«NİSA» surəSİ surəNİn xüsusiYYƏTLƏRİ




Yüklə 3.75 Mb.
səhifə5/62
tarix22.04.2016
ölçüsü3.75 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   62

AYƏ 10:


﴿ إِنَّ الَّذِينَ يَأْكُلُونَ أَمْوَالَ الْيَتَامَى ظُلْمًا إِنَّمَا يَأْكُلُونَ فِي بُطُونِهِمْ نَارًا وَسَيَصْلَوْنَ سَعِيرًا ﴾

TƏRCÜMƏ:


«Həqiqətən yetimlərin mallarını zülm ilə yeyənlər əslində qarınlarına od daxil edirlər (yetimin malına toxunmağın axirətdəki gerçək təzahürü od yemək olacaqdır). onlar tezliklə (yetimin malını yeməklə ölüm arasındakı az bir fasilədən sonra) yanar oda daxil olar onun hərarətini dadarlar

TƏFSİR:


«Əl-mizan» təfsirində əməllərin təcəssüm etməsi məhz bu ayəyə əsasən irəli çəkilmişdir. Yetim malının yeyilməsinin zahiri çöhrəsi sadəcə mal yemək, həqiqi və gerçək çöhrəsi isə Qiyamətdə cəhənnəm odunun yeyilməsi kimi aşkar olacaqdır. Əgər yetim malının yeyilməsində zülmə yol verilərsə, bu iş haram, əks halda, adi və yetimlərə heç bir ziyan çatdırmayan, həmçinin pis niyyətlə edilməyən gediş-gəlişlər, onların mal-dövlətlərinə bədbin olmamağın eybi yoxdur.

AYƏ 11:


﴿يُوصِيكُمُ اللّهُ فِي أَوْلاَدِكُمْ لِلذَّكَرِ مِثْلُ حَظِّ الأُنثَيَيْنِ فَإِن كُنَّ نِسَاء فَوْقَ اثْنَتَيْنِ فَلَهُنَّ ثُلُثَا مَا تَرَكَ وَإِن كَانَتْ وَاحِدَةً فَلَهَا النِّصْفُ وَلأَبَوَيْهِ لِكُلِّ وَاحِدٍ مِّنْهُمَا السُّدُسُ مِمَّا تَرَكَ إِن كَانَ لَهُ وَلَدٌ فَإِن لَّمْ يَكُن لَّهُ وَلَدٌ وَوَرِثَهُ أَبَوَاهُ فَلأُمِّهِ الثُّلُثُ فَإِن كَانَ لَهُ إِخْوَةٌ فَلأُمِّهِ السُّدُسُ مِن بَعْدِ وَصِيَّةٍ يُوصِي بِهَا أَوْ دَيْنٍ آبَآؤُكُمْ وَأَبناؤُكُمْ لاَ تَدْرُونَ أَيُّهُمْ أَقْرَبُ لَكُمْ نَفْعاً فَرِيضَةً مِّنَ اللّهِ إِنَّ اللّهَ كَانَ عَلِيما حَكِيمًا﴾

TƏRCÜMƏ:


«Allah sizə övladlarınız(ın mirası) barəsində oğlanın payının iki qızın payı qədər olmasını tövsiyə edir.Beləliklə, əgər (varislərin hamısı) qadın - (iki qız ya) iki qızdan çox - olsalar (ilkin hökmə əsasən, ölənin) mirasın(ın) üçdə ikisi onlarındır ( əgər ölənin ata-anası yoxdursa qalan hissə onlara çatır). Əgər (varis təkcə) bir qız olsa, mirasın yarısı onundur ( əgər ölənin ata-anası yoxdursa, qalan hissə ona verilir). Əgər ölənin övladı varsa, onun ata anasının hər birinə mirasın altıda biri verilir.Əgər övladı yoxdursa varis yalnız ata ilə anadırsa, onda (malın) üçdə biri ananın (qalan hissəsi atanın)dır.Əgər ölənin qardaşları varsa, malın altıda biri anasınındır.(Bütün bunlar) onun etdiyi vəsiyyətdən ya (boynunda olan) borc(un maldan ayrılmasın)dan sonradır. Siz atalarınız oğullarınızdan hansı birinin sizin üçün daha xeyirli olmasını bilmirsiniz.(Buna görə irs çatan şəxslərin payları arasındakı fərqlərdən təəccüblənməyin ona etiraz etməyin. Bu bölgü üslubu) Allah tərəfindən olan bir vacibdir. Həqiqətən Allah həmişə alim hikmət sahibidir

TƏFSİR:


İrsin hökmləri başqa dinlərdə də (o cümlədən Tövratın Edad sifrinin 27-ci bölməsinin 8-11-ci ayələrində) bəyan olunmuşdur. İncildə də qeyd olunur ki, Həzrət Məsih (ə) belə buyurur: «Mən Tövratın hökmlərini dəyişdirmək üçün gəlməmişəm.»

Cahil ərəblər qadınları və uşaqları irsdən məhrum edirdilər. İslam dinində heç bir varisi olmayan şəxsin mirası İslam hakiminə və ya imama çatır.


İRS PAYI


Bu ayədə ölmüş şəxsin varisləri olan birinci təbəqənin (övladlarının, ata və anasının) irsdən olan payları bəyan edilir. Əvvəlcə buyurulur: Allah sizə övladlarınız barədə tövsiyə edir ki, oğlanlara, qızların payının ikiqat artığı verilsin. Bu, bir növ qızların da irs aparması və cahiliyyət dövründə mövcud olan adət-ənənələrlə mübarizə üçün təkiddir. Belə ki, cahil ərəblər onları irsdən tamamilə məhrum etmişdilər.

Sonra buyurulur: Əgər mərhumun övladları yalnız iki qız və ya ondan artıq olarsa, malın üçdə-ikisi onlara çatır. Əgər bir qız olarsa, malın yarısı ona çatır. Birinci təbəqədən olan övladla mərhumun övladları ilə eyni cərgədə olub irs aparan şəxslərə, yəni ata və anaya gəldikdə isə üç hal təsəvvür olunur:

1-ci hal: Vəfat edən şəxsin bir, yaxud bir neçə övladı olsun. Bu halda ata və ananın hər biri mirasın altıda-birini irs aparır.

2-ci hal: Meyyitin övladı olmasın və varis yalnız onun atası və anası olsun. Bu halda ananın payı malın üçdə-biridir, yerdə qalanlar isə atanındır.

3-cü hal: Varis təkcə ata və ana olsun, meyyitin də övladı olmasın. Lakin vəfat edən şəxsin (ya həm ata və həm də ana tərəfindən, yaxud təkcə ata tərəfindən) qardaşları olsun. Bu halda ananın payı üçdə-birdən altıda-birə enir, altıda-beş hissəsi isə ataya məxsus olur.

Həqiqətdə qardaşlar irs aparmadıqlarına baxmayaraq ananın irsinin artmasına mane olur, buna görə də onlara «sahib» deyilir.

Sonra buyurulur: Bu bölgünün hamısı mərhumun vəsiyyətlərini yerinə yetirdikdən və borclarını qaytardıqdan sonradır. Buna əsasən əgər mərhum vəsiyyət etmiş olsa, yaxud başqalarına borclu olsa, əvvəlcə vəsiyyətə əməl etmək, borcu ödəmək lazımdır. Əlbəttə, insan öz mal-dövlətinin yalnız üçdə-birini müəyyən işlərdə xərclənmək üçün vəsiyyət edə bilər. Əgər üçdə-birdən artıq vəsiyyət etmiş olarsa səhih deyil. Yalnız vərəsələrin icazəsi ilə səhih ola bilər.

Sonrakı cümlədə buyurulur: Siz atalarınızın və övladlarınızın hansının sizin üçün daha faydalı olduğunu bilmirsiniz.



Bu da keçən mətləbləri bir növ təkidləndirir ki, camaat arasında irs payları ilə əlaqədər olan qanunlar barədə münaqişəli heç bir məsələ qalmasın.

NİYƏ KİŞİLƏRİN İRSDƏN OLAN PAYI QADINLARIN PAYINDAN İKİQAT ARTIQDIR?


İslami mənbələrə müraciət etməklə aydın olur ki, bu sual İslamın ilk çağlarından belə camaatın arasında yaranmış və onlar İslam rəhbərlərindən bu barədə müəyyən şeylər soruşmuşlar. O cümlədən, İmam Rza (ə) sualın cavabında belə buyurmuşdur: «Qadınların kişilərin payının yarısı qədər irs aparmalarının səbəbi budur ki, qadın izdivac zamanı mehriyyə alır, kişilər onlara müəyyən şeylər verməyə məcburdurlar. Bundan əlavə, qadınların məişət xərcləri kişilərin öhdəsinədir. Halbuki, onlar kişinin həyat məişət xərcləri qarşısında heç bir məsuliyyət cavabdehlik daşımırlar.»
1   2   3   4   5   6   7   8   9   ...   62


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə