Press-reliZ 04 Oktyabr 2011-ci IL Bakı, Azərbaycan




Yüklə 37.83 Kb.
tarix18.04.2016
ölçüsü37.83 Kb.
R A T İ

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu


PRESS-RELİZ
04 Oktyabr 2011-ci il

Bakı, Azərbaycan


  • ELAN!

  • ELAN!

  • ELAN!

  • ELAN!

  • İNSAN HÜQUQLARI KLUBUNUN BƏYANATI:

  • REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

  • AZƏRBAYCAN QHT-LƏRİ FRANSA PREZİDENTDƏN İNSAN HAQLARI İLƏ BAĞLI MƏSƏLƏLƏRİN MÜZAKİRƏ OLUNMASINI XAHİŞ EDİBLƏR

  • MTN MƏRHUM JURNALİSTLƏ BAĞLI MƏTBUAT ŞURASININ MÜRACİƏTİNƏ CAVAB VERİB


ELAN!

05 OKTYABR SAAT 12.00-DA  Reportyorların Azadlıq və  Təhlükəsizlik İnstitutunun mətbuat mərkəzində “Səid Dadaşbəylinin dəstəsinin” işi üzrə yaradılmış İctimai Müdafiə Komitəsi mətbuat konfransı keçirəcək.

Tədbirə  jurnalistlər, hüquq müdafiəçiləri və diplomatik korpus nümayəndələri dəvətlidirlər.



ELAN!

05 OKTYABR SAAT 14.00-DA  Reportyorların Azadlıq və  Təhlükəsizlik İnstitutunun mətbuat mərkəzində AXCP Gənclər Komitəsi “Türkiyə-Azərbaycan münasibətləri ” mövzusunda dəyirmi masa keçirəcək.

Dəyirmi masaya jurnalistlər, hüquq müdafiəçiləri və diplomatik korpus nümayəndələri dəvətlidirlər.


ELAN!

06 OKTYABR SAAT 12.00-DA  Reportyorların Azadlıq və  Təhlükəsizlik İnstitutunun mətbuat mərkəzində Beynəlxalq Tərcüməçilər Günündə bir qrup gənc tərcüməçi tərəfindən təsis edilmiş Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası" İctimai Birliyinin təqdimatı keçiriləcək. Təqdimatda təşkilatın strukturu, gələcək fəaliyyət planları, nəzərdə tutulan layihələr barəsində məlumat veriləcəkdir.

Tədbirə  jurnalistlər, hüquq müdafiəçiləri və diplomatik korpus nümayəndələri dəvətlidirlər.



ELAN!

10 OKTYABR SAAT 11.00-DA  Reportyorların Azadlıq və  Təhlükəsizlik İnstitutunun mətbuat mərkəzində vəkil Elçin Sadıqov barəsində başlanan intizam araşdırması ilə bağlı   mətbuat konfransı keçirəcək.

Tədbirə  jurnalistlər, hüquq müdafiəçiləri və diplomatik korpus nümayəndələri dəvətlidirlər.



ELAN!

10 OKTYABR SAAT 12.00-DA  Reportyorların Azadlıq və  Təhlükəsizlik İnstitutunun mətbuat mərkəzində ömürlük məhbus  Sahib Məmmədəliyevin  işi üzrə qardaşı İlham Məmmədəliyev  mətbuat konfransı keçirəcək

Tədbirə  jurnalistlər, hüquq müdafiəçiləri və diplomatik korpus nümayəndələri dəvətlidirlər.



İNSAN HÜQUQLARI KLUBUNUN BƏYANATI:

 2 APREL AKSİYASININ DAHA 4 İŞTİRAKÇISININ AZADLIQDAN MƏHRUM EDİLMƏSİ İLƏ SİYASİ MƏHBUSLARIN SAYI ARTDI



ŞAHİN HƏSƏNLİ BARƏDƏ HÖKMÜN QÜVVƏDƏ SAXLANILMASI SİYASİ SİFARİŞDİR

            İnsan Hüquqları Klubu (İHK) oktyabrın 3-də 2011-ci 2 aprel aksiyasında iştiraka görə saxlanılan Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılının, Müsavat Partiyası Gənclər Komitəsinin sədri Tural Abbaslının və Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) funksioneri Məhəmməd Məcidlinin 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı barədə 2 illik şərti cəza müəyyən edən qərarın çıxarılmasını qəti şəkildə pisləyir və bu qərarı siyasi sifariş kimi qiymətləndirir. İHK eyni zamanda oktyabrın 3-də AXCP funksioneri Şahin Həsənlinin 2 il müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı qərarın Gəncə Apelyasiya Məhkəməsi tərəfindən qüvvədə saxlanmasını da siyasi sifariş hesab edir və bu qərarı pisləyir.

   İHK bəyan edir ki, 2 aprel aksiyasının təşkilatçıları kimi cəlb edilən 4 nəfərin məhkəməsində işin araşdırılması zamanı bir sıra qanun pozuntularına yol verilmiş, müxaliflərin vəkilləri tərəfindən qaldırılan vəsatətlərin əksəriyyəti təmin edilməmiş, şahidlər ziddiyyətli ifadələr vermiş, sübutların tədqiqində ciddi nöqsanlar aşkarlanmış, nümayiş etdirilən videogörüntülərin əslində müxaliflərin xeyrinə olduğu məlum olmuşdur.

 İHK bəyan edir ki, Şahin Həsənlinin birinci instansiya məhkəməsinin qərarı ilə maksimal cəzaya məruz qalması – 2 il müddətinə azadlıqdan məhrum edilməsi və məhkəmə proseslərinin monitorinqi zamanı üzə çıxan pozuntular artıq cəzanın siyasi sifariş nəticəsində çıxarıldığını göstərirdi. Gəncə Apelyasiya Məhkəməsinin dünənki qərarı da bu iddiaları bir daha sübut etmiş oldu.

 

İHK hesab edir ki, bu həbslər əslində insanların sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılmasına, müxalif və gənc fəalların susdurulmasına və cəmiyyətdə qorxu hissinin gücləndirilməsinə yönəlib. Hakimiyyətin nümayiş etdirdiyi bu mövqe onların başqa cür düşünən şəxslərə qarşı dözümsüzlüyünün göstəricisidir. Bununla Azərbaycan hakimiyyəti 18 oktyabrda Azərbaycanın müstəqilliyinin 20-ci ildönümü və 8 aydan sonra Bakıda keçiriləcək “Avroviziya 2012” mahnı müsabiqəsi ərəfəsində yerli və beynəlxalq qanunvericiliyə əməl etmək istəmədiyini bir daha açıq şəkildə nümayiş etdirmiş oldu.



 İHK Azərbaycan hakimiyyətindən Arif Hacılı, Tural Abbaslı, Məhəmməd Məcidli və Şahin Həsənlini, o cümlədən digər siyasi məhbusları dərhal azadlığa buraxmağı tələb edir. İHK beynəlxalq ictimaiyyəti Azərbaycan hakimiyyətindən insan hüquqlarının müdafiəsi sahəsində üzərinə götürdüyü öhdəliklərə riayət etməyə, adları çəkilən şəxslərin azadlığa çıxması üçün səylərini artırmağa çağırır. .  

 *İnsan Hüquqları Klubu 2010-cu il dekabrın 10-da bir neçə hüquq müdafiəçisi (İdrak Abbasov, Emin Hüseynov, Səbuhi Qafarov, Rəsul Cəfərov, Zöhrab İsmayılov, Natiq Cəfərli,  və s.) tərəfindən yaradılan hüquq müdafiə təşkilatıdır.  



REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmovun İnternet Televiziyalarının dövlət tərəfindən tənzimlənməlidir fikrini qətiyyətlə pisləyir və bunu ifadə azadlığına müdaxilə kimi qiymətləndirir.

Qeyd edək ki, Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli jurnalistlərə deyib ki, İnternet TV televiziya yayım üsullarından biridir və İnternet TV yayımı dövlət tərəfindən tənzimlənməlidir. MTRŞ sədri bildirib ki, İnternet televiziyasının yayım məsələsinin tənzimlənməsi yalnız Azərbaycanın deyil, dünya ölkələrinin müzakirə mövzusudur: "Avropa Şurasına üzv ölkələr bu məsələ ilə bağlı bir araya gəliblər, ancaq yekdil qərar qəbul etməyiblər. Azərbaycan bu məsələdə Avropa ölkələrinin təcrübəsindən yararlanmaq niyyətindədir. AŞ üzvləri İnternet televiziya yayımı ilə bağlı nə qərar qəbul etsə, Azərbaycan da onu təkrarlayacaq", -deyə Məhərrəmov əlavə edib. Onu da qeyd edək ki, buna oxşar sözləri MTRŞ sədri 23 iyun 2010-cu il tarixində “Şərq ” qəzetinə verdiyi müsahibədə də qeyd etmişdi. O zaman da Şura sədri bildirmişdi ki, hansı formada yayımlanmasından asılı olmayaraq, televiziya bir fəaliyyət sahəsi olduğu üçün tənzimlənməsinə ehtiyac var. Onu da əlavə edək ki, daha əvvəl Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində keçirilən kollegiya iclasında nazir bildirmişdi ki, onlayn televiziyalar və müxtəlif kommersiya strukturlarının fəaliyyəti qanuna uyğun olmalıdır və onlar lisenziyalar almalıdırlar, əks halda onların fəaliyyəti dayandırılacaq.

RATİ qeyd edir ki, televiziya kanallarının müstəqil olmadığı, radio yayımı üzrə tezliklərin dövlətə yaxın qurumlara verildiyi, ifadə azadlığının boğulduğu, öz fikirlərini ifadə etdikləri üçün həbs edilən gənc fəallar və jurnalistlərinin sayının çoxaldığı bir dövrdə internet televiziyalarının dövlət tərəfindən tənzimlənilməsinə qərar vermək ifadə azadlığına vurulan növbəti böyük zərbələrdən biri olar.

RATİ hesab edir ki, ölkədə televiziya və radio tezlikləri olduğu halda məhdud sayda tezlik elan edən və dövlət televiziya və radiolarında “Televiziya və Radio Yayımı haqqında ” qanunun tələbləri pozulduğu halda hər hansı bir tədbir görməyən bir qurumun sədrinin internet televiziyalarının dövlət tərəfindən tənzimlənilməsinə ehtiyac var deməsi Azərbaycanda müstəqil fəaliyyət göstərən internet televiziyalarını nəzarətə götürməklə dövlət senzurasını online televiziyalar üzərində də tətbiq etmək istədiklərini göstərir.

RATİ bəyan edir ki, Azərbaycanda fəaliyyət göstərən internet televiziyalarının dövlət tərəfindən tənzimlənilməsi Azərbaycan Respublikasının Konstitusiyasının 47-ci (fikir və söz azadlığı ) və İnsan Hüquq və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 10-cu (İfadə Azadlığı) maddələrinin pozuntusudur.

RATİ Azərbaycan hakimiyyətini internet televiziyalarının dövlət tərəfindən tənzimlənilməsi barədə hər hansı qərar qəbul etməkdən çəkinməyə və ifadə azadlığına təzyiqlərdən əl çəkməyə çağırır.

 AZƏRBAYCAN QHT-LƏRİ FRANSA PREZİDENTDƏN İNSAN HAQLARI İLƏ BAĞLI MƏSƏLƏLƏRİN MÜZAKİRƏ OLUNMASINI XAHİŞ EDİBLƏR


Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu oktyabrın 7-də Bakıya səfər edəcək Fransa prezidenti Nikola Sarkoziyə müraciət göndərib. Müraciətdə “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qatillərinin tapılmaması, xarici radiostansiyaların bağlanması, müstəqil telekanalların və radio stansiyaların olmaması, çap mediasının vəziyyəti, jurnalistlərə qarşı basqılar barədə məlumatlar verilir və Sarkozidən bu problemlərin həllinə yardımçı olması xahiş edilir.
Bundan əlavə, Avroviziya 2012 mahnı müsabiqəsi ərəfəsində hüquq müdafiə kampaniyasına başlayan təşkilatlar da Fransa Prezidentinə müraciət göndəriblər. Müraciət müəllifləri Azərbaycanda siyasi məhbus, söz və ifadə azadlığı, mülkiyyət hüquqları, sərbəst toplaşmaq azadlığı və digər sahələr üzrə mövcud olan problemləri və bu problemlərin həllinin zəruriliyini vurğulayıblar. Xüsusilə 2011-ci ilin əvvəllərindən etibarən müxalifətçilərə və gənc fəallara qarşı başlanmış repressiyalar Sarkozinin diqqətinə çatdırılıb və ondan Prezident İlham Əliyevlə görüşü zamanı bu məsələlərin müzakirə edilməsi xahiş olunub.

Müraciətdə göstərilən problemlərin Avroviziya mahnı müsabiqəsi ərəfəsində həll edilməli olduğu xüsusi şəkildə qeyd edilib.

Avroviziya 2012 mahnı müsabiqəsi ilə əlaqədar yaradılan “Azad musiqi qeyri-azad ölkədə?” kampaniyasının təşəbbüskarları “Siyasi Azadlıqların Müdafiə Alyansı”, “Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu”, “Sülh və Demokratiya İnstitutu” və “İnsan Hüquqları Klubu”-dur. Bundan əlavə aşağıdakı təşkilatlar kampaniyaya qoşulublar:


  1. Hüquqi Maarifləndirmə İctimai Birliyi




  1. Hüquq Maarifçiliyi Cəmiyyəti




  1. Media Hüququ İnstitutu




  1. Azad İqtisadiyyata Yardım İctimai Birliyi




  1. Neftçilərin Hüquqlarının Müdafiəsi Komitəsi




  1. Hüquqi Təşəbbüslər Mərkəzi




  1. NİDA Vətəndaş Hərəkatı




  1. Azad Gənclik Təşkilatı




  1. Demokratik Jurnalistika Məktəbi




  1. Seçki Monitorinq və Demokratiyanın Tədrisi Mərkəzi




  1. İnsan Hüquqları Uğrunda İctimai Hərəkat




  1. Qafqaz Media Araşdırmalar Mərkəzi




  1. Demokratiya Monitoru



MTN MƏRHUM JURNALİSTLƏ BAĞLI MƏTBUAT ŞURASININ MÜRACİƏTİNƏ CAVAB VERİB

Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi (MTN) Mətbuat Şurasının (MŞ) “Monitor” jurnalının qətlə yetirilən baş redaktoru, mərhum jurnalist Elmar Hüseynovun qatillərinin tapılmasının sürətləndirilməsi ilə bağlı ünvanladığı müraciəti cavablandırıb. Bu barədə oktyabrın 3-də MŞ-nın rəsmi saytında məlumat yayılıb.

Məlumatda bildirilir ki, MTN-dən Şuraya daxil olan məktubda cinayət işi üzrə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirlərinin fasiləsiz surətdə davam etdirildiyi qeyd olunub. Cinayət işi MTN İstintaq İdarəsinin icraatına verildiyi vaxtdan ötən müddət ərzində 1000-ə qədər müxtəlif istintaq və prosessual hərəkətlər həyata keçirilib. Qətlin törədilməsində iştirakları sübuta yetirilmiş şəxslər barədə həbs qətimkan tədbiri seçilməklə İnterpol xətti ilə beynəlxalq axtarış elan edilib. “Bu cinayət hadisəsi ilə bağlı bütün məlumat və detalların araşdırılması, E.Hüseynovun qatillərinin tam dairəsinin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilmələrinin, həmin cinayətin iştirakçılarının ədalət mühakiməsi qarşısında cavab vermələrinin təmin edilməsi prinsipial məsələdir. Başlıcası odur ki, cinayətin əsas iştirakçıları məlumdur, gec-tez onlar tutulub istintaqa təhvil veriləcək və ədalət mühakiməsi qarşısında dayanacaqlar. Bu istiqamətdə istintaq-əməliyyat tədbirləri bir an səngimədən davam etdirilir”, - deyə vurğulanıb. 

Xatırladaq ki,  “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynov işdən evə qayıdarkən naməlum şəxs tərəfindən evinin kandarında güllələnib. Cinayətkar ona tapançadan 7 atəş açıb. Bir müddət sonra hakimiyyət bildirib ki, cinayəti Gürcüstanda yaşayan azərbaycanlı Teymuraz Əliyev və Tahir Xubanov törədiblər.  Lakin Gürcüstan hakimiyyəti onları verməkdən imtina edərək bildirib ki, həmin şəxslərin qətlə bağlı olmasına sübut yoxdur.

 


MƏLUMATLARIMIZDAN İSTİFADƏ EDƏRKƏN RATİ-YƏ İSTİNAD EDİN

 

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ)



Ünvan: Azərbaycan, Bakı şəh., Behbudov 8, mənzil 85/86

tel: (+99 412) 418-03-34, fax: (+ 99 412) 598-45-19

e-mail: irfs.az@gmail.com

web: www.irfs.az skype: irfs.az


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə