Nur təFSİRİ beşİNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: H. Arzu




Yüklə 3.08 Mb.
səhifə9/81
tarix23.02.2016
ölçüsü3.08 Mb.
1   ...   5   6   7   8   9   10   11   12   ...   81

Nöqtələr


◘Ötən ayələrdə müşriklərin murdarlığından və onlarla savaşdan danışıldı. Bu ayədə qarşısında döyüş və ya cizyə ödəmək kimi iki yol olan kitab əhli ilə rəftar qaydası bəyan olunur.

◘Müsəlmanlar xüms və zəkat ödəməklə İslam dövlətinə kömək edib onun xidmətlərindən faydalandıqları kimi, kitab əhli də cizyə adlı bir məbləğ ödəməklə bu hakimiyyətin himayəsinə sığınırlar.

Cizyənin miqdarı müsəlmanların rəhbəri tərəfindən təyin olunur. Əlbəttə, bu miqdarı ödəmək kitab əhlinə çətin gəlməlidir.

İmam Sadiq (ə) buyurmuşdur: “Əgər cizyə miqdarı az olsa, onu ödəyib-ödəməməyin fərqi olmaz və bu ödənc həqarət doğurmaz.”1

◘Kitab əhli hansısa şəkildə Allaha və qiyamət gününə inansa da, ayə onların gerçək iman gətirmədiyini bildirir. Çünki Quran ilahi maarifin bir hissəsini qəbul edib, o biri hissəsini inkar edənləri kafir sayır.2 Eləcə də, xurafata qatışmış etiqadlar küfr sayılır.3

Bildirişlər


1. Kitab əhli öz peyğəmbərlərinin göstərişlərinə əməl etməsə günahkar sayılır.

2. Haqq din yalnız İslamdır. Digər dinlərdə təhrif və xurafata yol verildiyindən onlar həqiqi sayılmır.

3. Kitab əhlindən olan və iman gətirməyən kafirlərlə iki şəkildə rəftar etmək olar: döyüş və ya cizyə ödənməsi.

4. Kitab əhlindən illik vergi alınması zəruridir. Bu vergi ciddi tələb edilməli və nağd ödənməlidir. Qarşı tərəf bu vergini mütiliklə ödəməlidir.

5. İslam hökuməti elə bir qüdrətə sahib olmalıdır ki, başqaları asanlıqla təslim olsun.

6. Dini azlıqlar İslam hakimiyyətinə tabe olub, onun himayəsinə sığınmalıdırlar.


Ayə 30:

﴿وَقَالَتِ الْيَهُودُ عُزَيْرٌ ابْنُ اللّهِ وَقَالَتْ النَّصَارَى الْمَسِيحُ ابْنُ اللّهِ ذَلِكَ قَوْلُهُم بِأَفْوَاهِهِمْ يُضَاهِؤُونَ قَوْلَ الَّذِينَ كَفَرُواْ مِن قَبْلُ قَاتَلَهُمُ اللّهُ أَنَّى يُؤْفَكُونَ﴾

Yəhudilər deyirdilər: “Üzeyir Allahın oğludur.” Məsihilər isə deyir: “Məsih (İsa) Allahın oğludur.” Onların ağızlarına aldıqları bu sözlər öncə kafir olanların sözlərinə oxşayır. (Onlar deyirdilər: “Mələklər Allahın qızlarıdır”) Onları Allah öldürsün! Necə də üz döndərirlər!”


Nöqtələr


◘“Üzeyir” “Əzra” sözünün ərəbləşmiş formasıdır. Necə ki, “İsa” “Yəsu”, “Yəhya” “Yuhanna” sözündən düzəlmişdir.

Üzeyir böyük yəhudi alimlərindən idi. Ona “yəhudilərin xilaskarı” ləqəbi verilmişdi. Çünki Büxtün-Nəsr tərəfindən xalqın qırğını və məbədlərin xaraba qoyulub, Tövratın yandırılmasından, qadınların əsir götürülüb Kuvroş tərəfindən Babilin fəth edilməsindən sonra Üzeyir Kuvroşun yanına gəlib yəhudilərə himayə istədi.

◘Bu ayə “kitab əhli Allaha və qiyamətə iman gətirməmişdir” ayəsini bir növ izah edir.

◘Tədqiqatçıların nəzərincə, Tövrat və İncil Budda, Brahma və yunan xurafatları ilə qatışdırılmışdır. İncildəki bir çox əhvalatlar eynən budda və Brahma məzhəblərində mövcuddur. Bu günkü yəhudilər Üzeyiri Allahın oğlu saymasalar da, İslam peyğəmbərinin dövründə belə bir etiqad vardı. Məhz bu inanclarına xatir həzrət Peyğəmbər (s) onlardan soruşmuşdu: “Musanın məqamı daha üstün olduğu halda nə üçün onu Allahın oğlu saymırsınız?” Təbii ki, onlar bu suala cavab tapmamışdılar.1


Bildirişlər


1. Yəhudilərdən bir dəstəsi Üzeyiri Allahın oğlu saydığı və digər bir dəstənin də onların bu işi müqabilində susduğu üçün uyğun büdrəmə onların hamısına aid edilir.

2. Dini və ilahi şəxsiyyətlər haqqında uydurma yolverilməzdir.

3. Yəhudilərin və məsihilərin əqidələri xurafatla qarışmışdır.

4. Müşriklər bütləri Allahın şəriki, mələkləri Onun qızları sayırdılar. Yəhudilər və məsihilər isə Üzeyir və İsanı Allahın oğlu kimi qəbul edirdilər. Bu baxımdan onların sözləri kafirlərin sözlərinə oxşayırdı.

5. Yəhudi və məsihi dinlərindəki xurafatın kökü qədim kafirlərin əqidəsindəndir.
Ayə 31:

﴿اتَّخَذُواْ أَحْبَارَهُمْ وَرُهْبَانَهُمْ أَرْبَابًا مِّن دُونِ اللّهِ وَالْمَسِيحَ ابْنَ مَرْيَمَ وَمَا أُمِرُواْ إِلاَّ لِيَعْبُدُواْ إِلَـهًا وَاحِدًا لاَّ إِلَـهَ إِلاَّ هُوَ سُبْحَانَهُ عَمَّا يُشْرِكُونَ﴾

(Kitab əhli) öz alimlərini, rahiblərini, Məryəm oğlu Məsihi Allah əvəzinə məbud götürdülər. Halbuki Allahdan qeyri bir məbuda pərəstiş etməmək göstərişi almışdılar. Allah Ona şərik qoşulan hər bir şeydən pakdır.”


Nöqtələr


◘“Hibr” sözünün cəm forması olan “əbvar” sözü alim, “rahib” sözünün cəm forması “röhban” sözü tərki-dünya mənasını bildirir. Bu şəxslər bütün müqəddəsliklərinə baxmayaraq, məbud yox, bəndədirlər.

◘Rahiblərə qeyd-şərtsiz itaət bir növ onlara pərəstişdir. İmam Sadiq (ə) buyurmuşdur: “Hər kəs günah yolunda bir başqasına tabe olsa, ona pərəstiş etmişdir.”1

◘İmam Sadiq (ə) buyurmuşdur: “Kitab əhli namaz və orucu alimlərinə xatir yerinə yetirmirdi. Sadəcə, onların alimləri haramları halal, halalları haram etmişdilər və xalq onlara itaət edirdi.2

◘Müşriklər Allaha şərik qoşduqları üçün qiyamət günü peşman olacaqlar.3


Bildirişlər


1. Allahdan qeyrisinə qeyd-şərtsiz itaət bir növ həmin ünvana ibadətdir.

2. İstənilən bir formada insana pərəstiş etmək şirkdir. Heç bir şəxsiyyət büt olmamalıdır.

3. Düşüncə və məqsədi yalnız Allah olan məsum peyğəmbər alimlərdən fərqlənir. Ona görə də həzrət Məsihin adı ayrıca qeyd olunur.

4. Sevgilərin, dostluqların, itaətlərin həddi olmalıdır. Vəhyə əsaslanmayan istənilən bir quruluş, qütb, məqsəd, mürşid və ya təşkilata itaət şirkdir.

5. Tövhiddən şirkə büdrəmə təhlükəsi həmişə olmuşdur.

6. Qanun vermək yalnız Allahın haqqıdır. Qeyri-ilahi qanun qəbul edənlər İslam çərçivəsindən xaricdirlər.

7. Peyğəmbərlərə münasibətdə ifrata varmaq, onlara pərəstiş etmək və ya onları Allahın övladı adlandırmaq şirkdir.
Ayə 32:

﴿يُرِيدُونَ أَن يُطْفِؤُواْ نُورَ اللّهِ بِأَفْوَاهِهِمْ وَيَأْبَى اللّهُ إِلاَّ أَن يُتِمَّ نُورَهُ وَلَوْ كَرِهَ الْكَافِرُونَ﴾

Onlar Allahın nurunu ağızları ilə keçirmək istəyirlər. Amma Allah, kafirlər narahat olsalar da belə, Öz nurunu kamala çatdırmaq əzmindədir.”


1   ...   5   6   7   8   9   10   11   12   ...   81


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə