Okeanın o tayından böyük medal boğçası




Yüklə 58.53 Kb.
tarix26.04.2016
ölçüsü58.53 Kb.
Okeanın o tayından böyük medal boğçası
Braziliyanın Salvador və Bahiya şəhərlərnidə gənc güləşçilərin bir həftə davam edən dünya çempionatı avqustun 17-də yekunlaşıb. Proqramına yunan-Roma, sərbəst və qadın güləşinin daxil olduğu çempionatın startını klasik növün təmsilçiləri veriblər. Əvvəlcə Azərbaycan millisində ölkənin idman şərəfini qorumağın kimlərə etimad oldunduğu barədə. 50 kq çəkidə Nofəl Babayev, 55-də Murad Məmmədov, Kərim Cəfərov – 60 kq, Ruhin Mikayılov – 66 kq. 74 kq-da Şəmistan Quluzadə, 84 kq-da İslam Abbasov, 96 kq Soslan Fanziyev, 120 kq-da Cavid Feyziyev çıxış ediblər.

İlk yarış gününün ən böyük sevincini komandamıza Kərim Cəfərov (60 kq) yaşadıb. Finalda rus güləşçisinə məğlubiyyət onu çempionatın gümüş mükafatçısı edib. Nofəl Babayev və Soslan Fanziyev bürünc medal uğrunda görüşdə uğur qazana bilməyiblər.

Ertəsi günü xalça üzərinə Murad Məmmədov (55 kq), Ruhin Mikayılov (66 kq), İslam Abbasov (84 kq) və Cavid Feyziyev (120 kq) çıxıblar. Murad Məmmədov keçirdiyi 5 görüşdə rəqiblərinə bir xal belə verməyərək, çempiontatı ən yüksək nəticə ilə başa vurub. Onun erməni güləşçisilə keçirdiyi yarımfinal görüşü daha yaddaqalan olub. Belə ki, Murad rəqibini 40 saniyə ərzində tam üstünlüklə məğlub edib. İslam Abbasov finalda məğlub olraq, gümüş medal qazanıb, Ruhin Mikayılov fəxri kürsünün 3-cü pilləsinə qalxıb.

Güləşçilərimiz komanda hesabında Gürcüstan yığmasından sonra ikinci olublar.

Turnrin 3-cü günü qızların yarışı başlayıb. Azərbaycan qadın güləşinin gələcəyi sayılan 8 pəhləvan qızımızdan 4-ü – Türkan Nəsiorva

(44 kq), Leyla Qurbanova (51 kq), Almaz İsmayılova (59 kq) və Elis Monolova (67 kq) birinci növbədə mübarizəyə qoşulublar. T.Nəsirova və L.Qurbanova bütün rəqiblərinə qalib gələrək çempioln olublar. E.Monolova bürüc medala dayiq görülüb. Qızların yarışının 2-ci günü daha iki güləşçimiz meydana çıxıb. Raqnetta Qurbanzadə (63 kq) və Sabirə Əliyeva (72 kq) finala qədər irəliləyə biliblər. R.Qurbanzadə finalda Rusiya təmsilçisi Lyubov Ovçarovaya məğlub olub. Səbirə Əliyeva isə yaponiyalı Rino Odeyə uduzub. Bununla qızlarımız medalların sayına daha 2 gümüş əlavə edərək, ümumkomanda hesabında da ikinci yeri tutublar. Rusiya komandası ilə eyni 47 xal toplasaq da, yüksək nəticələrin sayına görə ikinci yer bizim komandaya verilib. Birinci yeri Yaponiya komandası tutub.

Çempionatın son iki günü sərbəst güləşçilərin olub. Əvvəlcə xalça üzərinə Arif Hüseynov (50 kq), Cavid Həsənzadə (60 kq), Murad Süleymanov (74 kq) və Nurməhəmməd Hacıyev (96 kq) çıxıblar. N.Hacıyev fəxri kürsünün ən yüksək pilləsini fəih edib. A.Hüseynov bürünc medal uğrunda mübarizəni qələbə ilə başa vurub.

Avqustun 17-də – yarışların sonuncu günü sərbəst güləşçilərin mübarizəsi davam edib. Meydana çıxan 4 güləşçimizdən 3-ü qitə çempionluğunu qazanıb. Fəxri kürsünün ən yüksək pilləsinə Mahir Əmiraslanov (55 kq), Teymur Məmmədov (66 kq) və Səid Həmidov (120 kq) qalxıblar. M. Əmiraslanov Yaponiya, İran, Rusiya pəhləvanlarına qalib gələrək, finala yüksəlib. Finalda isə hindistanlı rəqibini üstələyib. T.Məmmədov da finala qədər maneəsiz irəliləyib. İspaniya,Türkiyə və ABŞ idmançılarını mübarizədən kənarlaşdıran güləşçimiz finalda Yaponiya təmsilçisi ilə qarşılaşıb. Bu görüşü də qələbə ilə başa vuran Teymur dünya çempionatının qızıl medalına yiyələnib. 



Səid Həmidov finala qədər Meksika, Polşa və ABŞ-dan olan rəqiblərinə qalib gəlib. Finalda İran idmançısı Amin Tahirini böyük xal üstünlüyü ilə məğlub edib.  Sərbət güləşçilərimiz də komanda hesabında ikinci olublar.

Beləliklə, üç komandamızın birlikdə Avropa çempionatındakı mükafat boğçası 7 qızıl, 4 gümüş və 3 bürünc medaldan ibarət olub. Maraqlıdır ki, bu medalların 8-i «Neftçi» İSM mərkəzinən yetirmələrinin payına düşür. Qeyd edək ki, uzun illər yeniyetmələrlə işləyən Əsgərxan Novruzov gənclərin dünaya çempionatına ilk dəfədir ki, böyük məşqçi kimi qatılıb.



Ə.FƏRƏCOV





Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə