ÖZÜNÜ qoru, xalqim




Yüklə 1.8 Mb.
səhifə2/13
tarix23.02.2016
ölçüsü1.8 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   13

Haray, məmləkətim
Nə toya,nə yasa gedə bilirəm,

Axı,necə gedim,yas içinjəyəm…

Çoxları inciyirmənjən bilirəm

Axı,necə edim-yas içindəyəm…


Meydan yarışında yordular məni,

Milli məclislərdə qırdılar məni,

Öz satqınlarımız vurdular məni,

Əyildi qamətim-yas içindəyəm…


Bu ana torpağın yarı tapdanıb,

Ayaqlar altında qalır, tapdanır,

Analar namusu, arı tapdanır,

Tapdanır qeyrətim-yas içindəyəm…


Nə vaxt ki,qəhrəman Şuşa satıldı,

Laçının torpağı, daşı satıldı,

Füzuli, Cəbrayıl qoşa satıldı,

Xar oldu millətim-yas içindəyəm…


Bütün hədəflərə nişan olmuşam,

Bütün qradlara nişan olmuşam,

Bütün şəhidlərlə bir vurulmuşam,

Sınıb qol-qanadım-yas içindəyəm…


Çoxdan tükənmişəm, bir görənimyox,

Məni son mənzilə ötürənim yox,

Ölmüşəm heç yerdən götürənim yox,

Kəsilib taqətim-yas içindəyəm…


Ta eli-obası talan şairəm,

Evinə vəhşilər dolan şairəm,

Ulu Qarabağsız yalan şairəm,

Haray, məmləkəeim-yas içindəyəm…


1994

Alım Qadanı
Yırtıldı bütüt pərdələr,

Hamının üzü açıldı…

Göründü mərdlər,namərdlər,

Qəlblərin pası açıldı.


Bir sürü satqın, avara,

Torpağı qoydu qumara,

Qaldıq naəlac, biçarə,

Bünövrə, özül uçuldu…


Hardadır ərlər-ərənlər,

Namusumuz yad əlində,

Şuşanın adı gələndə,

Yaramın közü açıldı…


Evimə cəlladlar doldu,

Külüm göylərə sovruldu,

Tikanın pisi açıldı…
Millətim, alım qadanı,

Yetər dost-düşməni tanı,

Nəhayət töküldü qanın,

Nəhayət gözün açıldı…


1994

Bir Nisgilli Elim Qalır
Ömrün günün cəfasından,

Odum keçib,külüm qalıb…

Ləzzətindən, səfasından,

Mənə ancaq zülm qalıb…

Zəmanənin əskiyiyəm,

İtib-batan səs kimiyəm,

Boşalmış qəfəs kimiyəm,

Tək zahirəm, çölüm qalıb…


Yığılıb, yoldadır köçüm,

Sızlayıram için-için,

Tükənib qüvvətim, gücüm,

Ruhum uçub,dilim qalıb…


Fələk hey başımdan dönür,

Ümidlərim düyün-düyün.

Hər şey gördüm,görmədiyim,

Bircə elə ölüm qalıb…


Dolaşır arxamca əsəl,

Səhər, axşam, gündüz,gecə.

Dünyadan bəs gedim necə,

Bir nisgilli elim qalır.


1993.

Ağılar…
Nə evdə dözürəm yalqız,

Nə çölə çıxa bilirəm…

Nə də xəcalətdən xalqın,

Üzünə baxa bilirəm…


Başım köksümdə gəzirəm,

Özüm özümü danıram.

Nə düşmən qırıb əzirəm,

Nə şəhid olub yanıram…


Əlim kəsir öz əlimi,

Gör nə nankoram, düşüyəm…

Say-hesabsız qız-gəlini,

Yad əldə qalan kişiyəm…


Sökürlər harınlar məni,

Bütün aləm baxa-baxa…

Güclə aparırlar məni,

Öz özümü qorumağa…


Ocağı keçən kösövəm,

Cəsədi yanan bədənəm…

Nə millət kimi bütövəm,

Nə vətən kimi vətənəm…


Ayırın, ətdən ətimi,

Bəlkə bu yurda yarıyam…

Xalqın bu fəlakətinin,

Məndə bir günahkarıyam…


Tez silah verin? Götürün,

Yatan baxtım oyan görək…

Bu qeyrətsizlik kirini,

Qanım ilə yuyam gərək…


1993.

Nədir Bu Millətin Günahı, Allah…
Göyləri odlayır analar ahı…

Allahda götürməz bu ahı, Allah…

Nə pis işimiz var dərgahında ki,

Nədir bu millətin günahı, Allah?


Kimin toyuğuna daş atıb görən,

Kimin arzusunun əksinə gedib?

Nə yaxşılıq edib özgələrinə,

Nə yamanlıq edib özünə edib…


Heç vaxt yumayeb o qanı qanla,

Hətta bağışdayıb düşməni, yadı…

O hətta dil tapıb qonşu ilanla,

Qonşu canavarla yan-yana yatıb…


Nə qədər zərbələr dəyib bu xalqa,

Daim göylərini tutub duman, çən…

Ona, gör, nə cüzi dost,kömək,arxa,

Ona,gör,nə qədər düşmən vermisən…


Sən, axı,ədalət rəmzisən ulu,

Niyə dinməmisən,ey pərvərdigar?

Gözün baxa-baxa qırıblar onu,

Gözün baxa-baxa parçalayıblar…


Elə laqeyid-laquyid durub baxmısan,

Bütün dərdlərinə, bəlalarına…

Niyə tökməmisən göydən od, boran,

Əmr verməmisən dolularına?!


Cəzə verməmisən günahkarlara,-

Onların yurdunu kor qoymamısan?!

O qan içənləri çəkdirib dara,

Ya da diri-diri soydurmamısan?!.


Hər şeyi görənsən sən,axı,allah,

Göstər gz gücünü,ədalətini…

Nədir bu millətin günahı allah,

Onun insanlığı qəbahətimi?


Sən gzün bu cürə yaratdın onu,

Sadədil,xeyirxah,nəcib,mülayim…

Kim dəyişə bilər xasiyyətini,

Bircə səndən özgə, səndən savayı…


Ona nə vermisən özün vermisən,

Bir yandan alınmaz dağlar,qalalar,

Bir yandan sən ona dözüm vermisən,

Bir yandan dözülməz dərdlər,bəlalar…


Sən həm Nizamilər vermisən ona,

Peyğəmbər əvəzi,Allah əvəzi…

Həmdə ki, canilər vermisən ona,

Doğma millətinin başını kəsib…


Sən qoç Koroğlular vermisən ona,

Babəklər,Nəbilər-neçə igid ər.

Bir yandan oğrular vermisən ona,

Satqınlar mermisən düşməndən betər…


Qanına ğəlkə də yad qan qatılıb,

Bəlkə kimin isə kələyi varmış…

Bu doğma analı,doğma atalı,

Millətin nə qədər ögeyi varmış…


Sənsən xəlq eləyən bu göyü,yeri,

Bəşəri sən doğub, əkmisən, Allah…

Yoxsa içimizə şərəfsizləri,

Göydən paraşütlə tökmüsən, allah…


Sənin ki,ürəüin,axı,dar deyil,

Barı dar məqamda dadımıza çat…

Düşmən gülləsindən ölmək ar deyil,

Ən çox gülləmizdən ölürük heyhat…


Ta,sənə qalıbdır son ümid, güman,

Ödürük,batırıq,yanırıq,allah…

Bizə bu gündə də arxa durmasan,

Daha allahı da danarıq, allah…



Azərbaycan Dərdi
Bu gün bircə dərdimiz var-Vətən dərdi…

Hamımızı oda yaxar-Vətən dərdi…

Dava gedir torpağımda,

Şəhid olur yurdumuzun yüz-yüz mərdi,

Vətən dərdi qabağında

Əfsanədi çörək dərdi,yemək dərdi,gödən dərdi…

Bu gün bircə dərdimiz var- Vətən dərdi…

Qarı düşmən dizimizi qatlayıbdır,

Bütün namus-arımızı tapdayıbdır,

Yurdumuzun yarısını bərbad edib,

Əsir qalmış el-obalar fəryad edir…

Anaların ahı tutub yeri-göyü,

Dərd adamı birləşdirir amma niyə,

Niyə bizi ayrı salıb Vətən vərdi?...

Vətən dərdi olan vaxtı

Parçalanmaq çətin dərddi…

Özümüzdən özgə bizə kömək yoxdur…

Birləşməsək,millətimiz demək yoxdur…

Demək,onda tayfalarıq,dəstələrik,

Bununçun yağı bizi üstələyir,

Belimizi qırıb,əyib

Dərd adamı birləşdirir, amma niyə

Vəlimiz bir yanqa çəkir,

Əlimiz bir yana çəkir,

Başımız bir yana çəkir,

Əlimiz bir yana çəkir,

Dirimiz bir yana çəkir,

Ölümüz bir yana çəkir…

Yurdumuzda dava gedir,

Məmləkətin çevrilibdir altı üstə,

Bu ki, milli faciədir,

Bizsə dava-dalaşdayıq rütbə üstə,

Stol üstə, altun üstə…

Ən müqəddəs yerlərimiz

Çıxıb bu gün əlimizdən,

Bizsə dava-dalaşdayıq

Cılız yerlibazlıq üstə…

Qurumlar var,dəstələr var neçə adda,

Hərənin də öz cəbhəsi,əsl cəbhə çıxıb yaddan…

Allah, özün xilas elə, millətimi

Belə şərdən….

Kim olsaydı, vallah, çoxdan birləhərdi…

Birləşdi qanlı – bıçaq olanlar da,

Lap ağlarda, qaralar da birləşərdi,

Birləşməyən yaralarda birdəşərdi…

Ola bilməz ana yurdum yad əllərdə

Zindan,qəfəs…

Vətən dərdi qabağında qalan dərdlər,

Cəfəng,əbəs…

Vətən dərdi-yaman dərddir,

Vətən dərdi qabağında qalan dərdlər

Yalan dərddir…

Vətən dərdi qabağında nə ev dərdi,

Nə mal dərdi,

Nə can dərdi…

Bu gün bircə dərdimiz var-

O da AZƏRBAYCAN

DƏRDİ…


Yarış Var Ha, Yarış Var…
Çimir məmləkətimiz,

Bir amansız yarışda…

Yarışdır gecə-gündüz

Xalq adından danışmaq…

Qalxıb bütün pərdələr,

Ayılıbdır yatanlar…

Ən birinci yerdədir,

Vicdan, məslək satanlar…

Şuşa, bizi bağışla,

Qiymətin nə ucuzmuş…

Səni qanlı yarışda,

Necə asan uduzduq…

Nə bir güllə atıldı,

Getdin dava-şavasız…

Beş qəpiyə satıldı,

Qəhrəmanlar yuvası…

Laçın, Ağdam düşmənə,

Bağışlandı heç nədən…

Gəlginən ay müştəri,

Vətən satmaq müftədir…

Tez gəl, o da tükənir,

Ta onda can qalmayıb…

O əvvəlki Vətənim

Azərbaycan qalmayıb…

Hamı yeyib sökəndi,

Hamı dəllal, müştəri…

Zirzəmilər dükandır,

Gəlginən, ay müştəri…

Qeyrət satır oğullar,

Yolda, küçədə , tində…

At oynadır yağılar

Evimizin içində…

Meydanlar da bu nəhəng

Yarışın baş meydanı…

Orda gedir böyük cəng,

Orda dəllal mədəni…

Hamı döyür döşünə,

Hamı mələk donunda…

Can qoyurlar «kişilər»,

Mənsəb, şöhrət yolunda…

Millət deyib özünə

Xidmət edir vəkillər…

Millət qulluq, vəzifə…

Millət dərdi çəkənlər.

Tapmayır paltar, çörək,

Yurdunda əsir, yesir…

Millət yolunda ölmək,

Kasıbın vəzifəsi…

Millətin əri, mərdi,

Torpaqlara qarışıb,

Şəhidlər gündə artır,

Qəbiristanlar yarışır…

Evimizə girdilər,

Top-tüfəngsiz, a kişi,

Başlandı öz yurdunu,

Qoyub qaçmaq yürüşü…

Qızını, arvadını,

Yada qoydu kişilər…

Namusunu, adını,

Karta qoydu kişilər…

Namərd durub acığa,

Namərd ilə yarışır…

Faciəylə faciə,

Dərd dərd ilə yarışır…

Yarışır anaların,

Naləsi gecə-gündüz.

Ağlamaqdır onların,

Çarəsi gecə-gündüz.

Bir də Məkkə yarışı,

Dəbə düşübdür yaman,

Dinli-dinsiz danışır

Peyğəmbərdən, Qurandan.

Ölüm-ölüm sözüdür,

Sualların ən başı.

Sualların özü də,

Bir-biriylə yarışır.

Doğacaq üzümüzə,

Günəş haçan görəsən?!

Allah, sabah bizimlə,

Nə olacaq, görəsən?

İanə gəlir bizə,

Dünyanın çox yerindən,

Millətin fikri, gözü,

Onun-bunun əlində…

Təyyarələr, maşınlar,

Ərzaq, dərman gətirir.

Əl açmaq yarışında,

Ön sırada gedirik…

Dağda, daşda qalanlar

Məhv olacaq, qoymayın?

Yaşayırlar ilanla,

Əqrəb ilə qol-boyun.

Azar-bezar qudurub,

Xilas yalnız ölümdə.

Kim tez getsə qurtulur

İşgəncədən, zülümdən.

Yayda su, qışda şaxta,

Çivin, milçək, qarışqa…

Nəinki yaşamaqda,

Ölməkdə də yarış var…

Həyat qalıb kölgədə,

Yaxşı, yaman bilinmir…

Yarış gedir ölkədə,

Hələ sonu görünmür…


1993

Qorudun, sənindir
Vətəni qorudun, sənindir,

Qorumadın,özgənindir…

Qorumadın,yağınındır,

Qorumadın, axırındır…


Vətəni qorudun,sənindir,

O bayraq tutan əlindir,

O qılınc tutan qolundur,

Ömrün,əqidən yolundur…


Vətəni qorudun, sənindir,

Yoxsa gədə-güdənindir,

Yoxsa başsız sürünündür,

Bir ovuc sağ ölünündür…

Vətəni qorudun,sənindir,

Allahın,peyğəmbərindir,

Anan,arvadın,balandır,

O indi talan-talandır…


Vətəni qorudun,sənindir,

O tay-bu tay ünüdür,

İki ağlayan gözündür,

Dərbəndindir,Təbrizindir…


Vətəni qorudun,sənindir,

O sənin ölün-dirindir,

Qorumadın,yada ovdur,

Yarısı indi girovdur…


Vətəni qorudun,sənindir,

Qorumadın,kəfənindir,

Qorumadın,qubarındır,

Murdarlaşmış məzarındır…


1995.
Arasında
Ta nə ömrün ləzzəti, nə ölümün xofu var,

Ta nə səbrin taqəti, nə ürəyin tabı var,

Çırpınırıq bu iki bəlanın arasında,

Fərq qalmayıb gedənlə qalanın arasında…

Gündüzlər çıraq götür hər yanı ara, axtar,

Bir-birindən seçilmiş daha ölülər, sağlar…

Biri elə ölüdür, biri belə ölüdür,

Canı oldu-olmadı, ölü elə ölüdür.

Birisi ön cəbhədə qeyrət uğrunda ölür,

Biri arxa cəbhədə rüşvət uğrunda ölür…

Birisinin ölümü satqınlıqdan başlanır,

Birinə laqeydliyin gülləri tuşlanır…

Bu rayonlu ölüsü, o şəhərli ölüsü,

Biri rütbə ölüsü, biri yerli ölüsü…

Şuşa sarın əlində, Laçın sarın əlində,

Qarabağ gəlinləri yağıların əlində,

Bizim xanəndələrin toy-mağarda çoxusu,

Sövq ilə «Qarabağın mahalı»nı oxuyur…

Nə qadını əriyir, nə kişisi ar edir,

Yasda oxusaydılar yenə də dərd yarıydı…

Radiomuz oxuyur, mavi ekran oxuyur…

Sanki yad toxum bitib soyumuz arasında,

Fərq yoxdu yasımızla toyumuz arasında…

Yaşamaq ümidimiz hər günü-gündən çətin,

Dünən bu gündən betər, bu gün dünəndən çətin…

Hər açan sabahımız daha miskin, pərişan,

Dərdlərimiz elə bil bir-biriylə yarışır…

Çarpışırıq inamla şübhənin arasında,

Vuruşuruq bu iki cəbhənin arasında…

Hər nə bəla gəlirsə, dözürük, tab edirik,

Düşmən toxunmayanı özümüz məhv edirik…

Çöl də düşməndi, Allah, içdə düşməndi, Allah,

Sən dostu düşmənindən seç, ayır indi, Allah…

Namərdlər hər gün artır, igidlər, ərlər itir,

Bütün meyarlar itir, bütün dəyərlər itir…

Qalmışıq qorxaqlıqla cəsarət arasında,

Fərq yoxdu hürriyyətlə əsarət arasında…

Xalqın altında biri çöllərin sakinidir,

Bir də nə bayır, nə ev, ev də bayır kimidir…

İtmişik vətən ilə qürbətin arasında,

Fərq qalmayıb kütləyə millətin arasında…

Fərq qalmayıb insanla sürünün arasında,

Can çəkirik həyatla ölümün arasında…
1995

Gördüm…
Yaxşı ki, yırtıldı bütün pərdələr,

Yaxşı ki, çoxunun içini gördüm…

Bilindi büsbütün namərdlər, mərdlər,

Dostların düzünü, bicini gördüm…


Zəmanə sınağa çəkdi adamı,

Pulla dəyərləri oğul atanı.

Dollar hüzurunda diz çökdü hamı,

Mən o əjdahanın gücünü gördüm…


Tamam əqidədən, inamdan dönən,

Amaldan, məsləkdən, məramdan dönən.

Bir gündə çoxillik imandan dönən,

Yüz cür tülkisifət hacını gördüm…


Aldı üstümüzü qəfildən yağı,

Yandı, külə döndü vətən torpağı,

Qadınlar başında kişi papağı,

Kişilər başında ləçəyi gördüm.


Əyrinin də «düzü» var imiş, demə,

Bir üzün min üzü var imiş, demə,

Pisin də ən pisi var imiş demə,

Hətta ən puçun da puçunu gördüm…


Necə ucuzlaşdı sevgi, məhəbbət,

Düşdü ayaqlara o boyda sərvət,

Aradım cavanlar içində heyhat,

Nə Leyli, nə də ki, Məcnunu gördüm…


Əsl vuruş gedir yaşamaq üçün,

Ölüyə ağlama, ağla sağ üçün,

Həyata gəlirik yox olmaq üçün,

Nə qədər ömürün köçünü gördüm…


Sanki yuxudaydım, birdən ayıldım,

Yaxşını yamandan seçdim, ayırdım.

İnsanı hamıdan uca sayırdım,

İnsanmış hamıdan kiçiyi gördüm…


1995

Yurduna ağlayan ana
Soyuq çadıra sığınıb,

Dizin qucaqlayan ana…

Unudub şəhid oğlunu,

Vətənə ağlayan ana…


Bilirəm yadlar əlində

Əsirdir elin, mahalın…

Deyirsən:-məni öləndə

Qəbiristanımıza aparın…


O yerdədir, ağrın alım,

Köküm, əqrəbam, nəslim.

Qovun qanlı yağıları

Məni o yerdə basdırın…


O yerlərsiz mən nəçiyəm,

O yerlərsiz nə qiymətim…

Ölməsəydi bircəciyim,

Çin olardı vəsiyyətim…


El dərdidir mənim dərdim,

Vətənsizəm, ağrın alım…

Kişim ölüb o yerlərdə

Gedim qəbrini axtarım…


Tale bizə gör nə yazıb,

Taleyə asısan ana…

Vətən analar anası,

Ana balasısan, ana…


Hamımız məhkum ölümə,

Vətən sağ olmayan yerdə…

Biz kimə gərəyik, kimə,

Bu torpaq olmayan yerdə…


Elə həsrətlə danışdın,

Allahlaşdın nəzərimdə…

Sən ətəyimdən yapışdın,

Mən əyildim hüzurunda…


Dünyada mənə hələ sən,

Vətənsiz bir insan göstər…

Oğul dərdinə dözərlər,

Vətən dərdinə dözməzlər…


1995

Dəli kimi bayılmağım gəlir hərdən…
Dava gedir məmləkətdə, qanlı dava,

Dava ilə nəfəs alır bu el, oba.

Dava ilə ötürürük ili, ayı,

Şəhidlərin yüzmü sayı, minmi sayı,

İtkinlərin itirmişik hesabını,

İtirmişik ömrümüzün nizamını,

Azərbaycan neçə yerdən alıb yara,

Torpaqları tikə-tikə, para-para…

Neçə oba, neçə oymaq çıxıb əldən

Dəli kimi bayılmağım gəlir hərdən…

Qan qardaşım, dözmək daha olmaz buna,

Gərəkdir ki, canımızın bahasına,

Vəhşilərdən təmizləyək bu vətəni,

Düşmən quldur, düşmən alçaq, düşmən dəli,

O susuyub xalqımıza nəsil-nəsil,

Uşaqların başlarını daldan kəsir,

Qız-gəlini dirigözlü oda atır.

Cavanların cəsədindən ocaq satır

Qisas alır bacımızdan, anamızdan,

Kasa-kasa içsə, doymaz qanımızdan…

Dava gedir məmləkətdə, qanlıə dava,

Dava gedir, buna ürək dözmür daha.

Hamımızın tarımdadır əsəbləri.

İki yaşlı Təbriz nəvəm qəzəblənir,

«Əsgər marşı» deyə-deyə fəğan edir,

Neçə ildir ana yurdum tuğyan edir,

Belə qorunc, belə ağır, çətin gündə,

Dava gedir evimizin içində də,

Vəzi kəslər yurdu yağlı tikə sayır,

Bilə-bilə neçə yerə parçalayır…

Ayırırlar küçələrə, dalanlara,

Ləbbey deyir, urra deyir qalanları…

Ən dəhşətli dava budur, zülm budur,

Bu, erməni fitnəsindən qorxuludur…

Hər biri də öz-özünə yığır dəstə,

Didişirlər mənsəb üstə, stol üstə,

Neçə-neçə xain, xəbis ifşa olur,

Təzələri zühür edir, peyda olur…

Boşboğazlar kürsülərdə döyür döşə,

Yerlibazlıq, mənəmbazlıq düşüb işə…

Gör nə qədər vəkili var bir millətin,

İçimizdə gedən dava daha çətin,

Əsr-əsr geri qoyub bizi heyhat…

Öz gülləmiz daha iti , daha sərrast,

Daha güclü, daha yönlü, daha dəqiq,

Nə bir dərman, nə bir loğman, nə bir həkim,

Sağaltmayıb bu güllənin yarasını,

Bu gülləylə ata vurub balasını,

Bu gülləni satqın atıb millətinə,

Nə deyəsən beləsinin qeyrətinə…

Ta az qalıb, qələbənin havasını,

Hiss edirik çətin yollar keçə-keçə…

«Bizimkilər» barı ara davasını,

Saxlasınlar əsl dava bitənəcən…



Nə gündəydi, indi qalıb nə günə…
Nə gündəydi, indi qalıb nə günə,

Gözdən düşüb gözdə olan-bu millət.

Yas günündə toy eyləyir özünə,

Toy günündə yasda olur-bu millət.


Vətən yanır heç pozmayır keyfini,

Xidmət edir öz nəfsinə, cibinə,

Düşüb zülmət bir quyunun dibinə,

Zaman-zaman üzdə olan-bu millət.


Başlanıbdır soy qırımı, ölümü,

Nə biləsən, bəlkə məhşər günüdür,

Neçə yerə parçalanıb, bölünüb,

Neçə-neçə dəstə olub-bu millət…


Top-tüfəngsiz yada verdi Şuşanı,

Bir hay ilə yurdun yarı boşalıb.

Niyə belə laqeyd olub korlaşıb,

Dönməz olan, həssas olan-bu millət…


Elə bil ki, buxovlanıb əlləri,

Sökür onu beş-on quduz erməni,

Savaşda da asta-asta tərpənir,

Hər bir işdə asta olan-bu millət…


Fərsizləşib fərsizlərin əlində,

Yaraları dərindədir, dərində.

Nə zamandır bu dünyanın dilində,

Biq kədərli dastan olub-bu millət…


Atam oğlu,tulla qara eynəyi,

Bax,gör,al qan içindədir köynəyin.

Düşmən ilə dava-dava oynayır,

Nəslən şiri-aslan olan-bu millət…


1993

Gedir
Tək QARABAĞ getmir əldən,

Xalq,millət də əldən gedir…

Tək yurd-ocaq getmir əldən,

Şan-şöhrət də əldən gedir…


Çapa-çapdı, sökə-sökdü,

Bata-batdı,çökə-çökdü,

İgidlik də, kişilik də,

Ləyaqət də əldən gedir…


Bir vaxt qüdrətimiz vardı,

Öz şərafətimiz vardı,

Namus, qeyrətimiz vardı,

Ta qeyrətdə əldən gedir.


Məsləklər düşüb talana,

Doğru oxşayır yalana,

Ta nə yazan, nə yaradan,

Söz,sənətdə əldən gedir…


Gör kim gəzir oylağında,

Sinəm odlar qaynağında,

Şuşam yadlar caynağında,

Nə müddətdir əldən gedib…


Bu sahibsiz vilayətdə,

Bütün əllər cinayətdə,

Həqiqət də, təriqət də,

Məhəbbət də əldən gedir…


1993.

Sən Ey Millət Qəhrəmanı
Millətin ağır günündə

A millətin nankor oğlu,

Ad gününü keçirirsən yalan, doğru…

İllər ilə vətən, millət deyə-deyə,

Bərk sinənə döyə-döyə,

And içirdin dözərəm hər zülmə mən,

Xalq yolunda gedərəm lap ölümə mən…

Dar günüdür elin indi,

Hələ söylə görüm indi,

Bəs nədəndir ayrı dona bürünürsən?

Bəs nədəndir xalq öldükcə dirilirsən?

Bəs görmürsən bu məmləkət oda girir,

Oddan çıxır,

Lap az qala öz adımız üaddan çıxıb

Qara günlü bu milləti bəs görmürsən?

Bu cür qanlı fəlakəti bəs görmürsən?

Ər oğullar keçir alov, od içindən,

Yaşayırıq yüz-yüz itmiş ad içində…

Fəryadımız düzdən keçir, dağa çıxır,

Hətta bizə yad adamlar arxa çıxır,

Dünyanın çox ölkəsindən hayımıza

Hay verirlər,

Ac-yalavac Afrikadan hətta bizə

Pay verirlər.

Belə gündə hansı üzlə, hansı haqla,

Ad gününü keçirirsən təm-təraqla?

Əsl oğul yaşayacaq adlı, adsız,

Belə yerdə deyirlər ki, adın batsın…



Üç Yaşlı Əsgər…
Yuxudan qalxdı o dəm,

Tüfənginin doldurur…

Hər gün balaca nəvəm,

Düşmən qırır, öldürür…


Geyir əsgər libası,

Qoyur əsgər papağı…

Durur farağat, hazır,

Əsl əsgər sayağı…


Girir qanlı döyüşə,

Səngərlələ atılır…

Salır silahı işə,

Parta-partla atır o…


Yığır nə gülləsi var

Beşiyinin başına…

Elə tez-tez, dalbadal

Yağı vurur, aşırır…


Yaşlı görsə yat deyir,

Tüfəngini əyləyir…

Analara atmayır,

Uşaqlara dəyməyir…


Birdən var səsi ilə,-

Ura… deyir ucadan…

Keçir qələbə ilə

Şuşadan, Xocalıdan…


Keçir bu körpə əsgər,

Keçir Murov dağından…

Azad olub kəlbəcər

Faşistlər tapdağından…


Gedir yuxuya azmaz

Gecənin bir çağında…

Yatır əynində libas

Avtomat qucağında…


Vuruşur balaca ər

Yaşlıların yerinə…

Vuruş, bəlkə böyüklər

Baxıb sənə ərinə…


Sənə baxıb utana,

Xiffət edib ölənlər…

Vəzifəyə, altuna

Qulluq edən kölələr…


Vuruş, körpə qoçağım,

Əvvəl-axır balası,

Nəinki Qarabağı,

Gərəkdir qan yuvası

Yerevanı alasan…

Vəzifə bu xalqa qənim kəsilib…
Bu millət vəzifə dəlisi imiş,

Şan-şöhrət «ölüsü», «rütbə» düşgünü.

Vəzifə çoxunun mərəzi imiş,

Həmi «qara» günü, həmi «xoş» günü…


Çoxunun «ilk eşqi», «ilk məhəbbəti»,

«İlk əhdi», «ilqarı» imişsən, demə.

Həmi «səadət», həmi «möhnəti»,

Həyat edalı imişsən, demə.


Müdir stolundan tutur ölüncə,

Ayrı şey gözündə puçmuş, yalanmış…

Nə vətən, nə torpaq bu millət öncə

Vəzifə uğrunda həlak olanmış…


Hamı uşaqlıqdan keçir bu dərsi,

Tək ona bağlayır arzularını.

Sən ona rütbə ver, o sənə versin,

Hətta qeyrətini, namusunu, arını…


Nə vicdan, nə məslək, nə zəka, əməl

Tək ona qul olur, rəğbət bəsləyir.

Sən ona rütbə ver, satsın əlbəəl,

Bütün uluları, müqəddəsləri…


Hamı candan keçir vəzifə tutsun,

Rütbə stolları yamaq-yamaqdır…

O kütlə gözündə Allahdan üstün,

İmandan qabaqdır, dindən qabaqdır…


Cavan da, qoca da sevir tacı-taxt,

Gəda da istəyir şah ola hətta…

Dava da qurtarar-qurtarmaz heç vaxt,

Vəzifə davası bu məmləkətdə…


Dostunu vəzifə başında tanı,

O açır hamının əsl üzünü…

Bu yolda çox qırıb insan-insanı,

Qanlar axıdılır, başlar kəsilir…


Hamının qarnının ağrısı birdir,

Vəzifə bu xalqa qənim kəsilib…

Onunçün yerinə yetirə bilmir,

Bu millət millətlik vəzifəsini…


1   2   3   4   5   6   7   8   9   ...   13


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə