«NİSA» surəSİ surəNİn xüsusiYYƏTLƏRİ




Yüklə 3.75 Mb.
səhifə62/62
tarix22.04.2016
ölçüsü3.75 Mb.
1   ...   54   55   56   57   58   59   60   61   62

AYƏ 172:


﴿ لَّن يَسْتَنكِفَ الْمَسِيحُ أَن يَكُونَ عَبْداً لِّلّهِ وَلاَ الْمَلآئِكَةُ الْمُقَرَّبُونَ وَمَن يَسْتَنكِفْ عَنْ عِبَادَتِهِ وَيَسْتَكْبِرْ فَسَيَحْشُرُهُمْ إِلَيهِ جَمِيعًا ﴾

TƏRCÜMƏ:


«Məsih Allahın qulu olmaqdan əsla imtina etmir (bundan Allahın dərgahına) yaxın olan bütün mələklər imtina etmirlər. Kim Ona ibadət etməkdən imtina etsə təkəbbürlük göstərsə, (Allah Qiyamət günü) onların hamısını (layiq olduqları kimi cəzalandırmaq üçün) Öz hüzuruna toplayacaqdır

TƏFSİR:


İsa (ə) özünü Allahın bəndəsi hesab etdiyi halda nə üçün siz onu Allahın övladı hesab edirsiniz?

Özü abid (ibadət edən) olan bir şəxs məbud (ibadət olunan) ola bilməz.

İmam Rza (ə) bu məsələ ilə əlaqədar məsihilərin rəhbəri Casliqə buyurdu:

−İsanın (ə) bütün işləri yaxşı idi, amma təəssüf ki, o, ibadət əhli deyildi.

Casliq narahat olub dedi:

− Xeyr, o ən çox ibadət edənlərdən idi!

Həzrət (ə) soruşdu:

−Kimə ibadət edirdi?

Casliq sükut etdi. Çünki artıq başa düşmüşdü ki, İmam (ə) abidin məbud və Allah ola bilmədiyini ona başa salmaq istəyir.

İNCƏ MƏTLƏBLƏR

1. Allahın müqərrəb mələkləri, o cümlədən Ruhul-quds da Allaha bəndəlik etdiyi halda, siz onu nə üçün üç üqnumdan biri hesab edirsiniz?

2. İbadətdən imtina etməyin mənşəyi təkəbbürdür. Əgər insanda təkəbbürlük ruhiyyəsi yaransa, bunun ardınca bütün təhlükələr gələcəkdir.

3. Əgər Həzrət İsa (ə) və müqərrəb mələklər Allaha xalis bəndəlik və ibadət edirlərsə, biz nə üçün Allaha ibadət etməyək?

4. Hər bir halda hamının qayıdacağı yer Allaha tərəfdir. Belə isə Qiyamətdən qorxun və təkəbbürlük göstərməyin!

AYƏ 173:


﴿فَأَمَّا الَّذِينَ آمَنُواْ وَعَمِلُواْ الصَّالِحَاتِ فَيُوَفِّيهِمْ أُجُورَهُمْ وَيَزيدُهُم مِّن فَضْلِهِ وَأَمَّا الَّذِينَ اسْتَنكَفُواْ وَاسْتَكْبَرُواْ فَيُعَذِّبُهُمْ عَذَابًا أَلُيمًا وَلاَ يَجِدُونَ لَهُم مِّن دُونِ اللّهِ وَلِيًّا وَلاَ نَصِيرًا﴾

TƏRCÜMƏ:


«Lakin iman gətirib yaxşı işlər görmüş kəslərin mükafatlarını kamil şəkildə verəcək onlara Öz lütf rəhmətindən artıracaqdır. (İbadət etməkdən) imtina edən təkəbbür göstərən kəsləri isə ağrılı bir əzabla cəzalandıracaqdır onlar (orada) özlərinə Allahdan başqa bir başçı yardımçı tapmayacaqlar

TƏFSİR:


1. Nicat və qurtuluş yolu iman gətirib yaxşı əməllər görməkdir.

2. İman rütbə cəhətindən əməldən öndə gəlir, amma hər ikisi eyni zamanda mövcud olmalıdır. İmansız əməl və ya əməlsiz iman insanı səadətə çatdırıb onu behişt əhli edə bilməz.

3. İlahi əxlaqa yiyələnmək istəyiriksə, işçilərin muzdunu kamil şəkildə ödəyib üstəlik əlavə də verməliyik.

4. İman və saleh əməl olmadan peyğəmbərlərdən heç bir şəfaət təmənnası etmək olmaz.


AYƏ 174:


﴿ يَا أَيُّهَا النَّاسُ قَدْ جَاءكُم بُرْهَانٌ مِّن رَّبِّكُمْ وَأَنزَلْنَا إِلَيْكُمْ نُورًا مُّبِينًا ﴾

TƏRCÜMƏ:


«Ey insanlar, həqiqətən Rəbbinizdən sizə (peyğəmbər, din onun möcüzələri kimi) bir dəlil-sübut gəlmişdir. sizin üçün aşkar aydınlıq gətirən bir nur (Quran) nazil etdik

TƏFSİR:


Rəvayətlərə əsasən, bu ayədəki «bürhan» (dəlil) Rəsuli-Əkrəmin (s) özü, «nurin mubin» (açıq-aşkar nur) dedikdə isə Quran nəzərdə tutulur.54

Doğrudan da, Peyğəmbər (s) öz dininin sübutdur. Çünki təhsil almamış bir şəxs elə yüksək maarif, ilahi bir kitab gətirmişdir ki, zamanın keçməsi və elmlərin inkişaf etməsi ilə dininin haqq olması, təlimlərinin doğru-düzgün olması günbəgün aydınlaşır.



İNCƏ MƏTLƏBLƏR

1. İslam dini bütün insanlar, nəsillər və bütün əsrlərlə söhbət edir. Onun məramları dünya səviyyəlidir.

2. Quran qəti dəliləri olan, əqli mühakimələr yürüdən hidayət və nur kitabıdır.

3. Nur və bürhanın göndərilməsi Allahın Rəbb olmasının əlamətlərindəndir.



AYƏ 175:


﴿ فَأَمَّا الَّذِينَ آمَنُواْ بِاللّهِ وَاعْتَصَمُواْ بِهِ فَسَيُدْخِلُهُمْ فِي رَحْمَةٍ مِّنْهُ وَفَضْلٍ وَيَهْدِيهِمْ إِلَيْهِ صِرَاطًا مُّسْتَقِيمًا ﴾

TƏRCÜMƏ:


«Allah tezliklə Ona iman gətirmiş sığınmış kəsləri Öz tərəfindən olan bir rəhmət mərhəmətə daxil edəcək Özünə tərəf olan doğru yola hidayət edəcəkdir

TƏFSİR:


Allaha sarılmaq dedikdə Onun övliyalarına və ilahi rəhbərlərə sarılmağın nəzərdə tutulması mümkündür. Belə ki, onlar cəmiyyətlərin təfriqəyə düçar olmasının, ikitirəliyə düşməsinin qarşısını alır.

Əvvəlki iki ayədə iman və saleh əməl, bu ayədə isə iman və Allaha sarılmaq, təvəssül etmək ilahi lütfə nail olmaq vasitəsi kimi bəyan olunur. Bu da göstərir ki, Allaha sarılmaq iman və saleh əməldən ibarətdir. Bu ikisi Quranda dəfələrlə yanaşı şəkildə qeyd olunmuşdur. Buna əsasən, düzgün hidayət yolu insanı Allaha tərəf aparan yoldur. Rəvayətlərə əsasən «sirati-müstəqim» kəlməsi Əmirəl-möminin Əli (ə) və Əhli-Beyt (ə) kimi təfsir edilmişdir.55



AYƏ 176:


﴿يَسْتَفْتُونَكَ قُلِ اللّهُ يُفْتِيكُمْ فِي الْكَلاَلَةِ إِنِ امْرُؤٌ هَلَكَ لَيْسَ لَهُ وَلَدٌ وَلَهُ أُخْتٌ فَلَهَا نِصْفُ مَا تَرَكَ وَهُوَ يَرِثُهَآ إِن لَّمْ يَكُن لَّهَا وَلَدٌ فَإِن كَانَتَا اثْنَتَيْنِ فَلَهُمَا الثُّلُثَانِ مِمَّا تَرَكَ وَإِن كَانُواْ إِخْوَةً رِّجَالاً وَنِسَاء فَلِلذَّكَرِ مِثْلُ حَظِّ الأُنثَيَيْنِ يُبَيِّنُ اللّهُ لَكُمْ أَن تَضِلُّواْ وَاللّهُ بِكُلِّ شَيْءٍ عَلِيمٌ﴾

TƏRCÜMƏ:


«Səndən hökm verməyini istəyirlər, de: «Kəlalə (ata-anaları bir olan, yaxud yalnız atadan bir olan bacılar) barəsində sizə Allah hökm verir: Əgər övladı (atası, anası babası) olmayan bir kişi ölsə onun yalnız bir bacısı olmuş olsa, onun mirasının yarısı (şəriətin ilkin qaydasına əsasən) ona məxsusdur (qalan hissələr ikinci qaydaya əsasən irs olaraq ona düşür). Bu qardaş da, əgər bacının övladı yoxdursa onun (malının hamısının) varisi olur. Amma əgər bacılar iki nəfər olsalar, ölənin mirasının üçdə ikisi onlara məxsusdur ( qalan hissələr şəriətin ikinci qaydasına əsasən irs kimi onlara düşür). Əgər onlar bir neçə bacı qardaş olsalar (bütün miras onlara məxsusdur, lakin) kişiyə iki qadının payı qədər düşür. Allah (məsələləri) sizə (bu cür) bəyan edir ki, məbada azasınız. Allah hər şeyi biləndir

AYƏNİN NAZİLOLMA SƏBƏBİ


Cabir ibn Əbdüllah Ənsarinin belə dediyi nəql olunmuşdur: “Mən ağır xəstəliyə düşdüm. Peyğəmbər (s) mənim görüşümə gələndə dəstəmaz aldı və dəstəmazın suyundan mənim üstümə səpdi. Mən ölüm fikrində olduğum bir halda Peyğəmbərə (s) ərz etdim: «Mənim varisim təkcə bacılarımdır, mənim mirasım necə bölünəcək?» «Fəraiz ayəsi» adı ilə məşhur olan bu ayə nazil oldu və onların necə irs aparmalarını bəyan etdi.

Bəzilərinin nəzərinə görə, bu ayə İslam hökmləri ilə əlaqədar Peyğəmbəri-Əkrəmə (s) nazil olan sonuncu ayədir.


TƏFSİR:


Bu ayə mərhumun bacı və qardaşlarının ondan apardığı irsin miqdarını bəyan edir. Əvvəldə, 12-ci ayənin təfsirində qeyd etdiymiz kimi, Quranda bacıların və qardaşların irsi barəsində iki ayə nazil olmuşdur. «Nisa» surəsinin 12-ci ayəsi təkcə ana tərəfdən, yaxud təkcə ata tərəfdən olan bacı və qardaşların irsini bəyan edirdi. Bu ayədə isə buyurulur ki, səndən bu barədə soruşsalar de: Allah kəlalə hökmünü (bacıların və qardaşların hökmünü) sizin üçün bəyan edir. Sonra bir neçə irs hökmünü bəyan edərək buyurur:

1. Hər vaxt övladı olmayan bir kişi dünyadan getsə və onun yalnız bir bacısı olsa, onun mirasının yarısı o bacıya çatacaq.

2. Əgər övladı olmayan bir qadın dünyadan getsə və onun varisi yalnız (ata-anadan, yaxud atadan bir olan) bir qardaşı olsa, irsin hamısı o qardaşa çatacaqdır.

3. Əgər bir şəxs dünyadan getsə və varisi iki bacısı olsa mirasın üçdə ikisi onlara çatır.

4. Əgər vəfat edən şəxsin vərəsələri bir neçə qardaş və bir neçə bacı olsa (ikidən artıq olsalar), onun mirasının hamısını öz aralarında bölürlər, qardaş bacıdan ikiqat artıq pay aparır.

Ayənin axırında buyurulur: Allah bu həqiqətləri sizin üçün bəyan edir ki, yolunuzu azmayasınız və səadət yolunu tapasınız. Allahın göstərdiyi yollar da şübhəsiz, səhih yoldur, çünki Allah hər şeyi bilir.

Qeyd edək ki, «Nisa» surəsi ailə məsələləri ilə əlaqədar ayələrlə başladığı kimi, o cür ayələrlə də sona çatır.


1 Bunun hikməti ilə əlaqədar aşağıdakıları qeyd etmək olar:

1. Müharibə və s. kimi ağır hadisələrdə kişilər daha çox tələfata uğrayır, qadınlar isə dul qalırlar.

2. Qadınlar hər ayda bir neçə gün üzürlü olur və ailə münasibətləri qüvvədən düşür.

3. Cavanlar çox az hallarda belə dul qadınlarla izdivac etməyə razı olurlar.

4. Dul və ərsiz qadınların hamısında kifayət qədər təqva və öz cinsi qərizələrini cilovlama qüvvəsi yoxdur, digər tərəfdən də onlar izdivac etməlidirlər.

Deməli, kişi birinci həyat yoldaşının razılığı ilə və müəyyən şərtlər daxilində ikinci arvad ala bilər, bu zaman hər ikisinin çətinliyi həll olunur.



2 «Ətyəbül-bəyan», həmin ayənin təfsiri

3 «Nurus-səqəleyn», 1-ci cild, səh. 370

4 «Məcməül-Bəyan», həmin ayənin təfsiri.

5 «Təfsiri Fəxri Razi», həmin ayənin təfsiri.

6 «Məcməül-bəyan», 3-cü cild, səh. 24

7 Tövrat, «Sifri ədyan», 18-ci bab, 23-26-cı ayələr

8 «Biharul-ənvar», 74-ci cild, səh. 152

9 Fəxri Razinin, Mərağinin təfsirlərindən, həmçinin «Səhihi Buxari», «Səhihi Tirmizi», «Səhihi Nisai»dən nəqlən.

10 «Həcc» surəsi, ayə 17

11 «Nisa» surəsi, ayə 41

12 «Bəqərə» surəsi, ayə 143

13 «Qaf» surəsi, ayə 21

14 «Zilzal» surəsi, ayə 4

15 «Nurus-Səqəleyn», 5-ci cild, səh. 112

16 «Nur» surəsi, ayə 24

17 «Ğafir» surəsi, ayə 51

18 «Nurus-Səqəleyn», 1-ci cild, səh. 399

19 Qur’anda günahkarların həsrətli arzuları «kaş torpaq olaydım», «kaş torpaqda məhv olaydım», «kaş filankəsi özümə dost seçməyəydim», «kaş dünyada əql və təfəkkür sahibi olaydım», «kaş elə ölümlə məhv olub gedəydim» – deyə bəyan edilir.

20 «Ə’raf» surəsi, 162-ci ayə.

21 «Təfsiri Safi», 1-ci cild, səh. 426

22 «Təfsiri Burhan», 1-ci cild, 2-ci çapda da bu məzmunda 15 rəvayət nəql olunmuşdur. «Təfsiri Safi»nin 1-ci cildinin 24-cü səhifəsində isə 4 rəvayət qeyd edilmişdir.

23 «Təfsiri Burhan» (ikinci çapı), 1-ci cild, səh. 381-386

24 «Nəhl» surəsi, ayə 44, «Nisa» surəsi, ayə 105

25 «Təfsiri Burhan», 1-ci cild, səh. 387

26 Ailə münasibətlərində yaranan ixtilaflarda da həm qadının, həm də kişinin qohumlarından bir nəfər seçilməlidir.

27 «Təfsiri Burhan», 1-ci cild, səh. 389

28 «Təfsiri Safi», 1-ci cild, səh. 371, «Təfsiri Burhan», 1-ci cild, səh. 194

29 «Zümər», 63.

30 «Səcdə», 7.

31 «Nəhl», ayə 106

32 «Məhəmməd», ayə 24

33 «Təfsiri Safi»

34 «Saffat», 79.

35 «Ən’am», 54.

36 «Məğazi», 1-ci cild, səh. 304, «Peyğəmbər və cihad» kitabından nəqlən, səh. 327

37 «Təfsiri Safi»

38 «Təfsiri Safi», «Nurus-Səqəleyn», 1-ci cild, səh. 541

39 «Məcməül-bəyan», «Əl-mizan», «Tibyan» və s. təfsirlər

40 «Məxzənul-irfan», səh. 150, «Bürhan», Əli ibn İbrahimdən nəqlən.

41 «Təfsiri Burhan», «Əl-mizan» və s. təfsirlər

42 «Ali-İmran», 135.

43 «Təfsiri Safi», 1-ci cild, səh. 464

44 «Təfsiri Burhan», 1-ci cild, səh. 417

45 «Təfsiri Nümunə», «Tibyan» təfsirindən nəqlən.

46 «Məcməül-bəyan», 9-cu cild, səh. 108, həmin ayənin təfsirində, «Durrul-mənsur», 6-cı cild, səh. 67

47 «Nurus-Səqəleyn», 1-ci cild, səh. 565

48 «Nəhcül-Bəlağə», kəlimatu qisar, nömrə 10

49 İmamət məsələsində də eynilə belədir: onların hamısına inanıb e’tiqad bəsləmək zəruridir, onlardan bə’zilərini qəbul edib, bə’zilərini inkar etmək hamısını inkar etmək kimidir.

50 «Ən’am» surəsi, ayə 7

51 «Təfsiri Burhan», 1-ci cild, səh. 426, «Təfsiri Safi», 1-ci cild, səh. 480, «Məcməül-bəyan», həmin ayənin təfsirində.

52 «Sifri laviyan», 11-ci fəsil

53 «Nurus-Səqəleyn», səh. 572

54 «Təfsiri Safi», 1-ci cild, səh. 475, «Təfsiri Burhan», 1-ci cild, səh. 429

55 «Təfsiri Burhan», 1-ci cild, səh. 429, «Təfsiri Safi», 1-ci cild, səh. 286
1   ...   54   55   56   57   58   59   60   61   62


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə