Press-reliZ 08 avqust 2011-ci IL Bakı, Azərbaycan




Yüklə 17.76 Kb.
tarix18.04.2016
ölçüsü17.76 Kb.
R A T İ

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu


PRESS-RELİZ
08 avqust 2011-ci il

Bakı, Azərbaycan


  • ELAN!

  • HÜQUQ MÜDAFİƏÇİLƏRİ “AVROVİZİYA-2012” MÜSABİQƏSİ İLƏ BAĞLI MEHRİBAN ƏLİYEVAYA MÜRACİƏT GÖNDƏRİBLƏR

  • YENİ AZADLIĞA ÇIXAN JURNALİST FƏALİYYƏTƏ BAŞLADIĞINI RƏSMƏN ELAN ETDİ


ELAN!

09 AVQUST SAAT 12.00-DA Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) Mətbuat Mərkəzində 1 saylı Qobustan Qapalı Cəzaçəkmə Müəssisəsində cəza çəkən ömürlük cəzaya məhkum olunmuş dustaqlarla bağlı mətbuat konfransı keçiriləcək.

 Tədbirə jurnalistlər, hüquq müdafiəçiləri və diplomatik korpus nümayəndələri dəvətlidirlər.


HÜQUQ MÜDAFİƏÇİLƏRİ “AVROVİZİYA-2012” MÜSABİQƏSİ İLƏ BAĞLI MEHRİBAN ƏLİYEVAYA MÜRACİƏT GÖNDƏRİBLƏR
2012-ci ilin mayında Bakıda keçirilməsi nəzərdə tutulan “Avroviziya” mahnı müsabiqəsi ilə bağlı insan haqlarının müdafiəsi uğrunda başlanan kampaniya çərçivəsində müsabiqəni keçirən Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya müraciət edilib. Müraciət kampaniyanın başlanmasına təşəbbüs göstərən təşkilatların rəhbərləri tərəfindən imzalanıb.
Müraciətdə Azərbaycanda mövcud olan siyasi məhbus probleminə, sərbəst toplaşma və birləşmə azadlığı, ifadə azadlığı, mülkiyyət hüququ, İctimai Televiziya və Radionun fəaliyyəti sahəsində çətinliklərə, viza rejiminin sərt olmasına toxunulur. Qeyd edilir ki, insan hüquqlarının vəziyyəti ilə bağlı ümumi şəkildə yuxarıda qeyd edilmiş problemlərin həlli “Eurovision” musiqi yarışmasına ev sahibliyi edəcək ölkəmizlə bağlı dünyada və Avropada yaranmış mənfi imicin aradan qalxmasına kömək edər.
Müraciət müəllifləri Təşkilat Komitəsinin sədri Mehriban Əliyevadan bu problemlərin həlli üçün səylər göstərməsini xahiş ediblər, eyni zamanda bu istiqamətdə fəaliyyət göstərmək üçün Təşkilat Komitəsi ilə əməkdaşlıq etməyə, görüşməyə hazır olduqlarını bildiriblər.
Xatırladaq ki, iyulun sonlarında vətəndaş cəmiyyəti nümayəndələri 2012-ci ilin mayında Azərbaycanda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsi ilə bağlı ““Eurovision-2012 Azərbaycanda: Azad musiqi qeyri-azad ölkədə?” adlı insan hüquqları kampaniyasına start veriblər. Kampaniyanın təşəbbüskarları Siyasi Azadlıqları Müdafiə Komitəsi (SAMA), İnsan Hüquqları Klubu (İHK), Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) və Sülh və Demokratiya İnstitutudur. Kampaniya qoşulmaq üçün yerli və xarici təşkilatlar üçün açıqdır.

YENİ AZADLIĞA ÇIXAN JURNALİST FƏALİYYƏTƏ BAŞLADIĞINI RƏSMƏN ELAN ETDİ

Bir müddət bundan əvvəl həbsdən azad edilmiş, keçmiş siyasi məhbus “Realnıy Azerbaydjan” və “Gündəlik Azərbaycan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayev dünən rəhbəri olduğu “İnsan  Haqları Uğrunda” Hərəkatın yeni ofisini mediaya və dostlarına təqdim edib. O, Avropa Məhkəməsinin qərarı ilə nəzərdə tutulan maliyyə təzminatının bu gün (8 avqust) ona verildiyini və bununla da adı çəkilən məhkəmənin haqqında çıxardığı hökmün tam icra edildiyini dedi. Habelə o bunu tək özünün yox, demokratik dünyanın qələbəsi hesab edərək müdafiəsində əməyi keçən hər bir şəxsə minnətdarlığını bildirdi. 

Yeni hərəkata gəlincə, E. Fətullayev artıq təşkilatın ofisi icarəyə götürdüyünü, ictimai əlaqələr, siyasi məhbus və hüquq departamentlərin yaradıldığını bildirib.

Bundan əlavə, E. Fətullayev Azərbaycanda siyasi məhbus məsələsi üzrə Avropa Şurasının xüsusi məruzəçisi Kristofer Ştrasserin iştirakı ilə bu il noyabrın 4-də Bakıda “Azərbaycanda insan haqları - bu gün” mövzusunda beynəlxalq konfransın keçirilməsinin nəzərdə tutduğunu qeyd edib. Avqustun sonuna kimi konfransın gündəliyi ilə bağlı sənədlər Avropa Şurası katibliyinə göndərilməlidir. 

Bununla yanaşı, K. Ştrasserin siyasi məhbusların ailə üzvləri və vəkillərilə görüşləri də gözlənilir. Belə ki, bu görüşlər nəticəsində K.Ştrasser Azərbaycanda siyasi məhbus probleminə dair hesabat hazırlayaraq, AŞPA-nın qış sessiyasına təqdim etməyi nəzərdə tutur. Onun fikrincə, rəsmi Bakının K.Ştrasserin gəlişinə mane olmaq istəməsi ciddi beynəlxalq qalmaqallara yol aça bilər. 

Eyni zamanda, hərəkat İnsan Haqları Klubu ilə birgə ölkə həbsxanalarında tədqiqat aparmağa hazırlaşdığını deyib və bu yolda Penitensiar Xidmət rəhbərliyinin bu məsələyə görə şifahi razılığının alındığını nəzərə çatdırıb. Hər həbsxana monitorinq edildikdən sonra qrup həbsxanadakı durumla bağlı məbuata açıqlama vermək qərarı qəbul edib. 

Habelə E.Fətullayev “twitter”də Amnesty İnternational təşkilatının onun təklifi ilə gənc fəal Cabbar Savalanlının azadlığı üçün kampaniyaya başladığını qeyd etdi. E.Fətullayev C.Savalanlının azadlığı üçün ölkənin tanınmış aktyor, aktrisa və müğənnilərinin də dövlət başçısına müraciətini təşkil etməyi nəzərdə tutur. Habelə o sadə vətəndaşları da bu kampaniyaya aktiv dəstək verməyə çağırdı.


MƏLUMATLARIMIZDAN İSTİFADƏ EDƏRKƏN RATİ-YƏ İSTİNAD EDİN

 

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ)



Ünvan: Azərbaycan, Bakı şəh., Behbudov 8, mənzil 85/86

tel: (+99 412) 418-03-34, fax: (+ 99 412) 598-45-19

e-mail: irfs.az@gmail.com

web: www.irfs.az skype: irfs.az







Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə