Nur təFSİRİ BİRİNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu




Yüklə 8.69 Mb.
səhifə11/98
tarix22.04.2016
ölçüsü8.69 Mb.
1   ...   7   8   9   10   11   12   13   14   ...   98

Bildirişlər


1. Münafiq öz xeyir-zərərini bilmir. Ona görə də hidayəti zəlalətə satır.

2. İnsan azaddır və seçim ixtiyarına malikdir. Çünki müamilə, iradə və seçimə ehtiyaclıdır.

3. Dünya bazar, xalq isə alıcı və satıcı kimidir. Alınıb satılan isə əməllərimiz və seçimlərimizdir. (“Əştərəu... fəma rəbihət ticarətuhum”)

4. Mö’minin aqibəti hidayət, münafiqin aqibəti isə azğınlıqdır. (“Əla hudən min rəbbihim... ma kanu muhtədin”)

5. Münafiqlər öz məqsədlərinə bir yol tapa bilmirlər. (“Ma kanu muhtədin”), (Növbəti ayələrə diqqət yetirməklə).
17. ﴿مَثَلُهُمْ كَمَثَلِ الَّذِي اسْتَوْقَدَ نَاراً فَلَمَّا أَضَاءتْ مَا حَوْلَهُ ذَهَبَ اللّهُ بِنُورِهِمْ وَتَرَكَهُمْ فِي ظُلُمَاتٍ لاَّ يُبْصِرُونَ

Onların halı od alışdırmış şəxslərin halına bənzər. Od öz ətrafını işıqlandırdığı zaman Allah onların işığını alar və onları heç nə görmədikləri zülmətdə buraxar.”



Nöqtələr


◘Bir məsələni xalqa anlatmaq üçün misalların mühüm rolu var. Misallar, haqqında danışılan məsələni aydınlaşdırır və bu vasitə ilə yol yaxın və ümumi olur. Misal əminlik dərəcəsini qaldırır və inadkarları yerində oturdur. Qur’anda xeyli misallar çəkilmişdir. O cümlədən:

Haqq suya, batil isə su üzərindəki qabarcığa bənzədilir1. Haqq pak, batil isə çirkin ağaca bənzədilir.2 Kafirlərin əməlləri bərk külək qarşısında külə oxşadılır.3 Bə’zən də kafirlərin əməlləri ilğıma oxşadılır.4 Bütlər və zalım hakimlər hörümçək yuvasına (toruna) oxşadılır.5 Əməlsiz alimlər kitab daşıyan ulağa oxşadılır.6 Qeybət ölmüş qardaşın ətini yemək kimi təqdim olunur.7

◘İmam Riza (ə) buyurmuşdur: (“Tərəkəhum fi zulumat”) ayəsinin mə’nası budur ki, Allah onları özbaşına buraxır”.8

Bildirişlər


1. Münafiq nura çatmaq üçün oddan istifadə edir. Odun isə külü, tüstüsü və yandırıcı xüsusiyyəti də var. (“Nstəvqədə narən”)

2. İslam nuru aləmi əhatə edir. Bu nurun kölgəsində münafiqlərin İslam adı altında göstərmək istədikləri nur isə zəif və davamsızdır. (“Əzaət ma həvləhu”)

3. İslam nur, küfr isə qaranlıqdır.(“Zəhəbəllahu bi nurihim və tərəkəhum fi zulumat”)

4. Bir nurdan bəhrələnməyən insan müxtəlif zülmətlərdə qalasıdır. (“Binurihim... fi zulumat”) (“Nur” sözü tək, “zulumat” sözü isə cəm haldadır.)

5. Münafiqlərin planları və qurğuları Allahın iradəsi ilə yarımçıq qalır. (“Zəhəbəllahu binurihim”)

6. Münafiqlərin müqabil tərəfi Allahdır. (“Zəhəbəllahu binurihim”)

7. Münafiqlərin aqibəti və gələcəyi qaranlıqdır. (“Fi zulumat”)

8. Münafiqlər qorxu və iztiraba düçar halda uzun müddətli qərarlarında dolaşmışlar. (“Fi zulumatin la yubsirun”)

9. Bə’zən başlanğıcda iman həqiqi olur. Amma insan zaman ötdükcə çaşqınlığa meyl edir və münafiqə çevrilir. (“Nurihim” sözündən görünür ki, onların nuru olmuş, amma həmin nura tərəf dönməmişlər.”)
18. ﴿صُمٌّ بُكْمٌ عُمْيٌ فَهُمْ لاَ يَرْجِعُونَ

Onlar (haqqı eşitməkdə) kar, (haqqı deməkdə) lal və (haqqı görməkdə) kordurlar. Buna görə də (haqqa doğru) geri dönməzlər.”


Nöqtələr


◘Qur’an bə’zi peyğəmbərlərin sitayişində buyurur: “Onların əli və gözü vardır.”1 Məqsəd bu ola bilər ki, yalnız bütsındıran əli olanın əli, Allahı görən gözü olanın gözü var. Belə əli və gözü olmayan münafiqlər şikəst kimidirlər və bu şikəstliyə özləri səbəbkar olmuş və tanıma vasitələrini əldən vermişlər. Ona görə də münafiqlər haqqında “dərk etmirlər”, “bilmirlər”, “görmürlər”, “eşitmirlər”, “geri dönmürlər” kimi tə’birlər işlədilmişdir.

◘Baxmaq bəsirət demək deyil. Qur’anda oxuyuruq: “Görürsən ki, sənə baxırlar. Halbuki görmürlər”,2 çünki onların haqqı görmək üçün bəsirət gözləri yoxdur.

◘Tanıma imkanlarından və vasitələrindən istifadədən məhrumluq süqut və insanlığın itirilməsinə bərabərdir.3

◘Dünyada özünü korluğa, karlığa və lallığa qoyanın cəzası axirət korluğu, axirət karlığı və axirət lallığıdır.2


Bildirişlər


1. Nifaq səciyyəsi insanı həqiqətləri və ilahi maarifləri dərk etməkdən saxlayır. (“Summun bukmun umyun”)

2. Allahın ne’mətlərindən haqq yolda istifadə etməyən kəs, bu ne’mətlərdən məhrum olmuş kəs kimidir.

3. Münafiqlərin haqqı görməməsinin iki səbəbi var: onları əhatə edən fəza qaranlıq ola bilər (“fi zulumat”) və ya bəsirət gözlərini əldən vermiş olarlar (“summun bukmun umyun”)

4. Münafiqlər inadkar və təəssübkeşdirlər. (“Fəhum la yərciun”)


19. ﴿أَوْ كَصَيِّبٍ مِّنَ السَّمَاء فِيهِ ظُلُمَاتٌ وَرَعْدٌ وَبَرْقٌ يَجْعَلُونَ أَصْابِعَهُمْ فِي آذَانِهِم مِّنَ الصَّوَاعِقِ حَذَرَ الْمَوْتِ واللّهُ مُحِيطٌ بِالْكافِرِينَ

Ya da qaranlıqlarda göy gurultusu olan və şimşəkli səmadan şiddətli yağan yağışa düşmüş şəxslərə bənzərlər. İldırım və ölüm qorxusundan barmaqlarını qulaqlarına tutarlar. Amma kafirlər Allahın əhatəsindədirlər.”


Nöqtələr


◘Allah münafiqi yağışa düşmüş, şiddətli yağışın, gecə qaranlığının, ildırımın qulaqbatırıcı səsinin, şimşəyin gözqamaşdırıcı nurunun, ölüm qorxusunun əhatə etdiyi şəxsə bənzədir. Amma bu şəxsin nə yağışdan qorunmaq üçün sığınacağı, nə qaranlıqda bir işığı, nə şimşəkdən asudə qulağı, nə də ölümdən rahat ruhu var.

Bildirişlər


1. Münafiqlər müşkül və nigarançılıqlara qərq olmuşlar. Elə bu dünyada belə qəm-qüssə, iztirab, rüsvayçılıq və zillət onları rahat buraxmır. (“Zulumatun və rə’dun və bərqun ()

2. Münafiqlər ölümdən qorxurlar. (“Həzərəl-movt”)

3. Münafiqlər bilsinlər ki, Allah onları əhatə etmişdir. Allah istədiyi vaxt onların sirrini və qurğularını ifşa edir. (“Vəllahu muhitun bil kafirin”)

İslam inqilabı zamanı münafiqlərin əməllərinə və aqibətlərinə baxış bu ayənin aydın göstəricilərindəndir. Pərişanlıq, təfriqə, məğlubiyyət, avaralıq, qürbət, abırsızlıq, kafirlərə sığınma, casusluq onların əməllərinin nəticələrindəndir. Onlar dini şüarlar və şəxsiyyətlərdən istifadə etməklə qələbə qazanacaqlarını düşünürdülər. Amma Allah onların qurğularını puça çıxarmaqla, xalqı onların pis niyyətindən xəbərdar etməklə onların başını özlərinə qatdı...)

4. Nifaq nəhayətdə küfrlə sonuclanır. (“Vallahu muhitun bil kafirin”) “Nisa” surəsinin 140-cı ayəsində bu məsələyə bir daha işarə olunur.
20. ﴿يَكَادُ الْبَرْقُ يَخْطَفُ أَبْصَارَهُمْ كُلَّمَا أَضَاء لَهُم مَّشَوْاْ فِيهِ وَإِذَا أَظْلَمَ عَلَيْهِمْ قَامُواْ وَلَوْ شَاء اللّهُ لَذَهَبَ بِسَمْعِهِمْ وَأَبْصَارِهِمْ إِنَّ اللَّه عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ

Az qalır şimşək onların gözünün nurunu alsın. Şimşək parladıqda yeriyir, qaranlıq düşən kimi dayanıb dururlar. Əgər Allah istəsəydi, onların eşitmə və görməsini alardı. Həqiqətən, Allah hər şeyə qadirdir.”


1   ...   7   8   9   10   11   12   13   14   ...   98


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə