Otağı yoxlamaq, qapı və pəncərələri açmaq, qızdırıcı cihazı söndürərək otağı tərk etmək




Yüklə 30.26 Kb.
tarix29.02.2016
ölçüsü30.26 Kb.

  • otağı yoxlamaq, qapı və pəncərələri açmaq, qızdırıcı cihazı söndürərək otağı tərk etmək;

  • dəm qazının otağa daxil olmasının qarşısını almaq.


Yadda saxlayın:


  • standarta uyğun olmayan qaz cihazlarından istifadə etməyin;

  • istənilən satış mərkəzindən əldə edilən məişət cihazının müvafiq sənədləri ilə (texniki pasportu, uyğunluq sertifikatı və s.) tanış olmaq, onların istifadə qaydasını satışı həyata keçirən mağazanın nümayəndəsindən öyrənmək lazımdır;

  • qaz cihazlarının quraşdırılması mütləq qaydada bu sahə üzrə ixtisaslaşmış mütəxəssislər tərəfindən həyata keçirilməlidir;

  • qış mövsümü başlanmazdan əvvəl sobalara baxış keçirilməsini, tüstü bacalarının yoxlanılmasını

  • evə gələn nəzarətçi-çilingərdən tələb edin;

  • yanar əşyaların qaz cihazlarına 20 sm-dən yaxın məsafədə yerləşdirilməsi yolverilməzdir;

  • sobaların həddən artıq qızmasına yol vermək, işlək vəziyyətdə olan sobaları nəzarətsiz qoymaq və ya həmin cihazların istismarını azyaşlı uşaqlara həvalə etmək olmaz; 

  • otaqda qaz iyi hiss etdikdə dərhal qazın verilişi dayandırılmalı, otağın pəncərələrini açaraq havasını dəyişdirməli və qəza-təmir xidmətinə xəbər verilməlidir. Nasazlıq aradan qaldırılana qədər otaqda siqaret çəkmək, kibritdən, açıq alovdan, elektrik cihazlarından istifadə etmək olmaz.

  • təbii qazla işləyən sobaların qaz xəttində əl catan yerdə iki ədəd kran (sobanı qazla təchiz edən xətdə tənzimləyici kran, ondan qabaq isə yarımaçılan nəzarət kranı) quraşdırılmalıdır. Yerli isitmə sobaları köçürmə (təxliyə) yollarında (pilləkən qəfəslərində, dəhlizlərdə, qapıların qabağında və s.) quraşdırıla bilməz;

  • mənzili müvəqqəti tərk etdikdə qaz cihazlarının bütün ventilləri bağlanmalıdır, uzun müddətə tərk etdikdə isə təchizatçı idarəyə bu barədə rəsmi məlumat verilərək qaz təchizatı dayandırılmalıdır;

  • Qəza təhlükəsi və qəza hadisəsi ilə əlaqədar aşağıdakı nömrəli telefonlarla xəbər verilməlidir:




  • Qaz qəza xidməti: 104

  • Yanğınsöndürmə xidməti: 101

  • Polis: 102

  • Təcili tibbi yardım: 103

  • Fövqəladə Hallar Nazirliyi: 112


Nəşr olunmuş bu buklet “Şəffaflıq Azərbaycan” Korrupsiyaya qarşı Mübarizə İctimai Birliyi tərəfindən Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə həyata keçirilən “İctimai Maraqların Müdafiəsi və Hüquqi Məsləhət Mərkəzləri” layihəsi çərçivəsində ərsəyə gəlmişdir, və məzmun USAID və ABŞ hökumətinin rəsmi mövqeyini əks etdirməyə bilər.
“Şəffaflıq Azərbaycan” və ALAC layihəsi haqqında əlavə məlumat almaq üçün www.transparency.az internet səhifəsinə müraciət edə bilərsiniz.
Qaynar Xətlər
Bakı 088 707 07 07

Gəncə 088 202 02 02

Lənkəran 088 303 03 03

Quba 088 404 04 04

Şəki 088 505 05 05





DƏM QAZI TƏHLÜKƏSİNDƏN

QORUNMA QAYDALARI



Mənzildaxili qəzaların baş vermə səbəbləri
Metan (CH4) təbiətdə rəngsiz, iysiz və dadsız qazdır. Mümkün qaz sızmalarının tez bir zamanda aşkarlanması üçün qaz-ötürücü stansiyalarda tərkibinə odorant kimyəvi elementi qatılır (aromatik siqnalizasiya).

Mənzildaxili qəzaların baş verməsinin əsas səbəbi bir qayda olaraq texniki nəzarətin lazımı səviyyədə olmaması və profilaktik tədbirlərin keçirilməməsi ilə əlaqədardır. Qəza təhlükəsi yaradan əsas texniki nasazlıqlar aşağıdakılardır:




  • birləşmə nöqtələrinin zəifləməsi;

  • qaz kəmərinin korroziyaya uğraması;

  • bağlı vəziyyətdə kranların qaz buraxması;

  • məişət qaz cihazlarının istismara yararsızlığı;

  • tüstü bacalarının və ventilyasiya kanallarının istismara yararsızlığı;

  • təchizatçı idarə tərəfindən istismar qaydalarının pozulması;

  • istehlakçı tərəfindən istifadə qaydalarının pozulması və s.


Profilaktik tədbirlər
Qaz təchizatının təhlükəsizliyini və fasiləsizliyini təmin etmək üçün göstərilən profilaktik tədbirlərin həyata keçirilməsi vacibdir:

  • tüstü bacalarının və ventilyasiya kanallarının yoxlanılması;

  • qaz sızmalarının aşkarlanması və ləğv edilməsi;

  • qaz cihazlarının yoxlanılması;

  • qaz kəmərində, qaz cihazlarında defekt və nasazlıqların aradan qaldırılması.

T

üstü bacalarının yoxlanılması yaşayış sahəsində qaz iyi gəlmədiyi hallarda adi kibrit vasitəsi ilə də mümkündür. Kibrit yandırılaraq tüstü bacasının divardakı dəliyiniə yaxınlaşdırıldıqda bu zaman alovun istiqaməti şaqulidən ən azı 45 dərəcə bacaya tərəf əyilməlidir. Əgər əyilmənin dərəcəsi azdırsa və ya alov əks istiqamətə əyilirsə qaz cihazından istifadə edilməməli, nasazlığın aradan qaldırılması üçün mütəxəssisə müraciət edilməlidir. Həmçinin, tüstü bacasının borularının birləşmə nöqtələrinin kipliyi də yoxlanılmalıdır. Boşluq olduğu hallarda həmin birləşmə asbest kəndiri ilə işlənilməlidir. Tüstü bacalarının yaşayış sahəsinin dam örtüyündən olan hündürlüyü 50 sm-dən az olmamalıdır.

Mənzildaxili qaz kəmərində qaz sızmasının aşkarlanması üçün sabun məhlulundan istifadə edilir. Mənzildə qaz iyi hiss olunduqda bu məqsədlə kibritdən istifadə etmək, həmçinin elektrik işlədicilərini şəbəkəyə qoşmaq olmaz.

Mənzildə istifadə olunan qaz cihazlarına müntəzəm olaraq (rübdə bir dəfə) texniki baxış keçirilməli, mümkün cihazdaxili qaz sızmaları və digər nasazlıqlar aşkarlanmalı, qaz kranları sökülərək yenidən qrafit yağı ilə yağlanmalı, istifadəyə yararsız (təhlükəli) detallar yenisi ilə əvəz edilməlidir.

Məişətdə istifadə olunan qaz cihazları əsasən 3 qrupa bölünür: plitə, suqızdırıcı və isitmə cihazları.

Plitələrin quraşdırıldığı mətbəxin hündürlüyü 2,2 metrdən az olmamalı, nəfəsliyi olan pəncərəsi və ventilyasıya kanalı ilə təchiz edilmiş sahədə quraşdırılmalıdır. 4-gözlü plitə üçün mətbəxin həcmi 15 m3, 3-gözlü plitə üçün 12 m3, 2-gözlü plitə üçün isə 8 m3-dən az olmamalıdır. Təcrübə göstərir ki, plitələrdə qaz sızması 80-90 faiz hallarda qaz kranları ilə, qalan hissə isə yivli birləşmələrlə əlaqədardır. Təbii işıqlandırma, havalandırma sistemi olmayan yarımzirzəmidə (zirzəmidə) qaz cihazlarının quraşdırılması qadağandır.

Ventilyasiya kanalının yararlığını yoxlamaq üçün adi kağız vərəqdən də istifadə etmək olar. Vərəqi ventilyasıya kanalının divardakı dəliyinə yaxınlaşdırdıqda o divara yapışır.

Suqızdırıcı cihazların quraşdırıldığı hamam otaqlarının hündürlüyü 2,5 m-dən, həcmi isə 7,5 m3-dən az olmamalıdır. Bu zaman həm tüstü bacasının, həm ventilyasiya kanalının, eyni zamanda nəfəsliyin olması mütləqdir. Hamam otağının qapısının aşağı hissəsində havanı dəyişmək üçün 0,02 m2 sahəsi olan dəlik olmalıdır (bu, bir neçə dairəvi deşik və yaxud 0,4X0,5 metr ölçüdə jalüz şəklində ola bilər).

İsitmə cihazlarına da müntəzəm olaraq, xüsusən isitmə mövsümü başlamazdan əvvəl texniki baxış keçirilməli, tüstü bacası yoxlanılmalı və zərurət olduqda təmizlənməli, bacanın borularının birləşmələri kipliyə yoxlanılmalıdır.



Mənzildaxili qaz kəmərləri gözlə görünən, texniki baxış və qulluq edilməsi üçün əl çatan yerdə quraşdırılmalıdır.
Dəm qazından zəhərlənmə
Mənzildə istifadə olunan qaz cihazlarının, həmçinin tüstü bacalarının istismara yararsızlığı nəticəsində əhali arasında dəm qazı adlanan karbon oksidi (CO) yaranır ki, bu da insanlar arasında yüngül, orta və ağır zəhərlənməyə (ölümə) səbəb olur. Dəm qazı natamam yanma məhsulu olub güclü zəhərləyici xassəyə malikdir. Xüsusi çəkisi atmosfer havasından ağır olduğundan həmişə döşəmə səviyyəsində yığılır. Dəm qazının olduğu sahədə lax yumurta iyi hiss olunur, insanlarda başarğı, ürəkbulanma, qusma və s. baş verir. Dəm qazının əlamətləri olduqda qaz cihazından istifadə dərhal dayandırılmalı, səbəblərin müəyyən edilərək aradan qaldırılması üçün mütəxəssisə müraciət edilməlidir.
İlk tibbi yardım göstərilməsi:
Təcili olaraq zərərçəkmişə oksigenin verilməsini təmin etmək lazımdır. Zərərçəkmişi dərhal təmiz havaya (ilin isti mövsümündə küçəyə, soyuq mövsümdə isə yaxşı havalandırılan otağa) çıxarmaq və kürəyi üstə uzandırmaq lazımdır;


  • zərərçəkmişin bütün bədəni aktiv hərəkətlərlə ovuşdurulmalı, başına və sinəsinə soyuq kompress qoyulmalıdır;

  • zərərçəkmişin huşu özündədirsə, ona çay içirtmək tövsiyə olunur. Lakin əgər huşunu artıq itirmişdirsə, onun burnuna naşatır spirtində isladılmış pambıq yaxınlaşdırılmalıdır;

  • zərərçəkmişin tənəffüsü dayanıbsa, ona mütləq süni nəfəs vermək və təcili tibbi yardım çağırmaq lazımdır;



Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə