«Ovçuluq haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər haqqında Azərbaycan Respublikasının Qanunu




Yüklə 8.44 Kb.
tarix13.03.2016
ölçüsü8.44 Kb.


«Ovçuluq haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər haqqında

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikasının 1997-ci il 30 dekabr tarixli, 424-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Meşə Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 3, maddə 139; 1999-cu il, № 8, maddə 476) 72-ci maddəsinin üçüncü hissəsində «sahələri» sözündən sonra «ov yerləri kimi qanunvericilikdə müəyyən edilmiş qaydada» sözləri və «istifadəsinə» sözündən sonra «və ya icarəsinə» sözləri əlavə edilsin.

II. «Xidməti və mülki silah haqqında» Azərbaycan Respublikası Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 3, maddə 137; 2003-cü il, № 8, maddə 424; 2004-cü il, № 3, maddə 133, Azərbaycan Respublikasının 2004-cü il 7 sentyabr tarixli, 732-IIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

1. 7-ci maddənin IV hissəsinin 1-ci bəndində «beş» sözü «yeddi» sözü ilə əvəz edilsin;

2. 9-cu maddənin VII hissəsinin birinci cümləsindən «odlu ov və ya» sözləri çıxarılsın və aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:



«Ovçuluq fəaliyyətini həyata keçirmək üçün Azərbaycan Respublikasının ərazisində istifadəsinə icazə verilmiş ov silahları (odlu və ya soyuq) müvafiq icra hakimiyyəti orqanında bir dəfə qeydiyyatdan keçirilir və bu barədə ovçuluq biletində qeyd olunur. Yivli ov silahına icazə o ovçulara verilir ki, onların 5 ildən az olmayaraq müddətdə istifadəsində yivsiz ov silahı olsun.»;

3. 17-ci maddənin III hissəsində «çaplı» sözü «yivli» sözü ilə əvəz edilsin.

III. «Heyvanlar aləmi haqqında» Azərbaycan Respublikasının Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 8, maddə 470; 2004-cü il, № 2, maddə 57) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

1. 15-ci maddə üzrə:



    • birinci hissəsində «şəraitində yaşayan» sözləri «və ya yarımsərbəst şəraitində daimi, müvəqqəti və köçəri yaşayan, habelə təsərrüfat subyektləri tərəfindən yetişdirilib ov yerlərinə buraxılan» sözləri ilə əvəz edilsin;

    • ikinci hissəsinin birinci cümləsindən «xüsusi» sözü çıxarılsın;

    • dördüncü hissədə «yaşadığı» sözündən sonra «, miqrasiya etdiyi» sözləri əlavə edilsin.

2. 22-ci maddənin birinci hissəsində «ayrı-ayrı» sözlərindən sonra «yırtıcı və zərərverici» sözləri əlavə edilsin.

3. 24-cü maddənin onuncu abzasında «dərhal» sözündən sonra «ovçuluq təsərrüfatlarına və» sözləri əlavə edilsin.



Azərbaycan Respublikasının Prezidenti

İlham ƏLİYEV.

Bakı şəhəri, 29 oktyabr 2004-cü il.

785-IIQD.



«Azərbaycan» qəzetində dərc edilmişdir

(10 noyabr 2004-cü il, № 262)


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə