Nur təFSİRİ beşİNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: H. Arzu




Yüklə 3.08 Mb.
səhifə4/81
tarix23.02.2016
ölçüsü3.08 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   81

Bildirişlər


1. Düşmən sığınacaq istədikdə islami düşüncəni götür-qoy edib araşdırması üçün ona müsbət cavab verin.

2. Hətta müşriklər üçün də düşüncə və götür-qoy yolu açıqdır. Bir nəfərin doğru yola gələcəyini ehtimal edərək fərqli hesab aparmalıyıq.

3. İslam mərhəmət, şərafət və kəramət dinidir.

4. Düşmənə də düşünmək üçün fürsət verin. Hətta döyüş gedişində xalqı düşünmək imkanından məhrum etməyin.

5. Haqqın müəyyənləşdirilməsi və doğru əqidənin seçilməsi üçün möhlət lazımdır.

6. Quran dərk olunası kəlamdır və hidayət üçün zəmin hazırlayır. Quran insan düşüncəsinin qavrayacağı kitabdır.

7. İslam hökuməti azğınlar üçün şərait yaratmalıdır ki, onlar Quran kəlamını eşitsinlər. Çünki bəzilərində çaşqınlığın səbəbi onların həqiqətdən xəbərsizliyi, təbliğatın olmamasıdır. Ola bilsin ki, bir çoxları haqqı eşitsə qəbul edər.

8. İslam azadlıq dinidir. Qorxu-hürkü ilə yox, düşüncə ilə əldə edilən iman dəyərlidir.

9. Məntiqə əsaslanan əqidə məktəbində tələskənlik yoxdur. Düşmənə düşünmək üçün fürsət verin və ona rahat götür-qoy etmək üçün şərait yaradın.

10. Bəzilərinin küfrü cəhalətdən qaynaqlanır. Əgər onlar xəbərdar olsalar, haqqı qəbul edərlər.


Ayə 7:

﴿كَيْفَ يَكُونُ لِلْمُشْرِكِينَ عَهْدٌ عِندَ اللّهِ وَعِندَ رَسُولِهِ إِلاَّ الَّذِينَ عَاهَدتُّمْ عِندَ الْمَسْجِدِ الْحَرَامِ فَمَا اسْتَقَامُواْ لَكُمْ فَاسْتَقِيمُواْ لَهُمْ إِنَّ اللّهَ يُحِبُّ الْمُتَّقِينَ﴾

Necə ola bilər ki, Allah və Onun rəsulunun müşriklərlə bir peymanı olsun? Məscidül-həramın yanında peyman bağladığınız kəslər istisnadır. Nə qədər ki, əhdlərinə vəfalıdırlar, siz də vəfa qılın. Allah təqvalıları sevir.”


Nöqtələr


◘Bu ayə “bəraət” surəsinin başlanğıc ayələrini açıqlayır, bəraət və uzaqlaşma üçün dəlillər göstərir. Bəli, onlar öz əhdlərinə vəfa qılmadılar.

◘Kəbənin 48 mil radiuslu dairəsi “Hərəm” sayılır. Bu məntəqədə bağlanmış peymanlar “İndəl-məscidil-həram” adlanır. Məsələn, Məkkədən on beş mil aralı bağlanmış “Hüdəybiyyə” peymanı bu qəbildəndir.

◘Peyman yerinin bəyanı zamanı Məscidül-həramın adının çəkilməsi həmin məkanın əhəmiyyətini göstərir. Amma Məscidül-həramdan kənarda bağlanmış peymanlara da vəfa qılmaq lazımdır.

Bildirişlər


1. Yəhudilər və müşriklər müsəlmanlarla daha çox düşmən olduqlarından1 onların çoxundan vəfa gözləməyin.

2. Tənqid edərkən sağlam fərdləri istisna edək.

3. Öz düşmənlərinizlə bağladığınız peymanlara münasibətdə onlar kimi rəftar edin.

4. Təqva üçün əhdə vəfa, əhdə vəfa üçün təqva lazımdır.


Ayə 8:

﴿كَيْفَ وَإِن يَظْهَرُوا عَلَيْكُمْ لاَ يَرْقُبُواْ فِيكُمْ إِلاًّ وَلاَ ذِمَّةً يُرْضُونَكُم بِأَفْوَاهِهِمْ وَتَأْبَى قُلُوبُهُمْ وَأَكْثَرُهُمْ فَاسِقُونَ﴾

Axı necə (onlarla peyman bağlamaq olar), bir halda ki, sizə qalib gəldikdə heç bir yaxınlıq və peymanı nəzərə almazlar, sizi öz yumşaq dilləri ilə razı salarlar, amma qəlbən qəbul etmirlər. Onların çoxu həddi aşanlardır.”


Nöqtələr


◘ “İll” deyərkən yaxınlıq, qonşuluq və qəlb bağlılıqları nəzərdə tutulur. (İlkin İslam dövrünün müsəlmanları və müşriklər arasında yaxınlıq, əhd-peymana vəfa etmək lazımdır. Hər kəs bu peymanı pozsa, xalq tərəfindən məzəmmət olunur.

◘Bu ayələr əhdi pozmuş müşriklərlə sərt rəftar göstərişinin növbəti bir dəlilidir.

◘”Düşmən bizə qalib gəlsə, pislik edər”, deyə ona hücum etmək olmaz. Düşmənə qarşı təcavüz üçün dəlillər olmalıdır. Əks-təqdirdə, qarşı tərəfə hücum “cinayətdən öncə qisas” sayılar.

Bildirişlər


1. Düşmənin nə dərəcədə kinli olduğu o qüdrətə çatdığı vaxt müəyyənləşir.

2. Qalib gələcəyi təqdirdə həddi aşacağı gözlənilən düşmən qarşısında sükut və sadəlövhlük günahdır.

3. Müşriklər nə insanlıq və qonşuluq çərçivəsini gözləyir, nə də əhd-peymana hörmət qoyurlar.

4. Düşmənin siyasi oyunlarına və azdırıcı təbliğatına aldanmayaq.

5. Əhdi pozmaq, nifaq, maskalanma, siyasətbazlıq günahdır.

6. Müşriklərin əksəri günahkardır. Amma onların da arasında sağlam fərdlər tapılır. (Münasibətlərimizdə insaflı olaq.)


Ayə 9:

﴿اشْتَرَوْاْ بِآيَاتِ اللّهِ ثَمَنًا قَلِيلاً فَصَدُّواْ عَن سَبِيلِهِ إِنَّهُمْ سَاء مَا كَانُواْ يَعْمَلُونَ﴾

(Əhdi pozan müşriklər) Allahın ayələrini ucuz qiymətə satdılar və (xalqı) Allahın yolundan çəkindirdilər. Həqiqətən, onlar pis işlər görürdülər.”


Bildirişlər


1. İnsanın əməl və yol seçimində seçim haqqı var.

2. İlahi ayələri itirmək müqabilində hər nə qazansaq yenə azdır.

3. Dünyapərəstlik səbəbindən insan dinlə mübarizə aparır, xalqı Allahın yolundan çəkindirir.

4. İlahi razılığı əbədi behişti ötəri və bəlalı dünya həyatına satmaq ən zərərli işdir. Çünki Allahın möminlərə lütfü qarşısında bütün dünya və onda olanlar əhəmiyyətsizdir.


Ayə 10:

﴿لاَ يَرْقُبُونَ فِي مُؤْمِنٍ إِلاًّ وَلاَ ذِمَّةً وَأُوْلَـئِكَ هُمُ الْمُعْتَدُونَ﴾

(Əhdi pozan müşriklər təkcə sizə münasibətdə yox) heç bir möminə münasibətdə yaxınlıq haqqına və əhd-peymana riayət etməyəcəklər. Onlar həmin təcavüzkarlardır.”


Nöqtələr


◘Bu ayə də müşriklərdən bəraətlə bağlı ciddi ilahi göstərişi bəyan edir.

◘Ötən iki ayədə sizə münasibətdə peymanlara əməl olunmamasından danışıldı. Bu ayədə isə onların bütün iman əhli ilə düşmənçilikləri qeyd edildi.


Bildirişlər


1. Müşriklər möminlərlə düşməndirlər. Belə isə, onlarla sərt rəftarda tərəddüd göstərməyin.

2. Kafirlərin nəzərində müsəlmanların ən böyük günahı onların Allaha iman gətirmələridir. Onların iman əhli ilə düşmənçilikdə bəhanələri budur.1

3. Əhdi pozmaq təcavüzkarlıqdır.

4. Qohumların hüququna riayət və əhdə vəfalı olmaq vacibdir. Bu göstərişlərə etinasızlıq təcavüzkarlıq ruhundan doğur.

5. Əhdi pozmuş müşriklərlə döyüş müdafiə xarakteri daşıyır. On üçüncü ayədə qeyd olunduğu kimi bu döyüşü müsəlmanlar başlamamışdır.
Ayə 11:

﴿فَإِن تَابُواْ وَأَقَامُواْ الصَّلاَةَ وَآتَوُاْ الزَّكَاةَ فَإِخْوَانُكُمْ فِي الدِّينِ وَنُفَصِّلُ الآيَاتِ لِقَوْمٍ يَعْلَمُونَ﴾

Amma tövbə edib namaz qılsalar və zəkat ödəsələr, bu halda sizin din qardaşınızdırlar. Biz Öz ayələrimizi bilən (düşünən) qövm üçün ətraflı bəyan edirik.”


1   2   3   4   5   6   7   8   9   ...   81


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə