Plan Giriş Demoqrafik əhali (Azərbaycan)




Yüklə 84.62 Kb.
tarix26.04.2016
ölçüsü84.62 Kb.
Plan

Giriş

  1. Demoqrafik əhali (Azərbaycan)

  2. Dünya əhalisinin demoqrafiyası

  3. Nəticə

Giriş

Demoqrafiya (yun. demos — xalq, grapho — yazıram)- Əhali artımının qanunauyğunluqları, onun sosial-iqtisadi şəraitdən, təbii amillərdən asılılığını, miqrasiyanı, əhali sıxlığını və onun paylanmasını öyrənən elmdir.

2010-cü ildə Azərbaycanın əhalisi 9 milyonu keçmişdir. Dünyanın 70 ölkəsində 50 milyondan artıq azərbaycanlı yaşayır. Iranda onlar daha çoxdur (25 mln.). Bir il ərzində ölkədə doğulanların sayından ölənlərin sayını çıxdıqda, alınan fərqə əhalinin təbii hərəkəti və ya artımı deyilir. Azərbaycanda hər min nəfərə 14 nəfər doğulur, 6 nəfər ölür. Deməli hər min nəfərə təbii artım 8 nəfərdir. Təbii artım — iqtisadi, sosial, hərbi-siyasi və milli xüsusiyyətlərdən asılıdır.



Demoqrafik əhali (Azərbaycan)

Azərbaycanda ən yüksək təbii artım — Talış bölgəsindədir. Azərbaycanda oğlanlar qızlardan çox doğulsa da, sonradan kişilərin orta ömrünün aşağı düşməsi və ya Azərbaycanı tərk etmələri nəticəsində bu nisbət qadınların xeyrinə dəyişir. Azərbaycan əhalisinin 49%-i kişi, 51%-i isə qadınlardan təşkil olunub. Azərbaycanda təbi artım çox olduğundan burada yaşlılara nisbətən uşaq və cavanlar üstünlük təşkil edir. Azərbaycanda orta ömür 73 yaşa qədərdir. Ən çox uzun ömürlülük — Talış bölgəsindədir.

Azərbaycan əhalisinin 17%-i 80-a yaxın millətin nümayəndələrindən, rus, erməni, ləzgi, yəhudi, avar, tatar, tat, talış və s. millətlərdən ibarətdir. Milli tərkibinə görə Azərbaycanın Abşeron və Şəki-Zaqatala bölgəsi daha rəngarəngdir.

Əhalinin bir yaşayış yerindən başqasına və ya bir ölkədən başqasına köçməsinə mexaniki hərəkət və ya miqrasiya deyilir. Işsizlik, iqtisadi çətinliklərlə əlaqədar Azərbaycanı tərk edənlər buraya gələnlərdən daha çoxdur. Azərbaycanı əsasan qeyri-azərbaycanlılar tərk edir. Azərbaycan daxilində əhali əsasən iri şəhərlərə, xüsusilə Bakıya miqrasiya edir. Çünki burada iş tapmaq daha asandır.

Ərazinin hər km2 -nə düşən əhali sayına onun sıxlığı deyilir. Sıxlığı tapmaq üçün əhalinin sayını ölkənin sahəsinə bölmək lazımdır. Azərbaycanda sıxlılıq hər km2 -ə 103.9 nəfərdir. Ən sıx əhali Abşeronda xüsusilə Bakı aqlomerasiyasında (840 nəfər), Gəncə-Qazax və Lənkəran zonasındadır. Ən az sıxlılıq isə orta və yüksək dağlıqda, Qarabağ vulkanik yaylası, Qobustan, Acınohur-Ceyrançöl, Şirvan və Muğan düzlərinin bəzi yerlərindədir. Azərbaycanda əhalinin 76%-i düzən və hündürlüyü 500 m-ə qədər olan ərazilərdə yaşayır. Ən yüksək yaşayış məntəqələri Kəlbəcərdə — Yuxarı Bağırsaq (2330 m) və Qubadakı Xınalıq (2000 m) kəndləridir. Azərbaycanda 4400 yaşayış məntəqəsi vardır ki, bunun da 4242-si kənddir

İşsizlik və boş torpaq sahələrinin olmamasından son illər Azərbaycanda kəndlərin sayı azalır. Kəndlərdə orta hesabla 750 nəfər yaşayır. Ən iri kəndlər düzən və dağ ətəyindədir. Dağlıq rayonlarındakı kənd əhalisinin şəhərlərə köçməməsi üçün burada əmək tutumlu iş yerləri açmaq lazımdır. Azərbaycanda kənd əhalisi əsasən təbii artım hesabına artır. Əhalisinin sayı 5 min nəfərdən çox olan və əksəriyyəti kənd təsərrüfatı ilə məşğul olmayan yaşayış məntəqəsinə şəhər deyilir. Şəhər əhalisinin sayı təbii və mexaniki artım hesabına artır. Əksər ölkələrdə olduğu kimi Azərbaycanda da şəhərlərin sayı artır, kəndlərin sayı isə azalır. Azərbaycanda mövcud olan 70 şəhərin 11-i Bakı, Sumqayıt, Gəncə, Yevlax, Mingəçevir, Şəki, Şuşa, Xankəndi, Naftalan, Şirvan (Əli-Bayramlı), Lənkəran — respublika; 3-ü — Naxçıvan, Ordubad, Culfa — Muxtar respublika; qalanları isə rayon tabeliyindədir. Urbanizasiya — şəhər ərazisinin və əhalisinin artması prosesidir. Çoxsahəli sənaye və paytaxt amili ilə əlaqədar Abşeron Azərbaycanın ən yüksək urbanizasiyalaşmış rayonu sayılır. Azərbaycan əhalisinin 27%-i, şəhər əhalisinin isə 47%-i Bakıda yaşayır. Ümumilikdə Azərbaycan əhalisinin 52,5%-i şəhərlərdə yaşayır.

Əmək ehtiyatları dedikdə — əmək qabiliyyətli əhali (15-56 yaş qadınlar və 15-61 yaş kişilər) başa düşülür. Azərbaycan əhalisinin 55%-i əmək qabiliyyətlidir. Maddi və qeyri-maddi istehsal sahələrində çalışan insanlara fəal əhali deyilir. Azərbaycan əmək ehtiyatları ilə yaxşı, fəal əhali ilə isə çox pis təmin olunub. Azərbaycanda boş iş yerləri olmadığından və əmək qabiliyyətli əhalinin çox olmasından əhali iş tapmaq üçün xaricə (xüsusilə Rusiya) gedirlər. Bunun qarşısını almaq üçün Azərbaycanda əmək tutumlu istehsal sahələrini, xüsusilə emaledici sənayeni inkişaf etdirmək lazımdır. Hazırda Azərbaycanda 1 mln-dan artıq işsiz var. Bu cür iqtisadi çətinliklər Azərbaycan əhalisinin təbii artımına mənfi təsir göstərir.

DÜNYA ƏHALİSİNİN DEMOQRAFİYASI

Dünya əhalisini demoqrafiyasını və onun qanunauyğunluqlarını öyrənmək İqtisadi Coğrafiyanın əsas vəzifələrindən biridir. Demoqrafiya yunan sözüdür. Demos – xalq, qrafos – yazıram deməkdir. Demoqrafiya Əhali artımının qanunauyğunluqları, onun sosial-iqtisadi şəraitdən, təbii amillərdən asılılığını, miqrasiyanı, əhali sıxlığını və onun paylanmasını öyrənən elmdir. Dünya əhalisinin demoqrafiyası heç bir tarixi dövrdə sabit qalmamış, hər zaman dəyişikliyə məruz qalmışdır. Kapitalizmdən əvvəlki dövrdə dünya əhalisinin sayı çox yavaş artırdı. Bu hadisə daha çox aramsız müharibələr, epidemiyalar, insanların həyat səviyyəsinin aşağı olması ilə əlaqədardır. 1900-da dünya əhalisi 1.6 mlrd., 1960-da 3 mlrd., 2000-də 6 mlrd. olmushdur. Demoqrafların hesablamalarına görə dünya əhalisi bu sürətlə artmağa davam etsə 2040-də dünyamızda 10 mlrd. insan yaşayacaq. 2009-a görə dünya əhalisi 6 milyard 802 milliondur. Dünyada ən sürətli təbii artım 1950-1970 illərində müşahidə olunmuşdur. Bu zaman təbii artım 1.8 %-in üstündə olmuşdur. Ən çox təbii artım 1963-cü ildə olmuşdur. Bu zaman dünyanın təbii artımı 2.2% təşkil edib.

Müxtəlif vaxtlarda dünya əhalisinin təbii artımı müxtəlif olmuşdur.

Bildiyimiz kimi, dünyada əhalinin sayına təsir edən əsas 2 faktor var.



  1. Təbii artım

  2. Mexaniki artım

Təbii artım dedikdə, doğulanların sayından ölənərin sayı çıxılır və hər 1000 nəfərə görə promillə ölçülür. Əhalinin təbii artımında əsas sıçrayış XX əsrin 60-cı illərində olmuşdur – 2%-dən çox (hər 1000 nəfərə 20 nəfərdən çox). Sonralar bu göstərici 2-1.5% və ya hər 1000 nəfərə görə 20-15 nəfər arasında olmuşdur. Qeyd edək ki, respublikamızda hər 1000 nəfərə təbii artım 19-20 nəfərdən 8-9 nəfərə enmişdir.

Demoqraflar təbii artıma görə ölkələri 3 tipə bölürlər :



  1. Təbii artımın I tipi (müasir növ) – bu tipə aşağı ölüm, aşağı təbii artım aiddir. Bu tipə əsasən İEÖ bu tipə aiddir. Səbəb isə əhalinin sosial səviyyəsinin, tibbin, elmin, təhsilin səviyyəsinin yüksək olmasıdır.Hal-hazırda bu ölkələrdə təbii artım olduqca aşağı səviyyədədir. Buraya ABŞ, Albaniya istisna Avropa ölkələri, Kanada, Yaponiya, Avstraliya, Rusiya aiddir.

  2. Təbii artımın II tipi (ənənəvi növ) – Təbii artımın ənənvi növündə yüksək doğum, orta ölüm, yüksək artım müşahidə olunur. Bu tipə əsasən İOÖ aiddir. Buraya Afrika, Okeaniya, Asiya, Latın Amerikasını aid etmək olar. Burada təbii artım olduqca yüksəkdir. Dünya əhalisinin sayı əsasən bu ölkələrin hesabına artır.

Ümumiyyətlə təbii artımın II tipində artımın yüksək olmasının səbələri : iqtisadiyyatın, təhsilin aşağı səviyyəsi, erkən yaşda evlənmə, səhiyyənin vəziyyətinin pis olması. Bu tip ölkələrə “ Demoqrafik partlatış” xasdır. Misal olaraq Afrikada təbii artım 2.8-5%, Asiyada 1.4-2%, Latın Amerikasında 1.5-2.2%-dir.

Təbii artımın I tipində isə artımın olduqca aqz olmasının səbəbləri urbanizasiya və müasir həyat tərzi, gec evlənmə, boşanma hallarının çox olması, təhsilin elmin yüksək səviyyədə olması. Səhiyyənin yüksək səviyyədə olmasıdır. Bu tip ölkələrə isə “Demoqrafik böhran” xasdır.

Əhalinin müxtəlif səviyyədə təbii artımları bir çox hallarda ölkənin milli maraqlarına təhlükə yaradır. Bu zaman hökümət plkədə təbii artımça müvafiq olaraq demoqrafik siyasət yürüdür. Əsasən I tipə aid ölkələrdə təbii artımı yüksəltmək, II tipə aid ölkələrdə isə təbii artımı azaltmağa müvafiq siyasət yeridilir. Misal olaraq ÇXR-da ikinci uşağa əlavə vergi tətbiq edilir. Hindistanda öz ölkəsində oxşar siyasətin tətbiqi haqqında düşünür. Amma Səudiyyə Ərəbistan, Hollandiya ailədə doğulan ikinci uşağa görə həvəsləndirici təqaüd verir. Bu tip demoqrafik siyasəti Rusiya Federasiyası da etmək istəyir.

Dünya ölkələrində demoqrafik vəziyyətə təsir edən ikinci faktor mexaniki artımdır. Mexaniki artım dedikdə əhalinin miqrasiyası nəzərdə tutulur. Miqrasiya olduqca geniş anlayışdır. Miqrasiya əhalinin bir yerdən digər yerə hərəkətinə deyilir. Miqrasiyanın əsasə 2 növü var. 1. daxili miqrasiya, 2. xarici miqrasiya. Daxili miqrasiya ölkə daxilində bir bölgədən digər bölgəyə köçməyə deyilir. Xarici miqrasiya isə bir ölkədən başqa ölkəyə getməyə deyilir. Xarici miqrasiya öz növbəsində 2 yerə ayrılır. 1. Emiqrasiya, 2. İmiqrasiya. Bir ölkədən çıxıb getmək Emiqrasiya, başqa ölkədən bir ölkəyə gəlməlk immiqrasiya adlanır. Ölkədə immiqrantlarla emiqrantlar arasındakı fərq mexaniki artım adlanır. İmmiqrantların üstün olduğu mexaniki artım müsbət saldodadır, yəni burada ölkə əhalisi artır. Emiqantların üstün olduğu mexaniki artım isə mənfi saldodır. Yəni burada ölkə əhalisi azalır. Bunu da qeyd etmək lazımdır ki, bəzi ölkələrin milli strukturunun formalaşmasında miqrasiya başlıca rol oynamışdır. Məsələn : ABŞ, Kanada, Latın Amerikasının ölkələri, Avstraliya ittifaqı, Yeni Zenlandiya, İsrail və s. Bu kimi ölkələr bəzi ədəbiyyatlarda “köçürmə ölkələri”-də adlanır. Hal-hazırda miqrasiya əsasən İOÖ-dən İEÖ-dir. Bunun əsas səbəbi İOÖ-də işsizlik və sosial-iqtisadi vəziyyətin ağırlığıdır.

Antropoloqlar dünya əhalisini irqi tərkibinə görə 3 əsas irqə bölürlər:



  1. avropoid

  2. monqoloid

  3. neqroid


il

dünya

Asiya

Africa

Avropa

Latin America

Şimali America

Oceania

2000

6,115

3,698 (60.5%)

819 (13.4%)

727 (11.9%)

521 (8.5%)

319 (5.2%)

31 (0.5%)

2005

6,512

3,937 (60.5%)

921 (14.1%)

729 (11.2%)

557 (8.6%)

335 (5.1%)

34 (0.5%)

2010

6,909

4,167 (60.3%)

1,033 (15.0%)

733 (10.6%)

589 (8.5%)

352 (5.1%)

36 (0.5%)

2015

7,302

4,391 (60.1%)

1,153 (15.8%)

734 (10.1%)

618 (8.5%)

368 (5.0%)

38 (0.5%)

2020

7,675

4,596 (59.9%)

1,276 (16.6%)

733 (9.6%)

646 (8.4%)

383 (5.0%)

40 (0.5%)

2025

8,012

4,773 (59.6%)

1,400 (17.5%)

729 (9.1%)

670 (8.4%)

398 (5.0%)

43 (0.5%)

2030

8,309

4,917 (59.2%)

1,524 (18.3%)

723 (8.7%)

690 (8.3%)

410 (4.9%)

45 (0.5%)

2035

8,571

5,032 (58.7%)

1,647 (19.2%)

716 (8.4%)

706 (8.2%)

421 (4.9%)

46 (0.5%)

2040

8,801

5,125 (58.2%)

1,770 (20.1%)

708 (8.0%)

718 (8.2%)

431 (4.9%)

48 (0.5%)

2045

8,996

5,193 (57.7%)

1,887 (21.0%)

700 (7.8%)

726 (8.1%)

440 (4.9%)

50 (0.6%)

2050

9,150

5,231 (57.2%)

1,998 (21.8%)

691 (7.6%)

729 (8.0%)

448 (4.9%)

51 (0.6%)
Böyük Coğrafi kəşflərə qədər avropoid irqi Avropa, Şimali Amerika, Hindistan, Yaxın və Orta Şərqdə yaranmışdır. Sonradan bütün dünyaya

yayılmışdır. Monqoloid irqi, əsasən, Şərqi və Cənub-Şərqi Asiyada, Amerikada yerli hindular arasında yayılıb. Neqroid irqi isə Afrikada daha çox yaşayır. Bundan əlavə bəzi alimlər əlavə olaraq avstroloid irqini də ayırırlar. Buraya Avstraliya və Okeaniyanın, Cənub-Şərqi Asiyanın yerli əhalisinin bir hissəsi aiddir. Buna əlavə olaraq bu irqlər arasındada qarışıq irqlər də var. Avropoidlə Neqroidin qarışığından metis, avropoid və neqroid irqinin qarışığı mulat, moqoloid və neqroid irqinin qarışığı isə sambo adlanır. Bu qarışıq irqlər əsasən Amerika qitəsində yayılıb.

Bundan başqa dünya əhalisinin demoqrafiyasinda onların milli tərkibinin böyük rolu vardır. Etnik birliyin əsas əlamətəri dil, ərazi, mədəniyyət, etnik şüurun ümumiliyidir. Hal-hazırda yer kürəsində 3-4 min xalq yaşayır. Bunların da çoxu azsaylıdır. Sayı 100 mln nəfərdən çox olan xalqar çin, hind, ərəb, türk, ingilis, rus, benqal, yapon, braziliya və s.-dır. Bunlar dünya əhalisinin 65% təşkil edir.

Dünya əhalisi linqvistik xüsusiyyətlərinə görə də bölünür. Bütün dillər qohumluq münasibətinə görə dil ailələrinə, dil ailələri də öz növbəsində dil qruplarına bölünür. Daha geniş yayılmış dil ailələri bunlardır: Hind-Avropa, Çin-Tibet, Malayziya-Polineziya, Sami-Hami, Bantu, Altay, Qafqaz, Ural, Sudan və s. Hind-Avropa dil ailəsində 2.5 mlrd-dan çox insan danışır. Bu dil ailəsi hind, iran, slavyan, roman, german dil qruplarına bölünür. Hind dil ailəsinə əsasən Hindistanda danışılan dillər aiddir. İran dil ailəsinə isə fars, əfqan, tacik, puştu, beluc, kürd, talış dilləri aiddir. Slavyan dil qrupuna isə rus, ukraynalı, belarus, polyak, çek, slovak, bolqar, serb dilləri aiddir. Roman dil qrupuna isə fransız, italyan, ispan, portuqal, rumın dilləri daxildir. German dil qrupuna alman, ingilis, danimarkalı, norveç, island dilləri aiddir. Bundan başqa Çin tibet dil ailəsi var. Burada olan çin dilində dünya əhalisinin 25% danışır. Malay dili ailəsinə məxsus dillərdə əsasən Malayziya, İndoneziya, Filippində danışılır. Sami-Hami dil ailəsi dünyanın ən qədim dil ailələrindəndir. Burada ərəb yəhudi dilləri var. Sami-Hami dil ailəsində əsasən ərəb ölkələri, İsrail və Maltada istifadə olunur. Altay dil ailəsində isə türk dil qrupu mövcuddur. Türk dil qrupuna isə türk, azərbaycan, özbək, qazax, qırğız, türkmən, tatar, başqırd, uyğur, qaqauz və s. dillər aiddir.

Bundan əlavə olaraq dünya əhalisin din tərkibidə olduqca müxtəlifdir. Dinlər milli və dünyəvi dinlərə ayrılırlar. Dünya dinləri bir neçə xalqın sitayiş etdiyi dinlərdir. Dünya dinləri islam, xristianlıqdır. İslam əsasən Asiya və Şimali Afrikada geniş yayılıb. İslamın beşiyi Səudiyyə Ərəvistanda Məkkə və Mədinə şəhərləridir. Dünyada 50-dan artıq müsəlman ölkəsi vardır. Xristian dini isə əsasən Avropa, Amerika, Avstraliya və Yeni Zenlandiyada yayılmışdır. Bu din Katolik, Pravoslav, və Protestant təriqətlərinə bölünür.

Katoliklərə əsasən İtaliya, İspaniya və Latın Amerikasında yaşayan müsəlmanlar itaət edir. Böyük Britaniya, ABŞ, Avstraliya, Yeni Zenlandiyada isə əsasən protestantlar yaranmışdır. Yunanıstan və Rusiyada isə Pravoslavlar çoxluq təşkil edir. Bundan başqa buddizm mərkəzi, cənubi və cənub-şərqi Asiya ölkələrində sitayiş olunur. Bir millətə məxsus olan milli dinlərdə var. Məsələn, Hindistanda – induizm, Çində - Konfisyanlıq, Yaponiyada – Sintoizm və İsraildə İudaizm var.

Bunla yanaşı dünya əhalisi yaş strukturuna görə 3 qrupa bölünür. Birincisi, 0-14 yaş qrupu. Bu yaş qrupu dünya əhalisinin 34%-ni təşkil edir. İkinci yaş qrupu isə 15-65 yaş qrupudur. Bu yaş qrupu cəmiyyətdə maddi nemətlərin əsas istehsalçısıdır. Bu yaş qrupuna dünya əhalisinin 58% cəmlənib. Üçüncü yaş qrupuna isə 65 yaşdan yuxarılar aiddir. 65 yaşdan yuxarılar isə dünya əhalisinin 8% tutur.

Əhalinin cins tərkibində isə yeni doğulan uşaqlar arasında oğlanların sayı çoxdur. Yeni doğulan hər 100 qıza 104-107 oğlan düşür. 15 yaşına qədər oğlanların və qızların yaşı bərabərləşir. Sonrakı dövrlərdə yaş strukturunda qadınların payı artır. Bunun müxtəlif səbəbləri var. Bu ilk növbədə qadınların orta ömrünün kişilərin orta ömrünə nisbətən çox olması ilə əlaqədardır. Dünya ölkələrində qadınlar kişilərdən çoxdur. Yəni qadınlar dünya əhalisinin 51% kişilər isə 49% təşkil edir. Ancaq bəzi Asiya və Afrika ölkələrində bu nisbət dəyişir. Buna səbəb erkən nikah, çoxuşaqlılıq, cəmiyyətdə və ailədə qadının hüquqlarının tapdalanması və qadınlara qarşı zorakılıqdır.



Dünya əhalisinin orta sıxlığı bir çox faktorlara görə regiondan regiona dəyişir. Hazırda dünya əhalisinin orta sıxlığı hər km2 45 nəfərdir. Dünya əhalisinin böyük hissəsi yəni 85%-i şərq yarımkürəsində yaşayır. Əhalinin orta sıxlığına görə birinci yeri Banqladeş tutur. Avropada isə sıxlığına görə ilk yerləri niderland, Almaniya tutur. Burada sıxlıq hər km2 2000 neferdir. Burada sıxlıq Dünyanın ən çox məskunlaşmış əraziləri Şərqi və Cənub-Şərqi Asiya, Çin, Koreya, İndoneziya, Vyetnamdır. Bu ərazilərdə 2 milyard əhali yaşayır.



Nəticə

2000-ci ildə dünya əhalisinin sayı 6,1 milyard`ı keçmişdir. Əhali cəmiyyətin başlıca məhsuldar qüvvəsi və başlıca istehlakçısıdır. Demoqrafiya — əhalini öyrənən elmdir. Əhalinin sayının kəskin artması «demoqrafik partlayış» adlanır.
Əhalinin təbii hərəkəti (və ya artımı) dedikdə doğum və ölüm arasındakı fərq başa düşülür. Əhalinin artımını demoqrafik siyasətlə tənzimləyirlər. Təbii artımın iki tipivar:

a) I tip (hazırda bu tip də müasir və keçid tiplərə ayrılır). Bu tip doğumun, ölümün və təbii artımın aşağı olması ilə səciyyələnir. Bu tipə bəzən «demoqrafik qış» deyilir. Çünki uşaqların sayı az, yaşlıların sayı isə çoxdur. Bu tipə bütün IEÖ-lər (CAR-dan başqa) və Şərqi Avropa ölkələri (Albaniyadan başqa) daxildir. Burada təbii artım hər min nəfərə 12 nəfərdən az artır. Bu tipə daxil olan ölkələrdə əhalinin artırılmasına yönəldilmiş siyasət artırılır.
b) II tip (və ya ənənəvi tip) doğumun, ölümün və təbii artımın yüksək olması ilə səciyyələnir. Bu tipə bəzən «demoqrafik yaz» deyilir. Bu tipə bütün IOÖ-lər və CAR daxildir. Burada təbii artım hər min nəfərə 12 nəfərdən çox artır. Bu qrup ölkələr təbii artımı azaltmaq üçün dövlət siyasəti aparır. Məs. Hindistan, Banqladeş və s. Bu qrup ölkələrdə uşaqların sayı çox, yaşlıların sayı isə az olur. Bu qrup ölkələrin başlıca problemi-işsizlik və ərzaq çatışmamazlığıdır.

rq tərkibi: Dünya əhalisi xarici görnüşünə görə 3 irq`ə ayrılır.
1. Avropoid irqinə aid olan əhali əsasən Avropa, Şm. Afrika, Yaxın və Orta Şərq, Hindistanda yayılıblar.
2. Monqoloid irqinə mənsub əhali əsasən Şərqi və Cənub-Şərqi Asiyada geniş yayılıblar.
3. Neqroid (ekvatorial) irqinə mənsub əhali isə əsasən Afrikada yayılıb.
Bəzən alimlər dünyanın 4-cü irqini avstraloid irqini ayırırlar ki, bura Avstraliya və Okeaniyanın yerli əhalisi aid olunur.
Dünyanın 3 əsas irqinin qaynayıb-qarışması nəticəsində aşağıdakı 3 aralıq irqləri yayılıb.

Avropoid & Monqoloid = metis
Avropoid & neqroid = mulat
Monqoloid & neqroid = sambo

Cins tərkibi. Dünyada doğulan uşaqlar arasında oğlanlar qızlara nisbətən çox doğulsalar da 15 yaşa qədər hər iki cinsin sayı bərabərləşir. Qadınların orta ömür müddətinin kişilərə nisbətən çox olması nəticəsində sonrakı yaş həddində qadınlar üstünlük təşkil edir. Bəzi Asiya ölkələrində məs. Hindistan, Çin, Ərəb ölkələrində qadınların xüsusi çəkisi azdır. Bunun səbəbi tez evlənmə, çox uşaqlılıq, ağır həyat tərzi, qadının cəmiyyətdən asılı olmasıdır.
Dünya əhalisinin 51%-i qadınlardan, 49%-i kişilərdən ibarətdir.
Dünya dinləri: Dünyada 3 başlıca din mövcuddur. Bunlar arasında xristian dini etiqad edənlərin sayına görə 1-ci yeri tutur. Xristianların sayı 1 milyardı keçib, əsasən Avropa, Amerika və Avstraliyada məskunlaşıblar. Xristian dini 3 qola ayrılır – 1. Katolik 2. Protestant 3. Pravoslav
Dünyanın 2-ci böyük dini Islamdır. Bu dinə 1 milyarda yaxın insan sitayiş edir. Müsəlmanlar əsasən Cənub-Qərbi Asiya və Şimali Afrikada məskunlaşmışlar. 

İslam`ın beşiyi Səudiyyə Ərəbistanın Məkkə və Mədinə şəhərləridir. Müsəlmanların 90%-i sünni, 10%-i şiə təriqətinə məxsusdur. Şiələr Iran, Iraq və Azərbaycanda daha çoxdur.
Dünyanın 3-cü böyük dini – Mərkəzi, Cənubi və Cənub-Şərqi Asiyada yayılmış Buddizm dinidir. Bu dinə 350 milyondan artıq adam sitayiş edir.
Dünya dinlərindən başqa milli dinlər də mövcuddur. Məs: Hindistanda – hinduizm, Cində – Konfusiçilik, Monqolustanda – lamaizm, Israildə – iudaizm, Yaponiyada – sintoizm dinləri yayılıb.

Milli tərkibi: Dünyada 3-4 minə qədər xalq var. Lakin bunların əksəriyyəti azsaylıdır. Hazırda dünyada sayı 100 mln-u ötmüş 12 xalq var (cinli, hind, rus, ərəb, türk, amerikan, benqal, yapon, braziliyalı, pəncablı, biharlı və meksikalı). Bu xalqlar dünya əhalisinin 65%-ni təşkil edir.
Banqladeş, Yaponiya, İsveç, Polşa, Ərəb ölkələri birmillətli, Hindistan, Nigeriya, Rusiya, Kanada, Böyük Britaniya, Belçika, Ispaniya və s. dövlətlər isə çoxmillətlidir.
Dil əlamətinə görə xalqlar-dil qruplarında, onlar isə öz növbəsində dil ailələrində birləşirlər. Dünya əhalisinin 2,5 milyard nəfəri Hind-Avropa dil ailəsinə mənsubdurlar. Bu dil ailəsi 11 dil qrupundan ibarətdir: Məs.
1. Roman qrupu-bura fransız, ispan, portuqal, rumın, moldavan, Latın Amerikası xalqları daxildir. 2. German (ingilis, alman, amerikan, İsveç, Norveç, şotland, holland və s.) 3. slavyan (rus, belorus ukraynalı, çex, polyak, slovak, serb, bolqar, xorvat və s.) 4) Iran və ya fars qrupu (fars, tacik, kürd, osetin, əfqan) Dünya əhalisinin ¼ -i Çin-Tibet ailəsinə mənsub olub, Çin dilində danışılar. Türk dil qrupu Altay dil ailəsinə daxildir. Bu qrupa- türk, özbək, azərbaycanlı, türkmən, qırğız, qazax, uyğur, yakut və s. xalqlar daxildir. Dünyada ən geniş yayılmış dillər- çin, ingilis, ispan, portuqal, fransız, rus və alman dilləridir. Ingilis dilində- B.Britaniya, ABŞ, Kanada, Avstraliya, Yeni Zelandiyada, portuqal dilində Portuqaliya və Braziliyada, ispan dilində Ispaniya və Latın Amerikası ölkələrində danışırlar. Asiya və Afrika-dünyanın daha çox dil ailəsinin yayıldığı qitələrdir. Əmək ehtiyatları dedikdə əmək prosesində iştirak edən (yəni işləmək qabiliyyəti olan) bütün adamlar başa düşülür. Əhalinin müxtəlif istehsal və qeyri-istehsal sahələrində çalışan hissəsinə iqtisadi cəhətdən fəal əhali deyilir. IEÖ-lərə nisbətən IOÖ-lərdə fəal əhalinin (yəni işləyənlərin) xüsusi çəkisi aşağıdır. Bunun səbəbi – iş yerlərinin azaldığı, qadınların istehsala cəlb olunmasının çətinliyi və əmək qabiliyyətli gənclərin çox olmasıdır. IOÖ-lərdə fəal əhali az olsa da, yüksək təbii artımın hesabına əmək ehtiyatları həddən artıq çoxdur. IEÖ-lərdə fəal əhalinin yarıdan çoxu xidmət sahələrində çalışırlar. 2-ci yeri sənayedə, 3-cü yeri isə k/t-da çalışanlar tutur.

IOÖ-lərdə isə 1-ci yerdə k/t işçiləri, 2-ci yerdə xidmət sahələrində çalışanlar, 3-cü yerdə isə sənayedə çalışanlar durur.

İstifadə olunan ədəbiyyat :

  1. Coğrafiya. Nəriman Cəbralıyov

  2. Coğrafiya. TQDK nəşri

  3. Dünya ölkələri. Bakı. 2004

  4. Ə.Əhmədov, M.Hacıyev Azərbaycanın İqtisadiyyatı

  5. Məhsuldar qüvvələrin inkişa

  6. Coğrafiya. Nəriman Cəbralıyov

  7. http://kitab.az/





Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə