Nur təFSİRİ beşİNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: H. Arzu




Yüklə 3.08 Mb.
səhifə3/81
tarix23.02.2016
ölçüsü3.08 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   81

Bildirişlər


1. Müşriklərlə peymanı rəhbər ləğv edə bilər. (Müsəlmanlar müşriklərlə bir-birlərinə hücum etməmək barədə peyman bağlamışdılar.)

2. Əhd-peymana vəfa qılmaq lazımdır, amma heç vaxt fitnəyə təslim olmamalıyıq.

3. Bağlanmış peyman hüquqi baxımdan möhtərəm olsa da, müşriklərdən və azğınlardan qəlbən üz çevrilməsi dini bir prinsipdir.4

4. Qanun Allah tərəfindən verilsə də,5 əməldə peyğəmbər də iştirak edir.

5. Bəraət qətilik və iqtidar göstəricisidir. Düşmənin fitnəkarlığı qarşısında susmaq isə zəiflikdən danışır.

6. Müəyyən şərtlər daxilində müşriklərlə peyman bağlamaq olar.

7. Düşmənin fitnə və xəyanətkarlığı səbəbindən peyman ləğv olunduqda onlara bu barədə xəbərdarlıq etmək lazımdır.
Ayə 2:

﴿فَسِيحُواْ فِي الأَرْضِ أَرْبَعَةَ أَشْهُرٍ وَاعْلَمُواْ أَنَّكُمْ غَيْرُ مُعْجِزِي اللّهِ وَأَنَّ اللّهَ مُخْزِي الْكَافِرِينَ﴾

(Ey müşriklər,) yer üzündə (azad) dolanmağınız üçün dörd ay möhlətiniz var və bilin ki, Allahı məğlub edə bilməzsiniz. Allah kafirləri zəlil edəndir.”


Nöqtələr


◘Bəraət zilhiccəayının onuncu günü (Qurban bayramı) elan olundu. Demək, dörd ay möhlət rəbius-sani ayının 10-da başa çatdı.6

◘Rəvayətlərə əsasən 4 ay möhlət öncədən peyman bağlamayanlara aid idi. Peyman bağlanmış insanlara isə həmin peymanda nəzərdə tutulmuş vaxta qədər möhlət verilmişdi. Bu müddət 4 aydan az və ya çox ola bilərdi.


Bildirişlər


1. Müqaviləni pozduqdan sonra düşmənə düşünmək üçün möhlət verin. (Tarixi mənbələrdə bildirilir ki, həmin dörd ay möhlət zamanı müşriklərin çoxu İslamı qəbul etdi.)

2. İqtidarda olduğunuz vaxt elan etməmiş hücuma keçməyin.

3. İslamı qəbul etmək istəməyənlər bilməlidirlər ki, haraya getsələr, Allahın hakimiyyətindən qaça bilməyəcəklər.

4. İslamla döyüş Allahla savaşdır.

5. İlahi sünnə, qayda budur ki, haqqa qayıdış imkanını əldən verdikdə insan bədbəxt olur.
Ayə 3:

﴿وَأَذَانٌ مِّنَ اللّهِ وَرَسُولِهِ إِلَى النَّاسِ يَوْمَ الْحَجِّ الأَكْبَرِ أَنَّ اللّهَ بَرِيءٌ مِّنَ الْمُشْرِكِينَ وَرَسُولُهُ فَإِن تُبْتُمْ فَهُوَ خَيْرٌ لَّكُمْ وَإِن تَوَلَّيْتُمْ فَاعْلَمُواْ أَنَّكُمْ غَيْرُ مُعْجِزِي اللّهِ وَبَشِّرِ الَّذِينَ كَفَرُواْ بِعَذَابٍ أَلِيمٍ﴾

(Bu ayələr, elan) böyük həcc günü Allah və Onun rəsulu tərəfindəndir. Allah və Onun rəsulu müşriklərdən üz çevirmişlər. (Bununla belə,) əgər tövbə etsəniz, sizin üçün daha yaxşıdır. Əgər üz çevirsəniz, onda bilin ki, heç vaxt Allahı aciz qoya bilməzsiniz. Kafirləri dərdli əzabla müjdələ.”


Nöqtələr


◘Surənin ilk ayəsində bəraət müşriklərin özünə elan olunurdusa, burada bütün xalqın müşriklərdən bəraəti, üz çevirməsi elan edilir.

◘ “Həcce-Əkbər” dedikdə ya qurban bayramı günü, ya Ərəfə günü, ya da həcc mərasimi nəzərdə tutulur.1 Ümrə isə “kiçik həcc” adlandırılır.


Bildirişlər


1. Düşmənin özünü məzlum göstərməsinin və sizə qarşı təbliğatının qarşısını almaq üçün xalqı vəziyyətdən xəbərdar edin.

2. Təbliğdə zaman və məkan amilini nəzərdən qaçırmayın.

3. Həm təşviq, həm də hədədən istifadə edin.

4. Rabitələri kəsərkən onları bərpa etmək üçün baca saxlayın.

5. Dörd ay möhlət Allahın acizlik yox, lütfünü göstərir.
Ayə 4:

﴿إِلاَّ الَّذِينَ عَاهَدتُّم مِّنَ الْمُشْرِكِينَ ثُمَّ لَمْ يَنقُصُوكُمْ شَيْئًا وَلَمْ يُظَاهِرُواْ عَلَيْكُمْ أَحَدًا فَأَتِمُّواْ إِلَيْهِمْ عَهْدَهُمْ إِلَى مُدَّتِهِمْ إِنَّ اللّهَ يُحِبُّ الْمُتَّقِينَ﴾

Peyman bağladığınız, sizə münasibətdə öhdəçiliyini pozmayan və sizə qarşı çıxanlara yardım göstərməyən müşriklərlə peymanlarınızı müddəti başa çatanadək saxlayın. (Əhdinizə vəfalı olun.) Həqiqətən, Allah təqva əhlini sevir.”


Nöqtələr


◘Yalnız əhdi pozmuş və fitnəkar müşriklərə bəraət elan etmək olar. Bənu-Zumərə və Bənu-Xəzimə kimi əhdinə vəfa edən qəbilələrlə peymanı qorumaq lazımdır. Ayədə onlar istisna olunur.

◘Həzrət Əli (ə) buyurmuşdur: “Müddətli peymanlarınıza müddət başa çatanadək vəfa qılın. Müddətsiz peyman bağladığınız kəslərə 4 ay möhlət verin.”


Bildirişlər


1. Peymana hörmətlə yanaşanlarla bağlanmış peymanlar möhtərəmdir.

2. Hətta müşriklərlə də olsa, bağlanmış peymana vəfa qılmaq lazımdır.

3. Düşməninizə yardım göstərən şəxs sizə düşməndir. Peymanın qorunma şərtlərindən biri qarşı tərəfin İslam düşmənlərinə yardım göstərməməsidir. İslam düşmənlərinə yardım göstərən kəs bu şərti pozmuşdur və sizə düşməndir.)

4. Əhd-peymana vəfa təqva nişanəsidir.


Ayə 5:

﴿فَإِذَا انسَلَخَ الأَشْهُرُ الْحُرُمُ فَاقْتُلُواْ الْمُشْرِكِينَ حَيْثُ وَجَدتُّمُوهُمْ وَخُذُوهُمْ وَاحْصُرُوهُمْ وَاقْعُدُواْ لَهُمْ كُلَّ مَرْصَدٍ فَإِن تَابُواْ وَأَقَامُواْ الصَّلاَةَ وَآتَوُاْ الزَّكَاةَ فَخَلُّواْ سَبِيلَهُمْ إِنَّ اللّهَ غَفُورٌ رَّحِيمٌ﴾

Haram aylar ötüb keçdikdən sonra müşrikləri harada tapsanız öldürün, həbs edin, mühasirəyə salın, hər yerdə onlara pusqu qurun. Tövbə etsələr, namaz qılsalar, zəkat ödəsələr onlara yol açın (azad buraxın). Həqiqətən, Allah bağışlayan və mehribandır.”


Nöqtələr


◘Məkkədə on üç il peyğəmbəri və müsəlmanları incitmiş və hicrətdən sonra da 9 il məkrindən əl çəkməmiş kafirlər məhvə layiqdirlər.

◘ “Həys” (حیث) sözü həm zaman, həm də məkanla bağlı işlədilir.

◘İmam Baqir (ə) buyurmuşdur: “Şirkdən tövbə yolu iman gətirməkdir.”1

Bildirişlər


1. Bütün dəvət mərhələlərini adladıqdan sonra müşriklər yenə də düşmənçiliyə əl atarsa, onların məhvi üçün bütün yollardan istifadə edin. Məsələn, öldürün, əsir götürün, yollarını bağlayın, mühasirəyə salın.

2. Həm qətiyyət, həm də mülayimlik lazımdır.

3. Səmavi din azadlığı qəbuldur. Amma düşüncə azğınlığı, ağıl və insanlığın süqutu dözüləsi deyil.

4. Müsəlmanlar daim fitnəkarları nəzarətdə saxlaalı, bir növ pusquda dayanmalıdırlar.

5. Müsəlmanların təhlükəsizlik şəbəkələri hətta sərhəd xaricində fitnəkarları nəzarət altında saxlamalıdır.

6. Fitnəkar düşmənlərin məhvi üçün bütün sərhədlərə və nüfuz yollarına nəzarət edilməlidir.

7. Hətta döyüş gedişində tövbəni qəbul edək. Çünki İslam düşmənçilik və intiqam yox, mərhəmət və böyüklük dinidir.

8. Tövbə əməllə müşayiət olunmalıdır. Əməlsiz tövbələrə aldanmayaq.

9. Şirkin tövbəsi iman gətirməkdir. Həqiqi tövbə nişanəsi namaz və zəkatdır.

10. Namaz ibadətlərin birincisidir. Dini şüarlara (namaz və zəkata) hörmətlə yanaşanlara qarşı çıxmayaq.




Ayə 6:

﴿وَإِنْ أَحَدٌ مِّنَ الْمُشْرِكِينَ اسْتَجَارَكَ فَأَجِرْهُ حَتَّى يَسْمَعَ كَلاَمَ اللّهِ ثُمَّ أَبْلِغْهُ مَأْمَنَهُ ذَلِكَ بِأَنَّهُمْ قَوْمٌ لاَّ يَعْلَمُونَ﴾

Əgər müşriklərdən biri səndən aman və pənah istəsə, ona Allah kəlamını eşitməsi üçün pənah ver, sonra onu əmin-aman məkana çatdır. Çünki onlar xəbərsiz bir qövmdür.”


1   2   3   4   5   6   7   8   9   ...   81


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə