Plastik cərrahiyyə ixtisası üzrə nümunəvi test sualları Plastik cərrahiyyədə ilk anlayışlar




Yüklə 460.21 Kb.
səhifə3/6
tarix22.04.2016
ölçüsü460.21 Kb.
1   2   3   4   5   6

142) Karapandzic metodu ilə bərpadan sonra ən çox rast gəlinən deformasiya hansıdır ?
A) Sfinkter funksiyasının itirilməsi

B) Persistent ağrı

C) Perioral paresteziya

D) Mikrostomiya

E) Selik axması
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
143) Mastektomiyadan sonra istifadə olunan ayaqcıqlı TRAM flebi ( Transvers Rectus Abdominis Əzələ dəri flebi ) qidalandıran müvafiq arteriya və vena hansıdır ?
A) Diafraqma-əzələ Arteriya –Vena

B) Arxa-döş Arteriya –Vena

C) Aşağı qarınüstü Arteriya –Vena

D) Qalçanın səthi dolanan Arteriya –Vena

E) Yuxarı qarınüstü Arteriya –Vena
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
144) 19 yaşlı qadın süd vəzinin hipoplaziyası səbəbiylə Poliklinikaya müraciət etmişdir. müayinə zamanı böyük döş əzələsinin olmaması, arxanın enli əzələsinin hipoplaziyası aşkar edilmişdir.Təxmini dianoz aşağıdakılardan hansı ola bilər ?
A) Poland sindromu

B) Treacher collins sindromu

C) Gorlin-Golts sindromu

D) Mafucci sindromu

E) Pier-robin sindromu
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
145) Süd vəzi giləsi və areola kompleksini hansı sinir innervasiya edir ?
A) 1-ci lateral interkostal sinir

B) Dərialtı sinir

C) Qoltuqaltı sinir

D) 2-ci lateral interkostal sinir

E) 4-cü lateral interkostal sinir
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
146) Dodaq rekonstruksiyasında istifadə olunanlardan hansı ”uzaq” fleb deyil ?
A) Platizma əzələ dəri flebi

B) alın flebi

C) Pectoralis major əzələ-dəri flebi

D) Bakamciem fleb

E) Karapandzic fleb
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
147) Süd vəzi rekonstruksiyasında hansı toxumalar istifadə olunur ?
A) Gluteus maksimus əzələ-dəri flebi

B) Hamısı

C) Süd vəzisinin öz toxuması (süd vəzisi böyük olduqda )

D) Rectus abdominis əzələ-dəri flebi

E) Latissimus dorsi əzələ-dəri flebi
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
148) Gilə-areola kompleksinin bərpasına hansı aid deyil?
A) Cinsiyyət dodaqlarından piqment dəri qrefti istifadə oluna bilər

B) Müdaxiləyə ehtiyac yoxdur, getdikcə gilə nahiyəsinin rəngi dəyişir

C) Digər gilə nahiyəsindən qreft götürülə bilər

D) Süd vəzisi rekonstruksiyası ilə eyni seansda aparılmaması məsləhətdir

E) Tatuaj ilə gilə-areola düzəldilir
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
149) Hansı kraniofassial anomaliya daha çox rast gəlinir ?
A) Hemifassial mikrosomiya

B) Goldenhar sindromu

C) Treacher Collins sindromu

D) Nagar sindromu

E) Bilateral kraniofassial mikrosomiya
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
150) Bilateral dodaq yarığı cərrahiyəsinin ağırlaşmalarına hansı aid deyil ?
A) Fit deformasiyası

B) Çapığın böyüməsi

C) Maksilyar retruziya

D) Qısa dodaq

E) Yaranın aralanması
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
151) Aşağıdakılardan hansı yumşaq damaq-udlaq yarıqlarının cərrahi müalicə üsullarından deyil ?
A) Adenoidektomiya

B) push-back

C) Mukoperiostal ada flebi

D) Farinqoplastika

E) Faringeal fleb
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
152) Hansı əlamət Pier-Robin sindromunda müşahidə edilir ?
A) Triqonosefaliya

B) Retroqnatizm

C) Maksilyar hipoplaziya

D) Yarıq dodaq

E) Almacıq hipoplaziyası
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
153) Xəlbirəbənzər səfhə hansı kəllə sümüyünün hissəsidir?
A) Əng

B) Əsas


C) Xəlbir

D) Alın


E) Burun
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
154) Nəyə əsasən Birincili və ikincili damaq yarığı təsnifatı aparılır?
A) Yarığın böyüklüyü

B) Anadangəlmə və qazanılma olması

C) Qanadabənzər çıxıntı

D) Yanaşı dodaq yarığının olması

E) Kəsici dəlik (foramen İncisium)
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
155) Hansı dodaq-burun deformasiyasına aid deyil ?
A) Almacığın hipoplaziyası

B) Vermilyonun düzgün olmayan forması

C) Filtrum itirilməsi

D) Labiobukkal sulcusun az olması

E) Dodaqda horizontal artıqlıq
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
156) Aşağıdakılardan hansı kraniofassial deformasiya deyil ?
A) PLagiosefaliya

B) Kvadrosefaliya

C) Okulosefaliya

D) Skaposefaliya

E) Akosefaliya
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
157) Düpütryen xəstəliyinə hansı aid deyil ?
A) Müalicədə palmar fassiyaektomiya edilir

B) Əsasən baş barmaqda rast gəlinir

C) Proses üzük barmaqda başlayır

D) Xəstəliyin patogenezində palmar fassiyada destruktiv dəyişiklikləri durur

E) Kişilərdə daha çox müşahidə edlilir
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
158) Aşağıdakılardan hansı Replantasiya zamanı ilk növbədə icra edilir ?
A) Arteriya anastomozu

B) Sinir bərpası

C) Vena anastamozu

D) Sümük fiksasiyası

E) Vətər bərpası
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
159) Replantasiya zamanı cərrahi müdaxilələr hansı ardıcıllıqla aparılır ?
A) Vətər bərpası,sümük fiksasiyası, arteriya anastomozu, sinir bərpası

B) Sümük fiksasiyası, vətər bərpası, arteriya anastomozu, sinir bərpası

C) Sinir bərpası, arteriya anastomozu, vətər bərpası, sümük fiksasiyası

D) Arteriya anastomozu, vətər bərpası, sümük fiksasiyası, sinir bərpası

E) Sinir bərpası, vətər bərpası, arteriya anastomazu, sümük fiksasiyası
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
160) Düpüytren kontrakturasını zamanı hansı anatomik struktur zədələnir ?
A) Palmar fassiya

B) açıcı vətərlər

C) barmaq venaları

D) barmaq sinirləri

E) barmaq arteriyaları
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
161) Aşağıdakılardan hansı düpüytren xəstəliyi ilə yanaşı rast gəlinən xəstəlikdir ?
A) Peyroni xəstəliyi

B) hiqroma Kista

C) Revmatoid artrit

D) Sistemli skleroz

E) fibroz Kista
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
162) Aşağıdakı faktorlardan hansı replantasiyanın nəticəsinə təsir edir ?
A) Siqaret çəkmə

B) Yaralanma forması

C) Hamısı

D) Yaralanmanın səviyyəsi

E) İşemiya vaxtı
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
163) Distal digital amputasiyalarda revaskulyarizasiya üçün Hansı tikiş materialları istifadə olunur ?
A) 5/0

B) 8/0


C) 4/0

D) 6/0


E) 10/0
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
164) Düpüytren xəstəliyi üçün aşağıdakılardan hansı doğru deyil ?
A) Xəstəlik əlin 4-cü barmağının palmar fassiyasının zədələnməsi ilə başlayır

B) Xəstəlik adətən ovucda dərinin distal hissəsində düyün şəklində başlayır

C) Palmar fassiyadakı dəyişikliklər penisdə (Peyroni) və plantar fassiyada da ola bilər

D) Xəstəlik kompartman ( işemik ) sindromundan sonra inkişaf edir

E) Müalicə cərrahi olub çox vaxt palmar fassioektomiya şəklindədir
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
165) Replantasiya əməliyyatları ilə bağlı aşağıdakılardan hansı səhvdir?
A) Əzələ toxuması bərpası zamanı işemiya riski nəzərə alınmalıdır

B) Ən uğurlu replantasiyalar qopmuş tip amputasiyalardan sonra aparılır

C) Uşaqlarda barmaq amputasiyalarında replantasiyaya mütləq göstəriş var

D) Travmadan sonra ilkin olaraq ümumi vəziyyət qiymətləndirilir, sonra tənəffüs və vaskulyarizasiya nəzarət altına alınır

E) Qopan hissə ilk yardım olaraq dərhal fizioloji məhlul ilə yuyulub bilavasitə buzla təmas etməyəcək şəkildə iki torbaya qoyulur
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
166) Hansı halda replantasiyaya göstərişi yoxdur ?
A) Bilək səviyyəsində amputasiya

B) Uşaqlarda barmaq amputasiyaları

C) Ağır əzilmə və geniş soyulma şəklində yaralanmalar

D) Başbarmağın amputasiyası

E) Multipl ( birdən çox ) barmaq amputasiyası
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
167) Düpüytren xəstəliyi ilə birlikdə rast gəlinmə ehtimalı çox olan xəstəliklər hansılardır ?

1. Diabetes Mellitus

2. Ürək çatışmazlığı

3. Epileptik tutmalar

4. Xronik alkoqolizm

5. Kron xəstəliyi
A) 1-3-5

B) 1-3-4


C) 2-3-4

D) 1-2-3


E) 1-2-3-4-5
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
168) Aşağıdakılardan hansı “ Volkman ” işemik kontrakturası üçün doğru deyil ?
A) Sıxılmış nahiyənin daxilində təzyiqi artıran faktorlar eksternal ( möhkəm gips ola bilər )

B) Əzələlərin işemik kontrakturası ilə əlaqədar olaraq “ pəncə əl ” deformasiyası inkişaf edir

C) Ən çox saiddə ektensor əzələlərin sıxılmasında rast gəlinir

D) Subfassial təzyiqin artması nəticəsində inkişaf edən işemik əzələ nekrozunun gecikmiş klinik formasıdır

E) Müalicə cərrahi yolladır
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
169) Replantasiya zamanı qopan hissələr hansı sıra ilə bərpa olunur ?

1. Dəri

2. Sinir

3. Arteriya

4. Sümük

5. Vena

6. Fleksor və ekstensor vətərlər
A) 6-4-5-2-3-1

B) 1-2-3-4-5-6

C) 4-6-3-5-2-1

D) 2-4-5-3-6-1

E) 4-5-3-2-6-1
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
170) Hansı halda aşağı ətrafın itirilməsi ehtimalı yüksəkdir ?
A) İntraartikulyar komponentli kalkaneal əzilmə və ya açıq topuq yarası

B) Seqmental qamış sinir itkisi

C) Devaskulyarizasiya olmuş ayaq

D) Plantar səthin qopması

E) Hamısı
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
171) Aşağıdakı hallardan hansı Düpüytren kontrakturasına aid deyil ?
A) Əldə yanıq

B) Hepatit B infeksiyası

C) Epilepsiya

D) Diabetes mellitus

E) Xronik alkoqolizm
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
172) Hansı halda Düpüytren kontrakturası zamanı əməliyyata göstəriş var?
A) bilək falanqa oynağının 20O-dən böyük kontrakturası

B) Biləyin stabil vəziyyətdə durması

C) Saidin pronasiya kontrakturası

D) bilək falanqa oynağının 5O-dən kiçik kontrakturası

E) Proksimal falanqalar arası oynaq kontrakturasının 15O-dən böyük olmaması
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
173) Volkman kontrakturasında əl və said hansı vəziyyəti ala bilməz?
A) bilək falanqa oynağının fleksiyası

B) Saidin supinasiyası

C) Biləyin fleksiyası

D) Saidin pronasiyası

E) proksimal və distal falanqalar arası oynaqlarda barmaqların fleksiyası
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
174) Volkmanın işemik kontrakturası üçün hansı doğrudur ?
A) Müalicəsi zədələnmiş qolun amputasiyasıdır

B) zədələnmiş ətrafa əzələ transferi ( köçürmə) mümkün deyil

C) səbəbi suprakondilyar bazu sınıqlarıdır

D) kompartman sindromunun gecikmiş formasıdır

E) bilək supinasiya vəziyyətindədir
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
175) Aşağıdakılardan hansı Düpüytren xəstəliyinə aiddir ?
A) Granulomatoz iltihab

B) Palmar fassiada nekroz

C) Bükücü vətərlərdə spontan yırtılma

D) Limfatik infiltrasiya

E) Birləşdirici toxumada fibroz
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
176) Aşağıdakılardan hansı Düpüytren xəstəliyinin müalicəsində istifadə olunan cərrahi metoddur ?
A) Bükücü vətərlərin ləğv olunması

B) Regional fassioektomiya

C) Neyroliz

D) Açıcı vətərlərin burulması

E) Vətərlərin köçürülməsi
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
177) Hansı faktor replantasiya üçün vacib əhəmiyyət kəsb edir ?
A) Hamısı

B) Mövcud olan digər xəstəliklər

C) Zədələnmənin yaranma mexanizmi

D) Xəstənin yaşı

E) Zədələnmədən ötən müddət
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
178) Amputasiya-replantasiya ilə bağlı aşağıdakılardan hansı düzgündür ?
A) barmağa gedən damarlar möhkəmləndikdən sonra sümük və vətər ikinci seansda bərpa edilir

B) Uşaqlarda postoperativ nəzarət çətin olduğu üçün replantasiyaya nadir hallarda göstəriş olur

C) Replantasiya zamanı qopmuş üzvün saxlanma müddəti vacib əhəmiyyət daşımır

D) Replantasiya zamanı qopmuş hissələrin qidalanması bir arteriya ilə təmin olunmalıdır

E) Üzüklə əlaqəli zədələnmələrdə proqnoz pis olduqda replantasiya etmək olar
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
179) Hansı hal Düpüytren kontrakturasında müalicədən sonra residiv vermə ehtimalını artırır?
A) Yanaşı Peyroni xəstəliyinin olması

B) Xəstənin gənc olması

C) Ayağın plantar nahiyəsində oynaq yastıqcıqlarının olması

D) Əlin açıcı səthində düyünlərin olması

E) Alkaqol qəbulu
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
180) Düpüytren xəstəliyində hansı anatomik struktur zədələnir ?
A) Grayson bağı

B) M.Fleksor carpi ulnaris-vətəri

C) M.Palmaris longus-vətəri

D) Kleland bağı

E) M.Fleksor digitorum superficialis-vətəri
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
181) Düpüytren xəstəliyi hansı xəstəliklər ilə birlikdə rast gəlinə bilər ?
A) Xronik ağciyər xəstəlikləri

B) Diabetes mellitus

C) Hamısı

D) Tuberkulyoz

E) Xroniki alkoqolizm
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
182) Volkman işemik kontrakturasında hansı əzələlər daha ağır zədələnir ?
A) M.Brachioradialis, M.Abductor pollicis longus

B) M. Ekstensor digitorum communis, M.fleksor carpi radialis

C) M.Fleksor digitorum superficialis, M.Fleksor pollicis longus,

D) M.Fleksor carpi ulnaris, M.fleksor carpi radialis

E) M.Fleksor pollicis longus, M.fleksor digitorum profundus
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
183) Aşağıdakılardan hansı “sindaktiliya” təsnifatına aiddir ?
A) Hamısı

B) tam


C) sadə

D) kompleks

E) natamam
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
184) ”Kampodaktiliya” nədir?
A) III barmağın proksimal falanqalararası oynağında açıcı deformasiyası

B) Baş barmağın proksimal falanqalararası oynağında açıcı deformasiyası

C) IV barmağın distal falanqalararası oynağında bükücü deformasiyası

D) II barmağın distal falanqalararası oynağında açıcı deformasiya

E) V barmağın proksimal falanqalararası oynağında izolə olunmuş, bükücü deformasiya
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
185) Sindaktiliyalarda cərrahi əməliyyatın vaxtının seçilməsi ilə bağlı olaraq aşağıdakılardan hansı düzdür?
A) əməliyyat nəticəsinin uğurlu olması üçün reabilitasiya ve uşağın ictimai mühitdə olmağı lazımdırsa, cərrahi müdaxilənın “dörd yaşından sonra” həyata heçirilməsi məqsədə uyğundur

B) Əgər cərrahi əməliyyat sonrası “ qazanılacaq” barmaqlarda kortikal readaptasiya lazımdırsa,cərrahi müdaxilə “üç yaşından əvvəl “ həyata keçirilməlidir.

C) anadangəlmə bant sindromunda olduğu kimi barmaqların, muvafiq ətraf hissələrinin yaşaması üçün təxirəsalınmaz cərrahi müdaxiləyə ehtiyac duyulur.

D) Aşağıdakıların hamısı doğrudur

E) Sümüklərdə də bitişiklik varsa əməliyyat 6 aylıq ikən aparılmalıdır,yoxdursa(sadə tip 1) 1yaşına qədər ləngidilə bilər.
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
186) 1950 və 1960cı illərdə istifadə olunan,ətraf anomaliyalarına yol açan preparat hansıdır?
A) Gentamisin

B) Bleomisin

C) Talidamid

D) Penisillin

E) Trixlor asetat turşusu
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
187) 5-ci barmağın proksimal falanqalar arası oynaq səviyyəsindəki anadangəlmə fleksiyon deformasiyasına necə adlanır?
A) Klinodaktiliya

B) Kamptodaktiliya

C) Sindaktiliya

D) Ameliya

E) Polidaktiliya
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
188) Barmaqların bir-birinə yapışma deformasiyasına necə adlanır?
A) Fokomeliya

B) Ameliya

C) Klinodaktiliya

D) Polidaktiliya

E) Sindaktiliya
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
189) Aşağıdakılardan hansı anadangəlmə əl anomaliyası deyil?
A) Paronixiya

B) Makrodaktiliya

C) Klinodaktiliya

D) Sindaktiliya

E) Polidaktiliya
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
190) Aşağıdakılardan hansı sindaktiliyaya aid deyil?
A) Kişilərdə daha çox rast gəlinir

B) Daha çox 3-cü və 4-cü barmaqlar arasında rast gəlinir

C) Sadə və kompleks ola bilər

D) Dogulan kimi əməliyyata ehtiyac yaranır

E) Autosom dominant yolla ötürülür
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
191) Yuxarı ətrafın proksimal hissəsinin defekti ilə xarakterizə olunan anomaliya hansıdır?
A) Fokomeliya

B) Amelya

C) Afalangiya

D) Sindaktiliya

E) Klinodaktiliya
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
192) 5-ci barmağın distal nahiyyəsinin radial tərəfə deviasiyasi ila xarakterizə olunan anadangəlmə anomaliya hansıdır?
A) Sindaktiliya

B) Klinodaktiliya

C) Fokomeliya

D) Adaktiliya

E) Kamptodaktiliya
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
193) Aşağıdakılardan hansı ən çox rast gəlinən əl anomaliyasıdır?
A) Polidaktiliya

B) Yarıq əl

C) Makrodaktiliya

D) Sindaktiliya

E) Klinodaktiliya
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
194) Qocalma ilə əlaqədar dəridə meydana çıxan dəyişikliklərə hansı aid deyil?
A) Dərialtı toxumaların adgeziyasının azalması

B) Dərinin piqmentasiyası

C) Piy atrofiyası

D) Dərinin qalınlığının artması

E) Dərinin elastikliyinin itməsi
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
195) Hansı xəstəlik zamanı üz dartma əməliyyatı əks göstərişdir?
A) Şəkərli Diabet

B) Dematofibrosarkoma

C) Epilepsiya

D) Hipodireoidizm

E) Bronxial astma
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
196) Yanıq restitusiyasının yetərsizliyini göstərən ən dəqiq əlamət hansıdır?
A) Xəstənin huşu

B) Ağciyər kapilyar təzyiqi

C) Arterial qan təziyiqi ve ürəyin vurğu həcmi

D) Mərkəzi venoz təzyiq

E) Sidik ifrazının azalması
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
197) Termiki travma nəticəsində immun sistemdə hansı proses baş vermir ?
A) T limfosit funksiyalarında azalma

B) Neytrofil funksiyalarının azalması

C) T supressor aktivliyində azalma

D) Retikulo Endotelial Sistem funksiyalarında azalma

E) Fibronektinin azalması
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
198) Rinoplasika əməliyyatının hansı mərhələsində qanaxma riski yüksəkdir?
A) Septoplastika

B) Burun əsasının plastikası

C) Medial osteotomiya

D) Burun ucunun plastikası

E) Lateral osteotomiya
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
199) Blefaroplastikadan əvvəl hansı müayinənin aparılmasına ehtiyac yoxdur ?
A) Görmə itiliyinin yoxlanılması

B) Gözə Təzyiq testi

C) Görmə sahəsinin yoxlanılması

D) Schirmer testi ilə gözyaşı sekresiyasının dəyərləndirilməsi

E) Göz alması hərəkətliliyini yoxlanılması
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
200) Yanıq sahəsinin təyinində” 9-lar” prinsipində səhvi tapın.
A) Aralıq- 2%

B) Gövdənin ön səthi- 18%

C) Baş- 9%

D) 1 aşağı ətraf – 18%

E) 1 yuxarı ətraf- 9%
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
201) Yanıq haqqında aşağıdakılardan hansı səhvdir?
A) 3-cü dərəcəli yanıqda vezikul-bulla meydana çıxır

B) 4-cü dərəcə yanıq dərialti toxumaya qədər keçir

C) 3-cü dərəcə yanıq olduqca ağrılıdır

D) 1-ci dərəcə yanıq epidermislə sərhədlənir

E) 2-ci dərəcəli yanıqda eritema əmələ gəlir
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
202) Aşağıdakı əməliyyatlardan hansı kosmetik cərrahiyyəyə aid deyil?
A) Süd vəzini böyütmə əməliyyatı

B) Üz dartma əməliyyatı

C) Süd vəzini kiçiltmə əməliyyatı

D) Rinoplastika əməliyyatı

E) Dodaq yarığının bərpası əməliyyatı
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
203) Dodaq yarığı üçün aşağıdakılardan hansı səhvdir?
A) Damaq yarığı ilə birlikdə rast gəlinə bilər

B) Dodaq yarığı unilateral və bilateral müşahidə edilir

C) Dodaq yarığı ancaq unilateral müşahidə edilir

D) 3 aydan əvvəl əməliyyat olunmalıdır

E) Dodaq yarığının bərpası əsasən Millard üsulu ilə aparılır
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
204) Damaq yarığı ilə bağlı səhvi seçin.
A) Körpə əmməkdə çətinlik çəkir

B) Əməliyyatdan sonrakı əsas ağırlaşması fistulun əmələ gəlməsidir

C) Kompleks vəya kompleks olmayan tipi var

D) Velofaringeal çatışmazlıq və nitq qüsuru müşahidə edilir

E) Uşaq 3 aylığından tez əməliyyat edilməlidir
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
205) Kraniosinostoz haqqında hansı səhvdir?
A) Hidrosefaliya ən çox rast gəlinən kraniosinostoz növüdür

B) əməliyyatın məqsədi dismorfogenezin və funksional pozgunluqların aradan qaldırılmasıdır

C) təsnifatı Prosesə məruz qalmıs tikişə və əmələ gələn deformasiyaya görə aparılır

D) əsas səbəbi Tikişlərin tez bağlanmasıdır

E) Əsas funksional risk kəllədaxili təzyiqin artmasıdır
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
206) Hansı anatomik struktura əsasən birincili və ikincili damaq yarığı təsnif olunur?
A) Foramen ceracum

B) Foramen incisivum

C) Uvula

D) Os palatinus

E) Foramen palatinum major
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
207) Hansı damaq əzələsi deyil?
A) M.Levator veli palatini

B) M.palatoglossus

C) M. uvula

D) M. Myohyoideus

E) M.glossopharingeus
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
208) Aşağıdakı ağırlaşmalardan hansı damaq yarığı olan uşaqda rast gəlinə bilər?
A) Nitq problemləri

B) Hamısı

C) Orta qulağın iltihabı

D) Qidalanma problemləri

E) Aspirasion pnevmoniya
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
209) Skafosefaliyada hansı tikiş tez bağlanır?
A) Koronar tikiş

B) Sagital tikiş

C) Metopik tikiş

D) Metopik tikiş və Koronar tikiş

E) Lambdayabənzər tikiş
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
210) Hansı sindrom üçün akrosefalodaktiliya xarakterikdir ?
A) Karpester sindromu

B) Krouzon sindromu

C) Apert sindromu

D) Pfeyfer sindromu

E) Sezre-Kotzen sindromu
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010

1   2   3   4   5   6


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə