ÖZÜNÜ qoru, xalqim




Yüklə 1.8 Mb.
səhifə5/13
tarix23.02.2016
ölçüsü1.8 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   13

Mən bəşərdə çox sifətlər görmüşəm…
Ta inamım qalmayıbdır

Bir kəsə…

İstəmərəm yüz il insan

Görməsəm.

Tablaşaram hər əzaba,

Dəhşətə,


Sığınaram yırtıcıya,

Vəhşiyə,


İlanlarla qol-boyuna

Girərəm,


Tülkülərlə hər oyuna

Girərəm,


İnsan ilə istəmərəm

Kim desə,

Darıxmaram yüz il

Adam görməsəm…

Pələnglərlə baş qoyaram

Balınca,

Canavarla gedərəm ov

Dalınca.ö

Kərgədanla dil taparam

Bir təhər,

Dəyməz mənə ən qorxulu

Vəhşilər,

Ərdovlarla dayanaram

Üz-üzə,


Uf demərəm yüz il

İnsan görməsəm.

Mən bəşərdə çox sifətlər

Görmüşəm,

Bir xislətdə yüz cürə şər

Görmüşəm,

Bir ürəkdə min-min

Qara fikirlər,

Ömürləri zəhərləyən məkrlər…

Qan içənlər görmüşəm ki,

Xudaya,

Körpələri keçiriblər



Cidaya,

Qarıların yandırıblar

Nəşini,

Vəhşilərdə olmaz belə



Vəhşilik,

Köçürəm yer kürəsindən

Mən daha,

Ta üzmüşəm insanlıqdan

Əlimi.

Bacarsaydım dəyişərdim



Vallahı,

Çox adamla çox heyvanın

Yerini…

Mən bəşərdə nə sifətlər



Görmüşəm,

Kəmqeyrətlər, kəmfürsətlər

Görmüşəm…

Anasının əmcəyini

Kəsənlər,

Atasının boğazını

Üzənlər,

Böyüklərə hər gün quyruq

Bulayan,

Qonşusunun xoş günündə

Ulayan,

Var-dövlətə, zər-zibaya



Qul, əsir,

Paxıl, qorxaq, dəni, satqın,

Biəsil,

Vicdanlar görmüşəm ki,



Dad, həzər,

Bədniyabət, bədxasiyyət,

Bədnəzər…

Aləm uçsa heç dəbərməz

Bir tükü,

Ona baxsan cin-şeytana

Min şükür.

Min-min şükür əcinnəyə,

İblisə,

Uf demərəm yüz il insan



Görməsəm.

Mən bəşərdə çox sifətlər

Görmüşəm,

Əli qanlı neçə rəhbər

Görmüşəm.

Dişi qanlı neçə bahçı

Görmüşəm,

Hamını da başı daşlı

Görmüşəm.

Öz xalqının əzazili,

Düşməni,

Vətən satmaq olub ancaq

İşləri

Soyumuzu,dilimizi



Satıblar,

Dirimizi, ölümüzü

Satıblar,

Bu torpağın əllərini

Satıblar,

Hər nə keçib əllərinə satıblar…

onlarda qeürət olub,

Nə vicdan,

Hamımızı keçiriblər

Qılıncdan,

Başımıza gətiriblər

Yüz oyun,

Belələri başa keçə

Qoymayın…

İnsan yerdə bir allahın

Kölgəsi,


O həm loğman, o həm cəllad

Yarandı.


İstəmərəm onu yüz il

Görməsəm,

Yaşamaram amma onsuz

Bir anda…


1992.

İndi hamı həccə gedir
İndi Məkkə dəbə düşüb,

İndi çoxu Həccə gedir…

Yüzlər ilə lotu, düşük,

Dəllal, oğru Həccə gedir…

Jükandarlar say-hesabsız,

Bazardarlar birmi,onmu?

İçlərində bir düz tapmaz,

Vurun mənim boynumu…

Gedir köhnə kommunistlər,

Gedir tazə dinpərəstlər

Ateistlər, populistlər,

Həccə gedir dəstə-dəstə.

Gedir dünən var səsilə

Allah, yoxdur ulayanlar

Bircə tikə, bircə gilə

Əqidəsi olmayanlar.

Dünən sağı döyən kəslər,

Tamam sola əyir bu gün…

Dünən Lenin deyən kəslər,

Ya Məhəmməd deyir bu gün…

Xirtdəyəcən dünahkar,

Lövbər salıb o yerlərə,

Amma min-min təmiz, naçar,

Həsrət qalıb o yerlərə…

Su yoluna dönüb Məkkə,

Can qalmayıb Məfdinədə…

Pulları da ətək-ətək,

Axıb gedir xəzinəmiz…

Bu keçmişdən bizə miras,

Babalardan bizə qalıb…

Həccə getmək təzə deyil,

O vaxtlar da gedərdilər,

Gedərdilər tək-tək, az-az,

Mömin, allah adamları…

Gedərdilər axşam-səhər…

Gedərdilər gündüz-gecə…

Pay-piyada gedərdilər,

Mədinəyə, Məkkəyəcən,

Canlarını üzə-üzə.

İndi isə, indi isə,

Üç saata yetişirlər,

Məhəmmədin hüzuruna…

«Boinq»lərdə ötüşürlər,

Məst olurlar «Limuzin»də

Sür papaqlar tikdirirlər,

Uzun saqqal buraxırlar…

Videolara çəkdirirlər,

Özlərini bu cahillər…

İbadət eyləyən yerdə…

Bir yol da çəkdirəydilər

Ticarət eyləyən yerdə…

Ömrü boyu kələk ilə

Yahayan bu fırıldaqlar…

Bir Məkkəyə getmək ilə,

Guya ki, saf olacaqlar…

Keyflərini xoş edirlər,

Bu nə iman, bu nə dindi?..

Dünən araq nuş edənlər,

Abu-zəmzəm vurur indi…

Guya bol-bol içirlər ki,

Cənnət düşə paylarına…

Bir günahsız mələk təki,

Qayıdırlar evlərinə…

Bunlar hardan göyəriblər,

Bunlar necə həccə gedir…

Soruşan yox bu həriflər,

Hansı pula, xərcə gedir?...

Bu nə oyun, nə mərəkə,

Bu nə küfr, nə ənənə…

Qoyma, qoyma ulu Məkkə,

Murdar əllər deyə sənə…
1993

Daha kimə inanasan
İnamların çıxdı puça,

Daha kimə inanasan?..

İnam yoxsa, axı, necə,

Yaşayasan, dolanasan?..


O hər kəsin ruhu, qanı,

İnamdadır insan canı…

Bundan belə bu dünyanı,

Gəl, qoy görüm yoluna sən…


Onsuz ömür boran imiş,

Bir gül kimi solan imiş…

Onsuz hər şey yalan imiş…

İnciləcən, Quranacan…


Qurğu imiş Allah özü,

Çaşdırıblar, vallah, bizi,

Əfsanəymiş həyat sözü,

Əvvəlindən sonunacan…


Bəzək vurub sözümüzə,

Toxdaq verib özümüzə…

Aldanırıq kökümüzə,

Qara torpaq dolanacaq?..


Şair Cabir, yaxşı düşün,

Getdi yazın, gəldi qışın,

İnamın ki, öldü, qoşul,

İtə, qurda, ilana sən…


1994

Özüm özümə cəbhəyəm
Qəlbimlə eynidir üzüm,

Eyni imanda, dindəyəm.

Həm Allahımam, həm özüm,

Həm öz-özümə bəndəyəm…


Özümdən kiçiyəm hələ,

Özümdən üstün özüməm…

Əsl rəqibim də elə,

Əsl dostum da özüməm…


Əlimdə küllü ixtiyar,

Mən öz-özümdə hər şeyəm.

Özüm özümə partiya,

Özüm özümə cəbhəyəm…


Həm özüm özümə dövlət,

Özüm özümə qurğuşam.

Əlimdədir hakimiyyət,

Özüm başında durmuşam…


Hökmdaram o dövlətə,

O alınmaz polad qalam

Kimsə durmaz mənimlə tən,

Bir qeyri şəxsi saymaram…


Onu qurmuşam güc ilə,

Hər şeyin kökü özüməm…

Həm seçənəm, həm seçilən,

Həm vəzir-vəkil özüməm…


O yoğrulub məhəbbətdən,

Özünün himni, gerbi var.

O mərkəzdən, o dövlətdən

Bütün qəlblərə körpü var…


Bəli, onu mən yaratdım,

Ordusu şerdir, sözdür…

O dövlətin yeri, adı,

Ünvanı Cabir Novruzdur…


1991

Deyə bilmərəm…

Məni də belə yaratdın, tanrım,

Dözümlü, kövrək, sakit, sadədil…

Özümdən başqa hamıya yandım,

Yaxşılıq oldu peşəm, adətim…
Bəşər gözümdə bir Allah oldu,

Ona baş əydim gündə min kərə…

Hətta pisə də xeyirxah oldum,

Nəciblik etdim nanəciblərə…


Məni də yaratdın, tanrım,

Həssas, dərd duyan, həlim, abırlı…

Hətta dil tapıb bədlə dolandım,

Hətta düşmənə açdım qapımı…


Od verdin mənə, təb verdin mənə,

Nə qədər nəğmə ötdüm həyatda…

Şair nəfəsli qəlb verdin mənə,

Riyakara da inandım hətta…


Haram yemədim ömrüm boyunca,

Süfrəmdə halal çörəyim oldu…

Yaşlandım, saçım ağardı, ancaq,

Ürəyim uşaq ürəyi oldu…


Məni də belə yaratdın, tanrım,

Heç zaman umu-küsü olmadı.

Sadə yaşadım, sadə dolandım,

Dünya malında gözüm olmadı…


Çoxu pul yığıb çin-çin düzdülər,

Mən dövlət dedim şerlərimə…

Sətir çinlədim sətir üstünə,

Qızıl yerinə, altun yerinə…


Məni də belə yaratdın, tanrım,

Biclik, xəbislik nədir bilmədim…

Kimə əl tutdum, kimə inandım,

Axırda gördüm qədir bilmədi…


Uca zirvədən baxdım aləmə

Çox təmiz olmaq özü ağ imiş.

Faciə imiş adamlıq, demə,

Düz olmaq, demə, pis olmaq imiş…


Məni də yaratdın tanrım,

Belə yaratdın niyə bilmirəm…

Binadan bu cür yoğruldu xəmirim,

Yaxşıdır, pisdir deyə bilmərəm…


1993

İnsanlar, ilanlar
Min illərdir qərar tutub insan, bəşər,

Dünya sonsuz, aləm, qədim…

Min illərdir ilanlar öz qabığını dəyişirlər,

İnsanlar öz sifətini…

Böyüyürük hər gün bunu görə-görə…

Görür Allah, görür fələk…

Təbiətin qanunudur, ilan gərək qabıq verə,

İnsanlığın qanunudur sifətini dəyişməyə

İnsan gərək…

Bu qanuna baxan kimdir,

Bilmək olmur insan kimdir, ilan kimdir…

Elə bil ki, yarışırlar, yürüşürlər,

Saxlayan yox bu yürüşün qabağını…

Min illərdir insanlar öz sifətini dəyişirlər,

İlanlar öz qabığını…

İnsan sanki ilan kimi qabıq verir,

Bəs o buna necə dözür?..

Birisinin bütün cismi qabıq verir,

Birisinin üzü-gözü…

Bu dəyişdə, bu düyüşdə ilan bəzən yalan

Olur…

İnsan elə qabıq verir gürzədən də



Yaman olur…

İnsan çalar, insan insan dirildərdər də,

İlan çaldı, ilan vurdu xilas çətin…

İlanlar öz qabığını dəyişirlər

Min illərdir,

İnsanlar öz sifətini…

Min illərdir çox-çox canlı, çox-çox bəşər,

Qərar tutub göy altında…

Yer üstündə

İlanlar öz qabığını ildə bir yol

Dəyişirlər.

İnsanlar öz sifətlərini dəyişirlər,

Gündə-gündə…

Fərq odur ki, qabığını dəyişəndə

İlan əsl

İlan olur,

Fərq odur ki, sifətini dəyişəndə,

İnsan ölür…


1992

Bəs mən hara gedim, babam…
Qızılgül anam əsl Allah adamı idi. Doxsan dörd yaşında belə məscidə gedər, heç vaxt namazını buraxmazdı. Nəql eləyirdi ki, atası Hüseyn kişi əsrimizin əvvəllərində Kərbəla ziyarətinə gedirmiş. Yola düşən günün sübh çağı yuxudan durub kəndimizin ən görümlü, ən hündür yerində tikilən evimizin qabağına çıxıb üzünü qibləyə döndərib Allaha yalvarmağa başlayıbmış… - Xudaya - deyirmiş – mənim bu səfərimi ən əvvəl uğurlu elə… gedim Kərbəlaya. Şahi – Nəcəf arzuma yetişim… Bir də səndən umacağım odur ki, məni elə oradaca peyğəmbərlərin hüzurunda o dünyaya yolla… Həm behiştlik olum, həm də qayıdıb bu kənddə olan bəzi murdarların bir də sifətlərini görməyim… anam deyirdi ki, allah elə bil kihinin sözünü eşitdi… Həm onun ziyarətini uğurlu elədi, həm düz İmam Hüseynin türbəsi qabağında namaz qılarkən ruhunu canından uçurtdu, kəndimizdə olan bəzi bədniyabətlərlə bir daha üz-üzə gəlmədi… İllər arxasından mən də babamın həmişəyaşar ruhuna üz tutub deyirəm ki, baba, sənin üçün o vaxt pislərin əlindən baş götürüb getməyə Kərbəla, Nəcəf vardı…

Bəs mən hara gedim, babam,

Ulu babam, qədim babam,

Əziz babam, Hüseyn babam,

Pislərdən gen gəzən babam…

Dünyanın ən ağır dərdi,

Hansı dərddir-insan dərdi?..

Gündə rast gəlmək namərdə,

Çətin dərddi, yaman dərddi…

Murdarlar çox dönük olur,

Bəli, dərdin böyük olub…

Böyük olub, ulu babam,

Yaxşıların qulu, babam…

Qəlp götürməyib təbiətin,

Baş əyirəm xislətinə…

Kəndimizdən o vaxt yəqin,

Pislər olub dənə-dənə,

Misqal-misqal, dinar-dinar…

İndi sayı-hesabı yox,

Nə bi r qeydə alanı var,

Nə bir dəftər kitabı yox…

Vicdanları çürük, axsaq,

Nə oyunlar çıxarırlar,

Yamanlardır hara baxsan,

Hey artırlar çoxalırlar…

Veclərinə deyil aləm,

Ev yıxırlar gülə-gülə…

Mən də baxa bilməyirəm

O riyakar sifətlərə…

Dünya mənə necə dardı,

Çağlayır nifrətim, babam…

Sənin gedən yerin vardı,

Bəs mən hara gedim, babam?..

Həyanım ol, yetiş dada,

Məsləhət ver, kömək elə…

Getmək olur Təbrizə ta,

Orda qalmaq olur hələ…

Ora hələ dərdli yerdir,

Özü doğma, sahibi yad…

Millətimin azdır mərdi,

Qorxaqları boldur heyhat…

Hərəsi də öz hayında,

Bunlar yüzmü, minmi babam,

Tək-tük imiş pislər onda,

Sürüdülər indi, babam…

Hamı olub dəllal, kələk,

İnsanlığın ağı çıxıb…

Baş götürüb Füzuli tək,

Mən də yoxsa dağa çıxım…

Sən getdiyin yollar ilə,

Ay babam, mən də getmişəm…

Kərbəlaya iki kərə,

Bir yol Məşhədə getmişəm…

O yerlərdə olmaq, babam,

Ta özü də bir şərt deyil,

Nə Kərbəla, o Kərbəla,

Nə Məşhəd o Məşhəd deyil…

Məkkəni də korlayıblar,

Döndəriblər su yoluna…

Dinsizləri yollayırlar,

Peyğəmbərin hüzuruna…

Mərddə gərək bir üz olsun,

Bütöv babam, mətin babam…

Bir kəs göstər təmiz olsun,

Bir yer göstər gedim, babam…

Ana gərək, bacı gərək,

Dərdlərimə edə çarə…

Yer olmasa qaçım gərək,

Meşələrə, səhralara…

Mürvət yoxdur insanlarda,

Qiyamətdir, nədir, babam?..

Sənin gedən yerin vardı,

Bəs mən hara gedim, babam,

Bəs mən necə edim, babam?..


1993

Atamdır əqidəm- Atamın oğluyam…
Heç zaman ağlıma gəlməzdi, heç zaman,

Əqidə dəyişmək bu qədər asanmış…

Bir anda özünü danarmış insan,

Özünün əliylə özünü asarmış…


Çökərmiş üstünə fəlakət buludu,

Enərmiş zirvədən dərəyə, təpəyə,

Vücudu qaralmış, qup-quru vücudu,

O da ki, dəyməzmiş bir qara qəpiyə…


Yalanmış bu qədər vuruşmaq, döyüşmək,

Bu qədər and-aman eyləmək yalanmış…

Nə qədər asanmış əqidə dəyişmək,

Lap corab dəyişmək qədər asanmış…


Varmıdır de, bundan dəhşətli cinayət,

Ən qatı qatildir, əqidə qatili…

Əxlaqa xəyanət, inama xəyanət,

Ən böyük satqınlıq, ən böyük cahillik…


Nədir ki, bu xalqın görəsən hünahı,

Ki, içi bu qədər manqurtla dolubdur,

Bu necə dövrdür, özün de, ilahi,

Ki, əqidəsizlik əqidə olubdur…


Milləti üzübdür çəkişmək, didişmək,

Bu da qanımızda lap köhnə azarmış…

Nə qədər asanmış əqidə dəyişmək,

Bir qurtum su içmək qədər asanmış…


Hirsimdən sıxıram dişimi dişimə,

Axı, heu yazıblar binayi-qədimdən,

Amalı yolunda can verib kişilər,

Amalı yolunda ölümə gediblər…


Əqidə idarə eləyir cahanı…

O nəhəng ağacdır soy-kbkü dəyişməz…

Babalar deyiblər: həqiqi insanın,

Dünyası dəyişər,məsləki dəyişməz…


Nə qədər çox imiş kölgədə yatanlar,

Əyilməz vicdanlar nə qədər az imiş…

Nə qədər çox imiş məsləksiz nadanlar,

Məsləki olanlar nə qədər az imiş…


Əqidə doğrusa, zaval yox, doğruya,

Mayası poladdır o sınar əyilməz…

Atamdır əqidəm-atamın oğluyam,

Dəyişməz əqidəm, heç zaman dəyişməz…



İşli, işsiz günlərim…
I
İşli günlərimin dostları boldu,

Hətta yadların da yadında idim…

Hərə də özünə bir pay umurdu,

Şöhrətin vəzifə atında idim…


Hamı stolumu gəlib sayardı,

Yaltaqlar gğrürdüm gündə bir qoşun.

Amma ki, özümü qərib sayardım,

İçində bu qədər cəfəngin, boşun…


Telefon gecə də ötərdi dil-dil,

Evdə də, işdə də qapardı məni…

Eləsi vardı ki, öləydim qəfil,

Gəlib qəbirdə də tapardı məni…


Cumardı gündə bir məddah üstümə,

Daim ətəyimdə idi əlləri…

Elə şığıyardı yadlar üstümə,

Deyərdim çoxdakı can-ciyərlərik…


İşli günlərimin zəhimi vardı,

Möhürü, maşını, hökümü, hikkəsi.

Xalqımız rütbəyə əyilən xalqdı,

Hamı vəzifəyə kölə, qul, əsir…


Kənardan baxardım bəzən özümə,

Mən özüm-özümdən şəkə düşərdim.

Hər gün ürəyimə, hər gün sözümə,

İşli günlərimdən ləkə düşərdi…


Nə qədər qohumum varmış sən allah,

Bəlkə pünhan-pünhan nəslimiz artıb?

Gələnlər əlindən qapımı vallah,

Az qala gecə də açıq qoyardım…


II
İşsiz günlərimin dostları tək-tük,

Amma ki, heyrəti, sehiri bol-bol…

İşsiz günlərimin mənası böyük,

Qiyməti, dəyəri,xeyiri bol-bol…


İşsiz günlərimin qohumu az-az,

Sayını barmaqla sanamaq olar…

Gedənim, gələnim, qəyyumum az-az,

İndi doğmaları tanımaq olur…


Yadlar nə gəlirlər, nə də gedirlər,

Ta qalıb gözləri özgələrində.

İşsiz günlərimdə mənimlədilər

İşsiz günlərimdə az gbrünənlər…


Daha qapımızı tez-tez açan yox,

Füzuli demişkən küləkdən özgə…

Salamda vermirlər mənə haçandır,

Bir vaxtlar kandarımı dağıdan kəslər…


İşsiz günlərimin telefonu laldır,

İtib ünvanımız, itib nömrəmiz…

İşsiz günlərimin suyu halaldır,

Çörəyi tər-təmiz, duzu tər-təmiz…


İşsiz günlərimin işdir hər günü,

Açılıb sözlərimin bağlı dilləri…

İşli günlərimin yuyur çirkini,

Gecəli-gündüzlü işsiz günlərim…


İşsiz jünlərimin həmdəmi yanmaq,

Məşələ dönübdür qələm əlimdə…

İşli günlərimə sahibdim, amma,

İşsiz günlərimin qulam əlində…


Onlar qurtardılar ruhumu dardan,

Elə bir açdılar bağlı gözümü…

Özümə baxıram durub kənardan,

Daha tanıyıram özüm-özümü…


Bərk-bərk yapışmışam daha qələmdən,

Gecə də, gündüz də işdədir əlim.

İşsiz günlərimdə işsiz idim mən,

İşli günlərimdir işsiz günlərim…


1993.

Ay qızıim


Sevdiyin aldadıb səni, gözündə yaşdı,

Ay qızım,

Bahar ömründə bu sənin ilk aldanışdı,

Ay qızım…

Sənin kimi zərif kəsin, ürəyi çox tünlük olar,

İlk eşqinin özülləri dönük çıxıb,çürük olub.

Bu aldanış gərək sənə bir dərs ola, bir görk ola,

Bir qəlbdə yazdı, ay qızım,bir qəlbdə qışdı,

Ay qızım,

Həyata gəlməyin özü bir aldanışdı,

Ay qızım…

Tutulma çox, səbr elə, igidlər, ərlər aldanır,

Ağıllı başlar aldanır, böyük hünərlər aldanır,

Amma ki, hamıdan çox yazıq şairlər aldanır.

Bu aldanışların çoxu mənə tanış,

Ay qızım,

Həyata gəlməyin özü bir aldanışdı,

Ay qızım…

Sevən ürəklərin çoxu bir şirin dilə aldanır,

Amma əsl ağıllılarbir yol, bir kərə aldanır.

Yaxşı ğir cürə aldanır, yaman bir cürə aldanır,

Yalan satanların, inan, ürəyi daşdı,

Ay qızım…

Həyata gəlməyin özü bir aldanışdı,

Ay qızım…

Yalançılıq bu dünyanı başdan-başa tutub gedir,

Çoxlarının ürəyində ümid, inam itib gedir,

İnamsızda yer kürəsi gözlərindən batıb gedir,

Bu aldadır, o aldadır, sanki yarışdır,

Ay qızım,

Həyata gəlməyin özü bir aldanışdı,

Ay qızım…

Zaman-zaman çox aldanıb bizim məmləkətin özü,

Bu boyda ölkənin özü, bu boyda millətin özü,

İblis donunda çox gəlib bizə hürriyyətin özü,

Onunçun da sənin yurdun bu günə düşdü,

Ay qızım,

Həyata gəlməyin özü bir aldanışdı,

Ay qızım…

Təbiət yalan bilməyir,heyvanlar yalpn bilməyir,

Allahlar yalan bilməyir, quranlar yalan bilməyir,

Hətta dilləri zəhərli ilanlar yalan bilməyir,

Harda insan, harda bəşər, orda yalan başdı,

Ay qızım,

Həyata gəlməyin özü bir aldanışdı,

Ay qızım…


1996.

Məni tonqalda yandırın…
Nəyimiz var alt-üst oldu,

Bu boyda millət xar oldu.

Bütün yaxşılar pis oldu,

Ümidlər tarı-mar oldu.


Həyat baha, ölüm ucuz,

Qarı düşmən vəhşi, quduz,

Qeyrətimiz, namusumuz,

Tapdandı, payimal oldu…


Bu torpağı addım-addım,

Öz satqınlarımız satdı,

Çoxu da «ağ günə» çatdı,

Sahibi-iqtidar oldu…


Xalqım yurd-yuvasəz qaçaq,

Şuşam yad əllərdə dustaq,

Ondan sonra papaq qoümaq,

Hər bir erkəyə ar olsun…


Qəddim əyri, üzüm qara,

Məmləkətim para-para

Bu davadan bizə qalan,

Min-min nakam məzar olduööö


Əqidədən6 döndü hamı,

Baş girləyir indi hamı,

İçəridən sındı hamı,

Bu ən müşkül azar oldu…


Möhtəkirlər ordu-ordu,

Alverçilər tutub yurdu,

Dükanlardan qala qurduq,

Azəröaycan bazar oldu…


böyükAllah, dahiAllah,

dözmək olmur daha,allah,

şəhid oldu ideallar,

ta dollar ideal oldu…


nə sirdir məni qandırın,

məni tonqalda yandırın,

qoy vətən laləzar olsun…
Qayıtdılar
Çox irəli yüyürdülər,

Yenə ilkə qayıtdılar.

Keçmişləri devirdilər,

Yenə ilkə qayıtdılar…


Çağırdılar hürriyyəti,

Çağırdılar, o gəlmədi,

Yenə dünya düzəlmədi,

Ha milləti oyatdılar…


Dil tökdülər kütlələrə,

Baş tutmadı fitnələri.

Tünük moda mütiləri,

Qalın kürkə qayıtdılar…


Küçələrə töküldülər,

Qabardılar, çəkildilər,

Çox-çox təzə fikirlər,

Köhnə fikrə qayıtdılar…


Bir vaxt qaçan ibadətdən,

Din-imandan şəriətdən,

Məhəmmədi ziyarətdən,

Cərgə-cərgə qayıtdılar…


Şimal ilə dostlaşanlar,

Cənub ilə pisləşənlər,

Zaman-zaman ruslaşanlar,

İndi türkə qayıtdılar…


Dəyişdilər sözlərini,

İtirdilər izlərini,

Ha dandılar özlərini.

Axı kökə qayıtdılar…


1993.

Hansı haqla daşıyırsan bu adı sən…
Dünya bərqərar olandan bəri ulu insan

adına ləkə gətirənlər və kölgə salanlara

sonsuz nifrətlə

İnsan, səndə insanlıqdan nə qaldı ki,

Quru adın, quru canın, quru qafan…

O yerəcən kiçildin ki, alçaldın ki,

Daha sənə şəkk eləyir meymun baban…
Öz əlinlə tikələdin öz-özünü,

Çox-çox ülvü dəyərlərin talan oldu…

Vaxt var idi bəzəyirdin yer üzünü,

Axır o da heçə döndü, yalan oldu…


Laqeyidləşdin ölənlərə, itənlərə,

Fitnələrə, qana,şərə vərdiş etdin…

Nalələrə,fəryadlara, sitəmlərə,

Qara-qara əməllərə vərdiş etdin…


Vəhşiliyə yaxınlaşdın addım-addım,

Qılınc ilə, nizə ilə fəxr elədin…

Say-hesabsız savaşları sən yaratdın,

Neytronlar, hidrogenlər kəşf elədin…


Cani oldun, cəllad oldun, şeytan oldun,

Sən düzəltdin hər cür fitnə-fəsadı, sən…

Heç bilmirəm daha nəyin insan oldu,

Hansı haqla daşıyırsan bu adı sən?...


Bəşəriyyət parçalandı millətlərə,

Sən ayırdın dinə görə, irqə görə…

Parçalandı dövlətlərə, sərhədlərə,

Bax o haqsız,o amansız fərqə görə…


Heç bundan da ağır günah olarmı de,

Çəkişmələr səngiməyir o zamandan.

O zamandan bəşər olub doğma, ögey,

Bir-birinin ətin yeyir o zamandan…


Yer kürəsi cadar-cadar, çilik-çilik,

O zamandan qanlar axır gündə-gündə…

O zamandan başlanıbdır bədbəxtçilik,

Göy üzündə, yer altında, yer üstündə…


Niyə məni insan doğdun, axı, anam,

Bu heyrətli cəhənnəmə qoydum qədəm?...

Daş doğsaydın yaxşı idi vallahı, anam,

Düzü insan olmağıma xəcalətəm…


Dərdlər bitmir ömür sona çatanda da,

O yanda da ağlayırlar hönkür-hönkür,

Demə, ayrı-seçkilik var o yanda da,

Bəlkə bəniadam olub inkir-minkir…


İnsan, səndə insanlıqdan nə qaldı ki?...

Nə ki, yaxşı şeyin vardı itirmisən…

Görə-görə, baxa-baxa bir kor təki,

Nəyin yoxdu, nəyin vardı itirmisən…


Şahlıq quşu, taxtı-tacın itib sənin,

Dağlar boyda güc-qüvvəni itirmisən…

Ən amansız faciəndə odur sənin,

Ki, insanlıq vəzifəni itirmisən…


Hayıf sənə, bir də, bir də hayıf,hayıf,

İtirmisən çox-çox ulu şakərini.

Ya təzədən meymuna dön kökə qayıt,

Ya da ki, bəd əməllərdən çək əlini…


1995.

Cabir, bu da azdı sənə
Niyə doğdu səni ana,

Cabir, bu da azdı sənə…

Nə zövq aldın bu dünyadan

Cabir, bu da azdı sənə…


Yaşamısan göz açandan,

Hər cürə bəd, pis içində,

Qovrulursan öz içində,

Cabir, bu da azdı sənə…


Ərzə qədəm qoyan yerdə,

Bataydı qundağın şərdə.

Hər şey gördün bu əsrdə,

Cabir, bu da azdı sənə…


Nə biclik, nə yalan bildin,

Nə pislik,nə haram bildin.

Sən hamını adam bildin,

Cabir, bu da azdı sənə…


Çox güvəncin sovxa çıxdı,

Cavanlığın dağa çıxdı,

Qara saçın ağa çıxdı,

Cabir, bu da azdı sənə…


Yaxşı oldun yamana da,

Qane oldun yavana da,

Qaç bu zalım zamanadan,

Cabir, bu da azdı sənə…


Ömrün oldu ələk-vələk,

Yollarına yağdı çiçək,

Qamətini əyir fələk,

Cabir, bu da azdı sənə…


Hamı sındı, sən sınmadın,

Durdun, dözdün, sarsılmadın,

Heç nə sənə dərs olmadı,

Cabir, bu da azdı sənə…


Əzablarla yüklənmisən,

Sarı simdə köklənmisən,

Yurdun kimi təklənmisən,

Cabir, bu da azdı sənə…

Şair, bu da azdı sənə…
1995.

Deyəcəyəm-deyəcəksiz


Çox işlərdə yarımçığıq biz hələ ki,

Düşmən qalıb özümüzə toy tuturuq…

Öz misini qızıl sayır özgələri,

Qızılımızı bizsə misə tay tuturuq…


Yad söz çoxdur bu millətin dilində də,

Yad dil ilə dəfn olunur öləndə də,

Yay fəslində quyruq doğan günündə də,

Bəxtimizə görürsən ki, ay tutulur.


Xanəmizin damı uçuq, daşı qırıq,

Tökdüyümüz zir-zibili daşımırıq,

Əlimiz var qoturumuzu daşımırıq,

Özgələrə yalvarırıq:-vay, qoturuq…


Yollarımız kələ-kötür, mərtəbəli,

Günəşimiz doğur, batır ertə belə,

Otururuq sayılmayan yerdə belə,

Başqaları deyir:-məni say, oturum…


Düz əməldən yalanımız daha boldur,

Almayandan alanımız daha boldur.

Boş-boş zurna çalanımız daha boldur,

Quru sözdən xalqımıza pay tuturuq…


Puldur bizi kölə edən, əsir edən,

Bir də bərk-bərk yapışırıq vəzifədən,

Ayılmırıq heç topların səsinə də,

Özümüzçün bala-bala züy tuturuq…


Yekələr var, çatıhmayır palanları,

Qanmayanlar ağıl verir qananlara,

Bu torpağa, bu vətənə yananları,

Hey əzirik, hey qırırıq, hey uduruq…


Xəyanətdə bizi ötən olmayacaq,

Ədavətlə bizə çatan olmayacaq,

Deyəcəyəm bizdən adam olmayacaq,

Deyəcəksiz bu nə sözdü, qoy oturaq…


1993
1   2   3   4   5   6   7   8   9   ...   13


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə