Pediatriya ixtisası üzrə nümunəvi test sualları 1 krx keçirmiş uşağa profilaktik peyvəndləri sağaldıqdan nə qədər sonra vurmaq olar?




Yüklə 1.5 Mb.
səhifə1/15
tarix25.04.2016
ölçüsü1.5 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   15
Pediatriya ixtisası üzrə nümunəvi test sualları
1) KRX keçirmiş uşağa profilaktik peyvəndləri sağaldıqdan nə qədər sonra vurmaq olar?
A) 1 aydan sonra

B) 3,5 aydan sonra

C) 2 həftədən sonra

D) 2 aydan sonra

E) 3 aydan sonra
Ədəbiyyat: В.Ф. Учайкин Детские инфекционные болезни . «Медицина» . Москва. 2004
2) Fenilketonuriyanın laborator diaqnostikasına hansı aiddir?
A) Asetona görə sınaq

B) Üçxlorlu dəmirlə sınaq

C) Qan və sidikdə kreatinfosfokinazanın təyini

D) Zülal fraksiyalarının təyini

E) Seruloplazminə görə qanın müayinəsi
Ədəbiyyat: Н.П.Шабалов. Неонатология. «Специальная литература», Санкт-Петербург, 1997
3) Sadalanan simptomlardan kəllədaxili təzyiqin artmasını göstərən rentgenoloji əlamət hansıdır?
A) Göz dibində durğunluq əlamətləri

B) Kəllə tikişlərinin aralanması

C) Beyin qabığı neyrodinamikasının pozulması

D) Kalsiumun oqranizmdən xarıc olması əlaməti

E) Exoensefaloskopiyada M-exonun yerinin dəyişməsi
Ədəbiyyat: Н.П.Шабалов. Неонатология. «Специальная литература», Санкт-Петербург, 1997
4) Suçiçəyi zamanı hansı halda antibiotiklər təyin olunur?
A) Ağırlaşmaların profilaktikası məqsədilə

B) Ensefalit zamanı

C) Təyin olunmur

D) Ağır forma zamanı

E) İrinli ağırlaşmalar zamanı
Ədəbiyyat: В.Ф. Учайкин Детские инфекционные болезни . «Медицина» . Москва. 2004
5) 4 yaşlı uşaqda baxış zamanı bütün limfa qruplarında çoxsaylı böyümüş, yumşaq, ağrısız, hərəkətli limfa düyünləri əllənir. Uşaq bir qədər pastozdur, dəri örtükləri avazımışdır, əzələ tonusu zəif inkişaf etmişdir, bədən kütləsi yaşına görə çoxdur. Qanın ümumi analizində limfositoz və monositoz qeyd olunur.Başqa orqan və sistemlərdə ciddi dəyişiliklər yoxdur. Sadalanan əlamətlər hansı xəstəliyə aiddir?
A) Limfaqranulematoz

B) Məxmərək

C) Limfatiko - hipoplastik konstitusional anomaliyası (diatez)

D) Vərəm


E) Sağlam uşaqda normal limfatik sistem
Ədəbiyyat: Ədəbiyyat: Н.П.Шабалов «Педиатрия», Санкт-Петербург «СпецЛит» 2010, стр.235
6) Hansı hallarda uşaqlarda sümüklərin uzanma prosessi pozulmur?
A) Revmatoid artriti keçirdikdə

B) Aktiv həyat tərzi olanda

C) Hormonlar qəbul etdikdə

D) Osteomielit keçirdikdə

E) Raxit keçirdikdə
Ədəbiyyat: Ədəbiyyat: Н.П.Шабалов «Педиатрия», Санкт-Петербург «СпецЛит» 2010, стр.105
7) Uşaqda sümük toxumasının intensiv inkişafı nə ilə bərabər müşahidə olunur?
A) Tez-tez sınıqlar baş verir

B) Osteoporoz baş verir

C) Hematoqen osteomielitlər mümkün olmur

D) Sümük ətrafında qan dövranının zəif olması

E) Sümük ətrafı nahiyədə intensiv qan dövranı
Ədəbiyyat: Ədəbiyyat: Н.П.Шабалов «Педиатрия», Санкт-Петербург «СпецЛит» 2010, стр.105
8) Osteosintezə mənfi təsirini göstərmiyən amil hansıdır?
A) Rasional qidalanma

B) Daxili sekresiya vəzlərinin hormon sintezi funksiyasının pozulması

C) Hipodinamiya

D) Zülalın, elektrolitlərin, mikroelementlərin defesiti

E) Daxili orqanların funksional pozğunluğu
Ədəbiyyat: Ədəbiyyat: Н.П.Шабалов «Педиатрия», Санкт-Петербург «СпецЛит» 2010, стр.109
9) Sümük sisteminin patologiyasını aşkar edən əsas müayinə hansıdır?
A) Rentgenoqrafiya

B) Elektroensefaloqrafiya

C) Xronaksimetriya

D) Qanın ümumi analizi

E) Elektromioqrafiya
Ədəbiyyat: Ədəbiyyat: Н.П.Шабалов «Педиатрия», Санкт-Петербург «СпецЛит» 2010, стр.110
10) Sinir - artretik diatezin əlamətlərinə aid olmayan hansıdır?
A) Alkaloz

B) Asidoz

C) Asetonemik qusma

D) Dizuriya

E) Oynaq ağrıları
Ədəbiyyat: Ədəbiyyat:A.A.Əyyubova «Uşaq xəstəlikləri», «Şərq-Qərb»2008 , səh.80
11) Konstitusiya anomaliyalarına aid olmayan forma hansıdır?
A) Allerqik (atopik)

B) Toksikoseptik

C) Sinir-artretik

D) Limfatiko-hipoplastik

E) Ekssudativ-kataral
Ədəbiyyat: Ədəbiyyat:A.A.Əyyubova «Uşaq xəstəlikləri», «Şərq-Qərb»2008 , səh.69
12) Ekssudativ-kataral diatezin kəskinləşməsinə nə səbəb ola bilməz?
A) Profilaktik peyvəndlər

B) Qammaqlobulinin qəbulu

C) Təbii qidalanma

D) Keçirilmiş xəstəliklər

E) Alimentar amil
Ədəbiyyat: Ədəbiyyat:A.A.Əyyubova «Uşaq xəstəlikləri», «Şərq-Qərb»2008 , səh.71
13) Postnatal dövrdə hipotrofiyanın əmələgəlmə səbəblərinə aid olmayan hansıdır?
A) MSS patoloqiyası

B) Təbii qidalanma

C) Malabsorbsiya sindromu

D) Endokrin sistemin patoloqiyası

E) Anadangəlmə inkişaf qüsurları
Ədəbiyyat: Ədəbiyyat:A.A.Əyyubova «Uşaq xəstəlikləri», «Şərq-Qərb»2008 , səh.58
14) Raxitəbənzər xəstəliklərə aid deyil:
A) Hiperfosfatemiya

B) Reyter sindromu

C) Sindrom Debre-de Toni-Fankoni

D) İdiopatik raxit

E) Birincili xondrodistrofiya
Ədəbiyyat: Ədəbiyyat: : Н.П.Шабалов «Детские болезни», «Питер»2002; стр.240-244
15) Postnatal spesifik profilaktika zamanı vitamin D hansı dozada verilir?
A) 750-1000 ME sutkada

B) 400-500 ME həftədə 1 dəfə

C) 400-500 ME sutkada

D) 100-200 ME həftədə 1 dəfə

E) 100-200 ME sutkada
Ədəbiyyat: Ədəbiyyat: : Н.П.Шабалов «Детские болезни», «Питер»2002; стр.244
16) Aşağıdakılardan hansı D vitamini-defisitli raxiti təsdiqliyən laborator müayyinə deyil?
A) P səviyyəsi qan zərdabında təyini

B) Sulkoviç sınağı

C) Qələvi fosfatazanın qanda təyini

D) Pandi sınağı

E) Ca səviyyəsi qan zərdabında təyini
Ədəbiyyat: Ədəbiyyat:Т.В.Капитан «Пропедевтика детских болезней с уходом за детьми »,« Медпресс-информ »2006, стр.173
17) Vitamin B6 – asılı bronxial astma hansı metabolizm pozğunluğu ilə əlaqədardır?
A) Triptofan

B) Qlisin

C) Metionin

D) Fenilalanin

E) Tirozin
Ədəbiyyat: С. Х. Хутуева «Аллерген – специфическая иммунотерапия бронхиальный астмы» 2000г.
18) Qohumlar arasında nigah nə ilə təhlükəlidir?
A) Mutasiyanın əmələ gəlməsi ilə

B) İnfeksion embriopatiyanın formalaşması ilə

C) İrsi resessiv genin yüksək rastgəlmə ehtimalı ilə

D) Sonsuzluqla

E) Uşağın vaxtından əvvəl doğulması ilə
Ədəbiyyat: Н. П. Бочков «Медицинская генетика» 1994г.
19) Humoral immunitet göstəricilərinə hansılar aiddir?
A) leykositlərin blasttransformasiya reaksiyası

B) rozetka əmələgəlmə reaksiyası

C) A, M, G, E immunoqlobulinlərin vəziyyəti

D) normal killer hüceyrələrin miqdarı (CD 16)

E) faqositozun parametrləri
Ədəbiyyat: Л. Йегера «Клиническая иммунология и аллергология» 1990г.
20) Hüceyrə immunitetinin defisiti üçün nə xarakterdir?
A) Proqnostik xoşagəlməyən xəstəliklər

B) BSJ vaksinasiyasına reaksiyanın olmaması

C) Tez-tez virus infeksiyaları

D) Göbələk xəstəlikləri

E) Tez-tez bakterial infeksiyalar
Ədəbiyyat: М. Я. Студеникина «Аллергические болезни у детей» 1998г.
21) Spesifik mühafizə faktorlarına nə aiddir?
A) Komplement sistemi

B) Anticisimlər

C) Prostoqlandinlər

D) Şişlərin nekroz faktoru

E) C-reaktiv zülalı
Ədəbiyyat: Л. Йегера «Клиническая иммунология и аллергология» 1990г.
22) İkincili immun çatışmamazlıq nə zaman tez-tez müşahidə olunur?
A) Kəskin nefritdə

B) Hemovaskulitdə

C) Pielonefrit zamanı

D) Revmatizmdə

E) Nefrotik sindromda
Ədəbiyyat: Л. Йегера «Клиническая иммунология и аллергология» 1990г.
23) Böyrəküstü vəzilər aşağıdakılardan hansını ifraz etmir?
A) Kortizon

B) Noradrenalin

C) Aldosteron

D) AKTH (adenokortikotrop hormon )

E) Androgenlər
Ədəbiyyat: Шабалов Н.П. «Детские болезни» 2006г
24) Qida allergiyasını daha çox törədən tərəvəz hansıdır?
A) Xıyar

B) Yunan qabağı

C) Pomidor

D) Gül kələmi

E) Kök
Ədəbiyyat: Шабалов Н.П. «Детские болезни» 2006г
25) Qida allergiyasının müalicəsində bazis hesab oluna bilən hansıdır?
A) Suprastin

B) Nalkrom

C) Stuqeron

D) Eufillin

E) Tavegil
Ədəbiyyat: М. Я. Студеникина «Аллергические болезни у детей» 1998г.
26) Ağır formalı atopik dermatiti olan uşaqların həyatlarının birinci ilində süniqidalanmanı nə ilə aparmaq məqsədəuyğundur?
A) Serumun hissəvi hidroliz olunmuş zülalı əsasında qarışıqlarla

B) Soya qarışıqları ilə

C) Turş-süd qarışıqları ilə

D) İnək südü əsasında adaptasiya olunmuş qarışıqlarla

E) Yüksək hidroliz olunmuş qarışıqlarla
Ədəbiyyat: М. Я. Студеникина «Аллергические болезни у детей» 1998г
27) Göstərilən xəstəliklərdən hansı qida allergiyasının nəticəsi deyildir?
A) Seboreyalı dermatit

B) Kvinke ödemi

C) Atopik dermatit

D) Rinit


E) Övrə
Ədəbiyyat: М. Я. Студеникина «Аллергические болезни у детей» 1998г
28) Aşağıdakılardan hansı tədbir allergik rinitlərin müalicəsində əsaslandırılıb və təhlükəsizdir?
A) İnfuzion müalicə

B) İnhalyasion kortikosteroidlər

C) Hiposensibilızasıya edici tədbirlər

D) Allergenin eliminasiyası

E) Antihistamin preparatlar
Ədəbiyyat: Шабалов Н.П. «Детские болезни» 2006г
29) Böyrəküstü vəzin qabıq maddəsi hansını ifraz etmir?
A) Hidrokortizon

B) Kortizol

C) Aldrosteron

D) Androqenlər

E) Noradrenalin
Ədəbiyyat: А.В.Мазурин. И.М.Воронцов Пропедевтика детских болезней. «Медицина», Москва, 1985. с.288
30) Yalançı allergik reaksiya aşağıdakı bir faktordan başqa digərləri hesabına əmələ gəlir. Bu faktor hansıdır?
A) Dərman preparatları

B) P substansiyası

C) C5a, C3 a, anafilatoksinləri

D) Fiziki faktorlar

E) Atopik anticisimlər
Ədəbiyyat: И.М.Воронцев, О.А.Маталыгина. Болезни, связанные с пищевой сенсибилизацией у детей. «Медицина», Ленинград, 1986. с.47
31) I tip allergik reaksiyaların diaqnozu üçün aşağıdakı göstəricilər daha çox əhəmiyyət kəsb edir:
A) Sidikdə histaminin miqdarının yüksəlməsi

B) T-supressorların yüksək səviyyəsi

C) Dövr edən immun komplekslərin yüksək səviyyəsi

D) Qan zərdabında İgE-nin artması

E) Qanda eozinofiliya
Ədəbiyyat: А.М. Потемкина. Диагностика и лечение аллергических заболеваний у детей. «Издательство Казанского Университета», Казань, 1990. с. 5
32) Yalançı allergik reaksiya üçün daha xarakterdir:
A) İmmunoloji mərhələnin olmamağı

B) Yerli eozinofiliya

C) «Səbəbkar» antigenə qarşı dərinin müsbət sınağı

D) Antigenlə təkrar kontakt zamanı reaksiyanın güclənməsi

E) İgE-nin yüksək səviyyəsi
Ədəbiyyat: И.М.Воронцев, О.А.Маталыгина. Болезни связанные с пищевой сенсибилизацией у детей. «Медицина», Ленинград, 1986. с.47
33) Yenidoğulmuşlarda laxtalanma faktorunun aşağı olması onları qoruyur:
A) trombositlərin miqdarının azalmasından

B) arterial təzyiqin yüksəlməsindən

C) trombozdan

D) hemoqlobinin səviyyəsinin azalmasından

E) emboliyadan
Ədəbiyyat: A.F.Tur. Uşaq xəstəlikləri. «Patronat», Bakı, 1993. Н.П.Шабалов. Детские болезни. «Питер». Санкт-Петербург. 2000.
34) Hansı yaş dövründə uşaqlarda İgG miqdarı aşağıdır?
A) 9-12 ay

B) 12-15 ay

C) 0-3 ay

D) 3-6 ay

E) 6-9 ay
Ədəbiyyat: A.F.Tur. Uşaq xəstəlikləri. «Patronat», Bakı, 1993. Н.П.Шабалов. Детские болезни. «Питер». Санкт-Петербург. 2000.
35) Qan zərdabında IgA-n səviyyəsi uşaqlarda böyüklərinkinə çatır:
A) 4-5 yaşda

B) 5-6 yaşda

C) 8-10 yaşda

D) 10-12 yaşda

E) 6-7 yaşda
Ədəbiyyat: A.F.Tur. Uşaq xəstəlikləri. «Patronat», Bakı, 1993. Н.П.Шабалов. Детские болезни. «Питер». Санкт-Петербург. 2000.
36) Qan zərdabında İgM-in səviyyəsi uşaqlarda böyüklərinkinə çatır:
A) 7-8 yaşda

B) 6-7 yaşda

C) 8-10 yaşda

D) 4-5 yaşda

E) 5-6 yaşda
Ədəbiyyat: A.F.Tur. Uşaq xəstəlikləri. «Patronat», Bakı, 1993. Н.П.Шабалов. Детские болезни. «Питер». Санкт-Петербург. 2000.
37) Anadan dölə transplasentar verilən lg hansıdır?
A) A

B) G və E

C) G

D) M


E) A və M
Ədəbiyyat: A.F.Tur. Uşaq xəstəlikləri. «Patronat», Bakı, 1993. Н.П.Шабалов. Детские болезни. «Питер». Санкт-Петербург. 2000.
38) Limfositopoezin mərkəzi üzvünə hansı aiddir?
A) sümük iliyi

B) dalaq


C) böyrəküstü vəzi

D) limfa vəziləri

E) qaraciyər
Ədəbiyyat: A.F.Tur. Uşaq xəstəlikləri. «Patronat», Bakı, 1993. Н.П.Шабалов. Детские болезни. «Питер». Санкт-Петербург. 2000.
39) İnterferon müdafiə sistemində hansı xüsusiyyəti ilə iştirak edir?
A) immun kompleksin formalaşmasında

B) bakteriya əleyhinə, əgər bakteriyalar hüceyrə kənarında lokalizasiya olarsa

C) virus əleyhinə

D) toksin əleyhinə

E) virus və toksin əleyhinə
Ədəbiyyat: A.F.Tur. Uşaq xəstəlikləri. «Patronat», Bakı, 1993. Н.П.Шабалов. Детские болезни. «Питер». Санкт-Петербург. 2000.
40) Orqanizmin qeyri-spesifik müdafiə faktorlarına aiddir:

1. laktoferin

2. T limfositlər

3. neytrofillər

4. limfokain

5. B limfositlər
A) 1, 3

B) 1, 4


C) 3, 5

D) 2, 5


E) 2, 4
Ədəbiyyat: A.F.Tur. Uşaq xəstəlikləri. «Patronat», Bakı, 1993. Н.П.Шабалов. Детские болезни. «Питер». Санкт-Петербург. 2000.
41) Orqanizmin qeyri-spesifik müdafiə faktorlarına aiddir:

1. faqositoz

2. T limfositlər

3. monositlər

4. limfokain

5. B limfositlər
A) 3, 5

B) 2, 4


C) 2, 5

D) 1, 4


E) 1, 3
Ədəbiyyat: A.F.Tur. Uşaq xəstəlikləri. «Patronat», Bakı, 1993. Н.П.Шабалов. Детские болезни. «Питер». Санкт-Петербург. 2000.
42) Orqanizmin qeyri-spesifik müdafiə faktorlarına aiddir:

1. interferon

2. T limfositlər

3. lizosim

4. limfokain

5. B limfositlər
A) 2, 5

B) 1, 4


C) 3, 5

D) 2, 4


E) 1, 3
Ədəbiyyat: A.F.Tur. Uşaq xəstəlikləri. «Patronat», Bakı, 1993. Н.П.Шабалов. Детские болезни. «Питер». Санкт-Петербург. 2000.
43) Çəngələbənzər vəzin yaşla bağlı fizioloji involyusiyası nə vaxt başlayır?
A) 3 yaşdan

B) 14 yaşdan

C) 10 yaşdan

D) 6 yaşdan

E) 1 yaşdan
Ədəbiyyat: Ədəbiyyat: Н.П.Шабалов «Педиатрия», Санкт-Петербург «СпецЛит» 2010, стр.95
44) Timusun hipoplaziyası hansı patologiya zamanı rast gəlinir?
A) Viskot - Oldriç sindromu

B) Miasteniya

C) Addison xəstəliyində

D) Hipertireoz

E) Timoma
Ədəbiyyat: Ədəbiyyat: Н.П.Шабалов «Педиатрия», Санкт-Петербург «СпецЛит» 2010, стр.98
45) Çəngələbənzər vəzin hiperplaziyası nə zaman müşahidə edilir?
A) Lui - Bar sindromunda

B) Viskot - Oldriç sindromunda

C) Edvards sindromunda

D) Hipokortisizimdə

E) Daun xəstəliyində
Ədəbiyyat: Ədəbiyyat: Н.П.Шабалов «Педиатрия», Санкт-Петербург «СпецЛит» 2010, стр.98
46) Dalağın funksiyalarına aid olmayan hansıdır?
A) Eritropoez

B) Zülal, dəmir, piqment mübadiləsində iştirak edir

C) Limfopoez

D) İg sintezi

E) Zədələnmiş qan hüceyrələri və yad cisimlər üçün mexaniki və bioloji baryer
Ədəbiyyat: Ədəbiyyat: Н.П.Шабалов «Педиатрия», Санкт-Петербург «СпецЛит» 2010, стр.98
47) Dalağın böyüməsi hansı xəstəliyə xas deyil?
A) Dəmirdefesitli anemiya

B) Sepsis

C) Kəskin hepatit

D) Vərəm


E) Hemolitik anemiya
Ədəbiyyat: Ədəbiyyat: Н.П.Шабалов «Педиатрия», Санкт-Петербург «СпецЛит» 2010, стр.100
48) Limfatik düyünlərin struktur və funksional differensiasiyası nə vaxt tamamlanır?
A) 12-13 yaşda

B) 7-8 yaşda

C) 5-6 yaşda

D) 1-3 yaşda

E) 1 ayında
Ədəbiyyat: Ədəbiyyat: Н.П.Шабалов «Педиатрия», Санкт-Петербург «СпецЛит» 2010, стр.101
49) 1-3 yaşlı uşaqlarda limfa düyünlərin morfofunksional yetişməməzliyi nəyə səbəb ola bilər?
A) Limfadenitlər

B) İltihabi prosessin generalizasiyası, sepsis

C) Mikroorqanizimlərin zərəsizləşdirilməsi

D) Limfa düyünlərin kazeoz reaksiyası

E) Limfa düyünlərin irinli reaksiyası
Ədəbiyyat: Ədəbiyyat: Н.П.Шабалов «Педиатрия», Санкт-Петербург «СпецЛит» 2010, стр.101
50) Hansı bətndaxili infeksiya üçün baş beyində kalsifikatların olması xarakterikdir?

A) İİV-infeksiya

B) Toksoplazmoz

C) Xlamidioz

D) B-hepatiti

E) Listerioz


Ədəbiyyat: Цинзерлинг В.А. Перинатальные инфекции. С.-Петербург, 2002.
51) Aşağıdakılardan hansı birinci dərəcəli serebral işemiya əlamətinə aiddir?

A) Böyük əmgəyin şişkinliyi

B) Qıcolma

C) Oyanıqlıq sindromu

D) Qreffe simptomu

E) Koma
Ədəbiyyat: Барашнев Ю. И. «Перинатальная неврология» M. 2001г.


52) Uşaqlarda əzələlərin hipertrofiyası hansı xəstəliklərdə müşahidə olunur?
A) Proqressiv əzələ distrofiyası

B) Artritlər

C) Nevritlər

D) Tomsen miotoniyası

E) Poliomielit
Ədəbiyyat: Ədəbiyyat: Н.П.Шабалов «Педиатрия», Санкт-Петербург «СпецЛит» 2010, стр.111
53) Yenidoğulmuşda əzələ hipotoniyasının əlaməti hansıdır?
A) Opistotonus vəziyyəti

B) “Caynaqlı pəncə” simptomu

C) Ətraflar açılmış vəziyyətdə olur

D) Əllərdə atetoz

E) Barmaqların yumruğa yığılması
Ədəbiyyat: Ədəbiyyat: Н.П.Шабалов «Педиатрия», Санкт-Петербург «СпецЛит» 2010, стр.111
54) Əzələ sistemini müayyinə edən üsullara hansı aid deyil?
A) Biopsiya

B) Elektromioqrafiya

C) Neyrosonoqrafiya

D) Xronaksimetriya

E) USM
Ədəbiyyat: Ədəbiyyat: Н.П.Шабалов «Педиатрия», Санкт-Петербург «СпецЛит» 2010, стр.111
55) Uzunmüddət qıcolma əleyhinə müalicə alan (Fenobarbital,difenin) uşaqlarda hansı xəstəliyin yaranma ehtimalı daha çoxdur?
A) Hipervitaminoz D

B) Tonzillit

C) Raxit

D) Pankreatit

E) Revmatik qızdırma
Ədəbiyyat: Ədəbiyyat:A.A.Əyyubova «Uşaq xəstəlikləri», «Şərq-Qərb»2008 , səh.46
56) Kraniostenozda əsas nevroloji əlamət hansıdır?
A) Miotoniya

B) Hidrofobiya

C) Anoreksiya

D) Kəllədaxili hipertenziya

E) Kəllədaxili hipotenziya
Ədəbiyyat: Ədəbiyyat: Ç.Quliyev «Uşaq cərrahlığı », Bakı 2008, s.193; Е.И.Гусев «Неврологические симптомы,синдромы,симптомокомплексы и болезни», Москва «Медицина» 1999, стр.2 3 2-234
57) Yenidoğulmuşda serebral hemodinamikanın əlavə rezerv imkanlarına nə şərait yaradır?
A) Sinir sisteminin morfofunksional yetişməməyi

B) Uşağın çox vaxt yuxuda olması

C) Damar sistemin çox zəif inkişaf etməsi

D) Böyük əmgəyin bağlanmaması

E) Ekstra və intrakranial damar anastamozları
Ədəbiyyat: Ədəbiyyat: Н.П.Шабалов «Педиатрия», Санкт-Петербург «СпецЛит» 2010, стр.175
58) Aşağıdakılardan hansı səthi dəri reflekslərinə aid deyil?
A) Sarğı

B) Qarın


C) Kremaster

D) Vətər


E) Anal
Ədəbiyyat: Ədəbiyyat: Н.П.Шабалов «Педиатрия», Санкт-Петербург «СпецЛит» 2010, стр.178
59) Onurğa - beyin sinirlərinin mielinizasiya prosessi hansı yaşda tamamlanır?
A) 1 ay

B) 5 yaş


C) 3 ay

D) 3 yaş


E) 1 yaş
Ədəbiyyat: Ədəbiyyat: Н.П.Шабалов «Педиатрия», Санкт-Петербург «СпецЛит» 2010, стр.176
60) Baş beyinin hüceyrə strukturu hansı yaşda tam formalaşır?
A) 3 yaşda

B) 8 - 12 yaşda

C) 1 yaşda

D) 6 yaşda

E) 16 yaşda
Ədəbiyyat: Ədəbiyyat: Н.П.Шабалов «Педиатрия», Санкт-Петербург «СпецЛит» 2010, стр.175
61) Südəmər uşaqlarda kəllədaxili təzyiqin yüksəlməsi necə biruzə verir?
A) Bagırsaq disfunksiyası

B) Endokrin dəyişiliklər

C) Ətraflarda ödem

D) Metabolik dəyişiliklər

E) Kəllənin dairəvi ölçülərinin sürətlə böyüməsi
Ədəbiyyat: Ədəbiyyat: Том Лиссойер, Грэхэм Клэйден «Детские болезни», Москва « Рид Элсивер»2010, стр.542
62) Hidrosefaliyanın əlamətlərindən biri hansıdır?
A) “Batan günəş” simptomu

B) Xvostek simptomu

C) Qovers simptomu

D) Kerniq simptomu

E) Merfi simptomu
Ədəbiyyat: Ədəbiyyat:А.Ю.Ратнер «Неврология новорожденных»,« Бином»2005, стр81
63) Hansı hidrosefaliyaya aid deyil?
A) Kəllə tikişlərin aralanması

B) Kəllənin ölçüləri normadan çox dəyişir

C) Böyük əmgəyin qabarıqlıgı

D) Kəllənin ölçüləri çox balaca olur

E) Qrefe simptomu
Ədəbiyyat: Ədəbiyyat: Том Лиссойер, Грэхэм Клэйден «Детские болезни», Москва « Рид Элсивер»2010, стр.542
64) Yenidoğulmuş uşaqların sinir sisteminin funksional vəziyyətini müəyyən etmək üçün aşağıdakilardan hansı zəruridir?
A) Ailənin sosial vəziyyətinin qiymətləndirilməsi

B) Şərtsiz reflektor fəaliyyətini qiymətləndirilməsi

C) Qidalanma prosessin qiymətləndirilməsi

D) Daxili orqanların funksional çatışmamazlıqlarını aşkar etmək

E) Auskultasiya və perkussiya müayyinələri aparmaq
Ədəbiyyat: Ədəbiyyat: Том Лиссойер, Грэхэм Клэйден «Детские болезни», Москва « Рид Элсивер»2010, стр.41-44
65) 3 yaşında uşağın “xortum” refleksinin alınması nəyi sübut edir?
A) Əzələ patoloqiyası

B) Ağız boşluğunun patoloqiyası

C) Serebral patoloqiyanı

D) Fizioloji əlamətdir

E) Yaşına uyğun inkişaf
Ədəbiyyat: Ədəbiyyat:А.Ю.Ратнер «Неврология новорожденных»,« Бином»2005, стр115
66) “Xortum” refleksi körpələrdə hansı müddətdə saxlanılır?
A) 3 yaşa kimi

B) 18 aya kimi

C) 6 aya kimi

D) 1 yaşa kimi

E) 3 aya kimi
Ədəbiyyat: Ədəbiyyat:А.Ю.Ратнер «Неврология новорожденных»,« Бином»2005, стр115
67) Yenidoğulmuşlarda ətraflarda parezlərin aşkar edilməsində hansı əlamət daha informativdir?
A) Səksənmələr

B) Yuxunun pozulması

C) Çəçimələr

D) Həddindən çox narahat olması

E) Əzələ tonusunun vəziyyəti
Ədəbiyyat: Ədəbiyyat:А.Ю.Ратнер «Неврология новорожденных»,« Бином»2005 стр.89
68) Uşaqlarda infeksion xəstəliklərin toksiki formasının yaranmasına nə səbəb olur?
A) Süni qidalanma

B) Ekzogen vəzlərin funksional çatışmazlıgı

C) Baş beyinin qandövranının xüsusiyyətləri

D) Tənəffüs orqanlarının tam formalaşmaması

E) Endokrin sistemin xüsusıyyətləri
Ədəbiyyat: Ədəbiyyat: В.Ф.Учайкин “Неотложные состояния в педиатрии”, “ГЭОТАР-Медиа” Москва 2005,стр.91
69) Orbikulopalpebral refleks uşaqlarda hansı yaşa kimi saxlanılır?
A) 1 yaşa kimi

B) 6 aya qədər

C) Yalnız patoloji vəziyyətdə qeyd olunur

D) 3 yaşa kimi

E) 3 aya kimi
Ədəbiyyat: Ədəbiyyat: Н.П.Шабалов «Педиатрия», Санкт-Петербург «СпецЛит» 2010, стр.67
70) Tutma (Robinson) refleksi körpədə nə zaman itir?
A) 3-5 ayında

B) 2-4 ayında

C) 2-4 həftəsində

D) 6-8 ayında

E) 10-12 ayında
Ədəbiyyat: Ədəbiyyat: : Т.В.Капитан “Пропедевтика детских болезней с уходом за детьми” “Медпресс- информ” 2006 стр.108
71) Şərtsiz refleks olan Moro refleksi yenidogulmuşlarda neçə müddət davam edir?
A) 6 ay

B) 4 ay


C) 1 yaşa kimi

D) 3 ay


E) 1 ay
Ədəbiyyat: Ədəbiyyat: Т.В.Капитан “Пропедевтика детских болезней с уходом за детьми” “Медпресс-информ” 2006 стр.109
  1   2   3   4   5   6   7   8   9   ...   15


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə