Plan turizm və onun qısaca tarixi 2




Yüklə 164.39 Kb.
tarix27.04.2016
ölçüsü164.39 Kb.
PLAN
1.Turizm və onun qısaca tarixi

2.Birləşmiş Ərəb Əmirlikləri (coğrafiyası, tarixi, iqtisadiyyatı və s.)

3. Ölkənin turizmi

4. Əbu-Dabi və onun turizmi

5. Dubay və onun turizmi

6. Digər əmirliklər və onların turizmi

7. Nəticə

8. Ədəbiyyat


TURİZM VƏ ONUN QISA TARİXİ

Turizm - fəal istirahətin geniş yayılmış və ən kütləvi növüdür. Hər il minlərlə insan səyahət həvəskarları sırasına qoşulur və getdikcə turizm daha geniş vüsət alır. Turizm sadəcə maraq və dəb deyil. Bu, son 20-25 ildə insanlarin vərdiş etdikləri həyati təlabatdır.

Son onilliklər ərzində insanların həyat şəraiti yaxşılığa doğru xeyli dəyişilmişdir. Bununla yanaşı mədəni inkişafın kölgəli tərəfləri də özünü büruzə verməyə başlamışdır.İnsanlar artıq görüb-duyurlar ki, həyatda təkcə yaxşı məişətə və maddi təminata malik olmaq əsas şərt deyil. Yaxın keçmişdə mükəmməl istirahətin etalonu, əsasən dənizə səyahət, sanatoriya, kurort və istirahət evlərində dincəlmək sayılırdı. Sözsüzki günəş,hava və su sağlamlığın möhkəmləndirilməsinin əvəzolunmaz amilləridir.Lakin, unutmaq lazım deyil ki, bunlar böyük fiziki fəallıqla əlaqələndirildikdə istənilən səmərəni verə bilər. Sağlamlığın möhkəmləndirilməsi ilə səciyyələnən və özündə bir neçə turizm növlərini cəmləşdirən kənd yaşıl turizmi və idman turizmidir.

Turizmin təşkili işi istirahət və əyləncənin ən fəal formalarından biri olmaqla yanaşı həm də bir çox sosial-iqtisadi, mədəni-siyasi və kulturoloji funksiyaların həyata keçirilməsində xüsusi əhəmiyyət kəsb edir. Turizm müasir dünyanın qlobal əhəmiyyətə malik olan, sosial və iqtisadi əlaqələrini tənzimləyən, müxtəlif ölkələr və xalqlar arasında qarşılıqlı münasibətlər yaradan, biznes maraqlarının əhatə dairəsini genişləndirən sahədir.

Zəngin insanlar hər zaman böyük binalar, sənət əsərləri görmək, yeni dillər öyrənmək, digər ölkələrin mədəniyyətini bilmək və fərqli mətbəxtlər dadmaq üçün səyahət etmişlər. Hələ keçmiş zamanlarda, Roma respublikasının dövründə bu dövlətin ərazisində zənginlər üçün Baiea adlı sahil kurortu olub .Belə ki, turist sözü 1772-ci, turizm sözü isə 1811-ci ildən işlədilir.

Turizm əsasən sosial-iqtisadi sahə kimi

XIX əsrin ortalarından inkişaf etməyə başlamışdır.

Bu dövrə qədər isə turizm fərdi gəzinti və səyahət

xarakteri daşımış, qeydiyyatı düşmədən müxtəlif

əraziləri, ölkələri gəzən adamlara “turist” demişlər.

Hal-hazırda isə turizm bütün dünya miqyasında

sosial-iqtisadi sahə kimi inkişaf etmişdir. Qeyd etmək lazımdır ki, ədəbiyyatlarda kütləvi turizmin ilk təşkilatçısı ingilis səyyahi Tomas Kuk adlı şəxs hesab olunur. O hələ 1841-ci ildə Lankasterdən Dolnqboruqa qədər dəmir yolu ilə 570 nəfərin kütləvi gəzintisini təşkil etmişdir. Bu hadisə ilə Tomas Kuk müasir turizmin əsasını qoymuşdur. O, həmçinin 1847-ci ildə səyahət və ekskursiyalar cəmiyyəti yaratmış, bir qrup zəngin ingilis vətəndaşının Aralıq dənizində səyahətini təşkil etmişdir. XIX əsrin sonunda Tоmas Kuk tərəfindən yaradılmış bu cəmiyyət 53 ölkədə fəaliyyət göstərən və 324 şöbəsi olan möhtəşəm bir konsernə çevrilmişdir. Həmin konsernin 12min əməkdaşı olmuşdur. Amerikanlar da ingilislərdən geridə qalmamış, turizm ilə məşğul olan «Amekso» adlı şirkət yaratmışlar.

Əksər turistlər, səfər etdiyi ölkələrin milli adət və ənənələri, xalq yaradıcılığı nümunələri ilə çox maraqlanırlar. Beynəlxalq turizm insanlar arasında nəinki mədəni, siyasi, iqtisadi əlaqələr yaradır, həmçinin, dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsinə də müsbət təsir göstərir. Bu sahədə beynəlmilləl əlamətlər milli elementlərlə zənginləşir. Sözsüz ki, bu zənginləşmə beynəlxalq mühiti daha da sabitləşdirir və turizmin azad inkişafına mane olan regional amilləri aradan qaldırır. Ümumiyyətlə, turizmin inkişafı aşağıdakı istiqamətlərdə sosial-iqtisadi və texnoloji əhəmiyyət kəsb edir:

1.Turizmin təşkili əsasında yeni iş yerləri açılır və müəssisələr yaranır.

2.Yerli əhalinin əlavə gəlir və qazanc əldə etmək imkanları meydana gəlir.

3.Yerli mallara daha çox istehsal tələbatı yaranır. Yeni bazar açılır.

4.Ölkədə turizmin inkişafının yeni infrastrukturu formalaşır. Həmçinin, bütün xidmət obyektləri, kommunal sahələr modernləşdirilir.

5.Turizmin inkişafı ilə əlaqədar olan yeni ixtisaslar və texnologiyalar meydana gəlir.

6.Ətraf mühitin qorunmasının əhəmiyyəti daha düzgün dərk olunur və bu istiqamətdə cəmiyyət tərəfindən əsaslı işlər görülür.

7.Torpağa münasibət yaxşı mənada köklü şəkildə dəyişir,ona qayğı artır.

8.Dövlət səviyyəsində səhiyyə xidməti də yeni keyfiyyət zəminində inkişaf etdirilir və dünya standartlarına uyğunlaşdırılır. Beləliklə də, cəmiyyətin həyatında əsaslı inkişaf baş verir.

Turistlərin sığınmalarıları, əylənib istirahət etməsi üçün edilən otel, motel, pansiyonlar, çimərliklər, restoran və düşərgə sahələri, əyləncə yerləri, idman və ovçuluq müəssisələri, bunların hamısı turizm qurum və ya təşkilatlarıdır. Bu təşkilatların sayı, rahatlığı, xidmət qrupunun gülərüzlülüyü, nəqliyyatın rahat olması və s. ölkəyə turist axınını artırır. Turizmi inkişaf etdirən bir başqa fakt da tarixi abidələrin bolluğudur. Köhnə şəhər xarabaları, məşhur abidələr (məscidlər, kilsələr, açıq hava tiyatroları, muzeylər və s. ...) hər zaman insanların marağına səbəb olmuşdur. Təbii ki, bunların yanında təbiət gözəllikləri də əhəmiyyətli bir maraq mənbəyidi.

BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİ

Ərazisi: 83,6 min kv.km. (dünyada 113-cü yer)

Əhalisi: 2,5 mln. nəfər (2000). (dünyada 138-ci yer)

Paytaxti: Əbu-Dabi (900 min nəfər)

Dövlət (rəsmi) dili: Ərəb dili

Dini: İslam

Milli pul vahidi: Dirhəm

Coğrafi enliyi:24 Şimal enliyi, 54 şərq uzunluğu

Xəritədəki enliyi: Orta Şərq

İqlimi: Zül iqlimi, şərqdə dağlıq bölgədə daha soyuqdur.

Ərazi quruluşu: Düzlüklər, züllər, şərqdə dağlar iştirak edir

Dəniz səviyyəsindən yüksəkliyi: ən alçaq nöqtəsi: Basra körfəzi 0 m; ən yuksək nöqtəsi: Jabali Yibir 1,527 m

Təbii sərəvətləri: neft, təbii qaz
Birləşmiş Ərəb Əmirlikləri (ərəbcə əl İmarət əl Arabiyyə əl Müttəhidə) Ərəbistan yarımadasının şərq hissəsində Fars və Oman körfəzləri sahilində yerləşir. Üç dövlətlə, cənubda və qərbdə Səudiyyə Ərəbistanı (457 km), şimalda Qətər, cənub-qərbdə Omanla (410 km) həmsərhəddir. Əmirliklərin sahil xəttinin uzunluqları 800 km-ə bərabərdir. BƏƏ tərkibində 7 əmirlik: Əbu-Dabi, Dubay, Şərca, Ərman, Rəs-əl –Heyma, Umm-əl-Qayveyn və Füceyra daxildir. Ölkə ərazisinin 93%-i Əbu-Dabi və Dubay əmirliklərinin payına düşür.

Təbii xüsusiyyətlərinə görə ölkə 4 təbii bölgəyə bölünür. Fars körfəzi sahili,Materik yaylası, Oman körfəzi sahili və Dağlıq ərazi.Ölkə ərazisinin çox böyük hissəsini səhralar təşkil edir. BƏƏ-də qiymətli faydalı qazıntılar – neft, təbii qaz, dəmir filizi, daş duz, nikel və s. aşkar edilmişdir. Mütəxəssislərin fikrincə ölkədən neftin aşkar edilmiş ehtiyyatı 10 mlrd. tona yaxındır. Əmirliklərin ərazisində iqlim xüsusiyyətlərinı görə bir-birindən fərqlənən Qərb və Şərq bölgələri ayrılır.

Qərb bölgəsində şərti olaraq qış adlandırılan mövsümün sutkalıq tempraturu 20-23 dərəcəyə çatan mülayim, yayda isə tempratur 40-43 dərəcəyə çatan isti iqlim hakimdir. Şərq bölgəsi tropik qurşaqda yerləşdiyindən burada bütün il boyu tropik hava kütlələri hakim olur. Ona görə bu bölgə quraqlığı və tozlu hava axınının üstünlüyü ilə seçilir. Ölkənin qərbində il ərzində 100 (daxili rayonlara 50) şərqinə 200-300 mm həcmində yağış yağır.

Əmirliklərin ərazisində yerüstü su mənbələri yoxdur. Keçmişdə sular yeganə həyat mənbəyi olub.Son illərdə suvarmaya olan tələbatı ödəmək üçün dəniz suyunu təmizləyən qurğular tikilmişdir. BƏƏ-də təbii meşə massivlıri yoxdur, əksər yollarda, xüsusilə magistral yolların qıraqlarında ağaclar əkilmişdir.

Əmirliklərin ərazisində arxeoloji qazıntı işlərinə ötən əsrin 50-ci illərindən başlanılmışdı. Mütəxəssislərin fikrincə bundan 6 min il əvvəl bu yerlərdə insan yaşamıçdır. Hindistan və Afrika, İran və Mesopotamiya arasında mühüm ticarət məntəqəsi funksiyasınl yerinə yetirən bu ərazilər orta əsrlərdə Portuqaliya , İran , Oman, İngiltərə dövlətləri tərəfindən idarə olunub. 1971-ci ildə əmrliklər Böyük Britaniyadan siyasi müstəqillik əldə edir.

BƏƏ dövlət quruluşuna görə federativ mütləq monarxiyadır. Dövlət başçısı ayrı ayrı Əmirliklərin rəhbərləri tərəfindən 5il müddətində seçilən prezidentdir. 1971-ci ildən Əbu-Dabi əmirliyinin rəhbəri Şeyx Zahid ben Sultan Əl- Nəhəyyan dövlətin prezidentidir.Ali qanunverici orqan prezident yaninda 40 nəfərdən ibarət Məsləhətverici Milli Şuradir. Ali idarəedici orqan Dubay əmirinin rəhbərlik etdiyi Nazirlər kabinetidir. Ölkədə siyasi partiyaların və həmkarlar təşkilatının fəaliyyaəti qadağan olunub.

BƏƏ də yaşayanların əksəriyyəti ərəblərdən (həm yerli , həm də gəlmələr) ibarətdir. “Neft hay küyü” ilə əlaqədar əhalinin sayı xaricilər hesabına xeyli artmışdır.Orta ömür müddəti kişilər üçün 70, qadınlar üçün 74 ildir. Əmirliklərdə urbanizasiya sürətlə gedir. Ölkə əhalisinin 80 %-i şəhərlərdə yaşayır. Əbu-Dabi, Dubay, Şərca ən böyük şəhərlərdir.

BƏƏ tam mənasıyla nefti tapdıqdan sonra sözün əsl mənasında özünü aşmış bir ölkə olmuşdur. Buranın gözəlliklərini gördükcə bir zamanlar buranın səhra olduğuna və bu ölkədə ac-susuz bədəvilərin gəzdiklərinə inanmaq çətin olur doğrusu. Hal-hazırda hər şey, hər yer dəyişmişdir: Bədəvilər yerini zəngin iş adamlarına, dəvələr yerini son model avtomobillərə, çöllər isə yerini yamyaşıl vadilərə, lüks villalara vermişlər.

BƏƏ iqtiyadi cəhətcə orta səviyyədə inkişaf etmiş ölkədir. Ölkə gəlirinin 45%-i neft və təbii qaz, 40%-i turizmdən yaranır. 1985-ci ildə Dubayın 35 km-də Cəbəl Əli bölgəsində Azad iqtisadi zona yaradılmışdır. Bu ərazidə 900 –dən artıq xarici və yerli şirkət qeydə alınmışdır. BƏƏ həmçinin, Yaxın Şərqin iri maliyyə mərkəzidir. Neft ixracatında əldə olunan gəlirin xeyli hissəsinə ölkə daxilində tələbat olmadığından o, Qərb iqtisadiyyatına qoyulur.

ÖLKƏNİN TURİZMİ




BƏƏ gənc, müstəqil dövlət olduğu üçün ölkədə xarici turizmin inkişafına gec başlanılsa da, bu sahədə qısa müddətdə böyük nailiyyətlər əldə olunmuşdur.Əmirliklər rahat istirahət və bazarlıq etmə, biznes seminarları keçirmək, idmanın bütün növləri, xüsusilə qolf, tennis, çimərlik valeybolu, idman balıqçılığı və sualtı gəzinti ilə məşğul olmaq üçün ideal bir yerdir. Burada hər cür zövqə cavab verən mehmanxanalara rast gəlmək olar. Əmirliklərin nəinki supermarketlərinde,hətta kiçik dükanlarında belə hər cür neməti tapmaq olar.

Əmirliklər ölkəyə gələn qonaqları tikdikləri obyektlər, saldıqları xiyabanlar, bağ-baxşalar, ümumiyyətlə səliqə-səhman ilə valeh edir. Burada tikinti memarlığın və şəhərsalmanın ən son nailiyyətləri əsasında yaradılsa da, şərq ekzotikası da yaddan çıxmır. Ölkədə turistlərin marağınıa səbəb olan görməli yerlər daha çox Dubay, Əbu-Dabi və Şərcada yerləşir.

Birləşmiş Ərəb Əmirlikləri olduğu mövqe səbəbiylə Avropa ilə Hindistanın
alt qitəsi, Uzaqşərq və Afrika qitəsi arasında bir bağlantı nöqtəsi olaraq hərəkət edir. Eyni zamanda bu dərəcə geniş və müxtəlif mədəniyyətlər arasında vasitəçi rolunu da oynayır.Ənənəvi ərəb qonaqpərvərliyi və zövqlü qış iqlimi, inkişaf etmiş infrastruktur və çox az cinayət nisbəti ilə son illərdə ərazi turizmin inkişafı üçün ən ideal atmosfer yaratmışdır. Deniz motosiklet yarışlarından tutma qum xizəyinin edilə bildiyi böyük qumsalların olması qədər çox geniş turizm fəaliyyətinin olması, dəniz sahili və fərqli mənzərələr Birləşmiş Ərəb Əmirliklərinin sahib olduğu əhəmiyyətli zənginliklərdir. Həmçinin burada qolf oyunlarının zövq və əyləncə verdiyi, lakin alış-veriş imkanlarının daha az olduğu yerlər də vardır. Bundan başqa ölkə dərin köklü mədəni irsini təşkil edən və bir çox fərqli mədəni mərkəzlərdə ola bilən ənənəvi idman növü olan şahin uçurma, dəvə yarışları, at yarışları kimi turistlər üçün lazımi cəlbedici idman fəaliyyətlərinin mərkəzidir.

BƏƏ-ni 1983-ci ildə 373.000 turist ziyarət etmiş, bu say 1995-ci ildə isə 1.600.000-ə çatmışdır. Əvvəlcə bölgə iqtisadi və siyasi olaraq sabitlik içindədir. Ölkənin infrastrukturu dünyadakı ən yaxşılar ilə müqayisə edilir və getdikcə inkişaf edir.

Ölkənin neft və təbii qazla bağlı gəlir mənbələrinin yüksək olması, ticarət və turizmdə son illərdə yaşanan inkişaf iqtisadiyyatın da inkişafına səbəb olmuşdur. BƏƏ müvəffəqiyyətli bir turizm proqramını təqib edir. Ölkəyə gələn turist sayı ildə 5.5 milyon olmaqla, bu rəqəmin 2012-ci ildə 15 milyona qaldırılması hədəflənməkdədir. Bunun üçün də lazımlı olan infrastrukturun və digər ehtiyacların qarşılanması lazımdır. Mövcud otel sayı 300-dür. 2012-ci ilə qədər isə 600 yeni otelin istehsalı planlaşdırılır, çox sayda ticarət mərkəzinin istehsalına da ehtiyac olduğu ifadə edilməkdədir. İstehsalı davam edən Palm Island Proyekti, World Islands Proyekti, Dubailand Layihəsi (hələ layihə mərhələsindədir), Dubai Festival City Layihəsi, aeroportların genişləndirilməsi layihələri, Jumeira Sahilində yerləşən çox sayda mənzil və otel layihələri, tətbiq olunan turizm proqramının bir hissəsi kimi qiymətləndirilir. Bundan başqa Əmirliyin Havayollarının inkişaf etdirilməsinə də davam edilməkdədir.

Əmirliyin turizm təşkilatları aktiv olaraq öz xüsusi atraksiyonlarının satışa çıxarılması üçün çalışırlar. BƏƏ çox tez-tez beynəlxalq tətil hadisələrində iştirak edir. Orta Şərqdə 9 bölgə içərisindən birinci olaraq Birləşmiş Ərəb Əmrliklərinin seçilməsi və bunun Berlin səyahət və turizm təşkilatı tərəfindən reallaşdırması, ölkə turizm infrastrukturunun və imkanlarının dünyadakıların ən yaxşısı olduğuna bir sübutdur. Şeyx Abdullah, ərəb ölkələri arasında turizmin əhəmiyyətini bildirərək, bununla artıq Orta şərqdə bir ərəb turizm təşkilatının yaradılmasının lazım olduğunu vurğulamışdır.

Gələcəkdə Birləşmiş Ərəb Əmirliklərinin turizm və səyahət bazarında böyük rol
oynayacağı gözmjlənilir. Bu işlərin ən mərkəz nöqtəsində isə Dubai yer almaqdadır.
Lakin digər Əmirliklər də turistik məkanlar və fəaliyyətlər yaratdıqdan bəri turizm üçün əhəmiyyətli hala gəlmişlərdir. Turistik bir yer olaraq Birlesik Ərəb Əmirlikləri bazarında reklamçılıq həyati əhəmiyyətə malikdir. Mədəni səfər adlı televiziya reklam kampaniyası, (CNNdə nəşr olunan) Dubai Mülki Aviasiya hissəsi və Dubay Gömrük bölümü maliyyə edilmişdir. Bu kampaniya ilə 24 milyon səyahətçinin Avropa-Asiya-Afrika-Orta Şərq və
Latın Amerikadan gəlməsi gözlənilir. Bu kampaniya 2 il daha davam edəcəkdir. Kampaniyada Dubay və BƏƏ-nin zəngin mədəni irsi heyvandarlıq (quşçuluq, toyuqçuluq və s.), ətriyyatı, ərəb atları və hündür binaları, musiqisi və rəqsindən söhbət açılır.

Turizm sənayesi xüsusilə Dubayda inkişaf etmiş olmaqla yanaşı bütün Əmirliklərdə dəinkişaf etmişdir. Dubay isə turizmi əhəmiyyətli bir gəlir qaynağı olaraq görməkdədir.Çimərlik sahilindəki otellər, müxtəlif mövzular üzrə təşkil edilən festivallar, yarışma və turnirlər ilə turist gəlişi və turizm gəliri artırılmağa çalışılır.

Ölkənin turizm gəliri hər il keçən ilə nisbətdə artır. Ölkəyə ən çox turist göndərən bölgə Avropadır. Avrupanın ölkənin turizmindəki payı 26,99%-dir. İkinci sıranı 26,97% ilə Orta Şərq tutmaqdadır. Afrika ve Amerika ölkələri isə ən az turist göndərən bölgələrdir.Otel qiymətləri Karib, Kenya ve Seyşellerdəkilərlə müqayisədə olduqca aşağıdır. Turizm sezonu oktyabrdan aprelə qədər olan Dubaya gələnlərin çoxu Avstriya, Almaniya, İsveçrə, Rusiya və köhnə Sovet ölkələrindəndir. Dubay körfəzin ticaret mərkəzi halına gəlmişdir. Yeddi əmirlikdən ikinci ən zəngin olan Dubay getdikcə bir şəhər dövlətinə çevrilir.

2000-ci ildə Dubay otel sənayesi gəlirləri 2.6 milyarda çatmışdır. Burdakı otellərin 25 ədədi 5 ulduzlu, 26 ədədi 4 ulduzlu, 31 ədədi 3 ulduzlu, qalanları isə 2 ulduzlu otellərdir..Bu oteller, ölkədəki bütün otellərin 67%-ni təşkil edir. 2000- 2001- 2002 illərdə ölkə ərazisindəki bütün otellərin 75%-i Dubayda, 14%-i Əbu Dabidə, geri qalan 11%-i də digər beş əmirlikdə yerləşir.

Turistlərin çoxu ölkəyə təyyarə ilə gəlmir. İnkişaf etmiş səyahətindəki rahatlıqlar bir çox gəminin sərnişin daşımasına da imkan vermişdir. Ərəb körfəzində 3300 m.kv. sahədə gəmi limanı inşa edilmişdir. Burada mükəmməl əlaqə vasitələri sərnişinlərin xidmətinə təqdim olunmaqdadır. Sərnişinlərin yüklərini gəmidə qoyub alış-veriş edə bilmələri bu iqtisadiyyata canlılıq gətirmişdir. 1997-ci ildən bəri Dubayda gəmi ilə gəzmək vaxtı 1-8 gündən 2-47 günə çıxmışdır.

BƏƏ-də idmana olan maraqğın hər keçən gün artması səbəbi ilə idman turizminin yerli istehlakçılar üçün uyğun olabiləcəyi bildirilir. Yerlilər üçün çöldə yemək yemək vacib fəaliyyət olduğu üçün bu sahədə turistlərə də bol növ təqdim olunması lazımdır. Qonaqlama Konaklamada turistlər daha çox ailələrin rahatlıqla bir-birlərinin otağına girib çıxa bilıcıklıri otaqları seçirlər. Şəhər mərkəzləri ən çox maraq göstərilən yerlərdi. Burada uşaqlar üçün də növbənöv fəaliyyətlərin olması turistlərin seçim səbəblərindən biridir. Yerlilərin xidmətdə üstünlük verdiyi mövzulardan biri də şəxsə xüsusi xidmət edilməsidir. Bir də bu ölkədə qızılı çox sevirlər və ölkə qızıl istehsalında dünyada ilk 10`a daxildir.

Ölkədə turizmin birbaşa bağlı olduğu nazirlik yoxdur. Hər bir əmirlikdəki turizm təşkilatları öz əmirliklərinin təqdimatını və ticarətini edirlər. Burda olan səyahət agentlərinin çoxu ancaq bilet satır.Ölkədə təxminən 12 tur operator var.

.

PAYTAXT – ƏBU-DABİ



Ölkənin paytaxtı ultramüasir şəhəridir.

O, Fars körfəzində eyni adlı adada yerləşir

və qitə ilə körpülər vasitəsi ilə birləşir.

Əbu Dabi Əmirliyi üç bölgədən ibarətdir:

Əbu Dabi bölgesi, Şərq bölgesi və Qərb bölgəsidir.

Əbu Dabi bölgəsi: Paytaxt Əbu Dabi şəhərini də daxil etməklə və dğvlət naziri və nazirliklərlə birlikdə federativ dğvlət qurumlarının mərkəzləri, xarici səfirliklər, çox sayda neft şirkətlərinin idarə mərkəzləri, ğlkənin televiziya quruluşları, Şeyx Zayed və Əbu Dabi Millətlərarası aeroportları bu bölgədə yerləşir.

Şərq bölgəsi: Bölgənin mərkəzi Al-Am City’dir. Bu bölgə çox sayda çiftlik və milli parkdan ibarət olmaqla, məhsuldar torpaqlar və yaşıl sahələrə sahib olmaqdadır. Bölgə eyni zamanda çox saydaki arterizan quyusu ile zengin su qaynaqlarına sahibdir.

Qərb bölgəsi: Bölgənin mərkəzi Beda-Zayet’dir. Bölgə çöl iqlimine uyğun ağacclardan ibarət olan bir meşə sahəsinə mənsubdur. Burdakı meşəlik 100.000 hektar sahəni örtməklə 20 milyon ağaca sahib olmaqdadırdır. Çox sayda benzin sahəsi bölgənin sahilində yerləşir və ölkənin ən böyük benzin rəfinərisi də bu bölgədəki Ruwais City’də yerləşir. Bölgə həm də infrastruktur və modern binalar baxımından da ölkenin ən zəngin bölgəsidir.

Əbu Dabi əmirliyi turizm yeri olaraq başdan sona modern hava ve dəniz limanlarının infrastrukturu, yolları telekommunikasiya sistemi, beş ulduzlu otelləri,restoranları və əyləncə kompleksləri əmirliyi aktiv bir turizm mərkəzinə çevirmişdir. Körfəzin baxçalı şəhəri Əbu Dabi, ziyarətçilərinə artıq yaşıl parklardan təmiz sahillərə, dəniz idmanlarından digər idmanlara, çöldə eqzotik macəralardan növbənöv ticarət mərkəzlərinə qədər çox dəyişkən əyləncə imkanı təqdim etməkdədir. Əbu Dabini 1997-ci ildə 937.717 turist ziyarət etmiş ki, bunlar qonşu ölkələrin turistləridir. 1978-ci ildə qurulan National Hotels Company (Əbu Dabi milli şirkətlər grupu) Əbu Dabi Əmirliyində turizm promosyonu olaraq çox vacib bir rol oynamışdır. Şirketin toplam fəaliyyəti 1978də il sonunda 1.175 milyard olaraq gərçəkləşmişdir. Bu şirkət 8 ədəd otele sahib olub, 7 ədəd özünə aid olmayan başqa otel işlətməkdədir.

Əbu Dabinin turist artımı davam etməkdədir və bir çox yeni proyekt hazırlanır.Xüsusi bir proyekt olan Al Futaisi Golf və Country Club Futaisi Adasının, Birləşmiş Ərəb Əmirliklərinin ən məhşur turist bölgəsi olması hədəflənməkdədir. Clubun hal-hazırda bir restoran ve çadır kəndi, 18 deşikli golfsahəsi, at yarışı hipodromu, möhtəşəm sahilləri ve üzmə hovuzu mövcuddur. Burda 45 kv. km bir sahəyə təbiətsevərlər üçün yerli və köçmə quşların təbiətsevərler üçün, yerli ve köçəri quşların, tısbağa və atların yaşadığı lüks bir sahə qurulmaqdadır.

Əbu Dabi həmçinin həm hökumətin, həm də iş dünyasının ürəyidir.Modern memarlığı və göydələnləriylə məhşurdur. Beynəlxalq lüks otel zəncirləri, mədəniyyət mərkəzləri, her il mart ayında keçirilən alış-veriş festivalı, Abu Dabi sərbəst bölgə alış-veriş mərkəzləri əmirliyin digər turistik cazibələridir.

1978də qurulan Əbu Dabi Beynəlxalq Otellər Şirkəti (ADNHC), Əbu Dabinin ən vacib tanıtım şirkətidir. Şirkətin 6 oteli var. Şirkət əlavə olaraq bir çox otel və turizm firmasının da rəhbərliyini də reallaşdırır.




Əbu Dabinin turistik sahədə Dubay ile bir yarışda olduğu deyiləbilər. Ancaq bu iki əmirliyin turist potesiyalı sahəsində ciddi fərqlər vardır. Dubay gezmek, alış-veriş etmək, yeni yerlər görmək üşün gələn turistləri qonaq ederkən, Əbu Dabi ise daha çox iş görüşmələri, müqavilələr və yığıncaqlar üşün gələn turistləri qonaq etməkdədir.

Burada memarlıq əsərləri, palmalar, lüks villalar, dəbdəbəli ticarət mərkəzləri ilk nəzərə çarpan şeylərdir. Əbu Dabi hər nə qədər Dubay qədər nadir bir tətil mərkəzi olmasa da burada da əyləncəli vaxt keçirəbiləcəyoniz məkanlar tapa bilər, gəzəbilər, tikililəri heyranlıqla izləyə bilər, çimərliklərdə dənizin dadını çıxara bilərsiniz.



DUBAY TURİZMİ

Bəlkə də dünyada yeganə şəhərdir ki, onu hamı tanıyır, orada olmağa can atır, kimi alver məqsədilə, kimi də səhralıqda yaradılmış cənnəti görmək niyyəti ilə. Daha çox müasir məkan kimi tanınan Dubayın qədim tarixi var. Şəhər yaxınlığındakı bir bataqlıqdan tapılmış manqra ağacının üstündə bu ərazinin 7 min illik tarixi keçmişini göstərən yazı var. Manqra ağacı yeni Dubay inşa edilərkən aşkarlanıb. Birləşmiş Ərəb Əmirliklərinin ən böyük şəhərlərindən olan Dubaya və eyniadlı əmirliyə 1830-cu ildən bəri əl-Məktum ailəsi başçılıq edir. Şəhər hakimi Şeyx Məhəmməd ibn Rəşid əl-Məktudur.



Hazırda Yaxın Şərqin ən böyük maliyyə, ticarət və əsas turizm mərkəzi olan Dubay 1940-cı illərə qədər kiçik bir qəsəbə idi. Əhali dənizdən çıxardığı mirvarini ərzaqla dəyişdirərək yaşayışını təmin edirdi. Yaponlardan saxta yolla mirvari düzəltməyi öyrəndikdən sonra, buranın sakinləri daha rahat gəlir əldə etməyə başladılar. Neft tapıldıqdan sonra isə hər şey dəyişdi. Birləşmiş Əmirliklərin digər yerlərində olduğu kimi, Dubayı da nəhəng inşaat dalğası bürüdü. Pula pul deməyən ərəb şeyxləri iddialı tikililərlə dünyanın diqqətini özlərinə çəkməyə başladılar.

Dubayın 1114 kv.km sahəsi var. Tropik səhra iqliminə sahibdir. 2 milyon 262 min əhalinin, sadəcə, 26%-i köklü ərəblərdir. Yerdə qalanları köçmələrdir. Onların arasında avropalılar və amerikalılar da var. Fars körfəzinin sahilində, paytaxt Əbu-Dabidən şimal-şərqdə yerləşən Dubay dünyanın ən isti şəhərləri siyahısındadır. Təsəvvür edin, qışda orta temperatur +25 dərəcə təşkil edir. Ən soyuq ay yanvardır ki, bu zaman temperatur +19 dərəcə olur. Turistlərin ən çox axını da məhz qış fəslinə təsadüf edir. Dünyanın dörd bir tərəfini soyuq şaxtalar dondurarkən insanlar isinmək, istirahət etmək, eləcə də alış-veriş üçün buraya üz tuturlar. Fars körfəzi şəhəri iki yerə bölür, Bar-Dubay və Deyru adlanan hissələrə. Hər iki sahilə körfəz boyunca ABRA adlanan ənənəvi qədim ərəb su taksilərindən istifadə etməklə keçmək olar. Söz nəqliyyatdan düşmüşkən, qeyd etmək lazımdır ki, Dubay taksilərinin əksəriyyəti sayğaclıdır. Birləşmiş Əmirliyin digər yerlərində belə sayğaclar yoxdur, qiymət məsələsini bizdəki kimi taksi sürücüsü ilə danışıb həll etmək lazım gəlir.

Göydələn 2008-ci ildə inşa edilib. Dünyada indiyədək inşa edilmiş ən yüksək binadır. 162 mərtəbəli binanın hündürlüyü 828 metrdir. Binanın sonuncu mərtəbəsinə qalxıb, Dubay panoramını izləmək üçün bir neçə gün əvvəldən 100 dirhəm ödəmək lazımdır. Əgər tez çıxmaq istəyirsinizsə, 400 dirhəm, yəni təxminən, 100 dollar ödəməli olacaqsınız. Binada saniyədə 18 metr sürətlə hərəkət edən 50 lift var. Dörd kateqoriya üzrə yüksəkliyinə, hündürlüyünə, hündür damına və binanın çoxmərtəbəli olmasına görə dünyada birinci hesab edilir. Möhtəşəm tikili 95 km məsafədən belə görünür. Bundan başqa, qüllədəki gözətçi meydançasından yaxın 80 km radiusu izləmək mümkündür. Fövqəladə hallar baş verdikdə, bina sakinlərini 32 dəqiqə ərzində evakuasiya etmək mümkündür. Bina mükəmməl güvənlik sistemi ilə təmin olunub. 73-cü mərtəbədə 20 min qallonluq iki su rezervuarı yerləşdirilib.
Bu fantan Bürc Xəlifənin yaxınlığında yerləşir. Dünyadakı ən böyük musiqili fontandır. Hər axşam saat 18:30- dan etibarən başlayan şounu izləməkdən ötrü şəhər sakinləri və bütün qonaqlar buraya axın edirlər. Fontanın fışqıran suyu 150 metr yüksəkliyə qədər qalxır. Özünü Şərqin inanılmaz nağıl aləmində hiss etməyi arzulayanlar üçün bunu izləməyə dəyər.

Bu gün Dubayın iki nəhəng dəniz limanı Cəbəl Əli və Rəşid, nəhəng hava limanı tam gücü ilə işləyir və dünyanın ən müxtəlif ölkələrindən ticarət üçün yüklər qəbul edir və yola salır. Bütün bunlarla bərabər şəhərə turist axınının da ardı- arası kəsilmir. Sərt iqlimin bu günlər hakim kəsildiyi, qarlı-şaxtalı Avropadan tutmuş isti Hindi-Çinə qədər bütün ölkələrdən insanlar sadəcə dincəlməyə və ərəblərin Fars körfəzi sahilində yaratdıqları bu möcüzəli şəhərlə tanış olmağa gəlirlər.



BÜRC ƏL-ƏRƏB

Bürc əl ərəb Dubayda lüks bir oteldir.Otel ərəb qalası mənasına gəlsə də,memarliq baxımindan dənizdə üzən yelkənli gəmini andırdığı üçün adı Yelkən olaraq gedir.İnşaasına 1994-cü ildə Barsa yaxınlığında başlanan otel 1dekabr 1999-cu ildə açılmışdır.Otel dəniz sahilində əvvəlcədən böyük qaya bloklarının dənizə endirilməsi ilə yaranan adacık üzərində qurulmuşdur. Otel dünyanın ilk 7 ulduzlu oteli olmaqla məhşur olmuşdur. Oteldə qonaqlama xaricində günübirlik 100$'a mədəniyyət gəzintiləri təşkil olunur.

Otelin xarici səthi həm mövcud ağırlığı azaltmaq, həm də isti havanın sirkulyasyasını təmin etmək məqsədiylə böyük bez parçalardan düzəldilmişdir. Bu cəhətdən də gecələri projektorlarla işıqlandırılan xarici səthdə müxtəlif rəng fiqurları əmələ gəlir.. Müştərilərə özlərini Burj Al Arabın atmosferində hissedebilmələri üçün çatdırımlar marka taksilərlə edilməkdədir.Otelin ucuz otaqlarının qiyməti 1000$ - 6000$ arasinda olarkən bahalı otaqların qiyməti 15000$'a qədərdirş. Otel 2008-ə kimi dunyanın ən lüks oteli idi. Otelin hündürlüyü 321 m-dir.60 mərtəbədən ibarətdir. Həmçinin dünyanın ən hündür otelidir.


PALM ADASI

Üç hissədən ibarət süni adaiar zənciri belə adlanır — Cumeyra, Cəbəl Əli və Deyra. Birinci adada Yaxın Şərqdə ilk monorels nəqliyyat vasitəsi istifadəyə verilib. Bu, Dubayda ən məşhur layihələrdəndir. Sahilboyu 120 km məsafəni əhatə edən bu məkanı daşınmaz əmlak almaq istəyənlərin üz tutduğu ən populyar yer kimi qələmə vermək olar. 1-4 otaqlı mənzillərdən, pentauzlardan, villalar- dan və su üzərindəki evlərdən, çox sayda ticarət və alış- veriş mərkəzlərindən ibarətdir. Bura 7 milyardlıq büdcəsi ilə dünyanı heyrətə salan unikal inşaat layihələrinin siyahısında göstərilir. Sadəcə, avropalılar deyil, MDB məkanından, Hindistandan da gəlib.

Bəzən Dubayı restoran, klub və mağazalarına görə, Fars körfəzinin Parisi adlandırırlar. Kinoteatrlarda Hindistan, Avropa və Amerika istehsalı olan filmləri izləmək mümkündür. Şəhərdə son illərin ən populyartürk teleseriallarının posterlərini də görmək mümkündür.

Ən yaxşı çimərlik Cumeyradır. Giriş pulludur, 5 dirhəm ödəməklə səhər saat 10-dan axşam 10-na qədər sahildə, bəyaz qumsallığın üzərində dənizin və günəşin zövqünü yaşamaq mümkündür. Çimərlikdə paltarsız suya girmək qadağandır. Çimərlik paltarı ilə, sadəcə, hovuzda və dənizdə dolaşmaq olar. Həftənin müəyyən günlərində çimərlik yalnız qadınlar və uşaqlar üçün açıq olur.

Burada bəzi qaydalar var ki, onlara çox ciddi əməl olunmalıdır. Əks təqdirdə, həbs, deportasiyaya qədər müxtəlif cəzalar tətbiq edilir; məsələn, zibil və alkoqolu götürək. Dubay təmiz şəhərdir. küçəyə zibil atmağın cəriməsi 500 dirhəm təşkil edir. Əgər zibili, hətta zibil yeşiyinin yanında yerə atsanız da, eyni cəriməni ödəməli olarsınız. Bütün Birləşmiş Ərəb Əmirlikləri ərazisində, sadəcə, bir neçə nöqtədə xaricilərə spirtli içki satılır. Küçəyə spritli içki ilə çıxmaq polisin müdaxiləsinə səbəb ola bilər. Spirtli içki yalnız bar və restoranlarda otel sakinlərinə, qonaqlara satıla bilər. Sərxoş vəziyyətdə maşın idarə etmək də qaydalara ziddir və o da yüksək miqdarda cərimə və həbslə müşayiət olunur. Əmirlikdə narkotik maddə qəbul edənlər 5 ilə qədər həbs oluna bilər; bu zəhəri ölkəyə gətirənlər isə ölüm cəzası alır.

Qadağalarsadəcə bunlarla bitmir. Dubay əhalisinin əksəriyyəti gəlmə olsa da, əhalinin 96% müsəlmandır və hakim din də İslamdır. Bu isə o deməkdir ki, bəzi qaydalara turistlər də əməl etməlidirlər. Məsələn, müsəlman xanım və kişilərin fotolarını çəkmək qadağandır. Yalnız özlərinin razılığı ilə şəkil çəkmək olar. Hərbi-strateji və hökumət binalarının da fotolarının çəkilməsi qadağan- dır. Yerli xanımlara gülmək və onlarla məzələnmək olmaz. Bu qaydaya riayət etməyənləri 60 000 dirhəm məbləğində cərimə gözləyir. Müsəlman xanıma alkoqol və donuz ətindən hazırlanmış yeməklər təklif etmək də qadağandır. Ramazan ayında gün çıxandan-batana qədər ictimai yerlərdə yemək yemək, içki içmək, siqaret çəkmək, saqqız çeynəmək olmaz. Ramazan adətlərinə qarşı istənilən hörmətsizlik, sayğısızlıq cərimə, yaxud həbs cəzasına gətirib çıxara bilər. Qumar oynamaq da qadağa qoyulanlar sırasındadır.

Bastakiya.Bar-Dubayın qədim hissəsi belə adlanır. Şəhər muzeyi ilə sahil buxtası ərazisində Musalla küçəsində yerləşir. Buradakı binaların əksəriyyəti XIX əsrin sonu — XX ərsin əvvəllərində inşa edilib. Vaxtilə ərazidə İrandan gəlmə tacirlər məskən salarmış. Kvartalın adı da elə farsca Bastak kəlməsindən irəli gəlir ki, bu, İranda həmin tacirlərin ol- duğu əyalətin adıdır. Hazırda Bastakiya ərazisində güclü yenidənqurma və restavrasiya işləri gedir.

Dubay Ticarət-Əyləncə Mərkəzində, Palma Cumeyra adasındakı «Atlantis» oteldə nəhəng akvariumlar diqqəti çəkir. Son 30 ildə Dubay Əmirliyi görüntüsünü tamamilə dəyişdirib.

Möhtəşəm memarlıq layihələri onu ənənəvi Şərq şəhərindən müasir meqapolisə çevirib. Şeyx Zahid Roud şəhərin ən prestijli küçəsidir. Əkiz qüllələr — «Emirates Touers», Dubay Dünya Ticarət Mərkəzi tanınmış ünvanlardandır. Şəhərin əsas rayonları şərq hissədəki Deyra deyilən ticari və Bar-Dubay kimi tanınan tarixi mərkəzdir.



Dubay muzeyi. Ərəb mədəniyyəti haqqında daha ətraflı məlumat əldə etmək istəyirsinizsə “Əl-Fahidi Qalası”nda yerləşən muzey əsl istədiyiniz kimi bir yerdir. Əvvəllər bura saray və həbsxana kimi istifadə edilib. Bu muzeyin aşağı mərtəbəsində olan və son texnologiya ilə tikilmiş refrijator hissəsi turistlərin marağına səbəb olur. Bu hissədə keçmişdən bugünə qədər BƏƏ-də baş verən bütün hadisələrin slayd və foto görüntüləei vardır.

Yaxın Şərqin ən böyük ticarət-əyləncə mərkəzi olan “Dubay Malda” gördüyümüz dünyanın ən böyük akvariumlarından birində isə müxtəlif növ balıqların, hətta akulaların da aram-aram üzməsini seyr etmək mümkündür. Bu mərkəzdə yaradılmış hündür şəlalə isə nəhəng ticarət mərkəzində üzücü bazarlıqdan sonra ən gözəl istirahət yeridir. Odur ki, hər il Dubayda ticarət festivalının keçirilməsi ənənə halına çevrilib. Dubay həmçinin dəbdəbə sevənlərin məkanıdır.



Ümmü’l-Qayvan
Ümmü’l-Qayvan əmirliyi cənubda Şarcah ilə Ras Əl-Qaimah arasında yerləşir. Ölkə ərazisinin, həmçinin əhalisinin 1%-ni özündə cəmləşdirir. Əmirliyin mərkəzi Ümmü’l-Qayvandır. Əhalinin yaşayını təsərrüfat təmin edir. Bölgədəki Fələj Əl-Mualla əmirliyin əsas təsərrüfat hissəsidir. Təsərrüfatda yetişdirilən əsas bitkilər subtropik bitkilərdi. İnsanlar bununla yaşayışlarını təmin edirlər. BƏƏ-də bu əmirlik ən qonaqpərvər əmirlik sayılır. Əmirliyin əsas ərazisi 90 km² sahəsi olan Seneyah adası tutur. Bu əmirlik təmiz çimərlikləri, at fermaları ilə dünyada məşhurdur. Bu fermalarda cins atlar yetişdirilir. Dünyanın ən böyük “Dreamland” akvaparkı burada yerləşir və bu bölgəyə turist axınına səbəb olur.
Füceyrə Əmirliyi
Füceyrə Əmirliyi ölkənin Oman körfəzindəki tək əmirliyidi və Hörmüz boğazına yaxın ərazidədir. Bu ərazidə yerləşməyi ona böyük coğrafi-mövqedə yerləşməyinə, strtateji əhəmiyyət daşımağına şərait yaradır. Əmirlik ölkə ərazsinin 1,5 %-ni, əhalinin isə 6%-ni özündə cəmləşdirir. Əmirliyin öz gəmi limanı və hava limanı var. Relyefi dağlardan və təbii vadilərdən ibarətdir. Gözəl təbii şəraiti turistlərin bura cəlb olunmasına imkan yaradır. Həmçinin tarlaçılıq, heyvandarlıq və balıqçılıqda əhalinin məşğuliyyəti arasında xüsusi yer tutur. Əmirliyin ən önəmli bölgələrindən biri Dabba Əl-Füceyrədir. Bura əsas tarlaçılıq və heyvandarlıq bölgəsidir.

Bu əmirlikdə turizm hələ uzun müddət bundan əvvəl yaranmışdır. “Füceyrə Turizm Bürosu” 1966-ci ildə yaradılmışdır. Əsas məqsədi BƏƏ-də turizm sektorunu idarə etmək idi. Hələ də intensive şəkildə bu büro fəaliyyətdədir.

Füceyrə əmirliyinin mərkəzi elə Füceyrə şəhəridir. Bu şəhər gəmi konteynləri üçün ən önəmli limandır. Çox təmiz sahillərə malikdir. Üzüçülük, dalış, gəmiçilik kimi ayrı-ayrı fəaliyyət sahələri üçün ərazidə geniş imkanlar cəmlənmişdir. Əmirliyə gələn turistləri üçün müxtəlif fəaliyyətlər təklif olunur. Bu dad aha rəngarəng turizmə şərait yaradır. Turistlərin marağına səbəb olur.

Şərca Əmirliyi
Şərca Əmirliyi ölkə ərazisinin 3,3%-nə, əhalisinin isə 17%-nə sahibdir. Əmirliyin mərkəzi Şərca şəhəridir. Şəhər Dubayla iç-içədir. Dubayda gecələmə yerlərinin baha, Şərcada isə ucuz olması turistləri bu şəhərə yönəltməyə imkan yaradır. Dubayda işləyənlərin çoxusu Şərcada məskunlaşırlar. Şəhərdə emal sənayesi inkişaf etmişdir.

Əmirliklər arasında ən çox sənayə sahəsi Şərcah əmirliyindədir. Burada həmçinin ticarətdə yüksək templə inkişaf etməkdədir. Məhsulun ucuz və keyfiyyətli olması dinamik ticarətin yaranmasına gətirib çıxarmışdır. Ən çox baş çəkilən ticarət mərkəzləri « Central Souq » və « Əl-Məjərə Souq » mərkəzləridir. Əl-Məjərə daha çox iranlıların ticarət etdikləri, turizm məhsullarının satıldığı yerdir. Həmçinin otel sayı da günü-gündən artmaqdadır. Əvvəllər turizm sektoru üçün şəraiti olmayan bu əmirlikdə aparılan abadlıq, yenidənqurma işləri, bura qoyulan sərmayələr əmirliyin inkişaf etməsinə təkan vermişdir. Dünyanın bir çox yerlərində axışıb gələn turistlərin hesabına əmirliyin əldə etdiyi mənfəət şəhərin daha da gözəlləşməsinə, yeni tikililərin yaradılmasına, turizm müəssisələrinin qurulmasına, yeni turist fəaliyyətlərinin yaradılmasına sərf olunur. Əmirliyin belə sürətlə inkişafı onun gələcək zamanlarda ölkənin ən sayılıb seçilən yerlərindən biri edəcəkdir.

Əmirliyin öz havalimanı mövcuddur. Bu da nəqliyyatın daha tezləşməsinə şərait yaradır. Əmirlik həmçinin BƏƏ-nin mədəniyyət mərkəzlərindən biridir. Burada « Yazarlar Birliyi », « Baş Ticarət Ofisi », « Turizm Bürosu » yerləşir.


Ucman əmirliyi


Ucman əmirliyi BƏƏ-nin ən az ərazisini tutan əmirliyidir. Ölkə ərazisinin cəmi 0,3 %-ni, əhalinin isə 5%-ni özündə cəmləşdirib. Ucman Əmirliyi Şərcahın şərqində yerləşir. Ucman Şərcaha yaxın olduğu kimi, Dubaya da olduqca yaxındır. Ucman şəhərin içərinə qədər daxil olan geniş bir limana sahibdir. Əmirliyin iki bölgəsi var: Masfout və Manama bölgələri. Ucmanda xüsusilə yaxtalar və kiçik həcmli gəmilərin istehsalı, mebel sektoru və geyim paltarları istehsalı müəssisələri fəaliyyət göstərir. Son dövrlər inşaat sektorunun da inkişafı gözəçarpır. Əmirlikdə ticarət mərkəzləri, həmçinin çoxlu sayda banklar fəaliyyət göstərir.
Nəticə

Turizm davamlılığı daimi olmayan qonaqlama və ya səyahətlə getdiyi yerdə istehlakçı olub pul qazanmaq məqsədi olmayan insanın müstəqil iradisinə istinadən əylənmə, istirahət, ailə əlaqələri, sağlamlıq məqsədilə edilən səyahətlər, elmi, idari, diplomatik, dini, idman, konqres məqsədilə edilən səyahət və qonaqlamalardır. Günümüzdə Turizm ölkə büdcəsinə ən çox gəlir gətirən sahələrdən biridir. Bu sektorun ölkələr arasında əlaqələrin yaradılması, sülhan, əminamanlığın qorunması, mədəniyyət inteqrasiyası və s. proseslərdə böyük rolu vardır.

Dünya Turizm Birliyi (WTO) statistikalarına görə 2009-cu ildə beynəlxalq turizm bir il əvvəlki nəticələrə görə 4,2 % artaraq 812,3 milyon insan olmuşdur. Həmin il turizm gəliri 510,6 milyard dollar olaraq verilmişdir. Onların verdiyi proqnaza əsasən 2020-ci ildə beynəlxalq turist axınında iştirak edən turist sayı 1,6 milyard olacaq. Hesablamaların nəticələrinə görə isə əldə olunan gəlir 2 trilyon dollara çatacaq. Bu gəlirdə ən böyük pay sahibi isə digər illərdə olduğu kimi Avropa olacaq.

Birləşmiş Ərəb Əmirlikləri coğrafi nöqteyi-nəzərdən Avropa ilə Hindistan arasında, Uzaq Şərqlə Afrika arasında bağ rolunu oynayır. Ölkədə iqtisadi və siyasi sabitlik hökm sürməkdədir. Həmçinin ölkədə cinayət hadisələrinin çox az olması buranın güvənilir, təhlükəsiz bir yer olmasına gətirib çıxarmışdır. Turizm sektorunda isə təhlükəsizliyin önəminin hamımız bilirik. Bu ən önəmli faktorlardan biridir. Qış fəsli çox yumuşaq keçir. Çox geniş dəniz sahilləri, fərqli və cəlbedici mənzərələr, idman fəaliyyət növləri, konfrans yerləri, beynəlxalq sərgilər və hər il keçirilən Dubay Dünya Kubakı buraya turizmlərin marağını artırır.

Dubay Ticarət Festivalı dünyanın ən böyük ailə festivallarından biridir. Bu festival hər il milyonlarla turistin Dubay şəhərinə axın etməsinə imkan verir. Festivalda önəmli tərəflərdən biri festival çərçivəsində satılan məhsullara verginin qoyulmamasıdır.



Olduqca yüksək gəlirə sahib olan BƏƏ eyni zamanda böyük bir illik xarici ticarətə malikdir. Birləmiş Ərəb Əmirliyindən turizmə olduqca önəm verirlər. Turizmin bu qədər genişlənməsi, inkişaf etməsi ölkənin sabit, dayanıqlı, təhlükəsiz və güvənilir turizm bölgəsinə çevirir. Bura turistlərin ən çox gəldiyi yer Avropa ölkələridir. Avropanın BƏƏ-nin turizm sahəsindəki payı təxminən 27 %-dir. İkinci yerdə 26%-lə Orta Asiya tutur. Birləşmiş Ərəb Əmirliyi 2002-ci ildə 5,5 milyon turist sayı ilə ən çox turist axınına məruz qalan ölkələr sırasında 30-cu sırada yer almışdır. Ən çox gəlir götürən ölkələr sırasında isə 1,328 milyard dollarla 44-cü yeri tutmuşdur. Ölkə turist sayı ilə dünya sıralanmasında ən öndə gedən yerlərdəndir. BƏƏ hər il öz ölkə əhalisinin sayının iki qatı qədər turist qəbul edir.

Ədəbiyyat

1.B. Bilalov Turizmin tarixi – Bakı 2008

2.C. Dağoğlu Mısır ve Birleşik Arap Emirlikler`inin Türk turizmindeki yeri – İstanbul 2005

3. İ. Hüseynov, N. Əfəndiyeva Turizmin Əsasları – Bakı 2007

4. C. A. Məmmədov, H. B. Soltanova, S. H. Rəhimov Beynəlxalq turizmin coğrafiyası – Bakı 2002

5. wikipedia.org

6. Hotels.com

7. www.znfturizm.com.tr

8. worldtourism.com

9. Dubai.com

10. Abu-Dabi.com








Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə