Onurğa beyinin fiziologiyası




Yüklə 15.42 Kb.
tarix23.04.2016
ölçüsü15.42 Kb.
Onurğa beyinin fiziologiyası

Onurğa beyni- afferent siqnalları periferik reseptorlardan mərkəzi sinir sisteminin yuxarı şöbəsinə ötürən əsas kanaldır. Onurğa beyni boyu afferent impulslarin keçiriciliyinin pozulması zamanı insan gözü bağlı halda hərəkəti yerinə yetirə bilmir. Məsələn, ana uşağı qucağında saxlaya bilmir. Onurğa beyni- hərəki aktların nəticəsinin əks afferentasiyasında əsas kanaldr.

Onurğa beyni, həmçinin oyanmanın mərkzi sinir sistemindən motoneyronlara və yan buynuzların ara neyronlarına neql edilməsini, vegetativ və hərəki reaksiyalari formalaşdıran aparıcı kanaldır.

Onurğa beynin aparıcı yolları. Periferiyadan, dəridən, propioseptiv və visseral reseptorlardan mətkəzi sinir sisteminin, ali şöbələrinə gedən əsas afferent yollar və mərkəzi sinir sistemindən oyanmanı əzələlərə və visseral sinirlərə nəql edən efferent yollar onurğa beyindən keçir.

Aparıcı afferent yollar.


Efferent yollar.

-reikulospinal dəstə

-rubrospinal dəstə

-vestibulospinal dəstə

Piramid dəstə mərkəzi sinir sisteminin müxtılif şöbələrində çoxlu kollaterallara malikdir.



Spinal şok. Onuğa beyində kəsik apardıqda müşahidə olunur. Bu zaman onurğa beyninin bütün funksiyaları itir. Qurbağalarda onurğa beyninn reflekter reaksiyaları tez bərpa olunurş insanda dağılmış ourğa beyninin funksiyaları praktiki olaraq bəröa olunmur.

Onurğa beynin xüsusi funksiyaları.

Onurğa beyni ilə uzunsov beynin hüdudunda kısik aparılmış heyvan spinal heyvan adlanır.

Spinal heyvanlarda.

Onurğa beyninin vegetativ funksiyaları. Onurğa beyni səviyyəsində aşağıdakı vegetativ funksiyalar yerinə yetirilir.

Onurğa beyninin mono- və polisinaptik refleksləri. Monosinaptik afferent yollar bilavasitə motoneyronlarda qapanır.monosinaprik refleksə misal diz refleksini göstərmək oolar. Polisinaptik reflekslər bir çox ara neyronların iştirakı ilə olur. Onlar mono- və poliseqmentar ola bilərlər.

Spinal hərəki neyronların motor sahəsi. Hər bir neyron müəyyən qrup əzələ liflərini innervasiya edir. Bütöv bir əzələni innervasiya edən neyronların məcmui əzələnin hərəki sahəsi adlanır.

Hərəki sahənin fraksiyalara ayrılması. Hər bir afferent lif hərəki sahənin yalnız bir hissəsinə xidmət edir. Hissi sinirin qıcıqlandrılması zamanı əzələ, hərəki sinirin qıcıqlandırılmasına nisbətən az yük qaldırır. Hər bir hissi sinir əzələnin hərəki sahəsinin yalnız bir hissəsini oyadır.

Okklüziya. Hərəki sahənin fraksiyalara ayrılması prinsipindən irəli gəlir. Bir hissi sinirin elktrik cərəyanı vasitəsilə qıcıqlandırılması zamanı əzələ, məsələn, 600 q yük qaldırır, digər hissi sinirin qıcıqlandırılması zamanı isə 400q. Hər iki hissi sinir lifini eyni zamanda qıcıqlandırdıqda əzələ cəmi 800q yük qaldırır. Bu onunla izzah olunur ki, bir qrup afferent liflər onurğa beyninin eyni motoneyronlarında konvergensiyaya uğrayır. Senzor oyanmalar nə qədər çox konvergensiyaya uğrayırsa, okklüziya özünü daha çox göstərir.

Spinal oyanmaların məkan daxilində summasiyası. Onurğa beynində yüngülləşmə hadisəsi oyanmaların məkan daxilində summasiyası ilə əlaqədardır. O, hissi sinirlərin aşağı qıcıq qapısı səviyyəsində qıcıqlanması zamanı meydana çıxır. Bu zaman hər bir sinirin ayrılıqda qıcıqlandırılması təqəllüsə səbəb olmur, ancaq onların bilikdə qıcıqlandırılması əzələnin təqəllüsünə səbəb olur.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə