Nur təFSİRİ beşİNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: H. Arzu




Yüklə 3.08 Mb.
səhifə6/81
tarix23.02.2016
ölçüsü3.08 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   81

Nöqtələr


◘Bu ayə də ötən ayələr kimi cihada təşviq üçündür.

◘ “Vəlicətən” sözü sirr, gizli iş mənasını bildirir. Burada həmin söz sirdaş mənasında işlədilmişdir.

◘Çoxsaylı rəvayətlərə əsasən, ayədə sirr veriləsi möminlər deyilərkən, səmavi rəhbərlər nəzərdə tutulur.1

Bildirişlər


1. Varlıq aləmi və ondakı proqramlar məqsədlidir. İnsanlar və onların gələcəyi öz başına buraxılmamışdır. Bu səbəbdən də xəyal dünyasından çıxıb gerçəyi görməliyik.

2. “İmanlıyam” demək bəs etmir. İnsanları bir-birindən fərqləndirən amil əməl, cihad və sınaqdır.

3. İman sınağından o kəslər müvəffəqiyyətlə çıxır ki, İslam cəmiyyətinin sirlərini yalnız Allaha, Onun rəsuluna və gerçək möminlərə açırlar. (İlkin İslam dövründə bəziləri biganələrlə əlaqə saxlayırdı)

4. Biganələrə sirr vermək, onları məhrəm saymaq haramdır, zəiflik və imansızlıq nişanəsidir və məzəmmət olunur.

5. Müsəlmanların vəzifəsi xarici düşmənlərlə döyüş, daxili düşmənlərə sirr verməməkdir.

6. Allah xalqın vəziyyətindən agahdır və onları sınamağa ehtiyac duymur. Amma hər bir insanın sınağa çəkilməsi ilahi bir sünnədir. (İlahi sınaqda insan öz kimliyini anlayır)

7. Əgər biganəyə sirr açsanız, Allah bilər və hesabınıza yetişər.
Ayə 17:

﴿مَا كَانَ لِلْمُشْرِكِينَ أَن يَعْمُرُواْ مَسَاجِدَ الله شَاهِدِينَ عَلَى أَنفُسِهِمْ بِالْكُفْرِ أُوْلَئِكَ حَبِطَتْ أَعْمَالُهُمْ وَفِي النَّارِ هُمْ خَالِدُونَ﴾

Müşriklər öz küfrlərinə aşkar şahid olduqları halda Allah məscidlərini təmir edə bilməzlər. Onların işi puça çıxmışdır və onlar odda əbədi qalacaqlar.”


Nöqtələr


◘Ayə Məscidül-həramın təmiri ilə bağlı nazil olsa da, onda bəyan olunmuş hökmlər bütün məscidlərə aiddir. Ona görə də ayədə “məscid” yox, “məscidlər” sözü işlədilmişdir.

◘İlkin İslam dövründə Məkkənin fəthindən qabaq Məscidül-həramın işlərinin idarəçiliyi və təmiri müşriklərin ixtiyarında idi.

◘Həzrət Əli (ə) tərəfindən bəyan olunmuş bəraətdəki məsələlərdən biri də müşriklərdən Məscidül-hərama qəyyumluq haqqının alınması idi. Onlara hətta Məscidül-hərama daxil olmağa icazə verilmirdi. (27-ci ayədə bu məsələyə işarə olunur)

Bildirişlər


1. Məscidlərin və müsəlman dini mərkəzlərinin inşasında kafirlər və müşriklər iştirak etmirlər.

2. Müqəddəs mərkəzlərin tikintisinə və idarəçiliyinə biganələrin müdaxilə etməməsi üçün bu işlərdə onlardan pul almayın.

3. Əsas rol oynayan amil əməl yox, niyyətdir.

4. Bəzən qazanc qeyri-şəri, iştirak isə dəyərsiz olur. Məscidlərin abad edilməsi xatirinə kafirlərin sizin dini işlərinizə nüfuz etmələrinə yol verməyin.

5. Özünü dinsiz göstərən kəslərin dini işlərə müdaxilə haqqı yoxdur.

6. Müşrik elə həmin kafirdir.

7. Küfr kafirlərin məhvinə, fəsad törətmələrinə və əməllərinin dəyərdən düşməsinə səbəb olur.
Ayə 18:

﴿إِنَّمَا يَعْمُرُ مَسَاجِدَ اللّهِ مَنْ آمَنَ بِاللّهِ وَالْيَوْمِ الآخِرِ وَأَقَامَ الصَّلاَةَ وَآتَى الزَّكَاةَ وَلَمْ يَخْشَ إِلاَّ اللّهَ فَعَسَى أُوْلَـئِكَ أَن يَكُونُواْ مِنَ الْمُهْتَدِينَ﴾

Allahın məscidlərini yalnız Allaha və qiyamət gününə inanan, namazı bərpa edən, zəkat ödəyən və Allahdan başqasından qorxmayan kəslər təmir etməlidirlər. Ümid var ki, onlar doğru yolu tapmışlardan olalar.”


Nöqtələr


◘Məscid müsəlmanların mühüm ibadət və yığıncaq yerləridir. Bu səbəbdən də məscidin qəyyumları saleh, proqramları tərbiyəvi, büdcəsi halal, əhli təqvalı olmalıdır. Əgər məscidi tikənlər zalım, pişnamaz qorxaq, xidmətçilər süst olarsa, təbii ki, həmin məkanda əsas məqsəd ödənməyəcək, mənəvi abadlıq olmayacaq.

◘Mərhum Feyz Kaşaninin “Təfsire-Safidə” qeyd etdiyi kimi, “məscidin təmiri” dedikdə onun binasının bərpası, təmizliyi, döşənməsi, işıqlandırılması, eləcə də, orada tədris və təbliğ nəzərdə tutulur.

◘Zəkat sözü Quranda otuz iki dəfə zikr edilmişdir. 28 məqamda zəkat sözü namaz sözü ilə yanaşı qeyd olunur.

◘Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Bir şəxsin məscidə gedib-gəldiyini gördükdə, onun imanına şahid durun.”1

◘Hədislərdə məscid əhli üçün bir çox faydalar zikr olunmuşdur: Dini dost və qardaş tapmaq, faydalı agahlıqlar əldə etmək, günahdan uzaqlaşmaq, ilahi nemət və rəhmətdən bəhrələnmə.2

Bildirişlər


1. Məscidə qəyyumluğun və onun təmirinin şərtləri var:

a) Məscidi təmir edən şəxs etiqad baxımından yaranış və məada etiqadlı olmalıdır.

b) Qəyyum əməl baxımından namaz qılmalı və zəkat ödəməlidir.

v) Həmin şəxs ruhi baxımdan şücaətli olmalı və kənar təsir altına düşməməlidir. (Əgər məscidin qəyyumu şücaətli olsa, məscid də zülmə qarşı hərəkət mərkəzi olar)

2. Məhrumların qayğısına qalmaq məscid qəyyumlarının və onu təmir edənlərin vəzifəsidir.

3. İman əməldən, namaz zəkatdan, məscid inqilabdan ayrı deyildir.

4. İmanımız, saleh əməlimiz, namazımız, zəkatımız və şücaətimiz olsa da, qürrələnməyək və bilək ki, büdrəmə təhlükəsi hələ də var.
Ayə 19:

﴿أَجَعَلْتُمْ سِقَايَةَ الْحَاجِّ وَعِمَارَةَ الْمَسْجِدِ الْحَرَامِ كَمَنْ آمَنَ بِاللّهِ وَالْيَوْمِ الآخِرِ وَجَاهَدَ فِي سَبِيلِ اللّهِ لاَ يَسْتَوُونَ عِندَ اللّهِ وَاللّهُ لاَ يَهْدِي الْقَوْمَ الظَّالِمِينَ﴾

Yoxsa hacılara su verməyi, Məscidül-həramı təmir etməyi Allah və qiyamət gününə iman gətirib Allah yolunda cihad edənin işi ilə eyni tutursunuz? Bu iki iş Allah yolunda eyni ola bilməz. Allah zalım qövmü hidayət etməz.”


Nöqtələr


◘Peyğəmbərin (s) əmisi Abbas və Şeybə öz işlərini bir-birlərinə sadalayıb lovğalanırdılar. Abbas Allah evinin ziyarətçilərinə su verdiyi, Şeybə Kəbə açarlarını gəzdirdiyi üçün qürrələnirdi.

Həzrət Əli (ə) buyurdu: “Amma mən öz az yaşımla iftixar edirəm ki, siz mənim cihad və qılıncıma iman gətirdiniz.” Abbas Həzrət Əlinin (ə) bu sözlərindən narahat olub ondan Peyğəmbərə (s) şikayət etdi. Bu vaxt həmin ayə nazil oldu.3

◘Həzrət Əli (ə) öz öncüllüyünün sübutunda dəfələrlə bu ayəyə istinad etmişdir. Bəli, iman və cihad mənəvi dəyərdən məhrum şirk dövründəki xidmətlərdən üstündür.

1   2   3   4   5   6   7   8   9   ...   81


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə