ay sonra “Realnıy Azerbaydjan” qəzetində  dərc olunan və Azərbaycanda işləyən xarici ölkə vətəndaşları  və beynəlxalq qurumlarda təşviş yaratdığı iddia olunan yazı ilə əlaqədar Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsində E.Fətullayevlə bağlı cinayət işi başlanıb. Cinayət Məcəlləsinin 214.1-ci (terrorçuluqla hədələmə) və 283.2.2-ci (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham irəli sürülüb və məhkəmə yoluyla onun barəsində həbs-qətimkan tədbiri seçilib. Sonradan istintaq E.Fətullayevi külli miqdarda vergidən yayınmada (213.2.2-ci maddə) da ittiham edib.

             2007-ci il oktyabrın 30-da Ağır Cinayətlərə Dair İşlər üzrə  Məhkəmənin qərarı ilə E.Fətullayev 8 il 6 ay müddətinə  azadlıqdan məhrum edilib və ona 242 min 522 manat həcmində cərimə kəsilib.

             Qeyd edək ki, 2005-ci ildən  Eynulla Fətullayevin təsisçiliyi və baş redaktorluğu ilə “Realnıy Azerbaydjan” qəzeti həftəlik, “Gündəlik Azərbaycan” qəzeti isə gündəlik nəşr olunub. 2007-ci ildə baş redaktorun həbsindən sonra hər iki qəzet fəaliyyətini dayandırıb.

POLİS AKSİYADA JURNALİSTLƏRLƏ KOBUD DAVRANIB VƏ ONLARA PEŞƏ FƏALİYYƏTİNİ YERİNƏ YETİRMƏYƏ MANE OLUB
Bu gün (08 iyul) “Dalğa” gənclər təşkilatının fəalları Prezident Administrasiyasının qarşısında blogerlər Adnan Hacızadə və Emin Millinin azadlığa buraxılması tələbilə keçirdiyi aksiyada polis jurnalistlərin peşə fəaliyyətini yerinə yetirməyə mane olub və onlarla kobud davranıb.

Belə ki, jurnalistlərin sərbəst məlumat toplamasına, müsahibə götürməsinə kobudluqla müdaxilə edən polislər onları ərazidən uzaqlaşdırmağa çalışıb.

Aksiya iştirakçıları “Adnana və Eminə azadlıq!”, “Qanunsuz məhkəmə qərarını ləğv edin!”, “Gənclərə təzyiqlərə son qoyun!” şüarları səsləndirərək, Filarmoniyanın binasının qarşısından Prezident Administrasiyanın binasına yaxınlaşıblar. Prezident Administrasiyasının binasının qarşısında polislər onların yolunu kəsərək maşınlara əyləşdiriblər. Həmçinin polislər “Dalğa” fəallarına aksiyanın qətnaməsini oxumağa imkan verməyiblər. Fəalların payladıqları aksiyanın qətnaməsində dövlət başçısı bloggerlərin taleyinə müdaxilə etməyə və onları azadlığa buraxmağa çağırılır. Beş fəal saxlanılaraq naməlum istiqamətə aparılıb.

Saxlanılanlardan biri – “Dalğa” Gənclər Hərəkatının fəalı Ramin Hacılı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) bildirib ki, onları Səbail Rayon polis idarəsinin 9-cu polis bölməsinə aparıblar. “Polis bölməsində əvvəlcə bizə işimizi məhkəməyə göndərəcəklərini bildirsələr də, fikirlərini dəyişərək bizi sərbəst buraxdılar” – deyə Ramin Hacılı vurğuladı.

Qeyd edək ki, “Dalğa” Gənclər Hərəkatı Emin Milii və Adnan Hacızadənin müdafiəsi ilə bağlı 7 iyul tarixındə Tiflis şəhərində də aksiya keçirib. Yürüş Gürcüstanda Azərbaycan səfirliyinin qarşısından “Rustavelli” metrostansiyasına qədər davam etdi. Aksiyanın şüarları ingilis dilində “Mənə Azadlıq verin", "Adnan və Eminə Azadlıq” və rus dilində "Bloq aparmaq cinayət deyil!” olub.

Yürüş başlayarkən səfirliyin qarşısında polislər və səfirliyin mühafizə xidməti aksiyanın məqsədi və mahiyyəti barəsində maraqlanıb. Hərəkatın idarə heyətinin rəhbəri Ağarəhim Poladov şifahi izahat verdikdən sonra aksiya davam edib və baş tutub.

Yürüş zamanı əhaliyə Emin Milli və Adnan Hacızadənin əvvəlki fəaliyyəti və həbsi barəsində ingilis dilində yazılan məlumat vərəqələri paylanmışdır. 

Qeyd edək ki, bu gün Emin Milli (Abdullayev) və Adnan Hacızadənin həbsindən 1 il ötür.

Xatırladaq ki, Emin Milli və Adnan Hacızadə 08 iyul tarixində  axşam saatlarında  dostları ilə Bakıda “Lebonese” (Livan) restoranında yemək yeyərkən qonşu masada onların söhbətini dinləyən idmançı görkəmli iki nəfər təxribatçı hücum edərək, Emin Milli və Adnan Hacızadəni döyərək, onlara xəsarət yetirib. Zərərçəkmiş şəxs qismində şikayət etmələrinə və xəsarət almalarına baxmayaraq, Səbail RPİ onlara xəsarət yetirənləri sərbəst buraxmış və döyülən gənclərin 48 saat müddətinə şübhəli şəxs qismində saxlanmasına qərar vermiş, iyulun 10-da isə Səbail rayon məhkəməsi “xuliqanlıq” maddəsi ilə təqsirləndirilən gənclər barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb.  İyulun 20-də  Apellyasiya məhkəməsi sözügedən qərarı qüvvədə saxlayıb. Cinayət işinin istintaqı yekunlaşdırılıb və gənclərə qarşı 221.1.2 (xuliqanlıq) və 127 (qəsdən bədənə az ağır xəsarət yetirmə) maddələri ilə ittiham irəli sürülüb və iş baxılması üçün məhkəməyə göndərilmişdi. Noyabrın 11-də Səbail rayon məhkəməsi Emin Millinin 2 il 6 ay, Adnan Hacızadənin isə 2 il azadlıqdan məhrum edilməsi ilə bağlı qərar çıxarıb. Bakı Apellyasiya Məhkəməsi 10 mart 2010-cu il tarixdə hökmün qüvvədə saxlanılması ilə bağlı qərar qəbul edib. Yerli və beynəlxalq ictimaiyyət bloqçuları vicdan məhbusu kimi tanıyıb.
Video: www.irfs.az
SƏRHƏDSİZ REPORTYORLAR BLOGGERLƏRİ AZAD ETMƏYƏ ÇAĞIRIR

“Sərhədsiz Reportyorlar” təşkilatı gənc bloggerlər Emin Milli (Abdullayev) və Adnan Hacızadənin həbs olunmasının 1 ilinin tamam olması ilə bağlı onların azad olunması barədə Azərbaycan hakimiyyətinə çağırış edib.

“Saxta ittihamlarla həbs edilərək cinayətkar donu geyindirilən bu iki bloqçu  siyasilərin korrupsiyalaşması ilə bağlı çəkdikləri zarafat şəklində olan video rolikə görə ittiham edilirlər” – deyə Sərhədsiz Reportyorlar bildirib.

“Beynəlxalq ictimaiyyət onların azad edilməsində israrlıdır. Lakin hakimiyyət nümayəndələri özlərini eşitməməzliyə vuraraq, sərbəst ifadə hüququnu açıq şəkildə pozmaqda davam edirlər. Bloggerlərin azad edilməsi ilə bağlı Azərbaycan hökumətinə təzyiq bloggerlərə qarşı olan ittihamlar ləğv edilənə və onlar azad edilənə qədər davam etməlidir” – deyə təşkilatın press-relizində vurğulanır.

Qeyd edək ki, bu gün Emin Milli (Abdullayev) və Adnan Hacızadənin həbsindən 1 il ötür.

Xatırladaq ki, Emin Milli və Adnan Hacızadə 08 iyul tarixində  axşam saatlarında  dostları ilə Bakıda “Lebonese” (Livan) restoranında yemək yeyərkən qonşu masada onların söhbətini dinləyən idmançı görkəmli iki nəfər təxribatçı hücum edərək, Emin Milli və Adnan Hacızadəni döyərək, onlara xəsarət yetirib. Zərərçəkmiş şəxs qismində şikayət etmələrinə və xəsarət almalarına baxmayaraq, Səbail RPİ onlara xəsarət yetirənləri sərbəst buraxmış və döyülən gənclərin 48 saat müddətinə şübhəli şəxs qismində saxlanmasına qərar vermiş, iyulun 10-da isə Səbail rayon məhkəməsi “xuliqanlıq” maddəsi ilə təqsirləndirilən gənclər barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb.  İyulun 20-də  Apellyasiya məhkəməsi sözügedən qərarı qüvvədə saxlayıb. Cinayət işinin istintaqı yekunlaşdırılıb və gənclərə qarşı 221.1.2 (xuliqanlıq) və 127 (qəsdən bədənə az ağır xəsarət yetirmə) maddələri ilə ittiham irəli sürülüb və iş baxılması üçün məhkəməyə göndərilmişdi. Noyabrın 11-də Səbail rayon məhkəməsi Emin Millinin 2 il 6 ay, Adnan Hacızadənin isə 2 il azadlıqdan məhrum edilməsi ilə bağlı qərar çıxarıb. Bakı Apellyasiya Məhkəməsi 10 mart 2010-cu il tarixdə hökmün qüvvədə saxlanılması ilə bağlı qərar qəbul edib. Yerli və beynəlxalq ictimaiyyət bloqçuları vicdan məhbusu kimi tanıyıb.


ZİYALILAR EYNULLA FƏTULLAYEV VƏ BLOGGERLƏRİN AZAD OLUNMASI ÜÇÜN PREZİDENTƏ MÜRACİƏT EDİB

Azərbaycanın bir sıra tanınmış ziyalıları adından yazıçı Rüstəm İbrahimbəyovun imzası ilə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə müraciət ünvanlanıb. Müraciətdə “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayevin və gənc bloqçular Emin Milli (Abdullayev) və Adnan Hacızadənin azadlığa buraxılması da xahiş edilib. Məlumatı “Azadlıq” radiosuna açıqlamasında politoloq Eldar Namazov verib.

Onun bildirdiyinə görə, müraciətin göndərilməsi barədə razılaşma ötən həftə keçirilən “Azərbaycan ziyalıları və müstəqil demokratik dövlətçiliyin qurulması: tarixi təcrübə və müasir dövr” adlı ictimai dinləmələrdə qərara alınıb və ziyalılar adından geniş sənəd memorandumu hazırlanıb.

Xatırladaq ki, 06 iyul 2010-cu ildə Eynulla Fətullayev Cinayət Məcəlləsinin  234.1-ci maddəsi ilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) təqsirli bilinərək, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və hökmün icrası elan edildiyi gündən hesablanır. Bu hökm 29 dekabr 2009-cu ildə isə 12 saylı Cəzaçəkmə  Müəssisəsində Fətullayevin üzərindən 0,223 qram heroin tapılması ilə bağlı  irəli sürülmüş ittiham üzrə çıxarılıb. Eynulla Fətullayev, vəkili, həmçinin bir çox yerli və beynəlxalq təşkilatlar bu təxribatı jurnalistin həbsi ilə  bağlı Avropa İnsan Haqları Məhkəməsinin  qərarının  qarşısını almaq məqsədilə əvvəlcədən qurulmuş təxribat  kimi qiymətləndirir.

            Əlavə edək ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayevin işi  üzrə qərar verib. Aprelin 22-də açıqlanan qərarda bildirilir ki, jurnalist dərhal azadlığa buraxılmalı və Azərbaycan dövləti ona 27 min 822  avro məbləğində təzminat ödəməlidir.

            Xatırladaq ki, E.Fətullayev 2007-ci il aprelin 20-də Qaçqın və Məcburi Köçkünlərin Hüquqlarını Müdafiə Birliyinin sədri Tatyana Çaladzenin iddiasına əsasən Yasamal Rayon Məhkəməsinin qərarı ilə məhkəmə zalında həbs edilib. Həbs edildikdən bir ay sonra “Realnıy Azerbaydjan” qəzetində  dərc olunan və Azərbaycanda işləyən xarici ölkə vətəndaşları  və beynəlxalq qurumlarda təşviş yaratdığı iddia olunan yazı ilə əlaqədar Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsində E.Fətullayevlə bağlı cinayət işi başlanıb. Cinayət Məcəlləsinin 214.1-ci (terrorçuluqla hədələmə) və 283.2.2-ci (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham irəli sürülüb və məhkəmə yoluyla onun barəsində həbs-qətimkan tədbiri seçilib. Sonradan istintaq E.Fətullayevi külli miqdarda vergidən yayınmada (213.2.2-ci maddə) da ittiham edib.

             2007-ci il oktyabrın 30-da Ağır Cinayətlərə Dair İşlər üzrə  Məhkəmənin qərarı ilə E.Fətullayev 8 il 6 ay müddətinə  azadlıqdan məhrum edilib və ona 242 min 522 manat həcmində cərimə kəsilib.

Xatırladaq ki, Emin Milli və Adnan Hacızadə 08 iyul tarixində  axşam saatlarında  dostları ilə Bakıda “Lebonese” (Livan) restoranında yemək yeyərkən qonşu masada onların söhbətini dinləyən idmançı görkəmli iki nəfər təxribatçı hücum edərək, Emin Milli və Adnan Hacızadəni döyərək, onlara xəsarət yetirib. Zərərçəkmiş şəxs qismində şikayət etmələrinə və xəsarət almalarına baxmayaraq, Səbail RPİ onlara xəsarət yetirənləri sərbəst buraxmış və döyülən gənclərin 48 saat müddətinə şübhəli şəxs qismində saxlanmasına qərar vermiş, iyulun 10-da isə Səbail rayon məhkəməsi “xuliqanlıq” maddəsi ilə təqsirləndirilən gənclər barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb.  İyulun 20-də  Apellyasiya məhkəməsi sözügedən qərarı qüvvədə saxlayıb. Cinayət işinin istintaqı yekunlaşdırılıb və gənclərə qarşı 221.1.2 (xuliqanlıq) və 127 (qəsdən bədənə az ağır xəsarət yetirmə) maddələri ilə ittiham irəli sürülüb və iş baxılması üçün məhkəməyə göndərilmişdi. Noyabrın 11-də Səbail rayon məhkəməsi Emin Millinin 2 il 6 ay, Adnan Hacızadənin isə 2 il azadlıqdan məhrum edilməsi ilə bağlı qərar çıxarıb. Bakı Apellyasiya Məhkəməsi 10 mart 2010-cu il tarixdə hökmün qüvvədə saxlanılması ilə bağlı qərar qəbul edib. Yerli və beynəlxalq ictimaiyyət bloqçuları vicdan məhbusu kimi tanıyıb.



GƏNCLƏR BLOGGERLƏRİN HƏBSİNİN İLDÖNÜMÜ İLƏ BAĞLI TƏDBİR KEÇİRİBLƏR

Bu gün (08 iyul) Azərbaycan İnsan Hüquqları evində Azərbaycan Xalq Cəbhəsi Partiyasının Gənclər Təşkilatı gənc bloggerlər Emin Milli (Abdullayev) və Adnan Hacızadənin həbs olunmasının 1 ilinin tamam olması ilə bağlı tədbir keçiriblər.

    Təşkilatın rəhbəri Əbülfəz Qurbanlının bloggerlərin internetə hakimiyyəti tənqid edən videomateriallar yerləşdirdiklərinə görə həbs olunduqlarını deyərək, onların heç vaxt əfv istəməyəcəklərini vurğulayıb və gəncləri hakimiyyətdən qorxmayaraq, mübarizəni davam etdirməyə çağırıb.  

“Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid çıxışında bildirib ki, mübarizə aparan gənclərin sosial bazasını inkişaf etdirmək, repressiyalara operativ reaksiya vermək və beynəlxalq təşkilatlarla əlaqəni gücləndirmək lazımdır.

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun sədri Emin Hüseynov da ölkədəki ictimai-siyasi vəziyyətin gərgin olduğunu bildirib və o, mövcud vəziyyətdən çıxmaq üçün müxalifət partiyaları liderlərinin də fədakarlıq göstərməsinə ehtiyac gördüyünü deyib.

    Gəncləri ruhdan düşməyərək mübarizə aparmağa səsləyən Bloggerlərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Vəfa Cəfərova qeyd edib ki, bloggerlərin də istəyi budur.   

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin icraçı direktoru Bəşir Süleymanlı fəal gəncləri birliyə çağırıb.

     Tədbirdə qəbul edilən AXCP Gənclər Təşkilatının bəyanatında bloggerlərin azad edilməsi ilə bağlı çağırışlara hakimiyyətin laqeyd münasibət bəsləməsi yer alıb. Həmçinin bəyanatda bloggerlər barəsində ədalətsiz hökmü ləğv etməyə və onların həbsində təqsirli olan şəxslərin cəzalandırılması tələb olunur.


VİCDAN MƏHBUSLARINA DƏSTƏK MARAFONU        

  


Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) qarşıdan gələn 22 İyul Milli Mətbuat Günü  ilə əlaqədar həbsdə olan 3 vicdan məhbusuna (”Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayev, bloggerlər Emin Milli (Abdullayev), Adnan Hacızadə) və onların ailələrinə maddi və mənəvi yardım göstərmək məqsədi ilə “Vicdan Məhbuslarına Dəstək” xeyriyyə marafonu keçirir. İyunun 22-dən iyul ayının 22-dək davam edəcək marafonda yığılmış məbləğ jurnalistlərin  ailələrinə paylanacaq. Marafonda iştirak etmək könüllüdür və 18 yaşına çatmış hər bir Azərbaycan və xarici ölkə vətəndaşları iştirak edə bilər. Marafonda həm fərdi həm də kollektiv şəkildə iştirak etmək mümkündür. Marafonda iştirak üçün minimal və maksimal məbləğ məhdudiyyəti yoxdur. Beləliklə marafonda imkanından asılı olmayaraq söz azadlığını dəstəkləyən hər bir şəxs iştirak edə bilər. Sonda marafonda yığılmış məbləğ və iştirakçıların adları RATİ-nin internet saytında və mətbuatda dərc ediləcək, həmçinin vicdan məhbuslarının ailə üzvlərinə təqdim olunacaq. Adının dərc olunmasını istəməyən marafon iştirakçısı şərti adla (kodlaşdırılmış ad) iştirak edə bilər. Şəffaflığın təmin edilməsi üçün qəbzin 1-ci hissəsi iştirakçıda, 2-ci hissəsi isə təşkilatçıda qalır.

Qeyd edək ki, hər üç şəxs hakimiyyəti tənqid etdiklərinə görə həbs olunduqları üçün, yerli və beynəlxalq ictimaiyyət onları vicdan məhbusu kimi tanıyıb. Eynulla Fətullayev 2007-ci ilin aprel ayından, Emin Abdullayev və Adnan Hacızadə isə 2009-cu ilin iyul ayından həbsdədirlər.

Marafonda iştirak etmək istəyən hər bir şəxs RATİ-nin (+ 994 12) 418-03-34, (+ 994  12) 418-55-34, (+ 994 77) 398-48-38,  (+ 994 70) 398-48-38, (+ 994 55) 816 40 04) nömrəli telefonlara və irfs.az@gmail.com elektron ünvanına müraciət edə bilər.

MARAFONDA İŞTİRAK ET, VİCDAN MƏHBUSLARINA DƏSTƏK OL!

MƏLUMATLARIMIZDAN İSTİFADƏ EDƏRKƏN RATİ-YƏ İSTİNAD EDİN

 

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ)



Ünvan: Azərbaycan, Bakı şəh., Behbudov 8, mənzil 85/86

tel: (+99 412) 418-03-34, fax: (+ 99 412) 598-45-19

24 saat ərzində aktiv olan qaynar xətt: (+ 994 055) 816 40 04

e-mail: irfs.az@gmail.com

web: www.irfs.az skype: irfs.az


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə