ÖZÜNÜ qoru, xalqim




Yüklə 1.8 Mb.
səhifə4/13
tarix23.02.2016
ölçüsü1.8 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   13

Rədd edirəm mən bu cürə azadlığı…
Azadlıqdan dən vururlar neçə ildir,

Aldadırıq özümüzü, özgələri…

Bu nə cürə suverenlik, müstəqillik,

Əsarətdə boğuluruq, göz görəni…


Təzə millət dəllalları peyda olub,

İp salıblar kütlələrin boğazına…

Güvəncləri mitinq olub, meydan olub,

Güc veriblər səslərinə, ağzına…


Heç belə də müstəqillik olar yəni,

Rədd edirəm mən bu cürə azadlığı…

Su yerinə axıb gedir insan qanı,

Gərək deyil bizə kölə azadlığı…


Gərək deyil, bu millətə gərək deyil,

Qardaşına güllə atmaq azadlığı…

Heç bir kəsə şöhrət deyil, şərəf deyil,

Yurdu satmaq, evi satmaq azadlığı…


Külli-məxluq dönüb aca, yalavaca,

Bu mərəzin dərmanı nə, əlacı nə?..

Milyonları qova-qova, qaça-qaça,

Çeviriblər köçəriyə, qaraçıya…


Sığınıblar dağa-daşa yetim-yetim,

Qan ağlayır torpaq, səma, uzaq, yaxın…

Bir tərəfdən düşmən qırır bu milləti,

Bir tərəfdən əli qanlı azadlığı…


Ana yurdum yola salıb əsrləri,

Heç bir vaxtı bu qədər xar olmayıbdır…

Azərbaycan yarandığı gündən bəri,

Bu cür miskin, bu cür naçar olmayıbdır…


Şərəf gedib, namus gedib, inam gedib,

Ədəb gedib, ədəbsizlik başa çıxıb…

Nəyim var hürriyyətə qurban gedib,

Hürriyyət də yalan olub, boşa çıxıb…


Həsəd ilə baxardılar bir vaxt bizə,

Yoxdu Odlar diyarının bərabəri…

İndi onu aşırdıblar böyrü üstdə,

Qarabağı başdan-başa xərabədir…


Məni belə günə salan istiqlaldır,

Öz-özümə kəfən oldu azadlığım …

Sathasatdır, çaphaçapdır, alhaaldır,

Rədd edirəm belə quldur azadlığı…


Əsarətdə yaşadığım o illərim,

Bu gün səsləyirəm dönə-dönə…

O əvvəlki vətənimi mənə verin,

O əvvəlki millətimi verin mənə…


1990-1993
Dəyərsiz təkcə insandır indi
Qiymət görəndə başım hərlənir,

Qəribə vaxtdır, zamandır indi…

Duz dəyərlənir, mıx dəyərlənir,

Dəyərsiz təkcə insandır indi…


Qanın havayı axır su kimi,

Hər gün üstünə od ələyirlər.

Tutub qurbanlıq bir quzu kimi,

Başını kəsib, güllələyirlər.


Kimsə yanmayır əsla halına;

Məhəl qoyan yox ülviyyətinə.

Yağ, şəkər çıxıb ceyran dalına,

Əti satırlar qan qiymətinə…


Tək başına oğlu düşübdü gözdən,

Yoxsa axır zamandı indi.

Kütlə baş yarır yumurta üstə,

Dəyərsiz təkcə insandır indi…


Əl boyda balıq ömürdən baha,

Dərman yox, xəstə can verir, Allah.

Belə həyata nə deyim daha,

Cəhənnəm ondan yaxşıdır, vallah…


Qulda imkan yox, ağada kərəm…

Hamı da dildə millət bağırır…

Amal, əqidə dönüb nökərə,

İnsan unudub insanlığını…


Hava korlanıb, su zəhərlənib,

Çox evlər, yurdlar virandır indi.

Peyin nədir ki, o dəyərlənib,

Dəyərsiz təkcə insandır indi…


Məhzun gözlərə baxmaq olmayır,

Ehtiyac bizi necə sıxıbdır.

Alışqan nədir, tapmaq olmayır,

Əsgi parçası yoxa çıxıbdır.


Kasıb müəllim sürü hərləyir,

Abırlı olmaq nöqsandır indi…

Mis dəyərlənir, daş dəyərlənir,

Dəyərsiz təkcə insandır indi …

Dollar hakimi-ixtiyar olub,

Canımız onun ta əlindədir.

Güllə qızıla bərabər olub,

Tüfəng zər-ziynət dəyərindədir…


Ümid göydəki bir Allahadır,

O, ən sonuncu gümandır indi.

Kəfən bahadır, qəbir bahadır,

Ən ucuz olan insandır indi…


1993

Görəsən, hara gedirik…
Sular elə bulanıb ki,

Çirkin, təmiz bilinməyir…

Aylar elə dolanır ki,

Gecə-gündüz bilinməyir…


Nə bir pərdə, örtük qalıb,

Nə dərddə bir dərdlik qalıb,

Nə mərddə bir mərdlik qalıb,

Nə oğlan-qız bilinməyir…


Qəlblərdə qübar bitibdir,

Namus, qeyrət, ar itibdir,

Bütün meyarlar itibdir,

Yaxsıyla pis bilinməyir…


Ömrümüz qorxulu, gərgin,

Başlayıb bir hərki-hərki…

Özbaşnalıq, hərc-mərclik,

Əyriylə düz bilinməyir…


Hamı böhtan dağarcığı,

Ləkələnib xalqın çoxu,

Ayıran yox kimdir, axı,

Haqlı-haqsız bilinməyir…


Çəkişmələr yorub bizi,

Öz gülləmiz vurur bizi,

Düşmən çoxmu qırır bizi,

Ya özümüz bilinməyir…


Bütün vicdanlar xəstədir,

Bütün satqınlar səsdədir,

Qardaş qardaşa qəsd edir,

Ögey-əziz bilinməyir…


Millət çox bala itirib,

Şuşa tək qala itirib.

Görəsən, hara gedirik,

Bu yolla biz, bilinməyir?


1993

Qoymayın, amandı gəldi…
Bu nə zaman idi gəldi,

Bu nə əyyam idi gəldi…

Düzlər vuruldu gözündən,

İnsanlar qaçdı özündən.

Dirildi bütün həpəndlər,

Yırtıldı bütün kəfənlər,

Artdı cibinə təpənlər,

Biclik toxumu səpənlər…

Bu nə əyyam idi gəldi,

Bu nə dövran idi gəldi…

Doğma məmləkət bölündü,

Oldu məhəllə-məhəllə…

Cəhənnəm cənnətə döndü,

Cənnətə döndü cəhənnəm…

Ağalar, bəylər dəyişdi,

Köhnə işləkləri dəyişdi,

Xəlbir, ələklər dəyişdi,

Hətta müdriklər dəyişdi…

Qaynadı bütün qazanlar,

Səsləndi köhnə azanlar…

Dirildilər rozaxanlar,

Gəldilər imana, dinə,

Bir vaxt imamı asanlar,

Allaha söz qoşdu dünən,

Lenin vəsf edən ozanlar…

Partiyamızdır yazanlar…

Bu nə əyam idi gəldi,

Bu nə haram idi, gəldi…

Gündüzün günorta vaxtı,

Əyrilər çıxdılar taxta,

Canilər meydan suladı,

Evimizi qan suladı…

Fitnələr mindi atına,

Çıxıb millətin adına,

Yetən and içdi yalandan,

Nəyimiz vardı, talandı…

Yad yurdda meydan suladı,

Qarabağı qan suladı…

Məmləkət məzarla doldu,

Şəhidlər bürüdü yurdu…

Qəbristanlıqlar çoxaldı,

Bir də xanlıqlar çoxaldı…

Orda o xan dedi bizik,

Burda bu xan dedi mənəm…

Başladı bir özümsüzlük,

Başlandı bir mənəm-mənəm,

Neçə xain ad çıxartdı,

Hərəmxanalar çoxaldı,

Elmxanələr azaldı,

Mənəviyyatlar sozaldı…

Analar birdən qocaldı…

Heyf bu millət, heyf,

Bu necə əyyamdı gəldi?

Ulu Sabir yaxşı deyib,

Qoymayın, amandı, gəldi,

Axırazamandı gəldi…


1992

Cılızlar nağılı
Böyümək istədi cılızlar birdən,

İştaha gəldilər ağa olalar…

Gözə görünməyən bir kəslər birdən

Lap böyük Allaha yaxın olalar…


Biri də demədi cılızdı kökü,

Nərdivan tapdılar nataraz, uzun…

Xalqın tez boynunda oturdular ki,

Boyları hamıdan uca görünsün…


Uzun tikdirdilər papağı hətta,

Çatdı geyimləri neçə arşına…

Qalxdılar Məşədibad sayağı hətta

Hamballar belində hasar başına…


Cırtdan babasını unudub artıq,

Koroğlu nəsliyəm deyən tapıldı…

Əlini, başını uzadıb, dartıb

Sapaşki, dikdaban geyən tapıldı…


Zamanın ən qorxunc azarı kimi

Cılızlıq mərəzi tutdu hər yanı.

Cılızlar istədi özləri kimi

Cılızlaşdıralar Azərbaycanı…


Göyün ətəyindən tutdu cılızlar,

Yenə də boyları yerdə süründü.

Nə qədər nəhəngi uddu cılızlar,

Cılızlar yenə də cılız göründü…


Quran götürdülər möminlər təki,

Girdilər şəriət oyunlarına.

Bu xırdacığazlar qanmadılar ki,

Cılızlıq biçilib boyunlarına…


Lap ən zırpıları irəli qaçdı,

Məhəl qoymadılar yenə onlara.

Taxtda oturdular əməlli-başlı,

Görüb saymadılar yenə onları…


Hərənin həyatda olur öz yeri,

Mənim sözlərimi ariflər anlar…

Böyüklük eşqinə tdüşəndən bəri,

Cılızlığı da itirdi onlar…


1995

Əl tutmaq Əlidən qalıb
Ay qapımı döyən yolçu,

Mən də sənin günündəyəm.

Durub boyun əyən yolçu,

Mən də sənin günündəyəm.


Mən də sənin kimi acam,

Amma ki, nədi bilmirəm?

Sən əl açmaq bacarırsan,

Mən onu edə bilmirəm.


Haldan hala salır məni

O bom-boş yalın əllərin.

İlan olub çalır məni,

Mənə uzalı əllərin.


-Boş qaytarma,-deyib Tanrı-

Nagah qapına kim gələ:

Əl tutmaq Əlidən qalıb,

Əl tutmaq üçün cib gərək…


Mən də ta ələ baxıram,

Əməlli-başlı, can bacım…

Yarıb qarnımı baxalar,

Qarnın tək boşdu, can bacım…


Gör, millət nə günə qalıb,

Olubdu qaçqın, dərbədər…

Üzülüb bəstəkar, alim,

Yazarlar hamıdan betər…


Dəllallar qəbirdən qalxıb,

Lotular bazarı tutub…

Lap az qala bütün xalqı,

Yolçuluq azarı tutub…


Nə böyüyə hörmət edən,

Nə kiçiyə baxan yoxdur.

Bir sürü gədə-güdədən,

Daha bizə aman yoxdur…


Yanında fitil balalar,

Qapımı açdın, can bacım…

Mədəmə rentgen salaraq,

Mədən tək boşdu, can bacım…


1994

Ehtiyac
Vətəni qürbətə çevirər,

Sevgini nifrətə çevirər,

Ehtiyac üzündən daima,

Dağılar minlərlə ailə,

Ölkələr sarsıdar-ehtiyac!

Həyatın tərsidir-ehtiyac!


Ananı ayırar baladan,

Ürəyi tən bölər yarıdan,

Qoparıb sinədən aparar,

Ölümün əbədi çəpəri,

Yoxsulun kölgəsi-ehtiyac!

Ev yıxır, yol kəsir-ehtiyac!


Ehtiyac toruna düşəndə,

Satılır gözəllər, qəşənglər.

Aslanı, pələngi sındırır,

Cılızı, nəhəngi sındırır,

Ağ üzü qaraldır-ehtiyac!

Ümidi saraldır-ehtiyac…


Əyir ən əyilməz vicdanı,

Aclıqla sınayır insanı,

Qurd kimi bədəni gəmirir,

Çürüdür poladı, dəmiri,

Cismini əridir-ehtiyac!

Bəşərin şəridir-ehtiyac!


Milyonlar göz dikib çörəyə,

Çörəkdir hər evin dirəyi,

Çörəksiz hamımız dilənçi,

Odur ki, ən əvvəl, birinci,

Çörəyə qənimdir-ehtiyac!

İndiki günümdür-ehtiyac…


Tanıyıb nə vaxtdır qapımı,

Alıbdır əlimdən tabımı,

Çəkibdir qılıncı üstümə,

Durubdur xalqımın qəsdinə,

Əyibdir qəddimi-ehtiyac!

Ermənisifətdir-ehtiyac…


1995

Get, özün ol özün üçün…
Nəvəm oldu, görüşünə aparmağa gül olmadı,

Gül var idi, gül bol idi, pul olmadı…

Sinəmdə sıxıldı ürək,

Bir nisgillə, bir həsrətlə,

Pul yox idi məmləkətdə?

Pul çox idi məmləkətdə,

Torba-torba, ətək-ətək,

O mənə mümkün olmadı…


Xəstələndim, həkim bal məsləhət gördü,

Həkimin də başına söz qəhət oldu?..

Gecə-gündüz o dərmanı mən gözlədim,

Bir anasız cücə kimi dən gözlədim,

Ha bal dedim, bal gəlmədi,

Yenə mənim nisgillərim düzəlmədi,

Neyləyim, cibim deşik idi,

Pulum vardı, bir iyirmibeşlik idi…


Nəinki bal, ona zəhər verməzdilər,

Nə ki salam, o pula əl verməzdilər…

Bal dediyim gün olmadı,

Bir kimsəyə kar etmədi iltimasım, yalvarışım,

Sinəmdə sıxıldı ürək,

Məmləkətdə bal var imiş,

Çələk-çələk, pətək-pətək,

O mənə mümkün olmadı…


Boğaza yığıldım axır,

Dedim, daha mənası yox yaşamağın…

Ha ölümü harayladım, o gəlmədi,

Əzrayıla ha dil tökdüm düzəlmədi…

Dedilər ki, havayıdır ölüm məgər?

Pul lazımdır filan qədər,

Ölənlər də dollar ilə ölür indi,

Hələ, söylə, görüm indi,

Varmı səndə qüsul pulu, yasin pulu,

Molla pulu, qazı pulu…

Fitrə haqqı, zəkat haqqı,

Qırxa kimi xeyrat haqqı,

Birdən-birə neçə milyon

Pul istəyir meyidyuyan…

O üstəlik mükafat da tələb edir,

Ölmək elə səninlədir?!.

Ölmək qabaq pulsuz idi,

Eh, o vaxtlar pul pul idi…

Heç bilirsən tabut qalxıb nə qiymətə?..

Lap əlli gün döy mollanı, pulsuz qalxmaz münacətə…

Eh, o qədər ölən varki, tabut çatmır bu millətə…

Bir də ölmək yarış olub, bilsən nə boydadır növbə?..

Köhnə qəbirstanlıqda açaq gərək təzə şöbə…

Ucuz bilmə ölümü sən,

Birdə bütün bu xərcləri ölməmişdən verməlisən…

Yox, sayma asan ölməyi,

Nə qədər ki, gec deyildir tövbə elə sən ölməyi…

Molla etiraz elədi, axund etiraz elədi,

Hətta mənə İnkir-Minkir naz elədi…

Dedilər ki, pulsuz ölüm sərfa deyil bizim üçün,

Bacarırsan get özün öl özün üçün…

Boğdu məni qüssə-qəhər,

Gör nə cürə zəmanədir, ölüm olub gülməşəkər?..

Bir arzum da çin olmadı,

Ölmək də mümkün olmadı…
1995

Bu dərdi dağlar götürər
Bu dərdi dağlar götürər, gedək dağlara,

Bu ahı dağlar itirər, gedək dağlara…


Mən özümə dərd etmədim hər yetən dərdi

Bu nə canın ağrısıdır, nə bədən dərdi,

Mənim dərdim el dərdidir, yurd, Vətən dərdi.

Varlığımda bir yanıqlı həsrət ağlayır,

Bu dərdi dağlar götürər, gedək dağlara…
Ta binayi qədim gündən işim zülümdür,

Bir zamanlar Dərbənd getdi, Təbriz bölündü,

Qarabağım qoyulubdur hərraca indi,

Yad tapdayır o yurdları, o ocaqları,

Bu dərdi dağlar götürər, gedək dağlara…
Mən o İsa bulağının qədim səsiyəm,

O yerlərdən əl götürsəm, əlim kəsilər,

Mənə bütün əcdadlarım qənim kəsilər,

Bu dərddən hər gün sinəmdə dərd pardaqlayır,

Bu dərdi dağlar götürər, gedək dağlara…
Şuşa qeyrət papağıdır bizim millətin,

Şuşasızlıq düz üç ildir üzür milləti,

Bu üç ildə qocalıbdır yüz il millətim,

Şuşa adı dilimizdən qaysaq bağlayır,

Bu dərdi dağlar götürər, gedək dağlara…
1995

Kaş millətdə ruh yaşasın…
Millət əzər, əzilər də,

Kaş millətdə ruh yaşasın.

Əyri qəddi düzələr də,

Kaş millətdə ruh yaşasın…


Zaman-zaman, nəsil-nəsil,

Babəklərin gəlir səsi.

Nəsimilərin tükənməsin,

Kaş millətdə ruh yaşasın…


Sabirlərə xəbər olsun,

Qız-gəlinlər Həcər olsun.

Kişilərdə təpər olsun,

Kaş millətdə ruh yaşasın…


Qeyrət ruhun gücündədir,

Qüdrət ruhun gücündədir.

Millət ruhun gücündədir,

Kaş millətdə ruh yaşasın…


Düşməni qul etmək olar,

Min əsr yol getmək olar.

Dünyanı titrətmək olar,

Kaş millətdə ruh yaşasın…



Atamdır əqidəm
Çətindir, asandır…
Nə bir ürək işlədərək, nə beyin,

Laqeyid-laqeyid yaşamağa nə var ki?!

Boş qafanı, boş kəlləni siz deyin,

Çiyin üstə daşımağa nə var ki?!


Həssas olub ömr eləmək çətindir,

Dayaz yerə baş vurmağa nə var ki,

Qəvvas olub ömr eləmək çətindir.

Yeyib yağlı vozbaşını, aşını

Keyf üstündə mızıldamaq asandır.
Gecə-gündüz üerə soxub başını,

Qoyun kimi fısıldamaq asandır.

Tamam atıb vicdanının daşını

Gəzmək, içmək, nəşə, dadmaq asandıq.

Layla ilə uyumağa nə var ki,

Süngü altda gecələmək çətindiq.


Yad ürəyə burulmağa nə var ki,

Öz qəlbinə güc eləmək çətindir.

Mən-mən deyib bağırmağa n6ə var ki,

Əsl məni biz eləmək çətindir.

Oğulunu, gəlinini, qızını,geüindirmək son dəb ilə asandır.

Ömrü boyu, elə ömrü uzunu.


Sürünmək bu mətləb ilə vsvndır,

Çalıö köhnə zurnasını, sazını,

Pul qazanmaq bir dəf ilə asandır.

Xanım ilə dolanmağa nə var ki,

El-obaya dayaq olmaq çətindir.

Hər gün səhər oyan6mağa nə var ki,

Əqidəcə oyaq olmaq çətindir.

Köpək kimi yalmanmağa nə var ki,

Pələnglərin tayı olmaq çətindir.

Vətən deyib, millət deyib hər günü,

Baş aldatmaq, göz külləmək asandır.
Qəbul edib hər ğühiti, iqlimi,

Bir təhərlə baş girləmək asandır.

Özgələrin kəlamını, fikrini

Yeyib, söküb məngirləmək asandır.


«Can, ay qardaş!» çagırmağa nə var ki,

bax, o canın özü olmaq çətindir.

Kişilikdən dəm vurmağa nə var ki,

Çətin gündə kişi olmaq çətindir,

Böyük yerdə oturmağa nə var ki,

Laz0ım gəlsə kiçik olmaq çətindir.

Yalan ilə ömr etməyə nə var ki,

Həqiqətlə ömr eləmək çətindir.

Namərdləri öyrətməyə nə var ki,

İgidləri öyrət görək, çətindir.

Uşaq boğub törətməyə nə var ki,

Əsl övlvad yetişdirmək çətindir.

Bir formada, bir ölçüdə, biçimdə,

Qənfet kimi fikir yemək asandır.


Asta gəzib dırnabının ucunda,

Böyüyünə «bəli» demək asandır.

Nəvazişli yaltaqlığın içində,

Xumarlanmaq, mürgüləmək asandır.

Ayı-günü ötürməyə nə var ki,

Vaxt üstündə hökmranlıq çətindir.

Şair adı götürməyə nə var ki,

El qəlbinə tərcümanlıq çətindir.

Doğulmağa, ya ölməyə nə var ki,

İnsan kimi qəhrəmanlıq çətindir.


1978.

Gözləmə
Dünya bir sınaqdır hər addım başı,

Havayı fallardan ümid gözləmə.

Ürəyi korlardan, qəlbi karlrdan,

Məsləki hallardan ymid gözləmə.

Ata hesabına, dayı gücünə

Mənsəb alanlardan ymid gözləmə…

Myasir bəylərdən,bəyzadələrdən,

Təzə marallardan ümid gözləmə…

Çörəyi dizinin üstündə olan,

Vicdanı çallardan ümid gözləmə.

Dünyanı bir kağız diploma satan,

Savadlı mallardan ümid gözləmə.

Özünün öz şəxsi səadətini

Rüşvət alanlardan ümid gözləmə.

Neçə mərtəbəli tərifçilərdən

Zurna-qavallardan ymid gözləmə.

Hər gündə bir cildə, bir rəngə girən,

Buqələmulardan ümid gözləmə.

Ancaq xeyri üçün çalışanlardan

Belə fəallardan ümid gözləmə.

Həyat bir gözləmə zalı deyildir,

Gözləmə zallarda ümid gözləmə.

Ey ürək,

Özünə arxalan, güvən,

Boş-boş xəyallardan ümid gözləmə.

Aldadır
Elə zamanadır indi,

Bəndə xudanı aldadır.

Bilmək olmur ki, kim kimdir,

Oğul atanı aldadır.


Bütün ümidlər hasarda,

Bütün vicdanlar məzarda,

Ölkə aldatma bazardı,

Çatan çatanı aldadır…


Nə təhər yaşasın adam,

O möhtəkir, bu şər atan,

Görürsən ki, bu şarlatan,

O şarlatanı aldadır…


Sızlayır yaram içimdə,

Torpağım talan içində,

Batırıq yalan içində,

Yalan yalanı aldadır…


Dəli başlara keyf gəlib,

Sözləri gündə çəp gəlir,

Diri ölüyə kəf gəlir,

Oyaq yatanı aldadır…


Məmləkət gözündən batıb,

Hamı harama əl qatıb,

Sevən sevənə şər atır,

Kişi qadını aldadır…


Nə abır, nə də həya,

Satqınlar qalxıb səhnəyə,

Onlar xalqım deyə-deyə,

Xalqı, vətəni aldadır.


1993.
Oğullar yaxşı oğuldu…
Oğullar yaxşı oğuldu,

Pis zamanaya düşdülər.

Hamısı təmiz doğuldu,

Biclər araya düşdülər…


Bəxt onlara düşmən oldu,

Ümidləri həşəm oldu,

Zərləri sürüşkən oldu,

Əyri xanəyə düşdülər…


Yağı yolu kəsdi yenə,

Ellər qanda üzlü yenə,

Kasıblar uduzdu yenə,

Min bir bəlaya düşdülər…


Çox köpüklər üzə çıxdı,

Çox məsləklər toza çıxdı,

Əyrilər təmizə çıxdı,

Düzlər kələyə düşdülər…


Yuxarılar didişdilər,

El malına girişdilər,

Dar məqamda sürüşdülər,

Gedib haraya düşdülər?!


1993.
İnam öldü, insan öldü
İnam öldü, insan öldü,

Dönüb oldu bir yığın ət,

Cismi qaldı, ya qalmadı,

Zərrə xeyri yoxdu fəqət…

İnam öldü, insan öldü

Daha dərman-dəvası yox…

Ondan sonra yaşamağın

Mənası yox…

Ondan sonra ta əzrayıl

Nə karədir,

İnamsızlıq dövrümüzün

Ən qorxulu azarıdır.

İnsanlardan öncə indi

İnamları öldürürlər,

İnamları öldürməklə

İnsanları öldürürlər…

Yamanları əfv edirlər,

Yaxşıları məhv edirlər…

Bütün ölən inamların

Taleyinə ağlayıram,

Bütün şəhid inamların

Matəmini saxlayıram,

Gündə yüz yol qollarıma

Qara lentlər bağlayıram…

Dayanıram sanki fəxri

Qarovulda…

İnam, inam, qoyma məni,

Yarı yolda…

İnamsızlıq sökür bizi

Neçə ildir,

İnam öldü, insan öldü,

İnsan öldü

İnam öldü…

Suallar… Suallar
Hansı havadan udasan?

Hansı ətəkdən tutasan?...

Hansı pulla dolanasan,

Hansı haqqa inanasan?...

Hansı dərdə tablaşasan,

Hansı yasa toplaşasan?..

Düz deyəsən hansı sözə,

Dik baxasan hansı gözə?..

Hansı qapını döyəsən,

Hansı dosta dost deyəsən?..

Hansı havanı çalasan,

Necə öləsən, qalasan,

Hansı tamahı kəsəsən,

Hansı ilanı əzəsən?..

Hansı düşməni yıxasan,

Hansı dağlara çıxasan.

Ora dərd çıxa bilməsin,

Bir namərd çıxa bilməsin?..

Hansı gününə güləsən,

Necə yaşayıb öləsən?..

Cavab çətin, sual asan,

Hansı xalqa tapınasan?..

Sənə qatil kəsilməsin?

Hansı şəxsə, hansı kəsə,

İnsan deyib çağırasan?...

Cavab çətin, sual asan?...

Deyin xoşbəxt sayaq kimi,

Varlınımı, zənginimi?

Zalımımı, fağırımı?!

Dünya qorxunc nağıl imiş,

Sual imiş başdan-başa,

Basın bu dünyanı daşa,

Başdan-başa o bir oyun,

Özülünə bomba qoyun,

Boğun onu bələyində

Bəlkə onda əl götürdü

Fitnəsindən, kələyindən…

Bəs, o sən deyildin
Bu gün bir ayrı cür hava çalırsan,

Bəs, o sən deyildin, o sən deyildin?

Dünən özgə ruhda nəfəs alırdın,

Bəs, o sən deyildin,o sən deyildin?


Nə yerə sığırdın,nə də ki, göyə,

Bəs, o sən deyildin, o sən deyildin?

Döyürdün döşünə azadıq deyə,

-Əhsən, bu dövrana, əhsən-deyirdin…


bəs, o sən deyildin, o sən deyildin,

əlində olmuşdu sözlər oyuncaq?

Dünən btr böyüyə ləbbey deyirdin,

Bu gün başqasına deyirsən ancaq…


Nəzərə gələrsən özünü gözlə,

O zaman başqaydı, bu zaman başqa…

O vaxt da üzdəydin, indi də üzdə,

Dünəndə başdaydın, bu gün də başda…


Bu gün ayrı cürə hava çalırsan,

Nə qədər sözünə toy tutacaqsan?..

Sabah bir balaca dəyişsə dövran

Onda bir ayrı cür züy tutacaqsan…


1992.

Bir məndən başqa
Guya dəyişir aləm deyirlər,

Təzə dövr gəlir qanla-qadayla…

Bizə «Azadlıq» bəxş eləyirlər,

Elin adıyla, xalqın adıyla…

Adam adamın didir ətini,

Nə var ki, dərddən-ələmdən başqa?!

Hamı dəyişir öz sifətini

Hamı dəyişir, bir məndən başqa…


Dəyişər quruluş, dəyişər ölkə,

İnsan dəyişməz bu sürət ilə,

Həyatdan geri qalmışam bəlkə,

Mən bu dəyişməz təbiətimlə…

Həmin adamam, həminəm həmin,

İllər keçsə də ömürdən, yaşdan,

Hamı dəyişir, dəyişir hamı,

Hamı dəyişir bir məndən başqa…


Zəmanə yırtdı bütün üzləri,

Nə qədər məxluq sifətsiz qaldı…

Vətən tutmadı vətənsizləri,

Vətənlilərin səfi sozaldı…

Mənim ki, yoxdur ayrı inamım,

Bu ulu yurddan, vətəndən başqa,

Hamı dəyişir, dəyişir hamı,

Hamı dəyişir, bir məndən başqa…


Gördüyüm xəyal, yuxudur, Allah,

Dünənki şair tacirdir bu gün.

Tanımaq olmur çoxunu, vallah,

Nə qədər lotu hacıdır bu gün…

Alış-verişdir kütlənin işi,

Amalları yox gödəndən başqa…

Dəyişir hamı, hamı dəyişir,

Hamı dəyişir bir məndən başqa…


Möhtəkirlərin bəxti gətirir,

Yeyib dağıdıb, çapıb, çalırlar…

Çoxları danır millətini

İndi bir ayrı hava çalırlar…

Ayrı bəy, ağa, cəllad, mürdəşir,

İndi əyləşir yuxarı başda…

Dəyişir hamı, hamı dəyişir,

Hamı dəyişir, bir məndən başqa…


Dəyişib gözlər, dəyişib sözlər,

Çoxu özündən ayrılıb bu gün…

Əyriləşdilər dünənki düzlər,

Düzlükdən deyir əyrilər bu gün…

Bu dəyiş-düyüş, oyun.ö məsxərə,

Həyat oyundu binadan, başdan…

Çoxu dəyişib dönəcək hələ,

Çoxu dönəcək bir məndən başqa…

Yaxşı olmağın özü demə günahmış
Mənə günah tutdular insanlığımı,

Dedilər çox həlimsən, çox humanistsən…

«Üzümə oxudular nöqsanlarımı»

Məndə cavab verdim ki;-razıyam sizdən…


Doğru söz deyirsiniz, alqış doğruya,

Sizə təşəkkür edim necə bilmirəm…

Ya yaxşı, ya yamanmı, neyləyim, buyam,

Əsla təbiətimdən qaça bmlmirəm…


Sözüm qəribə gəldi nəsə onlara,

Mən öz nəcibliyimingülüncü oldum…

Dedilər:rütbə hara, nəciblik hara,

Gərək rütbə oldun qılıncın olsun…


Gərək əzazil ola başçı olan kəs,

İndi bir ayrı vaxtdır, bir ayrı gündür.

Don-Kixotluq bir qara qəriyə dəyməz,

Xeyirxahlar balta ilə baş kəsir indi…


Vəzifə tuta bilməz mülayim insan,

Sən insansan, amma ki, rəhbər deyilsən…

Sən bəzi pisləri də bağışlayırsan,

Heç kəsə güldən ağır əöz deməyirsən…


Niyə işdən qovmursan bu tənbəlləri,

Əlində nə qədər fakt, nə qədər əsas…

Sən bizim kollektivə gələndən bəri,

Hələ bircə nəfərdə almayıb cəza…


Biri kinayə ilə acıdı mənə,

Dedi-sənə yazığım gəlir vallahı…

Bir iblis də dişini qıcadı mənə;

Bağışla, bu humanizim olmadı daha…


-Xasiyyətim belədir, neyləyim-dedim,

Bu da yəqin xudadan mənim cəzamdır…

Özgəyə pislik etmək mənə çox çətin,

Özümə pislik etmək min yol asandır…

Mənə günah tutdular insanlığımı,

Dedilər çox nəcib, çox humanistsən…

Üzümə oxudular nöqsanlarımı,

Mən də cavab verdim ki;-razıyam sizdən…


Neyləyim, anam belə büküb əskimi,

Pislikdə, murdarlıqda yoxdu səriştəm…

…Bütün nanəciblərə etiraz kimi,

axır ərizə verib çıxdım o işdən…


1993.
1   2   3   4   5   6   7   8   9   ...   13


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə