Nur təFSİRİ BİRİNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu




Yüklə 8.69 Mb.
səhifə7/98
tarix22.04.2016
ölçüsü8.69 Mb.
1   2   3   4   5   6   7   8   9   10   ...   98

Nöqtələr


◘“La rəybə fihi” , yə’ni Qur’anın Allah tərəfindən olmasına şəkk-şübhə yoxdur. Çünki Onun mətləbləri şəkk-şübhəyə heç bir yer qoymur. Yaranan şəklərin səbəbi isə sui-zənn və inadkar ruhiyyədir. Necə ki, Qur’an buyurur: “Onlar öz yaratdıqları şəkdə avaradırlar.”1

◘Qur’anın məqsədi bəşəriyyətin doğru yola yönəldilməsi, hidayətidir. Onlar insanların diqqətini səmalara, yerə, təbiət aləminə, heyvanlara yönəltməklə, öz elmini, qüdrətini və hikmətini onların nəzərinə çatdırır.

◘Qur’an bütün bəşəriyyətin hidayət vasitəsidir. (“Hudəl-lin nas”)2. Bəli, Qur’an günəştək hamının üstünə işıq saçır. Amma yalnız pak fitrətə malik olanlar, həqiqətə boyun əyənlər ondan faydalana bilər. (“Hudəllil müttəqqin”.) Bəli, günəş şüası da yalnız saf şüşədən keçir. Ona görə də, günahkarlar, zalımlar, kafirlər, qəlbi ölənlər, israfçılar, təkzibçilər Qur’anın hidayətindən bəhrələnə bilmirlər.

Sual: Ayədə Qur’an və onun mətləbləri haqqında belə buyurulur: “Onda şəkk yoxdur.” Əksinə, Qur’an özü müxaliflərin şəkk-şübhəsinə toxunur: “(Müxaliflər dedilər:) Biz bizi də’vət etdiyinin haqqında şübhədəyik.”3 “Sad” surəsinin səkkizinci ayəsində vəhy və peyğəmbərliyə şəkk, “Səba” surəsinin iyirmi birinci ayəsində qiyamət məsələsinə şəkk haqqında danışılır. Bəs necə olur ki, ayədə Qur’ana qarşı şəkk inkar olunur?

Cavab: “Onda şəkk yoxdur” dedikdə, hansısa fərdin şəkkindən yox, Qur’ana şəkk üçün yer olmadığı nəzərdə tutulur. Əgər bir şəxs şəkk edirsə, bu şəkkin səbəbi onun bəsirət gözünün korluğudur. Necə ki, “Nəml”, surəsinin 66-cı ayəsində buyurulur: “Xeyr, onlar axirətə münasibətdə kordurlar.”

Bildirişlər


1. Qur’an əzəmət baxımından yetərincə uca məqama malikdir.

2. Qur’an həzrət Peyğəmbərin (s) həyatı zamanı bir yerə toplanıb, kitab şəklinə gətirilmişdir.

3. Yol göstərən öz də’vət üsulunda və proqramında qəti olmalıdır. (“La rəybə fihi”) cümləsi Qur’anın qətiliyini və möhkəmliyini göstərir.

4. Qur’anda müttəqilərin hidayət gücü onun möhkəmliyinin və haqq olmasının ən üstün dəlilidir.

5. Qur’an xalis, heç bir zəlalətsiz hidayətin mayasıdır.

6. Yalnız pak və müttəqi insanlar Qur’anın hidayətindən bəhrələnə bilirlər. (“Hudəllil müttəqin” ərəcbə) Qəlb aynası pak olan insan Qur’andan daha çox faydalanır.

3. ﴿الَّذِينَ يُؤْمِنُونَ بِالْغَيْبِ وَيُقِيمُونَ الصَّلاةَ وَمِمَّا رَزَقْنَاهُمْ يُنفِقُونَ

Müttəqilər o kəslərdir ki, qeybə inanır, namaz qılır və onlara verdiyimiz ruzidən infaq edirlər.”


Nöqtələr


◘Qur’an varlığı iki qismə bölür: qeyb aləmi (qeyb Allaha, mələklərə, məada və həzrət Mehdiyə (ə) aid edilir) və görünən (şühud) aləm. Müttəqilər (pəhrizkarlar) bütün varlığa inanırlar. Başqaları isə yalnız hiss üzvləri ilə duyduqlarını qəbul edirlər. Hətta onlar Allahı gözlə görmək istəyirlər. Onu görə bilmədiklərindən iman gətirmək istəmirlər. Necə ki, bə’ziləri həzrət Musaya dedilər: “Biz Allahı aşkar görməyincə sənə iman gətirmərik.”1

Belələri qiyamət haqqında deyirlər: “Bizim yaşadığımız bu dünyadan savayı bir dünya yoxdur. Ölürük, dirilirik. Bizi fəna edən bu dövrandır.”2

Belə fərdlər heyvanlıq səviyyəsindən qalxmamışlar və yalnız hiss üzvlərini tanıma yolu bilirlər. Onlar hər şeyi hiss üzvləri vasitəsi ilə dərk etmək istəyirlər.

◘Müttəqilər qeyb aləminə inanırlar və qəbul edirlər ki, qeyb aləmi bu aləmdən daha üstün və genişdir. İmanın dərinliyində eşq, bağlılıq, tə’zim, şükür gizlənmişdir. Elmin isə belə səciyyələri yoxdur.


Bildirişlər


1. İman əməldən ayrı deyil. Qeybə imanla yanaşı, mö’minlərin əməli vəzifələri sadalanır. (“Yu’minun... yuqimun.. yunfiqun”)

2. İlahi dünyagörüşün əsas prinsipi varlığı yalnız hiss üzvlərinə aid etməməkdir. (“Yu’minunə bil-ğəyb”)

3. İmandan sonra ən mühüm əməl namaz və infaqdır. Allaha doğru hərəkətdə olan ilahi cəmiyyətdə ruhi və mə’nəvi problemlər namaz vasitəsi ilə öz həllini tapır. İqtisadi çətinliklər və bu çətinlikdən yaranan müşküllər infaq vasitəsi ilə aradan qaldırılır.

4. Namaz fasiləli yox, ardıcıl yerinə yetirilməlidir. (“Yuqimunəs-səlat”)

5. İnfaqda da orta həddi gözləmək lazımdır. (“Mimma rəzəqnahum”) Söhbət verilmiş ruzinin bir hissəsinin infaq olunmasından gedir.

6. Allahın əta etdiyi hər şeydən – elmdən, hörmətdən, sərvətdən, gücdən başqalarına infaq edək. İmam Sadiq (ə) buyurur: “Onlara öyrətdiyimizi cəmiyyətdə yayarlar.”1

7. İnfaq halal maldan olmalıdır. Çünki Allah hər kəsin ruzisini halaldan müəyyənləşdirmişdir.

8. İnfaq etməklə lovğalanmayaq. Əgər bütün ne’mətlərin Allah tərəfindən olduğuna inansaq, həmin ne’mətlərin bir hissəsini asanlıqla infaq edərik.


4. ﴿والَّذِينَ يُؤْمِنُونَ بِمَا أُنزِلَ إِلَيْكَ وَمَا أُنزِلَ مِن قَبْلِكَ وَبِالآخِرَةِ هُمْ يُوقِنُونَ

Onlar sənə və səndən qabaq nazil olanlara imanlıdırlar, həm də axirətə yəqinlikləri var.”


Nöqtələr


İnsanın tanıma mexanizmi hiss və ağılla məhdudlaşmır. Vəhy də tanıma yollarından biridir və müttəqilər ona iman gətirmişlər. Rəhbərsiz insan yol seçimində tərəddüddə qalır. Peyğəmbərlər onların əlindən tutur və məntiq, mö’cüzə, öz əməli yolları ilə həqiqi səadətə doğru istiqamətləndirirlər.

Bu və bundan əvvəlki iki ayədən mə’lum olur ki, Allah qarşısında xüşu (namaz), gələcəyə ümid Allahın böyük mükafatlarındandır və təqva nişanələridir.


Bildirişlər


1. Peyğəmbərlər və bütün səmavi kitablara iman zəruridir. Çünki, onların hədəfi birdir.

2. Gerçək təqva axirətə yəqinsizliklə əldə olunmur. (“Bil-axirətihum yuqinun”)

3. Bütün kitablardan öncə Qur’ana ehtiram zəruridir.

4. İslam Peyğəmbəri (s) son ilahi peyğəmbərdir. “Səndən qabaqkılara nazil olana” ifadəsi həzrət Peyğəmbərin (s) son peyğəmbər olduğunu göstərir.


5. ﴿أُوْلَـئِكَ عَلَى هُدًى مِّن رَّبِّهِمْ وَأُوْلَـئِكَ هُمُ الْمُفْلِحُونَ

Yalnız onlar öz Rəbbi tərəfindən doğru yoldadırlar. Nicat tapanlar da onlardır.”


1   2   3   4   5   6   7   8   9   10   ...   98


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə