Praksis sosial İnkişafa Dəstək İctimai Birliyi




Yüklə 9.59 Kb.
tarix23.04.2016
ölçüsü9.59 Kb.





PRAKSİS Sosial İnkişafa Dəstək İctimai Birliyi. Bakı şəh. Zahid Xəlilov küç.26, 554-cü məhəllə. AZ-1141

Tel /Faks: 447 57 37, URL: www.praxis.az; E-mail: office@praxis.az



_____________________________________________________________________________

PRESS RELİZ № 18 -27 noyabr 2007

Praksis” əməkdaşı BMT-nin İşgəncələrə Qarşı Komitəsinin və İqtisadi, Sosial və Mədəni Hüquqlara dair Komitəsinin 39-cu Sesiyasında iştirak etmişdir.


“Praksis” Sosial İnkişafa Dəstək Ictimai Birliyinin əməkdaşı Pərviz İsgəndərov İnsan Hüquqları üzrə Beynəlxalq Xidmət təşkilatının dəvəti ilə İsveçrənin Cenevrə şəhərində səfərdə olmuşdur. Əməkdaşımız “Beynəlxalq Müqavilələri Monitorinq Qurumları ilə İş” üzrə tədbirdə iştirak etmişdir. Tədbirin gündəlyi olduqca zəngin və əhatəli olmuşdur. Tədbirə 20-dək ölkədən QHT nümayəndələri qatılmışlar. İştirakçılar əsasən Cənubi Amerika, Afrika qitəsi, Asiya və Sakit Okean, Kanada, Avstraliyadan idi. MDB məkanından isə yalnız Moldova, Özbəkistan və Azərbaycanı “Praksis” təşkilatının əməkdaşı təmsil edirdi.
İştirakçılar Beynəlxalq İnsan Hüquqları barədə və BMT İnsan Hüquqları Komissiyası və BMT-nin Komitələri barədə məlumat almış və Komitələrin iclaslarında iştirak edərək, müxtəlif Komitə rəhəbrləri və üzvləri ilə görüşlər keçirmişlər. Həmçinin iştirakçılar BMT-nin İşgəncələrə Qarşı Komitəsinin və İqtisadi, Sosial və Mədəni Hüquqlara dair Komitəsinin 39-cu Sesiyasında iştirak etmişlər.
Tədbir zamanı QHT-lərin BMT Komitələrinə Alternativ Hesabatların hazırlanması və göndərilməsi sahəsində ətraflı məlumatlar verilmiş və digər ölkələrin təcrübələri sahəsində təqdimatlar nümayiş etdirilimişdir.
“Praksis” təşkilatının əməkdaşı Azərbaycan QHT-lərinin də gələcəkdə BMT-nin fəaliyyətində daha da fəal olmaları üçün və Alternativ Hesabatların hazırlanması sahəsində QHT-lər üçün beynəlxalq ekspertlərin iştirakı ilə bu cür tədbirin yaxın zamanlarda Bakı da da təşkil olunması sahəsində bir çox təşklatlarla əlaqələr qurmuş və müzakirələr aparmışdır. Pərviz İsgəndərov eyni zamanda, Azərbaycanda məcburi köçkün və qaçqınların hüquqları və digər məsələlər barədə sesiya iştirakçıları və BMT-nin müxtəlif qurumlarına məlumat vermişdir. Sesiyanın sonunda əməkdaşımız beynəlxalq dərəcəli sertifikatla təltif edilmişdir.
“Praksis” təşkilatı insan hüquqlarının müdafiəsi məqsədilə kütləvi informasiya vasitələri, bələdiyyələr, yerli icmalar və digər vətəndaş cəmiyyəti qrupları ilə effektli əməkdaşlıq etməkdədir.
Zaur Əliyev

İctimaiyyətlə Əlaqələr Xidməti

Zaur@praxis.az


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə