Nur təFSİRİ BİRİNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu




Yüklə 8.69 Mb.
səhifə2/98
tarix22.04.2016
ölçüsü8.69 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   98

Ayətullah hacı Seyyid Mehdi Ruhanidən bir neçə xoş söz


Rəhman və Rəhim Allahın adı ilə

Bəşər həyatında, tarixi dönəmlərdə, xüsusi ilə də müsəlman tarixində böyük tə’sirə malik olan Qur’ani-kərimə onun məqamına layiq səviyyədə diqqət yetirilmədiyindən bu ilahi kitab xalq arasında qərib qalmışdır. Hansı ki, Qur’anda “Biz Qur’anı öyüd üçün asan etdik” buyurulur. Bununla belə, bir çoxları Qur’an dəyərlərini yaddan çıxarıb ona diqqətsizlik göstərmişlər. Necə ki, keçmiş ümmətlər haqqında Qur’anda buyurulur: “Onlara xatırladılanların bir hissəsini unutdular...”1

Qur’ani-məcid əvvəldən axıradək bəşər üçün ilahi göstərişlərdən ibarətdir. Bütün bu bəyanatlarla tanış olmaq zəruridir. Xüsusi ilə də bəşəriyyətin dünyəvi və əbədi səadət yolunu göstərən ayələr və onlardakı nöqtələr haqqında düşünmək lazımdır. Qur’ani-məciddə həzrət Peyğəmbərə (s) belə müraciət olunur: “Sənə nazil etdiyimiz mübarək bir kitabdır ki, onun ayələrini düşünüb dərk etsinlər və ağıl sahibləri öyüd götürsünlər.”2

Bu müqəddimənin istəyi Qur’ani-məcidin bütövlükdə elə bir təfsirinin hazırlanmasıdır ki, bu təfsirdə əsas diqqət ayələrin mə’nasının dərk olunmasına yönəldilsin. Mə’lum olsun ki, hər bir ayənin məqsədi nədir, nəyə e’tiraz edir? Müasir dillə desək, bu təfsir “bəyani” bir təfsir olsun.

Adətən, təfsir kitabları daha çox ədəbiyyat, onun şö’bələri, kəlam elmi, məzhəbi mübahisələr istiqamətində peşəkar araşdırmalarla məşğul olur. Hər bir mütəxəssis öz ixtisasına aid terminlərlə araşdırma aparır. Bundan əlavə, mövzu haqqında söhbətlər olduqca uzun çəkir və bu hal insanların Qur’ani-məcidlə bütövlükdə tanış olmasına mane olur. Bə’ziləri isə Qur’an ayələrini şəxsi, çox vaxt isə yanlış əqidəsinin sübutu üçün əsas gətirir.

Son zamanlar elm adamlarının ehtiyacına cavab verəcək bir təfsirin hazırlanması zəruri görünürdü. Həmin təfsirin hazırlanmasında aşağıdakı məsələlərə diqqət yetirilməli idi:

1. Təfsir həm sadə və yetərli, həm də güclü olmalı idi;

2. Qur’anın dərk olunmasını çətinləşdirən xüsusi terminlərdən pəhriz edilməli idi;

3. Həyat problemlərini həll edən, müsəlman cəmiyyətinə təqdim olunası, hətta tərcümə edilib bütün dünyaya yayılası (bəşəriyyəti, təqva sahiblərini hidayət edəsi) mövzular araşdırılmalı idi. Çünki Qur’an mətləbləri konkret bir zaman, fərd və ya cəmiyyətə aid deyil;

4. Ayələrdən alınan nəticələrdə Qur’an ayələrinə istinad olunmalı idi. Rə’yə və şəxsi istəklərə, zəif rəvayətlərə əsaslanmaq olmazdı;

5. Həzrət Peyğəmbərin (s) göstərişi əsasında “Səqəleyn”dən (iki əmanətdən) biri olan Əhli-beytdən nəql olunmuş mö’təbər rəvayətlərə diqqət yetirilməli idi.

Bu prinsiplər Möhsün Qəraətinin təfsirində nəzərə alınmışdı. Əgər həmin prinsiplərdən kənarlaşma müşahidə edilərsə, bu, məqsədli şəkildə edilməmişdir və inşallah, gələcəkdə islah olar.

Ümid edirəm ki, dəyərli alim höccətül-islam Möhsün Qəraəti elmi keyfiyyətlərindən əlavə, təfsir sahəsində zövq sahibidir və ilahi kəlmələrin lətafətini yaxşı dərk edir. Onun öz təfsirini bu üsul və imtiyazlarla sona çatdıracağına ümidvaram.

Uyğun təfsirin bir cüzdən çoxunu müəlliflə birlikdə müzakirə etdik və bə’zi qeydlərimi ona bildirdim.

Əziz müəllif hər bir ayəni sadə və yetərli bir şəkildə tərcümə etdikdən sonra onun mahiyyətini şərh etmişdir. Uyğun şərhlərdə müəllifin “bildirişlər” adlandırdığı nöqtələrə toxunulmuşdur. Əslində bu nöqtələr təfsirin ruhunu açıqlayır. Düzünə qalsa, bir çox məqamlarda həmin nöqtələr müəllifin xüsusi ixtirasıdır və xüsusi təravətə malikdir.

Ümid edirəm ki, Qur’ani-kərim bir gün hövzə və universitetlərdə əsas mehvər olacaq. Necə ki, imam Zeynəlabidin (ə) “Səhifeye-səccadiyyə” kitabında Qur’anın xətm duasında buyurur: “Qur’an elə bir ədalət tərəzisidir ki, haqqın bəyanında dili qısa deyil.”

Ümid edirəm ki, əziz müəllifin təfsir şivəsi və ixtiraçılıq yolu Qur’anın ali mətləblərinin gerçəkləşməsində irəliyə doğru bir addım olacaq. İnşallah, bu addım son addım olmaz və nəzər sahibləri növbəti addımlarda bu üsulu təkmilləşdirərlər.

09 Rəbius-sani, 1414

Mehdi Hüseyni Ruhani

Müəllifdən


Şəmsi 1378-ci ildə ilk cildin yenidən nəşri üçün növbəti dəfə “Nur təfsirini” diqqətlə mütaliə etdim. İxtisarlar və əlavələr oldu. Allahın lütfü ilə ağlıma gələn yeni mətləblər və “Təfsiri-rahnüma”, “Nüxbətut-təfsir” kitablarındakı bə’zi nöqtələr mətnlərə əlavə edildi.

Bir anlıq fikrə getdim. Düşündüm ki, cəmi iki-üç il keçmiş öz əlimlə dəyişdiyim yazı əgər qiyamətə çatsa, övliyaların, mələklərin, ən əsası Allahın nəzərindən keçsə, nə qədər dəyişəcək?! Bütün bu dəyişikliklər o zaman faydalı olur ki, işin canında qeyri-ilahi niyyət olmasın.

Hər halda xeyli zəhmət çəkdim. Amma qiyamətdə bu təfsirin bir səhifəsinin də mənim qurtuluşuma səbəb olub-olmayacağını bilmirəm!

Sözsüz ki, Qur’an nurdur. Təfsirdə nə nöqsan varsa, bizim nöqsanımızdır. Gülzarda torpaq gülə döndüyü kimi, ümid edirəm ki, Qur’anın nurani ayələri sayəsində bizim də yazılarımız nura çevrilsin. Amin!

Möhsün Qəraəti

“HƏMD” SURƏSİ

(Ayələrin sayı 7)

Birinci cüz

“Həmd” surəsinin siması


Digər bir adı “Fatihətul-kitab” olan “Həmd” surəsinin yeddi ayəsi var. (Səma qatlarının, həftənin günlərinin, Kə’bə ətrafında təvaf dövrlərinin, Səfa və Mərvə arasındakı sə’ylərin, şeytana atılan daşların da sayı yeddidir.) Hər bir müsəlmana vacibdir ki, gündəlik (yövmiyyə) namazlarında ən azı on dəfə bu surəni oxusun. Əks təqdirdə, namaz batildir. Hədisdə buyurulur: “Fatihətul-kitabsız namaz yoxdur.”1

Cabir ibn Abdullah Ənsarinin həzrət Peyğəmbərdən (s) rəvayətinə görə, bu surə Qur’anın ən dəyərli surələrindəndir. İbn Abbasın nəql etdiyinə görə “Həmd” surəsi Qur’anın əsasıdır. Bir hədisdə isə belə nəql olunur: “Əgər bu surəni ölüyə yetmiş dəfə oxusanız və o dirilsə, təəccüb etməyin.”2

Surənin “Fatihətul-kitab” adlandırılmasından mə’lum olur ki, Qur’anın bütün ayələri Allah rəsulunun zamanında toplanılmış və kitab şəklinə gətirilmişdir. Onun əmri ilə “Həmd” surəsi ilahi kitabın başlanğıcında yerləşdirilmişdir.

“Səqəleyn” hədisində oxuyuruq ki, Peyğəmbər (s) buyurdu: “Mən sizin aranızda iki qiymətli şey qoyuram: Allahın kitabı və Əhli-beytim.”3 İlahi ayələrin peyğəmbər zamanında Allahın kitabı şəklində toplanması və bu adla müsəlmanlar arasında tanınması yuxarıdakı hədisdən də görünür.

Mübarək “Fatihə” surəsinin ayələrində Allah və Onun sifətlərinə, məad məsələsinə, doğru yolun və bu yolda rəhbərin tanınması Allahın hakimiyyətinin və səltənətinin qəbulu mövzularına işarə olunur. Eləcə də, ilahi övliyaların yolunun davamına məhəbbət və azğınların, qəzəbə düçar olmuşların yolundan imtina izhar olunur.

Qur’an kimi “Həmd” surəsi də şəfa səbəbidir. Bu surə həm cismani, həm də ruhani xəstəliklərin məlhəmidir. (Əllamə Əmini “Fatihətul-kitab” təfsirində bu barədə xeyli rəvayət nəql etmişdir.)


1   2   3   4   5   6   7   8   9   ...   98


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə