Oruc g ö y ç я L i Ön söZ




Yüklə 1.3 Mb.
səhifə1/6
tarix22.04.2016
ölçüsü1.3 Mb.
  1   2   3   4   5   6

Oruc G Ö Y Ç Я L İ



ÖN SÖZ
El şairi Oruc Göyçəli məşhur söz sərrafı Aşıq Ələsgər yurdunda dünyaya göz açmışdır. Uşaqlıq çağla-rından ailəlikcə Gədəbəy rayonunda məskunlaşan Oruc Göyçəli bir müddət burada yaşadıqdan sonra ulu Gən-cədə qərar tutmuşdur.

O.Göyçəlinin “Anam yadıma düşür” kitabına onun müxtəlif illərdə yazıb-yaratdığı bir sıra maraqlı şeirlər daxil edilmişdir.

Şairin şeirlərinin mayasını doğma yurd-yuva, onun təbiəti, insanları və s. təşkil edir. O.Göyçəlinin yaradıcılığı-nın ən ümdə xüsusiyyətlərindən biri də odur ki, o hər şeydə, hər məkanda, hər anda, hər məqamda gözəllik sorağında olur, gözəlliyi həyatın əsl mənada aynası sayır. Şair ilk beşiyi – ilk dil açıb ana dediyi yurd-yuvanı belə təsvir edir:
Gəzirdim dağında, dərələrində,

Ovumu görərdim bərələrində,

O Göyçə gölündə, sərinlərində,

Xanimanım Ardanışda qalıbdı.

(“Ardanışda qalıbdı”)
Anam yadıma düşür” kitabında müəllifin ithaf şeirləri çoxluq təşkil edir. İlk baxışda bütün bunlar yeknə-sək görünə bilər. Əslində isə bütün bunlar hamısı şairin insanlara və insanlığa sonsuz sevgi hisslərindən irəli gəlir. Tanınmış şəxsiyyətlərlə bağlı qələmə alınmış nümunələrin hər birində insan xarakteri ən incə cizgilər vasitəsilə vəsf olunur. Şair Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Kamandan, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevə dərin hörmət və məhəbbətini belə tərənnüm edir:
Atdığı addımlar gül açır hər il,

Neftimiz dünyaya yol açır hər il,

Dövlətim, millətim olub müstəqil,

Dövlət dayağıdı İlham Əliyev.
(“Xalqın dayağıdı İlham Əliyev”)
Oruc Göyçəlinin akademik Məmmədtağı Cəfərova, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə, Azərbaycan Yazıçılar Birliyinin Qazax bölməsinin sədri Barat Vüsala, Milli Məclisin deputatı Aydın Abbasova, xalq artisti Mənsum İbrahimova və başqalarına həsr etdiyi şeirlərin hər birində vətənpərvərlik hissləri ol-duqca güclüdür.

Oruc Göyçəlinin təbiət şeirləri də özünəməxsusluğu ilə seçilir. Düşmən əsirliyində qalan torpaqlarımızın fəryadı onun öz fəryadına çevrilir. Son dərəcə həyəcanlı bir tərzdə qələmə sarılan şair fikrini belə ifadə edir:

Nə müddətdi ömrü yağı əlində,

Ağlayır torpağı, daşı dağların.
Hər gün at oynadır düşmən belində,

Qurumur gözündə yaşı dağların.

(“Dağların”)
O. Göyçəlinin “Durnalar” şeiri bu mövzuda yazılmış nümunələrdən tamamilə seçilir. Durnaların timsalında şair yurd-yuvasından qaçqın düşmüş yurddaşlarımızın taleyini sonsuz ürək ağrısı ilə oxuculara belə xatırladır:
Biləsiniz qaçqın dərdi necədi,

Yaşayırlar, gündüzü də gecədi,

Öz yurdundan itkin düşmüş cücədi,

Göz yaşları gilə-gilə, durnalar.

(“Durnalar”)
Oruc Göyçəlinin poeziyasında canlı danışıq dili özünü qabarıq surətdə göstərir. El qaynaqlarından qi-dalanan sənətkar hər şeirində, hər sözündə milli poeziya ənənələrindən doğan xüsusiyyətləri öz yaradıcılığında yaşatmağa çalışır.

Vətənimizin hər bir guşəsi onun üçün doğmadır, əzizdir. Şair Gəncəni də, Göyçəni də, Gədəbəyi də, Samuxu da, ümumiyyətlə, hər bir əsrarəngiz guşəni də rəngarəng və əlvan çalarlarla tərənnüm edir:
Qışı keçən günün meyli yazadı,

Meşəsi, çəməni meydi-məzədi.

Açılan hər gülün ətri təzədi,

Nazlanar ellərim Gədəbəyimdə.

(“Gədəbəyimdə”)

Bağ-bostanın naxış olub çöllərə,

Xoşbəxt səsin yayılıbdı ellərə,

Sədan çoxdan düşüb şirin dillərə,

Ləldi torpaq, daşın, ay gözəl Samux

(“Gözəl Samux”) və s.
Oruc Göyçəlinin yaradıcılığında əbədiyaşar möv-zulardan biri sayılan Ana haqqında da maraqlı şeirlər verilmişdir. Bu şeirlərdə anaya hörmət, anaya ehtiram, anaya məhəbbət duyğuları elə ilk baxışdan oxucu qəl-bində ən xoş hisslər oyadır:
Orucam, dünyanı dərk etdim, qandım,

Anamı Vətənlə birlikdə andım,

Ana laylasını müqəddəs sandım,

Ana laylasına ehtiyacım var.

(“Ana sağlığına ehtiyacım var”)
Oruc gileylənir dünya işindən,

Fələyin görkündən, həm gərdişindən,

Anam yoxdu, doyam xoş bişmişindən,

Tam gələ dilimə, ağzıma mənim.

(“Ana axtarıram”) və s.
Biz Oruc Göyçəlinin “Anam yadıma düşür” kitabını geniş təhlil etmək niyyətində deyilik. Ancaq inanırıq ki, şairin bu kitabı şeirsevərlər tərəfindən böyük sevinclə qarşılanacaq və ona yeni-yeni oxucular qazandıracaqdır.

Abbas SƏMƏDOV,

Filologiya və pedaqoji elmləri

doktoru, professor

SÖZ VERИN MЯNЯ...
ХАЛГЫН ДАЙАЬЫДЫ

ИЛЩАМ ЯЛИЙЕВ
(Müstəqil Azərbaycanımızın Prezidenti,

Zati Aliləri, möhtərəm İlham Əliyevin

doğum gününə)
Zamanın ziynəti, sülhün dayağı,

Millətimin parlaq yanan çırağı.

Dünyaya yayılan səsi, sorağı,

Xalqın mayağıdı İlham Əliyev.


Vətənimə nur çiləyir amalı,

Günə, Aya bərabərdi camalı.

Bir oğuldu Heydər Baba dühalı,

Hikmət sorağıdı İlham Əliyev.


Vətənimin, dövlətimin başçısı,

Azadlıq rəmzidi, sülhün carçısı,

O Odlar Yurdumun mərd ilhamçısı,

Zəfər bayrağıdı İlham Əliyev.


Sabitlik, sakitlik, bərqərar burda,

Dünya qiymət verir bu gözəl yurda,

Dövlətimin qazandığı uğurda,

Xalqın xoş çağıdı İlham Əliyev.


Atdığı addımlar gül açır hər il,

Neftimiz dünyaya yol açır hər il,

Dövlətim, millətim olub müstəqil,

Zəfər çırağıdı İlham Əliyev.


Hər bir vətəndaşa prezident olan,

Vətənin, dövlətin qeydinə qalan,

Yolunu dövlətdən-dövlətə salan,

Haqqın yarağıdı İlham Əliyev.


Müstəqil dövlətin – müstəqil şahı,

Millətin azalıb amanı, ahı,

Xalqının arxası, həm də pənahı,

Çiçəkli bağıdı İlham Əliyev.


Böyük məclislərdə etdiyi çıxış,

Hər yerdə qazanır sürəkli alqış,

Heydər zirvəsində möhkəm dayanmış,

Dövlət dayağıdı İlham Əliyev.


Gəncə ş. 24.12.2009
BИZ ИLHAMA

SЯS VERИRИK
Biz İlhama səs veririk,

Azərbaycan İlhamına.

İnsan qəlbinə giririk,

Azərbaycan inamına.


Xalqın gələcəyi gülsün,

Millətlər görüşə gəlsin,

Allah özü imkan versin,

Azərbaycanın naminə.


Körpələrin gülsün dili,

Ətir versin qönçə gülü,

Xoş gəlsin qoy ildən-ili,

Azərbaycanın naminə.


Torpağım alınsın yaddan,

Şöhrət tapsın uca addan,

Oğullarım keçsin oddan,

Azərbaycanın naminə.


Sərvətim çatsın özümə,

Qoy işıq gəlsin gözümə,

Yaraşıq versin düzümə,

Azərbaycanın naminə.


Koroğlu, Babək dirilsin,

Qaçaq Nəbi baxıb dinsin,

Həzi, İsrafil də bilsin,

Azərbaycanın naminə.


Şəhidlər dursun ayağa,

Ürəkləri dönsün dağa,

Rəhmətləri göydən yağa,

Azərbaycanın naminə.


Oruc, hər an gülə üzün,

Düşmən ölə düzüm-düzüm.

Qələbələr ola bizim,

Azərbaycanın naminə.


Gəncə ş. 15.10.2003
УЪАЛ ЗИРВЯЛЯРЯ
(Gəncə şəhər İcra Hakimiyyətinin

başçısı Elmar Vəliyevə)
Ucalsın göylərə qeyrətli adın,

Sənə baş endirsin yaxının, yadın.

Bir yaradan olsun kamil ustadın,

Ucal zirvələrə, enmə zirvədən.


Tutduğun haqq yolu köməkdi sənə,

Nizami yurdunda yarat sən yenə.

Qiymət versin Mərkəz hər əməlinə,

Ucal zirvələrə, enmə zirvədən.


Sən ağır ellərdən gəlibsən bura,

Yaradan həmişə arxanda dura.

Qalibsən hər yanda, getsən də hara,

Ucal zirvələrə, enmə zirvədən.


Təbiətin qanunudu əzəldən,

Yaxşı işlər çıxar möhkəm, düz əldən.

Gəncə qədim məkan, kömək yüz əldən,

Ucal zirvələrə, enmə zirvədən.


Gördüyün işlərin üzünə gülsün,

Dostların sevinsin, düşmənin ölsün.

Yaradanın özü köməyin olsun,

Ucal zirvələrə, enmə zirvədən.


Orucun arzusu hər vaxt çin olur,

Şadlıqla, sevinclə qəlblərə dolur.


Şərəfli işlərin yaddaşda qalır,

Ucal zirvələrə, enmə zirvədən.


Gəncə ş. 09.03.2011
ЕЛМАРЫН УЬУРЛУ

ИЛИДИ БУ ИЛ
(Gəncə şəhər İcra Hakimiyyətinin

başçısı Elmar Vəliyevə)
Gəncədə can deyib, can eşidirlər,

Elmarın şirincə dilidi bu dil.

Sorğunun cavabı yaxşıdı burda,

Elmarın uğurlu ilidi bu il.


Tapşırıq vaxtında yetişir başa,

Hərəkət birgədi, edilir qoşa.

Gəncəlilər xoşhal dolurlar yaşa,

Elmarın şöləli ilidi bu il.


Artıq gözəlləşir Nizami yurdu,

Babama muzey də qurulur burda.

Heç kəs qalmayacaq çətində, darda,

Elmarın mötəbər günüdür bu gün.


Dahilər yurdudu bu gözəl Vətən,

Nəsihət götürür hər gəlib ötən.

Ədiblər gülüdü Gəncədə bitən,

Elmarın ətirli gülüdü bu gül.


Nizami yurdunun memarı olan,

Abadlıq işləri yaddaşda qalan.

Mərkəzdə işilə uca ad alan,

Elmarın yorulmaz qoludu bu qol.


İlham Əliyevə arxadaş olan,

Xain insanları lərzəyə salan.

Müxalif kəslərin canını alan,

Elmarın qüvvətli əlidi bu əl.


Oruc həsəd çəkir şana, şöhrətə,

Qoç igid gərəkdi bizim millətə.

Gəncəmizə olan böyük hörmətə –

Elmarın səxalı dilidi bu dil.


Gəncə ş. 13.09.2011
БУ ДЦНЙАДА
(Azərbaycan Müəllimlər İnstitutunun Gəncə

filialının direktoru Ramiz Məmmədova)
Sənin kimi gözəl insan,

Varmı görən bu dünyada.

Darda qalana hoy edən,

Varmı görən bu dünyada.


Kasıbları tez seçəni,

Haqqın yoluna keçəni,

Sayan səntək bir neçəni,

Varmı görən bu dünyada.


İşlərini el bəyənən,

Hər bir açan gül bəyənən,

Sevən, şirin dil bəyənən,

Varmı görən bu dünyada.

Mərd doğubdu anan səni,

Bəyənib el-oban səni,

Alqışlayır zaman səni,

Mərd oğultək bu dünyada.


Oructək əhdinə çatan,

Dərd, qəmini tamam atan,

Mənimlə söhbəti tutan,

Varmı görən bu dünyada.


Gəncə ş. 27.09.2011
ПАЙ БИЛМИШЯМ МЯН
(Professor Ramiz Musa oğluna)
Səndəki səxanı görəndən bəri,

Hatəm səxasına tay bilmişəm mən.

Ziyalılar içində ey müdrik insan,

Səni günəş bilib, ay bilmişəm mən.


Hər vaxt xeyirdədi əlin-ayağın,

Haqqın çırağıtək yanır çırağın,

Xaliq özü olsun arxan, dayağın,

Səni Allah verən pay bilmişəm mən.


Bundan uca yerdə çəkilsin adın,

Fəxr etsin səninlə qohumun, yadın,

Hörmətlə sayılsın əsilin, zatın,

Uca zirvələrdə say bilmişəm mən.


Yaradan şax saxlar bil mərd kişini,

Qoymaz tənəzzülə düşə işini,

Sərrast verib Xudam əqil, huşunu,

Səni coşqun axan çay bilmişəm mən.


Oruc çox görübdü haqqın işini,

Gözü tox saxlayar o mərd kişini,

Uca yaşadacaq sənin başını,

Səni bahar bilib, yay bilmişəm mən.


Gəncə ş. 29.09.2011
BИR ШAИR YAШAYIR

QAZAX ELИNDЯ
(Azərbaycan Yazıçılar Birliyinin

Qazax bölməsinin sədri Barat Vüsala)
Vətən qeyrətini qəlbində çəkən,

Bir şair yaşayır Qazax elində.

Var qeyrət qələmi, düşmür əlindən,

Vətəni yaşadır şirin dilində.


Yazdığı şöhrətdi Azərbaycana,

Şirin söhbətində bax canhacana,

Şeirində, dilində Vətən, həm Ana,

Cövr edir qələmi, qabar əlində.


Vətənin dərdini qələmlə düzür,

Qaçqını, köçkünü qəlbiylə süzür,

Ürəyi poladdı, hər dərdə dözür,

Həsrət yükü çəkir hər vaxt belində.


Vətən nisgillidi yurd-yuvasında,

Hər vaxt qələm çəkir “hay”* davasında,






* “Hay” – erməni

Dözür qeyrətsizin sərt havasında,

Fikirdən qar gəzir qara telində.
Oruc Göyçəli də dərdə şərikdi,

Millətim hər yanda perik-perikdi,

Qarabağ, Kəlbəcər əldə ləlikdi,

Sinəsini gərir sərt söz selində.


Gəncə ş. 18.03.2009
CAVAN QAL
(Azərbaycan Yazıçılar Birliyinin Qazax

bölməsinin sədri Barat Vüsala

Ovqat"da qulaq asarkən)


Qazax mahalının bağı-bağçası,

Şeirlə toxunan xalı-xalçası,

Vurğunun şeir evi, qızıl külçəsi,

Zirvəyə ucalsın bu tutduğun yol,

Barat Vüsal kimi hər vaxt cavan qal.
Heyran qaldım hərtərəfli cavaba,

Şirin söhbətinlə batdın savaba,

Qulaq asdı sənə yüz qoca, baba,

Vurğunun elində qaim qədim ol,

Barat Vüsal kimi hər vaxt cavan qal.
Ağlın-dərrakəndi haqq verən payın,

Bilik dəryasında var haqqı-sayın,

Xaliq olsun sənin arxan, həm dayın,

Qazax mahalında böyük lövbər sal,

Barat Vüsal kimi hər vaxt cavan qal.

Hərdən şeirində qaraldı qanım,

Əridi ürəyim, qalmadı canım,

Səninlə bir oldu təmiz vicdanım,

Elində, obanda qaim qədim ol,

Barat Vüsal kimi hər vaxt cavan qal.


Xoş keçsin şeirinlə hər keçən anın,

Hər yana yayılsın şöhrətin, şanın,

Səninlə fəxr etsin Azərbaycanın,

Sənət yollarında zirvəyə ucal,

Barat Vüsal kimi hər vaxt cavan qal.
Oruc Göyçəli də şeir leylacı,

Sazın, sözün şirin, söhbətin acı,

Səndən doyanmadım Qazağın tacı,

Vurğun ellərində böyük ad-san al,

Barat Vüsal kimi hər vaxt cavan qal.
Gəncə ş. 04.01.2009
СЮЗЦ СЕЧДИРИБ
(Aydın Abbasovun deputat seçimində)
Aydındır seçimdə, el-obasında,

Onun ləyaqəti özü seçdirib.

Elinə gördüyü gözəl işləri,

Onun hər bir şirin sözü seçdirib.


İş üçün gələni boş qaytarmayıb,

Fikiri, xəyalı çaş qaytarmayıb.


Xoş xasiyyət, qəlbi daş qaytarmayıb,

Onun hər sözünün düzü seçdirib.


Ürəkdən səs verib öz yerliləri,

Gördüyü iş kimi düz yerliləri,

Köməyə gərəkli biz yerliləri,

Onun o işıqlı üzü seçdirib.


Hər bir gələnləri nəzərə alan,

Hər gələn insanın qeydinə qalan,

Kasıbı, yetimi yadına salan,

Öz xalqına açıq gözü seçdirib.


Şair qələmi də əziyyət çəkmir,

Xain adam kimi tikəni sökmür.

Düz işi heç zaman əyriyə çəkmir,

Onun verdiyi hər sözü seçdirib.


Oruc Göyçəli də bilir hər işi,

Özü qiymət verir Yaradan kişi.

Layiqdi Məclisə bu Aydın kişi,

Onun öz qeyrəti, gücü seçdirib.


Gəncə ş. 12.11.2010
МЯНСУМУН
(Xalq artisti Mənsum İbrahimova)
Allah verib məlahəti, nəfəsi,

Cabbartək, Xan kimi eşqi, həvəsi,

Yoxdu tərəddüdü, dəryadır səsi,

Təbi yollar açdı zala, Mənsumun.

Xan kimi zil səsi aləmə çatdı,

Qulaq asanların eşqi də artdı,

Nəğməsi, laylası könlümə yatdı,

Bənzədi ləhcəsi bala, Mənsumun.


Çoxundan zil oldu Mənsumun səsi,

Gəncədə iz qoydu ustad nəğməsi,

Göylərə qaldırdı inan hər kəsi,

Məlahətli səsi lələ Mənsumun.


Eşidənlər alqışlayıb can dedi,

Sənə qurban o gözəl ad-san dedi,

Sənə çox halaldı bu məkan, –dedi,

Səsi ətir səpdi gülə Mənsumun.


Mehriban baxışı, hərəkətiylə,

Sanballı danışıq mərhəmətiylə,

Zəngulə, Muğamı, Heyratı ilə,

Qaldırdı zirvəyə, zilə Mənsumu.


Şənliyi coşdurdu cəh-cəh vurması,

Balaca boy ilə o mərd durması,

İgid mənliyilə, milli forması,

Hopdurdu ürəyə, dilə Mənsumu.


Nə qədər yazdımsa, çox sözüm qaldı,

Gözəl nəğmələrnən dünyanı aldı,

Səsi, sözü özünü şirin saldı,

Oruc yayımlayır elə Mənsumu.


Sərdar Hüseynovun oğlunun toyunda

Gəncə şəhəri “Kəpəz Mehmanxanası”

10.07.2004 Ərsəyə gəlib 12.07.2004

MЯЛЩЯМ ВАР ХЯСТЯЙЯ

ЩЯР КЯЛМЯСИНДЯ
(TTYX-ın baş həkimi, tibb elmləri

namizədi Azad Quliyevə)
Əlləri şəfalı, gözləri nurlu,

Məlhəm var xəstəyə hər kəlməsində.

Şirin söhbətlidi, ürəyi dolu,

Xəstə şəfa tapır pür kəlməsində.


Məlhəm kimi hopur sözü qanlara,

Dayaq olur sözü zəif canlara,

Ürək-dirək verir çox insanlara,

Şəfalar görünür nər kəlməsində.


Əlində şəfa var, üz-gözündə nur,

Sözünün hər başı sağlamlıq olur.

Xəstənin sağlamlıq qanına dolur,

Şəfalı məlhəmlər var kəlməsində.


Mehriban danışan, gülərüzlüdü,

Şirin söhbətlidi, şirin sözlüdü,

Xəstənin qəlbində dadlı, duzludu,

Şəfalar, məlhəmlər nur kəlməsində.


Oruc şəfa tapır məsləhətində,

Qəbul edir onu darda, çətində,

Xəstə şəfalanır məmləkətində,

Şəfalı, sözlüdü hər kəlməsində.


Gəncə ş. 12.12.2008

ВАГИФ КИМИ ЭЯЛ
(Tamada dostum Vaqif Salahova

zəng edəndən sonra)
Dostu yoxlamağın fikrində olsan,

İstəsəm gələsən, Vaqif kimi gəl.

Danışanda şirin, gülərüzlü ol,

İstəsəm güləsən, Vaqif kimi gül.


Vaxtında dostunun yanına gəlsən,

Ağırın, yüngülün yerini bilsən.

Dostun kədərini qəlbindən silsən,

Bacar kədərini Vaqif kimi sil.


Orucam, bilirəm dostluq neçədi,

Dostun ürək sözü dosta necədi,

Bilirsən, dostunun qəlbi incədi,

Dostunun qədrini Vaqif kimi bil.


Gəncə ş. 17.09.2009
БИР ВАГИФИ МЯН
(Tamada dostum Vaqif Salahova)
Dosta əhval olan, hər vaxt soruşan,

Dostluqda tən gördüm bir Vaqifi mən.

Hər zaman xeyirə, şərə qarışan,

Sözü ötən gördüm bir Vaqifi mən.


Çoxu gileylənər, uflar, sızlayar,

Bir gün iş olmasa donub ağlayar,

Daşar dərdi, çaylar kimi çağlayar,

Hər zaman şən gördüm bir Vaqifi mən.


Ədalət şairidi, şeir yazandı,

Dili çox şirindi, dostluq pozandı,

Hərdən görürsən ki, yolun azandı,

O işdən gen gördüm bir Vaqifi mən.


Həsrət də yazandı, şirin sözlüdü,

Dostları görməkdə açıq gözlüdü,

Sözü məzəlidi, dadlı, duzludu,

Şad şirin can gördüm bir Vaqifi mən.


Oruc dostluq üçün çox can atandı,

Dosta qiymət verən nadir insandı,

İmkanı olanda əhval tutandı,

Əhval tutan gördüm bir Vaqifi mən.


Gəncə ş. 14.01.2011
ФЯХРЯДДИН
(Gəncə şəhəri, rayonlararası Kardioloji Dispanserin baş həkimi Fəxrəddin Namazova)
Sən gözəl həkimsən, insanpərvərsən,

Alimsən, loğmansan, gözəl insansan.

Dostlar arasında böyük ad-sansan,

Fəxr ilə deyirəm sənə, Fəxrəddin.


Gələn xəstələrə mərhəmətin var,

Qəlbində saxlayar səni insanlar,

Heç bir zaman olmaz sənə dünya dar,

Fəxr ilə deyirəm sənə, Fəxrəddin.

Sənin səxavətin Hatəmə bənzər,

Nəcib insanların qəlbində gəzər,

Yaradan saxlayar üstündə nəzər,

Fəxr ilə deyirəm sənə, Fəxrəddin.


O varlı ürəyin yaşadır səni,

Fəxrlə dolanır adın ölkəni,

Haqq özü böyütsün sənin kölgəni,

Fəxr ilə deyirəm sənə, Fəxrəddin.


Sən mənim qəlbimdə fəxr yerimsən,

Arxamda sən igidlərin birisən,

Sən mənim pak ürəyimin girisən.

Fəxr ilə deyirəm sənə, Fəxrəddin.


Fərmanın yerini vaxtında alır,

Oruc dayını da yadına salır,

Sözünlə insanlar mehriban olur,

Fəxr ilə deyirəm sənə, Fəxrəddin.


Gəncə ş. 29.01.2011
НАЗИМ ЩЯКИМ
(Gəncə şəhər Abbas Səhhət adına 1 saylı

xəstəxananın baş həkimi Əhmədov

Nazim Məmməd oğluna)
Dərd azalır canda mənə baxanda,

Hərarət düzəlir damarda, qanda.

Tayın varmı görən bax bu cahanda,

Sən mənim cəfamsan, ay Nazim həkim.

Məni soruşanda dərdim azalır,

Qızmar günəş kimi üstümü alır,

Fikir, xəyal, dərdim arxada qalır,

Mənim xoş vəfamsan, ay Nazim həkim.


Sənin gülər üzün mənə dərmandı,

Hər bir incə sözün mənə fərmandı,

Bu qoca ömrüm də sənə qurbandı,

Sən mənim şəfamsan, ay Nazim həkim.


Əllərin gəzəndə mənim canımda,

Mənə hey ruh verir hər bir anımda,

Azarım dağılır, qalmır yanımda,

Dərmanım-davamsan, ay Nazim həkim.


Oruc dayı qiymət qoyur özünə,

O şirin ləhcənə, incə sözünə,

Allah işıq versin nurlu gözünə,

Suyumsan, havamsan, ay Nazim həkim.


Gəncə ş. 21.03.2010
ГАЙЬЫКЕШ ЩЯКИМ
(TTYX-in daxili xəstəliklər şöbəsinin

müdiri Rövşən Bağırova)
Elə yaraşıqdır, xalqa şöhrətdir,

Özcə zəhmətiynən qayğıkeş həkim.

Saldığı bağ-bağça, yaşıl çəmənlik,

Xəstəyə ruh verir qayğıkeş həkim.


Zəhməti çatdırıb şana-şöhrətə,

Ad-sanı layiqdi hər cür hörmətə,

Hər zaman lazımdı xalqa, millətə,

Şəfalı əliynən qayğıkeş həkim.


Müayinə, müalicə şirin dilində,

Xəstənin şəfası sağlam əlində,

Yaşıllıq, gül-çiçək doğma elində,

Zəhmətlə yaradıb qayğıkeş həkim.


Hafizəsi qızıl, zəhmətkeş əlli,

Gördüyü işləri hamıya bəlli,

Müayinə, müalicə, həm şirin dili,

Özü dəstələyib qayğıkeş həkim.


Xalqı layiq bilib bu gözəl ada,

Gördüyü işlərlə salırlar yada,

Bu gözəl işləri qalır dünyada,

Yaşayır, yaradır qayğıkeş həkim.


Xəstəyə şəfadı gülü-çiçəyi,

Yaşıl çəmənliyi gülün ləçəyi,

Təmizlik, yaşıllıq işin göyçəyi,

Özü yaradıbdı qayğıkeş həkim.


Xəstə Oruc bu işlərdən həzz alır,

Həkimin işləri yaddaşda qalır,

Xəstənin qəlbində dərin iz salır,

Gördüyü işlərlə qayğıkeş həkim.


Gəncə ş. 12.12.2008
ЭЮЙЧЯМИН ЯЗЯМЯТ

НИШАНЯСИСЯН
( Azərbaycan Respublikası Səhiyyə

Nazirinin birinci müavini, Göyçəmin

qeyrətli oğlu Sərdar Kərimova)
Qeyrətli şahinsən, durubsan başda,

Vətənimin gözəl nişanəsisən.

Ələsgər sevdalı, İman bilikli,

Elimin, obamın dürdanəsisən.


Dərrakə, təmkinli, insani qəlbli,

Sən Vətən sevgili, ürəyi təbli,

Yaradan pay verən, məqsəd, mətləbli,

Sənətdə elimin nümunəsisən.


Həkimsən, loğmansan qəlbə yarayan,

Gələnə, gedənə düz yol arayan,

Sınıq könülləri özün sarıyan,

Göyçəmin əzəmət nişanəsisən.


Şeirin sərrafısan, sazın leylacı,

Xalqımın fərəhi, başımın tacı,

Mənə qibləgahsan, elin mehracı,

Qeyrətdə elimin bir danəsisən.


Nə tərif eyləsəm yaraşar sənə,

Danışıqda sərrast, işdə hər yönə,

Sözün könüllərdə köklənib yenə,

Gözümdə elimin xəzinəsisən.


Ad-sanın vüqardı xalqıma bilsən,

Mehriban qəlbinlə bir üzə gülsən,

Arzumdu, eloğlu, bir bizə gəlsən,

Orucun baharlı təntənəsisən;

Əli bayramısan, dəbdəbəsisən.
Gəncə ş. 25.12.2001
АЗАД ЕТ МЯНИ
(Səhiyyə İdarəsinin Mərkəzləşdirilmiş

qarajının rəisi Sərdar Hüseynova)
On illik dostluğun şamı, çırağı,

Minnətimi qəbul eylə, at məni.

Azalan həvəsim dostluq naminə,

Ərizəmə qol qoy, bir oyat məni.


Zəmanə könlümə yaman güc gəlib.

Qəm, kədər çiynimə ağır yüklənib.

Mənim qəlbim dostluq üstə köklənib,

Salamlarla işdən azad et məni.


İtirmərəm çörəyini, duzunu,

Yaşatdım qəlbimdə ömrüm uzunu.

Əhd-peyman sanayım əlli, yüzünü,

Ayırsın bu yerdən mərhəmət məni.


Orucam, dostluğu itirməmişəm,

Dostuma da xələl gətirməmişəm.

Üstümə çox günah götürməmişəm,

Hörmətlə, izzətlə bir yad et məni.


29.03.1999

ЗИЛИНДЯ

ЙАНДЫРДЫ МЯНИ
(Aşıq Zülfiyyə xanım televizorda

çıxış edərkən)

Barmaqların çalan sazın,

Telində yandırdı məni.

Könülləri alan sazın,

Zilində yandırdı məni.
Ruhanidə süzgün baxış,

Dilqəmidə qəlbə naxış,

Kərəmidə qalıb çıxış,

Külündə yandırdı məni.


Zəngüləndə ustad aşıq,

Azarkeşlər bir yaraşıq,

Nəğmə payın bircə qaşıq,

Əlin də yandırdı məni.


Qaçqın, köçkün səni izlər,

Sınqın qəlbə kövrək sözlər,

Zülfiyyətək aşiq izlər,

Elində yandırdı məni.


Göyçəliyəm, saz leylacı,

Sazla yedim şirin, acı...

Ölürəm mən, yox əlacı,

Dilin də yandırdı məni.


08.06.2006

АЗЯРБАЙЪАНЫМДЫ

СЮЗЦН ЭЮВЩЯРИ
Azərbaycanımdı sözün gövhəri,

Muğamla açılır onun səhəri.

Abadlaşır kənd, qəsəbə, şəhəri,

Dövlətlərə nümunədi sərvəti.


İpək yolu birləşdirir elləri,

Dost eyləyir millətləri, dilləri,

Qonaqları ətirləyir gülləri,

Millətlərə ərməğandı hörməti.


Nefti, qazı yol açıbdı hər yana,

Hörmət qazanıbdı, gəlməyir sana.

Dünya qiymət verir Azərbaycana,

Bəllidi cahana şanı, şöhrəti.


Sülh sözləri dilimizdə car olur,

Çox ölkələr sülhə ümidvar olur,

Sülh sözləri xainlərə ar olur,

Ellərə bəllidi nur şərafəti.


Dövlətlərdən çox sirləri bilirəm,

Xainlərin kal sözünə gülürəm.

Oruc kimi bu məqsədə gəlirəm,

Hər işdən ucadı sülh siyasəti.


Gəncə ş. 2011


АНА ДИЛИМ
Ana dilim hər dillərdən şirindi,

Sözlərimdə gözəlləşir öz dilim.

Danışdıqca təmiz ana dilində,

Gözlərimdə gözəlləşir öz dilim.


Cənnətə çevrilir dilim dinəndə,

Ruhum cana gəlir əlim dinəndə.

Sözüm şirinləşir bəlim dinəndə.

Sözlərimdə gözəlləşir öz dilim.


Salam-kəlam eyləyəndə qeyrətim,

Dərdlərimi söyləyəndə cürətim.

Millətimlə başlayanda söhbətim,

Sözlərimdə gözəlləşir öz dilim.


Cavanlara ustad sözüm yaraşıq,

Ahıllar düz sözə olublar aşiq.

Şirin söz yığmışam mən qaşıq-qaşıq,

Şirin sözdə gözəlləşir öz dilim.


Oruc da hər işdən halı yaranıb,

Haqqın tərəfindən bəli, yaranıb.

Hörmətdə, izzətdə Vəli yaranıb,

Nur gözümdə gözəlləşir öz dilim.


08.01.2010

ЙАРАЛЫ ГАРАБАЬЫМ
(Yad əllərdə inləyən Qarabağa)
İyirmi ildir Qarabağım xəstədi,

Yarasını sağaltmağa gəlmişəm.

Dağlarının məlhəm çiçəkləri var,

Ruhunu mən oyatmağa gəlmişəm.


Bədənində sağalmayan yara var,

Ciyərində bomba yeri xora var.

Baş-gözündə əl dəyməmiş hara var,

Ürəyini ovutmağa gəlmişəm.


Qəm-qüssədən saralıbdı, solubdu,

Daş-torpağı tamam məyus olubdu.

Yetim kimi, dustaq kimi qalıbdı,

Qəm-qüssədən çıxartmağa gəlmişəm.


Yurd salıbdı qoynunda sar, müddətdi,

Öz elindən görməyir kar, müddətdi.

Ürəyində qəlpələr var, müddətdi,

Qəlpələri çıxartmağa gəlmişəm.


Qəmli Oruc yurd dərdini çəkəndi,

Vətən üçün şax qəddini bükəndi.

Torpağım yadlara qaratikandı,

Yağılara toy tutmağa gəlmişəm;

Xoş günlərə əl atmağa gəlmişəm.
Gəncə ş. 13.04.2010

ЭЯДЯБЯЙИМДЯ
Cavanlıq dövrümü yaxşı keçirdim,

Açıldı güllərim Gədəbəyimdə.

Arxa oldu mənə insanları da,

Xoş keçdi günlərim Gədəbəyimdə.


Baharım, yazım da mənalı keçdi,

Qışım, payızım da mənalı keçdi.

Bulağından içdim, çayından keçdim,

Xoş keçdi illərim Gədəbəyimdə.


Nazı-nemət verdi gözəl ellərim,

Şeir yazdı, qələm tutdu əllərim.

Nəğmə qoşdum, şad etdi könülləri,

Bu natiq dillərim Gədəbəyimdə.


Qışı keçən günün meyli yazadı,

Meşəsi, çəməni meydi-məzədi.

Açılan hər gülün ətri təzədi,

Nazlanar ellərim Gədəbəyimdə.


Yazı, yayı keçə gözəl ellərnən,

Hamıya can deyə şirin dillərnən,

Oruca xoş olan incə əllərnən,

Darana tellərim Gədəbəyimdə.


Gəncə ş. 10.02.2009


ЭЮЗЯЛ САМУХ
Torpağın bərəkət, insanların mərd,

Hər yerin yamyaşıl, ay gözəl Samux.

Qeyrətli insanlar qoymaz səndə dərd,

Çox ucadır başın, ay gözəl Samux.


O müdrik başçındı başının tacı,

Xalqın çörəklidi, yox ehtiyacı.

Burda zəhmətkeşdi qardaş, hər bacı,

Şərəflə qeyd olur yaşın, ay Samux.


Kür qolunu dolayıbdı boynuna,

Meşələr heyrandı hər cür oyuna.

Qarpız, yemiş, üzüm dolub qoynuna,

Nümunədi işin, ay gözəl Samux.


Mal-qoyunun ağ eyləyir üzünü,

Sayı çoxdu buzov, dana, quzunun.

Yağ-pendirin vardır ömrün uzunu,

Varı aşan-daşan, ay gözəl Samux.


Bağ-bostanın naxış olub çöllərə,

Xoşbəxt səsin yayılıbdı ellərə,

Sədan çoxdan düşüb şirin dillərə,

Ləldi torpaq, daşın, ay gözəl Samux.


Bir yanın Gürcüstan, bir yanın Xanlar,

Varına baş əyir xanlar, xaqanlar,

Dahilərin ilə səni ananlar,

Brilyant daş-qaşlı, ay gözəl Samux.

Mərkəzdə çəkilir şərəfli adın,

Sevinir ellərin, qohumun, yadın,

Başbilənin özü olub imdadın,

Gəncədir sirdaşın, ay gözəl Samux.

  1   2   3   4   5   6


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə