Plan. Qəbələ Konserv zavodu. Qəbələ Fındıq Emalı zavodu Süd Emalı Zavodları




Yüklə 61.63 Kb.
tarix27.02.2016
ölçüsü61.63 Kb.
Azərbaycan Respublikasi Təhsil Nazirliyi Azərbaycan Universiteti

E S S E

Müəllim: Nəzərov Vüqar

Fənn: Biznesin əsasları

Tələbə: Rəhimli Tural

Mövzu: Gilan Holding

İxtisas: Muhasibat uçotu və audit



Qrup: 197

BAKI-2011

Plan.


  1. Qəbələ Konserv zavodu.
  2. Qəbələ Fındıq Emalı zavodu

  3. Süd Emalı Zavodları

  4. Bakı Jalə suları zavodu

  5. Bakı CD emalı zavodu





  1. Goranboy Gips və Gips Məhsulları Zavodu




  1. Kalsit Zavodu
  2. Kərpic zavodları

  3. Beton zavodları

  4. Alçıpan zavodu

  5. Asvalt zavodları

  6. Gilan Alko spirt zavodu

  7. Dəri emalı zavodu


  8. Makaron zavodları



  1. Qəbələ Konserv zavodu

Cənubi Qafqaz regionunda istehsal gücünə görə ən iri meyvə emalı müəssisəsi olan Qəbələ konserv zavodu hələ çox gənc olmasına baxmayaraq, artıq dünya standartlarına cavab verən məhsulları ilə Azərbaycan bazarında liderliyi əldə etmişdir. Zavod Avropada istehsal olunmuş ən müasir avadanlqla təchiz olunmuşdur. İtaliyadan, Türkiyədən, Rusiyadan dəvət edilən mütəxəssislər bu avadanlığın istismarında, eləcə də yerli ixtisaslı kadrların hazırlanmasında yaxından iştirak edirlər. Təsadüfi deyil ki, artıq bu gün Zavodun istehsal etdiyi təbii meyvə şirələri, müxtəlif mürəbbə və cemlər, turşular, eləcə də yarımfabrikat olan konsentrat və pürelər yalnız Azərbaycan məkanında deyil, həmçinin Rusiya, Ukrayna, Belarus, Baltikyanı respublikalarda, hətta Amerika və Avropa dövlətlərində satılır. Bütün müasir Avropa keyfiyyət sertifikatlarına layiq görülmüş məhsullarımızın istehsalında başlıca prınsiplərdən biri də məhsulun məhz yerli xammaldan, bərəkətli Azərbaycan torpağında yetişən nemətlərdən hazırlanmasıdır. Bu məqsədlə zavod yerli fermerlərin köməyi ilə ölkənin bütün regionlarından meyvə və tərəvəz məhsulları qəbul edir. On minlərlə həmvətənimiz bizim sifariş verdiyimiz meyvə və tərəvəzin becərilməsi ilə məşğuldur ki, bu da Respublikada kənd təsərrüfatınin inkişafında mühüm rol oynayır. Gilan Qəbələ Konserv Zavodunun təməli 2005-ci ildə qoyulmuşdur. 1 il ərzində tikinti işləri başa çatdırılmış və 2007-ci ilin mart ayının 2-də Hörmətli Prezidentimiz İlham Əliyev cənabları tərəfindən açılışı həyata keşirilmişdir.Zavod 12 hektar ərazidə yerləşir. Zavodun İstehsal gücü və avadanlıq texnologiyasına görə Qafqaz regionunda analoqu yoxdur. 2007-ci ildə zavod da Tetra Pak xətti qurulub. Zavodun bütün avadanlıqları İtaliya və İsveçrədə istehsal olunmuşdur. Zavodun iş prinsipi xammal və tərəvəzin qəbulundan başlayaraq qablaşdırılmaya qədər mövçud olan bütün prosesləri əhatə edir. Əsas istehsal bölümləri aşağıdakılardan ibarətdir. Pürə və konsentrat istehsalı Meyvə suyu və nektar istehsalı Mürəbbə və cem istehsalı Turşu istehsalı Gilan Qəbələ Konserv Zavodunda təxminən100-ə qədər müxtəlif növdə qablaşdırılmış mallar istehal olunur. Məhsullarımız «JALƏ»,«BAĞDAN», «AYCAN» adı altında alıçılara təqdim olunmuşlar. Zavodumuz 5.10.2006-cı ildə İSO 9001:2000, HACCP, İSO 14001:2004, 2007-ci ildə isə Koşer ı və UKAS Sertifikatı almışdır. Məhsullarımız sadəcə daxili bazarda deyil, həmçinin xarici bazarda da öz sözünü demişdir. Beləki qısa müddət ərzində ABŞ, Yunanıstan, Almaniya, Rusiya, Ukrayna, Belarusiya, Estoniya, Latviya, Gürcüstan kimi ölkələrə ixracatımız olmuşdur və bir çox ölkələr ilə danışıqlar aparılır.Hədəfimiz çox yaxında dünyada tanınmış meyvə suyu istehsalatçıları sırasına girmək və dünya bazarında layiqli bazar payı tutmaqdır. Zavodumuzun istehsal gücünü və məhsul müxtəlifliyini artırmaq üçün yeni layihələr hazırlanır və daha müasir avadanlıqlar quraşdırılır. İstehsalın səmərə və keyfiyyətini artırmaq üçün ölkəmizin müxtəlif reqionlarında meyvə və tərəvəz əkinçiliyini inkişaf etdiririk və fermerləri məlumatlandırırıq. Ümid edirik ki, yeni texnologiya əsasında hazırlanan Azərbaycan nemətləri dünya bazarında birincilik qazanaçaq. Zavodumuz durmadan yeniləşir, genişlənir.Yeni istehsal sahələri tikilir, məhsullarımızın çeşidı atır. Məqsədimiz, «Gilan Qəbələ Konserv Zavodu» MMC-nin əsas iqtisadi prinsipi olan xalqımızı yüksək keyfiyyətli məhsullarla təmin etmək və Azərbaycan məhsullarını dünya bazarında tanıtmaqdır.

  1. Qəbələ Fındıq Emalı zavodu

Qəbələ fındıq emalı müəssisəsi 2005-ci ilin sentyabr ayında fəaliyyətə başlayıb. Tam müasir texnoloji avadanlıqlarla təchiz olunmuş və dünya-avropa standartlarına uyğun olan müəssisə Azərbaycanın əsas fındıq rayonlarından olan Qəbələ rayonunda yerləşir. Hazırda müəssisədə Təhlükəli Amillərin Təhlili və Nəzarəti Kritik Nöqtələri (HACCP) sistemi tətbiq olunmuşdur. Fındıq əsasən əhalidən tədarük olunur. Müəssisə əsasən aşağıdakı sahələrdən ibarətdir:

1. Qəbul məntəqəsi və mexaniki təmizləmə sahəsi 1300 kv/.m

2. Qurutma sahəsi. 15 saat ərzində 250 ton qabıqlı fındıq qurudur.

3. Qabıqlı fındığın ələmə sahəsi. (16 xətli ələk sistemi)

4. İki sındırma və dörd ləpəni qabıqdan təmizləmə qurğusundan ibarət sındırma sahəsi.

5. Ləpənin ələnmə sahəsi. (8 xətli ələk sistemi)

6. Dörd lentalı seçim sahəsi.

7. Qablaşdırma sahəsi

8. Hazır məhsul anbarı 750 kv.m qurğusundan.

Müəssisə tam gücü ilə işləyəndə müəssisədə 250 nəfər işçi çalışır. Müəssisənin emal etdiyi məhsul aşağıdakı göstəricilərdən ibarətdir:

1. Xarici görünüşü – normal inkişaf etmiş, zədəsiz ləpə.

2. Dadı və iyi – spessifiq fındıq ləpəsinə uyğun.

3. Ləpənin orta kütləsi – 0,8 qramdan az olmamaqla

4. Nəmliyi – 4%-dən az 6%-dən çox olmamaqla

5. Ləpənin ölçüləri – dairəvi formalı, diametri 9-11: 11-13: 13-15 mm.

6. Ləpədə olan büzüşmüş, tam inkişaf etməmiş ləpələrin miqdarı – 1%-ə qədər.
7. Sınmış və mexaniki zədələnmiş ləpələrin miqdarı – 2%-ə qədər.

8. Acı dad verən, kiflənmiş, daxili saralmış ləpələrin miqdarı – 1%-ə qədər

9. Ləpədə olan fındıq qabığı və digər qatqıların miqdarı – 0,2%-ə qədər

10. Canlı həşəratların olması – buraxılmazdır.

Hazır məhsul 1 tonluq, xüsusi fındıq ləpəsi üçün toxunulmuş 30 kq-lıq polipropilen, 80 kq-lıq parça kisələrə və 25 kq-lıq polietilen vakuum paketlərə (vakuum paketlər karton qutulara qoyulur) qablaşdırılır. Emal olunmuş məhsullar əsasən Almaniya, İtaliya, İspaniya və digər Avropa ölkələrinə, həmçinin Rusiya və Ukrainaya ixrac edilir.

  1. Süd Emalı Zavodları

Regionlarda yaşayan əhalinin işlə təmin edilməsi və kənd təsərrüfatının inkişaf etdirilməsi məqsədi ilə«GİLAN» MMC tərəfindən Qəbələ, Zaqatala və Tərtər rayonlarında günlük 10 ton, Ağcabədi və Tovuz rayonlarında isə günlük 20 ton istehsal gücü olan süd emalı zavodlarının tikilməsinə 2007– ci ilin sonlarında başlandı. Qəbələ süd emalı zavodunun inşaat işləri sona çardıqdan sonra, 01  Avqust 2008–ci ildə zavodda avadanlıqların quraşdırılmasına başlanmış və 20 sentyabr 2008-ci ildə Hörmətli Prezidentimiz İlham Əliyev cənabları tərəfindən açılışı həyata keçirilmişdir. Qəbələ rayonunda istifadəyə verilən süd zavodunda pendir, kərə yağı, ayran, kəsmik və digər süd məhsulları istehsal olunur. Zavod 1,0 ha sahədə qurulmuşdur. Zavod günlük 10 ton süd istehsalı gücünə malikdir. Zavodda 35-40 nəfər işlə təmin olunub. Zavodun xammal tələbatını ödəmək məqsədi ilə heyvandarlıq sahəsi yaradılacaqdır Süd emalı zavodlarımızda avropa standartlarına cavab verən, Türkiyədə istehsal olunmuş avadanlıqlar quraşdırılacaqdır. Süd emalı fabriklərimizdə son dərəcə güclü təmizləmə gücünə malik olan, Türkiyədə istehsal olunmuş təmizləyici qurğulardan da istifadə olunacaqdır. Digər qalan zavodlarımızda isə inşaat işləri davam etməkdədir. Yaxin son iki ay ərzində zavodlarda inşaat işləri bitəcəkdir. Ağcabədi rayonunda istifadəyə veriləcək süd zavodunda pendir, kaşar pendir, qatıq, ayran, kəsmik və digər süd məhsulları istehsal olunacaqdır. Zavod 1,0 ha sahədə qurulmuşdur. Zavod gündə 20 ton süd istehsalı gücünə malikdir.  Zavodda 40 nəfər işlə təmin olunacaqdır. Zavodun südə olan tələbatı yerli əhalidən alınacaq xammalla təmin olunacaqdır. Zaqatala rayonunda istifadəyə veriləcək süd zavodunda inşaat işləri tamamlanmış və quraşdırma işlərinə başlanmışdır. Zavodda pendir, qatıq, ayran, kəsmik və digər süd məhsulları istehsal olunacaqdır. Zavod 5,0 ha sahədə qurulmuşdur. Zavod gündə 10 ton süd istehsalı gücünə malikdir.  Zavodda 35-40 nəfər işlə təmin olunacaqdır. Zavodun südə olan tələbatı yerli əhalidən alınacaq xammalla təmin olunacaqdır. Tərtər rayonunda istifadəyə veriləcək süd zavodunda pendir, qatıq, ayran, kəsmik və digər süd məhsulları istehsal olunacaqdır. Zavod 1,0 ha sahədə qurulmuşdur. Zavod gündə 10 ton süd istehsalı gücünə malikdir. Zavodda 35-40 nəfər işlə təmin olunacaqdır. Zavodun südə olan tələbatı yerli əhalidən alınacaq xammalla təmin olunacaqdır. Tovuz rayonunda istifadəyə veriləcək süd zavodunda pendir, qatıq, ayran, kəsmik, qoyun pendiri və digər süd məhsulları istehsal olunacaqdır. Zavod 1,02 ha sahədə qurulmuşdur. Zavod gündə 20 ton süd istehsalı gücünə malikdir.  Zavodda 40 nəfər işlə təmin olunacaqdır. Zavodun südə olan tələbatı yerli əhalidən alınacaq xammalla təmin olunacaqdır. Rayonlarda yerli əhalinin heyvandarlıq sahəsinə marağının artırılması məqsədi ilə bir sıra tədbirlər planı hazırlanmışdır. Heyvandarlıq sahəsinin inkişafı ilə əlaqədar yerli əhaliyə kreditlər verilməsi düşünülməkdədir. Yerli fermer lərlə bu barədə danışıqlar aparılmaqdadır

  1. Bakı Jalə suları zavodu

Bakı şəhərində Jalə ticarət markası adı altında şirə emal edən zavod. Holdinqimiz Bakı meyvə suları zavodu 2,5 hektar ərazidə 430m2 qapalı şəraitdə fəaliyyət göstərir.Zavod gigiyenik şərtlər əsasında əl dəymədən saatda 800 ədəd həcmində jalə meyvə suyu markası ilə portağal , alma,tropik kokteyl meyvə suları istehsal edir. Şirələr 200 qramlıq stəkan və paketlərdə hazılanaraq Azərbacan daxilində 50 satış bazarlama nəqliyyatı vasitəsilə ümumxalqın istehlakına təqdim edir. Təbii bulaq suyunu zavodumuza Dəvəçi rayonu Çinarlı kəndində Baba dağın ətəyində yerləşən bulaqdan gətirilir..

  1. Bakı CD emalı zavodu

Azərbaycanda yeganə kompakt disk istehsal müəssisəsi olan Gilan Holdinq CD emalı zavodu həm də MDB məkanında bilinən bir qurumdur. Zavodda qurulan Alman istehsalı Singulus Emould və Skyline II CD xətti 3 saniyədə bir disk emal etməklə gündəlik təqribən 23000 disklik istehsal həcminə malikdir. İstehsala başlamazdan əvvəl köməkçi avadanlıqlar- kompressor, quruducu və soyuducu işə salınır. Diskin əsas xammalı olan polikarbonat quruducuda 120 dərəcədə təxminən 4 saat saxlanaraq rütubətdən arındırılır. Daha sonra Singulus Emould maşınının pres yuvasına matritsa, yəni istehsal olunacaq diskin əvvəlcədən hazırlanmış qəlibi yerləşdirilir. Əməliyyatın başlanması ilə bağlanan pres yuvasında 310 dərəcədə ərimiş polikarbonat yüksək təzyiqlə matritsanın üzərinə püskürdülüb ani olaraq soyudularaq şəffaf disk əldə edilir. Pres vaxtı matritsa üzərində yazılı rəqəmsal məlumat eynən bu şəffaf diskə köçürülür. Ardıcıl pres əməliyyatı ilə əldə olunan disklər Skyline II avadanlığının giriş xəttinə ötürülür. Burada əvvəlcə diskdə olan məlumatın lazer şüası ilə oxuna bilməsi üçün üzərinə 55 nm qalınlığında allüminium təbəqə çəkilir. Bundan sonra disk müxtəlif xarici təsirlərə qarşı qorunması üçün lakla örtülür. Burada 1 qram lak yüksək sürətlə fırlanan diskin üzərinə bərabər paylanır və bir sonrakı mərhələdə ultrabənövşəyi işıqda qurudulur. Sonda quruyan disklər optik skanerə ötürülür Burada Dr. Schenk proqramı vasitəsilə müxtəlif parametrlər üzrə texniki yoxlamadan keçən disklərdən xətalı olanları avtomatik olaraq sistemdən kənarlaşdırılır və beləcə sağlam disklər ofset çap üçün hazır vəziyyətə gətirilir. Zavodun digər bir avadanlığı Hanky ofset çap maşınıdır. Avadanlığın maksimum istehsal gücü saatda 4200 diskdir. Hər hansı bir diskin üzərinə şəkil çap etməzdən əvvəl həmin şəkil mətbəədə mavi, narıncı, sarı və qara olmaqla 4 ana rəngə ayrılaraq neqativ filmə çıxarılır. Xüsusi laboratoriya şəraitində neqativlər vasitəsilə şəkil metal lövhə üzərində aşkarlanır. Çap üçün ana qəlib vəzifəsini görən bu metal lövhə çap maşınına yerləşdirildikdən sonra çap prosesi başlanır. Yükləmə indekserindən çap indekserinə avtomatik olataq qoyulan disklər əvvəlcə tələbə görə ağ boya ilə örtülərək ultrabənövşəyi işıqda qurudulur. Daha sonra ofset çap mərhələsində böyük silindr boyaq bunkerlərindən ona ötürülən boyalardan istifadə edərək irəli-geri periodik hərəkətlərlə qəlib üzərindəki şəkli disklərə həkk edir. Bir sonrakı mərhələdə yenidən ultrabənövşəyi işıqda quruyan disklər müştərinin arzusu ilə şəffaf lakla örtülür. Bu həm şəklə parlaqlıq verir, həm də onu müxtəlif təsirlərə qarşı qoruyur. Sonuncu dəfə ultrabənövşəyi işıqda quruyan disklər sayılaraq çıxış indekserinə yığılır. Gilan Holdinq CD emalı zavodunda istehsal olunan hər bir disk istifadə olunan keyfiyyətli xammal və yüksək texnologiya sayəsində dünya standartlarına cavab verir. Sahəsində ilk olmağın verdiyi məsuliyyətlə zavod kompakt disk istehsalını dəqiqlik və keyfiyyət anlayışı ilə davam etdirməkdədir.




  1. Goranboy Gips və Gips Məhsulları Zavodu

Gips və gips əsaslı «Pacific» inşaat materialları istehsal edən «GİLAN» MMC Goranboy Gips zavodunun təməli, Goranboy rayonu ərazisində böyük miqyaslı gips yataqlarının mövcudluğundan eləcə də Goranboy rayonunun həmçinin ətraf yaxın rayon və şəhərlərin əhalisinin arasında işsizliyin aradan qaldırılması və əhalinin rifahının yüksəldilməsi məqsədi ilə 19 may 2005-ci ildə möhtərəm prezidentimiz İlham Əliyevin iştirakı ilə məhz bu rayonda atılmışdır. Ümumi sahəsi 10 ha ərazini əhatə etməkdədir. Zavodda dünyanın qabaqcıl avtomatlaşdırılmış idarəetmə texnologiyası qurulduğuna görə əl əməyindən az istifadə olunur. Burada işləyən işçilərin təhlükəsizliyi və ətraf mühitin tam qorunması təmin olunub. Zavod ildə təxminən 300 min ton gips və gips əsaslı quru qarışıqlar istehsal etmək qabiliyyətinə malikdir. Burada, «aqreqatla  vurulan suvaq», «üzlük alçı», «astar suvaq», «aralıq doldurucu», «inşaat gipsi», «kartonpiyer», «gips-karton lövhələri yapışdırıcısı» kimi inşaat materialları istehsal olunur. Zavod bununla yanaşı Gipso-karton zavodunu gipslə təmin edərək Qafqazın ən böyük gips əsaslı inşaat məhsulları istehsal edən zavodlarından birinə çevrilmişdir. Zavodu daimi gips mineralı ilə təmin etmək məqsədi ilə Goranboy rayonunun Yuxarı Ağcakənd bələdiyyəsi ərazisində 10 ha sahəni əhatə edən  Gips Daşı Karxanası açılmışdır. Həmin karxanada minlərlə illəri əhatə edən gips daşı ehtiyyatı vardır. «Pacific» quru qarışıqların istehsal edilməsində istifadə edilən həmin gips mineralının tərkibi Rusiya, Türkiyə və Almaniyanın aparıcı laboratoriyalarında öyrənilmiş və yüksək keyfiyyətə malik olduğu aşkar edilmişdir. «Pacific» məhsullarının keyfiyyətini təyin etmək üçün, zavodumuz dünya standartlarına cavab verən laboratoriya avadanlıqları ilə təchiz olunmuşdur. Analizlərin aparıldığı laboratoriya müvafiq qurumlardan uyğunluq sertifikatı almışdır.«Pacific» markası Azərbaycanın ən nüfuzlu və rəqabətdə öz yerini saxlaya bilən markalarından biridir. Bizim məqsədimiz, kollektivimizin köməyi ilə böyük nailiyyətlərə imza ataraq, «Pacific» markasını Dünya bazarına tanıtmaqla ən qabaqcıl markalardan birinə çevirərək Azərbaycan və Qafqazın güclü sektorlarından biri olmaqdır.

  1. Kalsit Zavodu

Gips zavodunun ərazisində inşa edilən gips qarışıqlarının hazırlanmasında və digər sənaye müəssisələrində geniş istifadə spektoru olan kalsit mineralının hazırlanması üçün Kalsit Zavodu yaxın gələcəkdə istifadəyə veriləcəkdir. Zavodun günlük istehsal gücünün 250 ton olması nəzərdə tutulmuşdur. Zavod xammala olan tələbatı Qazax rayonunda yerləşən «GİLAN» MMC-yə məxsus Kalsit yatağından dəmir yolu vasitəsi ilə daşınaraq təmin olunacaqdır. Müəssisədə istehsal edilən mineralın 100 tonu gips əsaslı Pacific inşaat materiallarının istehsalında, 50 tonu isə «GİLAN» MMC-nin digər sənaye müəssisələrində (boya, kimyəvi qarışıqlar) istifadə olunacaqdır.  Yerdə qalan 100 tonuluq məhsulun isə minerala təlabatı olan digər istehsal müəssisələrinə satılması planlaşdırılır. Zavodda 30-35 nəfərin işlə təmin olunması nəzərdə tutulub.Hər iki müəssisə Qafqazın ən böyük gips əsaslı inşaat məhsulları istehsal edən zavodlarıdır. Müəssisələrimizin inkişafında, daimi keyfiyyət, stabil inkşaf, işciyə verilən qiymət, işə məhsuliyyət, səmimiyyət, dürüstlük, etik münasibət, millətimizə sevgi və azərbaycançılıq ideyası əsas bələdçimiz olacaqdır. «GİLAN HOLDİNQ» MSQ gələcəyə inamla baxaraq, yeni müasir tələblərə cavab verən müəssisələr yaradılması istiqamətində uğurlu addımlar atacaqdır.

  1. Kərpic zavodları

Holdingimizin Bakı və Qəbələ şəhərlərində fəaliyyət göstərən kərpic zavodları birlikdə 4610 kv.m ərazidə qapalı şəraitdə işləməkdədir. İstehsal həcmi ildə 20 milyon ədəd olan bu zavodların avdanlıqları Türkiyyədən və Rusiyadan gətirilmişdir. Holdinqimiz tərəfindən istehsal edilən kərpiclər dünya standartlarına uyğun şəkildə hazırlanaraq tikinti sektorunun istifadəsinə verilməkdədir.

  1. Beton zavodları

İnşaat sektorunda holdinqimiz Respublikamızda tikinti abadlıq işlərinin uğurla aparılmasından ötrü Bakı və Qəbələ şəhərlərində 2 nəhəng beton zavodunda istifadəyə verilmiştir.

  1. Alçıpan zavodu

Azərbaycan son illərdə tətbiq olunan sərbəst bazar iqtisadiyyatı sektorunda qoyulan maliyyə vəsaiti, qloballaşma, istehsal və ixracat nəticəsində sürətli səkildə inkişaf edərək dəyişməkdədir. Təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş sosial-iqtisadi strategiyanın cənab İlham Əliyev tərəfindən dövrün tələblərinə uyğun olaraq inkişaf etdirilməsi və onun möhtəşəm uğurlarla zənginləşdirilməsi ölkəmizi dinamik inkişaf yoluna çıxarmışdır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən daha da təkmilləşdirilən və keyfiyyətcə yeni mərhələdə inamla həyata keçirilən milli iqtisadi inkişaf strategiyamız öz müsbət nəticələrini verməkdədir.Bunun üçün ölkəmizin regionlarında çoxlu sayda özəl müəssisələr tikilir və əhalinin işsizliyi aradan qaldırılması və rifah halının yaxşılaşdırılması, məhsul bolluğunun yaradılması istiqamətində uğurlu addımlar atılır. «Gilan & Knauf Gipso-karton» MMC- Gilan Holdingin qabaqcıl KNAUF firması ilə müştərək Almaniyanın Grenzebac firmasının texnologiyası əsasında quraşdırılmışdır. Buradada təqribən 100 nəfər işlə təmin olunmuşdur. Bu müəssisə iki növdə (adi və nəmədavamlı), iki ölçüdə (9,5 və 12,5mm) gips-karton lövhələri istehsal edir. Zavodun illik gücü 8 mln m²-dır. Hazırda respublikamıza gedən tikinti-quruculuq və abadlıq işləri geniş vüsət aldığından müəssisənin istehsal etdiyi məhsula böyük ehtiyac var. Müəssisənin istehsal gücünü artırmaq üçün yeni layihələr üzərində işlər aparılır. Zavodlara itxal və ixracatın daha ucuz və səmərəliliyini təmin etmək məqsədi ilə dəmir yolu xətti çəkilmişdir.GKL, gips və gips tərkibli quru qarışıqların istehsal edilməsində istifadə edilən xammal Rusiya, Türkiyə və Almaniyadan alınır. Respublikamızda olan müəssisələrdən həmən maddələrin alınması istiqamətində axtarış və danışıqlar aparılır. Məsələn: GKL istehsalında istifadə edilən polietilen torbalar, ağac brüslar, yapışqan; gips əsaslı quru qarışıqların istehsalında: perlit, kalsit və əhəng kimi maddələrin Azərbaycandan alınması həyata keçirilir. Həmən maddələrin öz ölkəmizdən alınması Azərbaycanın iqtisadıyyatına, müəssisələrin inkişafına və çalışanların əmək haqlarının artırılmasına böyük zəmindir. Gilan holding gələcəyə inamla baxıb, yeni-yeni müasir tələblərə cavab verə bilən müəssisələr yaradılması istiqamətində uğurlu addımlar atır.




  1. Asvalt zavodları

«GİLAN» MMC, Hörmətli Prezidentimiz İlham Əliyev cənablarının ölkənin iqtisadi tərəqqi siyasətinin həyata keçirilməsində sahibkarların qarşısına qoyduğu vəzifələrə uyğun olaraq sahibkarlıq fəaliyyətini genişləndirmək, əhalini iş yerləri ilə təmin etmək və əhalinin maddi rifahını yüksəltmək məqsədi ilə regionlarımızın iqtisadi inkişafının yüksəldilməsində iştirak etmək vəzifəsini üzərinə götürmüşdür. Son illərdə Respublikamızda əsaslı quruculuq və yenidənqurma işləri aparıldığından hər sahədə olduğu kimi, inşaat materiallarına olan təlabat əvvəlki illərə nisbətən xeyli dərəcədə artmışdır. «GİLAN» MMC yeni yolların salınması, bununla əlaqədar ölkəmizə yeni texnologiyaların cəlb olunması məqsədilə, Qəbələ rayonunda istehsal gücü 1 saatda 40 ton, Qazax rayonunda istehsal gücü 1 saatda 40 ton, Qobustan rayonunda istehsal gücü 1 saatda 40 ton, Yevlax rayonunda istehsal gücü 1 saatda 160 ton və Lənkəran rayonunda istehsal gücü 1 saatda 40 ton olan asfalt zavodları quraşdırmışdır. Asfalt  zavodlarının qurulmasında əsas məqsəd rayonlarda əhalinin yeni iş yerləri ilə təmin olunması, rayonun və ətraf rayonların asfalta olan tələbatının ödənilməsidir. Qəbələ rayonunda istehsal olunmuş asfalt Qəbələ, Oğuz və ətraf rayonların yollarının abadlaşdırılmasında istifadə olunur. Bu zavodda istifadə olunan DS-158 avadanlıqları Ukrayna Respublikasının Kremençuk şəhərindən alınmış və mütəxəsislər tərəfindən quraşdırılmışdır. Zavodda 10 nəfər işlə təmin olunub, istehsalın artırılması ilə əlaqədar olaraq işçi sayı daha da artırılacaqdır.Qazax rayonunda istehsal olunmuş asfalt Qazax, Tovuz və Qazax rayonunun ətraf kəndlərinin yollarının abadlaşdırılmasında istifadə olunur. Bu zavod da Ukrayna Respublikasının KREDMAŞ firmasından DS-185 avadanlıqları alınmış və bu firmadan gələn mütəxəssislər tərəfindən quraşdırılmışdır. Qazax–Sınıq Körpü yolunun, 35 km-lik məsafəsinin yenidən çəkilməsində asfalt zavodumuz yaxından iştirak edir. Bizim istehsal etdiyimiz asfalt beynəlxalq standartlara və yüksək texnoloji göstəricilərə cavab verir. Məqsədimiz bu sahədə yüksək təcrübəyə malik Alman mütəxəssislərlə əməkdaşlıq yaradaraq, yeni texnoloji naliyyətlər əldə etməkdir. Zavodda 8 nəfər işlə təmin olunub. İşçilərə normal əmək şəraiti yaradılmış və asudə vaxtlarının səmərəli keçirilməsi təşkil olunmuşdur.Qobustan rayonunda istehsal olunmuş asfalt Qobustan və ətraf rayonların yollarının abadlaşdırılmasında istifadə olunur. Bu zavodda istifadə olunan avadanlıqlar Ukrayna Respublikasından alınmış və mütəxəsislər tərəfindən quraşdırılmışdır. Zavodda 9 nəfər işlə təmin olunumuşdur.Yevlax rayonunda quraşdırılmış asfalt zavodunda bölgənin ən böyük asfalt zavodudur. İstehsal olunan asfalt Yevlax və ətraf rayonların yollarının abadlaşdırılmasında istifadə olunur. Bu zavodda istifadə olunan avadanlıqlar Ukrayna Respublikasını Kremençuk şəhərindən alınmış və mütəxəsislər tərəfindən quraşdırılmışdır.Ukrayna Respublikasının KREDMAŞ firmasından DS-185 avadanlıqları alınmış və bu firmadan gələn mütəxəssislər tərəfindən Lənkəran şəhərində quraşdırılmışdır. Zavodda istehsal olunan asfalt Lənkəran və ətraf rayonların yollarının abadlaşdırılmasında istifadə olunur.

  1. Gilan Alko spirt zavodu

Zığ qəsəbəsində fəaliyyət göstərən Gilan Alko spirt zavodu əla növ buğdadan hazırlanmış müxtəlif çeşiddə Alkoqollu içkilərin istehsalı ilə məşxuldur. Bununla yanaşı zavoda yüksək keyfiyyətli çörək mayasıda istehsal olunur. Emal olunan xammalın keyfiyyəti zavodun laboratoriyalarında yüksək ixtisaslı mütəxəssislər tərəfindən yoxlanaraq istehsala göndərilir.

  1. Dəri emalı zavodu

«Gilan Dəri» MMC  əsas fəaliyyət növü dəri istehsalı təşkil edir.  Regionların Sosial-İqtisadi İnkişaf Proqramına uyğun olaraq fabrikin təməli 2005-ci ildə qoyulmuş və açılışı möhtərəm prezidentimiz Cənab İlham Əliyevin iştirakı ilə 24 oktyabr 2007-cil il tarixində olmuşdur. Dəri emalı fabriki Yevlax şəhərində yerləşir. Kompleksin ümumi sahəsi 46 700 m2 təşkil edir. Fabrik son İtaliya texnologiyası ilə təchiz olunmuşdur. Dəri emalı sahəsinin tanınmış  avadanlıq istehsalçılarından olan CM, ALETTİ, POLETTO, TOMBONİ, ALPEKSPAK, HUNİ və s. təşkil ettiyi avadanlıq parkı sayəsində istehsal olunan məhsullar bütün standratlara cavab verir və İtaliya, İspaniya, Türkiyə, Ukrayna kimi ölkələrə ixrac olunur.  Fabrikin gündəlik istehsal gücü  27 ton iri buynuzlu heyvan dərisi və 5000 ədəd xırda buynuzlu heyvan dərisi təşkil edir. Ümumi işçi sayı isə 400  nəfər təşkil edir. «Gilan Dəri» MMC Ukraynanın Kiyev şəhərində təşkil olunan Beynəlxalq Dəri sərgisinin iştirakçısı olub.





  1. Makaron zavodları

Makaron zavodlarıHoldinqimizin 720 m2 qapalı sahəyə malik olan modern və müasir bir zavodu olaraq, 7 ton/gün həcmli Ukrayna texnologiyası avadanlığı ilə, JALƏ MAKARON markası adında, 2004-cü ilin oktyabr ayından istehsalata başlamışdır. Xanlar rayonunda 5 maşın və Respublikamızın digər bölgələrinə Holdinqimizin nəzdində olan 45 maşınla satış və bazarlaması gerçəkləşdirilərək, gigiyenik şəraitdə ümum xalqın istehlakına təqdim edilir. Holdinqimizin makaron zavodu 500 m2 qapalı şəraitdə, modern və müasir italyan texnologiyası, avadanlıqları ilə JALE makaron markasıyla 2004-cü ilin sonu etibarilə istehsalata başlayaraq, Qəbələ rayonunda 6 maşın və Respublikamızın digər bölgələrinə Holdinqimizin nəzdində olan 44 maşınla satış və bazarlaması gerçəkləşdirilərək, gigiyenik ortamda 2 ton/gün həcmilə ümum xalqın istehlakına təqdim olunmaqdadır.






Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə