Ölkə Konstitusiaysına görə bütün məzhəblərə mənsub olan insanlar heç bir məhdudiyyət qoyulmadan istədikləri dini seçib ona etiqad və qulluq edə bilərlər. Bununla belə bəzi pozuntular və məhdudiyyətlər müşahidə edilmişdir




Yüklə 64.54 Kb.
tarix20.04.2016
ölçüsü64.54 Kb.


AZƏRBAYCAN
Ölkə Konstitusiaysına görə bütün məzhəblərə mənsub olan insanlar heç bir məhdudiyyət qoyulmadan istədikləri dini seçib ona etiqad və qulluq edə bilərlər. Bununla belə bəzi pozuntular və məhdudiyyətlər müşahidə edilmişdir.
Bu hesabatın əhatə etdiyi vaxt dövründə dini azadlıq statusuna dair hər hansı bir dəyişiklik baş verməmişdir. Bəzi dini qruplar qeydiyyatdan keçmə prosesində gecikdirmələrin və qeydiyyatdan keçmək xahişlərinin rədd edilməsi hallarının mövcud olması barədə məlumat vermişdir. Əvvəlki illərdə olduğu kimi dini ədəbiyyatın ölkəyə gətirilməsinə qarşı müəyyən məhdudiyyətlərin qoyulması davam etmişdir. Dini qrupların əksəriyyəti hökumət tərəfindən maneələrə və təzyiqlərə rast gəlməmişdir, bununla belə yerli hakimiyyət orqanları vaxtaşırı olaraq dini mərasimləri nəzarətdə saxlamış və müəyyən vaxtlarda qeyri-ənənəvi dini qruplara qarşı sıxışdırmalara yol vermiş və onların bəzi üzvlərini tutub saxlamışdır.
Dini etiqada görə ictimai qınaq və ayrıseçkilik halları haqqında məlumatlar verilmişdir. Qeyri-islam dinləri qəbul etmiş müsəlmanlara qarşı qərəzli münasibət və eləcə də başqa dinləri təbliğ edən, xüsusilə Yevangelik Xristian və digər missioner qruplara qarşı küdurətli münasibət mövcud olmuşdur.
İnsan hüquqlarının inkişafı üzrə öz siyasətinin bir hissəsi kimi ABŞ Hökuməti dini azadlıqlar məsələlərini ölkə Hökuməti ilə müzakirə edir. Səfirlik fəal şəkildə din azadlığının monitorinqi ilə məşğul olur və hökumətlə və geniş sayda dini qruplarla əlaqələr saxlayır.
Bölüm I. Dini Demoqrafiya
Rəsmi rəqəmlərə əsasən ölkənin ərazisi 33,774 kvadrat mil, əhalisinin sayı isə təqribən 8,5 milyon nəfər təşkil edir. Müxtəlif dinlərə mənsubiyyətə dair inandırıcı və etibarlı statistik rəqəmlər yoxdur; lakin rəsmi rəqəmlərə əsasən əhalinin 96 faizi Müsəlmandır. Əhalinin qalan hissəsi isə Rus Pravoslav, Erməni Ənənəvi, Yəhudi dini icmalarına və ümumiyyətlə heç bir dinə mənsub olmayan insanlardan ibarətdir. Müsəlman əksəriyyəti arasında dini ibadət nisbətən aşağıdır və müsəlmançılıq dindən daha çox mədəni və etnik xarakter daшıyır. Dini Qurumlarla iş üzrə Dovlət Komitəsinin (DQDK) məlumatına əsasən Müsəlmanların təxmini olaraq 65 faizi Şiyə 35 faizi isə Sünnidir; onlar arasında müxtəlifliklər ənənəvi olaraq kəskin şəkildə nəzərə çarpmır.
Ölkə Xristianlarının böyük əksəriyyəti Pravoslavlardır. Onların da müsəlmanlar kimi dini mənşəyi daha çox mədəni və etnik xarakter daşıyır. Xristianlar əsasən ölkənin paytaxtı Bakıda və Sumqaйыt ərazisində məskunlaşmışdır. Ölkədə yaşayan təxminən 15,000 Yəhudinin böyük əksəriyyəti Bakıda məskunlaşmışdır. Kiçik icmalar Qubada və digər ərazilərdə də mövcuddur. Ölkədə 5-6 ravvinlik və 6 sinaqoq fəaliyyət göstərir.

Dörd qrup (Şiyələr, Sünnilər, Pravoslav Ruslar və Yəhudilər) ənənəvi dini qrup sayılır. Bundan başqa ölkədə artıq yüz ildən çoxdur ki, Lüteranlar, Katoliklər, Baptistlər, Molokanlar, Yeddinci Günün Adventistləri və Bəhailərin kiçik icmaları var. Son on ildə, əcnəbi və qeyri-ənənəvi yeni dini qruplar sırasına “Vəhabi” Müsəlmanlar, Yevangelik və Müqəddəs Üçlük Xristianlar, İeqova Şahidləri və Krişnaitlər əlavə olunmuşdur.


Bakıda xarici xristian və müsəlman icmalarının sayı kifayət qədərdir. Ümumilikdə Hökümət bu gruplara sərbəst şəkildə ibadət etməyə icazə verir.
Bölüm II. Dini Etiqad Azadlığının Vəziyyəti
Hüquqi/Siyasi Çərçivə
Konstitusiya bütün dinlərə mənsub olan insanlara heç bir məhdudiyyət olmadan öz dinlərini seçmək və ona etiqad etmək imkanı verir. Buna baxmayaraq bəzi sui-istifadə və məhdudiyyət qoyma halları müşahidə edilmişdir. Konstitusiyaya əsasən, hər bir şəxsin (ateizm dа daxil olmaqla) öz din mənsubiyyətini seçmək və dəyişmək, seçdiyi dini qrupa qoşulmaq və ya onu yaratmaq, öz dininə qulluq və etiqad etmək hüququ var. Dini Etiqad Azadlığı haqqında Qanuna əsasən, hökumətin hər hansı bir şəxsin və ya qrupun dini fəaliyyətinə müdaxilə etməsi aşkar şəkildə qadağan olunur. Lakin həmin qanun bəzi istisnaları da özündə əks etdirir, məsələn dini qrupun fəaliyyətinin “ictimai qaydanı və sabitliyi” təhlükəyə məruz qoyduğu hal həmin istisnalar sırasındadır.
Qanunvericilikdə bir sıra müddəalar hökumətə dini təşkilatların fəaliyyətini tənzimləmək üçün imkan yaradır. Bura Dini Etiqad Azadlığı haqqında Qanununun dini qurumların hökumət tərəfindən qeydiyyata alınması tələbi də daxildir. Qeydiyyatdan keçmək dini quruma bank hesabı saxlamaq, əmlak icarəyə götürmək və ümumilikdə hüquqi şəxs kimi fəaliyyət göstərmək imkanını verir.
2001-ci ildən başlayaraq dini qurumlar DQDK-də qeydiyyatdan keçməlidir. DQDK-nın qeydiyyat məsələlərinə, dini ədəbiyyatın nəşri, ixrac edilməsi və paylanması üzərində nəzarətə və qanunu pozan dini qurumların fəaliyyətinin dayandırılmasına dair geniş səlahiyyətləri var.
Qeydiyyata alınma prosesi müəyyən dərəcədə üzücüdür və bu prosesdə tez-tez uzun ləngitmələr və geçikdirmələr olur. Bəzi qruplar yeddi mərhələdən ibarət olan qeydiyyat üçün müraciət prosesinin məhdudlaşdırıcı xarakterə malik olmasını qeyd edirlər. Qeydiyyatdan keçməmiş qurumlar qeyri-qanuni olmaqda günahlandırılır, onlar yerli icra orqanları tərəfindən təzyiqlərə məruz qalır. Həmin qurumların fəaliyyət göstərməsi mümkünsüz olmasa da xeyli müşkül və çətin olur.
DQDK – nиn məlumatına əsasən, 2006-cı ilin may ayından 2007-ci ilin iyun ayına kimi 48 dini qrup qeydiyyatdan keçmiş və heç bir müraciətə rədd cavabı verilməmişdir. Yeni
qeydiyyatdan keçmiş bütün qruplar müsəlman dini qurumlarıdır. DQDK, ümumilikdə, ölkə üzrə 392 qeydiyyatdan keçmiş dini icmanın olması barədə xəbər vermişdir.
Hesabat dövründə bəzi dini qruplar məlumat vermişdir ki, DQDK müəyyən hallarda müraciətlərin qeydiyyatı üçün tələb olunan vaxt çərçivəsinə riayət etməkdə çətinlik çəkir. Digər qruplar bildirmişdir ki, DQDK-nin məmurları qeyri-ənənəvi dini icmalara qarşı ayrı-seçkilik edir və onlar üçün müraciət prosesini müşkülləşdirir. Müraciətlərinə rədd cavabı almış dini qruplara icazə verilir ki, onlar məhkəməyə müraciət etsinlər. Bununla belə bəzi xristian dini qrupları bildirmişdir ki, yerli hakimlər xristian icmalarına qarşı qərəzli mövqe tuturlar və bu da ədalətli prosesin aparılmasına mane olur.
Dini Etiqad Azadlığı haqqında qanuna əsasən siyasi partiyalar dini fəaliyyətlə məşğul ola bilməzlər və eyni zamanda ruhani liderlər dövlət vəzifələrini tuta bilməzlər. Dini vasitələr siyasi məqsədlər üçün istifadə edilə bilməz.

Dini Etiqad Azadlığı haqqında Qanun əcnəbilərə hansısa bir dinin yayılması ilə məşğul olmağı qadağan edir.


Qeydiyyatdan keçmiş müsəlman dini təşkilatları, Sovet dövründə mövcud olan Muftiliyin bənzəri olan, Qafqaz Müsəlmanları Ruhani İdarəsinə (QMRİ) tabedir ki, o Müsəlman ruhanilərini məscidlərə təyin edir, xütbələrə nəzarət edir və Həcc ziyarəti üçün Məkkəyə zəvvarların səyahətini təşkil edir. DQDK-дан qeydiyyatdan keçmək istəyən müsəlman dini qurumlar QMRİ-dən təsdiq məktubu təqdim etməlidirlər. Bəzi müsəlman ruhaniləri həm DQDK həm də QMRİ tərəfindən edilən müdaxilələrə öz etirazlarını bildirmişdir.
Dinin tədrisi dövlət məktəblərində icbari deyil və orta məktəblərdə din üzrə hər hansı bir tədris proqramı yoxdur. Bununla belə, dinin məktəblərdə tədrisi üçün heç bir məhdudiyyət qoyulmayıb.

Dini Azadlıqlar üzrə Məhdudiyyətlər
Hesabatın əhatə etdiyi vaxt dövrü ərzində bəzi dini azadlıqlar Hökumət tərəfindən məhdudlaşdırılmışdır.
DQDK bir sıra Protestant Xristian dini qruplarının qeydiyyatını ləngitməkdə və ya onların qeydiyyata dair müraciətlərinə rədd cavabı verməkdə davam etmişdir. DQDK-nin məmurları və yerli icra orqanları qeydiyyatdan keçmək, dini ayinləri yerinə yetirmək və dini baxışlarına görə alternativ xidmətə dair müraciət etmək istəyən Baptistlər, İeqova Şahidləri və İlahi Yığıncaq icmasının üzvləri qarşısında maneələr yaratmışdır.

Mövcud olan beş Baptist kilsəsindən üçü yenidən qeydiyyatdan keçmişdir; bununla belə hesabat dövründə DQDK yenə də Əliabaddakı (kilsə artıq 15 ildir ki qeydiyyatdan keçməyə çalışır) və Neftçaladakı kilsələrin qeydiyyat üçün müraciətinə rədd cavabı vermişdir. Baptistlərin dediyinə görə Əliabad notariusu icmanın qeydiyyat sənədlərinə baxmaqdan imtina etmişdir.


2006-cı ilin dekabrında DQDK məmurları Bakıdakı İlahi Yığıncaq icmasına bildirmişdir ki, qeydiyyatdan keçmək üçün onlar əvvəlcədən DQDK-ya öz görüşləri barədə məlumat verməlidirlər. İlahi Yığıncaq icması bildirmişdir ki, onlar dəfələrlə öz kilsələrini Bakı və Sumqayıtda qeydiyyatdan keçirməyə cəhd göstərmişdilər. Sonuncu dəfə bu 2007-ci ilin yanvar ayında baş vermişdir, lakin DQDK tərəfindən heç bir cavab verilməmişdir. Qeydiyyat prosesində irəliləyiş əldə etmək məqsədilə İlahi Yığıncaq icmasının nümayəndəsi DQDK rəsmiləri ilə 2007-ci ilin may və iyun aylarında görüşmüşdür, lakin məmur bildirmişdir ki, icmanın sənədləri hələlik nəzərdən keçirilir. İyun ayında polis həm də Bakıdakı kilsədə keçirilən yığıncağa müdaxilə etmişdir.
2004-cü ilin iyun ayыndan indiki günə qədər Cümə məscidi hələ də bağlı olaraq qalır. Hesabat dovrünün axırına məscidin imamına hələ də xarici ölkələrə səfər etmək icazəsi verilməmişdir.
Dini Etiqad Azadlığı haqqında qanun açıq şəkildə bəyan edir ki, əcnəbilərə hansısa bir dinin yayılması ilə məşğul olmaq qadağandır və Hökumət bu müddəaya qətiyyətlə əməl edir. Əvvəlki illərdə olduğu kimi, İslam missioner qruplarının (xüsusilə iranlılar və vəhabilər) ölkədəki fəaliyyəti Hökuməti narahat etmiş və o, həmin qrupların fəaliyyətlərini məhdudlaşdırmışdır.
Bəzi müsəlmanlar şikayət etmişdir ki, DQDK guya “Vəhabi” terminini əsassız olaraq mömin müsəlmanlara ləkə atmaq üçün istifadə etmişdir. Yerli Protestant Xristianlar iddia etmişdir ki, DQDK-nin sədri Orucov onlara hörmətsiz yanaşmış və onların təşkilatlarını “sekta” adlandırmışdır.
2007-ci ilin may ayında Bakıda keçirilən məhkəmə iclasında Sənət qəzetinin müxbiri və baş redaktoruna qarşı “dini nifrətə təhriketmə” ittihamları irəli sürülmüş və onlara hökm oxunmuşdur. Müxbir üç il, baş redaktor isə dörd il müddətinə azadlıqdan məhrum edilmişdir. 2006-cı ilin noyabr ayında, müxbir islam dəyərlərinin ölkə inkişafını geri salması barədə məqalə çap etdirmişdir.
Qanun DQDK-nın icazəsi olduğu təqdirdə dini ədəbiyyatın hazırlanması və yayılmasına məhdudiyyət qoymur. Bununla belə, səlahiyyətli rəsmilər dini ədəbiyyatın idxalına və yayılmasına seçim əsasında məhdudiyyətlər qoymuşdur. Dini ədəbiyyatın idxalı üçün icazənin alınması yorucu proses olaraq qalır və həm Islam, həm də Xristian qrupları bu barədə öz şikayətlərini bildirmişdir. Qeyd etmək lazımdır ki, DQDK bəzi dini ədəbiyyatın idxalını asanlaşdırmışdır və bu da prosesin gedişatını müəyyən dərəcədə mükəmməlləşdirmişdir.
Hesabat dövründə radikal islamçılığa dair dini ədəbiyyat ölkənin bir neçə ərazisində polis tərəfindən müsadirə edilmişdir.
Dini təhsil ilə bağlı xaricə getmək məsələləri Hökümət tərəfindən nizamlanır. Xaricə dini təhsil almaq üçün getmək istəyən şəxslər DQDK-dən və Təhsil Nazirliyindən icazə almalıdır.
Dini mənsubluğa işarə edən hər hansi əlamətlərin şəxsiyyət vəsiqəsində və digər sənədlərdə göstərilməsi tələb olunmur. Bununla belə, Dini Etiqad və Vicdan Azadlığının Müdafiəsi Mərkəzi bildirmişdir ki, müsəlman qadınlarına pasport və digər rəsmi sənədlər üçün örtük başla fotoşəkil чəkdirmək rəsmi və səlahiyyətli şəxslər tərəfindən qadağan edilmişdir.
Bəzi məmurlar müsəlman qadınlarıны məktəbdə başlarını örtməkdən çəkindirməyə çalışmışdır.
2006-cı ilin iyul ayında Bakıda keçirilən məhkəmə, dini baxışlarına görə hərbi xidmətdən imtina etmiş İeqova Şahidləri icmasının üzvü Müşfiq Məmmədova 6 aylıq həbs cəzasının verilməsi barədə hökm çıxarmışdır. 2006-cı ilin aprel ayında Məmmədov öz həbsinə dair appelyasiya şikayəti vermiş və bildirmişdir ki, onun dini baxışlara görə alternativ hərbi xidmət seçməyə dair konstitusiya hüququ var. Hesabat dövrünün sonuna məhkəmə dinləməsi üçün yeni tarix təyin edilmişdir. Bununla belə, hələ 2005-ci ildə Ali Məhkəmə qərar çıxarmışdır ki, Azərbaycan Ermənistanla “müharibə vəziyyətində” olduğundan, məcburi hərbi xidmətin çəkilməsinə dair tələb şəxsin alternativ hərbi xidmət növü seçmək hüququnu üstələyir. Qərarda həm də deyilmişdir ki, alternativ xidmətə dair icraedici təlimat və qərarlar olmadığından, hərbi strukturların hansısa bir alternativ xidmət növü təklif etmək üzrə öhdəlikləri yoxdur.

Mətbuatdan alınan məlumatlar göstərir ki, dövlət orqanlarının nəzarət etmədiyi və əsasən etnik ermənilərin yaşadığı Dağlıq Qarabağ ərazisində Erməni Apostol Kilsəsi xüsusi statusa malikdir. 90-cı illərdə baş vermiş münaqişə nəticəsində Dağlıq Qarabağı və yeddi işğal edilmiş rayonu tərk etmiş böyük sayda etnik azərbaycanlı əhalisinin həmin ərazilərə qayıtmaq imkanı olmamışdır.


Yerli mətbuatın verdiyi xəbərə görə, ölkənin əsasən şimal bölgələri olan Quba, Xaçmaz, Qax və Zaqatala rayonlarında polisin Vəhabiləri həbs etməsi və silah və qadağan edilmiş ədəbiyyatın müsadirə edilməsi ilə bağlı bir neçə hadisə baş vermişdir. Məsələn, 2007-ci ilin aprel ayında polis tərəfindən Xaçmaz rayonunda 16 radikal Sələfi həbs edilmişdir.

Dini Azadlığın Pozulması
Bəzi rəsmilər tərəfindən dini azadlığın pozulması ara-sıra baş verməkdə davam edir. Bir çox hallarda bu pozulmalar yevangelik xristianlığı və digər qeyri-ənənəvi dinləri qəbul edən etnik azərbaycanlılara qarşı yaranan nifrətdə özünü büruzə verir.
“Qeyri-ənənəvi” dini qruplar, xüsusilə Azərbaycanın ucqar və uzaq rayonlarında, Naxçıvan daxil olmaqla, çətinliklərlə və problemlərlə üzləşirlər. Qeydiyyatdan keçməmiş dini qruplar öz fəaliyyətlərini davam etdirirlər və əvvəlki illər ilə nisbətdə onlar rəsmi orqanların müdaxilələrinə və polis tərəfindən təzyiqlərə yaxud cərimələnmələrə daha az məruz qalmışdır. Bununla belə, həmin halların mövcud olması davam edir və hesabat dövründə döyülmələrlə müşaiyət olunan polis reydləri haqqыnda məlumatlar daxil olmuşdur.
2007-ci il mayın 20-də, yerli polis Əliabaddakı Baptist icmasının yığıncağı zamanı reyd keçirmiş və pastor Zaur Balayevi tutub saxlamışdır. İcma gürcücə danışan və milli azlıq təşkil edən yerli inqloylardan ibarətdir. Digər kilsə üzvləri də qisa müddətə tutulub saxlanılmışdır. Verilən məlumatlara əsasən, polis nəfəri Balayevin həyat yoldaşının sifətinə zərbə endirmiş və digər qadın ailə üzvünün üstünə hücum etmişdir. Veriləн rəsmi məlumatlara əsasən Balayev polisə müqavimət göstərmişdir. Baptistlər bu məlumatı qəti şəkildə təkzib etmişdir.
Bakıda yerləşən Baptistlərin lideri İlya Zençenko demişdir ki, polisin sözlərinə əsasən qeydiyyatdan keçməmiş dini icmaların yığıncaqlarına müdaxilə etmək üçün onlarda məhkəmə əmri var idi. Lakin polis icma üzvlərinə deyilən sənədi göstərmək iqtidarında olmamışdır. Pastor Balayevin işinin məhkəmə dinləməsi İyulun 20-nə təyin edilmiş və Zaqatalada keçirilməli idi. Hesabat dövrünün sonunda Balayev Gəncə şəhərində təcridxanada saxlanılırdı. Zençenko demişdir ki, Balayevin səhhəti yaxşı deyil və öz narahatçılığını bildirmişdir ki, DQDK bu hadisənin təfərrüatlarını araşdırmaq istəmir. Bəzi şahidlər inanırlar ki, bu hadisə baptistlərin birinə məxsus olan mağazanın dağıdılmasına qarşı icmanın qəti etirazlarına cavab olaraq baş vermişdir. Həmin mağaza bir qədər sonra 2007-ci il iyunun 4-də dağıdılmışdır. İcmanın digər üzvü mayın 28-də tutulmuş və səkkiz saat saxlanılmışdır. İcmanın yığıncaqlarının audio və video kasetləri və dini ədəbiyyat onun mənzilindən götürülmüşdür.
2006-cı il dekabrın 24-də, televiziya kameraları ilə müşaiyət olunan polis, prokurorluq nümayənədləri və dini məsələlər üzrə nümayəndələr İeqova Şahidlərinin Bakıda keçirilən yığıncağına reyd keçirmişdir. Zalın qapыsi zorla açdırılandan sonra onlar heç bir icazə sənədləri olmadığı təqdirdə binada axtarış aparmışdır. Polis İeqova Şahidlərini tutub saxlamış və bir neçə saat ərzində dindirmə aparmışdır. Sonradan 6 nəfər əcnəbi, dini təbliğat apararaq qanunu pozmaqlarına görə ölkə hüdudlarından çıxarılmışdır.

İcma üzvləri bildirmişdir ki, polis eyni zamanda dini ədəbiyyatı, yığıncaqlardan çəkilmiş kasetləri, içində təxminən 350 ABŞ dolları (təqribən 300AZN) olan ianə qutusunu, kompüterləri müsadirə etmiş və reyd zamanı ən azı iki icma üzvünə zor tətbiq etmişdir.


Hüquq-mühafizə orqanları vaxtaşırı olaraq keçirilən dini mərasimləri nəzarətdə saxlamış və bəzi Xristian və Müsəlman qruplarının bir neçə üzvünün üzərində fərdi qaydada axtarış aparmışdır. Yerli məlumatlara əsasən rəsmi orqanlar müəyyən məscidlərdə mütəmadı yoxlamalar aparmışdır. Baptistlərin verdiyi məlumata əsasən yerli icra orqanları onların qeydiyyatdan keçmiş və Gəncədə fəaliyyət göstərən icmasına xəbərdarlıq etmişdir ki, bütün mərasimlərdə 10 nəfərdən az adam iştirak etsə həmin kilsə 2006-2007 qışında bağlanacaq (Dini Etiqad Azadlığı haqqında qanuna əsasən hər dini təşkilatın ən azı 10 üzvü olmalıdır).
Mütəşəkkil müsəlman icmasından kənarda fəaliyyət göstərən İranlı və digər din adamlarının, hakimiyyət nümayəndələrinin sözlərinə əsasən, siyasi və terroristik fəaliyyətini məhdudlaşdırmaq üçün dövlət müxtəlif tədbirlər görmüşdür. Təhlükəsizlik barədə narahatçılığın olması səbəbindən hökumətin bəzi müsəlman qruplarını sıxışdırmağı barədə xəbərlər verilmişdir. Misal üçün, Xaçmazdakı İnsan Hüquqları üzrə Resurs Mərkəzi, dövlət orqanlarının bütün vəhabilərin terrorizmlə əlaqəli olduğundan şübhələndiyinə görə, Xaçmazda vəhabilərin sıxışdırıldığı barədə məlumatlar verilmişdir.
2007-ci ilin aprel ayında polis iki nəfər şəxsi Sumqayıt şəhərində Nurçu İslam ideyalarını yaydıqları üçün tutub saxlamışdır. Banisi 19-cu əsrdə yaşamış türk İmamı olan Nurçu İslam fəlsəfəsinin əsas məqsədi İslamın cəmiyyətdə və təhsil müəssisələrində rolunu inkişaf etdirməkdir.
İeqova Şahidlərinin verdikləri məlumata əsasən, yerli icra orqanları, xüsusilə Bakidan kənarda, icma üzvlərinin mərasimlər üçün zal icarə etməsinə maneçilik törətmiş, üzvlər fərdi evlərdə yığışanda onları tutub saxlamış və cərimələmişdir. Misal üçün, 2005-ci ilin iyun ayında, Bakıda təxminən 200 İeqova Şahidinin iştirak etdiyi dini yığıncağa hüquq-mühafizə orqanlarının nümayəndələri reyd keçirmiş və təqribi olaraq 29 nəfəri qısa müddətə tutub saxlamışdır.
Hesabat dövründə daha çox etnik ermənilərin yaşadığı və Azərbaycan Hökümətinin nəzarətindən çıxmış, yəni işğal edilmiş Dağlıq Qarabağ ərazisində dini baxışlarına görə hərbi xidmətdən imtina etmiş və buna görə həbs olunmuş baptist Qaqik Mirzoyan azad edilmişdir. O, hərbi hissəyə öz xidmətini çəkməyə göndərilmişdir. İşğal edilmiş Dağlıq Qarabağ ərazisində dini baxışlarına görə hərbi xidmətdən imtina etmiş və buna görə 4 il müddətinə azadlıqdan məhrum olunmuş İeqova Şahidi Areq Hovanesyan 2005-ci ildən başlayaraq həbsxanada qalmağa davam edir. Ona çıxarılan hökmə dair Hovanesyan apelyasiya şikayəti verməmişdir.

Dini baxışlarına görə ölkədə tutulub saxlanılan və həbs edilən şəxslər barəsində məlumatlar daxil olmuşdur. Onların sırasına, həbs edilmiş və hesabat dövrünün sonunda Gəncə həbsxanasında saxlanılan pastor Zaur Balayev, Əliabaddan olan və iyun ayında qısa müddətə tutulub saxlanılmış digər baptist Həmid Şabanov, dini baxışlarına görə hərbi xidmətdən boyun qaçıran və tutularaq işğal edilmiş Dağlıq Qarabağ ərazisində saxlanılan İeqova şahidi Areq Hovanesyan daxildir.


Aylarla davam edən rədd cavablarından sonra, Zaqatala rayonunun yerli hakimiyyət orqanları öz oğullarına xristian adı vermək istəyən Baptist valideynlərə nəhayət ki, doğum haqqında şəhadətnamə verdilər. Lakin digər oxşar halda Əliabad kəndinin yerli hakimiyyət orqanı və Zaqatala Vətəndaş Vəziyyəti Aktlarının Dövlət Qeydiyyatı şöbəsi 2006-cı ilin iyun ayında doğulmuş xristian uşağına doğum haqqında şəhadətnamə verməkdən imtina etməkdə davam edirlər. Uşağın böyük qardaşı ilə də eyni problem yaşanmışdır. Döğum halının qeydə alınmamasının nəticələri çox ciddi ola bilər. Mövcudluğu rəsmi şəkildə qeydə alınmayan uşaq məktəbdə oxuya yaxud tibbi sığortadan istifadə edə bilməz. Etnik Gürcü milli azlıq qrupunun verdiyi məlumata görə həmin regionda uşaqları qeyri-azərbaycanlı adları ilə qeydiyyatdan keçirmək xüsusilə çətindir.
Güclə Dinini dəyişməyə Məcbur Etmə
Birləşmiş Ştatlardan oğurlanmış və ya qeyri-qanuni olaraq çıxarılmış azyaşlı ABŞ vətəndaşları daxil olmaqla ğüclə dini dəyişməyə məcbur etmə və ya belə vətəndaşların yenidən ABŞ-a qayıtmasına icazə verməkdən imtina etmə barədə heç bir məlumat verilməmişdir.
Anti-semitizm
Ölkədə yəhudilərə qarşı qərəzli fikirlərin və ayrıseçkiliyin mövcudluğuna çox az hallarda rast gəlinmişdir və onların da aradan qaldırılması üçün Hökumət dərhal aidiyyatı addımlar atmışdır. Yəhudi İcmalarının liderləri, Hökumətlə və digər dini icmaların liderləri ilə qurulmuş müsbət əlaqələri dəfələrlə qeyd etmişdilər. 2004-cü ildə yeni Yəhudi İcma Mərkəzi açılmışdır. Açılış mərasimində hökumətin yüksək vəzifəli məmurları iştirak etmişdir.
Dini Azadlıqlara hörmət edilməsi sahəsində vəziyyətin yaxşılaşması
Ölkədəki bəzi dini qruplar onların azad şəkildə fəaliyyət göstərmələri üçün vəziyyətin yaxşılaşması barədə də xəbər verirlər. Bir neçə kilsə qeyd etmişdir ki, onlar ya qeydiyyatdan keçib ya da qeydiyyatdan keçməyə ümid edirlər. Onlar eyni zamanda dini ədəbiyyat idxal edə bilirlər və dövlət tərəfindən heç bir maneəyə rast gəlmədən bir biri ilə görüşə bilirlər.

Bakıdan kənarda yerləşən və dini azlıq təşkil edən icmalar yerli hakimiyyət orqanlarının onları qeydiyyatdan keçirməkdən əsassız olaraq imtina etdikləri barədə xəbər verdikləri təqdirdə DQDK işə müdaxilə edərək vəziyyəti müsbət şəkildə dəyişməyə müvəffəq olmuşdur. Əvvəlki illərdə DQDK dini azlıq təşkil edən icmaların qeydiyyatına dair daha sərt mövqe tutmuş və yerli orqanların belə icmaların fəaliyyətinə qadağa qoymasının qarşısını ala bilməmişdir.


Hesabatın əhatə еtdiyi vaxt dövründə hökumət, dini etiqadlar arası xoşməramlı anlaşmanın təşviqi üçün fəal şəkildə işləmişdir. DQDK yaranmış mübahisələri həll etmək məqsədilə bir neçə dəfə müxtəlif dini icmaların rəhbərlərini toplamış və hökumət rəsmilərinin din xadimləri ilə dini məsələləri müzakirə etmək üçün forumlar təşkil etmişdir. Hesabat dövründə DQDK dini azadlıqlar və dözümlülük mövzusunda bir neçə seminar, konfrans və regional görüş keçirmişdir. 2007-ci ilin aprel ayında İslam Konfransı Təşkilatı ilə birgə Hökumət medianın dini dözümlülüyün inkişafında rolu haqqında geniş beynəlxalq konfrans keçirmişdir.
2007-ci ilin may ayında yeni Yəhudi Təhsil Kompleksinin inşasına başlanmışdır. Hökumət rəsmiləri Bakı məktəbinin bir hissəsini 200 Yəhudi şagirdinin dünyəvi və dini dərslər keçmək üçün ayırmışdır.
Bölüm III. İctimai Münasibətlər və Ayrıseçkilik
Hesabat dövründə dini baxışlara və məzhəblərə mənsubluğa görə ayrıseçkilik halları haqqında məlumatlar alınmışdır. Qeyri-islam dinlərini qəbul edən müsəlmanlara qarşı olan qərəzli fikir və həmin dinləri yayan qruplara, xüsusəndə yevangelik xristian və missioner qruplara qarşı düşmənçilik hissləri mövcuddur. Həll edilməmiş Dağlıq Qarabağ münaqişəsi belə bir vəziyyəti daha da gücləndirmişdir.
Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi nəticəsində azərbaycanlılar və ermənilər arasındakı sərtləşmiş düşmənçilik mövcud olaraq qalmaqdadır. Ölkənin ermənilər tərəfindən nəzarət edilən ərazilərini bütün etnik azərbaycanlılar tərk etmiş və oradakı dağıdılmamış məscidlər fəaliyyət göstərməmişdir. Ölkənin hər yerində etnik ermənilərə qarşı mövcud olan düşmənçilik onların bir çoxunu 1988-1990-cı illərdə ölkəni tərk etməyə məcbur etmişdir və on ildən də əvvəl baş vermiş etnik iğtişaşlar nəticəsində zərər çəkmiş яксяр kilsələr də daxil olmaqla bütün erməni kilsələri bağlı olaraq qalır. Nəticədə qiymətləndirmələrə əsasən ölkədə qalan 10,000-dən 30,000 qədər etnik erməni özlərinin ənənəvi ibadət yerlərinə gedə bilmirlər.
Hesabat dövrünün sonunda, İeqova Şahidləri icmasının nümayəndələri məlumat vermişdir ki, onlar 2006-cı ilin sentyabr ayında bağlanmış müqavilə əsasında dini yığıncaqların keçirilməsi məqsədilə icarəyə götürdükləri binanı istifadə edə bilmirlər. İeqova Şahidlərinin dediyinə görə yerli sakinlər, mуzdla fərdi qaydada işləyən təhlükəsizlik işçilərinin xidmətindən istifadə etmiş və onlar icma üzvlərini 21 sentyabr

2006-cı ildə binaya daxil olmağa qoymamışdır. 2006-cı ilin sentyabrın 24-də polis icma üzvlərinə bildirmişdir ki, yerli sakinlərin şikayətləri olduğundan həmin binada dini yığınçağın keçirilməsi mümkün olmayacaq. 2007-ci il aprelin 17-də 4 nəfər binaya daxil olmuş və iki İeqova Şahidinə hücum etmişdir. İcma üzvləri bildirmişdir ki, hücum edənlərin kimliyi bəlli olsa da, polis hadisəni araşdırmaqdan imtina etmişdir.


Əvvəlki hesabat dövrlərində olduğu kimi qəzetlər və televiziya “qeyri-ənənəvi” dini qrupları milli özünüdərketmə prosesinə və ölkədə bərqərar olmuş etiqadlar arası harmoniya ənənəsinə zərər yetirən təhlükə kimi təsvir etmişdir.
Hesabat dövründə ölkədə vəhabi və xristian missionerlərinin fəaliyyətini tənqid edən məqalələr qəzetlərdə dərc edilmiş və bir televiziya kanalı hətta xristian kilsəsinin xidmətini “ifşa” edən veriliş də hazırlamışdır. Müəyyən dərəcədə siyasi İslamı yaymağa çan atdıqları düşünülən və beləliklə də sülh və sabitliyə təhlükə olduqları qəbul edilən xarici müsəlman missionerlərinin (əsasən iranlılar və vəhabilər) fəaliyyətinə qarşı da düşmənçilik mövqeyi mövcud olmuşdur. Media vasitələri hökumətin qeyri-qanuni fəaliyyətlə məşğul olduqlarını iddia etdiyi bəzi müsəlman icmalarını hədəfə almışdır.
2007-ci il aprelin 17-də naməlum şəxslər yenicə inşa edilmiş Roman-Katolik kilsəsinin pəncərəsindən içəriyə yanan əşya atmışdır. Kilsənin keşişi açıq bəyan etmişdir ki, hadisə sırf cinayət xarakteri daşıyır. Eyni zamanda keşiş hadisənin araşdırılmasını aparan yelri orqanlara öz təşəkkürünü bildirmişdir.
Bölüm 4. ABŞ Hökumətinin Siyasəti
ABŞ hökuməti özünün insan haqqlarının təşviqi üçün apardığı ümumi siyasətinin bir hissəsi kimi ölkə hökuməti ilə dini azadlıqlar məsələlərini də müzakirə edir. Hesabat dövründə ABŞ səfirliyinin məsul işçiləri qeydiyyat prosesi və ümumilikdə qeyri-ənənəvi dini qruplara qarşı mövcud olan münasibət ilə bağlı rəsmi mövqeyi DQDK sədrinə çatdırmış və hökumətin dini azadlığa dair digər vəzifəli şəxslərə və mətbuata bəyan etdiyi fikirlər barədə Səfirliyin narahatçılığını bildirmişdir. Səfirlik təkrarən dini ədəbiyyyata qarşı mövcud olan senzuraya dair öz etirazını bildirmişdir.
Səfir və Səfirliyin əməkdaşları aparıcı müsəlman, rus pravoslav və yəhudi din rəsmiləri ilə sıx əlaqələr saxlayır və dini azadlığın monitorinqini həyata keçirmək məqsədilə mütəmadi olaraq qeyri-ənənəvi dini qrupların üzvləri ilə görüşür. Səfir və Səfirliyin əməkdaşları həm də dini azadlıq məsələləri ilə məşğul olan qeyri-hökumət təşkilatları ilə sıx və yaxın əlaqələr saxlayır.




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə