ÖZÜNÜ qoru, xalqim




Yüklə 1.8 Mb.
səhifə1/13
tarix23.02.2016
ölçüsü1.8 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   13
ÖZÜNÜ QORU, XALQIM
Müqəddəs, ulu xalqım,

Gözümün nuru, xalqım,

Ən qorxulu zamandır,

Özünü qoru, xalqım.

Bir tora ilişmisən,

Çaynaqları dərində.

Bir oyuna düşmüsən,

Oyuncaqlar əlində.

Üzərində əsirlər

Qara yellər görürəm.

Sənə quyu qazırlar,

Mənfur əllər görürəm.

Sənə quyu qazırlar,

Mənfur əllər görürm.

Təklənmisən yenə də,

Əyilməz, ulu xalqım.

Oğul, sözüm sənədir,

Özünü qoru, xalqım.

Kimin bəd əməli var,

Tarix özü söyləsin.

Burda şeytan əli var,

Burda iblis hiyləsi.

Döyür torpaqlarını,

Yenə dəmir çəkmələr.

Müstəmləkə qanunu,

Böl, parçala, hökm elə.

Bölürlər bilə-bilə,

Dağ çəkirlər sinənə,

Beləcə bölə-bölə,

İstəyirlər bu yurdu,

Yer üzündən silələr,

Yalvarıram, amandır,

Allah sözü dilimdə,

Sən belə dar məqamda,

İçəridən bölünmə,

İçəridən talanma.

Bizim, sizin elliyə,

Əqrəbaya, yerliyə,

Amandır, parçalanma.

Ayırmayaq bu yurdu,

Doğma, ögey kəslərə.

Ən betəri odur ki,

Xalq özünə qəsd edə.

Özünün əli ilə

Öz-özünü öldürə.

Yetər, bizim bu eli,

Tayfalara böldülər,

Mahallara böldülər,

Ostanlara böldülər,

Küçələrə böldülər,

Dalanlara böldülər…

Bu yağıya köməkdir,

Özümüzə xəyanət.

Bizə birlik gərəkdir,

Ay el-oba, camaat.

Qüdrətimsən, gücümsən,

Çağlayırsan qanımda.

Amma sayca kiçiksən

Böyüklərin yanında.

İllərlə səni, xalqım,

Söküb talan ediblər.

Balaca səsin qalxıb,

Gülləbaran ediblər.

Yüz cür fərman yazıblar,

Min cür fəndlər gəziblər.

O sahildə kəsiblər…

Amma ki, iradəni,

Sındıra bilməyiblər.

Heç ölümlə də səni.

Öldürə bilməyiblər.

Yenə göylər dumandır,

Qəhrəman, ulu xalqım.

Ən dəhşətli zamandır,

Özünü qoru, xalqım!


Daha dəhşət…
Millətimiz öz yurdunda əsir-yesir,

Anaların, bacıların ahı-dəhşət…

Bu torpağı yada vermək dəhşətdirsə,

Vərdiş etmək bu dəhşətə daha-dəhşət…


Şuşasızlıq ağrısına hamı dözür,

İtirilmiş mahalların sayə-dəhşət,

Minlər ilə şəhid görmək dəhşətdirsə,

Şəhidliyə vərdiş etmək daha dəhşət…


Ölənləri ağlamayır artıq kimsə,

Saymır Allah, çoxu qonşu vayın – dəhşət…

Çöl düşmənim qorxuncdursa, dəhşətdirsə,

İç düşmənim daha qorxunc, daha dəhşət…


Nə ki, Laçın, Ağdamda da yadlar gəzir,

Kəlbəcərdə oldu düşmən payı-dəhşət…

Cəbrayılı satmaq əsl dəhşətdirsə,

Xocalının soyqırımı daha – dəhşət…


Geri torpaq almayacaq heç kim bizə,

Biz də olduq Fələstinin tayı-dəhşət…

Özümüzə güvənməmək dəhşətdirsə,

Özgələrə arxalanmaq daha-dəhşət…


Yağılara yalvarırıq durub bəzən,

Dünya bizi gücsüz, yazıq sayır-dəhşət.

Vəhşi olmaq, cəllad olmaq dəhşətdirsə,

Miskin olmaq, naçar olmaq daha dəhşət…


Yastıq verin, yorğan çəkin üçtümüzə,

Yuxudayıq ilin on bir ayı-dəhşət…

Qəflətlərdə yatmağımız dəhşətdirsə,

Durmağımız daha müşkül, daha dəhşət!


Azərbaycan yarı yadda, yarı bizdə,

Eşidən yox bu harayı – hayı – dəhşət…

Bu günümüz ağırdırsa, dəhşətdirsə,

Sabahımız kaş olmaya daha dəhşət…



Qana-qan
Millətin beli bükülü,

Hamının gözü kölgəli…

Vətənin qanı tökülüb

Hamı bu qanda çimməli.


O qan acidə qan deyil,

Nalədir, ağıdır o qan…

İntiqam, intiqam deyir,

Qisasa çağırır o qan…


Ya dözüd, sağ qalıb, ya da

Ölüb həlak olaq gərək:

Girib çıxaq bu dəryadan,

Yuyunub pak olaq gərək…


O qan şəhidlərin qanı,

Yanın torpaqların qanı.

Başsız meyidlərin qanı,

Sönən ocaqların qanı.


Sinəmizə dağ çəkilib,

Yad əllər ana, gəlin…

Qeyrət qanımız tökülüb,

Hamı bu qanda çimməli…


Odur ümid, odur xilas,

Bilir Allah, bilir fələk…

O qan yerdə qala bilməz,

O qana qan alaq, gərək.


Bu qurtarar eli qandan,

Haray çəkir Vətən qanı,

Öz qanına edib qəltan,

Tökməliyik itin qanın…


Çoxunda insan qanı yox,

Zəhərli yadların qanı.

Halaldır, gəl, tökəni yox;

O qan soranların qanın.


Bir hüceyrəsi saf deyil,

Cövhəri şər, ziya, kələk.

Allah özü savab deyib,

O qanı biz tökək gərək…


Ən sonuncu qətrəyəcən,

Ən sonuncu damlayacan…

Yalnız azca götürəsən,

Tarix üçün saxlayasan…


Haydı, vətən oğulları,

Sən də xalqım, eşit məni…

Öz qanında boğulmalı,

Soyumuzun qan düşməni…


Bircə mikrobu saf deyil,

Cövhəri şər, riya, kələk…

Allah özü savab deyib,

O qanı biz tökək gərək…


Ən sonuncu qətrəyəcən,

Ən sonuncu damlayacan…

Yalnız azca götürəsən,

Tarix üçün saxlayasan…




Birdən-birə
Zaman-zaman yığdığımız

Talan oldu birdən-birə,

Nəyimiz var

Yalan oldu birdən-birə…

Tama döndü sifətimiz

Birdən-birə,

Kütlə oldu millətimiz

Birdən-birə…

Gecə yatdıq səhər

Ayrı-adam olduq,

Heç bilmirəm necə oldu,

Nədən oldu…

Allahdanmı,bəndədənmi,

Fələkdənmi,

Zirvədəydik dərələrə

Sürükləndik…

Elə bil ki, birdən bizi

Basdı qara,

Bir barmağın hökmü ilə tökülmüşdük

Meydanlara…

Sehirlədi gözümüzü onun

Bircə işarəsi,

Düşdü dəbə millət ilə alver etmək,

Ticarəti…

Birdən-birə neçə dəllal

Zühur etdi,

Peydə oldu,

Əqidələr elə bil ki,

Edam oldu…

Kəlmə başı aldatldılar

Bu milləti,

Anasını ağlatdılar

Bu millətin…

Çox təmizlər murdar oldu

Birdən-birə…

Çox dinsizlər dindar oldu

Birdən-birə…

Çox şairlər tacir oldu

Birdən-birə…

Çox tacirlər şair oldu

Birdən-birə…

Gədə-güdə birdən bizə

Ata çıxdı,

Cörəyimiz qıta çıxdı…

Qurutdular suyumuzu,

Yas qatdılar toyumuza,

Bərəkətli torpağımız

Birdən düşdü

Bərəkətdən.

Bircə tikə hey qalmadı

Məmləkətdə.ı

Nağıllarda olan kimi,

Bu yalançı hürriyyəti

Sarıdılar

Boynumuza ilan kimi…

O da möhkəm çaldı bizi,

Özümüzdən aldı bizi,

Durdu bizim qəsdimizə

Birdən-birə…

Qeyrətsizlik basdı bizi

Birdən-birə…

Cənnətimiz Qarabağı satdıq yada,

Satqınlıqda ad çıxartdıq bu dünyada.

Şuşa getdi, tükümüz də dəbərmədi,

Birimiz də ölüb, itib, gəbərmədik…

Heç üfürən olmadı da gözümüzə,

Ondan sonra papaq qoyduq,

Kişi dedik

Özümüzə…

Bu tay yandı, o tay batdı,

Qanlar axdı xan Arazın

Sellərindən

Birdən-birə…

Sayca qırx milyonluq xalqıq,

Aciz qaldıq üçcə milyon dələduzun

Əllərində

birdən-birə…

Adımızla nə ki bağlı əfsanə var,

Beca oldu,

Cavanşirlər, Koroğlular necə oldu?..

Harda qaldı Qorqud babam, Həcər anam,

Girov qaldı yad əllərdə

Neçə bacım,

Neçə anam…

Gecəımiz gündüzə döndü,

Gündüzümüz gecə oldu

Birdən-birə…ı

Birdən-birə itirilən şöhrətimiz

Fəqət geri dönməyəcək

Birdən-birə…

Heç neçəyə satdığımız

O qiymətsiz torpaqları,

O çayları, meşələri,

O dağları,

Biz canini susdurmasaq,

Verməyəcək

Qəbirləri belə asan

Verməyəcək…

Zəngilanı onlar biz tək

Sakit qoyub qaçmayacaq

Birdən-birə,

Füzulinin qapıların üzümüzə

Açmayacaq

Birdən-birə…

Dərman üçün bizə Cıdır düzümüzdən

Bir qara daş,

Bircə kəsək

Verməyəcək…

O meydanda can verməsək,

Qan verməsək

Verməyəcək…

Düşmən bizə heç bir şeyi

Rahat, asan

Verməyəcək,

Bir yumruq tək birləşməsə,

Azərbaycan-

Verməyəcək.

Gəlin, nağıl danışmayaq özümüzlə,

Bilə-bilə

Birdən-birə…

Verdiyimiz dönməyəcək

Özümüzə


Birdən-birə…

1993


Öz Doğma Yurdunda Qaçqınlar
Yurd-yuva həsrəti çəkirlər

Öz ana yurdunda qaçqınlar.

Nə qədər cəfalar çəkirlər,

Bu evi dağılmış Məcnunlar.


Köçürlər bu yerdən o yerə,

Köçləri nədir ki, bir həsir.

Baxıram o ağlar gözlərə,

Bir kasa qan olub hərəsi.


Əynində bircə dəst paltarı,

Əzilib-üzülüb, daralıb.

Özünə sığınacaq axtarır

Qocalar, uşaqlar, qarılar.


Adamın kəsilir əlacə,

Öz adı da çıxır yadından,

Vətəndə olublar qaraçı,

Vətənsiz qalıblar vətəndə.


Yurdları düşmən əlində,

Özləri həsrətin, kədərin.

Dəhşətə baxın ki, gün-gündən

Hey artır sayları, qədəri.


Hey artır, qış ötür, yaz gəlirn

Bu evi dağılmış məcnunlar,

Ölkəni bürüyüb az qala,

Bürüyüb doğmaca qaçqınlar.


Qaçqınlar yad yerə qaçalar,

Bizimki Vətəndən, Ya Rəsul…

Fağırlar, yazıqlar, naçarlar

Gəzirlər ümidsiz, çarəsiz.


Tökülüb gəlirlər şəhərə,

Bakı da az qala üzülür.

Bəzisi ev tapır bir təhər,

Bəzisi qohuma qısılır.


Bəzisi məktəbdə, bəzisi

Yaşayır tələbə yerində…

Hamı da acıqlı, əsəbi,

Pərişan, narahat, deyingən.


Neyləsin, dərdlidir fağırlar,

Yurdları çıxıb əllərindən.

Qaçqınlar nə zaman axırda,

Görəsən, dönəcək yerinə?!


Vətənsiz qalıblar Vətəndə

Elə bil olublar qaraçı.

Əlləri yurduna yetəndə

Sağalar hamının yarası…


1992

Həkim dostum, elə demə…
Qan təzyiqim qalxır hər gün,

Qan təzyiqim…

Elə bil ki, çatışmayır

Suyum, havam…

Baxıb mənə neçə-neçə

Loğman, həkim

Kömək etmir neçə cürə

Dərman, dava…

Hər bir şeyi unut deyir

Təbiblərim,

Deyirlər ki, fikir çəkmə,

Qəm eləmə…

Həkim dostum, çoxdur bunun

Səbəbləri,

Axı, necə dərd etməyim,

Elə demə…

Vətən yanır, necə dözüm

Bu dəhşətə,

Bilirsənmi, el dərdidir

Dərdim mənim?..

O dərd artıq hopub qana,

Keçib ətə.

Sən o dərdə dərman tapdır,

Verdir mənə…

Yaddan çıxmır Şuşa qalam,

Məğrur, əziz.

Fikrim daim elə onun

Yanındadır…

Varlığında qövr eləyir

Gecə-gündüz,

O ruhumda, əsəbimdə,

Qanımdadır…

Heçs olarmı o qalasız

Yaşayım mən,

O mənimçün hava, nəfəs

Candır, həkim…

Bircə kərə qalxa bilsəm

Şuşaya mən,

Qan təzyiqim enəcəkdir

Onda, həkim…

Xocalını mən unudum,

Axı, necə.

Minlər ilə şəhidimi,

Qurbanımı…

Qalxdı qanım o gün

Ərşi – fələyəcən…

O torpaqda siz arayın

Dərmanımı…

Hər gün neçə ər itirir

Azərbaycan,

Allah özü yağılara

Olsun qənim…

Bu şəhidim qalxsa əgər

Məzarından,

Əsəblərim sakitləşər

Onda mənim…

Yazma, mənə o iynəni,

O nüsxəni,

Özümdədir öz xilasım,

Öz düşmənim…

Yad güllərdən daha artıq

Kəsir məni,

Öz içimdə gedən qanlı

Çəkişmələr…

Analarım, bacılarım

Batıb yasa,

Bax, onların sevincidir

Dərman mənə…

Bu dar gündə qalxıb,

Coşub çağlamasa…

Gərək deyil o qan mənə,

O can mənə…

Yetər, daha dərman yazma,

Təbib, yetər,

Bilmirsənmi, el dərdidir

Dərdim mənim…

O dərd artıq hopub qana,

Keçib ətə,

Sən o dərdə dərman tapdır,

Verdir mənə…

1992

Hərbin əsil faciəli qəhrəmanı analardır…
Ən birinci anaları didir, yeyir müharibə,

Ən birinci analara dəyir onun güllələri…

Ən birinci anaların belin əyir müharibə,

Ən birinci anaların arzusunu kür eyləyir…


Nə zamanki, oğulları cəbhələrə yola düşür,

Anaların bircə gündə qara telə ağa çalır…

Balaların sinəsini hədəf edən qarı düşmən,

Əvvəl, əvvəl anaların ürəyini nişan alır…


Anaların həddən böyük qəmi yoxdur, dərdi yoxdur,

Güllə dinsə, ilkin onlar şəhid olub yananlardır…

Davalarda kimlər udub, uduzurlar fərqi yoxdur,

Davalarda hamıdan çox uduzan analardır…


Bütün qanlı çarpışmalar məhz onları hədəf edir,

- Oğul, oğul nalələri sinələrə dağlar qoyur…

Eh, nəyinki məğlubiyyət, ən müqəddəs qələbə də,

Anaları gözü yaşlı, anaları ağlar qoyur…


Nə edəsən, heyiflər ki, yağını da yaradan var,

Canavarın anası da çox istəyir balasını.

Lap cəllada süd verən də olub ası, olub naçar,

Yəqin o da söyür hərbin ünvanına, qarasına…


Lap Hitleri doğan kəs də, yəqin qanın düşməniymiş,

İnanmıram, yer üzündə cəng istəyən ana ola…

Dava başsız başçıların fitnəsiymiş, işləriymiş,

Davalarda hamıdan çox analardır talan olan…


Ər oğullar döyüş üçün, vuruş üçün doğulsa da,

Bu mərdliyin ilk beşiyi, son ünvanı analardır…

Davalarda ad çıxaran qəhrəmanlar çox olsa da,

Onun əsl faciəli qəhrəmanı analardır…


1994

Ölüm-olüm vaxtı gəlib…
Vətənimiz, millətimiz ağğrı çəkir,

Günlərimiz ağır ötür, ağır keçir…

Varlığımız niskin doldu, sual dolu,

Hər sualın özündən də sual doğur…

Qəlb dolusu bir sevinən, gülən yoxdur…

Dumandayıq, irəlini görən yoxdur…

Ey quşbazlar, bir quş seçin əlasından,

Uça bəlkə bizim Şuşa qalasından…

Lələyinə bir namə də götürsün o,

Dərdimizi xan qızına yetirsin o…

Qonsuz Cıdır meydanına çatan kimi,

Görsün İsa bulağımız yerindəmi?..

Qarabağın göylərində dönə-dönə,

Cövlan etsin hamımızın əvəzinə…

Əli qanlı, dişi qanlı düşmən yəni.

Heç qoyarmı ora bizim göyərçini?..

Heç qoyarmı cəllad ola, Şuşa ola?..

Kölgəmizi qılınclayar düşə ora…

Dünənimiz, bü günümüz ağrı çəkir,

Aylarımız ağır ötür, ağır keçir…

Torpağımız, ürəyimiz dəlmə-deşik,

Üzdən sağıq, içdən isə çürümüşük…

Gör nə qədər açılmayan düyün qalır,

Hər cavabın özü belə müəmmalı…

Bir milyondan artığımız dərbədərdir,

Bu millətin ölümünə bərabərdir…

Dörd yanımız düşmən dolu, satqın dolu,

Qeyrətsizlik çox adicə bir hal olub…

Qardaş durub qardaşına güllə atır.

Bu qardaşın qardaşına «pay sovqatı»,

Başçı Ana torpağını pula satır,

Bu başçının öz xalqına «pay sovqatı»…

Çox-çox cənnət məkanımız əldən gedib,

Nə gedibsə xalqdan gedib, eldən gedib…

Neçə-neçə şəhərimiz talan olub,

Təbriz dərdi, Dərbənd dərdi yalan olub…

İnamımız, imanımız ağrı çəkir,

Həyatımız ağır ötür, ağır keçir…

Hamı alqı-satqı ilə zəhərlənib,

İtirmişik çox mənəvi dəyərləri…

Alver edir uşaq, böyük, cavan, qoca,

Başdan-başa bazar olub Azərbaycan.

Almaq olur, satmaq olur hər nə desən,

O, əvvəlki məmləkətdən yoxdur əsər.

O, əvvəlki adamların boş səsi var,

Batini yox, zahiri var, kölgəsi var…

Hara baxsan, hara getsən dükan-dükan,

İtib nizam, itib zaman, itib məkan,

Təmiz kəslər ac-yalavac, miskin, naçar,

Tale nə vaxt üzlərinə qapı açar?..

Hər görəndə alt-üst olur gümanların,

Tursik satan, lifçik satan cavanların…

Yeyən yeyir, çalan çalır, alan alır,

Millətimiz gör, nə yaman günə qalır…

Belə getsə xilasına güman yoxdur,

Özümüzdən özümüzə aman yoxdur…

Ulu xalqım, gəl şairin sözünə bax,

Aç gözünü, yaxşı-yaxşı özünə bax,

Yetər, qəflət yuxusundan dur, qalx daha,

Düz sümüyə dirənibdir bıçaq daha,

Qalx, dostunu düşmənindən ayır, xalqım,

Ölüm-olum vaxtı gəlib, ayıl, xalqım…


1993

Hərb bitəcək
Vaxt keçəcək, dövr ötəcək,

Qan-qadalı hərb bitəcək,

Yağıları qovacağıq

Bu torpaqdan,

Mütləq geri alacağıq

Kəlbəcəri,

Laçınıdı da,

Qarabağa bütün yollar

Açılacaq.

Çəkiləcək ulu İsa bulağından

Bulud,duman,

Hərb bitəcək, aman onun ağrıları

Göynədəcək

Zaman-zaman…

Hamımızı incidəcək, izləyəcək…

Övladları həlak olan

Analarsa bu dəhşətə

Dözməyəcək,

Daim elə olacaqlar

Yalqız, ağdar,

Edə, oğul deyə-deyə

Gözlərini

Yumacaqlar…

Hərb ötəcək…amma onun

Üstümüzdən

Getməyəcək

Kölgələri…

Görən necə böyüyəcək illər ilə,

Məmləkətin yüzlər ilə, minlər ilə,

Yetim-yetim

Körpələri…

Hərb bitəcək…bunu təlcə

Allah bilər,

Neyləyəcək sevdiyini

Qurban verən

Sevgililər?!.

Qəlblərində həsrət, qubar,

Nə vaxtacan qfrf geyib ağlayacaq

Nişanlılar?!.

Hamısıda nakam-nakam qocalacaq

Qarıyacaq…

Hərb bitəcək… çox-çox qanlı

Yaraları

Sarıyacaq…

Tənzif, dərman götürəcək

Zaman özü,

Hərb bitəcək ağrıları

Odlayacaq

Sinəmizi…

Hərb bitəcək… amma heç vaxt

Şəhidlərin

Köynəkləri

Kəsməyəcək…

O ğəzarlar hər gün bizi intiqama

Səsləyəcək,

Onlar bizi and verəcək bir

Allaha…

Aldanmasın millət daha…



Aldanmayaq ta gözümüz görə-görə,

Nə daxili, nə xarici

Düşmənlərə…

Yetər, bu xalq çox inanıb,

Çox allanıb,

Hərb bitəcək... amma onun

Bitməyəcək

Sualları…

Vaxt keçəcək, dövr ötəcək,

Qan-qadalı hərb bitəcək…

İnamım var bizim böyük qələbənin

Gəlişinə…

Onda necə çıxacaqlar

Çox xainlər

El içinə…

Soruşuram dönə-dönə, təkrar-təkrar,

Hansı üzlə onlar, axı,

Hansı üzlə tıxacaqlar,

Çörəyini bu torpağın?..

Soruşuram, təkrar-təkrar, dönə-dönə,

Eşidirəm ürəyimin qərarını,

Hansı üzlə qayıdacaq

Öz kəndinə,

Öz kəndini qoyub qaçan

Fərarilər…

Soruşuram, təkrar-təkrar, dönə-dönə,

Nə hüquqla, hansı üzlə,

Yenə Vətən deyəcəklər

Bu Vətənə,

Vətən satan vətənsizlər?..

Soruşuram dönə-dönə, təkrar-təkrar,

Hansı üzlə üzümüzə baxacaqlar,

Suyumuzdan içəcəklər,

Qapımızdan keçəcəklər

Şuşa, Ağdam alınanda

Bakıda öz dükanında,

Oğurluq saqqız satanlar,

Fındıq, püstə, qoz satanlar,

Bığı burma dələduzlar,

Alverçilər,

Mən onları bizim soydan

Saymaram


Bundan belə…

Hərb ötəcək... Bilməm ancaq

Hansı qəbrə qoyulacaq,

Xalq acından saralanda,

Topdağıtmaz sarayından

Hər gün öpüb əndamını,

Göz-qaşını,

Öz erməni oynaşını,

Yeddi qapı arxasında

Yağ içində

Saxlayanlar…

Amma üzdə millət deyib

Ağlayanlar…

Altmış illiyimə

Kaş bu yaşa girməyəydim,

Öz xalqımı belə naçar,

Belə miskin

Görməyəydim…

Çəkməyəydim bu çəkilməz

Əzabları,

Ağrıları…

Görməyəydim yüzlər ilə

Həlak olan

Oğulları…

Belə müdhiş aylar, illər

Görməyəydim,

Öz yurdunda didərginlər

Görməyəydim…

Yerim, yurdum gor olaydı,

Görməyəydim, kaş gözlərim

Kor olaydı…

Kaş bu yaşqa girməyəydim,

Qanlı yanvar dəhşətini

Görməyəydim…

Bu nə qada, bu nə qandı

Görməyəydim.

Şuşam necə yağılara bağışlandı

Görməyəydim.

O qalasız yaşamağa

Haqqım yoxdur…

O qalasız özüm heçəm,

Xalqım yoxdur…

O qalasız haqqım yoxdur

Nə ölməyə, nə qalmağa…

Görməyəydim Laçın necə

Süqut etdi

Gözlərimiz

Baxa-baxa…

Bakı, Təbriz baxa-baxa

Göylər, yerlər baxa-baxa…

Allah aman,

Həm bu taydan, həm o taydan

Koroğlular, Cavanşirlər baxa-baxa…

II
Kaş bu yaşa girməyəydim,

Xocalının ölümünü

Görməyəydim…

Kəlbəcərin bu gününü

Görməyəydim.

Allah aman, Allah aman,

Görməyəydim heç bir zamaz,

Ağdam kimi məmləkətim

Necə çıxdı

Əlimizdən,

Ağdam getdi, millət olmaz

Daha bizdən.

Ağdam getdi, qeyrət umma

Daha bizdən,

Ağdam getdi sinəmizdən

Bir saplanmış

Xəncər qaldı,

Ağdam getdi ta nə qaldı,

Bakı qaldı,

Gəncə qaldı…

Ağdam getdi, ta nə qaldı,

Təbriz qaldı,

Zəncan qaldı…

Allah aman, Allah aman,

Əsr-əsr, zaman-zaman

Neçə yerə parçalanmış

Vətən qaldı…

Ağdam getdi, ta nə qaldı

Bir mən qaldım,

Bir sən qaldın…


III
Kaş bu yaşa girməyəydim,

Gəncədəki soyqırımı

Görməyəydim.

Özüm əsir olmayaydım

Öz əlimdə…

Allah aman, Allah aman,

Bilməyəydim heç bir zaman,

Qardaş tankla necə keçir

Qardaşının cəsədinin

Üzərindən…

O cür azğın rəqibimiz

Ola-ola,


Yerevan tək qan çanağı

Dura-dura,

Ibizim soydan olan kəsin,

Birdən-birə səsi gəlsin,

ƏMR versin,

-Bomba tökün Gəncəbasar

torpağına,

Böyük, ulu Nizaminin

Ocağına…

Nə deyəsən beləsinə,

Tutub gərək diri-diri

Boğazından çıxarasan

Dərisini…

Dilini də dağlayasan,

Dondurasan,

Ətini də tonqallarda

Yandırasan…

Qoymasan nə külündən

Əsər qala,

Nə cismindən məzar qala…


IV
Kaş bu yaşa girməyəydim,

İçimizdə necə qorxunc

Satqınlar var

Görməyəydim…

Ulu xalqım qala idi xəyalımda

Qəhrəmanlıq

Rəmzi kimi…

Ərənlərin ərəni kimi,

Əzizlərin

Əzizi kimi…

Həyata da göz yumaydım

Bu inamla,

Bir əbədi ehtiramla…

Görməyəydim

Vətən satan,

Torpaq satan,

Millət satan,

Bayraq


Satan,

Cəsəd satan,

Meyid satan,

Tabut satan,

Şəhid satan,

Silah satan,

Ordu satan,

Vəzifəyə


Məmləkəti

Yurdu satan,

Ana torpaq

Od tutanda,

Alışanda,

Bu sathasat yarışında,

Belimizi sındırmaqçın,

Bu torpağı yandırmaqçın

Cəlladlara benzin satan,

Mərmi satan,

Neçə-neçə qəhrəmanı,

Mərdi satan,

Ana torpaq od tutanda,

Alışanda,

Bu sathasat yarışında,

Şəhidlərin məzarına

Qoyulan gülləri

Satan…


Mebel satan, ev satan,

Zirzəmi satan,

Balkon satan, qaraj satan,

Kitab satan, tiraj satan,

Cirə satan, şirə satan,

Şəkər satan,

Kəmər satan,

Duxu satan,

güzgü satan,

daraq satan,

Dükan edib mənzilinin

Yarısını,

Satıcı qoyub arvadını,

Baldızını,

Tursik satan, lifçik satan,

Ya nimdaş

Darbalaq

Satan…


Bu qeyrətsiz murdarları

Görməyəydim,

Kaş bu yaşa girməyəydim…

Qəlbimdəki ən müqəddəs

İnamlarım ölməyəydi…


Qanlı xəlbir

Dava gedir neçə ildir,

Kəsilib elin kələyi…

Dava qanlı bir xəlbirdir,

Bütün milləti ələyir…

Ələyir bir-bir ədəyir,

Ədində xəlbir ələyi…

Ayırır bədəndən qolu,

Baş bir yana, leş bir yana,

Məmləkət şəhidlə dolu,

Məmləkət satqınla dolu,

On bir yana, beş bir yana,

Yüz bir yana, min bir yana…

Torpaqlar boyanıb qana,

Yanan yurd-yuvalar küldür…

Toplar,mərmilər mələyir,

Dava nəhəng bir xəlbirdir,

Hər nə var seçir, ələyir…

Ayırır o tükü tükdən,

Dava hünər imtahanı…

Seçir xırdanı böyükdən

Seçir yaxşını yamanı…

Əlində xəlbir ədəyi,

Bütün hər nə var ədəyir…

O çox üzü vönükdəri,

Çox kədəkləri ayırır…

O safları, çürükdəri,

O kənəkləri ayırır…

Keçirir xəlbir gözündən,

Heç nə qaçmayır gözündən.

Həsrətin,dərdin əlindən,

Qocalır cavan gədindər,

Analar tabut bələyir…

Davanın xəlbir ələyi,

Mərdi qorxaqdan ayırır,

Kütləni xalqdan ayırır…

Vurhavur, öldürə-öldür,

Dava gedir neçə ildir…

İlkin igid oğullara,

Dəyir onun zərbələri…

Namərdlərə, oğrulara,

Satqınlara sərf eləyir…

Davanın zərəri saysız,

Dəhşəti, kədəri saysız…

Amma bir xeyri var bizə,

Çoxsa da dərdi, məlalı…

Pisləri çıxarır üzə,

Xalqın ancan safı qalır…

Dava gedir neçə ildir,

Kəsilib elin kələyi…

Dava qanlı bir xəlbirdir,

Bütün milləti ələyir…


  1   2   3   4   5   6   7   8   9   ...   13


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə